Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1256/2019 22.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçının vəkili X2, cavabdehin nümayəndəsi X1, Cavabdeh7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1Fəyyaz qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X14, Cavabdeh11, X, X5, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh8, Cavabdeh16, Cavabdeh6, Cavabdeh17, Cavabdeh7, Cavabdeh18, Cavabdeh20, X12, X13, X9, X6, X10 və X3 qarşı əmlak kompleksindən çıxarılmatələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyun 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 mart 2018-cı il tarixli qətnaməsi ilə (hakim Ə.Qəhrəmanov ) İddiaçı cavabdehlər Cavabdeh1Fəyyaz qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X14, Cavabdeh11, X, X5, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh8, Cavabdeh16, Cavabdeh6, Cavabdeh17, Cavabdeh7, Cavabdeh18, Cavabdeh20, X12, X13, X9, X6, X10 və X3 qarşı əmlak kompleksindən çıxarılmatələbinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1Fəyyaz qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X14, Cavabdeh11, X, X5, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavab deh8, Cavabdeh16, Cavabdeh6, Cavabdeh17, Cavabdeh7, Cavabdeh18, Cavabdeh20, X12, X13, X9, X6, X10 və X7 ünvan 1 ünvanda yerləşən əmlak kompleksindən çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Məmmədov, hakimlər X.Sarıyev və H.Həmidov) Xəzər Rayon Məhkəməsinin 07 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdehlər Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiy yət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyun 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehdən Cavabdeh1 və qeyrilərinə qarşı iddia verərək sonuncuların ünvan 3 ünvanda yerləşən əmlak kompleksindən çıxarılmasına dair iddia vermişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli əmlak kompleksi iddiaçının mülkiyyətindədir. İddiaçı həmin əmlakı alan zaman oraya baxış keçirmiş və həmin vaxt orada heç kim yaşamamışdır. İddiaçı həmin kompleksində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəmişdir. Lakin xəstəliyi ilə əlaqədar uzun müddət ölkə hüdudlarından kənara gedib-gəlmək m əcburiyyətində qalmışdır. Buna görə X1 adlı şəxsdən həmin ərazidə yaşamasını və əraziyə nəzarət etməsini xahiş etmişdir. 2017-ci il tarixdə iddiaçı həmin əraziyə gəldiyi zaman cavabdehlərin orada yaşamasını görüb ərizə ilə Xəzər rayon Polis idarəsinə müraciət etmişdir. Lakin müraciətinin nəticəsiz olduğunu görüb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Həmin qətnamədən cavabdehlərdən yalnız Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 kassasiya şikayəti vermişlər. Ona görə də məhkəmə kollegiyası yalnız Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 aid hissədə qətnamənin qanuniliyini və əsaslılığını yoxlayaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli qətnamə Cavabdeh6, Cavabdeh7 və Cavabd eh8 aid hissədə ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalıdır. İşin mübahisə edilməyən hallarından görünür ki, ünvan 1 ünvanda yerləşən mübahisə predmeti olan 0,39 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 672,6 kv m olan əmlak kompleksi iddiaçının mülkiyyətidir. Cavabdehlər məcburi köçgün düşmüş şəxslərdir və hər hansı bir hüquqverici sənəd olmadan və iddiaçının iradəsinə zidd olaraq həmin əmlak kompleksində yaşayırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.. Bununla yanaşı işin halları ilə müəyyən edilir ki, hazırki işə baxılmasında Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçgünlərin işləri üzrə Dövlət Komitəsinin iştirakı təmin edilməmişdir. Be lə ki, Məcburi köçgünlərin və onlara bərabər tutulan şəxslərin Sosial Müdafiəsi haqqında Qanunun 5-ci maddəsində göstərilir ki, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəx slərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini tə`min etməlidir. Həmçinin Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçgünlərin işləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsi, məskünlaşdırılması, repatriasiya, sosial müdafiəsi. İşğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Göründüyü kimi, qəbul edilmiş qətnamə ilə məcburi köçgün olan Cavabde h6, Cavabdeh7 və Cavabdeh8 iddiaçının mülkiyyətində olan əmlak kompleksindən çıxarılması qət edildiyi halda, həmin şəxslərin başqa yerdə yerləşdirilməsi məsələlərinin həll edilməsi üçün Qaçqınların və Məcburi Köçgünlərin işləri üzrə Dövlət Komitəsinin işdə iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyun 2018-ci il tarixli qətnaməsi Cavabd eh6, Cavabdeh7 və Cavabdeh8 aid hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1256/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1256/2019
22.02.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver