Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1250/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X10 və X6 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh Nümayəndə2 tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2466/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Balakən rayon məhkəməsinin (hakim Hümbət Səlimov) xx xxxxxxx 2018-ci il tarixli, 2(019)-1301/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Balakən Qaysa kəndində yerləşən İddiaçı 1, İddiaçı2, Nümayəndə2 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 1,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin 1/4 hissə - 0,27 ha paylarının müəyyən edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin mülki kollegiyasının (sədrlik edən Ələddin Məcidov, Mahir Əsədli, İnşallah Quliyev) xx xxxxxx 2019-cu il tarixli 2(107)-203/2019 nömrəli qətnaməsinə əsasən cavabdehlər Nümayəndə2 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Balakən rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən sаxlаnılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Vəfaddin İbayev - sədrlik edən və məruzəçi, Aslan Kalbalıyev, Ələsgər Əliyev) xx xxx 2019-cu il tarixli, 2(102)-36 60/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Elçin Hüseynov, Vəzirxan Məlikov) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Nümayəndə2 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Balakən rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Nümayəndə2 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən rayon məhkəməsinə müraciət edərək “JN 08xx xxx 40104018 seriyalı “Torpağa Mülkiyyət Hüququna dair Dövlə t Akt”ına əsasən 1,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X1na məxsus ona çatacaq miras payının hamısının, 1,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı2 öz payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi X1 və onun ailə üzvlərinə məxsusdur. Həmin təsərrüfatda 1,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi JN08xx xxx 40101018 seriyalıTorpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X1na, İddiaçı2, Nümayəndə2 və Cavabdeh2 Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 2001-ci il tarixli 09 saylı qərarı ilə verilmişdir. X1 xx xxxxxx 2007-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra Balakən rayon X8 vərəsəlik işi açılmışdır. 1,08 ha k ənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/4 hissəsi olan, X1na məxsus miras əmlakın hamısına İddiaçı1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdehlər Nümayəndə2 və Cavabdeh2 ilə ümumi mülkiyyətlərinə verilmiş qeyd edilən torpaq sahələrinə dair mübahisə vardır. Onlar öz paylarının müəyyən edilməsini istəyirlər. Cavabdehlər isə buna razı olmurlar. Buna görə də mübahisənin qanuni yolla həll edilməsi üçün Balakən rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh Nümayəndə2 kassasiya şikayəti verərək Şəki Apellyasiy a Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmadan əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, JN 08xx xxx 40104018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında İddiaçı1 adı yox X2 adı qeyd olunmuşdur. X7 2007-ci ildə vəfat etməsinə baxmayaraq İddiaçı1 vərəsəliyi 2017-ci ildə qəbul etmiş, yəni qanunda nəzərdə tutulan müddəti ötürməklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinin tələblərini pozmaqla qəbul etdiyindən onlar həmin İddiaçı1 tərəfindən kənd təsərüffatı təyinatlı torpaq sahəsinə aldığı Balakən rayon X13 tərəfindən verilmiş 2-V-144 və 2V-145 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi X3 adına verilmiş RX seriyalı ******* №-li çıxarışın etibarsız hesab edilməsi tələbi ilə Balakən rayon məhkəməsinə müraciət etmişlər. Həmçinin həmin Qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamələrin mübahisləndirildiyi üçün və Balakən rayon məhkəməsinin icraatında həmin işə baxıldığını qeyd edərək payların müəyyən edilməsi işi üzrə icraatın dayandırılması barədə vəsatət vermişdilər. Lakin Balakən rayon məhkəməsinin həmin vəsatətin rədd edilməsi barədə qərar qəbul etmədən və belə vəsatətin daxil olmasını qətnamədə göstərmədən iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin 1/4 hissə-027 ha payları müəyyə n edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu pozuntulara əhəmiyyət verməyərək səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələb inə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya ş ikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,X5, İddiaçı2, Nümayəndə2 və Cavabdeh2 Balakən Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 2001-ci il tarixli 09 saylı qərarı ilə ünvan 1i ərazisindən 1, 08 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. xx xxxxxxxx 2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə ölmüş X3 vərəsəsi ünvan 1ində yaşayan İddiaçı1dır və o miras əmlakdan bütöv pay almışdır. X5 verilmiş seriya nömrəsi JN-886,KOD 40101018 olan Dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1,08 ha olan torpaq sahəsininin mərhumun mülkiyyətində olan ¼ hissəsindən ibarətdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə və 29-cu maddəsinin İ, İİ və İV hissələrinə, «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.1-213.2, 213.5, 214.1 və 238.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələr inə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sa hib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Həmin Məcəllənin 213.1-213.2 və 213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya b u şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, X3, İddiaçı2, Nümayəndə2, Cavabdeh2 ümumi birgə mülkiyyətinə ünvan 1i ərazisindən 1,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X11 xx.xx.2007-ci ildə ölmüşdür. xx.xx.2007ci il tarixdə ölmüş X3 vərəsəsi ünvan 1ində yaşayan İddiaçı1dır və o miras əmlakdan bütöv pay almışdır. Cavabdehlər Nümayəndə2 və Cavabdeh2 iddiaçılara özlərinə məxsus olan əmlakdan istifadə etmələrinə mane olurlar və iddiaçıların qeyd olunan torpaq sahəsindən paylarının müəyyən edilməsinə razı deyildirlər. Ona görə də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirməklə hesab etmişdir ki, iddia təmin edilməli, Balakən Qaysa kəndində yerləşən İddiaçı1, İddiaçı2, Nümayəndə2 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 1,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İ ddiaçı1 və İddiaçı2 hər birinin 1/4 hissə - 0,27 ha payları müəyyən edilməlidir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi cavabdehlərin apelyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, qətnamənin tamamilə ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Çünki işə təkrarən apelyasiya qaydasında baxılarkən Ali Məhkəmənin Qərarında göstərilmiş nöqsanlar aradan qaldırılmaqla həmin sübutlara istinad olunmuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də şikayətin dəlilləri ilə bağlı göstərdiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kim i istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə, həmçinin təkrar apelyasiya baxışında təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İşə baxan apellyasiya instansiyası məhkəməsi Balakən rayon məhkəməsinə müvafiq sorğu verilmiş, həmin sorğuya cavab olaraq apelyasiya məhkəməsinə göndərilmiş xx xxxxxx 2019-cu il tarixli, 2(019)-1432/2018 saylı məktubun məzmunundan müəyyən edilmişdir ki, iddiaçı Nümayəndə2 cavabdehlər DƏDRX-nin 18 saylı Zaqatala Əİ-nə, Balakən rayon NK-ya, 3-cü şəxs X4 qarşı Balakən rayon DNK tərəfindən verilmiş 2-V-144 xx.xx.2017-ci il və xx.xx.2017-ci il reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi tələbinə dair 2(019)-1432/2018 nömrəli mulki işə xx.xx.2018ci ildə baxılmış və iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnamə si dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh Nümayəndə2 kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2466/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1250/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1250/2020
02.03.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver