Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1258/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka ilə yüklü edilən daşınmaz əmlakda payın naturada ayrılmasının mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2(104)205/2024 nömrəli qətnaməsindən iddia çı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc Qəsəbəsi, 46, Ş.Qurbanov adına BYB ünvanda 0,039 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 113,7 kv.m olan bağ evi paylı mülkiyyət hüququ üzrə ½ hissədə Musa-zadə Kamil Famil oğlunun və ½ hissədə İddiaçı adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Həmin daşınmaz əmlak, tərəflərin "xxxx" ASC qarşısında kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə mürac iət edərək, tərəflərin ümumi paylı mülkiyyətlərində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc Qəsəbəsi, 46, Ş.Qurbanov adına BYB ünvanında 0,039 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 113,7 kv.m olan bağ evindən iddiaçının ½ hissədə olan payının real vəziyyətdə naturada ayrılaraq, ayrıca giriş-çıxış yolu müəyyən edilməklə mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia belə əsaslandırılmışdır ki, tərəflər 16 dekabr 2008-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından iki uşağı olmuş, nikahları Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Mübahisəli bağ evini tərəflər birgə nikahları dövründə, 13 avqust 2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən almışlar. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 dekabr 2021ci il tarixli və Gəncə Apellyasiya Məhkəməsinin 11 may 2022-ci il tarixli qətnamələri ilə bu bağ evinin 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə isə cavabdeh mülkiyyət hüquqları tanınmışdır. Qətnamələr qanuni qüvvəyə minməklə, icraya yönəldilmiş, bağ evinin 1/2 hissədə iddiaçının, 1/2 isə cavabdehin mülkiyyəti kimi 25 noyabr 2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən “Çıxarış” verilmişdir. Ancaq, iddiaçının ½ hissə payı paylı mülkiyyətdə olduğuna görə, habelə öz payının ayrıca giriş-çıxışı olmadığına görə, payından sərbəst sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir.
5. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc Qəsəbəsi, 46, Ş.Qurbanov adına BYB ünvanında yerləşən evin tikililərinin planlı yerləşməsini, həmin evdə bir mətbəxin, bir dəhlizin, bir hamam və bir ayaqyolu tikililərinin olduğunu, eləcə də, yaşayış otaqlarının sahəsinin tərəflərin paylarına uyğun olmadığını nəzərə alaraq həmin evin təcrid mənzillər şəklində tərəflərin paylarına uyğun bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01,89-un 1.1,2.1,2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.
6. Gəncə Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(125)-882/2023 nömrəli qətnaməsi ilə (hakim X.Səfərli) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin, tərəflər ümumi paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin, paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında naturada bölünməsində də razılıq əldə edilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə mübahisəli əmlakın iddiaçının payına müvafiq olaraq naturada ayrılması da mümkün deyildir. Bu halda, Mülki Məcəllənin 220.6-cı maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarındakı mövqeyinə əsasən iddiaçının hüquqi vardır ki, paylı mülkiyyətlərində olan əmlakın açıq hərracdan satılmasını və satışdan əldə olunan vəsaitin p aylı mülkiyyətçilərin paylarına uyğun olaraq aralarında bölüşdürülməsini tələb etsin. Lakin, hazırkı iş üzrə iddiaçı bu barədə tələb irəli sürməmiş və məhkəmə işdə iştirak şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. İddiaçı yalnız əmlakda olan payının naturada ayrılmasını tələb etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur ki, bu tələbi təmin etmək mümkün deyil.
9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1, 220, 220.6-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qə tnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi tərəfindən əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 oktyabr 2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, Ş.Qurbanov adına BYB 46 ünvanında yerləşən evin əlavə kommunal xidmət sahələri inşa edilməklə və arakəsmə divarı inşa edilməklə 2 hissəyə naturada bölünməsi (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün texniki pasportun məlumatlarında göstərilən 6, 7 və 8 saylı tikililəri ilə 5 və 4 salı tikililərin arasında olan giriş-çıxış qapıları bağlanılmalı 6, 7 və 8 saylı ti kililərin arasında giriş-çıxış qapıları açılmalı və ayrılmış torpaq sahəsinin daxilində dəhliz, hamam və ayaqyolu tikililəri yaradılmalıdır. Qeyd olunur ki, ayrılmış torpaq sahəsinə keçid üçün küçə tərəfdə giriş-çıxış qapısı quraşdırılmalıdır.
12. Apellyasiya instansiyası məhkəməsində iştirak etmiş iddiaçının nümayəndəsi X1 qeyd etmişdir ki, hazırkı ekspertiza rəyi ilə razıdır və qətnamənin ekspert rəyinə uyğun çıxarılmasına etiraz etmir. Mübahisəli ünvandakı ev ipotekada olduğuna görə evin bölünməsi ilə bağlı ipoteka saxlayan banka müraciət edilmiş, lakin bank bölgüyə razılıq verməmişdir.
13. Məhkəmə iclasında iştirak etmiş cavabdeh apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və qeyd etmişdir ki, mübahisəli ünvandakı evin tikintisində Mollacəlilli kəndinin daşından və ağ torpaqdan istifadə olunub, həmin evin tikintisində sementdən istifadə olunmadığına görə divarlarına müdaxilə olunarsa, ev uçula bilər.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2(104)-205/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Rzaquliyevin sədrliyi və məruzəsi ilə, hakimlər L.Süleymanovdan və R.Məcidovdan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(125)-882/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyanın 13-cü, Mülki Məcəllənin 215.2, 220.2, 220.3, 269.2, 269.4, 269.5, 269.6-cı, “İpoteka haqqında” Qanunun 30.1-ci maddələrinə istinad etməklə qeyd etmişdir ki, hazırkı halda iddiaçı payının cavabdehin payından ayrılmasını xahiş etmiş, bununla bağlı məhkəmə ekspertizası keçirilmiş və Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, Ş.Qurbanov adına BYB 46 ünvanında yerləşən evin əlavə kommunal xidmət sahələri inşa edilməklə və arakəsmə divarı inşa edilməklə 2 hissəyə naturada bölünməsinin (ayrılmasının) mümkün olduğu müəyyən olunmuşdur.
16. Lakin, ipoteka predmeti olan əşya üzərində sərəncam verilməsi ipoteka saxlayanın razılığı ilə mümkündür. İddiaçının nümayəndəsinin izahatından da göründüyü kimi ipoteka saxlayan Bankın mübahisəli ünvandakı evin naturada bölünməsinə razılığı yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2(104)-205/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 152.1, 152.4, 220.2, 220.3, 312.4-cü, “İpoteka haqqında” Qanunun 30.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.4-cü maddələrinin tələbləri pozulmuşdur.
19. Belə ki, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının tələbi 1/2 hissədə onun mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş mübahisəli ev üzərində sərəncam verməklə, (özgəninkiləşdirmək, başqa şəxslərə icarəyə, istifadəyə vermək və sairə) bağlı deyildir. İpoteka verən şəxs kimi ipoteka ilə yüklü edilmiş evdə özünün və uşağının yaşayıb istifadə etməsi ilə bağlıdır. Belə bir vəziyyətdə ipoteka saxlayan Bankın razılığının tələb olunması absurd olmaqla, həm də, qanunda nəzərdə tutulmamışdır. İpoteka predmeti olan evə tutma yönəldilib, ev hərracda satılana qədər həmin evdə iddiaçının və uşağının yaşamaq və istifadə etmək hüququ vardır. Məhkəmə iddiaçının təqdim etdiyi sübutların heç birini araşdırmamışdır. Belə ki, məhkəməyə ½ hissədə paylı mülkiyyətində olan bu evdə cavabdehin təqsiri üzündən iddiaçının yaşayıb, sahiblik və istifadə hüququnu həyata keçirə bilməməyi, iddia tələbinin mübahisəli ev üzərində hər hansı bir sərəncam verməklə bağlı olmaması, mübahisəli evdə payın naturada ayrılıb ayrıca giriş-çıxış yolu müəyyən edilməsinin yalnız uşağı ilə həmin mülkə köçüb orda yaşamağı ilə bağlı olmasına dair sübutlar təqdim etsələr də, məhkəmə bu sübutların heç birini araşdırmamış, onlara obyektiv qiymət verməmiş, ipoteka saxlayan müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Qətnamədə göstərilmişdir ki, guya, iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, ipoteka saxlayan Bankın mübahisəli ünvandakı evin naturada bölünməsinə razılığı yoxdur. Ancaq, iddiaçının nümayəndəsi məhkəmədə belə bir izahat verilməmiş, bu məhkəmənin özünün mülahizəsi olmuşdur. İddia tələbi ipoteka ilə yüklü edilmiş mübahisəli ev üzərində hər hansı bir sərəncam verməklə bağlı olmadığına görə, ipoteka saxlayan Bankın razılığı tələb oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi işin obyekt iv həlli ilə bağlı zəruri əhəmiyyət kəsb etdiyindən iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edib müvafiq rəy almışdır. Həmin ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli evin 2 hissəyə naturada bölünməsi texniki cəhətdən mümkündür və bölgü sxemi rəyə əlavə olunmuşdur. Bundan əlavə qətnamənin 3/7-ci səhifəsinin axırıncı abzasında qeyd edilmişdir ki, “Məhkəmə Kollegiyası məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edirik ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.” Ancaq, qətnamənin nəticə hiss əsində “iddiaçının apellyasiya şikayəti təmin edilməsin” qeyd edilməklə, qətnamənin təsviri və əsaslandırıcı hissəsi ilə nəticə hissəsi ziddiyyət təşkil edir. Göründüyü kimi qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.
20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
21. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
23. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Konstitus iyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, bina lar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213. 2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşd irilə bilər. 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 26. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda n əzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətlən dirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əs asında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
29. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli daşınmaz əmlakın tərəflərin paylı mülkiyyətdə olması və onun ipoteka ilə yüklü olması işin mübahisəsiz hallarıdır.
30. İddiaçı, əmlakın bölünməsi tələbini irəli sürmüş və bu tələbin hüquqi əsasını Mülki Məcəllənin 221-ci maddəsi təşkil edir. 31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 06 dekabr 2024-cü il tarixli qərardadında izah olunmuşdur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsini n) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. İddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdırlar.
32. Mülki Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
33. Göründüyü kimi, iddiaçı qeyd olunan maddənin şərtlərinə uyğun olaraq ümumi paylı mülkiyyətin fiziki bölgüsünün aparılması tələbi ilə məhkəməyə müraciət etmiş, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi fiziki (naturada) bölgünün mümkünlüyünün araşdırılması üçün məhkəmə tikinti-texniki ekspertizaları təyin edərək, rəylər almışlar.
34. Bununla belə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən, mübahisəli daşınmaz əmlakın tərəflərin paylarına uyğun bölünməsinin qeyri-mümkün olması barədə ekspertiza rəyinə istinad etsə də, apellyasiya instansiyası məhkəməsi mövqeyini başqa əsasla - əmlakın ipoteka ilə yüklü olunması və ipoteka saxlayanın həmin əmlaka sərəncam verməsinə razı olmaması ilə əsaslandırmışdır.
35. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırılması ilə razılaşmayaraq hesab edir ki, qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuşdur.
36. Belə ki, mövqeyini əsaslandırarkən apellyasiya i nstansiyası məhkəməsi “İpoteka haqqında” Qanunun 30.1-ci maddəsinə istinad etmişdir. Qanunun bu normasına görə, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair).
37. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
38. Sərəncam hüququ – mülkiyyət hüququnun ünsürlərindən biri olmaqla, əmlakın (əşyanın) hüquqi müqəddə ratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkandır (Mülki Məcəllənin 152.4-cü maddəsi). Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Sərəncam hüququ mülkiyyətin başqa şəxsin xeyrinə özgəninkiləşdirilməsində (satılmasında, dəyişdirilməsinə, bağışlanmasında və s.), mülkiyyətçi qalmaqla ondan sahiblik və istifadə hüquqlarını digər şəxslərə verilməsində, girov və ya ipoteka qoyulmasında, onun hüquqi vəziyyətini başqa cür dəyişməsində ifadə oluna bilər.
39. Bununla belə, nəzərə alınmalıdır ki, əşya iki və ya bir neçə şəxsin mülkiyyətində ümumi mülkiyyət hüququ əsasında da mənsub ola bilər. Bu zaman, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə p aylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (Mülki Məcəllənin 213.1-213.2-ci maddələri).
40. Bu səbəbdən, məhkəmə kollegiyasının qənaətinə görə, paylı mülkiyyətdə olan əşyanın fiziki bölünməsi ona “İpoteka haqqında” Qanunun 30.1-ci maddəsindəki sərəncam verilmə kimi qiymətləndirilməməlidir.
41. Belə ki, paylı mülkiyyətdə olan əmlak, bir neçə şəxsin mülkiyyətində olduğu kimi, fiziki bölünmə nəticəsində də ona həmin şəxslərin mülkiyyət hüquqları qalmaqdadır. Yəni, burada əşyanın mənsubluğu dəyişilmir, yalnız mülkiyyətçilərin hər birinin əşyadakı payı fərdi mülkiyyətə çevrilməklə, əmlak onların mülkiyyətlərində qalır.
42. Həmçinin, nəzərə alınmalıdır ki, paylı mülkiyyətin bölünməsi ipotekaya xitam verilməsinə də səbəb olmur. Belə ki, ipotekaya xitamın əsasları “İp oteka haqqında” Qanunun 48.1-ci maddəsində sadalanmışdır ki, bu siyahıda paylı mülkiyyətin bölünməsi, ondan payın ayrılması, habelə ona mülkiyyətçi tərəfindən sərəncam verilməsi qeyd olunmamışdır.
43. Digər tərəfdən, apellyasiya məhkəməsi mövqeyini əsaslandırarkən ipoteka saxlayanın ipoteka predmetinə sərəncam verilməsinə razılığının olmamasına istinad etmişdir.
44. Lakin, məhkəmə nəzərə almamışdır ki, ipoteka saxlayanın rəsmi əsaslandırılmış imtinası iş materiallarına əlavə olunmamışdır. Məhkəmə, ipoteka saxlayanın mövqeyini iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi ifadəsinə əsasən göstərmişdir.
45. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 01 iyun 2022-ci il tarixli qərarında izah olunmuşdur ki, ipoteka müqaviləsi üzrə ipoteka saxlayanın əmlak mənafeyinin qorunması, əsas öhdəliyin icrasının təmin olunmasında yarana biləcək təhlükənin qarşısının alınması baxımından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələri ipoteka saxlayanın yazılı razılığı olmadan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsızlığını müəyyən edir. İpoteka saxlayanın ipoteka predmetinin özgəninkiləşdirilməsi ilə bağlı razılığın verilməsindən imtina barədə qərarı əsaslandırılmış olmalı və imtinanın səbəbləri göstərilməlidir. İpoteka qoyan öz növbəsində həmin qərarı məhkəmədə mübahisələndirə bilər.
46. Göstərilənləri ümumiləşdirərək məhkəmə kolleg iyası hesab edir ki, paylı mülkiyyətdə olan ipoteka predmetinin bölünməsi paylı mülkiyyətçilərin qanundan irəli gələn hüquqları olduğu, həmin hüququn məhdudlaşdırılması üçün qanuni əsas mövcud olmadığı, habelə bölgü ipoteka saxlayanın ipoteka hüququna xitam verilməsi ilə nəticələnmədiyi üçün tərəflərin ümumi paylı mülkiyyətlərinə olan daşınmaz əmlakın ipoteka ilə yüklü olması əsası ilə iddianın rədd edilməli olmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni hesab oluna bilməz.
47. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya məhkəməsinin bu mövqeyi özü-özlüyündə hazırkı iddianın təmin olunmalı olması göstərişi kimi qəbul olunmamalıdır.
48. Belə ki, Mülki Məcəllənin 221-ci maddəsinə görə əşyanın fiziki bölgüsünə, əşyanın dəyərinin əhəmiyyətli dərəcədə az almadan mümkün olması halında yol verilir.
49. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə mübahisəli evin tikililərinin planlı yerləşməsi, həmin evdə bir mətbəxin, bir dəhlizin, bir hamam və bir ayaqyolu tikililərinin olması, yaşayış otaqlarının sahəsinin tərəflərin paylarına uyğun olmaması nəzərə alınmaqla, onun təcrid mənzillər şəklində tərəflərin paylarına uyğun bölünməsinin texniki cəhətdən mümkün olmaması qeyd olunmuşdur.
50. Apellyasiya instansiyası məhkəməsinə tərəfindən təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert rəyində isə evin əlavə kommunal xidmət sahələri inşa edilməklə və arakəsmə divarı inşa edilməklə 2 hissəyə naturada bölünməsinin texniki cəhətdən mümkünlüyü nəticəsinə gəlinmişdir. 5
1. Lakin, bu zaman mübahisəli evin yerləşdiyi torpaq sahəsinin də tərəflərin ümumi paylı mülkiyyətlərində olması nəzərə alınmaqla, onun bölgüsünün mümkünlüyü ətrafında araşdırma aparılmamış, ekspert rəyində göstərilən əlavə tikililərin inşasının və söküntülərin aparılmasının binanın texniki bütövlüyünə və təhlükəsizliyinə hansı təsir göstərəcəyi əsaslandırılmamışdır.
52. Məhkəmə kollegiyasının qənaətinə görə, iddianın düzgün həlli üçün qeyd olunan məsələlər ətrafında əlavə araşdırma aparılmaqla yanaşı, vahid daşınmaz əmlakın (torpaqla onun üzərində yerləşən fərdi yaşayış binasının) tərəflərin paylarına mütənasib bölünməsi nəticəsində onun dəyərinin əhəmiyyətli dərəcədə azalıb-azalmayacağına da hüquqi qiymət verilməlidir. Belə ki, belə qiymətləndirmə həm Mülki Məcəllənin 221-ci maddəsindən irəli gələrək mülkiyyətçilərin, həm də ipoteka saxlayanın qanunla qorunan maraqlarının müdafiəsi üçün zəruridir.
53. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
54. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.
55. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
56. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
57. Şərh olunanlara əsasə n və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2(104)-205/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.