Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1264/2019 07.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun, iddiaçının vəkili Kərimov Anar Əbdüləli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1190/2018 saylı 11 iyul 2018-ci il tarixli qətnaməsindən cavabdeh x3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli qətnam əsi ilə (hakim R.N.Quliyev, iş № 2(005)-2517/2017) iddiaçı x1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər x2 Məhdud Məsuliyyətli Cəmiyyətə, xx-nə və x3 -na qarşı əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv olunması və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), V.Baxışova və V.Həsənov, iş № 2(103)-1190/2018) iddiaçının apellyasiya şikayəti təmin olunmuş, hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 07.09.2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia təmin olunaraq x2x2MMC tərəfindən verilmiş 05.10.2016-cı il tarixli, 500 nömrəli qiymətləndirmə hesabatı ləğv edilmiş, x3na məxsus olan, Qusar rayonu, Cağar Qışlaq kəndində y erləşən 1,0 ha torpaq sahəsinin bazar dəyəri 85.000 (səksən beş min) manat müəyyən edilmişdir. Göstərilən qətnamədən cavabdeh x3 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı x1 ASC cavabdehlər x2 MMC-yə, xxnə və x3na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1339/2011 saylı 29.06.2011-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar xx-nin sifarişi əsasında x2x2MMC tərəfindən tərtib olunmuş 05.10.2016-cı il tarixli 500 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv olunması və x3na məxsus olan, Qusar rayonu, Cağar Qışlaq kəndində yerləşən 1,0 ha torpaq sahəsinə dair yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, başqa mülki iş üzrə Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş qətnaməyə görə cavabdeh Nicat Paşayevdən iddiaçı x1 ASC-nin xeyrinə 110.500 ABŞ dollar məbləğində pul tutulmalıdır. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İcra zamanı məcburi icra tədbiri kimi sözügedən torpaq sahəsinə tələb yönəldilməsinə əsas yaranmışdır. Ona görə də xxnin icra məmurunun sifarişi əsasında x2x2MMC əmlakı qiymətləndirmiş, 05.10.2016-cı il tarixli, 500 nömrəli qiymətləndirmə hesabatı ilə torpaq sahəsinin qiyməti 170.000 manat müəyyən edilmişdir. İddia tələbinə görə torpaq sahəsinin qiyməti düzgün müəyyən edilməmişdir, torpağın real dəyərindən artıqdır və reallığı əks etdirmir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlillə ri: Cavabdeh x3 və vəkili Tağıyev Azər Məmmədtağı oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Kassasiya şikayətinə görə torpaq sahəsinin qiyməti barədə müxtəlif qiymətləndiricilər tərəfindən verilən müxtəlif qiymətlər arasında kəskin ziddiyyətlər yaranmışdır. Ona görə də həmin əmlak barədə yenidən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmalıdır. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçının vəkili Kərimov Anar Əbdüləli oğlu kassasiya şi kayətinin dəlillərinə etiraz etməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1190/2018 saylı 11 iyul 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kassatorun vəkili Tağıyev Azər Məmmədtağı oğlu məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirsə də bu barədə teleqrama hər hansı sübut əlavə etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azər baycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilini dinləyib, işin materiallarını tədqiq edib, kassasiya şikayətinin dəlillərini yoxlamaqla aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassa siya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halların araşdırılması kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, başqa mülki iş üzrə Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş qətnaməyə görə cavabdeh Nicat Paşayevdən iddiaçı x1 ASC-nin xeyrinə 110.500 ABŞ dollar məbləğində pul tutulmalıdır. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İcra zamanı məcburi icra tədbiri kimi sözügedən torpaq sahəsinə tələb yönəldilməsinə əsas yaranmışdır. Ona görə də xx-nin icra məmurunun sifarişi əsasında x2x2MMC əmlakı qiymətləndirmiş, 05.10.2016-cı il tarixli, 500 nömrəli qiymətləndirmə hesabatı ilə torpaq sahəsinin qiyməti 170.000 manat müəyyən edilmişdir. İddiaçı həmin qiymətləndirmə hesabatını ona görə mübahisələndirir ki, qiymət düzgün müəyyən edilməmişdir. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıld ığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və ya digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, 05.10.2016-cı il tarixli, 500 nömrəli qiymətləndirmə hesabatı ilə müəyyən edilmiş qiymət torpaq sahəsinin dəyərindən əhəmiyyətli dərəcədə yüksək müəyyən olunubdur. Apellyasiya instansiyası məhkəm əsi düzgün vurğulamışdır ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə qərardadı əsasında qiymətləndirmə təyin olunmuşdur. x2 MMC tərəfindən verilmiş 03.08.2017-cı il tarixli qiymətləndirmə hesabatlarına görə torpaq sahəsinin qiyməti isə 170.000 manat təşkil edir. Göründüyü kimi, 2 qiymətləndirmə hesabatı mövcuddur: x2x2MMC tərəfindən verilən hesabat və X2 MMC tərəfindən verilən hesabat. Hər 2 hesabatda eyni qiymət göstərilib: 170.000 manat. Hər 2 qiymətləndiricinin eyni ünvanda (x2) yerləşməsi qiymətləndirmə hesabatlarının obyektivliyinə şübhə yaratmışdır. Ona görə apellyasiya icraat zamanı məhkəmənin qərardadı əsasında yenidən qiymətləndirmə təyin olunmuş, qiymətləndirmənin aparılması Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin İdarənin mühəndis-qiymətləndiricisi tərəfindən verilmiş 24.05.2018-ci il tarixli, 001-05/18 nömrəli rəyə görə torpaq sahəsinin bazar dəyəri 2016-cı ilin sentyabr ayına (mübahisələndirilən hesabatın verildiyi ərəfədə) 70.000 manat, 19.03.2018-ci il tarixinə (apellyasiya icraatı keçirilən ərəfədə) 85.000 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi sonuncu rəyi əsas götürüb qeyd etmişdir ki, mübahisələndirilən hesabatda göstərilən 170.000 manat reallığı əks etdirmir, torpaq sahəsinin bazar dəyəri 85.000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hesabatı ləğv edib, torpaq sahəsinin bazar dəyərini 85.000 manat müəyyən edərək düzgün nəticəyə gəlmişdir. İş üzrə mübahis əli torpaq sahəsinin yenidən qiymətləndirilməsi barədə kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas hesab oluna bilməz. Kassator sonuncu rəyin sübut kimi qəbul edilməsini aradan qaldıran hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh x3nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1190/2018 saylı 11 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1264/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1264/2019
07.03.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver