Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1252/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ iş № 2(102)-1252/2024 Açar sözlər: müddətli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası nın 11 dekabr 2023-cü il tarixli, 2(105)-1928/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları:
1. İddiaçı X 01 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-yə vaxtamuzd olmaqla, ayda 370 manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli (üç aylıq sınaq) sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000200 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2021-ci il tarixdə daxil edilmişdir. 2. 12 yanvar 2022-ci il tarixdə iddiaçı yenidən vaxtamuzd olmaqla, ayda 370 (üç yüz yetmiş) manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli (əlavə üç aylıq sınaq) sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000201 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. 3. 04 aprel 2022-ci il tarixdə iddiaçı yenidən vaxtamuzd olmaqla, ayda 424 (dörd yüz iyirmi dörd) manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli, sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000203 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağli əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2022-c i il tarixdə daxil edilmişdir. 4. “X direktorunun 01 dekabr 2022-ci il tarixli 162 saylı əmrinə əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2 maddəsinin ‘‘b" bəndi-müddətin qurtarmasi əsası ilə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-nin direktorunun xx.xx.2022ci il tarixli 162 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqlarının ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2011-ci il tarixdə Bakı şəhəri "xxxx" ASC-nin 73 nömrəli Yol istismarı müəssisəsində sürücü vəzifəsinə işə qəbul olunmuşdur. 2021-ci ilə kimi həmin idarədə işləmişdir. xx.xx.2021-ci il tarixdə müdriyyətin sərəncamı ilə idarə etdiyi avtomaşınla birlikdə müəssisənin Şamaxı rayonunda fəaliyyət göstərən 19 nömrəli xüsusi təyinatlı “Yol istismarı“ MMC-yə işə göndərilmişdir. Bir il iki aydır ki, həmin idarədə işləyir. Bir neçə gün əvvəl İdarənin müdiri X onu çağırıb bildirmişdir ki, müqavilə müddəti bitmişdir, onunla yeni müqavilə bağlamır, ona görə də avtomaşını təhvil verilməlidir. Ona bildirmişdir ki, baş idarədən çıxarılıb bura göndərilmiş, burada onunla müqavilə bağlanılması yadına gəlmir. Müqavilə bağlamış olsaydı belə onu işə qəbul olduğu vaxt yəni xx.xx.2021-ci ildən hesablanmaqla 01 oktyabr 2022-ci il t arixdə, yəni 1 ilin tamam olanda çıxarmış olmalı idi. Amma 1 il 2 aydır ki, burada işləyir. Müqavilə müddəti bitəndən sonra hələ 2 ay işləmiş, bu isə o deməkdir ki, avtomatik olaraq müqavilə növbəti müddətə uzadılmış hesab olunur. Bu gün bu əsasla işdən azad edilməsi qanunsuzdur. Maşın idarəyə məxsus olsa da idarə bu maşının üzərinə bir manat da olsun xərc qoymayıb. Təkərlərini, akkumulyatorunu, bütün sınan hissələri özü öz hesabına təmir etdirmişdir. İndi maşını əlindən alıb, özünü də işdən çıxarır. Mediasiyaya müraciət etmiş, orada aralarında razılıq olmamışdır. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur.
7. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli 180 saylı Əmək müqaviləsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MM C-nin direktorunun xx.xx.2022-ci il tarixli, 162 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqının cavabdehin hesabına ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdi ki, iddiaçı Turab Nuralıyev 01 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-yə vaxtamuzd olmaqla, ayda 370 manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli (üç aylıq sınaq) sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000200 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafi q alt sistemə xx.xx.2021-ci il tarixdə daxil edilmişdir. 12 yanvar 2022-ci il tarixdə iddiaçı yenidən vaxtamuzd olmaqla, ayda 370 (üç yüz yetmiş) manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli (əlavə üç aylıq sınaq) sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000201 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. 04 aprel 2022-ci il tarixdə iddiaçı yenidən vaxtamuzd olmaqla, ayda 424 (dörd yüz iyirmi dörd) manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli, sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000203 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağli əmək müqaviləsi bildir işi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. Sonda T.Nuralıyevin əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin bitməsi) əsasən xitam verilmişdir. (Əmr № 162). İkincisi, iddiaçı ərizəsində hər hansı bir müqavilənin olmadığını qeyd edir. Halbuki, cavabdeh tərəfindən iddiaçının ünvanına poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə göndərilmiş xx.xx.2022-ci il tarixli 128 nömrəli xəbərdarliq da onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitdiyi üçün müqaviləyə xitam veriləcəyi bildirilmişdir. Nuralıyev xəbərdarlığı aldıqdan sonra bu barədə müvafiq qrumla rdan və ən azından “ASAN XİDMƏT” dən şəxsiyyət vəsiqəsini təqdim edərək məlumat ala və əmək müqaviləsinin olmadığı barədə rəsmi arayışı məhkəmə əsaslı sübut kimi təqdim edə bilərdi. Güman edir ki, yuxarıda sözügedən məlumatı iddiaçı artıq almış, lakin həmin məlumat onun üçün sərfəli olmadığından yenə də yalnış fikir formalaşdırmaq məqsədilə ərizəsində bu sözləri qeyd etmişdir. Üçüncüsü iddiaçı ərizəsində maşın idarəyə məxsus olsa da idarənin bu maşının üzərinə bir manat da olsun xərc qoymadığını, təkərlərini, akkumlyatorunu, bütün sınan hissələri özü öz hesabıma təmir etdirdiyini bildirmişdir. T.Nuralıyev bu yalnış sözlərlə məhkəmənin diqqətini öz istəyinə uyğun formalaşdırmağa çalışmışdır. 13 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş təhvil-təslim aktında iddiaçı özü imza edərək idarə e tdiyi “Tatra” markalı yuk avtomobilinin təmiri üçün dörd ədəd yeni şini təhvil götürmüşdür. Maraqlı məntiqi bir sual yaranır ki, 424 (dörd yüz iyirmi dörd) manat əmək haqqı alan bir şəxs yük avtomobilini necə öz hesabına təmir etdirə ehtiyat hissələri ala bilər? Bundan başqa iddiaçı işlədiyi dövrdə əmək və icra intizamını dəfələrlə pozmuşdur. Belə ki, 02 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Avtomobil X4 "xxxx" MMC-nin Baş Mexaniki Fərid Ağayev tərəfindən həmin MMC-nin direktoru N.Eynallıya hazırki iş üzrə iddiaçı X2 istifadəsində olan “Tatra-815” markalı **-JZ-*** dövlət nömrə nişanlı yük avtomobilini dəfələrlə deyilməsinə baxmayaraq idarənin avtoqarajına gətirməməsi barədə rəsmi xidməti məruzə təqdim etmişdir. MMC-nin direktoru N.Eynallı tərəfindən həmin xidməti məruzə yə dər kənar qoyularaq nəqliyyat vasitəsinin gətirilməsinin təmin edilməsi MMC-nin Baş Mexaniki Fərid Ağayevə tapşılmışdır. 04 noyabr 2022-ci il tarixdə sözügedən avtomaşın məcburi qaydada idarənin qarajına gətirilərək saxlanılmışdır. Bu barədə MMCnin 5 nəfər işçisinin iştirakı ilə həmin tarixdə AKT tərtib edilmişdir. Həmin AKT-da həmçinin T.Nuralıyevin idarə etdiyi olan “Tatra-815” markalı, 10 JZ-207 dövlət nömrə nişanlı yük avtomobilini öz məqsədləri üçün istifadə etməklə idarəyə tabeçilik göstərməməsi digər işçilər arasında da əmək intizamının pozulmasına səbəb olduğu qeyd edilmişdir. Bundan başqa T.Nuralıyevə 04 dekabr 2022-ci il tarixdə istifadəsində olan “Tatra-815” markalı, **JZ-*** dövlət nömrə nişanlı yük avtomobilini 01 dekabr 2022-ci il tarixdə qaraja gətirməməsi barədə izahat verməsi təklif edilmiş, lakin o, bu izahatı verməkdən imtina etmişdir. Sözügedən məsələ də MMC-nin aidiyyatı əməkdaşları tərəfindən aktlaşdırılmışdır. Bundan başqa T.Nuralıyev 17 və 18 noyabr tarixlərində bir daha əmək intizamını pozaraq hər iki gün heç bir üzürlü səbəb olmadan 5 saat yarım iş yerini tərk etmiş və məhz bu səbəbdən də "xxxx" MMC-nin direktoru Nazim Eynallının 17 noyabr 2022-ci il tarixli 27 saylı və 18 noyabr 2022-ci il tarixli 28 saylı əmrləri ilə onun əmək haqqı işdə olmadığı saatlara görə az hesablanmışdır. Bundan başqa T.Nuralıyevə 01 dekabr 2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitdiyi üçün müqaviləyə xitam verilməsi barədə əmrin surəti təqdim edilmiş və bu barədə əmrin digər surətinə imza atmaq təklif edilmişdir. O, öncə əm rin surətinə imza atmış lakin sonra imza atığı sənədi götürərək cırmışdır. T.Nuralıyev həmçinin əmək kitabçasını təhvil alması barədə sənədə imza etməkdən imtina etmişdir. Hər iki hal həmin tarixdə iştirakçılar tərəfindən aktlaşdırılmışdır. Qeyd edilən halların mövcudluğu iddiaçının işdən əmrlə qovulmasına tam hüquq vediyi halda rəhbərlik tərəfindən onun əmək müqaviləsinin vaxtının bitməsinə az bir vaxtın qalması səbəbindən T.Nuralıyevə humanistlik göstərilmiş və sonda o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin bitməsi) əsasən işdən çıxarılmışdır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2023-cü il tarixli rəyinə əsasən tədqiqata təqdim edilmiş xx.xx.2022-ci il tarixli 180 nömrəli əmək müqaviləsinin sonuncu vərəqənin aşağı hissəsində olan “İmza” qrafasındakı imza elektrofotoqrafik çap qurğuda (lazer printer, çoxaldıcı qurğu və s.) çap edilmişdir, sonra üzərinə qələmlə təkrar çəkilmişdir. Ekspertizaya təqdim edilmiş, mülki işin 40-43-cü vərəqlərində olan 01 aprel 2022-ci il tarixli 180 nömrəli əmək müqaviləsinin sonuncu vərəqində “11.2 İşçinin soyadı, adı, atasının adı və ünvanı” hissəsində “İmza:” qrafasındakı imzanı - tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız oluğundan, Azərbaycan Respublikası CPM-nin 97.4.2-ci və “Məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanunun 12-ci maddələrinə əsasən, həmin imzanın İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmaması haqqında rəy vermək mümkün d eyildir. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixinin, ştempel boya ilə icra olunmuş möhür əksinin, diyircəkli qələmlə icra olunmuş yazıların və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərarda göstərilən “01 aprel 2022-ci il tarixli 180 saylı əmək müqaviləsində olan yazılar (əl və çap üsulu ilə) həmin tarixdə yazılmışdır yoxsa sonradan icra edilmişdir? Sualı üzrə tədqiqat aparılmamışdır. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 220 manat təşkil edir.
10. Şamaxı Rayon Məhkəməsinin 2(074)-181/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia qismən təmin edilmiş, 01 aprel 2022-ci il tarixli, 180 nömrəli əmək müqaviləsi etibarsız hesab edilmiş, iddia qalan hissədə təmin edilməmiş, iş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 220 manat pulun cavabdeh Avtomobil yolları dövlət agentliyi "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ**********000 0003944, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xx.xx.2021-ci il il tarixdə "xxxx" MMC-yə sürücü vəzifəsinə işə qəbul edilmiş, 01 dekabr 2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinin müddəti qurtardığından İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2023-cü il tarixli rəyinə əsasən cavabdeh tərəfindən təqdim edilmiş tərəflər arasında bağlanmış əmək müqaviləsinin İddiaçı tərəfindən imzalanmamış ona aid hissəsində olan “İmza” qrafasındakı imza elektrofotoqrafik çap qurğuda (lazer printer, çoxaldıcı qurğu və s.) çap edilmiş, sonra üzərinə qələmlə təkrar çəkilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, əmək müqaviləsi işçi tərəfindən imzalanmadığından etibarsız sayılmalıdır.
12. Məhkəmə mövqeyini Mülki Məcəllənin 324.4, 324.6, 329.1, 331.1, 331.3, 337.1, 337.3, 337.4-cü maddələrinə, Əmək Məcəlləsinin 44-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, iddianın təmin olunmayan hissəsində ləğv olunması və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçı (işçi) ilə, cavabdeh (işəgötürən) arasında bağlanmış xx.xx.2022-ci il, 180 nömrəli əmək müqaviləsi etibarsız hesab edilirsə, Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli 162 saylı əmri də ləğv olunmalı idi. İddiaçı Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunmalı və məcburi işburaxma üçün əmək haqqlarının ona ödənilməsi barədə iddia tələbi tam təmin olunmalı idi. Bir daha təsdiq olunur ki, məhkəmə qanunun tələblərini pozaraq yanlış nəticəyə gəlmişdir. Məhkəmə İddiaçı idarə etdiyi “Tatra-815” markalı **-JZ-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü kimi xx.xx.2011-ci ild ən xx.xx.2021-ci il tarixinədək Bakı şəhəri "xxxx" QSC-nin 73 nömrəli Yol istismarı müəssisəsində qüsursuz və fasiləsiz 10 il müddətində işləməsini, "xxxx" MMC-nin balansından avtomaşınla birlikdə "xxxx" MMC-nin balansına verilməsini və "xxxx" MMC-nin ştat cədvəlinə əlavə edilməsini ümumiyyətlə nəzərə almamışdır.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 2(105)-1928/2023 nömrəli qətnaməsi ilə (hakimlər: L.M.Məmmədova (sədrlik edən), A.A.Mahmudov və S.A.Qafaridən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 2(074)-181/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, Azərbaycan Avtomobil X3 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli, 162 saylı əmrinin ləğv olunması, iddiaçının Azərbaycan Avtomobi l X3 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqının cavabdehin hesabına ona ödənilməsi barədə iddia tələbini təmin edilməməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissələrdə təmin edilmiş, Azərbaycan Avtomobil X3 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli,162 saylı əmri ləğv olunmuş, İddiaçı Azərbaycan Avtomobil X3 "xxxx" MMC-də sürücü vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının iddiaçıya işə bərpa olunduğu günədək hesablanaraq ödənilməsi qət edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli 180 saylı Əmək müqaviləsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli 162 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqının cavabdehin hesabına ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddiaçı xx.xx.2022-ci il tarixli 180 saylı Əmək müqaviləsinin etibarsız hesab olunması tələbinə qiymət verərək tələbi həmin hissədə təmin etmiş, tələbin Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli 162 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqının cavabdehin hesabına ona ödənilməsi hissəsinə münasibət bildirməmiş, tələbin həmin hissələrdə təmin edilməməsi nəticəsinə gəlmiş, gəldiyi nəticə ni də əsaslandırmamışdır.
17. Məhkəmə kollegiyası iddia tələbinin həmin hissələrinə qiymət verərək qeyd etmişdir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2011-ci il tarixdə Bakı şəhəri "xxxx" ASC-nin 73 nömrəli Yol istismarı müəssisəsində sürücü vəzifəsinə işə qəbul olunmuş, 2021-ci ilə kimi həmin idarədə işləmiş, xx.xx.2021-ci il tarixdə müdiriyyətin sərəncamı ilə idarə etdiyi avtomaşınla birlikdə müəssisənin Şamaxı rayonunda fəaliyyət göstərən 19 nömrəli xüsusi təyinatlı “Yol istismarı“ MMC-yə işə göndərilmişdir.
18. İşə əlavə edilmiş Azərbaycan Avtomobil X3 xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Agentliyin vəsaitlərin əvəzsiz olaraq balansdan balansa verilməsi barədə xx.xx.2021-ci il tarixli, 43 saylı sərəncamına əsasın 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin balansında olan **-JZ-*** dövlət nömrəs nişanlı "xxxx" markalı avtomoblilin 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin balansına verilməsi ilə əlaqədar olaraq 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin stat cədvəlindən 1 nəfər sürücü (tarif dərəcəsi 8) çıxarılaraq 19 nömrəli Xüsusi Təyinalı Yol İstismarı MMC-nin ştat cədvəlinə əlavə edilmişdir.
19. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə 01 aprel 2022-ci il tarixli, 180 nömrəli əmək müqaviləsi etibarsız hesab edilmiş, məhkəmənin gəldiyi bu nəticə cavabdeh təşkilat tərəfindən mübahisələndirilməmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bir halda ki, iddiaçının işdən azad edilməsinə dair 01 dekabr 2022-ci il tarixli, 162 nömrəli əmrin əsasını iddiaçı ilə xx.xx.2022-ci il tarixədək bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi təşkil edir, həmin müqavilə iddiaçı tərəfindən imzalanmaması əsası ilə etibarsız hesab edildiyindən həmin müqavilənin müddətinin qurtarması əsası ilə işçinin fəaliyyətinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 162 nömrəli əmr əsaslı ola bilməz və əmək müqaviləsi etibarsız hesab edildiyindən həmin müqavilənin bitməsi əsası ilə işçinin əmək fəaliyyətinə xitam verilməsi qanuni hesab edilməməlidir.
21. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 180 nömrəli əmək müqaviləsi etibarsız hesab edildiyindən iddiaçı ilə cavabdeh arasındakı əmək münasibətləri tərəflər bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi və müqaviləyə dəyişiklik edilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə tənzimlənməlidir.
22. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə bağlanmış sonuncu müqavilə xx.xx.2022-ci il tarixli müqavilədir və müqavilənin sonu xx.xx.2022-ci il tarixli müəyyən edilmişdir. Qeyd edilən tarixdən sonra iddiaçı ilə hər hansı əmək müqavilə bağlanmamış, işci həmin tarixdən işdən azad olunan tarixədək əmək fəaliyyətinə davam etmişdir.
23. Belə olan halda iddiaçının əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işdən azad olunması barədə əmr əsaslı olmamışdır.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, bir-birilə əlaqəli olduğuna görə iddia tələbi əmrin ləğv olunmasına dair hissədə təmin olunduğundan iddia tələbi digər hissələrdə, yəni işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbləri də təmin olunmalıdır.
25. Məhkəmə kollegiyası qe yd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qeyd edilən hissələrdə təmin etməyərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, mübahisələndirilən əmrin verilməsinə əsas olmuş əmək müqaviləsinin etibarsız hesab edilməsi qənaətinə gəlsə də, nəticədə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməklə işin hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Bu da qətnamənin ləğvi üçün əsasdır.
26. Məhkəmə mövqeyini Mülki Məcəllənin 324, 329, 331, 337-ci maddələrinə, Əmək Məcəlləsinin 5, 42, 43, 44, 45, 68, 73 və 296-cı maddələrinə, “Mediasiya haqqında” Qanunun 32 və 35-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 217 və 384-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya ş ikayətinin dəlilləri
27. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib kassasiya şikayətinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçının ünvanına poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə göndərilmiş xx.xx.2022-ci il tarixli 128 nömrəli xəbərdarlıqda onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitdiyi üçün müqaviləyə xitam veriləcəyi bildirilmişdir. Lakin məhkəmə mübahisələndirilən qətnaməni qəbul edərkən bu halı nəzərə almamışdır. Halbuki, bu hal tərəfin yəni işəgötürənin müqaviləyə xitam verilməsi tələbidir. İddiaçı bu halı rəsmən bilsə də (bu barədə poçt sənədləri də məhkəməyə verilmişdir) onunla heç bir müqavilənin bağlanmadığını həmin vaxt bildirməmişdir. Azə rbaycan Respublikasının Əmək məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. İddiaçı Turab Nuralıyev 01 Oktyabr 2021 -ci il tarixdə Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-yə vaxtamuzd olmaqla, ayda 370 (üç yüz yetmiş) manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli ( üç aylıq sınaq) sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000200 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2021-ci il tarixdə daxil edilmişdir. 04 aprel 2022-ci il tarixdə iddiaçı yenidən vaxtamuzd olmaqla ayda 424 (dörd yüz iyirmi dörd) manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli, sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000203 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. Sonda T.Nuralıyevin əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin bitməsi) əsasən xitam verilmişdir. Lakin məhkəmə bu hala qiymə t verməmiş və iddiaçının əmək münasibətlərini qanunsuz hesab etmişdir. Məhkəməyə Ekspert rəyindən narazılıqla bağlı vəsatət verilsə də məhkəmənin müşavirəyə getdiyini və vəsatətə qiymət vermədiyini, lakin qətnamə cavabdeh təşkilatın xeyrinə olduğundan onu mübahisələndirilməsə də məhkəmə bu faktı qiymətləndirməmiş və əlavə ekspertiza təyin etməmişdir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Birinci instansiya məhkəməsində işin hazırlıq mərhələsindən baxış mərhələsinə keçməsindən sonra iddiaçı tərəfindən vəsat ətlər verilmiş və qəbil edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi
30. Maddə 45 (1-ci hissə). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
31. Maddə 45 (4-cü hissə). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
32. Maddə 45 (5-ci hissə). Müddətli əmək müqaviləsi fas iləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
33. Maddə 47 (“f” bəndi). Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər.
34. Maddə 68 (2-ci hissə, “b” bəndi). Əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə xitam verilə bilər.
35. Maddə 73 (1-ci hissə). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
36. Maddə 73 (2-ci hissə). İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
37. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
38. Maddə 84 (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək mü qaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
39. Maddə 84 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir süb utun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərind ən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ar aşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
48. Verilmiş kassasiya şikayətlərinə əsasən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını - əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələblərinə aid hissələrdə maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə y ol verib. Bu isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
50. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə 3 aylıq müddətə müddətli əmək müqaviləsi bağlanılmış, xx.xx.2022-ci il tarixdə müqaviləyə dəyişiklik edilərək, xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətli (əlavə üç aylıq sınaq) sürücü kimi işə götürülməsi barədə müqavilə və yenə müqaviləyə dəyişiklik edilərək xx.xx.2022-ci il tarixədən xx.xx.2022-ci il tarixədək müddətli (8 aylıq) xx.xx.2022-ci il tarixli, 180 nömrəli əmək müqaviləsi bağlanmışdır.
51. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 180 nömrəli əmək müqaviləsi birinci instansiya məhkəməsi tərəfindən etibarsız hesab edilmiş və həmin hissədən cavabdeh apellyasiya şikayəti vermədiyindən qətnamə həmin hissədə qüvvəyə minmişdir.
52. Apellyasiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, sonuncu dəyişiklik barədə xx.xx.2022-ci il tarixli, 180 nömrəli əmək müqaviləsi etibarsız hesab edildiyindən iddiaçı ilə cavabdeh arasındakı əmək münasibətləri tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi və müqaviləyə dəyişiklik edilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə tənzimlənməlidir. Həmin müqavilələr üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemdə qeydə alınmış bildirişlərə əsasən xx.xx.2022-ci il tarixli müqavilənin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir.
53. Əmək Məcəlləsi nin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda əmək müqaviləsinə xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
54. Sonuncu etibarlı müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitsə də, ondan sonra iddiaçı ilə əmək münasibətləri xx.xx.2022-ci il tarixinədək davam etmiş və nəticədə sonuncu müqavilə hər dəfə 3 aylıq müddətə uzadılmış hesab olunmaqla, əmr verilərkən həmin müqavilənin müddəti bitməsə də, onun müddətinin xx.xx.2023-cü il ta rixdə bitəcəyinə 1 ay müddət qalmışdır.
55. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
56. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində isə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əmək qanun vericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilib.
57. Əmək münasibətləri dedikdə - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi).
58. Qeyd edilməlidir ki, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qa ydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir.
59. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə əmək müqaviləsinin bağlanılmasının mümkünlüyünü və bu müddət qurtardıqda ona xitam verilməsini müəyyən edən Əmək Məcəlləsinin 73-cü maddəsi ilə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir.
60. Şərh olunan norma müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasına həsr olunub. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsi üçün iki şərtin olması zəruridir: birincisi, əmək müqaviləsinin müddətinin qurtar ması, ikincisi, müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü.
61. Nəzərə alınmalıdır ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Əmək qanunvericiliyində təsbit olunmuş prinsiplərə görə, bunun üçün işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin çıxarılması və bu barədə işçiyə məlumat verilməsi kifayətdir, işəgötürənin əlavə bir tələb irəli sürməsinə və ya əsaslandırma aparmasına gərək yoxdur.
62. Göründüyü kimi, hazırkı halda işəgötürənin qeyd olunan maddənin tələbinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququ olub, lakin işəgötürənin istinad etdiyi müqavilə müddətinin xx.xx.2022-ci il tarixdə bitməsinə dair xx.xx.2022-ci il tarixli müqavilə etibarsız əqd oldu ğundan həmin müddət xx.xx.2022-ci il tarixdə deyil, əvvəlki müqaviləyə əsasən xx.xx.2023-cü il tarixdə bitəcəyindən xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmr düzgün verilməmişdir.
63. Lakin bu halda, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin tələblərinə görə, əmək mübahisəsini həll edən məhkəmənin iddiaçını əvvəlki vəzifəsinə bərpa etməklə bu barədə qətnamənin icra olunduğu, yəni onun işinə bərpa olunduğu vaxtadək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul etməsi iddiaçının pozulmuş hüquqlarının bərpası baxımından mütənasiblik prinsipini aşmaqla, onun haqqı çatmayanları əldə etməsinə və nəticədə işəgötürənin hüquqlarının əsassız pozulmasına gətirib çıxarmışdır.
64. Belə ki, hər hansı hüquq pozuntusuna görə nəzərdə tutulm uş məsuliyyət tədbirlərinin yol verilmiş pozuntunun xarakterinə, ağırlığına və digər vacib xüsusiyyətlərinə mütənasib olması hüququn hamılıqla qəbul edilmiş ümumi prinsiplərindən biridir. Bu prinsipdən çıxış edərək qeyd olunmalıdır ki, məhkəmə qaydasında hüquqlar yalnız pozulduğu hədlərdə bərpa edilə bilər. Həmin hədlərin aşılması bir tərəf üçün əsassız əlverişli nəticələr yaratmaqla, qarşı tərəfin hüquqlarının pozulması deməkdir.
65. Əmək hüquq münasibətləri baxımından da işçi və ya işəgötürən tərəfindən yol verilmiş əmək hüquq pozuntularına görə tətbiq edilən məsuliyyət tədbirləri mütənasiblik təşkil etməlidir. Təsadüfi deyildir ki, əmək qanunvericiliyində işçinin yol verdiyi pozuntunun xarakterindən, ağırlığından asılı olaraq fərqli intizam tənbeh tədbirləri nəzərdə tutulub (Əmək Məcəll əsinin 186-cı maddəsi).
66. Hazırkı işdə, işə baxan məhkəmələr iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və bu barədə qətnamənin icra olunduğu, yəni onun işinə bərpa olunduğu vaxtadək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarmaları qeyd olunan prinsipin tələblərinə zidd olmaqla, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin düzgün tətbiq olunmaması deməkdir.
67. İşəgötürən müddətin bitməsinə görə iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam vermək barədə iradəsini açıq şəkildə ifadə edib və bu barədə müvafiq əmr imzalayıb. Həmin əmrin müqavilənin etibarsız hesab edilməsi əsası ilə ləğv edilməsi işəgötürənin etibarlı əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququnu aradan qaldırmır, sadəcə bu hüququn realizəsini gecikdirir.
68. Yəni, bir halda ki, işəgötürən işçi ilə bağladığı əmək münasibətini davam etdirməmək barədə iradəsini ifadə edib və bu iradə ifadəsi əlavə heç bir şərtdən asılı olmadan müqaviləyə xitam verilməsi üçün yetərlidir, bu zaman işçinin onun iradəsinə zidd olaraq əmək müqaviləsinin müddəti bitdiyi halda yeni tarixlə işə bərpa olunması, onunla yeni əmək müqaviləsi bağlanması və bu tarixədək olan bütün müddət üçün məcburi iş buraxmaya görə əmək haqqı tutulması düzgün yanaşma deyil və bu yanaşma açıq-aşkar qeyri-mütənasib olmaqla, iddiaçının haqqı çatmayanları əldə etməsinə və nəticədə işəgötürənin ağır iqtisadi sanksiyaya məruz qalmasına səbəb olur.
69. Əks yanaşma yuxarıda da qeyd olunduğu kimi, işəgötürənin hüquqlarının pozulması deməkdir. Yəni, işəgötürən tərəfindən işçiyə müqavilənin müddətini uzatm ayacağı barədə iradəsi ifadəsinin olduğu halda, işçi ilə bağlanmış əmək müqaviləsinin davam edəcəyi ən uzun müddət etibarlı müqavilə üzrə uzadılmış müddətin bitdiyi gün olacaq və həmin müddətin sonunda işəgötürən əlavə heç bir əsaslandırma aparmaqdan sahib olduğu hüquqdan istifadə edərək, əmək müqaviləsinə xitam verəcəkdi.
70. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
71. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun, maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir. 7
2. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: "xxxx" MMC kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2023-cü il tarixli 2(105)-1928/2023 saylı qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.