Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1256/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Torpaq münasibətlərindən irəli gələn mübahisələr, qanunsuz inşa edilmiş hasarın cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin koordinatlarının naturada müəyyən edilməsinin zəruriliyi, plan və ölçü sənədi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz inşa edilmiş hasarın cava bdehlərin hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6349/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə 17784 nömrəli xx.xx.1982-ci il tarixli müqaviləyə əsasən Bilgəh qəsəbəsində yerləşən sahəsi 0.25 ha olan 690 nömrəli bağ sahəsi X15 icarəyə verilmişdir.
2. Bağın icarəyə verilməsi haqqında 21169 nömrəli xx.xx.1997-ci il tarixli müqaviləyə əsasən Bilgəh qəsəbəsində yerləşən sahəsi 0.12 ha olan 471a nömrəli bağ sahəsi X2, 13107 nömrəli xx.xx.1997-ci il tarixli müqaviləyə əsasən Bilgəh qəsəbəsində sahəsi 0.12 ha olan 471 nömrəli bağ sahəsi və sahəsi 61.3 kv.m olan 3 otaqdan ibarət bina Cavabdeh2 icarəyə verilmişdir.
3. Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2004-cü il tarixli 17784 nömrəli müqaviləyə əsasən, Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində yerləşən sahəsi 0.12 ha olan 690 nömrəli bağ sahəsi İddiaçı1 istifadəsinə, 33031 nömrəli xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən Bilgəh qəsəbəsi ərazisində yerləşən sahəsi 0.12 ha olan 690a nömrəli bağ sahəsi İddiaçı2 istifadəsinə verilmişdir.
4. Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş 064 nömrəli xx.xx.2007-ci il tarixli qərarla Bilgəh qəsəbəsi ərazisində yerləşən 471a saylı bağın 600 kv.m artıq torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir.
5. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı1 ünvanlanan xx.xx.2009-cu il tarixli məktubda qeyd olunur ki, Sabunçu rayonu Bilgəh qəsəbəsi 690 saylı bağ sahəsinin plan-sxeminin alınması ilə əlaqədar bağ sahəsinə idarənin mühəndisi tərəfindən baxış keçirilməsinə İddiaçı1 tərəfindən şərait yaradılmamışdır. Bu səbəbdən ölçü işləri aparmaq mümkün olmamışdır. Torpaq sahəsinə texniki baxış keçirilməsinə şərait yaradıldıqdan sonra ərizəyə yenidən baxıla bilər.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı1 ünvanlanan xx.xx.2011-ci il tarixli məktubda göstərilir ki, Sabunçu rayonu Bilgəh qəsəbəsi 690 saylı bağ sahəsinə müvafiq plan və cizginin alınması ilə əlaqədar İddi açı1 ərizəsinə baxılmışdır. İdarənin mütəxəssisləri tərəfindən qeyd olunan bağ sahəsinə texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, iki bağ sahəsi bir hasar daxilindədir və ara mərz nişanları yoxdur. Bağ sahələrinə dair notarial qaydada təsdiqlənmiş bölgü sxemi idarəyə təqdim edildikdən sonra ərizənin icrası məsələsinə baxılacaqdır.
7. Eyni məzmunlu məktub İddiaçı2 da göndərilmişdir.
8. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən sahəsi 94.3 kv.m olan 471 saylı bağ evi və sahəsi 0.12 ha olan torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ə razi İdarəsi tərəfindən X2 ünvanlanan xx.xx.2017-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunur ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən Sabunçu rayonu Bilgəh bağ massivi ünvanında yerləşən 471a saylı bağ sahəsinin ölçüsü 1200 kv.m təşkil edir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, ümumi hasar daxilində 6100.0 kv.m torpaq sahəsi istifadə edilməkdədir və sözügedən bağ sahəsi qonşu bağ sahələrindən təcrid edilməmişdir. Mərzçəkmə işlərinin görülməsi, notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Yuxarıda qeyd olunan nöqsanlara görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 mülkiyyətində və istifadəsində, Cavabdeh1 istifadəsində olan torpaq sahələrinin hasarının cavabdehlərin hesabına sökülməsi, İddiaçı1 istifadəsində olan 690 nömrəli bağın və İddiaçı2 istifadəsində olan 690a nömrəli bağın zəbt edilmiş hissəsinin boşaldılması, tərəflərə məxsus torpaq sahələrinin sərhədlərinin və yol standartlarına uyğun ümumi ara yolun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
11. İddia tələbi belə əsaslandırılıb ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh bağ m assivində yerləşən 690 nömrəli bağ sahəsi (0.25 ha) keçmiş Bağlar təsərrüfatı idarəsi ilə bağlanmış xx.xx.1970-ci il tarixli 17784 nömrəli müqavilə ilə X15 icarəyə verilmişdir. Sözügedən bağ sahəsinə dair X13 adına arxiv qovluğunda mövcud olan sonuncu müqavilə xx.xx.1982-ci il tarixdə bağlanmışdır. X13 notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında bağ sahəsinin 0.12 ha hissəsi İddiaçı1, digər 0.12 ha hissəsi isə İddiaçı2 adına rəsmiləşdirilmişdir. Bağlar təsərrüfatı idarəsi ilə İddiaçı1 arasında Sabunçu rayonu Bilgəh ərazisində 0.12 ha torpaq sahəsi olan 690 nömrəli bağın istifadəyə verilməsi haqqında 12 avqust 2004-cü il tarixli 17784 saylı müqavilə və bağlar təsərrüfatı idarəsi ilə İddiaçı2 arasında Sabunçu rayonu Bilgəh ərazisində 0.12 ha torpaq sahəsi olan 690a nömrəli bağın istifad əyə verilməsi haqqında 12 avqust 2004-cü il tarixli 33031 saylı müqavilə bağlanmışdır. Bu bölünmə nəticəsində İslam Vəliyevə məxsus olmuş 0.25 ha torpaqdan 0.1 ha torpaq sahəsi sahibsiz qalmışdır. Bundan başqa, 1965-ci ildə Bakı şəhəri Sabunçu rayonu Bilgəh ərazisində X3 0.25 ha bağ sahəsi istifadəyə verilmişdir. 10 noyabr 1997-ci il tarixli 21169 saylı müqavilə ilə həmin bağ sahəsinin 0.12 ha sahəsi (471 a saylı bağ) X1 adına, qalan 0,12 ha olan hissəsi isə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Bu bölünmə nəticəsində də, 0.01 ha torpaq sahəsi sahibsiz qalmışdır. xx.xx.2019-cu ildə X4 dünyasını dəyişmiş və xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən həyat yoldaşı Cavabdeh1 onun vərəsəsi kimi tanınmışdır. Qeyd olunan sənədlərin notarial təsdiq olunmuş surətini n verilməsi Cavabdeh1 xahiş edilsə də, sonuncu həmin sənədləri məhkəmədə təqdim edəcəyini bildirmişdir. Onlar və cavabdehlər yaxın qohumlar olduğundan qeyd olunan bağ sahələri, sözügedən İ.D.Vəliyevə və M.M.Əlizədayə aid torpaq sahələri hasarlarla ayrılmadan, dövlət yolu ilə bağlı tək girişi olan ümumi hasar daxilində yerləşirdi. Artıq neçə ildir ki, Cavabdeh2 onların ümumi hasar daxilində olan torpaq sahələrini öz bildiyi kimi, onlarla razılaşdırmadan bölüşdürmüş, onların torpaq sahələrini yoldan məhrum etmiş, onların torpaq sahələrini qismən zəbt edərək öz torpaq sahəsi ilə birlikdə hasarlamışdır. Beləliklə, hasarlanmış torpaq sahəsində yuxarıda göstərilən 0.01 ha torpaq sahəsi və heç kimə məxsus olmayan, ümumi istifadədə olan 0.10 ha torpaq sahəsi onların bağ sahələrinə yol kimi istifad ə olunması üçün nəzərdə tutulmasına baxmayaraq, bu torpaq sahəsi və əlavə olaraq 0.03 ha torpaq sahəsi də (torpaq sahələrinin bölünməsi nəticəsində sahibsiz qalmış sahələr) Cavabdeh2 tərəfindən zəbt olunmuşdur. Qeyd olunanlar DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli məktubu ilə də təsdiq olunur. Belə ki, 2017-ci ildə X4 onun adına olan 471a saylı bağ sahəsinin özəlləşdirilməsilə bağlı DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. xx.xx.2017-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 1200 kv.m təşkil edir, ümumi hasar daxilində 6100 kv.metr torpaq sahəsi istifadə edilməkdədir, mərzçəkmə işlərinin görülməsi, notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğun dur. Göstərilən dörd bağ müqaviləsinin cəmi sahəsi 4 x 0.12 ha=0.48 ha, yəni 4800 kv.metr edir. 6100-4800=1300 kv.metr sahə ümumi istifadədə olmalı olan sahədir, lakin həmin sahə Cavabdeh2 tərəfindən zəbt olunmuşdur. Torpaq sahələrinin bölünməsi ilə bağlı cavabdehlər Cavabdeh2ə, həmçinin Cavabdeh1 dəfələrlə təkliflər verilmiş, lakin bütün tərəfləri qane edəcək ümumi razılıq əldə olunmamış və bu səbəbdən torpaq sahəsinin bölgü sxemi reyestr xidmətinə təqdim olunmamışdır. İddia ərizəsinə əlavə olunmuş sxemdən görünür ki, bağ sahələrinə yol Cavabdeh2 hasarladığı torpaq sahəsinə qədərdir, onların torpaq sahələrinin faktiki yerləşdiyi sahəyə yol yoxdur. Bu səbəbdən cavabdehlərin istifadəsində olan torpaq sahəsindən yolun çəkilməsi zərurəti yaranmışdır. Bu mübahisəli vəziyyət 2008-ci ildən dav am edir.
12. Cavabdeh1 iddia tələbini qəbul etməyib izahatında bildirmişdir ki, Bilgəh bağ massivində yerləşən 0.24 ha torpaq sahəsi X15 məxsus olmuşdur. Bağ sahəsində ortadan eni 3.8 metr olan yol çəkilmişdir. Həmin yol ümumi 24 sotluq sahənin tərkibinə daxildir, sahə iki yerə ayrıldığı üçün ikinci bağa yol çəkilməlidir.
13. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyib izahatında bildirmişdir ki, valideyninin sağlığında iddiaçıların sahəsi darvazanın yanından sayılırdı və onlar buna etiraz etmirdilər. Son beş ildə sahəni sata bilmədiklərinə görə tələb etdilər ki, onların sahəsi bağın yuxarı hissəsindən sayılsın. Əvvəl iddiaçıların bağ sahəsi bağın uzununa sayılırdısa, yeni tələbdən sonra bağ eninə sayıldı. Yeznələri Cavabdeh1 bu yerdəyişməyə razı oldu. Sonra iddiaçılar sahənin dördkünc olmasını istədilər. Onun sifarişi ilə 2022-ci ilin sonunda Topoqrafiya xidməti ümumi bağ sahəsini ölçmüş və onun dörd bağ sahəsinə mövcud paylar əsasında dəqiq bölgüsünü tərtib etmişdir. İddiaçılara 2022-cü ilin dekabrında çatdırılmış sxemdə onlara məxsus bağ sahəsi dördkünc və ümumi yoldan ayrılaraq iddiaçıların 24 sotluq sahələrinə qədər uzanan eni 3.8 metr olan yol göstərilmişdir. Bu sxemdəki bölgü və yol Cavabdeh1 tərəfindən bəyənilib qəbul edilmişdir. Beləliklə, surəti məhkəməyə təqdim edilən sxemlə, iddiaçıların ona qarşı irəli sürdükləri “torpaq sahələrinə gedən yolu zəbt etməsi” barədə dəlilin tam əsassız olduğu sübuta yetir. Təklif etdiyi sxemlə tanış olduqdan sonra İddiaçı1 2022-ci ilin dekabrın 13-də onun mobil telefonuna zəng etmiş və ona məxsus torpaq sahəsindən onun torpaq sahəsinə gedən yol üçün əlavə sahənin ayrılmasını tələb etmişdir. Vatsap nömrəsinə onlara göndərdiyi sxemin üzərində öz istəyini ifadə edən bir şəkil də çəkib göndərmişdir. Bu şəkildə öz bağından onun bağ sahəsinə gedən təxminən 50 kvadrat metrlik yol qara rənglə işarələnmişdir. Torpaq sahəsinin ona icarəyə verilməsi barədə təqdim etdiyi X8 icarə müqaviləsi və Bilgəh bələdiyyəsinin ona torpaq sahəsini satması barədə qərar onun bağ sahəsinin qanuni sahibi olduğunu təsdiq edir və iddia ərizəsinin onun hansısa sahəni zəbt etməsi barədə fikrin yanlış olduğunu sübut edir. İddiaçıların yeganə qanuni sənədi onların hər birinə məxsus 12 sot torpağa sahib olmalarını təsdiqləyən sənədlərdir. O, iddiaçıların 24 sot torpaq sahəsinə gedən yolun mövcudluğunu təsdiq edən sənədi məhkəməyə təqdim e tmişdir.
14. İddiaçılar bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında Cavabdeh2 12 sot torpaq sahəsinin onun mülkiyyətində olmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış təqdim etmişdir. Məhkəməyə müraciət edənə qədər onlar dəfələrlə müqavilələrin müddətinin uzadılması və torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı dövlət reyestr xidmətinə müraciət etmişlər. Lakin sorğulara cavablarda müqavilə müddətinin uzadılmasının qeyri-mümkünlüyü, qonşu torpaq sahələrinin sahibləri ilə razılığa gəlindiyi halda torpaq sahələrinin özəlləşdirilməsinin mümkün olduğu bildirilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanla rının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göstərilənlərdən belə nəticə çıxır ki, bu Qanun bağ sahələrinə dair verilən icarə müqavilələrini qüvvədə olma müddətinin olub-olmamasından asılı olmayaraq daşınmaz əmlak üzərində hər-hansı hüququn dövlət qeydiyyatı üçün əsas hesab edir. Bu səbəbdən onların adına olan müqavilələrin müddətinin bitməsinə baxmayaraq onlar ın torpaq sahələri ilə bağlı hüquqlarının müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüquqlarına malik olması birmənalı qəbul edilməlidir.
15. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3034/2023 nömrəli 16 iyun 2023-cü il tarixli qərardadına əsasən “torpaq sahələrinin sərhədlərinin və ara yolun müəyyən edilməsi” hissəsində mülki iş üzrə icraata xitam verilmişdir.
16. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3034/2023 nömrəli 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz inşa edilmiş hasarın cavabdehlərin hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası təmin edilməmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, işin məhkəmə iclasında tədqiq edil ən halları ilə müəyyən edilir ki, iddiaçıların istifadəsinə verilmiş bağ sahələri bir hasar daxilindədir və ara mərz nişanları, bağ sahələrinə dair bölgü sxemi yoxdur. Bundan başqa, İddiaçı1 istifadəsinə verilmiş 690 saylı bağ sahəsinin plan-sxeminin alınması ilə əlaqədar Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etsə də, bağ sahəsinə idarənin mühəndisi tərəfindən baxış keçirilməsinə İddiaçı1 tərəfindən şərait yaradılmamış, bu səbəbdən ölçü işləri aparmaq mümkün olmamışdır. Göründüyü kimi, iddiaçılar istifadələrinə verilmiş bağ sahələrinin harada yerləşməsinə dair məhkəməyə hər hansı hüquqmüəyyənedici sənəd (plan-cizgi, çıxarış) təqdim etməmiş, bununla da, həmin bağ sahələrinin cavabdehlərə məxsus bağ sahələri ilə üst-üstə dü şməsini, bağ sahələrinin bir hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsini sübut edə bilməmişlər.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56, 66.1, 66.2, 68-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3034/2023 nömrəli 16 iyun 2023-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayət Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-5487 saylı qərardadı ilə təmin edilməmişdir.
20. Qətnamədən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması b arədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən məhkəmə ekspertizasının keçirilməsinə dair vəsatət verilmiş, lakin ekspertizanın təyin olunmasından məhkəmə imtina etmişdir. Qətnamədə əksini tapan Cavabdeh2 izahatı onun faktiki verdiyi izahatdan fərqlənir. Cavabdeh izahat verərkən iddiaçının nümayəndəsi tərəfindən İddiaçı1 sxemdə qaraladığı və dayısından istədiyi 50 kv.metr torpaq sahəsinin Cavabdeh2 məxsus olub-olmaması barədə sual verilmişdir. Sonuncu bu sahənin ona aid olması barədə qəti cavab verməmiş, sadəcə həmin yerdə olan ağaclara qulluq etdiyini bildirmişdir. Cavabdehin bu cavabı onun qətnamədəki izahatında öz əksini tapmamışdır. Qətnamədə ağ sahələrin harada yerləşməsinə dair məhkəməyə hər hansı hüquqmüəyyənedici sə nəd (plan cizgi, çıxarış) təqdim edilmədiyi, bununla da, həmin bağ sahələrinin cavabdehlərə məxsus bağ sahələri ilə üst-üstə düşməsini, bağ sahələrinin bir hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsini sübut edə bilmədiyi göstərilməsinə baxmayaraq, iş materiallarında olan xx.xx.2023-cü il tarixli iddia ərizəsinə qoşmanın 5-ci əlavəsində iddiaçıların atası X14 adına olan müqavilənin və torpaq sahəsinin sxeminin surəti əlavə olunmuşdur. Həmin sxemin təsdiq olunmuş surəti isə iddia ərizəsində göstərilən 2-(008)4231/2019 saylı mülki işdədir və İddiaçı1 vəsatəti ilə məhkəmənin arxivindən tələb olunmuşdur. Sxemdə bağ sahəsinin ölçüləri, qonşu bağların nömrəsi və digər qeydlər vardır. Məhz həmin sxemdə göstərilən torpaq sahəsi Dini Vəliyevin iki oğlu arasında yarıya bölünmüşdür. Göstərildiyi kimi DƏDRX-nın Bakı şəhər ərazi idarəsinin xx.xx.2017-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 1200 kv.m təşkil edir, ümumi hasar daxilində 6100 kv.metr torpaq sahəsi istifadə edilməkdədir. İddiaçıların istifadəsində birlikdə 0,24 ha, Cavabdeh2 mülkiyyətində 0,12 ha, istifadəsində isə 600 kv.metr torpaq sahəsi, Cavabdeh1 istifadəsində isə faktiki olaraq 600 kv.metr sahə vardır. Cəmi bağ sahələri altında 4800 kv.metr torpaq sahəsi yerləşir (6100-4800=1300 kv.metr). Beləliklə, qalan 1300 kv.metr sahə ümumi ara yolun müəyyən olunması üçün, zəbt olunmuş torpaqların geri qaytarılması üçün nəzərə alına bilər. Nəzərə alınmalıdır, tərəflər arasında mübahisə Cavabdeh2 qohumlarının torpaq sahəsini öz bildiyi kimi bölü şdürməsindən, bu səbəbdən bölgü sxemi və ara yolla bağlı bağ qonşuları arasında razılığın olmamasından əmələ gəlmişdir. İş üzrə müvafiq məhkəmə ekspertizasının keçirilməsinə dair vəsatət verilmiş, lakin məhkəmə ekspertizanın təyin olunmasından imtina etmişdir. Məhkəmə ətraflı araşdırma aparmaq əvəzinə Reyestr Xidmətinin formal imtina məktubunu əsas tutmuşdur.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X18 (sədrlik edən və məruzəçi), X5 və X6) 2(103)-6349/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
23. Məhkəmə kollegiyası iş üzrə ekspertiza təyin edilməsi barədə vəsatəti araşdıraraq qeyd etmişdir ki, məhkəmə ekspertizanın keçirilməsi üçün heç bir zərurət görmür. Tərəflərin mübahisələnd irdiyi bağ sahələri bir hasar daxilində yerləşdiyindən və ara mərz nişanları olmadığından, bağ sahələrinə dair texniki sənədlər (texniki pasport və torpaq sahəsinin planı və ölçüsü) məhkəməyə təqdim edilmədiyindən ekspertizanın keçirilməsi mümkün olmayacağı qənaətinə gəlir. Qanunvericiliklə müəyyən edilmiş əsaslar məhkəmə tərəfindən müəyyən edilmir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıların istifadəsinə verilmiş bağ sahələri bir hasar daxilindədir və ara mərz nişanları, bağ sahələrinə dair bölgü sxemi yoxdur. Bundan başqa, İddiaçı1 istifadəsinə verilmiş 690 saylı bağ sahəsinin plan-sxeminin alınması ilə əlaqədar Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etsə də, bağ sahəsinə idarənin mühəndisi tərəfindən baxış keçirilməsinə İddiaçı1 tərəfindən şərait yaradılmamış, bu səbəbdən ölçü işləri aparmaq mümkün olmamışdır. Göründüyü kimi, iddiaçılar istifadələrinə verilmiş bağ sahələrinin harada yerləşməsinə dair məhkəməyə hər hansı hüquqmüəyyənedici sənəd (plan-cizgi, çıxarış) təqdim etməmiş, bununla da, həmin bağ sahələrinin cavabdehlərə məxsus bağ sahələri ilə üst-üstə düşməsini, bağ sahələrinin bir hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsini sübut edə bilməmişlər.
25. Mübahisələndirilən bağ sahəsi bir hasar daxilində yerləşir və hazırkı iş üzrə tərəflərdən yalnız Cavabdeh2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Mübahisənin həlli baxımından iş üzrə digər tərəflərin mülkiyyət hüquqlarının qeydiyyata alınması əsasdır. Belə ki, məhkəmə müvafiq dövlət qurumunun müəyyən etdiyi torpaq sahələrinin sərhədlərini əsas götürür, müstəqil ekspertiza mərkəzinin təqdim edəcəyi sxem mübahisənin müstəqil həllinə imkan vermir.
26. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56, 66 bənd 1, 66 bənd 2, 68, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Qətnamədən İddiaçı1 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, təqdim olunmuş xx.xx.2023-cü il tarixli 158 saylı mütəxəssis rəyini məhkəmə qiymətləndirməmiş, iddiaçının nümayəndəsinin mütəxəssisin məhkəməyə dəvət edilməsi barədə şifahi vəsatətinə heç bir əhəmiyyət verməmişdir. Bu maddədə qanunverici özəl məhkəmə ekspertlərinə ekspertizanın keçirilməsinə səlahiyyət verir. Məhkəmə ekspertizasının keçirilməsi barədə vəsatətin rədd edilməsi iddiaçıları bu hüquqdan da məhrum etmişdir. Apellyasiya məhkəməsi faktiki olaraq apellyasiya şikayətinin dəlillərini obyektiv araşdırmadan 1-ci instansiya məhkəməsinin mövqeyini təkrar etmişdir. Bu səbəbdən qəbul edilən məhkəmə qətnaməsi qanuni və əsaslı sayıla bilməz. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
29. Maddə 13, 1-ci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
30. Maddə 29, 1 və 2-ci hissələr. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz Azərbaycan Respublikası Mülki Məcəlləsi
31. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vernək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
33. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, t örəmə şəklində və başqa formalarda ola bilər.
34. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
35. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
36. Maddə
55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağl anan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 3 7.M a d d ə 6
5. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
3. Torp aq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır....
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır....
38. Maddə 68.Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
46. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şi kayətində İddiaçı1 apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş faktik hallarına görə, Bilgəh qəsəbəsində yerləşən, sahəsi 0.25 ha olan 690 saylı bağ sahəsi 17784 nömrəli xx.xx.1982-ci il tarixli m üqaviləyə əsasən X15 icarəyə verilmişdir. xx.xx.2004-cü il tarixdə bu torpaq sahəsinə dair Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İslam Vəliyevin övladları - İddiaçı1 və İddiaçı2 arasında icarə müqavilələri bağlanmış, 17784 nömrəli müqaviləyə əsasən 0.12 ha olan 690 nömrəli bağ sahəsi İddiaçı1, 33031 nömrəli müqaviləyə əsasən sahəsi 0.12 ha olan 690a nömrəli bağ sahəsi İddiaçı2 istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi ilə qonşu olan 471 və 471a saylı torpaq sahələri isə müvafiq olaraq 13107 nömrəli xx.xx.1997-ci il tarixli müqaviləyə və 21169 nömrəli xx.xx.1997-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 və Əlizadə oğlu və X12 icarəyə verilmişdir.
51. Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə Cavabdeh2 arasında bağlanmış 13107 saylı icarə müqaviləsində ica rəyə verilən torpaq sahəsinin ölçüsü 0,12 ha göstərilmiş, torpaq sahəsində 61,3 kv.m sahəsi olan 3 otaqdan ibarət binanın olması əksini tapmışdır. Birliyin X4 ilə bağlanmış 21169 saylı icarə müqaviləsində icarəyə verilən torpaq sahəsinin 0,12 ha olduğu göstərilmişdir. Bundan başqa, Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 064 nömrəli xx.xx.2007-ci il tarixli qərarı ilə Bilgəh qəsəbəsi ərazisində yerləşən 471a saylı bağın 600 kv.m artıq torpaq sahəsinin Cavabdeh2 mülkiyyətinə verilməsi qərara alınmışdır.
52. Mülki işin 63-cü vərəqində olan İslam Vəliyevə verilmiş 690 saylı bağ sahəsinə aid sxemdən görünür ki, 690 saylı bağ sahəsinin ölçüləri: 471 saylı bağ sahəsi ilə sərhədin uzunluğu 62,5 m., əks tərəfdə olan 462 saylı bağ sahəsi ilə sərhədi 55,2 m., 879 saylı bağ sahəsi ilə sərhədi 40 m, 461 saylı bağ sahəsi ilə sərhədi 40 m. göstərilib.
53. Cavabdeh2 təqdim etdiyi bölgü sxemindən görünür ki, təklif olunmuş bölgüdə iddiaçıların istifadəsində qalan torpaq sahəsi ilə cavabdehlərin istifadəsində olan torpaq sahəsi arasında olan sərhəd 61,48 m, iddiaçıların istifadəsindəki torpağın qalan qonşu torpaq sahələri ilə sərhəd ölçüləri müvafiq olaraq 41,58 m., 43,6 m. və 53,67 m. qeyd olunub.
54. İddiaçılar Cavabdeh2 mülkiyyətində və istifadəsində, Cavabdeh1 istifadəsində olan torpaq sahələrinin hasarının cavabdehlərin hesabına sökülməsi, İddiaçı1 istifadəsində olan 690 nömrəli bağın və İddiaçı2 istifadəsində olan 690a nömrəli bağın zəbt edilmiş hissəsinin boşaldılması, tərəflərə məxsus torpaq sahələrinin sərhədlərinin və yol standartlarına uyğun ümumi ara yolun müəyyən edilməsi barədə q ətnamə çıxarılmasını xahiş ediblər.
55. İddia tələbinə torpaq sahələrinin sərhədlərinin və ara yolun müəyyən edilməsi tələbinə aid hissədə xitam verilmişdir və həmin qərardad qüvvədədir (bax: bu qərarın 15 və 19-cu paraqrafları).
56. Cavabdehlərin istifadəsində olan torpaq sahələrinin hasarının cavabdehlərin hesabına sökülməsi və iddiaçıların istifadəsində olan 690 nömrəli bağın və 690a nömrəli bağın zəbt edilmiş hissəsinin boşaldılması tələbini rədd edərkən məhkəmələr gəldiyi nəticəni belə əsaslandırıblar ki, iddiaçılar istifadələrinə verilmiş bağ sahələrinin harada yerləşməsinə dair məhkəməyə hər hansı hüquqmüəyyənedici sənəd (plan-cizgi, çıxarış) təqdim etməmiş, bununla da, həmin bağ sahələrinin cavabdehlərə məxsus bağ sahələri ilə üst-üstə düşməsini, bağ sahələrinin bir hissəsinin cava bdehlər tərəfindən zəbt edilməsini sübut edə bilməmişlər. İddiaçıların istifadəsinə verilmiş bağ sahələri bir hasar daxilindədir və ara mərz nişanları, bağ sahələrinə dair bölgü sxemi yoxdur.
57. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, xx.xx.2004-cü il tarixdə Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı1 və İddiaçı2 arasında müvafiq olaraq 690 nömrəli 690a nömrəli bağ sahəsinə dair icarə müqavilələri bağlanmasına baxmayaraq, həmin torpaq sahələrinin planı və ölçüsü sənədini, sərhədlərin yerdə (naturada) və xəritədə müəyyən edilməsinə dair sübutları təqdim etməmişdir. Halbuki Torpaq Məcəlləsinin 65-ci maddəsinin 6-cı hissəsində görə torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilm əsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Məhz buna görə də Torpaq Məcəlləsinin 68-ci maddəsində torpaq sahələri üzərində hüquqların yaranma vaxtı kimi torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsi, onların planı və ölçüsünün tərtib edilməsi də nəzərdə tutulmuşdur.
58. Çünki torpaq sahəsinin yerləşməsi məhz torpaq sahəsinin yerquruluşu planında əks olunur. Başqa sözlə, icarə müqaviləsi iddiaçıların torpaq sahəsinə subyektiv hüququnu təsdiq edən sənəd hesab olunmasına baxmayaraq, verilmiş iddianın həlli üçün yalnız torpaq sahəsinin verilməsi barədə müqavilə kifayət etmir. Mübahisənin həlli həmin torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilib-edilməməsinin müəyyən olunmasını tələb edir. Bu hal isə, iddiaçılara verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən müəyyən edilə bilər. Həmin sübutları təqdim etmək iddiaçıların vəzifəsidir. İddiaçılar istifadələrinə verilmiş bağ sahələrinin harada yerləşməsinə dair məhkəməyə hər hansı plan-cizgi, çıxarış və ya aralarında mərzlərin müəyyən olunmasına dair sübutları təqdim etməmiş, bununla da, həmin bağ sahələrinin cavabdehlərə məxsus bağ sahələri ilə üstüstə düşməsini, bağ sahələrinin bir hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsini sübut edə bilməmişlər.
59. Nəzərə alınmaldırı ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli, 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nə əsasən, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin natu rada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, mərzçəkmə işləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir.
60. İddiaçılara ayrılmış torpaq sahəsinə dair plan ölçü sənədlərinin təqdim edilmədiyi, mərzlərin müəyyən edilmədiyi halda ekspertiza təyin olunması əhəmiyyətsiz prosessual tədbirdir və buna görə də kassatorun ekspertiza təyin olunmaması barədə dəlili əsassız hesab olunur.
61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyy ətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
62. Kassasiya şikayətində qeyd edilən bəzi dəlillər işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.
63. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tuta raq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6349/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.