Məhkəmə qərarları › İş №2(102)-1245/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1245/2022

05.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1245/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə və X qarşı iş üzrə QƏRARİ Açar sözlər: Təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməməsi, ləğv edilmiş etibarnamə əsasında bağlanmış müqavilənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və X qarşı “abunə müqavilələrinin ləğv edilməsinin etibarsız hesab edilməsi və addan-ada keçirməyə dair müqavilələrin ləğv edilməsi” tələbinə da ir mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7860/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 05 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, 20 noyabr 2000-ci il tarixli müqaviləyə əsasən ******-**-** mobil telefon nömrəsinin, 09 noyabr 2006-cı il tarixli müqaviləyə əsasən ***-***-**** mobil telefon nömrəsinin, 03 may 2007-ci il tarixli müqaviləyə əsasən ***-***-**-** mobil telefon nömrəsinin İddiaçı istifadəyə verilməsi "xxxx" MMC tərəfindən rəsmiləşdirilmişdir. 2. 24 dekabr 2015-ci ildə İddiaçı etibarnamə ilə ünvan 1 ünvanında qeydiyyatda olan həyat yoldaşı X (AZE № xxxx seriyalı) harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq iddiaçının bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, o cümlədən almaq satmaq, hədiyyə qəbul etmək, hədiyyə vermək və ya bağışlamaq, dəyişmək, əmlak ipotekası (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üz haqq-hesab aparmağı, miras qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan o cümlədən bank orqanlarından, poçtdan teleqrafdan bütün əsaslar üzrə iddiaçıya çatan əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesab üzərində sərəncam verməyi, poçt, teleqram, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, koo perativ ictimai təşkilatlarda iddiaçının adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilməli bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ icarə vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında mənə olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Qeyd edilən etibarnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində təsdiq edilmişdir 3. 11 fevral 2016-cı ildə İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazi rliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi, Ədliyyə polkovnik leytenantı İX 24 dekabr 2015-ci il tarixdə həyat yoldaşı x verdiyi etibarnaməninin ləğv edilməsi üçün zəruri tədbirlər görülməsi barədə bildiriş göndərmişdir. Bildiriş 11 fevral 2016-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi, Ədliyyə polkovnik leytenantı x tərəfindən qəbul edilmiş və vətəndaş X bu barədə 16.02.2016-cı il tarixli bildiriş göndərilmişdir. 4. 23 avqust 2017-ci il tarixli müqavilə ilə ***-***-**-** mobil telefon nömrəsi, 29 may 2018-ci il tarixli müqavilələrlə isə ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri İddiaçı adından X adına keçirilmiş və sonuncunun istifadəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci ins tansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “addan-ada keçirilməyə dair müqavilələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və iddianın həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, X 24 dekabr 2015-ci il tarixdə verdiyi etibarnaməni 11 fevral 2016-cı il tarixdə ləğv etdikdən sonra onun ləğv edilmiş etibarnaməni "xxxx" MMC-yə təqdim edərək iddiaçının səlahiyyətli nümayəndəsi qismində çıxış etməklə 23.08.2017-ci il tarixdə ***-***-**-** nömrədə və 29.05.2018-ci il tarixdə isə ***-***-**-** və ***-***-**-** nömrələrdə addan-ada apardığı əməliyyatların (nömrələrin başqa şəxsin adma keçirilməsi) qanunsuz olduğundan etibarsız hesab edilməsi və ***-***-**-**; ***-***-**-** və 050-2 11 - 3 1 - 87 nömrələrinə abunəçi kimi iddiaçının istifadə hüququnu n bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X ***-***-**-**; ***-***-**-** və ***-***-**** nömrələrindən də addan-ada keçirmə əməliyyatlarını 24.12.2015-ci il tarixdə 8 saylı CÇM-də cəza çəkərkən ona verdiyi etibarnamə əsasında həyata keçirmişdir. Halbuki, məhkəməyə təqdim etdiyi 11.06.2016-cı il tarixdə Penitensiar Xidmətin Müalicə Müəssisənin rəhbərliyinin adına yazdığı ərizədən və CÇM vasitəsi ilə 16.02.2016-cı il tarixli X göndərdiyi bildirişdən məlum olur ki, 14 fevral 2015-ci il tarixdə X verdiyi etibarnaməni 11.06.2016-cı il tarixdə ləğv etmişdir. Bu fakt Penitensiar Xidmətin Əməliyyat-rejim İdarəsinin rəisi ədliyyə polkovniki X məhkəmə sorğusuna cavab olaraq məhkəyə göndərdiyi 23.02.2021-ci il tarixli məktubu ilə də bir daha təsdiq olunur. Beləliklə, məlum olur ki, X iddiaçının 24.12.2015-ci il tarixdə 8 saylı CÇM-də cəza çəkərkən ona verdiyi etibarnaməni ləğv etdikdən sonra, ləğv edilmiş etibarnamə ilə iddiaçının istifadəsində olan ***-***-**-**; ***-***-**-** və ***-***-**-** nömrələrə dair iddiaçının adına olan abunə müqavilələrini ləğv edərək həmin nömrələri öz adına keçirmişdir. Hesab edir ki, X iddiaçının adından ona verilmiş və sonradan ləğv edilmiş etibarnamə ilə həmin etibarnamə ləğv edildikdən sonra iddiaçının istifadəsində olan nömrələrlə bağlı apardığı əməliyyatlar etibarsız hesab edilərək ləğv edilməlidir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-989/21 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov, iş №) iddia təmin olunmuş, İddiaçı cavabdeh X 24 deka br 2015-ci il tarixdə verdiyi etibarnaməni, 11 fevral 2016-cı il tarixdə ləğv etdikdən sonra, cavabdehin ləğv edilmiş etibarnaməni Cavabdeh MMC-yə təqdim edərək iddaçı İddiaçı səlahiyyətli nümayəndəsi qismində çıxış etməklə 23.08.2017-ci il tarixdə 050 *** ** ** nömrədə və 29.05.2018-ci il tarixdə isə 050 *** ** ** və 050 *** ** ** nömrələrdə addan-ada apardığı əmiliyyatların (nömrələrin başqa şəxsin adına keçirilməsi) qanunsuz olduğundan etibarsız hesab edilməsi və *** *** ** **; 050 *** ** ** və 050 *** ** ** nömrələrinə abunəçi kimi İddiaçı istifadə hüququnun bərpa edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı etibarnaməni verdikdən sonra onu ləğv etmiş, bu barədə bildirişi cəzaçəkmə müəssiəsi vasitəsiylə öz həyat yol daşı X göndərmiş, X isə həmin an müvafiq səlahiyyəti olmadan iddiaçıya məxsus nömrələri öz adına rəsmiləşdirmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1, 362.3.3, 365.1.3, 365.2, 366.1-ci, Mülki Prossesual Məcəllənin 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən cavabdeh X apellyasiya şikayəti vermişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7860/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) cavabdeh X apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki birinci instansiya məhkəməsi tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərini əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən işə baxan hakim tərəfindən Penitensiar Xidmətə müvafiq sorğu göndərilmiş və sorğuya əsasən etibarnamənin, ərizənin və bildirişin təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir (i.v.68, 84-87).

14. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin nümayəndəsi bildirişin qeydiyyatdan keçdiyi jurnalla bağlı eyni məzmunlu vəsatəti apellyasiya baxışı zamanı da vermi ş, lakin məhkəmə kollegiyası vəsatəti əsassız sayaraq təmin etməmişdir.

15. Məhkəmə kollegiyası bu qənaətə gələrkən cavabdeh tərəfindən Mülki Məcəllənin 359.3-cü maddəsinin tələbinin də pozulduğunu nəzərə almışdır. Həmin maddəyə görə təmsilçi təmsil edilənin adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh X kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normala rının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır (maddə 416).

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh X apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

23. Təmsilçi təmsil edilən adından şəxs ən özü barəsində əqdlər bağlaya bilməz. (maddə 359.3)

24. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. (maddə 362.1)

25. Azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmiş etibarnamələri notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur. (maddə 362.3.3)

26. Etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. (maddə 365.1.3)

27. Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. (maddə 365.2)

28. Etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etiba rnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur (maddə 366.1) Mülki Prossesual Məcəllə

29. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

30. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

31. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

32. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə ol unan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cav abdeh X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7860/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar