Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1928/2023 11.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi işburaxmaya görə kompensasiya ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, onun nümayəndə və vəkili Vəkil2, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin 2(074)-181/2023 saylı, xx.xx.2023- cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-nin direktorunun xx.xx.2022ci il tarixli 162 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqlarının ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2011-ci il tarixdə Bakı şəhəri "xxxx" ASC-nin 73 nömrəli Yol istismarı müəssisəsində sürücü vəzifəsinə işə qəbul olunmuşdur. 2021-ci ilə kimi həmin idarədə işləmişdir. xx.xx.2021-ci il tarixdə müdriyyətin sərəncamı ilə idarə etdiyi avtomaşınla birlikdə müəssisənin Şamaxı rayonunda fəaliyyət göstərən 19 nömrəli xüsusi təyinatlı “Yol istismarı“ MMC-yə işə göndərilmişdir. Bir il iki aydır ki, həmin idarədə işləyir. Bir neçə gün əvvəl İdarənin müdiri Nazim Eynallı onu çağırıb bildirmişdir ki, müqavilə müddəti bitmişdir, onunla yeni müqavilə bağlamır, ona görə də avtomaşını təhvil verilməlidir. Ona bildirmişdir ki, baş idarədən çıxarılıb bura göndərilmiş, burada onunla müqavilə bağlanılması yadına gəlmir. Müqavilə bağlamış olsaydı belə onu işə qəbul olduğu vaxt yəni xx.xx.2021-ci ildən hesablanmaqla 01 oktyabr 2022-ci il tarixdə, yəni 1 ilin tamam olanda çıxarmış olmalı idi. Amma 1 il 2 aydır ki, burada işləyir. Müqavilə müddəti bitəndən sonra hələ 2 ay işləmiş, bu isə o deməkdir ki, avtomatik olaraq müqavilə növbəti müddətə uzadılmış hesab olunur. Bu gün bu əsasla işdən azad edilməsi qanunsuzdur. Maşın idarəyə məxsus olsa da idarə bu maşının üzərinə bir manat da olsun xərc qoymayıb. Təkərlərini, akkulyatorunu, bütün sınan hissələri özü öz hesabına təmir etdirmişdir. İndi maşını əlindən alıb, özünü də işdən çıxarır. Mediasiyaya müraciət etmiş, orada aralarında razılıq olamışdır. Odur ki, məhkməyə müraciət etməli olmuşdur.
3. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli 180 saylı Əmək müqaviləsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası Avtomobil X5 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli, 162 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqının cavabdehin hesabına ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçı Turab Nuralıyev 01 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-yə vaxtamuzd olmaqla, ayda 370 manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli (üç aylıq sınaq) sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000200 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2021-ci il tarixdə daxil edilmişdir. 12 yanvar 2022-ci il tarixdə iddiaçı yenidən vaxtamuzd olmaqla, ayda 370 (üç yüz yetmiş) manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli (əlavə üç aylıq sınaq) sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000201 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağli əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. 04 aprel 2022-ci il tarixdə iddiaçı yenidən vaxtamuzd olmaqla, ayda 424 (dörd yüz iyirmi dörd) manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli, sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000203 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağli əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. Sonda T.Nuralıyevin əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin bitməsi) əsasən xitam verilmişdir. (Əmr № 162). İddiaçı ərizəsində hər hansı bir müqavilənin olmadığını qeyd edir. Halbuki, cavabdeh tərəfindən iddiaçının ünvanına poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə göndərilmiş xx.xx.2022-ci il tarixli 128 nömrəli xəbərdarlıq da onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitdiyi üçün müqaviləyə xitam veriləcəyi bildirilmişdir. T.Nuralıyev xəbərdarlığı aldıqdan sonra bu barədə müvafiq qrumlardan və ən azından “ASAN XİDMƏT” dən şəxsiyyət vəsiqəsini təqdim edərək məlumat ala və əmək müqaviləsinin olmadığı barədə rəsmi arayışı məhkəməyə əsaslı sübut kimi təqdim edə bilərdi. Güman edir ki, yuxarıda sözügedən məlumatı iddiaçı artıq almış, lakin həmin məlumat onun üçün sərfəli olmadığından yenə də yalnış fikir formalaşdırmaq məqsədilə ərizəsində bu sözləri qeyd etmişdir. İddiaçı ərizəsində maşın idarəyə məxsus olsa da idarənin bu maşının üzərinə bir manat da olsun xərc qoymadığını, təkərlərini, akkulyatorunu, bütün sınan hissələri özü öz hesabına təmir etdirdiyini bildirmişdir. T.Nuralıyev bu yalnış sözlərlə məhkəmənin diqqətini öz istəyinə uyğun formalaşdırmağa çalışmışdır. 13 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş təhvil-təslim aktında iddiaçı özü imza edərək idarə etdiyi “Tatra” markalı yuk avtomobilinin təmiri üçün dörd ədəd yeni şini təhvil götürmüşdür. Maraqlı məntiqi bir sual yaranır ki, 424 (dörd yüz iyirmi dörd) manat əmək haqqı alan bir şəxs yük avtomobilini necə öz hesabına təmir etdirə ehtiyat hissələri ala bilər. Bundan başqa iddiaçı işlədiyi dövrdə əmək və icra intizamını dəfələrlə pozmuşdur. Belə ki, 02 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-nin Baş Mexaniki Fərid Ağayev tərəfindən həmin MMC-nin direktoru N.Eynallıya hazırki iş üzrə iddiaçı X1 istifadəsində olan “Tatra-815” markalı **-JZ-*** dövlət nömrə nişanlı yük avtomobilini dəfələrlə deyilməsinə baxmayaraq idarənin avtoqarajına gətirməməsi barədə rəsmi xidməti məruzə təqdim etmişdir. MMC-nin direktoru N.Eynallı tərəfindən həmin xidməti məruzə yə dərkənar qoyularaq nəqliyyat vasitəsinin gətirilməsinin təmin edilməsi MMC-nin Baş Mexaniki Fərid Ağayevə tapşılmışdır. 04 noyabr 2022-ci il tarixdə sözügedən avtomaşın məcburi qaydada idarənin qarajına gətirilərək saxlanılmışdır. Bu barədə MMCnin 5 nəfər işçisinin iştirakı ilə həmin tarixdə akt tərtib edilmişdir. Həmin aktda həmçinin T.Nuralıyevin idarə etdiyi olan “Tatra-815” markalı, 10 JZ-207 dövlət nömrə nişanlı yük avtomobilini öz məqsədləri üçün istifadə etməklə idarəyə tabeçilik göstərməməsi digər işçilər arasında da əmək intizamının pozulmasına səbəb olduğu qeyd edilmişdir. Bundan başqa T.Nuralıyevə 04 dekabr 2022-ci il tarixdə istifadəsində olan “Tatra-815” markalı, **- JZ-*** dövlət nömrə nişanlı yük avtomobilini 01 dekabr 2022-ci il tarixdə qaraja gətirməməsi barədə izahat verməsi təklif edilmiş, lakin o, bu izahatı verməkdən imtina etmişdir. Sözügedən məsələ də MMC-nin aidiyyatı əməkdaşları tərəfindən aktlaşdırılmışdır. Bundan başqa T.Nuralıyev 17 və 18 noyabr tarixlərində bir daha əmək intizamını pozaraq hər iki gün heç bir üzürlü səbəb olmadan 5 saat yarım iş yerini tərk etmiş və məhz bu səbəbdən də "xxxx" MMC-nin direktoru Nazim Eynallının 17 noyabr 2022-ci il tarixli 27 saylı və 18 noyabr 2022-ci il tarixli 28 saylı əmrləri ilə onun əmək haqqı işdə olmadığı saatlara görə az hesablanmışdır. Bundan başqa T.Nuralıyevə 01 dekabr 2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitdiyi üçün müqaviləyə xitam verilməsi barədə əmrin surəti təqdim edilmiş və bu barədə əmrin digər surətinə imza atmaq təklif edilmişdir. O, öncə əmrin surətinə imza atmış lakin sonra imza atığı sənədi götürərək cırmışdır. T.Nuralıyev həmçinin əmək kitabçasını təhvil alması barədə sənədə imza etməkdən imtina etmişdir. Hər iki hal həmin tarixdə iştirakçılar tərəfindən aktlaşdırılmışdır. Qeyd edilən halların mövcudluğu iddiaçının işdən əmrlə qovulmasına tam hüquq verdiyi halda rəhbərlik tərəfindən onun əmək müqaviləsinin vaxtının bitməsinə az bir vaxtın qalması səbəbindən T.Nuralıyevə humanistlik göstərilmiş və sonda o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin bitməsi) əsasən işdən çıxarılmışdır. Odur ki, iddiaçı X1 Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli 162 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması və məcburi proqul üçün əmək haqlarının cavabdehin hesabına ödənilməsi barədə tələbinin əsassız sayılaraq təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Şamaxı Rayon Məhkəməsinin 2(074)-181/2023 saylı, xx.xx.2023- cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 01 aprel 2022-ci il tarixli, 180 nömrəli əmək müqaviləsinin etibarsız hesab edilməsi, iddia qalan hissədə təmin edilməmiş, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 220 manat pulun cavabdeh Avtomobil yolları dövlət agentliyi "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət Xəzinadarlığı Agentliyi kod 210005 VÖEN **********, m/h AZ41NABZ**********000 0003944, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir (hakim Natiq İsmayılov).
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xx.xx.2021-ci il il tarixdə "xxxx" MMC-yə sürücü vəzifəsinə işə qəbul edilmiş, 01 dekabr 2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinin müddəti qurtardığından İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2023-cü il tarixli rəyinə əsasən cavabdeh tərəfindən təqdim edilmiş tərəflər arasında bağlanmış əmək müqaviləsinin İddiaçı tərəfindən imzalanmamış ona aid hissəsində olan “İmza” qrafasındakı imza elektrofotoqrafik çap qurğuda (lazer printer, çoxaldıcı qurğu və s.) çap edilmiş, sonra üzərinə qələmlə təkrar çəkilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsi işçi tərəfindən imzalanmadığından etibarsız sayılmalıdır.
7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44, Mülki Məcəllənin 324.4, 324.6, 329.1, 331.1, 331.3, 337.1, 337.3, 337.4-cü maddələrinə istinad edərək iddianı qismən təmin etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 2(074)- 181/2023 saylı, xx.xx.2023- cü il tarixli qətnaməsinin qismən, iddianın təmin olunmayan hissədə ləğv olunması və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
9. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı (işçi) ilə, cavabdeh (işəgötürən) arasında bağlanmış xx.xx.2022-ci il, 180 nömrəli əmək müqaviləsi etibarsız hesab edilirsə, Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli 162 saylı əmri də ləğv olunmalı idi. İddiaçı Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunmalı və məcburi işburaxma üçün əmək haqqlarının ona ödənilməsi barədə iddia tələbi tam təmin olunmalı idi. Bir daha təsdiq olunur ki, məhkəmə qanunun tələblərini pozaraq yanlış nəticəyə gəlmişdir. Məhkəmə İddiaçı idarə etdiyi “Tatra-815” markalı **-JZ-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü kimi xx.xx.2011-ci ildən xx.xx.2021-ci il tarixinədək Bakı şəhəri "xxxx" QSC-nin 73 nömrəli Yol istismarı müəssisəsində qüsursuz və fasiləsiz 10 il müddətində işləməsini, "xxxx" MMC-nin balansından avtomaşınla birlikdə "xxxx" MMC-nin balansına verilməsini və "xxxx" MMC-nin ştat cədvəlinə əlavə edilməsini ümumiyyətlə nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdeh müəssisəyə işə müəssisəsin sədrinin sərəncamı ilə gəlmişdir. Həm idarə etdiyi maşın, həm də ştatı cavabdeh müəssisəyə verilib. 2022-ci ilin noyabr ayında ona cərimə gəldi. 7 cərimənin hamısını özü ödəyib, bundan əvvəl heç bir münaqişə olmayıb. 300-400 manat arası əmək haqqı alırdı. Baş idarədən gələndə işdən azad olunmağı barədə ərizə verib-vermədiyinii bilmirəm. Əmək kitabçası ona verilməmişdi. Baş idarədən keçdiyi orqana göndərilmişdi. Qeyd olunanlara əsasən apellyasiya şikayətini təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-181/2023 saylı, xx.xx.2023- cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı 10 il fasiləsiz və qüsursuz olaraq baş idarədə işləyib. Bir müddət "xxxx" MMC-yə ezam olunub. Bundan sonra rəhbərliyin əmri ilə idarə etdiyi yük maşını ilə birlikdə "xxxx" MMC-yə köçürülüb. Rəhbərlik əsassız olaraq əmək müqaviləsi tərtib edir. Müqavilədə iddiaçının imzası texniki vasitələrlə əks olunub və iddiaçı belə bir müqavilədən xəbərdar olmayıb. Müəssisə 10 ilin işçisini 3 aylıq sınaq müddəti ilə işə götürür. Sonra təkrar bu müddəti 3 ay da uzadır. Sonra da qanunsuz əmrlə işdən çıxarılır. Həmin əmr əmək qanunvericiliyinin tələblərinə uyğun deyil. Bu zaman maşının hesabdan-hesaba köçürülməsinin xərclərini də iddiaçı özü çəkib. Maşına əlavə 10000 manat xərc çəkib. Bu şəxsə sınaq müddəti tətbiq oluna bilməzdi. İşə qəbuldan əvvəlki bir il ərzində cavabdeh o müəssisədə ezamiyyətdə olub. Müddətin bitməsi əsası ilə xitam verilən əmək müqaviləsindən iddiaçının məlumatı olmayıb. Müqavilədə ekspert rəyinə əsasən də iddiaçının imzası yoxdur. İş materiallarında olan ştat cədvəlinin dəyişməsi barədə cədvəldən görünür ki, “tatra” markalı yeni maşın cavabdehə verildiyinə görə, həmin idarədəki maşının sürücüsünün ştatı da cavabdeh müəssisəyə verilmişdir. Əmək kitabçasında bu faktın hansı formada qeyd olunduğu məlum deyil. Çünki kitabça iddiaçıda olmayıb. İddiaçı barəsindəki 4 əmrin heç birindən onun məlumatı olmayıb. Müqavilələrin surətini almayıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətini təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-181/2023 saylı, xx.xx.2023- cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, təkcə yük avtomobili baş idarədən birbaşa cavabdehə keçib. İddiaçı isə baş idarədəki işindən azad olunduqdan sonra cavabdeh müəssisədə işə qəbul olunub. Həmin əmrlər mübahisələndirilməyib və mübahisələndirmə müddəti keçib. Ekspert rəyindən narazıdır. Bu barədə vəsatət versə də məhkəmə müşavirəyə getmiş və vəsatətə qiymət verilməmişdir. Lakin qətnamə cavabdeh təşkilatın xeyrinə olduğundan onu mübahisələndirməmişdir. Əmək müqaviləsi bildirişlərini məhkəməyə təqdim etmişlər. Aprel ayında 180 nömrəli əmr verilərkən həmin gün də sistemə yerləşdirilib. İddiaçı bildirir ki, mübahisələr noyabr ayında başlayıb. Deməli tərəflər arasında aprel ayında heç bir mübahisə yox imiş. Müqavilənin müddətinin uzadılması barədə heç bir problem olmayıb. “Tatra” markalı avtomaşına 300-400 manat maaş alan bir şəxsin 10000 manat xərc qoyması məntiqli sayılmır. İddiaçıya göndərdirilən bildirişlər ona çatıb. Bu barədə rəsmi məktubu təqdim edib. İddiaçı Sumqayıtdakı idarədən Şamaxıya köçürülüb. Şamaxıya köçürülmənin səbəbi avtomobil çatışmazlığıdır. Həmin müəsissədə niyə müqaviləyə xitam verilməsinin səbəbini bilmir. Maşını iddiaçı idarə etdiyi üçün də başqa şəxsi deyil, iddiaçını işə götürüblər. İddiaçının işlədiyi yerlər eyni idarəyə tabe qurumlardır. İddiaçının bir müəssisədən digərinə köçürmə ilə deyil xitamla keçirilməsinin səbəbini işəgötürən daha yaxşı bilir. Xitamın əsası iddiaçının öz ərizəsidir. Tərəfin sınaq müddətinin tətbiqindən, əmrlərdən, əmək kitabçasında yazılan qeydlərdən məlumatı olub. Həmin sənədlərin mübahisələndirmə müddəti keçib. Son müqavilə etibarsız hesab olunandan sonra yanvar ayındakı əmr qüvvədə qalıb. Məhkəmə bu səbəbdən iddiaçını işə bərpa edə bilməyib. 180 saylı əmr yanvar ayındakı müqavilədən sonra qəbul edilib. Həmin müqavilə etibarsız hesab olunub. İkinci müqavilənin də müddəti bitib. Həmin müqavilə əsasında qəbul olunmuş əmr də mübahisələndirilməyib. İddiaçıya bildirilib ki, maşını idarəyə gətirsin. O bunun üçün yol vərəqəsi istəyib. Yol vərəqəsi yalnız idarədən çıxan maşına verilir. İddiaçı maşını idarəyə gətirməyib və digər işçilərə də mənfi örnək olub. Qeyd olunanlara əsasən apellyasiya şikayətini təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-181/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 42-ci maddənin 1-ci bəndinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 43-ci maddənin 1-ci bəndinə əsasən Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. 3cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68-ci maddəsinin 2-ci bəndinin «b» yarımbəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitam verilə bilər. 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 331.3-cü maddəsinə əsasən əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. 337.1-ci maddəsinə əsasən etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsaəsn etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
15. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən.
16. Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri: 17.Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
19. Apellyasiya şikayətindən görünür ki, iddiaçı qətnaməni ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan və izahatından müəyyən edilir ki, qətnamənin iddianın təmn edilməyən hissəsi mübahisələndirilir. Ona görə də məhkəmə kollegiyası qətnaməni qismən, iddia tələbinin təmin edilməməsi hissəsində müzakirə edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegğyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarını tım, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, Azərbaycan Avtomobil X2 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli 162 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Avtomobil X2 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqının cavabdehin hesabına ona ödənilməsi barədə iddia tələbini təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissələrdə təmin edilməlidir.
21. Belə ki, iş materiallarında olan İddiaçı çəxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, xx.xx.2021-ci il il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində əsasən "xxxx" MMC-nin sürcüsü öz xahişi ilə işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
22. xx.xx.2021-ci il il tarixdə "xxxx" MMC-yə sürcü vəzifəsinə işə qəbul edilmişdir.
23. İş materiallarında olan 180 nömrəli əmək müqaviləsindən görünür ki, xx.xx.2021ci il il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında müddətli əmək müqaviləsi bağlanmışdır.
24. İş materiallarında olan xxxxxxx000200 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Azərbaycan Avtomobil X2 "xxxx" MMC-yə ayda 370 manat əmək haqqı ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətli sürücü kimi işə götürülmüş və həmin bildiriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2021-ci il tarixdə daxil edilmişdir.
25. İş materiallarında olan xxxxxxx000201 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-yə vaxtamuzd olmaqla, ayda 370 (üç yüz yetmiş) manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətli (əlavə üç aylıq sınaq) sürücü kimi işə götürülmüş və bildiriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir.
26. İş materiallarında olan xxxxxxx000203 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-yə vaxtamuzd olmaqla, ayda 424 manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədən xx.xx.2022-ci il tarixədək müddətli (8 aylıq) sürücü kimi işə götürülmüş və bildiriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir.
27. İş materiallarında olan 17 noyabr 2022-ci il tarixli, 27 saylı əmrdən görünür ki, Cəmiyyətdə sürücü peşəsində işləyən İddiaçı xx.xx.2022-cil tarixdə 5,5 saat heç bir üzürlü səbəb olmadan iş yerini tərk etmişdir. İddiaçı həmin tarixdə əmək haqqından işdə olmadığı saatlara görə əmək haqqı az hesablanması əmr edilmişdir.
28. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X4 idarə etdiyi “Tatra-815” markalı **-JZ-*** dövlət nömrə nişanlı avtomaşını öz məqsədləri üçün istifadə etməklə idarəyə tabeçilik göstərmir, onun bu hərəkətləri idarənin işçiləri arasında da əmək intizamının pozulmasına səbəb olur.
29. İş materiallarında olan 01 dekabr 2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, “19 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-də sürücü işləyən İddiaçı 01 dekabr 2022ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə tanış olmaqala bağlı imza çəkməsini təklif etmişlər. İddiaçı əvvəlcə əmrlə tanış olması barədə imza etmiş və sonradan əmri cırmışdır. İddiaçı əmək müqaviləsinə xitam verilməsi qeyd olunmuş əmək kitabçası təhvil verilmiş, lakin o əmək kitabçasını təhvil alması barədə qeydiyyat kitabına imza etməkdən imtina etmişdir.
30. İş materiallarında olan “19 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin direktorunun 01 dekabr 2022-ci il tarixli 162 saylı əmrinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2 maddəsinin ‘‘b" bəndi-müddətin qurtarmasi bəndinə əsasə xx.xx.2022-ci il tarixdən xitam verilsin. T.X.Nuralıyev İstifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə 25 (iyirmi beş) gün haqqı- hesab ödənilsin.
31. İş materiallarında olan Azərbaycan Avtomobil X2 idarə heyətinin sədrinin xx.xx.2021-ci il tarixli sərəncamının surətindən görünür ki, “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin balansında olan “Tatra T-815” markalı **-JZ-*** dövlət nömrə nişanlı avtomaşın əvəssiz olaraq “19 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin balansına verilmişdir.
32. İş materiallarında olan ştat cədvəlində dəyişiklik edilməsi barədə məktubun surətindən görünür ki, “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin balansında olan “Tatra T-815” markalı **-JZ-*** dövlət nömrə nişanlı avtomaşın “19 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin balansına verilməsi ilə əlaqədar olaraq “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin ştat cədvəlindən 1 nəfər sürücü çıxarılaraq “19 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin ştat cədvəlinə əlavə edilsin.
33. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş xx.xx.2022-ci il tarixli 180 nömrəli əmək müqaviləsinin sonuncu vərəqinin aşağı hissəsində olan “İmza” qrafasındakı imza elektrofotoqrafik çap qurğuda (lazer printer, çoxaldıcı qurğu və s.) çap edilmişdir, sonra üzərinə qələmlə təkrar çəkilmişdir. Ekspertizaya təqdim edilmiş, mülki işin 40-43-cü vərəqlərində olan 01 aprel 2022-ci il tarixli 180 nömrəli əmək müqaviləsinin sonuncu vərəqində “11.2 İşçinin soyadı, adı, atasının adı və ünvanı” hissəsində “İmza:” qrafasındakı imzanı - tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız oluğundan, Azərbaycan Respublikası CPM-nin 97.4.2-ci və “Məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanunun 12-ci maddələrinə əsasən, həmin imzanın İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixinin, ştempel boya ilə icra olunmuş möhür əksinin, diyircəkli qələmlə icra olunmuş yazıların və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərarda göstərilən “01 aprel 2022-ci il tarixli 180 saylı əmək müqaviləsində olan yazılar (əl və çap üsulu ilə) həmin tarixdə yazılmışdır yoxsa sonradan icra edilmişdir? Sualı üzrə tədqiqat aparılmamışdır. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 220 manat təşkil edir.
34. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xx.xx.2021-ci il il tarixdə "xxxx" MMC-yə sürücü vəzifəsinə işə qəbul edilmiş, 01 dekabr 2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinin müddəti qurtardığından İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2023-cü il tarixli rəyinə əsasən cavabdeh tərəfindən təqdim edilmiş tərəflər arasında bağlanmış əmək müqaviləsinin İddiaçı tərəfindən imzalanmamış, ona aid hissəsində olan “İmza” qrafasındakı imza elektrofotoqrafik çap qurğuda (lazer printer, çoxaldıcı qurğu və s.) çap edilmiş, sonra üzərinə qələmlə təkrar çəkilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsi işçi tərəfindən imzalanmadığından etibarsız sayılmalıdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, işdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli 180 saylı Əmək müqaviləsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli 162 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqının cavabdehin hesabına ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddiaçı xx.xx.2022-ci il tarixli 180 saylı Əmək müqaviləsinin etibarsız hesab olunması tələbinə qiymət verərək tələbi həmin hissədə təmin etmiş, tələbin Azərbaycan Respublikası Avtomobil X5 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli 162 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqının cavabdehin hesabına ona ödənilməsi hissəsinə münasibət bildirməmiş, tələbin həmin hissələrdə təmin edilməməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni də əsaslandırmamışdır.
36. Məhkəmə kollegiyası iddia tələbinin həmin hissələrinə qiymət verərək qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2011-ci il tarixdə Bakı şəhəri "xxxx" ASC-nin 73 nömrəli Yol istismarı müəssisəsində sürücü vəzifəsinə işə qəbul olunmuş, 2021-ci ilə kimi həmin idarədə işləmiş, xx.xx.2021-ci il tarixdə müdiriyyətin sərəncamı ilə idarə etdiyi avtomaşınla birlikdə müəssisənin Şamaxı rayonunda fəaliyyət göstərən 19 nömrəli xüsusi təyinatlı “Yol istismarı“ MMC-yə işə göndərilmişdir.
37. İşə əlavə edilmiş Azərbaycan Avtomobil X2 xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Agentliyin vəsaitlərin əvəzsiz olaraq balansdan balansa verilməsi barədə xx.xx.2021-ci il tarixli, 43 saylı sərəncamına əsasın 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin balansında olan **-JZ-*** dövlət nömrəs nişanlı "xxxx" markalı avtomoblilin 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin balansına verilməsi ilə əlaqədar olaraq 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin stat cədvəlindən 1 nəfər sürücü (tarif dərəcəsi 8) çıxarılaraq 19 nömrəli Xüsusi Təyinalı Yol İstismarı MMC-nin ştat cədvəlinə əlavə edilmişdir.
38. İddia ərizəsinə cavabdeh təşkilat tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə xx.xx.2022-ci il tarixədək müddətli (üç aylıq sınaq) sürücü kimi işə götürülmüş, xx.xx.2022-ci il tarixdə iddiaçı yenidən vaxtamuzd olmaqla xx.xx.2022-ci il tarixədək (əlavə üç aylıq sınaq) sürücü kimi işə götürülmüş, xx.xx.2022-ci il tarixdə yenidən işçi ilə xx.xx.2022-ci il tarixinədək müddətli sürücü kimi işə götürülmüş, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsası ilə xitam verilmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, işə əlavə edilmiş əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə 232 saylı əmrlə 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-yə sürücü peşəsinə işə qəbul edilmişdir. 40.Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
2. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.
41. İş materiallarından görünür ki, cavabdeh tərəfindən verilmiş etiraza xx.xx.2022-ci il tarixli, 180 nömrəli əmək müqaviləsi əlavə edilsə də, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli əmək müqavilələri əlavə edilməmiş, həmçinin iddiaçıya məxsus əmək kitabçasında da yalnız xx.xx.2021-ci il tarixdə işə qəbulla bağlı qeydlər edilmiş, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli əmək müqavilələri əsasında iddiaçının işə qəbuluna dair hər hansı qeydlər göstərilməmişdir.
42. İddia ərizəsinə verilmiş etiraza əlavə edilmiş xxxxxxx000200 nömrəli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2021-ci il, müqavilənin qurtardığı tarix xx.xx.2022-ci il tarixli qeyd edilmişdir.
43. İşə əlavə edilmiş xxxxxxx000201 nömrəli Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2021-ci il, müqavilənin qurtardığı tarix xx.xx.2022-ci il tarixli qeyd edilmişdir.
44. İşə əlavə edilmiş xxxxxxx000203 nömrəli Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2021-ci il, müqavilənin qurtardığı tarix xx.xx.2022-ci il tarixli qeyd edilmişdir.
45. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə işə qəbul edilməsi ilə bağlı cavabdehlə iddiaçı arasında bağlanmış 180 nömrəli əmək müqaviləsi iddiaçı tərəfindən mübahisələndirilmiş, müqavilənin onun tərəfindən imzalanmaması qeyd edilmiş, iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixli 180 nömrəli əmək müqaviləsinin sonuncu vərəqənin aşağı hissəsində olan “İmza” qrafasındakı imzanın elektrofotoqrafik çap qurğuda (lazer printer, çoxaldıcı qurğu və s.) çap edilməsi, sonra üzərinə qələmlə təkrar çəkilməsi müəyyən edilmişdir.
46. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə 01 aprel 2022-ci il tarixli, 180 nömrəli əmək müqaviləsi etibarsız hesab edilmiş, məhkəmənin gəldiyi bu nəticə cavabdeh təşkilat tərəfindən mübahisələndirilməmişdir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, iddiaçının işdən azad edilməsinə dair 01 dekabr 2022-ci il tarixli, 162 nömrəli əmrin əsasını iddiaçı ilə xx.xx.2022-ci il tarixədək bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi təşkil edir, həmin müqavilə iddiaçı tərəfindən imzalanmaması əsası ilə etibarsız hesab edildiyindən həmin müqavilənin müddətinin qurtarması əsası ilə işçinin fəaliyyətinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 162 nömrəli əmr əsaslı ola bilməz və əmək müqaviləsi etibarsız hesab edildiyindən həmin müqavilənin bitməsi əsası ilə işçinin əmək fəaliyyətinə xitam verilməsi qanuni hesab edilməməlidir.
48. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 180 nömrəli əmək müqaviləsi etibarsız hesab edildiyindən iddiaçı ilə cavabdeh arasındakı əmək münasibətləri tərəflər bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi və müqaviləyə dəyişiklik edilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə tənzimlənməlidir.
49. Əmək Məcəlləsinin 73-1ci maddəsinə əsasən mddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
50. İş materiallarıdnan müəyyən edilir ki, iddiaçı ilə bağlanmış sonuncu müqavilə xx.xx.2022-ci il tarixli müqavilədir və müqavilənin sonu xx.xx.2022-ci il tarixli müəyyən edilmişdir. Qeyd edilən tarixdən sonra iddiaçı ilə hər hansı əmək müqavilə bağlanmamış, işci həmin tarixdən işdən azad olunan tarixədək əmək fəaliyyətinə davam etmişdir.
51. Belə olan halda iddiaçının əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işdən azad olunması barədə əmr əsaslı olmamışdır.
52. Qeyd edilənlərə əsasən məhkəmə kolegiyası hesab edir ki, iddia tələbi əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işdən azad olunmasına dair xx.xx.2022-ci il tarixli, 162 nömrəli əmrin ləğv edilməsinə dair hissədə əsaslı olduğu üçün təmin edilməlilir.
53. Əmək Məcəllənin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
54. Məhkəmə kollegiyası hesab edir ki, bir-birilə əlaqəli olduğuna görə iddia tələbi əmrin ləğv olunmasına dair hissədə təmin olunduğundan iddia tələbi digər hissələrdə, yəni işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbləri də təmin olunmalıdır.
55. Məhkəmə kollegyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qeyd edilən hissələrdə təmin etməyərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, mübahisələndirilən əmrin verilməsinə əsas olmuş əmək müqaviləsinin etibarsız hesab edilməsi qənaətinə gəlsə də, nəticədə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməklə işin hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Bu da qətnamənin ləğvi üçün əsasdır.
56. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
57. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır.
58. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
59. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissəsi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və yekunda səhv nəticəyə gəlmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
60. Beləliklə məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 2(074)-181/2023 saylı, xx.xx.2023- cü il tarixli qətnaməsi qismən, Azərbaycan Avtomobil X2 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli 162 saylı əmrinin ləğv olunması, iddiaçının Azərbaycan Avtomobil X2 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqının cavabdehin hesabına ona ödənilməsi barədə iddia tələbini təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissələrdə təmin edilməli, Azərbaycan Avtomobil X2 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli 162 saylı əmri ləğv olunmalı, İddiaçı Azərbaycan Avtomobil X2 "xxxx" MMC-də sürücü vəzifəsinə bərpa edilməli, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir.
61. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
İddiaçı oğlunun apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-181/2023 saylı, xx.xx.2023- cü il tarixli qətnaməsi qismən, Azərbaycan Avtomobil X2 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli, 162 saylı əmrinin ləğv olunması, iddiaçının Azərbaycan Avtomobil X2 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqının cavabdehin hesabına ona ödənilməsi barədə iddia tələbini təmin edilməməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissələrdə təmin edilsin. Azərbaycan Avtomobil X2 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli ,162 saylı əmri ləğv olunsun. İddiaçı Azərbaycan Avtomobil X2 "xxxx" MMC-də sürücü vəzifəsinə bərpa edilsin və məcburi iş buraxmaya görə əmək haqqı iddiaçıya işə bərpa olunduğu günədək hesablanaraq ödənlsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.