Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1247/2024 19.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Zaqatala rayonu X2 və Cavabdeh2 qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və mər uzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 2(107)1100/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Zaqatala Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(033)-71/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Zaqatala rayonu, X2 məxsus 7,74 ha torpaq sahəsi ilə bağlı 53 nömrəli 06 may 2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X3 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolun etibarsız hesab edilməsi, Cavabdeh2 ilə Zaqat ala rayonu, Aşağı Tala bələdiyyəsi arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-181 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 18 may 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi qət edilmişdir.
2. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2023-cü il tarixli, 2(107)-373/2023 nömrəli qərardadı ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qətnamə ləğv edilmiş, iş üzrə icraata xitam verilərək, İddiaçı ərizədə qeyd olunan məsələnin həlli ilə əlaqədar Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 iyul 2023cü il tarixli, 2(102)- 2950/2023 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilmiş, Şəki Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2023-cü il tarixli, 2(107)-373/2023 nömrəli qərardadı ləğv edilmiş və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 2(107)-1100/2023 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(033)71/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Zaqatala rayonu X2 və Cavabdeh2 qarşı 06 may 2021-ci il tarixdə keçirilmiş hərracın nəticələrinə dai r protokolun etibarsız hesab edilməsi və 18 may 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, kassasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Resp ublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Mə cəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
7. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır.
8. Belə ki, iddiaçı kassasiya şikayətinə işin faktiki hallarına və işdə olan sübutlara istinad etmiş, maddi hüquq normalarının pozulması kimi Azərbaycan Respublikası Konstitusiyasının 71, 127-ci, Mülki Məcəllənin 337.1, 337.2, 337.5, 416-cı, Torpaq Məcəlləsinin 14, 16, 51, 56-cı, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3, 9.1, 9.7-ci, “Torpaq bazarı haqqında” Qanunun 9-cu, “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddələrinin, prosessual hüquq normalarının pozulması kimi isə Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.1, 77.1, 81, 88-ci maddələrinin dispozisiyalarını kassasiya şikayətinə köçürmüşdür.
9. Lakin, kassasiya şikayətinin məzmununda maddi və prosessual hüquq normalarının pozuntusunun hazırki işdə konkret nədə i fadə olunması, mübahisəyə aidiyyəti göstərilməmişdir. Əksinə, kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasını təsbit edən 5-ci hissəsinin 2-ci bəndində kassator onun öz iddia ərizəsində qeyd etdiklərini sübut edəcək hər hansı bir sübutu əlavə etmədiyini qeyd etmiş, “Göründüyü kimi iddiaçı tərəfindən azyaşlı xx.xx.2019-cu il təvəllüdlü X1 mənim oğlum olması barədə heç bir mötəbər sübut təqdim edilməmiş və nəticə etibarı ilə birinci instansiya tərəfindən Mülki Prosessual Məcəllənin 14.1-ci, 77.1-ci, 81-ci və 88-ci maddələri kobud şəkildə pozulmuşdur.” kimi hazırki işə aid olmayan dəlillərə istinad etmişdir.
10. Bununla da, kassasiya şikayəti tərtib edilərkən Azərbaycan Respublikası MPMin 407.1.4 və 407.2-ci maddələrinin tələbləri pozulmuşdur.
11. Qeyd olunanlara əsasən, kassa siya şikayətində maddi və yaxud prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 2(107)-1100/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.