Məhkəmə qərarları › İş №2(102)-1241/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1241/2022

05.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1241/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1241/22 (Açar sözlər: paylı mülkiyyətdən payın naturada ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2(107)1228/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 05 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hallar ı İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh və üçüncü şəxs Qəbələ rayonu, ünvan 1 ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin mülkiyyətində olan 8/9 hissəsinin natura şəklində hündürlüyü 2,2 metr olmaqla, cavabdehə məxsus “B” tikilisinin künc divarından başlayaraq tikilinin xarici divarından 1,0 metr ara məsafəsi qoyulmaq şərti ilə diaqonal istiqamətdə birinci sərhəd hasarının, həmin hasarın son nöqtəsindən 10,5 metr ölçüdə ikinci sərhəd hasarının çəkilməsi, “B” tikilisinin digər künc divarından 1,0 metr ara məsafəsi qoymaqla sonuncu sərhəd hasarının son nöqtəsindən üçüncü sərhəd hasarı çəkilməklə, çəkilən divarın son nöqtəsindən qonşu və küçə qapısı hasarları istiqamətində 17,5 metr və 21,0 metr ölçüdə sərhəd hasarlarının çəkilməsi, küçə hasarı üzərində əlavə olaraq 3,5 metr enində keçid boşluğunun açılması və boşluq üzərində giriş-çıxış darvazasının quraşdırılması, uzunluğu 17,5 metr və 21,0 metr olan sərhəd hasarlarının birləşmə nöqtəsinə yarımdairə şəkilində inşa edilməsi, habelə mülkiyyətində olan torpağın 415 kv.metr hissəsi cavabdehin sərəncamında qaldığı üçün 415 kv.metr x 8.000 manat= 33.200 manat pulun kompensasiya olaraq cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.B.İsayev) iddia qismən təmin edilərək, 01 aprel 2014-cı il tarixli Çıxarışa əsasən, ünvan 2 ünvanda yerləşən tərəflərə məxsus 0,07 ha torpaq sahəsinin iddiaçının 8/9 hissədə, cavabdehin 1/9 h issədə paylarının sərhəd hasarını hündürlüyü 2,2 metr olmaqla, cavabdehə məxsus “B” tikilisinin künc divarından başlayaraq tikilinin xarici divarından 1,0 metr ara məsafəsi qoyulmaq şərti ilə diaqonal istiqamətdə birinci sərhəd hasarının, həmin hasarın son nöqtəsindən 10,5 metr ölçüdə ikinci sərhəd hasarının çəkilməsi, “B” tikilisinin digər künc divarından 1,0 metr ara məsafəsi qoyulmaqla sonuncu sərhəd hasarının son nöqtəsindən üçüncü sərhəd hasarı çəkilməklə, çəkilən divarın son nöqtəsindən qonşu və küçə qapısı hasarları istiqamətində 17,5 metr və 21,0 metr ölçüdə sərhəd hasarlarının çəkilməsi, küçə hasarı üzərində əlavə olaraq 3,5 metr enində keçid boşluğu açılması və boşluq üzərində giriş-çıxış darvazasının quraşdırılması, uzunluğu 17,5 metr və 21,0 metr olan sərhəd hasarlarının birləş mə nöqtəsi yarımdairə şəkilində inşa edilməsi qaydasında natura şəkilində bölünməsi, iddiaçının mülkiyyətində olan torpağın 337 kv.metr (41578=337) cavabdehin istifadəsində qaldığı üçün 21.900 manat pulun (6500 x 3.37 sot) kompensasiya olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi tam olaraq, 0,07 ha həyətyanı torpaq sahəsi isə 8/9 hissədə iddiaçıya, 1/9 hissədə cavabdehə məxsusdur. Hazırda iddiaçı, paylı mülkiyyətində olan torpaq sahəsindən ona düşən payın naturada ayrılmasını tələb edir. İlkin ekspertiza rəyində, cavabdehin istifadəsində olan tikilinin alt hissəsində yerləşən torpaq sahəsi iddiaçının payına düşən 0.0078 ha torpaq sahəsindən çox olduğundan mübahisə predmeti olan torpaq sahəsinin naturada bölünməsi mümkün olmadığı qeyd edilsə də, bu hal, hazırki iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki, yaşayış evinin altında yerləşən və həyətyanı torpaq sahəsinin gələcəkdə üçüncü şəxsə satılacağı təqdirdə müəyyən çətinliklər yaradacağı da nəzərə alınmalıdır. Belə ki, ekspert rəyinə görə, yaşayış evindən kənarda torpağın naturada ayrılması mümkün olmadığı təqdirdə bölgü zamanı həmin ünvanda yerləşən cavabdehə məxsus evin altında qalan torpaq sahəsi 100 kv.metr, həyətyanı sahəsində qalan mülkiyyətində olan torpaq sahəsi isə 315 kv.metr təşkil etdiyi müəyyən olunur ki, bu da Mülki Məcəllənin 220.4-cü maddəsinin tələblərinə görə ayrılması mümkün olmayan sahənin dəyərinin ödənilməsi yolu ilə bölgü aparıl masını tələb edir. Mübahisəli torpaq sahəsinə məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, sözügedən evin həyətyanı sahəsinə əsas giriş var, torpaq sahəsinin eyni tərəfində həmin küçəyə başqa giriş qapısı da mövcuddur. Həyətə daxil olarkən orada 2 ədəd fərdi yaşayış evi və əsas girişdən daxil olduqda isə həyətin sol tərəfində 2 ədəd yardımçı tikili mövcuddur. Ekspert tərəfindən aparılmış tədqiqat nəticəsində, habelə torpaq sahəsinin planından müəyyən olunur ki, torpaq sahəsi bölünən zaman iddiaçının mülkiyyətində olan torpağın 337 kv.metr (415-78=337) hissəsi cavabdehin istifadəsində olan fərdi yaşayış evinin altında qalır. Ona görə də qeyd olunan ünvanda yerləşən iddiaçının mülkiyyətində olan torpağın 337 kv.metri cavabdehin istifadəsində qaldığı nəzərə alınma lı və həmin hissə cavabdehə verilməlidir. Həmçinin bu zaman cavabdehə 337 kv.metr paylarından artıq torpaq sahəsi düşür. Bu səbəbdən də cavabdehə artıq qalan torpaq sahənin dəyəri mütəxəssis rəyində qeyd edilən qiymətə mütənasib hesablanmaqla ondan 21.900 manat pul (6500 x 3.37 sot) tutulub iddiaçıya ödənilməklə iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 213.2, 220.1-220.6cı maddələrinin və digər maddi və prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, M.A.Əsədli və A.A.Mahmudov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 213.2, 220.1-220.6-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin d əlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərb aycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsində göstərilir ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsində göstərilir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qay dasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun m ühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə görə, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-ci maddəsində göstərilər ki, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsas ən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya i nstansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istina d etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işin mübahisə olunmayan hallarına görə, 01 aprel 2014-cü il tarixli Çıxarışa əsasən, ünvan 3 ünvanda yerləşən, 1 mərtəbəli, 1 otaqlı, ümumi sahəsi 45,7 kv.metr olan fərdi y aşayış evi tam, həmin ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin 8/9 hissəsi mülkiyyət hüququ üzrə iddiaçının, həmin torpaq sahəsinin 1/9 hissəsi isə mülkiyyət hüququ üzrə Əliyar Osmanovun adına qeydə alınıb. 26 mart 2016-cı il tarixdə Əliyar Osmanov ölüb və onun ölümündən sonra sözügedən ünvanda ailə üzvləri ilə birlikdə arvadı Cavabdeh yaşayır. Hazırda iddiaçı, cavabdehə qarşı iddia qaldıraraq, sözügedən ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin mülkiyyətində olan 8/9 hissəsinin natura şəklində hündürlüyü 2,2 metr olmaqla, cavabdehə məxsus “B” tikilisinin künc divarından başlayaraq tikilinin xarici divarından 1,0 metr ara məsafəsi qoyulmaq şərti ilə diaqonal istiqamətdə birinci sərhəd hasarının, həmin hasarın son nöqtəsindən 10,5 metr ölçüdə ikinci sərhəd hasarının çək ilməsini, “B” tikilisinin digər künc divarından 1,0 metr ara məsafəsi qoymaqla sonuncu sərhəd hasarının son nöqtəsindən üçüncü sərhəd hasarı çəkilməklə, çəkilən divarın son nöqtəsindən qonşu və küçə qapısı hasarları istiqamətində 17,5 metr və 21,0 metr ölçüdə sərhəd hasarlarının çəkilməsini, küçə hasarı üzərində əlavə olaraq 3,5 metr enində keçid boşluğunun açılmasını və boşluq üzərində giriş-çıxış darvazasının quraşdırılmasını, uzunluğu 17,5 metr və 21,0 metr olan sərhəd hasarlarının birləşmə nöqtəsinə yarımdairə şəkilində inşa edilməsini, habelə mülkiyyətində olan torpağın 415 kv.metr hissəsi cavabdehin sərəncamında qaldığı üçün 415 kv.metr x 8.000 manat = 33.200 manat pulun kompensasiya olaraq cavabdehdən tutulub ona ödənilməsini iddia edir. Cavabdeh isə ümumi paylı mülkiyyətin bölünməs i və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiyini, payın naturada ayrılması mümkün olmadığı halda payının dəyərinin ödənilməsi üçün iddiaçının ondan kifayət qədər yüksək məbləğ tələb etdiyini, onun isə bu məbləği ödəmək iqtidarında olmadığını, bunun üçün əmlakın yalnız hərracda satılmalı olduğunu və eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olduğunu göstərib iddiaya etiraz edir. Daha sonra, işdən görünür ki, qanuni qüvvəyə minmiş Qəbələ rayon məhkəməsinin 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh və digərlərinə qarşı “mülkiyyətdə olan 0,07 ha torpaq sahəsinin naturada ayrılması, sərhədlərin müəyyən edilməsi və torpaqdan istifadəyə mane olan hallara cavabdehlər tərəf indən son qoyulması” barədə iddiası payların naturada ayrılmasına yol verilmədiyinə görə rədd edilib. Əvvəla, Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsində göstərilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir, yox əgər məhkəmə işi icraatına qəbul etmişdirsə onda həmin Məcəllənin 261.0.2-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə icraata xitam verməlidir. Mülki prosessual qanunvericiliyə görə, mübahisə tərəflərinin eyniliyi o halda mövcud olur ki, barəsində qanuni qüvvəyə minmiş qətnamə olan mübahisə eyni predmet üzrə və eyni əsaslarla həmin mübahisənin əvvəlki tərəfləri və ya onların hüquqi varisləri tərəfindən məhkəmədə yenidən qaldırılır. İddianın predmeti isə iddianın elementlərindən biri olmaqla iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətlərindən irəli gələn maddi-hüquqi tələbdən ibarətdir. Bu mənada iddianın predmeti dedikdə- mübahisəli subyektiv hüquq və ya hüquq münasibətləri deyil, bu münasibətlərdən irəli gələn iddiaçının cavabdehə qarşı olan maddi-hüquqi tələbi başa düşülür. İddianın predmetinin eyniliyi dedikdə- iddiaçının cavabdehə qarşı olan mövcud tələbinin həmin iddiaçının həmin cavabdehə və ya həmin cavabdehin həmin iddiaçıya qarşı olan əvvəlki tələbi ilə mahiyyətcə eyni olması nəzərdə tutulur. İddianın əsası onun faktiki və hüquqi əsaslarından ibarətdir. İddianın faktiki əsası dedikdə iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar başa düşülür. İddianın hüquqi əsası dedikdə-iddiaçının cavabdehə qarşı tələbinin hüquqi cəhətdən əsaslandırılması (hüquqi tövsüf) başa düşülür. İddianın əsasının eyniliyi dedikdə- barəsində qanüni qüvvəyə minmiş qətnamə olan mübahisəyə dair iddianın yalnız faktiki əsasının məhkəmədə baxılmaq üçün verilmiş iddianın faktiki əsası ilə eyni olması başa düşülməlidir. Apellyasiya inçtansiyası məhkəməsi ümumiyyətlə hazırki mübahisəli məsələyə dair eyni tərəflər arasında və eyni predmet barəsində artıq qanuni qüvəyə minmiş məhkəmə qətnaməsinin olmasına diqqət yetirmədən, iddiaçının cavabdehə qarşı hazırki tələbini əsaslandırdığı hüquqi faktları qeyd olunan normaların tələbləri baxımından qiymətləndirmədən və onun tələbini əsaslandırdığı hüquqi faktların fərqliliyinin nədən ibarət ol dğunu qətnamədə əsaslandırmadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsində göstərilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa məhkəmə iş üzrə icraata xitam verir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni işə əlavə edilmiş “X1”nin 21 fevral 2020-ci il, 02 mart 2020-ci il il tarixli ekspert rəyləri, habelə “X2”nin 01 fevral 2021-ci il tarixli ekspert rəyi ilə əsaslandırmağa çalışsa da, sözügedən Mərkəzlərin belə bir ekspert rəyləri verməyə səlahiyyətli olub-olmadıqlarını araşdırmayıb, həmin rəylərin mötəbərliliyini Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 76.3, 81-ci maddələrinin tələbləri baxımından yox lamayıb. Sadalanan prosessual normaların tələblərinə görə, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmənin mülki prosessual məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Habelə, Ədliyyə Nazirliyinin birinci və apellyasiya instansiyası məhkəmələrinə ünvanladığı 01 iyun 2021-ci il tarixli məktubdan görünür ki, heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrı-ayrı hüquqi şəxslər təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən (bəzən əvvəllər əldə etdikləri məhkəmə eksperti ixtisası verilməsi barədə şəhadətn amələrdən istifadə edilməklə) müxtəlif məsələlərlə bağlı özəl məhkəmə ekspertizası rəyi kimi qələmə verilən sənədlər hazırlanır və məhkəmələrə təqdim olunur. Bildirilir ki, belə sənədlərin özəl məhkəmə ekspertizası rəyi kimi qəbul olunması qanuna ziddir və onlardan məhkəmə icraatı çərçivəsində istifadə olunmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Həmçinin, nəzərə alınmalıdır ki, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Əksinə, eyni tərəflər arasında və eyni predmet barəsində tərəflərin iştirak etdikləri digər icraatda baxılmış mülki iş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 yanvar 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mübahisəli 0,07 ha həyətyanı torpaq sahəsindən iddiaçıya məxsus 8/9 hissənin, habelə Əliyar Osmanova məxsus 1/9 hissəsinin naturada ayrılması mümkün deyil. İşə əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 aprel 2020ci il və 30 iyul 2020-ci il tarixli vəsatətlərindən və ona əlavə edilmiş məlumatlardan görünür ki, məhkəməyə vəsatət göndərilməsinə baxmayaraq Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin müvafiq rəyi Mərkəzə təqdim edilmədiyindən, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi haqqında məhkəmənin 12 mart 2020-ci il tarixli qərardadının icrası mümkün olmayıb və bu səbəbdən də mülki iş rəy verilmədən geri qaytarılıb. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi öz qərardadının icrasını təmin edib səlahiyyətli qurumun müvafiq ekspert rəyi verməsini təmin etmək əvəzinə, sözügedən Mərkəzlərin statuslarına aydınlıq gətirmədən, onların verdikləri rəyləri ekspert rəyləri kimi qəbul edərək iddiaçının payının naturada ayrılmasının mümkünlüyü nəticəsinə gəlmişdir. Daha sonra, işə baxan məhkəmələr, iddianı yuxarıda göstərilən qaydada təmin edərkən, sonradan inşa ediləcək sərhəd hasarının, küçə hasarı üzərində əlavə olaraq 3,5 metr enində keçid boşluğunun açılmasının və boşluq üzərində giriş-çıxış darvazasının quraşdırılmasının, habelə uzunluğu 17,5 metr və 21,0 metr olan sərhəd hasarlarının birləşmə nöqtəsinin yarımdairə şəkilində inşa edilməsinin mümkünlüyünü Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri baxımından dəyərləndirməyiblər və qətnamənin nəticə hissəsində həmin işləri kimin görəcəyəni ümumiyyətlə göstərməyiblər. Halbuki, Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsində göstərilir ki, məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətə həmin hərəkəti etməyə borclu olmasını göstərməlidir. Bundan başqa, Mülki Məcəllənin 220.1-220.6-cı maddələr inin mənasına görə, paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması üsulu və şərtləri bütün mülkiyyətçilərin razılaşmaları əsasında müəyyən edilir. Bu zaman baş verən ixtilaflar məhkəmə qaydasında həll edilir. Eyni zamanda, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını tələb edə bilər. Lakin bəzən payın naturada ayrılmasına yol verilmirsə və ya bu ümumi mülkiyyətdə olan əmlaka yolverilməz zərər vurmadan mümkün olmazsa, payın dəyəri qalan mülkiyyətçilərin hesabına ödənilir. Naturada ayrılarkən pay mülkiyyətçinin həqiqi payından fərqli olduqda belə fərq kompensasiya edilməlidir. Bu halda payı ayrılan mülkiyyətçinin razılığı tələb olunur. Lakin onun ümumi mülkiyyətdəki payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə, ümumi əmlakın istifadəsində onun müh üm mənafeyi olmadıqda məhkəmə onun razılığı olmadan da ona kompensasiya verilməsini qərarlaşdıra bilər. Payın naturada ayrılması mümkün olmadıqda, onun əvəzi kompensasiya qaydasında ödənildikdə, pay natura şəklində ümumi əmlakın tərkibində qalır. Kompensasiya payın dəyərinin ödənilməsi üsulu olduğundan onu alan mülkiyyətçi ümumi mülkiyyətdəki həmin paya hüququnu itirir. Ümumi paylı əşyanın bölünməsi və ya ondan payın ayrılması mümkün olmadıqda məhkəmə həmin əşyanın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında bölüşdürülməsi haqqında qərar verə bilər. Hazırki işdə, iddiaçının payının naturada ayrılmasının mümkünlüyü xüsusi bilik tələb edən səlahiyyətli qurum tərəfindən verilmiş ekspert rəyi ilə, habelə payın naturada yuxarıda göstərilən qaydada ayrılmasının şəhərsalma və tikinti normalarına və qaydalarına uyğun olması mülki iş materialları ilə təsdiq edilmir. Digər tərəfdən, 01 aprel 2014-cü il tarixli Çıxarışa əsasən, sözügedən torpaq sahəsi 8/9 hissədə iddiaçının, 1/9 hissədə isə onun mərhum qardaşı Əliyar Osmanovun paylı mülkiyyətindədir. Cavabdeh apellyasiya və kassasiya şikayətlərində göstərmişdir ki, payın naturada ayrılması mümkün olmadığı halda, iddiaçı ondan kifayət qədər yüksək məbləğdə kompensasiya tələb edir, onun isə iddia olunan məbləği ödəməyə maddi imkanı yoxdur. Apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirmədən, mərhum Əlyar Osmanovun mirası qəbul etmiş vərəsələrinin dairəsini, habelə onların hər birinin miras aktivindəki, yəni torpaq sahəsinin 1/9 hissədəki paylarını müəyyən etmədən, iddiaçının mülkiyyətində olan 337 kv.metr t orpaq sahəsinin cavabdehin istifadəsində qalmasını əsas tutub yalnız sonuncudan iddiaçının xeyrinə 21.900 manat kompensasiya tutmaqla Mülki Məcəllənin 1306.1-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki, həmin maddənin mənasına görə, vərəsələr miras qoyanın kreditorlarının mənafeələrini alınmış aktivdə özlərinin hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə göstərilən hallar aydınlaşdarılmaqla yanaşı iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin edilməli, xüsusi bilik tələb edən qeyd olunan sualların aydınlaşdırılması üçün müvafiq səlahiyyətli quruma həvalə edilməklə əsaslandırılmış ekspert rəyi alınmalı və yalnız bundan sonra iddiaçının cavabdehə qarşı hazırki tələblərinin əsaslılığ ına düzgün hüquqi qiymət verilməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarınd a da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaq la yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2(107)-1228/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar