Məhkəmə qərarları › İş №2(102)-1267/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1267/2019

14.02.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1267/2019 14.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının QƏRARİ 14 fevral 2019-cuil İş№ 2(102)-1267/2019 Bakışəhəri AzərbaycanRespublikasıAliMəhkəməsininMülkiKollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun, iddiaçının, onun vəkili iştirakları ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)6394/2018 saylı31 iyul 2018-ciiltarixliqətnaməsindənverdiyikassasiyaşikayətiüzrəişəbaxaraq MÜƏY YƏN ETDİ: Bakı şəhəri Nİzami Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli qətnaməs i ilə (hakim E.A.Nuriyev, iş № 2(007)-5468/2017) iddia təmin olunmuş, «Mercedes Benz C 220 CDİ minik» markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq İddiaçı qaytarılması və ya həmin avtomobilin hazırki bazar qiyməti ilə dəyəri- 10000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim R.Ə.Eyvazov, hakimlər S.F.Hacıyev və F.Ş.Talışinski, iş № 2(103)6394/2018) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli, 2(007)-5468/2017 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı avtomobilin qaytarılması və ya onun dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Göstərilən qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan «Mercedes Benz C 220 CDİ minik» markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq ona qaytarılması və ya həmin avtomobilin hazırki bazar qiyməti ilə dəyərinin, yəni 10000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 26 yanvar 2017-ci il tarixdə 52 saylı notariat kontorunda rəsmiləşdirilmiş etibarnamə üzrə mülkiyyət hüququ ilə ona məxsus olan «Mercedes B enz C 220 CDİ minik» markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobili bir il müddətinə, hər ay 350 manat ödəmək şərti ilə Cavabdeh istifadəsinə vermişdir. Lakin, cavabdeh hazıradək razılaşmaya məhəl qoymadan, ona hər hansı bir məbləğdə pul vəsaiti ödəməməklə yanaşı, mülkiyyətində olan avtomobili qaytarmamışdır. O, həmin avtomobili 11 oktyabr 2016-cı il tarixdə 8200 manata almışdır ki, hazırda bu tip dizel mühərrikli avtomobillərin bazar qiyməti 10000-10500 manat civarındadır. Ötən müddət ərzində mülkiyyətində olan avtomobilin ona geri qaytarılması ilə bağlı cavabdehə edilmiş çoxsaylı müraciətləri üzrə, bu vaxta qədər hər hansı bir müsbət nəticə əldə edilmədiyindən, tərəfindən 15 mart 2017-ci il tarixdə cavabdehə verilmiş etibarnamə ləğv edilmişdir. Mübahisə məhkəmə instansiyaları tə rəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6394/2018 saylı 31 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, iş üzrə əhəmiyyətli hallara qiymət verilməmiş, işin halları obyektiv araşdırılmamışdır. Kassaiya şikayətinə görə, tələb edilən məbləğ məhz cavabdehdən tutulmalıdır, iddiaçı məhkum edilmiş Elçin Əliyevi tanımır, onunla hər hansı razılaşması olmamışdır. İşin f aktiki halları ilə tam sübut olunmuşdur ki, razılaşma cavabdehlə olduğundan iddiaçıya 10000 manat zərər məhz cavabdeh tərəfindən vurulmuşdur, burada vindikasiya tipli iddiadan söhbət gedə bilməz, çünki öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etmə barədə iddia yoxdur. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən İddiaçı və onun vəkili Vəkil ayrıayrılıqda kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6394/2018 saylı 31 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdi r. Məhkəmə kollegiyası MPMnin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materialların da olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş və bununla əlaqədar qəbul olunmuş qətnamə qanunsuz olmaqla aşağıdakı əsaslara görə ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən iddiaçı və cavabdeh qanun və məhkəmə qarşısında bərabərdirlər, məhkəmə tərəfindən isə onlar arasında yaranmış mübahisəyə çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipinə uyğun olaraq baxılmalıdır. Tərəfləri n məhkəmə prosesində bərabərliyi onların tələb və etirazlarının əsaslandırılması üçün gətirdiyi dəlillərə qərəzsiz qiymət verilməsindən ibarətdir. Sübutlara verilmiş qiymətin nəticəsi məhkəmə tərəfindən qəbul olunmuş qətnamənin əsaslandırıcı hissəsində göstərilir. Məhkəmə qətnamənin həmin hissəsində hər hansı qənaətə gələrkən əsaslandığı sübutları və hər hansı bir sübutun rədd edilməsinin əsaslarını göstərməlidir (MPM-nin 220.4-cü maddəsi). Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin İİİ hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə l azımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə mövqeyi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad edib qeyd etmişdir ki, vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Qeyd edilən şərtlər məcmu halda mövcud olmalıdır. İddiaçı tərəf isə qeyd edilən halların mövcudluğunu əsaslandıra və sübut edə bilməmiş, məhkəmə araşdırması zamanı belə hallar müəyyən olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, avtomobilin hazırda cavabdehdə olmaması mübahisəsizdir. Belə olan halda isə, iddiaçının vindikasiya (əmlakın qanunsuz sahibdən alınması) barədə tələbi təmin oluna bilməz. Çünki, qeyd edildiyi kimi vindikasiya iddiası qanuni sahibin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Bunun la yanaşı, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia- avtomobilin dəyərinin cavabdehdən tutulması hissəsində də əsaslı deyildir. Belə ki, iş materiallarında olan və qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli hökmü ilə iddiaçı məhz X2 cinayət xarakterli əməli nəticəsində zərər çəkmiş şəxs qismində tanınmış, sonuncu tərəfindən ona 8200 manat məbləğində xeyli miqdarda ziyan vurulması sübut olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəni yuxarıda göstərilən qaydada həll edən apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaətini yalnız iş materiallarında olan rəsmi sənədlərə əsasən formalaşdırmış, işin hər iki məhkəmə instansiyası tərəfindən müəyyən edilmiş həqiqi hallarını, tərəflərin bərabərliyi barədə qanunun yuxarıda qeyd olunmuş müddəalarını və Konstitusiya Məhkəməsi Plenumu tərəfindən verilmiş şərhləri nəzərə almamışdır ki, bu da mübahisənin düzgün olmayan həllinə gətirib çıxarmışdır. Qeyd edilməlidir ki, iddianı rədd edən apellyasiya instansiyası məhkəməsi mülkiyyətçiyə məxsus əmlakın müdafiəsi ilə bağlı onun hüquqlarını tənzimləyən qanun tələblərindən çıxış etməməklə və tərəflər arasında olan münasibətlərin müqavilə hüquq münasibətlərindən yarandığına əhəmiyyət verməməklə işin hallarına uyğun olmayan nəticəyə gəlmiş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, Mercedes Benz C 220 CDİ minik» markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətində olmuşdur. 26 yanvar 2017-ci il tarixdə 52 saylı n otariat kontorunda rəsmiləşdirilmiş etibarnamə ilə iddiaçı özünə məxsus olan həmin avtomobili bir il müddətinə Cavabdeh istifadəsinə vermişdir. Məhkəmələr qeyd etmişlər ki, işdə olan, qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs X4 təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 1 ünvanda yerləşən «xxxx» MMC-nin direktoru Cavabdeh ilə aralarında bağlanmış 02 fevral 2017-ci il tarixli icarə müqaviləsi əsasında hər gün 50 manat ödəmək şərti ilə İddiaçı məxsus, dəyəri 8200 manat olan 1998-ci il buraxılış «Mercedes Benz C220 CDİ minik» markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobili 2 gün müddətinə, yəni 02 fevral 2 017-ci il tarixdən 04 fevral 2017-ci il tarixədək olan müddət ərzində icarəyə götürərək, həmin avtomobili vaxtında qaytaracağına vəd verib inandırıb aldadaraq avtomobili Goranboy şəhərinə aparmış və 04 fevral 2017-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsə sənədləşdirmə aparılmadan 1050 manata satıb avtomobili ələ keçirməklə zərər çəkmiş şəxs İddiaçı 8200 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. İddiaçı həmin avtomobili hər ay 350 manat ödəmək şərti ilə Cavabdeh istifadəsinə verdiyini, yəni aralarında müvafiq icarə müqaviləsinin bağlandığını, lakin cavabdeh hazıradək razılaşmaya məhəl qoymadan, ona hər hansı bir məbləğdə pul vəsaiti ödəməməklə yanaşı, mülkiyyətində olan avtomobili qaytarmadığını iddia etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bu hal şübhə doğurmamalıdır, çünki cavabdeh apellyasiya şikayətini iddiaçının razılığı ilə avtomobilin günü 50 manat olmaqla X3 icarəsinə verilməsi, sonuncunun həmin avtomobili qanunsuz olaraq Goranboy şəhərində 1050 manata satması, bu səbəbdən də məhkəmənin hökmü ilə məhkum olunması, iddiaçıya məhz X5 tərəfindən zərər vurulması, iddianın ona qarşı əsassız olması ilə əsaslandırmış, başqa sözlə cavabdeh iddiaçının avtomobilini müvafiq razılaşma əsasında icarəyə götürüb digər şəxsə müvafiq haqq müqabilində icarəyə verdiyini etiraf etmişdir. Deməli, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri müqavilədən irəli gələn hüquq münasibətləridir. Ona görə də, həmin münasibətlər müqavilə bağlanmasının qaydalarını və şərtlərini müəyyən edən qanun normalarından irəli gələn tələblərə əsasən həll edilməlidir. Lakin iddianı rədd edərək tərəflər arasındakı münasibəti vindikasiya tələbi ilə əlaqələndirən apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda, ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır (Mülki Məcəllənin 387.2-ci maddəs i). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli qərarında qeyd etmişdir ki, müqavilə bağlanan zaman tərəflərin razılaşdırılmış iradə ifadəsi zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.4, 324.5-ci maddələri). Beləliklə, qanunun qeyd olunmuş normasının mənasına və Konstitusiya Məhkəməsinin Plenumunun qərarında verilmi ş şərhə əsasən, yalan əqdlər tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan bütün sübutetmə vasitələrindən istifadə edilməklə təsdiq oluna bilərlər. Mülki Məcəllənin 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surə tdə tətbiq edilir. Mülki Məcəllənin 683-cü maddəsinin tələbinə görə kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin. Əgər kirayə müqaviləsi bağlandıqdan sonra yaşayış otağı kirayəçisinin həmin otağın bir hissəsini istifadə üçün hər hansı üçüncü şəxsə verməyə əsaslı marağı vardırsa, bunun üçün kirayəyə verəndən icazə almaq hüququna malikdir, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazəd ən imtina üçün mühüm əsaslar verməsin, yaşayış otağı həddindən artıq yüklənməsin və ya kirayəyə verənin bu cür ikinci əldən kirayəyə adətən yol verdiyi ehtimal edilsin. Əgər kirayəyə verən bu cür ikinci əldən kirayəyə yalnız kirayə haqqının ağlabatan dərəcədə artırılması şərti ilə yol verirsə, icazə verməsini kirayəçinin belə artımla razılaşması ilə şərtləndirə bilər. Kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmalar barəsində razılaşmanın qüvvəsi yoxdur. İstifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyi l, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyətində olan avtomobili cavabdehə icarəyə verməsi, öz növbəsində cavabdehin də həmin avtomobili başqa şəxsə icarəyə verib gəlir əldə etməsi, bundan sonra sonuncu şə xsin avtomobilə ziyan vurması kimi işin müəyyən olunmuş həqiqi hallarını nəzərə almamış, yalnız iddiaçının avtomobilə dair cavabdehə etibarnamə verilməsi halını işin müəyyən edilmiş həqiqi halı hesab etmiş, tərəflərin izahatları və işin digər hallarına müvafiq qiymət verib həmin etibarnamənin əslində aralarında olan müqavilə hüquq münasibəti üzrə verilib-verilmədiyini, bu zaman tərəflərin əsl məqsədini aydınlaşdırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli 4 №-li qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Adı çəkilən qərarın 2.4-cü bəndinə əsasən isə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiy yətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Maddi və prosessual hüquq normalarının pozulması və ya onların düzgün tətbiq olunmaması Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən mübahisəyə düzgün baxılmamasına dəlalət etməklə qəbul olunmuş qətnam ənin ləğvi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsi). Beləliklə, işin yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunan bütün halları qanunla müəyyən olunmuş qaydada araşdırmalı, tərəflərin real niyyətlərinin nə olduğunu aydınlaşdıraraq mübahisəni tərəflər arasındakı münasibətin həqiqi mənasına uyğun həll etməli, bu zaman Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiq edilib-edilməməsi məsələsini müzakirə etməli, iddiaçının əmlakının əldən çıxmasında cavabdehin mülki məsuliyyətinə müvafiq qiymət verdikdən sonra qanunun tələblərinə əsaslanan qətnamə qəbul etməlidir. Kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir və bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «X6rşı» iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.3, 418, 419, 420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassas iya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6394/2018 saylı 31 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar