Məhkəmə qərarları › İş №2(102)-1253/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1253/2021

31.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1253/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı, “xxxx” ASC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərərin ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili X4, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 17 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə i clasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Satıcı” “xxxx” Mənzil-Tikinti Kooperativi ilə “xxxx” İddiaçı arasında 11 yanvar 2016-cı il tarixli, 151 saylı “Kooperativ mənzil tikinti haqqında” müqavilə bağlanmışlar. Müqaviləyə əsasən satıcı ünvan 1 ünvanında inşa ediləcək yaşayış binasının 151 saylı mənzilini xxxxya təhvil verməyi, xxxx isə müqavilə bağlanan gün 9.300 manat məbləğində ilkin ödəniş etməklə hər ay 684 manat olmaqla, 11 yanvar 2036-cı il tarixə kimi ödəniş etməyi öhdəsinə götürmüşdür. xxxx kooperativin üzvlüyündən çıxmaq istədikdə bu barədə MTK-ya 1 ay qabaqcadan yazılı şəkildə xəbərdar edir, xxxxnın üzvlüyünə xitam verildikdə onun ödədiyi pay haqqı mənzil başqa xxxxya verildikdən və həmin mənzilin dəyəri axırıncı tərəfindən ödənildikdən sonra qaytarılır.

2. İddiaçı tərəfindən cavabdehə 9.300 manat məbləğində pay haqqı ödənilmiş, daha sonra iddiaçı 17 mart 2016-cı il tarixli ərizə ilə cavabdehə müraciət edərək aralarında bağlanmış müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və MTK-nın nizamnaməsinə uyğun tədbir görməyi xahiş etmişdir. Buna baxmayaraq iddiaçının ödədiyi pay haqqı cavabdeh tərəfindən qaytarılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə (“xxxx” Mənzil-Tikinti Kooperativinin hüquqi varisi) qarşı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə ilkin ödəniş kimi ödədiyi 9.300 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, 11 y anvar 2016-cı il tarixdə “xxxx” Mənzil Tikinti Kooperativindən ünvan 1də yerləşən 2 saylı binada sahəsi 53,6 kv.metr olan bir otaqlı - 151 saylı mənzili almışdır. Qeyd edilən mənzili 20 illik kreditlə götürmüşdür, ilkin ödəniş olaraq 9.300 manat məbləğində pul ödəmiş, hər ay isə 684 manatdan az olmayaraq pul ödəməyi öhdəsinə götürmüşdür. O, üç ay müddətində 684 manat krediti ödədikdən sonra ona məlum olmuşdur ki, ilkin ödədiyi 9.300 manat pul məbləği mənzilin ümumi qiymətinə daxil deyil və ona bir otaqlı mənzil 173.460 manata başa gəlir. Ancaq mənzili alarkən ona şirkət tərəfindən ilkin ödənişin mənzilin ümumi qiymətindən çıxıldığı bildirilmişdir. Beləliklə ona məlum olmuşdur ki, onu aldadıblar. O, şirkətə öz narazılığını və mənzili geri qaytarmaq istədiyini bildirmişdir. Şirkət onunla raz ılaşmış və o, mənzili aldıqdan üç ay sonra mənzili geri qaytarmışdır. Şirkətlə aralarında bağlanmış müqavilənin tələblərinə və şifahi razılaşmaya əsasən şirkət onun ödədiyi 9.300 manat məbləğində pulu ona geri qaytarmalı idi. Lakin artıq mənzili qaytardığı tarixdən iki ilə yaxın müddət keçməsinə baxmayaraq, şirkət onun ödədiyi pulu qaytarmaq istəmir. Həmçinin, 9.300 manatdan əlavə o, həmin mənzildə digər işlərə, sayğaclara, xırda təmirə və sairə işlərə də bir xeyli xərc çəkmişdir. Lakin şirkətə də bildirmişdir ki, həmin xərcləri istəmir, ancaq ilkin ödəniş kimi ödədiyi 9.300 manat məbləğində pulun ona geri qaytarılmasını istəyir. O, ailəsi ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. Özü fəhlə işləyir, həyat yoldaşı isə gözəllik salonunda usta işləyir. Bir oğulları var. Neçə illərdir işlə yib qəpik-qəpik yığdıqları pul ilə özlərinə daimi yaşayış yeri almaq istəyirdilər. Lakin almaq istədikləri mənzilin ödəniş şərtləri onların vəziyyətinə uyğun gəlməmişdir.

5. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı etiraz təqdim etməmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim M.Rüstəmli) 18 fevral 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MTK-dan 9.300 manat məbləğində vəsait və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində vəsaitin Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Resp ublikası Mənzil Məcəlləsinin 117.1-ci maddəsinə əsasən kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq pay haqqını tam ödəmədiyinə görə kooperativdən çıxarılmış və ya könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış mənzil tikinti kooperativinin üzvünə kooperativin nizamnaməsində nəzərdə tutulmuş şərtlərlə və müddətdə onun payının məbləği (dəyəri) ödənilir. Belə ödəmənin müddəti mənziltikinti kooperativi üzvünün çıxarılması haqqında mənzil-tikinti kooperativinin qərar qəbul etdiyi gündən iki aydan çox ola bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) 17 avqust 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı ş əhəri Binəqədi Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh Mənzil-Tikinti Kooperativ kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 11 yanvar 2016-cı il tarixli kooperativ mənziltikintisi haqqında müqavilənin 2.4-cü bəndinə əsasən xxxx müqavilədən imtina etdiyi (mənzilin geri qaytarılması) hallarında xxxx müqavilənin 2.1-ci maddəsində razılaşdırılmış 91.012,80 manat məbləğin 2%-i həcmində, yəni 1800,46 manat cəmiyyətə dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə bağlanan gün ümumi məbləğin 1% həcmində, yəni 810 manat bankın ******************** saylı hesabına komission xərc ödəmişdir ki, bu da qətnamə çıxarılarkən nəzərə alınmamışdır. Məhkəmə qətnamə çıxararkən kredit müqaviləsinə əlavə edilmiş İddiaçı adına olan 1 №-li kredit müqaviləsinə istinad etməyərək yəni ona aylıq hesablanmış faizlərin ödəniş cədvəlinə də istinad edilməmişdir. 12.01.2016-cı il tarixli cədvəl üzrə İddiaçı əvəzinə 12 aprel 2016-cı il tarixdən 16.03.2018-ci il tarixədək yəni mənzil üçüncü şəxsə barterlə satılanadək xxxxna hər ay üçün iddiaçının ödəyəcəyi 683.50 manatın bank tərəfindən 138.75 manatı əsas borcun ödənişinə və 544.75 manatı isə aylıq azalma nəzərə alınmaqla faiz borcuna silinm əsini də nəzərə almamışdır. Banka iddiaçının əvəzinə zamin tərəfindən ödənilmiş əsas və faiz borcu kimi ödənilmiş 31.333,80 manat nəzərə alınmadan, 9300 manatın Cavabdeh MTK-dən tutulub iddiaçıya qaytarılmasını qət etmişdir. Məhkəmə bununla da müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəlməklə maddi-hüquq normalarını pozmuşdur. Bundan başqa məhkəmə İddiaçı 17.03.2016-cı il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ilə “xxxx” MTK-nə müraciət edərək onun adına olan müqavilənin ləğv edilməsini (pozulmasını) payın, yəni mənzilin üçüncü şəxsə satılmasına etiraz etməməsini və həmin mənzilin 6 avqust 2018-ci ildə X2 barterə verilməsinədək olan müddətdə zamin tərəfindən iddiaçının əvəzinə ödənilmiş 12.757.57 manat faiz borcu da nəzərə almamışdır. Bundan son ra zaminlik müqaviləsinin şərtlərinə uyğun olaraq zamin 2018-ci ilin avqust ayının sonunadək, yəni mənzil başqa şəxsin adına rəsmiləşdirilənədək İddiaçı əvəzinə banka 31.333,80 manat həm əsas həm də faiz borcunu ödəməsi nəzərə alınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 112.1. Kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu hald a ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

16. Maddə 117.1. Kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq pay haqqını tam ödəmədiyinə görə kooperativdən çıxarılmış və ya könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış mənzil-tikinti kooperativinin üzvünə kooperativin nizamnaməsində nəzərdə tutulmuş şərtlərlə və müddətdə onun payının məbləği (dəyəri) ödənilir. Belə ödəmənin müddəti mən ziltikinti kooperativi üzvünün çıxarılması haqqında mənzil-tikinti kooperativinin qərar qəbul etdiyi gündən iki aydan çox ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. 23. “Satıcı” “xxxx” MTK ilə “xxxx” İddiaçı arasında bağlanmış 11 yanvar 2016-cı il tarixli, 151 saylı “Kooperativ mənzil tikinti haqqında” müqavilənin surətindən görünür ki, satıcı ünvan 1 ünvanında inşa ediləcək yaşayış binasının 151 saylı mənzilini xxxxya təhvil verməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən xxxx müqavilə bağlanan gün 9.300 manat məbləğində ilkin ödəniş etməklə hər ay 684 manat olmaqla, 11 yanvar 2036-cı il tarixə kimi ödəniş etməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən xxxx kooperativin üzvlüyündən çıxmaq istədikdə bu barədə MTK-ya 1 ay qabaqcadan yazılı şəkil də xəbərdar edir. “xxxxnın” üzvlüyünə xitam verildikdə onun ödədiyi pay haqqı mənzil başqa xxxxya verildikdən və həmin mənzilin dəyəri axırıncı tərəfindən ödənildikdən sonra qaytarılır. 24. “xxxx” MTK ilə “xxxx” İddiaçı arasında bağlanmış 11 yanvar 2016-cı il tarixli, ABB-151 saylı müqavilənin surətindən görünür ki, MTK ünvan 2 ünvanında inşa edilmiş və ya inşa olunan yaşayış kompleksində bina 2, giriş 2, mərtəbə 9, ümumi sahəsi 53,6 kv.m olan 1 otaqdan ibarət 151 saylı mənzili “xxxxya” təhvil verməyi, “xxxx” isə bunun qarşılığında MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə əsasən mənzilin 1 (bir) kv. m-lik sahəsinin qiyməti 1.698,00 manat olmaqla, müqavilə nin qiyməti cəmi 91.012,80 manat müəyyən edilmiş, müqavilə qiymətinin 9.300,80 manatı xxxxnın şəxsi hesabına, qalan 81.712,00 manat isə “xxxx” ASC ilə bağlanmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödəniləcək. Həmin müqavilənin 4-cü bəndinə əsasən xxxx tərəfindən xxxx və “xxxx” ASC arasında imzalanmış kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün xxxx və MTK arasında imzalanmış müqavilənin predmeti olan mənzil üzrə bütün hüquqlar xxxx” ASC-yə keçir. 25. “xxxx” MTK-nın 11 yanvar 2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, xxxx MTK ilə İddiaçı arasında imzalanmış 151 saylı 11 yanvar 2016-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında tikilmiş və ya tikilən yaşayış kompleksinin bina 2, giriş 2, mərtəbə 9 ünvanında 1 otaqdan ibarət 151 saylı mənzil ayrılmışdır. Mənzilin ümumi dəyəri 91.012,8 manat təşkil edir. Həmin məbləğdən 9300,80 manat ilkin ödəniş kimi İddiaçı tərəfindən ödənilmişdir. “xxxx” ASC tərəfindən maliyyələşdiriləcək məbləğ 81.712 manat təşkil edir. 26. “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 12 yanvar 2016-cı il tarixli 10-12-01-2016-ST MTK AF nömrəli təminatlı krediti müqaviləsinin surətindən görünür ki, xxxx” ASC İddiaçı mənzilin alınması məqsədi ilə illik 8% hesablanmaqla hər ayın 12 tarixindən gec olmayaraq 240 ay müddətinə aylıq 683.50 manat olmaqla, 81.712 manat məbləğində kredit verməyi, borcalan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanmış faizləri B orcverənə qaytarmağı öhdəsinə götürmüşdür; 27. “xxxx” MTK-nın 16 avqust 2018-ci il tarixli 11 saylı məhkəməyə ünvanlanmış məktubundan görünür ki, xxxx MTK ilə İddiaçı arasında 11 yanvar 2016-cı il tarixdə Xətai rayonu, X.Məmmədov küçəsi, 2942-ci məhəllədə yerləşən 2 saylı binada yerləşən, sahəsi 53.6 m2 olan, 151 saylı mənzilə dair ipoteka müqaviləsi bağlanmış, İddiaçı həmin təmirli mənzildə 7 ay yaşamışdır. Buna görə də həmin aylar üçün 1.500 manat kirayə haqqı tutulmuşdur.

28. İddiaçı 17 mart 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki,xxxx MTK ilə bağladığı 151 saylı 11 yanvar 2016-cı il tarixli Kooperativ Mənzil Tikintisi haqqında xxxx müqaviləsinin pozulması ilə əlaqədar qanunvericiliyə və “xxxx LTD” MTK-nın nizamnaməsinə uyğun tədbir görməyi xa hiş edir. Müqavilə pozulduqdan sonra ona məxsus olmuş paya dair digər şəxs ilə müqavilə bağlanmasına etiraz etmir.

29. X5 17 mart 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, o, əri İddiaçı “xxxx” MTK ilə bağladığı 151 saylı 11 yanvar 2016-ci il tarixli Kooperativ Mənzil Tikintisi haqqında xxxx müqaviləsinin pozulması ilə əlaqədar qanunvericiliyə və “xxxx LTD” MTK-nın nizamnaməsinə uyğun tədbir görməklərini xahiş edir. Müqavilə pozulduqdan sonra ona məxsus olmuş paya dair digər şəxs ilə müqavilə bağlanmasına etiraz etmir.

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7839 saylı, 07 noyabr 2019-cu il tarixli rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayış üzrə 12.01.2015-14.08.2018-ci illəri əhatə edən hesabda n çıxarış məlumatlarına əsasən “xxxx” MTKya Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, məhəllə 2942, 2 saylı bina, 151 saylı mənzilə dair ödənişlər və çəkilmiş xərc ümumilikdə 31.333,80 manat məbləğində müəyyən olunur. 12 yanvar 2016-cı il tarixli, 10- 12-01-2016-ST MTK AF saylı kredit müqaviləsi üzrə ödəniş qəbzləri təqdim edilmədiyindən və iş materiallarında olan hesabdan çıxarış məlumatlarında ödənişlərin kim tərəfindən həyat keçirilməsi göstərilmədiyindən İddiaçı həmin müqavilə üzrə hansı məbləğdə ödənişin aparılması müəyyən olunmamışdır.

31. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 15 yanvar 2020ci il tarixli məktubdan görünür ki, xxxx MTK ləğv olunaraq Cavabdeh MTK-ya qoşulmuş, “xxxx” MTK ilə Cav abdeh MTK arasında imzalanmış 18 dekabr 2018-ci il tarixli təhvil aktının surətindən görünür ki, xxxx MTK-ya məxsus olan onun bütün borclar və öhdəliklər yeni yaradılmış və hüquqi varisi olan Cavabdeh MTK-ya keçmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət reyestrindən olan çıxarışın surətindən görünür ki, “xxxx” MTK-nın maliyyə ili 1 yanvar-31 dekabrdır.

32. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən iddiaçı tərəfindən cavabdehə 9.300 manat məbləğində pay haqqı ödənilmiş, daha sonra iddiaçı 17 mart 2016-cı il tarixli ərizə ilə cavabdehə müraciət edərək aralarında bağlanmış müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və MTK-nın nizamnaməsinə uyğun tədbir görməyi xahi ş etmiş, lakin iddiaçı tərəfindən ödənilmiş pay haqqı cavabdeh tərəfindən ona qaytarılmamışdır.

33. Qanunvericiliyin tələbindən göründüyü kimi kooperativ üzvünün kooperativdən çıxmaq hüququ vardır və bu zaman ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməlidir (§1516).

34. İddiaçı cavabdehlə aralarında bağlanmış müqavilənin tələblərinə riayət edərək payının qaytarılması ilə əlaqədar 2016-cı ildə MTK-ya ərizə ilə müraciət etmişdir. Həmçinin, göründüyü kimi, artıq mənzil üzrə bütün hüquqlar da digər şəxsə keçmişdir.

35. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin dəlilləri əsassızdır, ümumi sözlərlə ifadə edilmiş və konkret sübutlarla əsaslanmamışdır. İddiaçı müqavilənin tələblərinə əməl edərək əvvəlcədən müraciət etmiş, müvafiq tədbirlərin görülməsini xahiş etmişdi r, lakin cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının ödədiyi pay haqqını ona qaytarmamışdır. Belə olan halda, iddiaçı haqlı olaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin göstərdiyi hallar iddiaçının tələbinin əsassız hesab edilməsi və onun ödədiyi pay haqqının ona qaytarılmasından imtina edilməsi üçün əsas verən hallar deyil.

36. Kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni məzmunlu olduğundan kassasiya məhkəməsi həmin dəlillərə dair apelyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Odur ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

37. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 17 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar