Məhkəmə qərarları › İş №2(102)-1231/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1231/2020

26.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1231/2020 26.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X9 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, tərcüməçi X11, kassator X3, vəkili X10, cavabdehin vəkili X13 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən X1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(009)-350/2019, hakim A.V.Tanrıverdiyev) iddiaçı X1 cavabdeh “xxxx” MTK-ya qarşı vu rulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-6768/2018, hakimlər X.A.Mərdanova, İ.Ş.Vəliyev, E.M.Həsənov) X1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdiirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (iş № 2(102)-8554/2018, hakimlər V.Ə.İbayev, A.K.Kalbalıyev, Ə.M.Rüstəmov) X1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnam əsi ilə (iş № 2(103)-2414/2019, hakimlər E.Y.Şamayev, M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova) X1 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, vurulmuş maddi zərərin kompensaisyasi qismində 2.050 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 27 saylı evin 25-ci mənzili X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin mənzil “xxxx” MTK tərəfindən pilot layihəyə əsasən yerində çoxmərtəbəli yaşayış binasının tikin tisi ilə əlaqədar xx xxxxxx 2016-cı il tarixdə sökülmüşdür. xx xxxxxx 2017-ci tarixdə X3 ona məxsus mənzil sökülərkən mənzildə olan əşyaların yararsız vəziyyətə salındığına istinad edərək “xxxx” MTK-dan onun əşyalarına vurulmuş zərərin əvəzi kimi 35.000 manat məbləğində pulun alınaraq ona ödənilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, vurulmuş zərərə görə qət edilən kompensasiya məbləği ağlabatan həcmdə müəyyən edilməməklə, ədalətli deyildir. Belə ki, yararsız vəziyyətə düşmüş əşyaların bazar dəyəri məhz yeni qiymət ilə müəyyən edilməli və müəyyən faiz amortizasiya hesablanmalı olduğu halda, əşyaların qiyməti “ikinci əl” əşyalarla müqayisə edilərək müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instan siya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı ona məxsus mənzil sökülərkən mənzildə olan əşyaların yararsız vəziyyətə salındığına istinad edərək cavabdeh MTK-dan onun əşyalarına vurulmuş zərərin əvəzi kimi 35.000 manat məbləğində pulun alınaraq ona ödənilməsi tələbinə dair hazırki iddianı qaldırmışdır. Zərərin əvəzinin ödənilməsini əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci madd əsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçının mülkiyyətində olmuş mənzilin MTK tərəfindən pilot layihəyə əsasən yerində çoxmərtədəbi yaşayış evinin tikintisi ilə əlaqədar xx xxxxxx 2016-cı il tarixdə sökülməsi işin mübahisəsiz halıdır. Həmçinin iş üzrə mübahisəsiz olaraq müəyyən olunur ki, mənzilin sökülməsindən əvvəl orada olan əşyalar iddiaçının iştirakı olmadan mənzildən çıxarılmışdır. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş Səbail rayon İcra Hakimiyyətinin, polis əməkdaşların ın, “xxxx” MTK-nın əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə tərtib olunmuş xx xxxxxx 2016-cı il tarixli akta və ona əlavə olunmuş fotoşəkillərə əsasən Bakı şəhəri, Səbail rayonu, X16 küçəsi, 27 ünvanında yaşayış binasının söküntüsü və bu sahədə yeni “Park Bayıl” yaşayış kompleksinin tikintisini həyata keçirilməsi üçün həmin binada yerləşən X2 mülkəyyətində olan 25 saylı mənzilin əşyalarının qeydiyyata alınaraq boşaldılması zamanı mənzildə 8 adda müxtəlif mebel və avadanlıqların mövcud olması müəyyən olunmuşdur. Apellyasiya məhkəməsi həmin aktın tərtibi zamanı iddiaçının iştirak etmədiyini nəzərə alaraq hesab etmişdir ki, mənzildə akta göstərilməyən, lakin iddia ərizəsində mövcud olması iddia olunan əşyaların mənzilin sökülməsi zamanı orada mövcud olmamasının sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı məhkəməyə hər hansı sübutu təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya məhkəməsi iddiaçının mənzilinin sökülməsi zamanı onun iddia ərizəsində göstərdiyi əşyaların məhv olunduğunun sübuta yetirildiyi nəticəsinə gələrək hesab etmişdir ki, bununla bağlı iddiaçıya vurulmuş ziyan cavabdeh tərəfindən ödənilməlidir. Bununla bərabər, iddiaçı ərizəsində cavabdehin təqsirindən məhv olunmuş daşınar əşyaların siyahısını göstərmiş və onların ümumi dəyəri ni 35000 manat qiymətləndirmiş, lakin həmin əşyaların dəyəri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində göstərmişdir ki, “iddiaçının tələbi heç də son model texnika, avadanlıq və ya hədsiz baha dəyərdə olan əşyalar deyildir.... vətəndaşın istədiyi bahalı və ya digər bu kimi kateqoriyadan olan əşyalar deyil, özünün məişətdə istifadə etdiyi köhnəlmiş əşyalarıdır.” Apellyasiya məhkəməsi iddiaçıya vurulmuş real zərəri müəyyən etmək ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Lakin qiymətləndirməsi tələb olunan əşyalar üzrə təqdim edilmiş məlumat və iş materiallarında olan fotoşəkillər (CD Disk) kifayət etmədiyi (vəsatətdə qeyd edildiyi kimi əşyanın markası, modeli, əmtəə görünüşü (hansı üsulla hazırlanması), texniki göstəriciləri (ölçüsü, istehsal ili, istismar müddəti, hansı materialdan hazırlanması və s.) hansı vəziyyətdə olması, mənəvi və fiziki köhnəlmyə hansı dərəcədə məruz qalması, təyinatı, miqdarı, həmçinin təmir bərpasına çəkiləcək xərcin miqdarı və s.) üçün tədqiqat aparmaq mümkün olmadığndan məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Apellyasiya məhkəməsi iş üzrə mütəxəssis cəlb etmiş və müstəqil qiymətləndirici tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2019-cu il tarixli “Məişət əşyalarının bazar dəyərinin müəyyən edilməsi barədə” rəyə əsasən, təqdim olunmuş siyahı üzrə (mətbəx mebeli, qonaq otağı mebeli, giriş mebeli, tikiş maşını Lada, kitab rəfləri, antena, video maqnitofon Sony (2 ədəd), ütü stolu, 2 ədəd ev üçün pillə (stul), açılan yata q (raskladuşka), gecə lampaları (dəst), çilçıraq, stol saat, telefon, rolik (Vilson), digər məişət əşyaları) məişət əşyalarının ümumi bazar dəyəri 2.050 manat təşkil edir. Göstərilən rəyin təsviri-əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, məişət əşyaların təsviri cavabdeh tərəfin nümayəndəsinin iştirakı ilə iddiaçı tərəfindən ekspertə bildirilmişdir. Apellyasiya məhkəməsi müstəqil qiymətləndiricinin rəyini iş üzrə mötəbər sübut qismində qiymətləndirərək hesab etmişdir ki, iddiaçıya vurulmuş zərər məhz həmin rəyə uyğun müəyyən edilməklə, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qannvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin d əlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar