Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1260/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı oğlunun cavabdeh X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8155/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh və üçüncü şəxs X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh 1995-ci ildə nikaha daxil olmaları və 2020-ci ildə nikahlarının m əhkəmə qaydasında pozulması işin mübahisəsiz halıdır. Mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi Sevil Gəncəliyevaya məxsusdur, evin isə hüquqmüəyyənedici sənədləri yoxdur.
2. İddiaçı bildirir ki, evin yerləşdiyi torpaq sahəsi S.Gəncəliyevaya aid olsa da, ev onunla keçmiş həyat yoldaşının vəsaiti hesabına tikilib, evin planlaşdırılması onlar tərəfindən aparılıb, vəsait də onlar tərəfindən verilib. Torpağın S.Gəncəliyevanın adına alınması isə bəzi texniki prosedurlardan yayınmaq məqsədilə edilmişdir.
3. Cavabdeh bildirir ki, torpaq sahəsinin onun adına deyil, bacısının adına olması evin də bacısına aid olmasının birbaşa göstəricisidir, o, keçmiş həyat yoldaşı ilə mübahisəli evdə yaşasa da, evə hər hansı aidiyyəti olmamış, ev bacısının vəsaiti hesabına tikilmişdir. Onl ar evsiz olduqlarına görə bacısı humanistlik göstərərək onlara öz evində yaşamağa icazə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində inşa etdikləri yaşayış evinin ½ hissəsinə Cavabdeh, ½ hissəsinə isə iddiaçının payının müəyyən edilməsi, onun məcburi qaydada həmin evə köçürülməyini və həmin evdən istifadəyə yaradılan maneələrin Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, 02.09.1995-ci ildə Cavabdeh ilə nikaha daxil olmuşdur, həmin nikahdan 3 övladı var. Nikaha daxil olduğu dövrdə Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsində fərdi yaşayiş evi inşa etmişlər. 2002-ci il yayında bir otaq tikərək ora köçmüşlər. Həmin ildən evi hissə-hissə genişləndirərək, 2020-ci ilədək birgə təsərrüfat aparmışlar. Aralarında olan narazılığla bağlı 2020-ci il Sumqayıt şəhər məhkəməsində nikahları pozulmuşdur. 2020-ci il may ayından cavabdeh ona və uşaqlarına qeyd edilən evdə yaşamağa imkan verməmişdir. O, cavabdehin qeyri-qanuni hərəkətləri ucbatından kirayədə yaşamış və hər ay 300 (üç yüz) manat məbləğində kirayə haqqı ödəmək məcburiyyətindədir. Onun hüquqlarını pozmaqla yanaşı ona maddi ziyan da vurmuşdur. Buna görə də iddia ərizəsi təmin edilməlidir.
6. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda bildirmişdir ki, torpaq sahəsini bacısı alıb, mübahisəli evi də bacısı özü üçün tikdirmişdir, iddiaçının və onun özünün həmin evin tikintisində hər hansı əməyi olmayıb.
7. Üçüncü şəxs Sevinc Gəncəliyeva birinci instansiya məhkəməsindəki icraatda Cavabdeh ilə eyni məzmunda izahat vermişdir.
8. Bakı Suraxanı Rayon Məhkəməsinin (hakim T.Məmmədov) 31 may 2021-ci il tarixli, 2(010)1828/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
9. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 27, 157, 180-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı və cavabdehin birgə nikah dövründə mübahisəli evdə yaşamağa başlamaları, uzun müddət orada birgə yaşamaqları, orada müəyyən yaxşılaşdırma işləri aparmaları (təmir, yenidənqurma) mübahisəli evin məhz onlar tərəfindən, birgə qazanc hesabına və birgə yaşayış üçün tikildiyini göstərir. Digər tərəfdən, iddiaçının mübahisəli evin quruluşu, təmir müddətləri, təmirə istifadə edilən materiallar barədə müfəssəl məlumata malik olması, onun bu proseslərdə yaxından iştirak etməsini və bu işlərdə onun da istəyinin nəzərə alındığını göstərir. Evin, cavabdeh tərəfin bildirdiyi kimi S.Gəncəliyevanın vəsaiti hesabına tikildiyi və ona məxsus olduğunu göstərən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Evin yerləşdiyi torpaq sahəsinin S.Gəncəliyevaya məxsus olması faktına gəldikdə isə, məhkəmə qeyd edir ki, bu hal iddiaçının birgə nikah dövründə inşa edilmiş qanunsuz tikiliyə köçürülməsinə hüquqi əngəl yaratmır. Çünki, mübahisəli ev qanunsuz tikilidir və nə S.Gəncə liyevanın, nə də ki digər şəxsin ona hüquqmüəyyənedici sənədi yoxdur. Belə olan halda, məsələyə yuxarıda qeyd edilən hüquq normaları baxımından yanaşılmalıdır. İddiaçı həmin yaşayış sahəsində burada yaşayan digər şəxslərlə bərabər surətdə yaşamaq hüququ əldə etmişdir və belə olan halda mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) 27 oktyabr 2021-ci il tarixli, 2(103)-8155/21 nömrəli qətnaməsi ilə Cavabdeh və üçüncü şəxs X1 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 31 may 20 21-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
12. Sevil Gəncəliyeva kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, özbaşına fərdi yaşayış evlərinin inşa edilməsi ayrı-ayrı şəxslərin öz vəsaiti hesabına aparılır. Eyni zamanda son nəticədə bu tikililərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsində nəzərdə tutulmuş hallarda onu inşa etmiş şəxsin mülkiyyət hüququ tanına bilər. Ona görə də hazırki mübahisəyə qanunun analogiyası üzrə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə hüquqi qiymət verilməli olduğu halda apellyasiya instansiya məhkəməsi qeyd edilən normanı tətbiq etməmişdir. Bundan başqa həmin evin iddiaçı və onun əri tərəfindən deyil, başqa şəxslər tərəfindən tikildiyi müəyyən edildiyi halda da məhkəmə mübahisəyə yenə də analogiya üzrə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməklə iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verməlidir. Göründüyü kimi hazırkı mülki iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mübahisə predmeti olan evin kim tələfindən inşa edildiyinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb etsə də apellyasiya instansiyası məhkəməsi bu halla bağlı mühüm araşdırma aparmamış və həmin hala hüquqi qiymət verməmişdir. Ona görə də qeyd edilən hallardan görünür ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi normaların pozuntusu kimi çıxarılmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2000-ci ilin sentyabrın 1-dən qüvvədə olan Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə bu məsələləri başqa formada tənzimləyir. Həmin müddəalar mülkiyyətçinin hüquqlarını daha çox müdafiə edərək yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə istifadə hüququ arzulayan şəxs arasında notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərd ə tutur və eyni zamanda bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir. Lakin iddiaçı ilə evin sahibi arasında bu cür müqavilə bağlanmamışdır. Bundan əlavə məhkəmələr tərəfindən iddiaçının köçürülməsi qət edildiyi fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydiyyata alınmamasına, faktiki olaraq (de facto) bacısı üçüncü şəxs Sevil Gəncəliyevanın mülkiyyətində olmasına baxmayaraq əsassız qüvvədə olan qanunvericilik tətbiq edilməklə iddiaçının köçürülməsi barədə qərar qəbul edilmiş, evin üçüncü şəxs Sevil Gəncəliyeva məxsus olmasını nəzərə almamışdır. Məhkəmənin Mülki Məcəllənin 157, 180.3-cü maddələrinin tələblərinin pozulması iddiaçıya deyil, məhz üçüncü şəxs Sevil Gəncəliyeva tətbiq edilməlidir. Bununla da “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsi “Ədalətli Məhkəmə araşdırması hüququ” (1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir) pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
18. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı t ələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.
19. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhk əməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
26. Mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsi Sevil Gəncəliyevaya məxsusdur, evin isə hüquqmüəyyənedici sənədləri yoxdur. İddiaçı ilə Cavabdeh 1995-ci ildə nikaha daxil olmaları və 2020-ci ildə nikahlarının məhkəmə qaydasında poz ulması işin mübahisəsiz halıdır. Mübahisənin əsasını tikintisi tərəflərin birgə nikahda olduqları dövrə təsadüf edən evə iddiaçının köçürülməsi və hüquqların əldə edilməsi təşkil edir.
27. İddiaçı tərəf tələbini onunla əsaslandırır ki, evin yerləşdiyi torpaq sahəsi S.Gəncəliyevaya aid olsa da, ev onunla keçmiş həyat yoldaşının vəsaiti hesabına tikilib, evin planlaşdırılması onlar tərəfindən aparılıb, vəsait də onlar tərəfindən verilib. Torpağın S.Gəncəliyevanın adına alınması isə bəzi texniki prosedurlardan yayınmaq məqsədilə edilmişdir.
28. Cavabdehin iddiaya etirazı ondan ibarətdir ki, torpaq sahəsinin onun adına deyil, bacısının adına olması evin də bacısına aid olmamasının birbaşa göstəricisidir, o, keçmiş həyat yoldaşı ilə mübahisəli evdə yaşasa da, evə hər hansı aidiyyəti olmamış, ev bacısının vəsaiti hesabına tikilmişdir. Onlar evsiz olduqlarına görə bacısı humanistlik göstərərək onlara öz evində yaşamağa icazə vermişdir. Üçüncü şəxs S.Gəncəliyeva da iddiaya etiraz edərək eyni məzmunlu izahat vermişdir.
29. Birinci instansiya məhkəməsi iddianın təmin olunan hissəsində gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 27, 157, 180-ci maddələri və sair normalarla əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı və cavabdehin birgə nikah dövründə mübahisəli evdə yaşamağa başlamaları, uzun müddət orada birgə yaşamaqları, orada müəyyən yaxşılaşdırma işləri aparmaları (təmir, yenidənqurma) mübahisəli evin məhz onlar tərəfindən, birgə qazanc hesabına və birgə yaşayış üçün tikildiyini göstərir. Digər tərəfdən, iddiaçının mübahisəli evin quruluşu, t əmir müddətləri, təmirə istifadə edilən materiallar barədə müfəssəl məlumata malik olması, onun bu proseslərdə yaxından iştirak etməsini və bu işlərdə onun da istəyinin nəzərə alındığını göstərir. Evin, cavabdeh tərəfin bildirdiyi kimi S.Gəncəliyevanın vəsaiti hesabına tikildiyi və ona məxsus olduğunu göstərən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Evin yerləşdiyi torpaq sahəsinin S.Gəncəliyevaya məxsus olması faktına gəldikdə isə, məhkəmə qeyd edir ki, bu hal iddiaçının birgə nikah dövründə inşa edilmiş qanunsuz tikiliyə köçürülməsinə hüquqi əngəl yaratmır. Çünki, mübahisəli ev qanunsuz tikilidir və nə S.Gəncəliyevanın, nə də ki digər şəxsin ona hüquqmüəyyənedici sənədi yoxdur. Belə olan halda, məsələyə yuxarıda qeyd edilən hüquq normaları baxımından yanaşılmalıdır. İddiaçı həmin yaşayış sahəsində burada yaşayan digər şəxslərlə bərabər surətdə yaşamaq hüququ əldə etmişdir və belə olan halda mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur.
30. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən hər hansı pay və s. kimi hüquqlar əldə etməsi ilə nəticələnmir. Hazırkı işdə onun bu kimi tələbləri rədd olunmuş və o, qətnaməni həmin hissədə mübahisələndirməmişdir. Bu baxımdan evə köçürmə barədə qətnamə mahiyyətinə görə yalnız evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir.
31. Sübutları araşdırmaq v ə qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
32. Kollegiya bildirir ki, iddianın təmin olunan hissəsi sahibliyin müdafiəsi çərçivəsində əsaslı olmaqla, yuxarıda göstərilən maddi hüquq normalarına uyğundur (§ 17-19).
33. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
34. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8155/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov