Məhkəmə qərarları › İş №2(102)-1258/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1258/2020

02.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1258/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və X1 ibarət tərkibdə, X30 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X19, vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi X6 və vəkili X5nun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X5 oğluna qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 tarixli X5 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzr ə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X3 adına olan JN-065F, kod-40911048 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 04 avqust 1951-ci ildə Ağsu rayonu, Hacman kəndində anadan olmuşdur. 31 iyul 1975-ci ildə X15 ailə qurmuş və onun Ağsu rayonu, Hacman kəndində yerləşən evinə gəlin köçmüşdür. Həyat yoldaşı xxx 12 fevral 2009-cu ildə miokard infarktı səbəbi ilə vəfat etmişdir. Qeyd edir ki, özü də Ağsu rayonu, xxx kəndində anadan olmaqla yanaşı, həmin kənddə boya-başa çatmış, orta məktəbi xxx kənd orta mək təbində bitirmişdir. Mərhum həyat yoldaşı ilə ailə qurduqdan sonra uzun illər bir yerdə, yəni qayınatası və qaynanası ilə birgə mehriban yaşamışdılar. Mərhum həyat yoldaşının işi ilə əlaqədar Sumqayıt şəhərində yaşamış, mövsümi olaraq həmin evə xxx kəndinə gəlib-getmişdirlər. Qayınatası və qayınanasının vəfatından sonra onlardan miras qalan ev uçub-dağılmış, tam yararsız və yaşayış üçün imkanı olmayan həddə çatmışdır. Bunu görən həyat yoldaşı 2000-ci ildən başlayaraq həmin evin bərpası ilə məşğul olmağa başlamışdır. Oğlu xxx birlikdə 2003-cü ildə tam yararlı və bir ölçüdə böyük olmayan bir ev inşa etmişdir. Evin tikintisində kənd sakinlərindən X16, X24, X20 və X26 yaxından iştirak etmiş, həm usta, həm də fəhlə kimi çalışmışdılar. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra 2011-ci ilə qədər tikdikləri evə gəlib-gedib yaşamış, nə qayınları, nə də balaları qaynatasıgilin vəfatından sonra ümumiyyətlə onlardan qalan mirasa baxmamışlar. 2011-ci ildən isə qaynı, uzun müddət respublikadan kənarda yaşayan X9 onlarla mülk davasına çıxmışdır. Öz tikdikləri evə onları buraxmırlar. Onlara hədə-qorxu gəlir, qapıların qıfıllarını sındıraraq evə daxil olmuş, qıfıllarını ləğv edərək özünün aldığı qıfılları qapıya yerləşdirmişdir. 7 ilə yaxındır ki, evdən istifadə edə bilmir. Lakin son illərdə ona məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1 və X10 qeyri-qanuni yolla torpaq sahəsini adlarına, JN-065F, kod-40911048 olan şəhadətnamə əsasında rəsmiləşdiriblər. Həmin şəhadətnamənin hazırlanmasına əsas isə guya Ağsu rayon Aqrar İslahat komissiyasının 28 dekabr 1998-ci il tarixli, 16 saylı qərarıdır. H əmin qərar mövcud deyildir, saxta yolla şəhadətnamə hazırlanmışdır. Aqrar İslahatı aparılmamışdan bir neçə il öncə Cavabdeh1 Ağsu rayonu, Dilman kənd sakini X12 ilə ailə həyatı qurmaqla həmin kəndə gəlin köçmüşdür. Həmin vaxtdan da Hacman kəndində yaşamır. Halbuki adına torpaq sahəsi olması Ağsu rayonu, Hacman kəndində fəaliyyət göstərmiş “S.Ə.Şirvani” kolxozunun qeydiyyat jurnalında göstərilmişdir. Bu barədə aidiyyəti qurumlara müraciət etsə də heç bir nəticəsi olmamışdır. Aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Hazırda cavabdehə və ailə üzvlərinə verilən şəhadətnamənin ləğv edilməsini və bütün sənədləşmənin qanuni şəkildə aparılmasını tələb edir. Ağsu Rayon Məhkəməsinin (hakim Tahir İsmayılov) X5 tarixli X5 qiyabi qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 v ə X5 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə dair tələbi təmin edilmiş, Cavabdeh1 xxx və X3 adına Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 16 saylı qərarı əsasında hazırlanmış JN-065F nömrəli, kitabda 37 nömrə ilə qeydə alınmış şəhadətnamənin ləğv edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (Vəzirxan Məlikov – məruzəçi və sədrlik edən, hakimlər Ayaz Mahmudov və Elçin Hüseynov) xxx tarixli X5 nömrəli qətnaməsi ilə Cavabdeh1 və nümayəndəsi Nümayəndə və üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə Ağsu Rayon Məhkəməsinin X5 tarixli, X5 qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi, İddiaçı cavabdehlər Cavabdeh1 v ə Cavabdeh2 X5 oğluna qarşı Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 16 saylı qərar əsasında hazırlanmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 tarixli qətnaməsinin ləğv edilərək iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 16 saylı qərarından narazılığım yoxdur. Lakin şəhadətnaməni tərtib edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsi və Dövlət Yerqurulu şu Layihə İnstitutu tərəfindən tərtib olunan siyahıda X17 adı göstərildiyi halda səhvən şəhadətnamədə göstərilməmişdir və ona görə də hesab edir ki, Cavabdeh1 xxx və X3 adına Azərbaycan Respublikası Ağsu rayon Aqrar İslahatı Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 16 saylı qərarı əsasında hazırlanmış Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-065F nömrəli, kitabda 37 nömrə ilə qeydə alınmış şəhadətnamə ləğv edilməlidir. Apellyasiya məhkəməsi tərəfindən məhkəmə araşdırması natamam aparılmış, hüquqi dəlillər aydınlaşdırılmamış, bununla da Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci bəndinin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 217.3-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. İşin qeyd olunan faktiki halların ı araşdırmayan apellyasiya instansiyası məhkəməsi iş üzrə bir sıra maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası iclasında iddiaçının nümayəndəsi X27 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında Cavabdeh1 nümayəndəsi X18 və vəkili X5 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılma sını mümkün hesab edir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işin materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsi tərəfindən verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair” 30 mart 2004-cü il tarixli şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Ağsu rayon Aqrar İslahatı Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə 0,19 ha həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Ağsu rayonu, Hacman kənd sakini X7 və ailə üzvü Cavabdeh2 X5 oğlunun mülkiyyətinə verilib. Həmin həyətyanı sahənin qaiməsindən (sertifikatından) görünür ki, həyətyanı torpaq sahəsində 43,2 kvadrat metr olan fərdi yaşayış sahəsi olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən 06 fevral 2019-cu il tarixli, **********75 saylı məktubu ilə verilən, Ağsu rayon Aqrar İslahatı Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 16 saylı qərarına əlavə olunmuş Hacman kənd ərazisindən torpaq almaq hüququ olan şəxslərin siyahısının təsdiq edilmiş surətinə əsasən, X8 və Rəcəbli X2 ərazisindən torpaq almaq hüququ olan şəxslərin siyahısındadır. Həmin siyahıda X14 adı yoxdur və göstərilməyib. İddiaçı Talib qızı ailə üzləri ilə birlikdə Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 8B saylı evin 26 saylı 4 otaqlı mənzilində yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşamışlar və hal-hazırda da orada yaşayırlar. Bundan başqa, Ağsu rayonunun Hacman kəndi üzrə aqrar islahatı aparılan dövrdə 28 dekabr 1998-ci il tarixdə Ağsu rayon Aqrar İslahatı Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 16 saylı qərarına əsasən, 0,19 ha həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Ağsu rayonu, Hacman kənd sakini X4 və ailə üzvü Cavabdeh2 X5 oğlunun mülkiyyətinə verilən zaman İddiaçı Talib qızı göstərilən təsərrüfatda qeydiyyatda olmamış, orada yaşamamış, həmin torpaq sahəsi onun nə istifadəsində, nə də ki icarəsində olmamışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplаnmış sübutlаrı mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkild ə tədqiq edərək hesаb etmişdir ki, iddiaçı inzibati orqanın Ağsu rayon Aqrar İslahatı Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 16 saylı qərarına əsasən, 0.19 ha həyatyanı torpaq sahəsinin Azərbaycan Respublikası, Ağsu rayonu, Hacman kənd sakini X4 və ailə üzvü Cavabdeh2 X5 oğlunun mülkiyyətinə verilməsini təsdiqləyən şəhadətnamənin ləğv edilməsini tələb edir. Lakin iddiaçı cavabdehlərə verilən şəhadətnamənin verilməsini mübahisələndirərək ləğv edilməsini xahiş etsə də, həmin hüquqi dövlət aktının verilməsinə əsas olan Ağsu rayon Aqrar İslahatı Komissiyasının 28 dekabr 1998-ci il tarixli. 16 saylı qərarını mübahisələndirməmişdir. Şəhadətnamənin verilməsinə əsas olan Ağsu rayon Aqrar İslahatı Komissiyasının 28 dekabr 1998-ci ıl tarixli. 16 saylı qərarı ləğv edilmədən, həmin şəhadətnaməni n mövcudluğu, iddiaçının hər hansı hüququnun pozulması kimi qiymətləndirilə bilməz və iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qəra rı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. İddiaçı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini tələb edir. Mübahisələndirilən şəhadətnamə isə Ağsu rayon Aqrar İslahatı K omissiyasının 28 dekabr 1998-ci il tarixli 16 saylı qərarının əsasında tərtib edilmişdir. Şəhadətnamənin verilməsi üçün əsas olan rayon aqrar islahat komissiyasının qərarı qüvvədədir və mübahisələndirilməmişdir. Belə olan halda rayon aqrar islahat komissiyasının qərarı mübahisələndirilmədən, həmin qərarın əsasında tərtib edilmiş Şəhadətnamənin mübahisələndirilməsi haqqında iddia tələbi qanuni hesab edilə bilməz. Cavabdeh kassasiya şikayətində Ağsu rayon Aqrar İslahatı Komissiyasının 28 dekabr 1998-ci il tarixli 16 saylı qərarından narazı olmadığını, lakin şəhadətnaməni tərtib edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən tərtib edilmiş siyahıda mərhum həyat yoldaşı Natiq Paşayevin adı göstərildiyi halda, səhvən şəhadətnamə də göstərilmədiyini, buna görə də şəhadətnamənin ləğv edilməli olduğunu göstərmişdir. Kassasiya şikayətinin bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia həmin şəhadətnaməni verən inzibati orqana qarşı deyil, şəhadətnamə ilə mülkiyyət hüquqları tanınan fiziki şəxslərə qarşı yönəlmiş və iddia onunla əsaslandırılmışdı ki, cavabdehlər qeyriqanuni yolla torpaq sahəsini adlarına, JN-065F, kod-40911048 olan şəhadətnamə əsasında rəsmiləşdiriblər. Həmin şəhadətnamənin hazırlanmasına əsas isə guya Ağsu rayon Aqrar İslahat komissiyasının 28 dekabr 1998-ci il tarixli, 16 saylı qərarıdır. Həmin qərar mövcud deyildir, saxta yolla şəhadətnamə hazırlanmışdır. MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərə flərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beləliklə, çəkişmə prinsipinin ümumi cəhəti aşağıdakılardan ibarətdir: - məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; - tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırki iş üzrə də, məhkəmə iddiaçının bildirdiyi faktlar və irəli sürdüyü dəlillər əsasında araşdırma aparmaqla, dispozitivlik prinsipinə riayət etmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edi r ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğvi üçün əsas vermir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Kollegiyası nın X5 tarixli X5 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Məhkəməsi Mülki

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar