Məhkəmə qərarları › İş №2(102)-1243/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1243/2021

30.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1243/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı prosessual hüquqi varisi R.R.R. Cavabdeh: “xxxx” ASC İddia tələbi: «2.665,85 manat məbləğində borcun silinməsi» Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçının prosessual hüquq varisi X1, cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil Rüfət oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2376/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-c i il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. Abunə kodu **********70114 olan Abunə haqqında sənədə əsasən iddiaçı (abonent) İddiaçı məxsus ünvana aid abunə hesabında istifadə olunmuş elektrik enerjisinə görə qalıq borc yoxdur. Yalnız Abunə haqqında sənədin yuxarı qrafasında «Barmek» dövrünə aid 760,35 manat və «Barmek»dən əvvəlki dövrə – «BEŞ» dövrünə aid 1.905,50 manat borc məbləği göstərilmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə mü raciət edərək, cavabdeh “xxxx” ASC tərəfindən ona hesablanmış 2.665,85 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)3980/2019 saylı qətnaməsi ilə (hakim P.A.Hüseynov) iddia tələbi təmin edilərək, BaŞEŞ dövrünə aid 1.905,50 manat və Barmek dövrünə aid 760,35 manat borcun, cəmi 2.665,85 manat borcun İddiaçı məxsus **********70114 nömrəli abunə hesabından silinməsi qət edilmişdir. Qətnamədən cavabdeh “xxxx” ASC apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2376/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), C.A.Yusifov və V.Ə.Baxışova) cavabdeh “xxxx” ASC tərəfindən veri lmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)3980/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi nəticəyə gələrkən EEİQ-nin 9.1 və 9.10-cu bəndlərinin tələblərini nəzərə almamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət ver məmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçının prosessual hüquq varisi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil Rüfət oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş Elektrik enerjisindən istifadə qaydaları»nın 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin qaydaların 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşd ırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məh kəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçının iddiası üzrə prosessual hüquq varisliyinə yol verildiyinə görə Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən X2 mülki iş üzrə İddiaçı prosessual hüquq varisi kimi tanınmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki işdə iddiaçıya məxsus abunə hesabında göstərilən istifadə edilmiş elektrik enerjisinə görə hesablanmış BaŞEŞ dövrünə aid 1.905,5 manat və Barmek dövrünə aid 760,35 manat borcun yaranma mənbəyi müəyyən deyildir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda göstərilmişdir ki, BaŞEŞ dövrünə aid 1.905,5 manat və Barmek dövrünə aid 760,35 manat debitor borc həmin dövrlərdə mənzildə istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəridir, qeyd olunan borclar «xxxx» ASC-nin kompüter məlumat bazasında ödənişi tələb olunmayan borclar qrafasına alınmışdır, həmin borcların ödənişi yalnız abunə vərəqində ad dəyişdirilərkən və borcun olmaması barədə arayış alınarkən tələb olunur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının abunə koduna yazılmış həmin borc məbləği silinməlidir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halla rının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, sübutların yoxlanılmadığını qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Kassasiya kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca hər ay baxış keçirilsə də, akt tərtib edilən tarixlə əlaqədar 2665,85 manat borcun müəyyən edilməsi məntiqə uyğun deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2376/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar