Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-125/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Xna qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin naturada bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2909/2020 nömrəli iş üzrə 03 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhk əmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli, 2(011)-9775/2017 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0.04 hektar torpaq sahəsində İddiaçı payının ½ hissə müəyyən edilməsi, qalan ½ hissəsinin isə Xnın payı hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(011)-484/2019 saylı qətnaməsinə əsasən İddiaçı ilə X arasında Gədəbəy rayonu Qoşabulaq kənd İnzibati Ərazi Dairəsi tərəfindən 01 mart 1991-ci il tarixli, 02 nömrəli akt qeydinə əsasən bağlanılmış nikahın pozulması qət edilm işdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(008)-3051/2019 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh Xna qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0.04 hektar torpaq sahəsində ona məxsus ½ pay hissəsinə hasarın çəkilməsinə yaradılan maneənin cavabdehə qadağan edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Xna qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona ayrılmış torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X ilə 01 mart 1991-ci ildə birgə nikaha daxil olmuşdur. Birgə yaşadıqları təxmini 25 il müddətində 3 övladları dünyaya gəlmişdir. Kiçik qızı tələbədir, böyük qızını Ekologiya Nazirliyinə, oğlunu Avropa firmasına, yoldaşını isə 316 nömrəli məktəbə direktor müavini vəzifəsinə düzəltmişdir. Ramana qəsəbəsində 6 sot torpağın içində 13.2 metr uzunu, 12.2 metr eni olan 2 mərtəbəli tam təmirli, kombi sistemi ilə təmin olunmuş, bütün məişət əşyalarını, mebellərini təzə almışdır. Bundan başqa girişi və çıxışı ayrı olan kirayəçi evi tikmişdir. Hal-hazırda ayı 150 manata orada kirayəşin qalır. Əlavə 4 göz mersedes markalı avtomobil də almışdır. Ailə münasibətləri bir müddət yaxşı olsada, cavabdehin özünün və qardaşbacısının təqsiri üzündən tədricən pozulmağa başlamışdır. 2016-cı ilin dekabr ayında birgə yaşamağın mümkünsüz olduğun görüb evdən çıxmışdır. O özü ilə bir dəst anasının verdiyi pasteli götürmüşdür. O bu ailənin dağılmasından uşaqların əziyyət çəkməsini istəməmişdir. Ona görə də evini, evin əşyalarını, 4 göz mersedesi, nə varsa hər bir şeyi uşaqlarına vermişdir. Ancaq 2 sot torpaq və nikahın pozulması üçün Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. 17 noyabr 2017ci ildə Xətai Rayon Məhkəməsi ona 2 sot torpaq sahəsi ayırmışdır. 11 yanvar 2019-cu ildə nikahları pozulmuşdur. Cavabdehin təqsirindən indiyə qədər o Xətai Rayon Məhkəməsinin qərarı ilə ayrılmış 2 sot torpaq sahəsinə sahib çıxa bilmir, hasar çəkə bilmir. Gah apelyasiya şikayəti edirlər, gah deyirlər bölgü düz bölünməyib, gah da deyirlər yol qalmır. Ona görə də o Sabunçu Rayon Məhkəməsinə maneənin aradan qaldırılması iddiası ilə (hasarın çəkilməsinə maneə yaratmamaq) müraciə etmişdir. Məhkə mə torpaq sahəsinə yerində baxış keçirtmişdir. O məhkəməyə torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestr xidməti tərəfindən bölündüyünü və başqa cür bölünməsinin mümkünsüzlüyünü, evə 2 tərəfdən girişin mümkün olduğunu göstərmiş, lakin məhkəmə qərəzli surətdə onun iddiasını rədd etmişdir. Səbəb isə qarşı tərəfin bölgü ilə razı olmaması və torpağın naturada bölünməməsi göstərilmişdir. Məhkəmənin 24.06.2019-cu il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertiza təyin edilərək rəy alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18604 №-li, 05 dekabr 2019-cu il tarixli rəyində göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0.04 hektar torpaq sahəsinin iki tərəfdən qonşu və iki tərəfdən yol ilə əh atə olunduğunu nəzərə alaraq, həmin torpaq sahəsinin tərəflər arasında paylarına uyğun bölünməsinin (fərdi yaşayış evi nəzərə alınmadan) mümkündür. İş materiallarında olan bölgü sxemində 0.04 ha torpaq sahəsinin iki hissəyə bölünməsi bölgü sxemində göstərilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0.04 hektar torpaq sahəsinin üzərində iki mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Həmin tikiliyə dair mülki iş materialında hər hansısa layihə sənədinin olmadığından tikilinin tikinti norma və qaydalarına uyğun olubolmamasının müəyyən edilməmişdir. İnşa olunan iki mərtəbəli fərdi yaşayış evinin torpaq sahəsinin 161.04 kv.metr hissəsini təşkil edir. Mübahisəli torpaq sahəsinə məhkəmə tərəfindən yerli baxış keçirilərək müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi ik i tərəfdən qonşu və iki tərəfdən yol ilə əhatə olunmuş, həmin torpaq sahəsinin bir tərəfində iki mərtəbəli fərdi yaşayış evi tikilmiş, iş materiallarında olan bölgü sxeminə uyğun olaraq torpağın ev olan hissəsindən giriş hissəsinədək, yəni dəmir darvazayadək olan hissəsi boşdur heç bir tikili yoxdur. Evin arxa tərəfindən, yəni yoldan evə kiçik dəmir qapı ilə giriş mövcuddur. Həmin giriş qapısı bağlı olduğundan, mənzilə daxil olub baxış keçirilməsi mümkün olmamışdır. Cavabdehin bildirdiyinə əsasən, həmin giriş-çıxış qapısından evdə qalan kirayəçilər istifadə etdiyi müəyyən olundu. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Samir Talıbov) 2(008)-4267/2019 nömrəli, 26 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən ½ his səsi İddiaçı, ½ hissəsi X2 məxsus olan 0.04 hektar torpaq sahəsinin naturada bölünməsi, hər bir sahənin eni və uzununun iş materiallarına əlavə edilmiş bölgü sxeminə uyğun müəyyənləşdirilməsi qət edilmişdir. Məhkəmə paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması mümkün olduğundan iddia tələbinin həmin hissədə əsaslı hesab etmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3, 223.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4267/2019 saylı 26 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) 03 iyun 2020-ci il tarixli 2(103)-2909/2020 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4267/2019 saylı 26 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəsi gedən yaşayış sahəsinin iddiaçının mülkiyyətində olan 1/2 hissəsinin naturada ayrılmasını məqsədəmüvafiq hesab etməkdə haqlı olmuşdur. Çünki paylı mülkiyyətin mülkiyyətçiləri olan iddiaçı və cavabdeh arasında əmlaka sahiblik və ondan istifadədə razılaşma olmadığı, mübahisəli əmlakdan iddiaçının istifadə etməsinə maneələr yaradıldığı, həmçinin tərəflərin ümumi əmlakın bölünməsi barədə razılığa gələ bilmədikləri müəyyən edilmiş, bu baxımdan iddiaçı, öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd olunmuşdur ki, iddiaçının mülkiyyətində olan ½ hissəsinin bölgü-sxemə uyğun şəkildə naturada ayrılması cavabdehin servitut hüququnu istisna etmir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1, 215.2, 215.4 və 220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyun 2020-ci il tarixli 2(103)-2909/2020 nömrəli qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona et irazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyətli halları araşdırmamış, sübutları hərtərəfli tədqiq etməmişdir. İşdəki 05 dekabr 2019-cu il tarixli 18604 saylı ekspert rəyində qeyd edilir ki, torpaq sahəsində fərdi yaşayış evi yerləşdiyindən və həmin evə bir giriş yolu olduğundan evin naturada bölünməsi mümkün deyildir. Əgər torpaq sahəsi iki hissəyə bölünərsə, onda evə giriş bağlanacaqdır. Torpaq sahəsinin uzununa bölgüsü mümkün deyildir, ev torpaq sahəsinin aşağı hissəsində inşa edildiyindən, torpaq sahəsi uzununa bölünə bilməz, belə ki, onda ev sökülməlidir. Eninə bölgü ap arılarsa, evə giriş qapanacaqdır. Həmin əsaslara görə torpaq sahəsinin naturada iki hissəyə bölünməsi mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən prosessual hüquq normalarının tələblərini pozmuşdur, tam hüquqlu məhkəmə kimi işə baxmamış, işdəki sübutları hərtərəfli və obyektiv araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi öz qərarını tərəflərin çəkişmə prinsipinə əsasən dəlillərlə, izahatlarla və sənədlərlə deyil, özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmiş faktları nəzərə almamışdır. Məhkəməyə təqdim edilmiş bölgü sxemi saxtadır, həmin sxem iddiaçı tərəfindən hazırlanmış və məhkəməy ə təqdim edilmişdir. İşə baxan hakim və apellyasiya instansiyası məhkəməsi həmin sxemin həqiqiliyini müəyyən etmədən həmin sxemi sübut kimi qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.1, 213.2, 213.4, 220.3, 220.4, 221-ci maddələrinin tələblərini pozmuşdur. İddiaçı iddia ərizəsində qeyd etdiyi faktlar həqiqətə uyğun deyildir, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən torpaq sahəsində İddiaçı payının ½ hissədə müəyyən edilməsi, qalan ½ hissəsinin cavabdehin payı hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. İddiaçı X3 özbaşına olaraq həyətyanı torpaq sahəsini iki hissəyə bölərək hasarlamaq istəyir, əgər onun tərəfindən məhkəməyə təqdim olunmuş cizgi əsasında bölgü aparılarsa, ona düşən hiss əyə gediş-gəliş yolu bağlanacaqdır. Ona görə də paylı mülkiyyət olan mübahisəli torpaq sahəsinin naturada bölgüsü mümkünsüzdür, mübahisə yalnız mübahisəli torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsi, iddiaçının payının əvəz edilməsi ilə həll oluna bilər. X1 hazırkı iddiası həmin səbəblərdən əsassız və qanunsuzdur, mübahisəli torpaq sahəsinin onun istəyinə əsasən iki hissəyə bölünməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün təfsir etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin hazırkı mübahisə üzrə gəldiyi nəticə əsassız və qanunsuz sayılmalıdır, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir, maddi hüquq normalarının və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozaraq düzgün olmayan qətnamə çıxarmışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası həmin şəxsin izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəx slərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; Maddə 214.1 Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır; Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna mali kdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər; Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Ma ddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar ın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində q ətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraf lı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Xnın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2909/2020 nömrəli iş üzrə 03 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.