Məhkəmə qərarları › İş №2(102)-1262/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1262/2020

10.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1262/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və X8 cavabdehlər X.X.X., X6 və B.B.B.na qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında xüsusi mülkiyyətlərinə verilmiş torpaq sahəsindən paylarının müəyyən edilməsi (qarşılıqlı iddia: iddiaçıların torpaq sahəsinə olan pay hüquqlarının əvəzləşmə əsasında imtina etmələri) tələbinə dair mülki iş üzrə Şəki Apellyas iya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2628/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsindən cаvаbdehlər X.X.X., X6 və B.B.B. tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tаrixli, 2(016)-249/2019 saylı qətnaməsi ilə (hakim E.Z.Hümbətov) ilkin iddia qismən təmin edilərək, Ağsu rayonunun Pirhəsənli kəndi ərazisində fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üçün ayrılmış 0.40 ha torpaq sahəsi üzərində X.X.X., X6, İddiaçı1, X15, X3 1/5 hissədə (0.08 ha), Ağsu rayonunun Pirhəsənli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 1.38 ha torpaq sahəsi üzərində X.X.X., X6, İddiaçı1, X15, X3 1/5 hissədə (0.276 ha) paylarının müəyyən edilməsi, qarşılıqlı iddianın və ilkin iddia nın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2628/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), İ.F.Quliyev və M.A.Əsədli), cаvаbdehlər X.X.X., X6 və B.B.B. tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Ağsu Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tаrixli, 2(016)-249/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: İddiaçı1 və X16 X4, X5 və X9 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında xüsusi mülkiyyətlərinə verilmiş torpaq sahəsindən paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışlar ki, X17 ilə nikahları Ağsu rayon Qeydiyyat Şöbə sində xx xxxxxx 1995-ci ildə bağlanmış və bu barədə nikahın bağlanması barədə akt kitabında 161 sayla qeydə alınmışdır. Ər-arvad münasibətlərində olmaqla birgə yaşadıqları müddətdə xx xxxxxxx 1996-ci ildə Rasif anadan olmuşdur. Ailə qurarkən əri X23 Federativ Respublikasının Xabarovsk şəhərində yaşamış və işləmişdir. Bu səbəbdən də toydan sonra onu da özü ilə Xabarovsk şəhərinə aparmışdır. Lakin xx xxxx 2017-ci ildə ərinin xəstəliyi ilə əlaqədar əri və oğlu əsgərlikdən qayıtdıqdan sonra birlikdə xx xxxxxxxx 2016cı ildə Ağsu rayonu, Pirhəsənli kəndinə qayıtmışlar. X26 xx xxx 2017-ci ildə Pirhəsənli kəndində vəfat etmişdir. Ərinin vəfatından sonra qaynanası Hüsnarə, qayınatası Nəsib və qaynı Bəhmən Hüseynovların ona və oğluna qarşı münasibətləri tamamilə dəyişmişdir. Onunla və oğlu ilə tez -tez mübahisələr yaratmağa başlamışlar. Səbəbi də bu idi ki, hələ Rusiyada yaşadıqları müddətdə əri qardaşına pul göndərmişdir ki, torpaq sahəsi alsın, ev tikdirsinlər, qaynı torpaq sahəsini öz adına almışdır. Lakin mərhum əri evin bütün tikinti materiallarını, usta, fəhlə pullarını ödəməklə həmin torpaq sahəsində ev tikdirmişdir. Hazırda oğlu ilə birlikdə həmin evdə yaşayırlar. Lakin onlara həmin evdə rahat yaşamağa imkan vermirlər. Ona və həyat yoldaşına Aqrar İslahat komissiyası həyətyanı torpaq sahələrinə dair şəhadətnamə hazırlayıb verən zaman onun, ərinin və oğlunun adı həmin şəhadətnamədə göstərilmişdir. Bu səbəbdən də cavabdehlərdən torpaq sahəsindən payına düşən hissənin ayrılıb verilməsini tələb edir. X4, X5 və X12 İddiaçı1 və X13 qarşı torpaq sahəsinə olan pay hüquqlarından əvəz ləşmə əsasında imtina etmələri barədə qarşılıqlı iddia tələbi üzrə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışlar ki, Nəsib və Hüsnarə Alhüseynovlar olmaqla birgə evliliklərindən 5 övladları: Malik, Eynulla, Bəhmən, Nəmidə və Gündüz anadan olmuşlar. Malik xx xxxxxx 1995-ci ildə həmkəndliləri İddiaçı1 ilə ailə qurmuş və onların Rasif adında bir uşaqları anadan olmuşdur, Malik 1990-cı illərin əvvəllərindən X2 şəhərində yaşamış və kənddə qeydiyyatdan çıxmışdır. Ailə qurandan sonra Billurəni də özü ilə birlikdə yaşadığı şəhərə aparmış, 2017-ci ilə kimi orada yaşamışlar. Həmin ildə Malik ağır xəstələndiyindən arvadı ilə birlikdə kəndə, onların yanına qayıtmışlar. Malik xx xxx 2017-ci ildə kənddə vəfat etmişdir. Bir neçə aydan sonra Rasif də kəndə qayıtmışdır. Digər oğulları Ey nulla da 1990-cı ilin əvvəllərindən başlayaraq uzun müddət Xabarovsk şəhərində yaşamış, o da ağır xəstələndiyindən 5-6 ildir ki, kəndlərinə qayıdaraq ayrı ev tikdirib orada yaşayır. Oğulları Bəhmən də 1990-cı illərdə ölkədə aparılan islahatlar dövründə təxminən 3 il Xabarovsk şəhərində yaşamış, bundan sonra qayıdıb evlərinə gələrək onlarla birlikdə hazıra kimi faktiki olaraq yaşayır. Bəhmən evlidir və 3 azyaşlı uşaqları vardır. X12 Ağsu rayon Pirhəsənli Bələdiyyəsinin xx xxxx 2006-cı il tarixli, 09 saylı protokoldan çıxarış əsasında fərdi mənzil tikintisi üçün 0.08 ha torpaq sahəsini satın almışdır. Eyni zamanda həmin torpaq sahəsinin qonşuluğunda həmin vaxtda qardaşı Gündüz Alhüseynov fərdi mənzil tikintisi üçün 0.08 ha torpaq sahəsi satın almışdır. Hər ikisi oradakı torpaq sahəsini çəpər ləmiş, müxtəlif ağaclar əkib becərərək yetişdirmişlər. Həmin torpaq sahəsində bir neçə otaqlı və şəraitli ev tikdirmişdir. Onun tikintisinə mərhum qardaşı Malik az miqdarda o vaxtkı milli valyuta ilə 1000 manat civarında pul göndərmişdir. Hansı ki, həmin həyət və evin hazırki dəyəri təxminən 30-35 min manat olar. Malik vəfat edəndən sonra onun qara mərmərdən olan qəbir daşını təxminən iki min manat xərc çəkib hazırlatmışlar. Billurə isə bunun üçün heç bir manatda xərc çəkməmişdir. Billurə uzun illərdir onlarla dava-dalaş yaradaraq tez-tez münaqişələr yaratmış, dəfələrlə onları polisə və məhkəməyə vermişdir. (Billurənin öz anası və qardaşı arasında da ev bölgüsünə görə uzun müddət məhkəmə çəkişməsi olmuşdur). Malikin ölümündən təxminən 2 ay sonra Billurə bütün əmlakını yığışdırıb həmin mənz il tikintisi üçün 0.08 ha torpaq sahəsində tikdiridiyi yaşayış evinə yığışaraq hazırda orada Rasiflə birgə yaşayır. Onlar hətta qardaşı Gündüzün də torpaq sahəsinə yaxınlaşmaqlarına imkan verməyərək oradakı 15-20 ədəd qoz və başqa ağacların birini də yığmağa qoymurlar. Həmin əraziyə yaxınlaşan kimi onları daşa basırlar. Rasif onu harada görsə hədələyir. Hətta bir ay əvvəl Rasif əmisi olan Bəhməni döyüb xəsarət yetirməklə xəstaxanalıq etmişdir. Bununla bağlı polisə şikayət etsələr də, ciddi tədbir görülməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cаvаbdehlər X.X.X., X6 və B.B.B. həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayət ində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin qismən ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Cаvаbdehlər X.X.X., X6 və B.B.B. və vəkili Kazımov Ziya Məhərrəm oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Cаvаbdehl ər X.X.X., X6 və B.B.B. məktubla müraciət edərək yaşlı olduqlarından və maddi imkansızlıqdan məhkəmə iclasında iştirak edə bilmədiklərini bildirmiş və məsələ ilə əlaqdar qanuni qərar qəbul edilməsini xahiş etmişlər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və X18 üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən cаvаbdehlər X.X.X., X6 və B.B.B.nun kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini n 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndir ilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Ağsu rayonunun, Pirhəsənli kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN-384 seriyalı, 40915018 Kod saylı Dövlət aktı əsasında kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 1.38 ha torpaq sahəsi və JN-269A seriyalı, 40915018 Kod olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsi üçün verilmiş 0.40 ha torpaq sahəsi X4, X5, X14, X10 və X1 ümumi mülkiyyətindədir. Həmçinin müəyyən edilmişdir ki, torpağa mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməmişdir və payların müəyyən edilməsi üçün birgə mülkiyyət iştirakçılarının razılaşması əldə edilmədiyindən məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxsləri n paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. -213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. -213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. -214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. -215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. -220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. -220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. -220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. -223.2-ci maddəsinə görə, birgə mül kiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. -223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın natur ada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçılar JN-269 A, kod 40915010 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0.40 ha həyətyanı torpaq sahəsindən və onun üzərində tikdirib hazırda yaşadıqalrı evdən İddiaçı1 və X11 hər hansı pay hüquqlarından birdəfəlik imtina etmələrini istəsələr də, İddiaçı1 tələbini müdafiə edərək torpaq sahələrinə dair pay hüquqlarının müəyyən edilməsini tələb edir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallar ının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cаvаbdehl ər X.X.X., X6 və B.B.B. tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2628/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar