Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1239/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" ASC-yə qarşı (X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın və hüquqi nətic ələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2(103)-6922/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1221/2019 saylı, 10 may 2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı əsas borc üzrə 180.000 (bir yüz səksən min) manat, faiz borcu üzrə 16.435 (on altı min dörd yüz otuz beş) manat, cərimə borcu üzrə 4027,79 (dörd min iyirmi yeddi manat, yetmiş doqquz qəpik) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, 10 (on) manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 200.522,79 (iki yüz min beş yüz iyirmi iki manat, yetmiş doqquz qəpik) manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" İKB ASC-yə verilməsi, tutmanın ipotekaya qoyulmuş İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən, 97,9 kv.m. ümumi sahədən ibarət 103 №-li qeyri-yaşayış sahəsinə yönəldilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən, 97,9 kv.m. ümumi sahədən ibarət 103 №-li qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 301.500 (üç yüz bir min beş yüz) manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin İddiaçı qaytarılması, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kif ayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən, 97,9 kv.m. ümumi sahədən ibarət 103 №-li qeyri-yaşayış sahəsinin satıldıqdan bir ay sonra boşaldılması, İddiaçı ilə "xxxx" İKB ASC arasında bağlanmış 16 yanvar 2015-ci il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1221/2019 saylı, 10 may 2019-cu il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12526/2019 saylı, 7 oktyabr 2019cu il tarixli qətnaməsi ilə, sonuncu isə Ali Məhkəmənin 2(102)-1760/2020 saylı, 18 mart 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
3. Hərracın keçirilməsi haqqında Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 11170/111260/19-15-4 saylı, 09 sentyabr 2019-cu il tarixli sifariş məktubu "xxxx" MMC-yə daxil olmuş və "xxxx" MMC tələbkar Cavabdeh2 ASC və borclu İddiaçı Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 11170/111260/19-15-4 saylı, 09 sentyabr 2019-cu il tarixli şifariş məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m. olan qeyri-yaşayış sahəsinin 06 noyabr 2020-ci il tarixdə, saat 11:00-da ilkin hərrac, 23 noyabr 2020-ci il tarixdə, saat 11:00-da satılmaq üçün təkrarən açıq hərraca çıxarılacağı barədə məlumatlandırmış, bu barədə sonuncuya 12 oktyabr 2020 və 11 noyabr 2020-ci il tarixlərdə rəsmi qaydada poçt vəsitəsi ilə bildirişlər göndərilmiş, həmin bildirişlər borclu İddiaçı tərəfindən qəbul edilmişdir. Bununla yanaşı hərrac barədə “Birjanyus” X3 (Portalında) (www.birjanews.a z) elan verilmişdir. "xxxx" MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokoluna əsasən, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m. olan qeyri-yaşayış sahəsini təkrar hərraca çıxarmış və ipoteka saxlayan Cavabdeh2 ASC həmin əmlakı 192.206,25 manata əldə etmiş və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Hərracın Yekunları barədə 55/08 saylı, 23 dekabr 2020-ci il tarixli Protokola əsasən, sözügedən qeyri-yaşayış sahəsi tələbkar Cavabdeh2 ASC-yə 192206,25 manata satılmasına dair, "xxxx" MMC ilə Cavabdeh2 ASC arasında hərracın nəticələrinə dair protokol t ərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 156 (20A) 1933 məhəllə "xxxx"-nin xx.xx.2020-ci il tarixdə keçirdiyi hərracın (23 dekabr 2020-ci il tarixli 55/08 saylı hərrac protokolu) etibarsızlığı və hərracın hüquqi nəticələrinin etibarsızlığı, o cümlədən "xxxx" ASC-yə verilmiş xx.xx.2021-ci il tarixli ********** çıxarışın etibarsızlığı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2016-cı il tarixdə "xxxx" ASC-nin 1 saylı filialı ilə kredit müqaviləsi bağlayara q 180.000 (bir yüz səksən min) manat kredit götürmüş, kreditin təminatı kimi xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m olan qeyri-yaşayış sahəsini arvadı X1 xəbərsiz ipoteka ilə yüklü etmişdir. Bankın rəhbərliyi ilə aralarında olan şifahi razılaşmaya əsasən kredit ona güzəştli şərtlərlə verilməli idi. Bankın həmin dövrdəki rəhbərliyi kredit müqaviləsində göstərilən məbləğin yarısını onlara qaytarmalı olduğunu, bunun müqabilində krediti uzun müddətə və kiçik hissələrlə ödəyəcəyinə şərait yaradacağını təklif və vəd etdi. Qeyd etmişdir ki, o, Çernobıl əlilidir, həmin dövrdə səhhəti kəskin şəkildə ağırlaşmışdı, ciddi müayinə və müalicə tələb olunurdu. Lakin, maddi vəziyyəti çox ağır olduğundan müalicə olunmaq üçün vəsaiti yo x idi. Ona görə də kredit götürməyə məcbur qaldı və nəticədə bankın rəhbərliyinin təklifini və irəli sürdüyü bu ağır şərti qəbul etməyə vadar oldu. Bir müddət keçəndən sonra, ona məlum oldu ki, "xxxx" İKB ASC-nin rəhbərliyi və eləcə də adı dəyişilmişdir. Bununla əlaqədar olaraq bankın kredit götürdüyü filialına getdi və burada ona bildirdilər ki, bankın bütün rəhbər heyəti o cümlədən onunla birbaşa danışıqlar aparmış, kredit müqaviləsini bağlayarkən götürdüyü kreditin ödənişi zamanı ona tam güzəştli şərait yaradacağı barədə şifahi razılığa gəldiyi rəhbər şəxslər artıq bankın idarəçiliyindən uzaqlaşdırılmışdır. Bundan sonra maddi sıxıntıları ilə əlaqədar kredit ödənişlərini edə bilmədiyi üçün bank borcu almaq üçün məhkəmədə iddia qaldırmışdır. Bildirmişdir ki, arvadı X4 ilə xx.xx.1989-cu il tarixdə rəsmi nikah bağlayaraq, ailə həyatı qurmuşlar. Hal-hazırda mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m olan qeyri-yaşayış sahəsini birgə nikah dövründə əldə etmişlər. Həyat yoldaşı X4 birgə nikah dövründə əldə etdikləri əmlakın ondan xəbərsiz ipoteka ilə yüklü edilməsindən xəbərdar olduqdan sonra, pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəmədə iddia qaldırmışdır və onun iddiası əsasında hazırda məhkəmə mübahisəsi davam etməkdədir. Hal-hazırda X2 Daşınmaz Əmlakın DRX tərəfindən Cavabdeh2 ASC-nin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası əsasında kassasiya şikayəti üzrə Ali Məhkəmənin icraatında 2(102)-2794/2023 saylı iş vardır. Q eyd etmişdir ki, məhkəmə mübahisələri davam etdiyi bir vaxtda "xxxx" tərəfindən onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m olan qeyri-yaşayış sahəsinin açıq hərracda satılması ilə bağlı ona xx.xx.2020-ci il tarixli 01/2108 saylı təklif və bildiriş gəlmişdir. O və həyat yoldaşı Nailə Gülmalıyeva hər ikisi ayrı-ayrılıqda dərhal hərracın təşkilatçısı Nəsimi rayon İcra və probasiya Şöbəsinə, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə məktub yazaraq (müvafiq sənədlər əlavə edilməklə) bildirmişlər ki, ipoteka predmeti olan mübahisələndirilən əmlakla bağlı məhkəmə cəkişməsi davam edir, məhkəmə mübahisəsi davam etdiyi bir vaxtda və iş üzrə yekun məhkəmə aktı olmadığına görə, mübahisəli əmlakın hərraca çıxarı lması qanunsuzdur. Ona görə də, göstərilən hüquqi əsaslara istinad edərək hərracın keçirilməməsini və dayandırılmasını xahiş etmişlər. Bundan sonra o, hesab etdi ki, hərrac dayandırılmışdır. Lakin, sonradan ona məlum olmuşdur ki, məhkəmə çəkişmələri davam etdiyi bir vaxtda xüsusi mülkiyyətində olan əmlakını bank və hərrac onun iştirakını təmin etmədən hərraca çıxarmışlar və tamamilə qanunsuz şəkildə formal hərrac keçirərək ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m olan qeyri-yaşayış sahəsini qanunsuz olaraq Yelo Bank ASC-nin mülkiyyətinə keçirmişlər və nəticədə bank mübahisəli əmlaka dair xx.xx.2021-ci il tarixli ********** saylı çıxarış əldə etmişdir. Halbuki, daşınmaz əmlakla bağlı hərracların keçirilməsinin hüquqi əsaslarını və qaydasını müəyyən edən, hal-hazırda qüvvədə olan qanunvericilik aktlarının norma və tələblərinə görə, xüsusi mülkiyyətdə olan əmlak hərraca çıxarılarkən mülkiyyətçinin hüquqları qorunmalı, o cümlədən əmlakın mülkiyyətçisinin hərracda iştirakı təmin edilməklə əmlakın satın alınması ilk növbədə mülkiyyətçiyə təklif olunmalıdır. Eyni zamanda hərraca çıxarılan daşınmaz əmlakın qiyməti hərrac keçirilən dövrdə daşınmaz əmlakın orta bazar qiymətinə uyğun müəyyən edilməlidir. Qeyd etmişdir ki, hərrac keçirilən zaman mübahisəli daşınmaz əmlakın orta bazar qiyməti təqribən 800000 - ******* manat civarında olmuşdur. Lakin, mübahisəli əmlak hərraca çıxarılan zaman əmlakın mövcüd orta bazar qiyməti deyil, 2016- cı ildə əmlak girov qoyularkən bank tərəfindən keçirilmiş qiymətləndirmə nəticəsində müəy yən edilmiş 301.500 manat qiymət hərracda satış qiyməti kimi təyin edilmişdir. Yuxarıda göstərdiyi bütün xüsusatlardan açıq-aşkar göründüyü kimi, hərrac tamamilə qanunsuz, formal və bir başa Cavabdeh2 ASC-nin sifarişi və “dirijorluğu” ilə keçirilmiş və bununla da onun Azərbaycan Respublikasının Konstitusiyası, Beynəlxalq Konvensiyalar və Azərbaycan Respublikasının mövcüd qanunvericilik aktları ilə təsbit olunmuş mülkiyyət hüququ ən kobud şəkildə pozulmuşdur. Bir daha yuxarıda sadaladığı əsaslara istinad edərək qeyd etmişdir ki, hərracların keçirilmə qaydasını tənzimləyən mövcud qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla keçirildiyindən sözügedən hərrac və yaratdığı hüquqi nəticələr məhkəmə qaydasında etibarsız hesab edilməlidir.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh Yelobank ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi ipoteka ilə yüklü edilmiş və Nəsimi Rayon Məhkəməsinin 2(006)-1221/2019 saylı, 10 may 2019-cu il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən 103 saylı qeyriyaşayış binasına tutma yönəldilməsi qət edilmişdir. 10 may 2019-cu il tarixli icra vərəqəsinin və Nərimanov Rayon İcra və probasiya Şöbəsinin 11170-111260/19-15-4 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən hərrac keçirilmişdir. Hərracın keçirilməsinə dair bildirişlər və ipoteka predmetinin əldə olunmasına dair təklif tərəflərə göndərilmişdir. Hərracın yekunlarına dair protokol 23 dekabr 2020-ci il tarixdə tərtib edilmişdir. "xxxx" MMC ilə ipoteka saxlayan bank Cavabdeh2 ASC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Cavabdeh2 ASC xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən 103 saylı qeyri-yaşayış binasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetr Xidmətindən çıxarış almışdır. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci mad dəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən hallan bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göstərilənləri nəzərə alaraq, İddiaçı Cavabdeh2 ASC-yə və qeyrilərinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdehlə tamamilə razıdır, onlar vicdanlı alıcıdır, hərrac qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilmişdir. Həmçinin bildirmişdir ki, bununla bağlı məhkəmələrin qərarları mövcuddur. İddiaçının banka borcu olub, onun çeşid-çeşid iddiaları verməkdə məqsədi yalnız vaxt uzatmaqdır. Həmçinin iddiaçı bir il ərzində əmlak həm bankın, həm də onların mülkiyyətində ola-ola icarə haqqları ödəmişdir. Mübahisəli əmlak hərraca çıxarılanda o, onu hərracdan ala bilərdi, lakin almamışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4060/2023 nömrəli, 18 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, "xxxx" MMC tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, o, qanunvericilikl ə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, bu barədə iddiaçının həm qeydiyyatda olduğu, rəsmi qaydada bildirişlər göndərmiş, hərrac barədə “Birjanyus” X3 (Portalında) (www.birjanews.az) elan verilmişdir. Müvafiq ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti icra mərhələsində icra məmurunun qərarı ilə deyil, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1221/2019 saylı, 10 may 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş, ipoteka predmetinun ilkin satış qiyməti 305000 manat məbləğində qiymətləndirilmişdir. Həmin hissələrdə də Nəsimi Rayon Məhkəməsinin qətnaməsi hazırki iddiaçı tərəfindən, həmin iş üzrə cavabdeh tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, hər iki halda qüvvədə saxlanılmışdır.
10. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcə llənin 416-cı maddəsinə, “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələrinə, “İcra haqqında” Qanunun 53 və 61-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77 və 217-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisələri davam etdiyi bir vaxtda "xxxx" tərəfindən Gülmalıyevlərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m. olan qeyriyaşayış sahəsinin açıq hərracda satılması ilə bağlı İddiaçı xx.xx.2020-ci il tarixli 01/2108 saylı təklif və bildiriş gəlmişdir. İddiaçı və Nailə Gülmalıyeva hər ikisi ayrı-ayrılı qda dərhal hərracın təşkilatçısı Nəsimi rayon İcra və probasiya Şöbəsinə, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə məktub yazaraq (müvafiq sənədlər əlavə edilməklə) bildirmişlər ki, ipoteka predmeti olan mübahisələndirilən əmlakla bağlı məhkəmə cəkişməsi davam edir, məhkəmə mübahisəsi davam etdiyi bir vaxtda və iş üzrə yekun məhkəmə aktı olmadığına görə, mübahisəli əmlakın hərraca çıxarılması qanunsuzdur. Yuxarıda qeyd edilən hüquqi əsaslara istinad edərək hərracın keçirilməməsini və dayandırılmasını xahiş etmişlər. Lakin, sonradan məlum olmuşdur ki, məhkəmə çəkişmələri davam etdiyi bir vaxtda Yelo Bank ASC mübahisəli əmlakın qanunsuz olaraq hərraca çıxarılmasına nail olmuş, tamamilə qanunsuz şəkildə formal hərrac keçirərək Teyyub və Nailə Gülmalıyevlərə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m. olan qeyri-yaşayış sahəsinə dair xx.xx.2021-ci il tarixli ********** saylı çıxarış əldə etmişdir. Halbuki, daşınmaz əmlakla bağlı hərracların keçirilməsinin hüquqi əsaslarını və qaydasını müəyyən edən, hal-hazırda qüvvədə olan qanunvericilik aktlarının norma və tələblərinə görə, xüsusi mülkiyyətdə olan əmlak hərraca çıxarılarkən mülkiyyətçinin hüquqları qorunmalı, o cümlədən əmlakın mülkiyyətçisinin hərracda iştirakı təmin edilməklə əmlakın satın-alınması ilk növbədə mülkiyyətçiyə təklif olunmalıdır. Eyni zamanda hərraca çıxarılan daşınmaz əmlakın qiyməti hərrac keçirilən dövrdə daşınmaz əmlakın orta bazar qiymətinə uyğun müəyyən edilməlidir. Qeyd edir ki, hərrac keçirilən zaman mübahisəli daşınmaz əmlakın o rta bazar qiyməti təqribən 700.000800.000 manat civarında olmuşdur. Lakin, mübahisəli əmlak hərraca çıxarılan zaman əmlakın mövcud orta bazar qiyməti deyil, 2016-cı ildə əmlak girov qoyularkən bank tərəfindən keçirilmiş qiymətləndirmə nəticəsində müəyyən edilmiş 301.500 manat qiymət ilkin qiymət hərracda satış qiyməti kimi təyin edilmiş, və yekun olaraq cəmi 192.206 manata bank əmlakı ələ keçirmişdir. Bir daha yuxarıda sadaladığı əsaslara istinad edərək qeyd edir ki, hərracların keçirilmə qaydasını tənzimləyən mövcud qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla keçirildiyindən sözügedən hərrac və yaratdığı hüquqi nəticələr məhkəmə qaydasında etibarsız hesab edilməlidir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6922/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qə tnaməsi ilə (hakimlər: C.C.Musayeva (sədrlik edən və məruzəçi), F.F.Babayev və G.T.Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1221/2019 saylı, 10 may 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Həmin qətnaməyə əsasən kredit müqaviləsi üzrə tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən 103 saylı qeyri-yaşayış sahəsinə yönəldilməsi, sahənin açıq hərracdan satılması və mənzilin ilkin satış qiymətinin 301.500 manat məbləğində müəyyən edilməsi qət ed ilmişdir.
15. Qeyd edilməlidir ki, tələbin əmlaka yönəldilməsinə dair məhkəmə aktı qanuni qüvvədə olmaqla icra vərəqəsi verilmiş, ilkin hərrac isə xx.xx.2020-ci il tarixində keçirilmişdir. Belə olan halda icra vərəqəsinin verilməsi və hərracın keçirilməsi arasında olan müddət çox qısa olmaqla əmlakın dəyərinin əhəmiyyətli qaydada artması baxımından yenidən qiymətləndirmə rəyinin alınması ağlabatan hesab edilə bilməz.
16. Bundan başqa iddiaçının istinad etdiyi digər dəlil ilə əlaqədar kollegiya vurğulayır ki, təkrar hərrac baş tutmamış elan edildiyi halda ipoteka predmetinin ipoteka verənə təklif edilməsi ipoteka qanunvericiliyində nəzərdə tutulmamışdır. Əksinə, “İpoteka haqqında” Qanunun 43.1.2, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallara görə hərrac baş tutmamış elan edildik dən sonra 30 təqvim günü ərzində ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı verilir (“İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri). İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. İş materiallarından da göründüyü kimi ipoteka saxlayan öz hüququndan vaxtında istifadə etməklə, qanunvericiliklə müəyyən edilmiş 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək üçün edilmiş təklifi qəbul etmişdir.
17. Həmçinin iddiaçının ipoteka predmeti olan əmlakla bağlı məhkəmə çəkişmələri davam etdiyi bir vaxtda bu əmlakın hərraca çıxarılmasının qanunsuz olduğuna dair dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, iddiaçının istinad etdiyi bu hal qanunvericiliyə uyğun şəkildə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Əks yanaşma mülki hüquq münasibətlərinin subyekti olan bankın qanunla qorunan maraqlarına və mülki dövriyyənin sabitliyinə zidd olardı. Nəzərə alınmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq zərər vurmuş olur.
18. İş materiallarından göründüyü kimi iddiaçı tərəf olduğu kredi t müqaviləsindən irəli gələn öhdəliyi lazımi qaydada icra etməməklə bankı müqavilə üzrə ödənilməyən bu məbləği dəyərləndirmək imkanından məhrum etmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İddiaçı əsas öhdəliyini lazımınca icra etmədiyindən, bankın ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmış, nəticədə bank ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi və hərracın keçirilməsi ilə iddiaçının kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasına nail olmuşdur. Həmçinin qeyd edilməlidir ki, məhz hərracın keçirilməsinə əsas olmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1221/2019 saylı, 10 may 2019-cu il tarixli qətnaməsi hərrac keçirilən və protokol tərtib edilən zaman qanuni qüvvəsini almışdır.
19. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 16, 337, 415 və 416-cı maddələrinə, “İpoteka haqqında” Qanunun 41, 42, 43 və 44-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14 və 217-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 97.9 kv.m. olan qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edi lməsi barədə bağlanmış ipoteka müqaviləsinin məhkəmədə mübahisələndirildiyi, bununla əlaqədar məhkəmə çəkişmələri davam etdiyi bir vaxtda, mübahisə üzrə yekun məhkəmə aktı olmadığı halda, Nəsimi rayon İcra və Probasiya Şöbəsi cavabdehlərlə birlikdə kobud qanun pozuntusuna yol verərək ipoteka predmeti olan sözügedən əmlakı Daşınar və daşınmaz əmlakların satışı üzrə Hərrac Mərkəzində hərraca çıxarmışlar və nəticədə cavabdeh "xxxx" ASC əmlakı qanunsuz olaraq öz mülkiyyətinə keçirmişdir. Halbuki, hərracların keçirilməsi qaydasını tənzimləyən normativ hüquqi bazanın tələblərinə görə xüsusi mülkiyyətdə olan və ipoteka ilə yüklü edilmiş əmlak hərraca çıxarılarkən ilk növbədə əmlakın mülkiyyətçisinin iştirakı təmin olunmalı və əmlakın əldə olunması ilk növbədə mülkiyyətçiyə təklif olunmalıdır. İpo teka müqaviləsinin etibarsızlığı barədə məhkəmə çəkişməsi davam etdiyi hələ birinci instansiya məhkəməsində araşdırma yenicə başladığı vaxtda cavabdehlər iddiaçının mülkiyyət hüququnu kobud şəkildə pozaraq ipoteka predmeti olan əmlakı hərraca çıxarıb satmışlar. 2020-ci ilin noyabr ayında Hərrac Mərkəzindən iddiaçıya hərracın keçirilməsi və hərracda iştirak barədə bildiriş gəldiyi zaman iddiaçı və həyat yoldaşı əmlakın həm mülkiyyətçisi tərəfindən (əmlak iddiaçının və həyat yoldaşının birgə nikahda olduqları dövrdə əldə edilmişdir.) Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə və Hərrac Mərkəzinə müraciət edilmiş, Nəsimi Rayon Məhkəməsində araşdırma getdiyi barədə müvafiq rəsmi sənədlər təqdim edilməklə hərracın dayandırılması xahiş olunmuşdur. Lakin sonradan məlum olmuşdur ki, cavabdehlər məhkə mə hakimiyyətinə və qanunlara saymamazlıq nümayiş etdirərək hərrac keçirilməsini dayandırmamış xüsusi mülkiyyətdə olan əmlakın mülkiyyətçilərinin Konstitusiya və qanunla qorunan hüquqlarını kobud şəkildə pozaraq onları öz mülkiyyətindən məhrum etmiş, faktiki olaraq hərrac keçirilməsi adı ilə yol verdikləri qanunsuz hərəkətlər nəticəsində əmlakın bank tərəfindən ələ keçirilməsinə şərait yaratmışlar. Məhkəmə cavabdehin – bankın qeyri-hüquqi davranışı ilə iddiaçıya ziyan vurmasına, habelə iddiaçının ona kredit borcu olmasından sui-istifadə edərək borclunun əmlakını hərrac adı ilə qanunsuz olaraq mülkiyyətinə keçirməsinə, nəticədə İddiaçı Azərbaycan Respublikasının Konstitusiyası və qüvvədə olan mövcud qanunvericiliyi ilə qorunan mülkiyyət hüququnun kobud şəkildə pozulmasına və əmlakından qanu nsuz olaraq məhrum edilməsinə hüquqi qiymət verməmişdir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. İddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarında olan sübutlardan açıq-aşkar görünür ki, hərrac keçirilərkən qanunun tələbi kobud şəkildə pozulmuşdur. Belə ki, hərrac keçirilərkən nəinki ipoteka qoyanın - iddiaçının razılığı alınmamış, əksinə, iddiaçının və onun həyat yoldaşı, birgə nikah dövründə əldə edilmiş ipoteka predmeti olan əmlakın həm mülkiyyətçisi Nailə Gülmalıyeva tərəfindən həm İcra Probasiya şöbəsinə, həm də Hərrac Mərkəzinə rəsmi müraciət edilərək ipoteka müqaviləsinin etibarsızlığı barədə məhkəmədə mülki işin olduğu və müvafiq məhkəmə araşdırması aparıldığını təsdiq edən sübutlar (məsələn. ekspertizanın təyin olunması barədə məhkəmə qərardadı) əlavə olunmaqla göstərilən əsaslara görə hərracın keçirilməməsi xahiş olunmuşdur. Buna baxmayaraq, cavabdehlər mülkiyyətçilərin qanuni və əsaslı müraciətinə məhəl qoymadan, mülkiyyətçinin iştirakını təmin etmədən hazırkı mübahisə üzrə etibarsızlıq barədə iddia qaldırmış sözügedən hərracı qanunsuz olaraq kağız üzərində “keçirmişlər”. İddiaçının obyektiv səbəblərdən, yəni, Çernobıl hadisələrinin iştirakçısı və əlili olduğuna görə ağır xəstəliyi ilə əlaqədar mütəmadi olaraq ölkə daxilində və xaricdə müalicə alması ilə bağlı maddi durumunun ağır olması ucbatından cavabdehə olan kredit borcunu vaxtı-vaxtında ödəyə bilməməsi ilə əlaqədar, yaranmış vəziyyətdən cavabdeh "xxxx" ASC əslində sui-istifadə edərək, iddiaçının və arvadının ümumi birgə mülkiyyətində olan daşınmaz əmlakı ələ keçirmək niyyətini əvvəlcədən güdmüş, ona görə də bütün qeyriqanuni üsul və vasitələrdən istifadə edərək sözügedən qanunsuz hərracın “keçirilməsinə” nail olmuşdur. Belə ki, hərracın açıq şəkildə keçirildiyi elan olunsa da, əslində naməlum səbəbdən hərrac faktiki olaraq keçirilməmiş, yalnız müvafiq qaydada kağız üzərində sənədləşdirilmiş, nəticədə mülkiyyətçinin Konstitusiya və qanunla qorunan mülkiyyət hüququ pozulmaqla o, mülkiyyətindən qanunsuz olaraq məhrum edilmişdir. Mübahisələndirilən əmlak birgə nikah dövründə əldə olunmuşdur, ona görə də sözügedən qanunsuz hərracın keçirilməsi nəticəsində həm iddiaçı həm də onun həyat yoldaşı ümumi birgə mülkiyyətlərindən mə hrum edilmişlər. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə
23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
24. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
25. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyə nləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
26. Maddə 415.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bi ldiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir.
27. Maddə 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.
28. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi b ehi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
29. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsi iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Qanun
30. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçi rilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
31. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.
32. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
33. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
34. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Qanunun 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.
35. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
36. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Prosessual Məcəllə
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 4
5. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Belə ki, iddiaçı tələbində göstərir ki, ipoteka predmetinin dəyəri bazarı dəyərinə uyğun olmamış və hərrac keçirilərək birgə mülkiyyətçilərdən birinin –onun həyat yoldaşının ipoteka predmeti ilə bağlı mübahisə si olmuş, lakin hərrac təşkilatı həmin işin nəticəsini gözləmədən hərracı keçirmiş və onların- birgə mülkiytçilərin iştirakını təmin etməmişdir.
48. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr qeyd etmişlər ki, ipoteka predmetinin likvid dəyəri qanuni qüvvədə olan məhkəmə qətnaməsi əsasında müəyyən olunmuşdur. Hərrac isə məhkəmə aktının qanuni qüvvəyə minməsindən qısa müddət sonra həyata keçirilmişdir. Digər tərəfdən hərracla bağlı yekun protokol tərtib olunarkən icra vərəqəsinin verilməsinə əsas olan məhkəmə aktı qanuni qüvvəsini almışdır. Hərracın keçirilməsi vaxtı və yeri barədə ipoteka qoyanın məlumatı olmuş, lakin hər hansı üzürlü səbəb göstərmədən hərracda iştirak etməmişdir.
49. Məhkəmə müəyyən olunmuş hallar baxımından iddiaçının dəlilləri təsdiq olunmadığ ına görə mübahisəli hərracın yekununa görə tərtib olunmuş protokolunmüqavilənin etibarsız sayılması üçün əsasın müəyyən olunmadığı qənaətinə gəlmişdir.
50. Beləliklə, iddiaçının istinad etdiyi xüsusat təsdiqini tapmadığı üçün müqavilə bağlanması ilə əlaqədar Mülki Məcəllənin şərtlərinin pozulmadığı təsbit olunmuşdur.
51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
52. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin mübahisə olunan müqavilənin etibarsız sayılması üçün əsasın olmadığına dair mövqeyi və iş üzrə gəldiyi nəticə ilə razılaşır, b u səbəbdən qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas görmür.
53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6922/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.