Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1263/2021 08.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1, İddiaçı9, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş ümumi məhkəmədə baxılmalı olmadığı üçün(aidiyyət qaydaları pozulduğuna görə) iş üzrə icraata xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2, vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13722/2019 n ömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı9 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh xx xxxx 2011-ci il tarixli məktubuna əsasən N küçəsi, x ünvanda yerləşən “X” emalatxanasının əmlakının tərkibinə daxil olan əsas vəsaitlərin siyahısına 1) bina və qurğu (1965-ci il tarixdə tikilmiş), 2) iş talvarı (1965-ci il tarixdə tikilmiş) 3) mağaza (1994- cü il tarixdə tikilmiş) 4) tokar dəzgahı -1985-ci il, 5) yazı makinası-1992-ci il, 6) sıxma qayçı- 1985-ci il 7) sıxma qayçı- 1985-ci il 8) qiaotin qayçısı -1985-ci il, 9) qalvanik vanna1985-ci il, 10) itiləyən dəzgah-1985-ci il, 11) avtopoqruzşik-4045-1985-ci il, 12) dairəvi mişar dəzgahı-1988-ci il 13) fuqan dəzgahı-1988-ci il 14) frezer dəzgahı-1988-ci il, 15) dairəvi mişar dəzgahı-1988-ci il, 16) patket hamarlayan dəzgah-1988-ci il 17) frezer dəzgahı- 1988-ci il 18) qaynaq aparatı 1988-ci il 19) frezer dəzgahı 1988-ci il 20) tunc dəzgah- 1988-ci il 21) müdiriyyət stolu-1988-ci il 22) qaldırıcı tal-1988-ci il 23) Qaldırıcı tal-1985-ci il 21) qaynaq aparatı-1985-ci il 24) qaynaq aparatı-1985-ci il 25) qaynaq aparatı-1985-ci il 26) qaynaq aparatı-1985-ci il 27) qaynaq aparatı -1985-ci il 28) qaynaq aparatı-1985-ci il 29) qaynaq aparatı-1985-ci il 30) metal darvaza-1985-ci il 31) itiləyən mişar-1985-ci il 32) qaşıyan dəzgah-1985-ci il ibarət olmuşdur. 2. 23.01.1198-ci ildə “X” emalatxanası özəlləşdirməyə çıxarılmışdır. Özəlləşdirilməyə çıxarılan vaxt qeyd edilən əmla kların ümumi dəyəri 50 milyon 244 min manat müəyyənləşdirilmişdir. Emalatxananın əmək kollektivi isə İddiaçı1, İddiaçı6, İddiaçı7, X6 və İddiaçı2 olmuşlar. 3. xx xxxxxx 1998-ci il tarixli auksion protokoluna əsasən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən keçirilmiş auksionda emalatxana tam dəyəri 50 milyon 244 min manat olmaqla satışa çıxarılmışdır. Emalatxananın əmək kollektivi əmlakın dəyərinin 15 faizni təşkil edən hissəsini, yəni 7 milyon 536 min 600 manatını özəlləşdirmə çekləri ilə, qalan hissəsini isə 895 min manat nəqd pulla tam ödəməklə 42 milyon 708 manata almışlar.
4. Alqı-satqı müqaviləsi əsasında xx.xx.2005-ci ildə İddiaçı1, İddiaçı6, İddiaçı7, X4 və İddiaçı2 mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. 5. xx xxxxxx 2005-ci il tarixli alqı-satqı müqaviləsi nə əsasən İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və X N küçəsi, 5 ünvanda yerləşən X emalatxanasındakı paylarını İddiaçı1 və İddiaçı9 satmışlar. 6. 11.10.2005-ci il tarixli Mülkiyyət hüququ haqqında Şəhadətnamənin surətinə əsasən İddiaçı1 və X1 N küçəsi, 5 ünvanda yerləşən X emalatxanası”nın mülkiyyətçisidirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı1, İddiaçı9, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası X8 Komitəsinə qarşı daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası “X” DŞ “O” icarə təmir tikinti idarəsinin Bakı şəhər T İdar əsinin ünvan x ünvanda yerləşən X emalatxanasının əmək kollektivinin xarrat, dülgər və qaynaqçı işləyən əmək kollektivinin üzvləri olmuşlar. 1996-1997-cı illərdə emalatxana özəlləşdirmə üçün təqdim edilərkən əmək kollektivi olaraq emalatxananı özəlləşdirmək qərarına gəlmiş və bu barədə yuxarı təşkilat olan T İdarəsinə müraciət etmişlər. Müraciətləri müsbət qəbul olunduğu üçün yuxarı təşkilatın məktubu əsasında emalatxananın əmlakı inventarizasiya edilərək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi yanında “A” İstehsalat Birliyi tərəfindən xx xxxxxxxx 1996-cı ildə ümumi torpaq sahəsi 4963,8 kvadrat metr, tikili altı torpaq sahəsi 2144,9 kvadrat metr olan emalatxananın texniki pasportu tərtib edilmiş və xx xxxxxxx 1996-cı ildə həmin texniki pasport yoxlanılaraq təsdiq edilmişdir. Daha sonra 1997-ci ilin 01 aprel tarixində emalatxananın əmlakının qiymətləndirilməsi üçün yaradılmış komissiya tərəfindən emalatxananın əmlakı yuxarı təşkilat olan T İdarəsi tərəfindən qiymətləndirildi və bu barədə xx xxxxx 1997-ci ildə “Bina və qurğuların dəyərinin xx xxxxx 1997-ci il vəziyyətinə qiymətləndirilməsinə dair “ Akt tərtib edildi. Həmin akta əsasən emalatxananın binalarının və qurğunun xx xxxxx 1997-ci il vəziyyətinə dəyəri 33 milyon 285 min manat qiymətləndirildi. Həmin akta əsasən 1965-ci ildə inşa edilmiş 2 binanın və 1033 kvadrat metrdən ibarət olan metal konstruksiadan yığılmış qurğunun, qalıq dəyəri 31 milyon 918 min manat, 1965-ci ildə quraşdırılmış iş talvarının qalıq dəyəri 339,6 min manat və 1994cü ildə tikilmiş mağazanın qalıq dəyər i 1 milyon 028 manat olaraq müəyyənləşdirildi. ünvan 1 ünvanda yerləşən X emalatxanasının əmlakının tərkibinə daxil olan əsas vəsaitlərin Siyahısı 1) bina və qurğu (1965-ci il tarixdə tikilmiş və dəyəri 31.918 manat)texniki pasportda D literli tikili olan dülgər sexi, A literli qaraj, gözətçi otağı və sairdən ibarət olan yardımçı tikilini və “V” literli metal konsruksiyalı qurğu, 2) iş talvarı (1965-ci il tarixdə tikilmiş və dəyəri 339.600 manat) texniki pasportda “Q” literli açıq talvar 3) mağaza (1994-cü il tarixdə tikilmiş və dəyəri 1.000,028 manat) texniki pasportda “B” literli tikili, avadanlıqlar: 1) tokar dəzgahı -1985-ci il, 2) yazı makinası-1992-ci il, 3) sıxma qayçı1985ci il 4) sıxma qayçı- 1985-ci il 5) qiaotin qayçısı -1985-ci il, 6) qalvanik vanna-1985- ci il, 7) itiləyən dəz gah-1985-ci il, 8) avtopoqruzşik-4045-1985-ci il, 9) dairəvi mişar dəzgahı-1988ci il 10) fuqan dəzgahı-1988-ci il 11) frezer dəzgahı-1988-ci il, 12) dairəvi mişar dəzgahı1988-ci il, 13) parket hamarlayan dəzgah-1988-ci il, 14) frezer dəzgahı1988-ci il, 15) qaynaq aparatı 1988-ci il, 16) frezer dəzgahı 1988-ci il, 17) tunc dəzgah1988-ci il, 18) müdiriyyət stolu-1988-ci il, 19) qaldırıcı tal-1988-ci il, 20) Qaldırıcı tal-1985- ci il, 21) qaynaq aparatı-1985-ci il, 22) qaynaq aparatı-1985-ci il, 23) qaynaq aparatı-1985- ci il, 24) qaynaq aparatı-1985-ci il, 25) qaynaq aparatı -1985-ci il, 26) qaynaq aparatı1985-ci il, 27) qaynaq aparatı-1985-ci il, 28) metal darvaza-1985-ci il, 29) itiləyən mişar1985-ci il, 30) qaşıyan dəzgah-1985-ci il, əmlak siyahısına daxil olmayan mallar: stol, stul4 ədəd, soyuducu qalıq dəyəri də həmin vəsaitlərin dəyərinin məcmusundan ibarət olmuşdur. Daha sonra emalatxananın özəllədirilməsi üçün qanuni hərəkətlərin yerinə yetirilməsi ilə bağlı sənədlər Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə göndərildi. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən emalatxananın özəllədirmə üçün start qiyməti 50 milyon 244 min manat müəyyən edildi. Həmin məbləğin 15 faizini təşkil edən məbləğ, yəni 7 milyon 536 min 600 manat özəlləşdirmə çekləri və 895 min manat nəqd pulla tam ödənildi. Daha sonra xx xxxxxx 1998-ci il tarixdə saat 15:00-da Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən keçirilmiş auksionda emalatxana tam dəyəri 50 milyon 244 min manat olmaqla satışa çıxarıldı və onlar emalatxananın əmək kollektivi olaraq emalatxananın dəyəri nin 15 faizni təşkil edən, yəni 7 milyon 536 min 600 manat özəlləşdirmə çekləri və 895 min manat nəqd pulla tam ödədikləri üçün 42 milyon 708 manata almışlar. Bu barədə xx xxxxxx 1998-ci il tarixdə müvafiq auksion protokolu tərtib edildi. Daha sonra əmək kollektivi ilə cavabdeh arasında xx xxxxxx 1998-ci ildə müəssisənin alqı-satqı müqaviləsi və girov müqaviləsi bağlanılaraq müəssisə əmək kollektivinin mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi ilə əmək kollektivi arasında bağlanılmış müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildikdən sonra cavabdeh tərəfindən müəssisəyə mülkiyyət hüququnun təsdiq edən xx xxxx 2005-ci ildə 003301 №-li şəhadətnamə verilmişdir. Daha sonra xx xxxxxx 2005-ci ildə AN-İ ******* №-li reyestr 4Ə/1-66 reyestrli alqı-satqı müqavilə si ilə əmək kollektivinin üzvləri onların adına rəsmiləşdirilmiş paylarını İddiaçı1 və İddiaçı9 40 000 000 manata satdıqlarından müəssisə bu iki şəxsin mülkiyyətinə çevrilmişdir. X7 Komıtəsi İddiaçı1 və İddiaçı9 2005-ci il tarixli 006134 №-li “Mülkiyyət hüququ haqqında Şəhadətnamə verilmişdir. Lakin hər iki sənəddə, nə əmək kollektivinin mülkiyyət hüququnun təsdiq edən xx xxxx 2005-ci ildə 003301 №-li şəhadətnamədə, nə də ki, İddiaçı1 və İddiaçı9 11.0.2005-ci il tarixli 006134 №-li “Mülkiyyət hüququ haqqında Şəhadətnamədə cavabdeh Azərbaycan Respublikası Dövət Əmlak Komitəsi tərəfindən keçirilmiş auksionda emalatxananın tam dəyəri 50 milyon 244 min manat olmaqla əldə etdikləri əmlak bütünlüklə əks olunmamışdır. Buna görə də sonradan bu məsələyə aydınlıq gətirmək üçün cavabdehə müraciət etd ikdə cavabdeh xx xxxx 2011-ci il tarixli məktubla bildirmişdir ki, emalatxananın əmlakının tərkibinə daxil olan və auksionda əmək kollektivinə satılmış əmlak yuxarıda siyahıda göstərilən əmlakdır, yəni 1965-ci ildə tikilmiş bina və qurğu, 1965 tilkilmiş iş talvarı, 1994cü ildə tikilmiş mağazadan və avadanlıqlardan ibarətdir. Hər bir halda sübut etməyə ehtiyac yoxdur ki, müəssisəni alan şəxs onun avadanlıqlarını alıb, avadanlıqların yerlışdiyi binadan, qurğudan imtina etməyəcəyindən iddiaçılar da imtina etməmişlər. Sadəcə özəlləşmə vaxtı tam dəyərini alıb ödədikləri əmlak kiminsə səhvi ucbatından düzgün rəsmiləşdirilməmişdir. Emalatxananın yerləşdiyi 4963,8 kvadrat metr torpaq sahəsinin vergisini də ödəmişlər. Hal-hazırda bu səhvi düzəltmək və ədaləti bərpa etmək üçün məhkəməyə müraciət etm işlər. Belə ki, Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi onların mülkiyyətinə dəyəri ödənilmiş bütün əmlakı yox, həmin dövrdə özəllədirməni aparmış Sabunçu rayon şöbəsinin kobud səhvi nəticəsində yalnız “V” literli qurğunun 1033 kvm olan sahəsinin bir hissəsini təşkil edən 945,2 kvm sahəni vermişdir və sənədləşməni də həmin sahəyə dair aparmışdır. Bunun nəticəsində onların auksion vastəsilə alqı-satqı yolu ilə əldə etdikləri və dəyərini tam ödədikləri əmlakdan qanunsuz olaraq məhrum edilmişlər. Cavabdeh bunu onunla əsaslandırır ki, onlara auksion vasitəsilə emalatxananın bütün əmlakı yox, yalnız ümumi sahəsi 945,2 kvm olan metal konstruksiyalı qurğu satılmışdır. Bu isə həqiqətə uyğun deyildir və özəlləşdirmə sənədləri, qiymətləndirmə aktı, ödəmə sənədləri və sair sübutlarla təkzib edilir. Çünki sahəsi 945,2 kvm olan bina və qurğu ümumiyyətlə mövcud deyildir. Belə ki, emalatxana yalnız ümumi sahəsi 1033 kvm olan metal konstruksiyalı qurğunun bir hissəsini təşkil edən 945,2 kvadrat metr olan sahədən ibarət deyil və özəlləşdirməyə çıxardan əmlakının siyahısında bütün əmlak göstərilmişdir. Cavabdeh isə həmin əmlaka onların qanuni hüquqlarını tanımır və buna görə də əmlaka olan mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində müvafıq qeydiyyata aldıra bilmirlər. Belə ki, texniki pasportda “V” tikilisinin sxemi ayrıca verilib və qurğunun faktiki ölçüləri saxtalaşdırılaraq azaldılıb, əsas səhifədə qurğunun içində heç nə göstərilmədiyi halda əlavədə göstərilib. Sahəsi 1033 kvm metr olan “V” tikilisi metal konstruksiyadan quraşdırılmış qurğudur və bütün sahəni əhatə e dir, texniki pasportda “V” qurğusunun ümumi sahəsi saxtalaşdırılaraq mövcud ölçüdən 58.4 kv.m az göstərilmişdir və qurğunun daxilində olan paltar dəyişdirmək üçün, yemək üçün təcrid olunmuş yüngül konstruksiyalı arakəsmələr ayrıca bina kimi göstərilərək, auksionda əldə etdikləri “D” binasının əvəzinə təqdim edilmişdir. Beləliklə cavabdehin qanusuz hərəkətləri nəticəsində qanuni əsaslarla və qaydada əldə etdikləri mülkiyyətdən məhrum edilmiş və ona görə də məhkəmə qaydasında həmin əmlaklara mülkiyyət hüquqları tanınmalıdır. Qeyd edilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən xx xxxxxx 1998-ci il tarixdə saat 15-00 da keçirilmiş auksionda tam dəyəri 50 milyon 244 min manat olmaqla satışa çıxarılaraq iddiaçılara satılmış ünvan 1 ünvanda yerləşən Xarratlı q emalatxanasının əmlakının siyahısına daxil edilmiş bütün əmlaka, yəni 1965-ci ildə tikilmiş texniki pasportda D literli tikili kimi göstərilmiş, ümumi sahəsi 218,9 kvm olan tikiliyə, 1965-ci ildə tikilmiş texniki pasportda “D” literli tikili kimi göstərilmiş qaraj, gözətçi otağından, dəhlizdən ibarət ümumi sahəsi 218,9 kvm olan yardımçı tikiliyə, 1965-ci ildə quraşdırılmış texniki pasportda “V” literli tikili kimi göstərilmiş ümumi sahəsi 1033,6 kvm olan metal konsruksiyalı qurğunun mülkiyyəttinə verilməmiş 58.4 kvadrat metrdən ibarət sahəsinə, 1965-ci ildə quraşdırılmış texniki pasportda “Q” literli iş talvarı kimi göstərilmiş ümumi sahəsi 457,5 kvm olan talvara, 1994-ci ildə tikilmiş texniki pasportda “B” literli tikili olaraq maqazin və hazır məhsullar anbarı kimi göstərilmiş, ümumi s ahəsi 147,5 kvm olan tikiliyə iddiaçılar İddiaçı1, İddiaçı9, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 ümumi paylı mülkiyyət hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsi xahiş etmişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2019-ci il tarixli, 2(008)-2243/2019 saylı qətnaməsi ilə (hakim İ.Burcayev) iddia təmin edilərək, ünvan 1 ünvanda yerləşən X emalatxanasının əmlakının siyahısına daxil edilmiş bütün əmlaka, yəni - 1965-ci ildə tikilmiş texniki pasportda “D” literli tikili kimi göstərilmiş, ümumi sahəsi 218,9 kvm olan tikiliyə, 1965-ci ildə tikilmiş texniki pasportda “D” literli tikili kimi göstərilmiş qaraj, gözətçi otağından, dəhlizdən ibarət ümumi sahəsi 218,9 kvm olan yardımçı tikiliyə, 196 5- ci ildə quraşdırılmış texniki pasportda V literli tikili kimi göstərilmiş ümumi sahəsi 1033,6 kvm olan metal konsruksiyalı qurğunun mülkiyyəttinə verilməmiş 58.4 kbadrat metrdən ibarət sahəsinə, 1965-ci ildə quraşdırılmış texniki pasportda “Q” literli iş talvarı kimi göstərilmiş ümumi sahəsi 457,5 kvm olan talvara, 1994-ci ildə tikilmiş texniki pasportda “B” literli tikili olaraq maqazin və hazır məhsullar anbarı kimi göstərilmiş, ümumi sahəsi 147,5 kvm olan tikiliyə iddiaçılar İddiaçı1, İddiaçı9, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 ümumi paylı mülkiyyət hüquqlarının tanınması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçılar tərəfindən mübahisəli əmlaklar hərrac vasitəsilə aldıqlarından, bu halın mövcudluğunu Azərbaycan Respublikası X8 Komitəsinin sədr müavini Rİddiaçı9 ünvanlalığı xx xxxx 2011-ci il tarixli məktubu ilə təsdiq olunduğundan həmin əmlaklar üzərində iddiaçıların mülkiyyət hüquqları tanınmalıdır.
11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 139 və 149-cu, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən cavabdeh və marağına toxunan şəxs olan Ə apellyasiya şikayəti vermişlər.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-13722/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev) cavabdeh o lan Cavabdeh və iş üzrə tərəf olmadığı üçün mülki işin baxılmasına cəlb edilməmiş, lakin qəbul edilmiş qətnamənin onun hüquq və vəzifələrinə toxunduğunu bildirən Ə apellyasiya şikayətləri təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçılar İddiaçı1, İddiaçı9, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdehnə qarşı “daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması tələbi barədə” iddiası təmin edilməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçılar tərəfindən iddia qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülməklə verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkə mə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı9 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı tərəf hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlilləri ilə razılaşmadıqlarını bildirərk, apelyasiya instansiyası məhkəməsin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə
19. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
20. Azərbaycan Respublikası MPM-nin 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilə r.
21. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.
22. Azərbaycan Respublikası MPM-nin 418.4.9-cu maddəsinə əsasən işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir:
23. Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. İnzibati Prosessual Məcəllə 24 İnzibati orqanın üzə rinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. (maddə 2.2.2) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.
26. Belə ki, iş materiallarından görünür ki, iddiaçının verdiyi iddia ərizəsi inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasından ibarətdir. 27 İnzibati Prosessual Məcəlləyə əsasən bu kateqoriyadan olan işlərə inzibati məhkəmə icraatı qaydasında bax ılması müəyyən edilmişdir. (24) 28 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1 -ci maddələrinin şərh edilməsinə dair xx xxx 2014-cü il tarixli qərarında da göstərildiyi kimi Azərbaycan Respublikası X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. 29 Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. 30 Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadət naməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. 31 Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə mü raciət edilə bilər. 32 Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. 33 Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın pu blik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. 34 Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” 35 Göründüyü kimi hazırkı işə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmədə inzibati məhkəmə icraatı qaydaslnda baxılmalıdır. 36 Qanunvericiliyə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.(20) 37 Şərh edilənləri və Azərb aycan Respublikası MPM-nin 261.0.1. və 418.4.9-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı9 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13722 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı9, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdehnə qarşı “daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işin icraatına xitam verilsin Qərar qəbul edildiyi andan qüvvəyə minir.