Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1240/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunları haqqında protokolun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6051/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icra at qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nəsimi rayon 3 saylı Notariat kontorunun xx.xx.2019-cu il tarixli, 8i-48378 saylı icra qeydinə əsasən, tutma borclu İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2, mənzil 1 ünvanında yerləşən ümumi sahəsi 41,4 kv.metr olan mənzilin satışının təşkil edilməsi “X1 Mərkəzi” MMC-nə sifariş edilmişdir. 2. “X1 Mərkəzi” MMC tərəfindən İddiaçı məxsus sözügedən ünvanında yerləşən mənzilə dair hərracın keçirilməsi 09 dekabr 2020-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. 3. “Market” qəzetinin xx.xx.2020- xx.xx.2020-ci il tarixli buraxılışlarında bununla bağlı müvafiq elan dərc edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2 ünvanında yerləşən 1 say lı mənzilin satış qiyməti 52.700 manat müəyyən edilməklə, təkrar hərracın keçirilməsi 16 dekabr 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. “Market” qəzetinin xx.xx.2020- xx.xx.2020-ci il tarixli buraxılışında həmin mənzilə dair keçirilən ilkin hərracın baş tutmaması və təkrar hərracın təyin edilməsi barədə elan dərc edilmişdir.
4. İddiaçı keçiriləcək ilkin hərracın vaxtı və yeri haqqında xx.xx.2020-ci il tarixdə nümayəndəsi vasitəsilə, təkrar hərracın vaxtı və yeri haqqında xx.xx.2020-ci il tarixdə şəxsən məlumatlandırılmışdır. “X1 Mərkəzi” MMC tərəfindən iddiaçıya məxsus mənzilin təkrar hərracdakı qiymətindən 25% aşağı qiymətə, yəni 39.525 manat qiymətə tələbkar Maraqlı şəxs təklif edilmiş və qeyd edilən qiymətə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Ma raqlı şəxs tərəfindən müvafiq əmlak əldə edilmişdir. Bununla bağlı, “X1 Mərkəzi” MMC-nin “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 23 dekabr 2020-ci il tarixli protokolu tərtib edilmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4013/2021 nömrəli, 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər İddiaçı və X4 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi, 188, M2, M1 saylı mənzilə (köhnə qaydada Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 26A, mənzil 4) istifadə hüquqları itirilmiş hesab edilmiş, cavabdehlərin mənzildən çıxarılmaları və mənzilin boşaldılması qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İd diaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2 ünvanda yerləşən 1 saylı mənzil barədə qiymətləndirilmə rəyinin və hərracın yekunları haqqında protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayon 3 saylı Notariat kontorunun xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən, ondan 30.654 manat tutularaq Maraqlı şəxs ödənilməli, tutma onun mülkiyyətində və istifadəsində olan ünvan 1 ünvanda yerləşən mənzilə yönəldilməli, mənzilin açıq hərracdan satışından əldə olunmuş məbləğ ipoteka məbləğinin ödənilməsinə yönəldi lməlidir. İcra vərəqi üzrə Nəsimi rayon icra şöbəsi icraata başlamaq haqqında qərar qəbul etmişdir. İcra şöbəsinin tələbi əsasında cavabdeh “X1 Mərkəzi” MMC-nin təşkilatçılığı ilə qiymətləndirilmiş və əmlakın real bazar dəyəri 62.000 manat müəyyən edilmişdir. Daha sonra, icra məmurunun xx.xx.2020-ci il tarixli hərracın keçirilməsi haqqında sifariş məktubuna əsasən əmlakın həmin qiymətlə hərracının keçirilməsi cavabdeh “X1 Mərkəzi” MMC-yə tapşırılmışdır. Hərracın yekun satış protokoluna əsasən xx.xx.2020-ci il tarixində cavabdehin təşkilatçılığı ilə hərrac keçirilmiş və ona məxsus sözügedən mənzil dəyərindən qat-qat ucuz qiymətdə dəyərləndirilərək 39.525 manata satılmışdır. O, hərracın keçirilməsi barədə məlumatlandırılmamışdır. Bu barədə yalnız tələbkar ona məlumat verdikdən sonra xəbərd ar olmuşdur. Hesab etmişdir ki, qiymətləndirmə və hərracın keçirilməsi qanuni həyata keçirilmədiyindən, həm sözügedən qiymətləndirmə rəyi, həm də bu rəydən sonra keçirilmiş hərrac, onların nəticələri etibarsız hesab edilməlidir. Hərraca çıxarılan mənzilin real bazar qiyməti təqribən 90.000 manat təşkil etmişdir.Hesab etmişdir ki, hansı əsasla mənzilinin faktiki olaraq dəyərindən dəfələrlə ucuz qiymətə hərraca çıxarılması ciddi qanun pozuntusu olmuşdur.
8. Cavabdeh “X1 Mərkəzi” MMC-nin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, Nəsimi rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən mübahisəli əmlakın “X1 Mərkəzi” MMC-ti vasitəsi ilə satılması zamanı Azərbaycan Respublikasının müvafiq qanunvericilik normalarına tam riayət edilməklə təşkil edilmi şdir.
9. Üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili X3 iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsinə əsasən iddiaçının tələbi 2 hissədən ibarət olmuşdur: 1) Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2, mənzil 1 ünvanda yerləşən mənzilə dair qiymətləndirmə rəyinin etibarsızlığı; 2) həmin mənzilə dair hərracın yekunlarına dair protokolun etibarsızlığı. İddiaçı ilə 3-cü şəxs arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, iddiaçı 3-cü şəxsdən 30.654 manat (18.000 ABŞ dolları) borc almış, həmin borca görə mübahisəli mənzili ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 2.3-cü bəndinə görə “İpoteka qoyan”ın və “İpoteka” saxlayanın razılığına əsasən ipotekanın predmetini təşkil edən mübahisəli mənzilin qiyməti 60.000 manat qiymətləndirilmişdir. Sözügedən icra qeydinə əsasən həmin tutma ipoteka ilə yüklü edilmiş mübahisəli mənzilə yönəldilmişdir. Mübahisəli mənzilin qiymətləndirilməsi "xxxx" MMC-də aparılmış və xx.xx.2019-cu il tarixə həmin mənzilin bazar dəyəri 62.000 manat müəyyən olunması barədə qiymətləndirmə rəyi verilmişdir. Nəsimi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubu (sifarişi) əsasında “X2 Mərkəzi” MMC-yə iddiaçıya, maraqlı şəxsə, Bakı şəhəri Nəsimi rayon 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinin notariusuna və İcra Baş İdarəsinə məlumat verilməklə, hərracın keçirilməsi cavabdeh “X2 Mərkəzi” MMC-yə həvalə olunmuşdur. Cavabdeh tərəfindən “Market” qəzetinin 20.11.20-ci il tarixli nəşrində mübahisəli mənzilin 09 dekabr 2020-ci il tarixdə, saat 11:00-da 6 2.000 manata açıq hərracda satışa çıxarılması ilə bağlı elan dərc edilmiş, mübahisəli mənzillə bağlı hərrac baş tutmadığından, təkrarən “Market” qəzetinin 17.12.20-ci il tarixli nəşrində mübahisəli mənzilin 16 dekabr 2020-ci il tarixdə saat 11:00-da 52.700 manata açıq hərracda satışa çıxarılması ilə bağlı elan dərc edilmiş, mübahisəli mənzil hərracda satılmadığından, “X2 Mərkəzi” MMC-nin xx.xx.2020-ci il tarixli “İpoteka predmetinin alqısatqısı üçün müqavilə bağlanması” barədə bildirişi əsasında, mübahisəli mənzil tələbkar Maraqlı şəxs təklif edilmiş, o həmin gün mübahisəli mənzilin qalıq dəyərini ödəməklə həmin mənzili hərracdan almış və Hərrac Mərkəzinin 23 dekabr 2020-ci il tarixli protokoluna əsasən hərracın qalibi Maraqlı şəxs olmuş və həmin mənzilə dair 1 saylı Ərazi İdarəsi tərəfind ən onun adına Çıxarış verilmişdir. İddia ərizəsinin hərrac keçirilərkən iddiaçıya məlumatların verilməməsi ilə bağlı dəlillərini əsassız hesab etmişdir. Belə ki, iddia ərizəsinə etiraza əlavə edilən “X2 Mərkəzi” MMC tərəfindən işdə iştirak edən şəxslərə göndərilən xx.xx.20120-ci il tarixli bildirişə əsasən məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə, saat 11:00-da mənzilin 62.000 manata açıq hərraca çıxarılması və xx.xx.2020-ci il tarixli bildirişdə isə həmin mənzillə bağlı təkrar hərracın xx.xx.2020-ci il tarixdə, saat 11:00-da keçirilməsi və həmin mənzilin 52.700 manata satışa çıxarılması göstərilmişdir. Həmin bildirişlər iddiaçıya sürətli poçt vasitəsi ilə göndərilmişdir. Etiraza əlavə edilən xx.xx.2020-ci il tarixli məktub ünvan düzgün olmadığından geri qayıtmış, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktublar isə mənzildə yaşayan şəxslər tərəfindən qəbul olunmuşdur. Eyni zamanda etiraza əlavə edilən iddiaçı tərəfindən Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş xx.xx.2021-ci il tarixli apellyasiya şikayətinin surətindən bəlli olmuşdur ki, o mübahisəli mənzilin qiymətləndirilməsindən və hərracda maraqlı şəxsə satılmasından məlumatlı olmuşdur.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-346/2023 saylı, 14 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim-Kərim Xudayev) iddia tələbi rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı, iddia ərizəsində hərracın keçirilməsi barədə ona məlumat verilməməsini, bu barədə tələbkar tərəfindən ona məlumat verildikdən sonra xəbərdar olduğunu qeyd etsə də, iş materiallarında olan sənədlərdə həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməsi və bu barədə iddiaçıya sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsi, həmçinin hər iki hərracın keçirilməsi barədə iddiaçıya ünvanlanmış bildirişin ona təqdim edilməsi təsdiq edilmişdir.
13. Həmçinin, müəyyən olunmuşdur ki, mənzilin ilkin satış qiyməti 62.000 manat olmaqla hərraca çıxarılmışdır. Lakin keçirilən iki hərrac baş tu tmadığına görə əmlakın ilkin satış qiyməti 62.000 manatın enmiş faizləri: “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25 % aşağı salınmaqla, əmlakın son satış qiyməti 39.525 manat müəyyən edilmiş, keçirilən iki hərrac baş tutmadığına görə Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Maraqlı şəxs mübahisəli mənzili 39.525 manata almışdır.
14. Məhkəmə qeyd etmişdir ki, “X1 Mərkəzi” MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanuna və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud olmamışdır.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, qiymətləndirilmə aparılarkən qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ər izəsində göstərdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamış, həmçinin məhkəmə baxışında iddiaçı qiymətləndirilmə barədə rəyinin etibarsız hesab olmasını təsdiq edən hər hansı sübutu təqdim etməmişdir.
16. Həmçinin, məhkəmə iddia tələbi əsassız olduğundan və bu səbəbdən iddianın rədd edilməli olması qənaətinə gəlindiyindən, prosessual qənaət prinsipinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibət bildirməyi zəruri hesab etməmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 3, 7, 8, 10-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2000-ci il tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətlənd irmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydalarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 317.2, 414.2, 414.3, 415.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, qiymətləndirmənin düzgün keçirilməməsi və əmlaka qoyulmuş qiymətin həmin mənzilin real bazar qiymətinin olmaması ilə bağlı iş üzrə çıxarılan qətnamə həqiqəti əks etdirməmişdir. Hazırki icra işində “İpoteka haqqınd a” Qanunun 41.2-ci maddəsinin tələbləri pozulmuş və ipoteka qoyana hərrac təşkilatının seçilməsi üçün ipoteka saxlayanla qarşılıqlı razılığın əldə edilməsi üçün müraciət edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv araşdırılma aparılmamış, məhkəmə işin faktiki hallarına uyğun gəlməyən nəticəyə gəlmişdir. Hərracın keçirilməsinə dair elan və bildiriş hərracın keçirilməsinə 20 gün qalmış deyil, 18 gün qalmış verilmişdir. Məhkəməyə təqdim olunan satış protokolundan məlum olmuşdur ki, birinci hərrac iştirakçı olmaması səbəbindən baş tutmamışdır. Cavabdeh “İpoteka haqqında” Qanunun bu tələbini də pozaraq hərracın baş tutmaması barədə elan dərc etdirməmişdir. Müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 20 təqvim günü ərzində təkrar hərrac keçiril ə bilərdi. Yəni hazırki iş üzrə təkrar hərrac 22 dekabr 2020-ci il tarixindən sonra keçirilməli idi, lakin hərrac 16 dekabr 2020-ci il tarixinə təyin edilmiş və keçirilmişdir. Təkrar hərracın keçirilməsi ilə bağlı tələblər birmənalı olaraq pozulmuşdur. Cavabdeh “X1 Mərkəzi” MMC qanunun bu tələbini də sərt şəkildə pozmuş, bununla da onu külli miqdarda ziyana salmışdır.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6051/2023 nömrəli, 12 dekabr 2023-cü il qətnaməsi ilə (hakimlər – Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Günay Axundova və Fuad Babayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-346/2023 nömrəli, 14 mart 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilməmişdir.
22. Məhkəmə kollegiyası iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlmişdir ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən (xx.xx.2020-ci il) 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada elan dərc etdirmiş, bu barədə ipoteka saxlayana və ipoteka qoyana (rəsmi qeydiyyatda olduğu yerə) sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İlkin hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq xx.xx.2020-ci il tarixdə keçirilmişdir. Hərracın təşkilatçısı xx.xx.2020-ci il tarixli hərracı, iştirakçısı olmadığına görə baş tutmamış elan etmiş, bu səbəbə görə isə ipoteka predmetini ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə təkrar hərraca xx.xx.2022-ci il tarixdə çıxarmış, bu barədə mediada elan dərc etdirmiş, ipoteka saxlayana və ipoteka qoyana (rəsmi qeydiyyatda olduğu yerə) sifarişli poçt göndərişi (məktubu) ilə hərracın keçirilməsinə dair bildiriş göndərmişdir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, təkrar hərrac baş tutmamış elan edildiyi üçün 30 gün müddətində ipoteka predmeti ipoteka saxlayana təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə təklif edilmiş, bundan sonra ipoteka saxlayan və hərracın təşkilatçısı arasında 30 təqvim günü ərzində müqavilə qüvvəsinə malik olan xx.xx.2020-ci il tarixli protokol imz alanmış, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2 ünvanında yerləşən 1 saylı mənzil 39.525 manata “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Maraqlı şəxs tərəfindən əldə edilmişdir. Bu da ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas olmuşdur.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində sifariş məktublarının rəsmi qaydada ona göndərilmədiyinə, hərracın qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirildiyinə, mənzilin ilkin satış qiymətinin real bazar dəyərinə uyğun olmadığına dair eyni məzmunlu dəlillərə istinad edərək, bu əsaslarla da hərracın nəticələrini n və qiymətləndirmə rəyinin etibarsız hesab edilməsini tələb etmişdir.
25. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etməyi zəruri hesab etmişdir ki, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özü nü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımamışdır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmişdir.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində sözügedən mənzilin ilkin satış qiymətinin real bazar dəyərinə uyğun olmadığını göstərsə də, tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut tə qdim etməmişdir. İddiaçı tərəf məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətə əlavə edilmiş “X6” MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatını birinci instansiya məhkəməsinə deyil, apellyasiya baxışı zamanı məhkəməyə təqdim etmiş, həmçinin hesabatda ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın mövcud bazar dəyəri müəyyən olunmuşdur. Mübahisələndirilən qiymətləndirmə rəyinin xx.xx.2019-cu il tarixdə tərtib edildiyi nəzərə alınsa əmlakın dəyərinin əhəmiyyətli qaydada artması baxımından iddiaçı tərəfindən təqdim olunmuş bu hesabat mötəbər sübut hesab edilə bilməzdi. Çünki bu hesabat qiymətləndirmə rəyi ilə əsassızlığına görə məhkəmənin razılaşmamasına əsas verən hal olmamışdır.
28. Məhkəmə kollegiyası xx.xx.2019-cu il tarixli 8i-48378 saylı icra qeydi ilə əla qədar verilmiş sifarişə əsasən “X1 Mərkəzi" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsasın olmadığı qənaətinə gəlmişdir.
29. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin kəsici müddətin tətbiq edilməsinə dair qənaəti ilə razılaşaraq, həmçinin qanunvericilik tərəfindən etibarsız əqdlər üzrə müddətlərin kəsici müddət kimi müəyyən edildiyini, kəsici müddətin isə iddia müddətinin bir növü olduğunu nəzərə alaraq qeyd etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edildiyindən kəsici müddətin tətbiqindən (ötürülübötürülmədiyini araşdırılmasından) məhkəmə tərəfindən imtina edilmişdir.
30. Məhkəmə kollegiyası gəldiyi nət icəni Mülki Məcəllənin 16.1,337.1, 415, 416.1 və 416.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.
33. Kassasiya şikayəti “İpoteka haqqında” Qanunun 41.242.1, 43.1,43.4, 43.5-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayətinə qarşı etirazla məhkəməyə müraciət edərək id diaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
36. Maddə 337.1. Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
37. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
38. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
39. Maddə 415.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun k eçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir.
40. Maddə 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edil ir.
41. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
42. Maddə 416.1 və 416.2. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
43. Maddə 26.1.7. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək ipoteka saxlayanın aşağıdakı hüququdur.
44. Maddə
38. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqı nda” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır.
45. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəali yyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
46. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satı şa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
47. Maddə 43.3, 43.4, 43.5, 43.6 və 43.7. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nə zərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
48. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.
1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə kassasiya insta nsiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Məhkəmənin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
60. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməs i işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
61. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
62. Belə ki apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları tədqiq edərək qeyd etmişdir ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən (xx.xx.2020-ci il) 5 iş günü müddətində hərracın keçirilməsin ə dair mediada elan dərc etdirmiş, bu barədə ipoteka saxlayana və ipoteka qoyana (rəsmi qeydiyyatda olduğu yerə) sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İlkin hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq xx.xx.2020-ci il tarixdə keçirilmişdir. Hərracın təşkilatçısı xx.xx.2020-ci il tarixli hərracı, iştirakçısı olmadığına görə baş tutmamış elan etmiş və bu səbəbə görə isə ipoteka predmetini ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə təkrar hərraca xx.xx.2022-ci il tarixdə çıxarmış, bu barədə mediada elan dərc etdirmiş, ipoteka saxlayana və ipoteka qoyana (rəsmi qeydiyyatda olduğu yerə) sifarişli poçt göndərişi (məktubu) ilə hərracın keçirilməsinə dair bildiriş göndərmişdir.
63. Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti il ə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, təkrar hərrac baş tutmamış elan edildiyi üçün 30 gün müddətində ipoteka predmeti ipoteka saxlayana təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə təklif edilmiş, bundan sonra ipoteka saxlayan və hərracın təşkilatçısı arasında 30 təqvim günü ərzində müqavilə qüvvəsinə malik olan xx.xx.2020-ci il tarixli protokol imzalanmış, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2 ünvanında yerləşən 1 saylı mənzil 39.525 manata “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Maraqlı şəxs tərəfindən əldə edilmişdir. Bu da ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edi lməsi üçün əsas olmuşdur.
64. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində sifariş məktublarının rəsmi qaydada ona göndərilmədiyinə, hərracın qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirildiyinə, mənzilin ilkin satış qiymətinin real bazar dəyərinə uyğun olmadığına dair eyni məzmunlu dəlillərə istinad edərək, bu əsaslarla da hərracın nəticələrinin və qiymətləndirmə rəyinin etibarsız hesab edilməsini tələb etmişdir.
65. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəs miləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
66. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat, hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımamışdır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoym uşdur. Hərrac təşkilatçısı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan verməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmişdir.
67. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində sözügedən mənzilin ilkin satış qiymətinin real bazar dəyərinə uyğun olmadığını göstərsə də, tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətə əlavə edilmiş “X6” MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatını birinci instansiya məhkəməsinə deyil, apellyasiya baxışı zamanı məhkəməyə təqdim etmiş, həmçinin hesabatda ünvan 2 ünvanda yerləşən daşın maz əmlakın mövcud bazar dəyəri müəyyən olunmuşdur. Mübahisələndirilən qiymətləndirmə rəyinin xx.xx.2019-cu il tarixdə tərtib edildiyi nəzərə alınsa əmlakın dəyərinin əhəmiyyətli qaydada artması baxımından iddiaçı tərəfindən təqdim olunmuş bu hesabat mötəbər sübut hesab edilə bilməzdi. Çünki bu hesabat qiymətləndirmə rəyi ilə əsassızlığına görə məhkəmənin razılaşmamasına əsas verən hal olmamışdır.
68. Apellyasiya instansiyası məhkəməsi, xx.xx.2019-cu il tarixli icra qeydi ilə əlaqədar verilmiş sifarişə əsasən “X1 Mərkəzi" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsasın olmadığı qənaətinə gəlmişdir.
69. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2(103)-6051/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi