Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1235/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1235/21 (Açar sözlər: protokolunun etibarsız hesab edilməsi) Bakı şəhəri, 12 aprel 2021-ci il 12.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yakuboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx" MMC-yə qarşı “protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)3471/20 20 nömrəli, 25 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 12 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Nərimanov Rayon Məhkəməsinin 2(005)-746/2016 saylı 20.07.2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı 10 oktyabr 2014-cü il tarixli 24-A-1-0-724-14 saylı kredit müqaviləsi üzrə yaranmış 18204 manat məbləğində əsas, 3115 manat məbləğində faiz və 1800 manat məbləğində cərimə borcu olmaqla, cəmi 23119 manat “xxxx” İKB-nin xeyrinə pul tutulub.
2. Tələb İddiaçı məxsus və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlilov küçəsi 14 saylı evin 1 saylı mənzilinə yönəldilib, mənzilin ilkin satış qiyməti 46000 manat müəyyən edilib.
3. Qətnamə icraya yönəldilmiş, 30 avqust 2017-ci il tarixli, Y-706 nömrəli protokolla “xxxx” MMC tərəfindən mənzil 29325 manata “xxxx” İKB-yə satılıb. a) İş üzrə birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh “xxxx” MMC qarşı (“xxxx” İKB ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, 30 avqust 2017-ci il tarixli Y-706 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, İddiaçı nə məhkəmənin, nə də hərracın harada, nə zaman və necə keçirilməsi barədə məlumatı olmayıb.
6. Belə ki, hərracı keçirən təşkilat “xxxx” MMC açıq hərrac keçirərkən İddiaçı heç bir məlumat verməyib.
7. Həmçinin mənzilin qiyməti düzgün göstərilməyib, mənzilin həmin dövrdə qiyməti 70000 manat olub. “xxxx” İKB ASC-nin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya külli miqdarda ziyan dəyib.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 415 və 416-cı maddələrinə istinad etmişdir.
9. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” İKB ASC-nin nümayəndəsi mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir.
10. Məhkəmə iclasında İddiaçı çıxış edərək, iddia tələbi üzrə əlavə olaraq qeyd edib ki, ticarətlə məşğul olur, dolların məzənnəsi qalxdıqdan sonra ödəniş edə bilməyib. Bildirişlərin ona çatmamasına səbəb kimi isə övladları ilə Türkiyə Respublikasında olması, anasının isə mütəmadi həmin ünvana gedib-gəlməsidir. 11. ünvan 17 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Ülviyyə Şükürova)
12. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, 13.06.2017-ci il tarixli, 30.06.2017-ci il tarixli və 03.08.2017-ci il tarixli “xxxx” MMC tərəfindən tərtib olunmuş aktlardan və 15.07.2017-ci il tarixli, 074663 saylı çatdırılma haqqında qəbzə əsasən hərracın təşkilatçısı olan “xxxx” MMC təsdiq etmə üsulu ilə iddiaçıya bildiriş göndərmişdir. Eyni zamanda hərracın keçirilməsi və bildirişin verilməsi müddətlərinə “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq riayət olunmuşdur.
13. Birinci instansiya məhkəməsi üçüncü şəxs “xxxx” İKB-nın müddətin tətbiqinə dair ərizəsi ilə əlaqədar qeyd edib ki, əqdin etibarsız sayılması üçün müddətin tətbiqinə zərurət yoxdur. Çünki müddətin axımı tərəfin bildiyi və ya bilməli olduğu vaxtdan hesablanır, hazırkı işdə isə həmin müddətin müəyyən edən mötəbər sübut məhkəməyə tə qdim edilməmişdir.
14. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlib ki, iddia təmin edilməməlidir.
15. Məhkəmə mövqeyini Mülki Məcəllənin 415.2, İpoteka haqqında” Qanunun 33, 42.1, 42.3, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. İddiaçı apellyasiya şikayəti verilərək qətnamənin ləğv, iddianın edilməsini xahil etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan halları kifayət qədər araşdırmamış, maddi hüquq normalrını düzgün tətbiq etməmişdir.
18. Tələbkar hərracın təşkilatçısı tərəfindən 14 iyul 2017-ci il tarixdə qəzetdə sonuncu elan dərc edildiyi gündən 13 avqust 2017-ci il tarixədək əmlakı əl də edə bilərdi. Hərrac isə 30 avqust 2017-ci il tarixdə baş tutub. Qanunverici imperativ qaydada müəyyən etmişdir ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8505/2019 saylı, 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(009)-919/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xəyal Sarıyev (sədrlik edən, məruzəçi), Vüqar Həsənov, Şərafət Məmmədova)
20. Apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edib ki, hərrac 12 iyul 2017-ci il, təkrar hərrac 16 avqust 2 017-ci il tarixlərində keçirilmiş, bundan sonra hərrac baş tutmadığı üçün, əmlak Banka təklif olunmuş, 30 gün müddətində, yəni 30 avqust 2017-ci il tarixdə əmlakla bağlı Bankla alqısatqı müqavailəsi bağlanmışdır.
21. Apellyasiya məhkəməsi qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
22. İddiaçı kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini, işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Belə ki, hərracın keçirilməsi bar ədə bildirişlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçıya göndərilməyib, hərrac düzgün keçirilməyib.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-155/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qətnaməsi ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2(103)-8505/2019 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi qətnamədə hərracın təşkilatçısı ”xxxx” MMC-nin hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirdiyini, ipoteka saxlayan ”xxxx” İKB ASC və ipoteka qoyan iddiaçıya verilməsini təsdiq etmə üsulu ilə göndərilmiş bildirişlərin onlar tərəfindən alınmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmatıb qeyd edib ki, əvvəla, hərracın keçirilməsinə dair ”xxxx” MMC tərəfindən iddiaçının qeydiyyatda olduğu ünvana göndərilən bildirişlərin sonuncuya çatdırılması ”mənzilin qapısının bağlı olması” səbəbindən mümkün olmamışdır və 15 iyul 2017-ci il tarixdə ipoteka qoyan iddiaçıya ünvanlanan digər bildiriş isə ”Babayev” soyadlı kirayənişin tərəfindən qəbul edilmişdir.
26. Kassasiya məhkəməsi hesab etmişdir ki, hərracın keçirilməsinə dair bildirişin təsdiq etmə üsulu ilə iddiaçıya şəxsən verilməsini, çatdırılmasını özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur.
27. Kasasiya məhkəməsi qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi, iddiaçının ilkin və təkrar hərracların keçirilməsi barədə məlumatlı olub-olmamasını kifayət qədər tam, hərtərəfli və obyektiv araşdırmadan, 15 iyul 2017-ci il tarixdə iddiaçıya ünvanlanan bildirişi qəbul etmiş ”Babayev” soyadlı şəxsin şəxsiyyətini müəyyən edib onun hazırki mübahisəli məsələyə münasibətini öyrənmək üçün şahid qismində məhkəməyə dəvət etməyi iddiaçıya təklif etmədən, ümumiyyətlə, ilkin və təkrar hərracların keçirilməsi zamanı ipoteka predmeti olan mənzildə kimin yaşamasını, ”xxx” soyadlı şəxslə mənzil kirayə müqaviləsinin bağlanıb-bağlanmamasını araşdırmadan, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, əslində iddiaçının, alıcı qismində ilkin və təkrar hərraclarda iştirak etmək, eləcə də onun hərracın vaxtı, yeri, forması, predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi m üddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumatlandırılmaq hüquqlarını pozmuşdur.
28. Kassasiya məhkəməsi vurğulayıb ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə hərracın keçirilməsinə dair məlumatların, ilkin və təkrar hərracların baş tutmamasına dair elanların “Birja” qəzetinin 09 iyun 2017-ci il, 23 iyun 2017-ci il və 14 iyul 2017-ci il tarixli nömrələrində dərc edildiyini göstərsə də, işə “Birja” qəzetinin surəti əlavə edilməmişdir. İşə əlavə edilmiş “Market” qəzetinin surətindən isə görünür ki, ipoteka predmetinə dair keçirilmiş ilkin və təkrar hərracların baş tutmaması barədə “Market” qəzetinin 09 iyun 2017-ci il, 23 iyun 2017-ci il, 14 iyul 2017-ci il, 28 iyul 2017-ci il və 18 avqust 2017-ci il tarixli nömrələrində müvafiq elanlar dərc edilmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
29. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3471/2020 nömrəli, 25 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(009)-919/2019 saylı qətnaməsi dəyişdirlmədən saxlanmışdır. (hakimlər Xumar Mərdanova (sədrlik edən, məruzəçi), Elnur Həsənov, Fuad Babayev)
30. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 20 iyul 2016-cı il tarixli 2(005)- 746/2016 saylı qətnaməsinə əsasən 23119 (iyirmi üç min yüz on doqquz) manat borc məbləği cavabdeh İddiaçı "xxxx” İKB-nın xeyrinə tutulmuş, tələb cavabdeh İddiaçı məxsus ipoteka ilə yüklü edilmiş, ilkin satış qiyməti 46000 manat olan xxxx mənzilə yönəldilmiş və həmin mənzilin açıq hərracda satılaraq əldə edilən vəsaitdən borcun ödənilməsi qət edilmişdir. Qətnamənin icrası barədə 13 aprel 2017-ci il tarixdə icra vərəqəsi icra olunması üçün Nərimanov rayon İcra Şöbəsinə göndərilmiş, Nərimanov rayon İcra Şöbəsi "xxxx” MMC-yə qeyd olunanlara əsasən müvafiq qaydada hərracın keçirilməsinin təşkili ilə bağlı icraata başlamaq haqqında qərar və icra vərəqəsinin surətini məktubla göndərmişdir. “xxxx” MMC-nin 13.06.2017-ci il, 30.06.2017-ci il, 03.08.2017-ci il tarixli aktlarında göstərilmişdir ki, “xxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış bildirişin sonuncuya çatdırılması mümkün olmamış, səbəb kimi “kuryer dəfələrlə ünvanına getmiş, lakin qap ı bağlı olduğu üçün məktub geri qaytarılmışdır” qeyd edilmişdir. 15 iyul 2017-ci il tarixli 074663 saylı poçt qəbzində “xxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış bildirişin “xxx” soyadlı kirayənişin tərəfindən qəbul edilməsi yazılıb. “xxxx” MMC-nin hərracın nəticələri haqqında 30.08.2017-ci il tarixli Y-706 saylı yekun protokol və eyni tarixli müqaviləyə əsasən, xxx saylı mənzil 29.325 manat müqabilində “xxxx” İKB ASC-nin müıkiyyətinə keçmişdir.
31. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən qeyd etmişdir ki, hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxt barədə tərəflərə bildirişlər göndərilmiş, ünvana çatdırılmış, eyni zamanda qəzetlərdə elanlar verilmişdir.
32. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qərarında şərh edilən göstərişlərlə bağlı qeyd edib ki, hərrac mərkəzi qanunvericiliklə nəzərdə tutulmuş qaydada hərracın keçirilməsi vaxtı və yeri barədə borcluya müvafiq bildirişlər göndərmişdir. Həmin bildirişlərin mənzilin kirayənişinlərinə təqdim edilməsinə görə isə hərrac mərkəzi məsuliyyət daşıya bilməz. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, hərracın vaxtı və yeri barədə təsdiq etmə üsulu ilə bildiriş göndərilməlidir ki, hərrac mərkəzi də bunu etmişdir. Qanunvericilikdə bildirişin şəxsən verilməsi nəzərdə tutulmamışdır.
33. Bununla da, apellyasiya instansiyasının mövqeyinə görə iddiaçı hərrac barədə məlumatlı olmadığına istinad etsə də, məhkəməyə istinad etdiyi halları təsdiq edən hərhansı sübut təqdim etməmiş, əksinə, əmlakın hərracının keçirilə cəyinə dair bildirişi ünvan sahibi poçt xəbərnaməsinə imza edərək qəbul etmiş və bu da onun hərracın keçirilməsi barədə məlumatlı olduğunu sübut edir.
34. Apellyasiya məhkəməsi belə hesab edib ki, hərrac qanunveciliyin tələblərinə riayət edilməklə, hər-hansı qanun pozuntusu olmadan təşkil edilmişdir.
35. Həmçinin apellyaisya məhkəməsi iddia müddətinin tədbiq edilməməsi ilə bağlı birini instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığını qeyd etmişdir.
36. Bundan başqa, apellyasiya məhkəməsi iddiaçının bildirişi alan Babayev soyadlı şəxsi tanımadığını bildirməsi barədə izahatına istinadən qeyd edib ki, bu hala əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında nəzərdə tutulmuş göstərişlərin araşdırılması qeyri-mümkün olmuşdur.
37. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin t ətbiq etdiyi maddi hüquq normaları ilə razılaşmış, mövqeyini əlavə olaraq Mülki Məcəllənin 269.5, “İpoteka haqqında” Qanunun 34.1.1, 34.1.3, 34.1.4, 41 və 44-cü maddələri ilə əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
38. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
39. Kassasiya şikayətində işin faktiki hallarına və apellyasiya məhkəməsi tərəfindən hazırki iş üzrə kassasiya instansiyasının qərarında şərh edilən göstərişlərə əməl edilməməsinə istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri
40. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxi l olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
41. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.
42. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh “xxxx” MMC-nin və üçüncü şəxs “Yelo Bank” (“xxxx” İKB) ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Məcəllə Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Qanunun Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.[66] Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qa rşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifa rişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipot eka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasın a, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
44. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.
47. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
48. İddia tələbi hərracın yekun protokolunun etibarsız hesab edilməsi barədədir. İddiaçı tələbini hərracın keçirilməsi barədə ona məlumat verilməli olması barədə qanunvericiliyin tələblərinə əməl edilməməsi ilə əsaslandırmışdır. Belə olan halda, iddianın təmin olunmasının əsas şərtini hərrac barədə həqiqətən də iddiaçıya məlumat verilməməsi, bu barədə qanunvericiliyin tələblərinə əməl edilməməsi təşkil edir.
49. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halı ondan ibarətdir ki, hərracın keçirilməsi barədə iddiaçıya məlumat verilib, hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilib (hazırki qərarın 30 və 31-ci bəndləri).
50. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə hərracın keçirilmə qaydasını nizama salan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İşin müəyyən edilmiş halları tətbiq edilən normaların dispozitiv şərtlərinə uyğun olaraq iddianın təmin edilməsini istisna etmişdir.
51. Həmçinin apelyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
52. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnam əni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
53. Məhkəmə kollegiyası hərracın vaxtı və yeri barədə məlumat verilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilini qəbul etmir. Belə ki, iddiaçı işə mahiyyəti üzrə baxan məhkəmələrdə verdiyi izahatında bildirişlərin ona çatmamasına səbəb kimi övladları ilə birgə Türkiyə Respublikasında yaşamasını göstərmişdir. Belə olan halda, iddiaçının bildirişi almamasının hazırki mübahisənin həlli baxımından hər hansı əhəmiyyəti də qalmır.
54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3471/2020 nömrəli, 25 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Qərar qəbul edildiyi andan qüvvəyə minir.