Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1230/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-***/21 (Açar sözlər: alqı-satqı üzrə maddi zərər) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil və Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-*****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı Müzəffər oğlu tərəfindən verilmiş kasasiya ş ikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “alqı satqıdan irəli gələn zərərlə bağlı pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə zərərin əvəzi olaraq 8.100 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində yerləşən maşın bazarından “X3” markalı, ***-*** dövlət nömrə nişanlı avtomobili Cavabdeh 16.200 ABŞ dollarına almışdır. Həmin avtomobili aldıqdan sonra ***** rayonuna gəlmiş və elə yolda ikən avto mobildə müəyyən nasazlıqların olduğunu görmüşdür. Avtomobildə yaranan nasazlıqlarla əlaqədar maşın ustasına müraciət etmiş, avtomobili ustanın yanına aparmışdır. Avtomobilə baxan usta tərəfindən maşına baxış keçirildikdən sonra müəyyən edilmişdir ki, cavabdehin ona satdığı avtomobildə kifayət qədər ciddi nasazlıqlar var, həmin nasazlıqlar da avtomobili doğru idarəetməyə, sürməyə problem yaradır. Belə olduqda o, aşkar edilmiş nasazlıqları aradan qaldırmaq üçün avtomobili avtoxidmət mərkəzinə aparmışdır. Orada işini bilən ustalar tərəfindən ona bildirilən bu olmuşdur ki, cavabdehin ona satdığı avtomobildəki nasazlıqları aradan qaldırmaq üçün tələb edilən ehtiyat hissələrinin ümumilikdə qiyməti 6.600 manat təşkil edir. Bununla əlaqədar xx xxxxxxx 2019-cu il tarixdə verilmiş mütəxəsis rəyində “X3” markalı, **--*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməsi öz təsdiqini tapmışdır. Baxış zamanı avtomobilin mühərrikinin blok hissəsinin deformasiyası, mühərrik valında qaynaq izlərinin olması, sürətlər qutusunun hidrotransformotorunun (bublik), soyuducusunun qaztirbun mühərrikində (kompressor) nasazlıqlar aşkarlanmışdır. Cavabdehdən aldığı həmin avtomobilin mühərrik bloku 1x1500=1500 manat, sürətlər qutusunun hidrotransframtoru 1x850=850 manat, mühərrik valı 1x2500=2500 manat, kladiş şatun dəsti 1x600=600 manat, mühərrik üçün hermetik izolyasiya hissəsi 1x300=300 manat, soyuducusunun qaztirbun mühərriki 1x850=850 manat dəyərində ehtiyat hissələri istismara və təmirə tam yararsız və hesab olunmuşdur. Avtomobilin üzərinə həmin ehtiyat hissələrinin quraşdırılması və təmiri üçün ustaya xidmət haqqı olaraq 1.500 manat məbləğində pul vermişdir. Avtomobilin sazlanması üçün çəkilən maliyyətin məbləği 8.100 manat məbləğində müəyyən edilmişdir.Cavadehə avtomobilə tələb edilən təmir xərcini verməsini ya da özünün avtomobili təmir etdirməsini dəfələrlə demiş olsa da, ancaq cavabdeh bunu etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli, 2(001)-*****/2020 nömrəli (hakim Məhəmməd Rüstəmli) qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli, **** saylı ekspert rəyi ilə nəzəri hesablama yolu ilə, fiziki şəxs X1 tərəfindən təqdim edilmiş xx xxxxxxx 2019-cu il tarixli qüsu r aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “X3” minik markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci, hadisə baş verən tarixə təxminən 6.750 manat müəyyən edilmişdir. Birinci instnasiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-****/2020 nömrəli (hakim Məhəmməd Rüstəmli) qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 manatın İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəf avtomobilin mühərrikində olan qüsurların avtomobilin ona satılmasından əvvəl olduğunu iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqd im etməmiş, onun tərəfindən dəvət olunmuş şahidlər də qüsurların nə zaman, yəni alqı-satqı tarixindən əvvəl və ya sonra baş verdiyi barədə məlumat verə bilməmişlər. Bundan əlavə, iddiaçının özünün də bildirdiyi kimi, avtomobili alarkən və ertəsi gün onu texniki baxışdan keçirmiş və avtomobilin mühərrikində hər hansı qüsurların olduğu müəyyən edilməmiş, bununla bağlı cavabdehə hər hansı irad bildirilməmişdir. Avtomobilin sürətlər qutusunun hidrotransframotorunda (bublik) olan qüsurlarla bağlı məhkəmə qeyd etmişdir ki, tərəflərin izahatlarından da müəyyən olunduğu kimi, həmin qüsur barədə iddiaçı qabaqcadan məlumatlı olmuşdur. O ki qaldı avtomobilin kondisionerin kompressorunda olan qüsurlara, tərəflər qarşılıqlı razılıq əsasında həmin qüsurun aradan qaldırılması barədə razılığa gəlmiş, ha belə avtomobil satılarkən satıcı tərəfindən alıcıya qiymətdən 1.200 ABŞ dolları məbləğində güzəşt edilmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 587.1, 588.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ziya Şirinov - sədrlik edən və məruzəçi, Fuad Talışinski, Üllvi Mayılov) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apely asiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-*****/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, sübutetmə yükü baxımından iddia ərizəsində sadalananqüsurların sözügedən avtomobilin alqı-satqısınadək mövcudluğunu və bu barədə ona məlumat verilmədiyini sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçı avtomobili əldə etdiyi vaxt (xx.xx.2019-cu il) onu yoxlamadan keçirərkən yalnız sürətlər qutusunun hidrotransformatorunda (bublik) və kondisionerin kompressorunda problem olduğu müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli qüsur aktında qeyd olunan digər qüsurlar isə həmin vaxt aşkar edilməmişdir. Ona görə də, ko llegiya həmin aktı hazırkı mübahisəli halın müəyyən edilməsi üçün kifayət edici dəlil və mötəbər sübut saymamış, həmçinin nəzərə almışdır ki, sözügedən qüsur aktı hər hansı avtomobil servisi tərəfindən deyil, iddiaçının tanışı olan fiziki şəxs Vəli Salmanov tərəfindən və avtomobilin alqı-satqısının Bakı şəhərində həyata keçirilməsinə baxmayaraq, Bərdə şəhərində tərtiblənmişdir. Məhkəmə kollegiyası, şahid ifadələrini də kifayət qədər mötəbər sübut hesab etməmişdir. Ona görə ki, şahidlər mühərrikin valında çat olduğunu və qaynaq işlərinin aparıldığını və buna görə, iddiaçı tərəfindən avtomobilin ehtiyat hissələrinin alınması ilə bağlı pul və xidmət haqqı olaraq 1500 manat verildiyini bildirsələr də, hətta həmin qüsurların akşar olduğu halda belə, həmin məbləğlərin iddiaçı tərəfindən ödənilmə sini təsdiq edən hər hansı sənəd (ödəniş qəbzi və s.) iş materiallarına əlavə edilməmişdir. Hazırda isə, iddiaçı avtomobili təmirinə görə çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edir. Beləliklə, mübahisə predmeti olan avtomobilin tərəflər arasında alqı-satqısı zamanı avtomobildə iki qüsurun (1.sürətlər qutusunun hidrotransformatorunda (bublik) problem; 2.kondisionerin kompressorunda problem) olduğu iş materialları ilə təsdiqlənir. İddiaçı, qeyd etdiyi digər qüsurların mövcuduluğunu sübuta yetirə bilməmişdir. Birinci, yəni avtomobilin sürətlər qutusunun hidrotransformatorundakı (bublik) qüsurla bağlı cavabdeh bildirir ki, məhz həmin qüsurun aradan qaldırması üçün avtomobili real qiymətindən 1200 ABŞ dolları aşağı qiymətlə satmışdır. İddiaçının nümayəndəsi isə, xx.xx.2020-ci il tarixli məhkəmə iclasında avtomobilin satış qiymətindən 1200 ABŞ dolları aşağı satılmasını onda olan qüsurlara görə deyil, “Turbo.az” saytında yerləşdirilmiş elanlarla avtomobillərin qiymətinin hər zaman yüksək yazılması və real alıcılara isə endirim edilməsi ilə əsaslandırmışdır. Başqa sözlə, iddia tərəfi də avtomobilin real qiymətindən 1200 ABŞ dolları aşağı qiymətlə satılmasını təsdiq etmişdir. Kollegiya bununla bağlı qeyd olunan əsaslandırmasını isə, hazırkı işin halları baxmından inandırıcı saymamışdır. İkinci, yəni kondisionerin kompressorundakı qüsurla bağlı isə, məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh aralarındakı razılığa əsasən, üzərinə götürdüyü öhdəliyi icra edərək, həmin xərcin yarısını iddiaçıya ödəmişdir. Bu, işin mübahisəsiz halıdır. Odur ki, Kollegiya, qeyd olunanlara əsasə n bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-*****/2020 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi formal olaraq qətnamə qəbul etmiş, birinci instansiya məhk əməsinin mövqeyini və iş üzrə gəldiyi nəticələri təkrarlamaqla kifayətlənmişdir. Apelyasiya məhkəməsi təqdim edilmiş sübutları düzgün qiymətləndirməyərək cavabdehin xeyrinə qətnamə qəbul etmişdir. Apelyasiya məhkəməsi şahidlərin ifadələrini də təhrif etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kasasiya şik ayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 588.1 və 588.2. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmə lə gəldiyini sübuta yetirməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlar a qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, ilkin olaraq qeyd edilməlidir ki, kasasiya şikayəti formal olaraq tərtib edilm işdir. Çünki kasasiya şikayətindən görünür ki, iddiaçı kasasiya şikayətinin bir hissəsində avtomobilinə çəkilən xərclərlə bağlı halları sadalamış, digər hissələrində isə torpaq mübahisəsindən və məhkəmənin tələbkar bankın xeyrinə qətnamə qəbul etməsindən bəhs etmişdir. Bu hallar da kasasiya şikayətinin formal olaraq tərtib olunduğunu göstərir. Bundan əlavə, iddiaçı kasasiya şikayətində avtomobilinə çəkilən xərclə bağlı bəhs etdiyi hissədə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına (şahid ifadələrinin təhrif olunması, iddiaçının təqdim etdiyi sübutların araşdırılmaması və s.) istinad etmişdir ki, bununla bağlı da qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinin tələblərinə uyğun olaraq bu xüsusatlar kasasiya kollegiyasının araşdırma aparması və qiymət verməsi predmetinə daxil deyildir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-*****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən sa xlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.