Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1236/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1236/2019 18 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-ci il tarixli, 2(103)-8187/2018 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək, cavabdehlərdən yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə müştərək qaydada 9151 manat maddi, 1500 manat mənəvi zərərin əvəzinin və 30 manat dövlət rüsumunun, cəmi 10681 manat pulun ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri BinəqədiRayon Məhkəməsinin (hakim Ş.Ə.Məhərrəmova) 30 aprel 2018-ci il tarixli, 2(001)-1690/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 7440 manat məbləğində pul vəsaitinin vəödənilmiş dövlət rüsumuna görə30 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinəödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) 05.09.2018-ci il tarixli, 2(103)-8187/2018 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti təminolunmamış, Bakı şəhəri BinəqədiRayon Məhkəməsinin 30 aprel 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, vurulmuş zərərin əvəzinin müştərək qaydada avtomobilin sahibi qismində Cavabdeh2 tutulması hissəsində qərar qanuni deyildir. Çünki, o hər hansı inzibati xəta törətməmişdir. Sadəcə olaraq, Cavabdeh1 avtomobili etibarnaməsiz idarə etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiqini yoxlayır. İlk növbədə qeyd edilməlidir ki, kassasiya şikayətində cavabdehlər qətnamənin tam şəklildə ləğv edilməsini xahiş etsə də, dəlillərindən göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin qətnaməsi yalnız zərərin əvəzinin müştərək qaydada Cavabdeh2 tutulması hissəsi ilə bağlıdır. Bu baxımdan kollegiya hesab edir ki, qətnamə məhz elə həmin hissədə də yoxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 05.09.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli qətnaməsini mübahisələndirilən hissədə dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsas lı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 27 dekabr 2016-cı il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində Cavabdeh2 məxsus, Cavabdeh1 mülkiyyətçinin razılığı ilə idarə olunan “BMW 525 markalı, **-XL-*** nömrəli nəqliyyat vasitəsi ilə İddiaçı məxsus, Nümayəndə2 tərəfindən etibarnamə əsasında idarə olunan “Jaguar XF” minik markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, iddiaçıya yüngül bədən xəsarəti dəymiş və nəqliyyat vasitəsinə xeyli miqdarda ziyan dəymişdir. Hadisə barədə araşdırma aparılmış, nəqliyyat hadisəsinin törədilməsində təqsirkar olan Cavabdeh1 nəqliyyat vasitəsinin idarə etmək hüququnun olmadığı və nəqliyyat vasitəsini etibarnamə ilə deyil, mülkiyyətçinin şifahi razılığı ilə idarə etdiyi müəyyən edilmişdir. İddiaçıya dəymiş ziyanın 5000 manat məbləğində hissəsi icbari sığorta tərəfindən qarşılanmış, qalan hissəsi cavabdehlər tərəfindən ödənilməmiş, iddiaçı iddia ərizəsi ilə dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2018-ci il tarixli, 32571 saylı rəyinə əsasən, nəzəri hesablama yolu ilə “Yaguar XF” minik markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 12440 manat, dəyişilməli hissələrin qiyməti 10390 manat, təmir-bərpa işləri 2050 manat müəyyən edilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışın ın zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə q oyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.2.-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənil məsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdüzgüntətbi qetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahuisələndirilən hissədə ləğvi üçün qanuni əs as deyildir. Belə ki, Mülki Məcəllənin yuxarıda istinad edilən müddəalarının dispozitiv şərtlərindən göründüyü kimi, qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Hazırki halda da, Cavabdeh1 hadisənin baş verməsi zamanı avtomobili səlahiyyətsiz idarə etdiyindən və Cavabdeh2 avtomobilin onun sahibliyindən Cavabdeh1 hüquqa zidd hərəkətləri nəticəsində çıxdığını sübuta yetirmədiyindən Mülki Məcəllənin 1108-ci maddəsinin tələbləri baxımından qanuni sahib kimi onunla müştərək qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəm əsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-ci il tarixli, 2(103)-8187/2018 nömrəli qətnaməsi iddianın Cavabdeh2 münasibətdə təmin edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev
Məhkəmə qərarları › İş №2(102)-1236/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1236/2019
18.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver