Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-127/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxxnun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: maddi ziyan, mənəvi ziyan, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi X5 və vəkili Vəkil iştirakları ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)2820/2020 nömrəli qətnaməsindən İddiaçı xxx və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmlə müəyyən olunmuşdur ki, Cavabdeh1 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində işləyərkən özgənin əmlakını ələ keçirmək məqsədi ilə X4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncu ilə tanışlıq münasibətlərinə olan İddiaçı xxxnu aldadaraq, həmçinin ondan 300000 manat məb ləğində borc almasına dair xətti ilə qəbz yazıb verməklə və 6 saylı notariat kontorunda borc müqaviləsi imzalamaqla etibarını qazanmaqla xx xxxxxx 2011-ci il və xx xxxxxx 2012-ci il tarixlərdə hər dəfə 300000 manat olmaqla, cəmi 600000 manat məbləğində külli miqdarda nağd pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək dələduzluq etmiş, xx xxxx 2013-cü il tarixdə İddiaçı xxx aldadıldığını başa düşüb Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı polis bölməsinə şikayət ərizəsi ilə müraciət etməsindən sonra qeyd olunan cinayət əməlini hüquq-mühafizə orqanlarından yayındırmaq məqsədi ilə qrup üzvü X1 vasitəsi ilə vurulmuş ziyanın 250000 manat məbləğində hissəsini İddiaçı xxxna qaytarmışdır. Hökmlə həmçinin zərərçəkmiş şəxs İddiaçı xxxnun təqsirləndirilən şəxs Cavabdeh1 qarşı ******* man at tutulmasına dair mülki iddiası baxılmamış saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2016-cı il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarları ilə təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bakı şəhəri 6 saylı Notariat kontorunun notariusu Ə.İmanovun verdiyi xx xxxx 2014cü il tarixli icra qeydinə əsasən tələbkar İddiaçı xxxnun xeyrinə borcu Cavabdeh1 xx xxxx 2014-cü ilədək vaxtında ödənilməmiş 300000 manat məbləğində pul tutulmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı xxx cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Res publikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 621760,31 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı keçmiş hakim olan Cavabdeh1 hər dəfə 300000 manat olmaqla, iki dəfəyə, cəmi 634000 manat pul vermişdir. xx xxxx 2013-cü ildə iddiaçı aldadıldığını başa düşüb, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət etmiş və cavabdeh qeyd olunan cinayət əməlini hüquq mühafizə orqanlarından yayındırmaq məqsədi ilə qrup üzvü xxx vasitəsi ilə vurulmuş ziyanın 250000 manat məbləğində hissəsi iddiaçıya qaytarılmış, qalan 384000 manat məbləğində pul vəsaiti isə iddiaçıya qaytar ılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə iddiaçıya vurulmuş ziyanın 300000 manat ödənilməsi, qalan hissəsinin isə ödənilmədiyi göstərilmişdir. Cinayət işi davam edən dövrdə 6 saylı notariat kontoru tərəfindən göstərilən borc müqaviləsinə əsasən 7E/553 saylı xx xxxx 2014-cü il tarixli icra qeydi verilmiş və icra qeydinin icrasına başlanılmışdır. İddiaçı cavabdehə pul verdiyi tarixdə manatın ABŞ dollarına məzənnəsi 0,78 manat idi. İddia verilən dövrdə isə həmin məzənnə 1 ABŞ dolları 1,73 manat olmuşdur. Belə olan halda iddiaçının zərərə düşməyi açıq-aşkar görsənir. Çünki iddiaçı biznesmen olmaqla, çox yaxşı bilirdi ki, manatın məzənnəsi ABŞ dollarına münasibətdə aşağı düşəcəkdir. Bu halda iddiaçıya ödənilməli pul 334000 manat deyil, 740794,81 manat olm alıdır. Cavabdeh pulu iddiaçıdan 2012-ci ilin dekabr ayında aldığından və cavabdehin borcu könüllü ödəmək fikri olmadığından hazırki məhkəmə mübahisəsi 2016-cı ilin sonundan tez icra oluna bilməz. Bu əsasla da cavabdehdən həmin məbləğin ildə 5% olmaqla 4 il üçün 20% məbləğində pul tutulmalıdır. Həmin məbləğ isə 60000 manat təşkil edir. Lakin həmin məbləğdən bu günədək 2018-ci ilin oktyabr ayında 10000 manat ödənilmişdir. Bundan əlavə Cavabdeh1 tərəfindən iddiaçıya vurulmuş mənəvi ziyanın dəyəri kimi 10000 manat pul məbləği ödənilməlidir. Belə ki, Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində cinayət işinin istintaqı və məhkəmə zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirmişdir. Eyni zamanda iddiaçı cavabdehdən pulunun alınması üçün 120 manat təyyarə bileti, 10 ədəd 11 manatlıq qatar bileti, 6 ədəd 22 manatlıq qatar bileti əldə etmiş, qatar biletləri cəmi 242 manat, 160 manat mehmanxana xərcləri, 3000 manat hüquqi xidmət haqqı ödəmişdir. Beləliklə, iddiaçının çəkdiyi xərclər 3502 manat təşkil edir. Hüquqi xidmətlərin ödənilməsi üçün 1463,5 manatlıq qəbzlər də vardır. Beləliklə, 4965,5 manat hüquqi xidmətlərə rəsmi pul xərcləmişdir. Həmçinin iddiaçı 2012-ci il tarixdə işsiz olmaqla iş axtarmışdır. Cavabdehin ona verdiyi işə düzəltmə vədi ilə 2013-cü ilin əvvəllərindən tam inamsızlıq formalaşdığından həmin tarixdən bu günədək iddiaçı cavabdehə verdiyi pulları almaq üçün bütün vaxtını hüquq mühafizə orqanlarında sərf etmişdir. Belə olduğu təqdirdə qazanc əldə etməmişdir. İddiaçı 6 il vaxtını pulunu geri almaq üçün sərf etmişdir. İddiaçı ən azı hər ay 1000 manat qazana bilərdi, bu isə 72000 manat təşkil edir. Bundan başqa cavabdeh başqalarına bağışlamaq adı altında iddiaçıdan 34000 manat dəyərində bahalı hədiyyələr almışdır. Cavabdeh2 isə Cavabdeh1lə nikahda olduğu üçün, onun birgə nikah dövründə əldə edilmiş əmlaka da iddiaçının borc tələbi yönəldilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-16/2019 nömrəli qətnaməsi ilə (hakim P.A.Hüseynov) İddiaçı xxxnun iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsassızdır və sübut olunmur. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı xxx apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-16/2019 nömrəli ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apell yasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2820/2020 nömrəli qətnaməsi ilə (hakim V.N.Sadıqovun sədrliyi və məruzəsi ilə, hakimlər Z.A.Şirinovdan və A.N.İmanovdan ibarət tərkibdə) İddiaçı xxxnun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(006)-16/2019 nömrəli qətnaməsi qismən (məhkəmə xərclərinə aid hissədə) ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi məhkəmə baxışı zamanı çəkilən xərclər - 4965,5 manat hissəsində qismən təmin edilərək, Cavabdeh1 2528 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı xxxna verilməsi qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı Cavabdeh1 verdiyi puld an qalan pul məbləğinin indeksasiya olunaraq 440794,81 manat, illik 5% olmaqla 4 il üçün 60000 manat, başqalarına hədiyyə üçün alınmış 34000 manat, məhkəmə baxışı zamanı çəkilən xərclərə 4965,5 manat, məhkəmə və istintaq zamanı işləyə bilmədiyi üçün itirdiyi qazancına görə 72000 manat, eləcə də vurulmuş mənəvi ziyana görə 10000 manat olmaqla, cəmi 621760,31 manat məbləğində pulun cavabdehlərdən tutulmasını tələb edir. Apellyasiya məhkəməsi iddiaçının pul məbləğini Cavabdeh1 verdiyini qeyd etdiyi üçün, iddia tələbinin Cavabdeh2 aid hissədə əsassız hesab edilməsi və təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. ABŞ dollarının manata məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq yaranmış məzənnə fərqini əsas götürməklə pulun indeksasiyasını hesablayara q iddiaçıya ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan manatının xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsi (azalması) manatın indeksasiyasına səbəb ola bilməz. Belə ki, bu müddət ərzində göstərilən əsasla ölkədə heç bir maliyyə dəyişikliyi baş verməmiş (manat dəyərdən salınmamışdır), maliyyə bazarı sabit qalmış, əhalinin pul gəlirləri və əmanətləri artırılmamışdır. Xarici valyutaların möhkəmlənməsi nəticəsində manatın onlara nisbətdə dəyərinin azalması və ya artması bazar amili olmaqla indeksasiya üçün əsas yaratmır. Nəzərə almaq lazımdır ki, indeksasiya baş vermiş inflyasiya nəticəsində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə görülən tədbirlər planından ibarətdir və bunu dövlət əhalinin pul gəlirlə rini və əmanətlərini artırmaq yolu ilə həyata keçirir. Odur ki, bu hissədə iddiaçının tələbi əsassızdır. Daha sonra əsas borca görə illik 5% olmaqla 4 il üçün hesablanmış faiz məbləğinin ödənilməsi tələbi ilə bağlı apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə istinad edərək göstərmişdir ki, iş materiallarında olan tərəflərin arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli borc müqaviləsinə əsasən borclu Cavabdeh1 üzərinə öhdəliyi pozmağa görə belə bir məsuliyyət qoyulmadığından iddiaçının bu tələbi əsassızdır. Başqalarına hədiyyə almaq adı altında cavabdehə verdiyi 34000 manatın geri qaytarılması tələbi ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı bununla bağlı hər hansı sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyas iya baxışı zamanı təqdim etməmişdir. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, cinayət mühakimə icraatı zamanı İddiaçı müxtəlif vəzifəli şəxslərə verdiyi 34000 manat dəyərində hədiyyələrlə bağlı hər hansı cinayət faktı mövcud olmamış və buna görə təqsirləndirilən Cavabdeh1 hər hansı bir ittiham verilməmişdir. Belə bir hal sübuta yetirilməmişdir. Məhkəmə və istintaq zamanı işləyə bilmədiyi üçün itirdiyi qazancına görə 72000 manat məbləğin ödənilməsi tələbi ilə bağlı apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi bu hissədə də iddianın rədd edilməsi barədə doğru qənaətə gəlmişdir. Belə ki, qeyd olunan məbləğdə ziyanın dəyməsi işin hallarından sübuta yetirilmir, iddiaçı tələb etdiyi məbləğdə ziyan dəydiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Mənəvi zərərlə bağlı iddianı təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən mənəvi sarsıntı və iztirab keçirməsinin nədən ibarət olduğunu təsdiq edən heç bir sübut təqdim edilməmişdir. İddianın məhkəmə baxışı zamanı çəkilən xərclərə görə 4965,5 manat pulun tələb edilməsi hissəsində isə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi bu hissədə qismən əsaslıdır və bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılması ilə əlaqədar olaraq həmin proseslərdə zərərçəkmiş şəxs qismində iştirak etmək üçün iddiaçı bir neçə dəfə Gəncə şəhərinə gedib-gəlmişdir. İddiaçı tərəfindən apellyasiya baxışı zamanı 19 ədəd qatar bileti təqdim e dilmişdir. Təqdim edilmiş qatar biletlərindən müəyyən edilir ki, onların 13 ədədi İddiaçı aid olsa da, digər 6 bilet başqa şəxslərə aiddir. İddiaçı özünə aid olan qatar biletlərinə ümumilikdə 238 manat (7 ədədi 22 manatlıq (7x22=154 manat), 4 ədədi 11 manatlıq (4x11=44 manat), 2 ədədi 20 manatlıq (2x20=40)) xərc çəkmişdir. Təqdim edilmiş mehmanxana qəbzlərindən görünür ki, iddiaçı tərəfindən mehmanxanada qalmaq üçün ümumilikdə (50+50+60) 160 manat vəsait xərclənmişdir. 4 aviabiletə isə (30+30+30+30) birlikdə 120 manat xərc çəkilmişdir. Həmçinin iddiaçı hüquqi xidmətlər üçün ödənilmiş vəsaitin tutulmasını tələb edir. İş materiallarında olan “Hüquqi xidmətin göstərilməsi haqqında” xx xxxxxx 2015-ci il tarixli müqavilədən görünür ki, İddiaçı xxx ilə “xxxx” MMC arasında hüquq xidmət göstəril məsi barədə müqavilə bağlanmış, müqavilənin 2.1-ci bəndinə əsasən İddiaçı xxxnun X3 qarşı Nərimanov Rayon Məhkəməsinə iddianın hazırlanması, müvafiq sorğuların göndərilməsi, birinci instansiya məhkəməsində işi müdafiə etmək və təmsil etmək hüquqi xidmətlərinin göstərilməsi öhdəliyə götürülmüşdür. Müqavilənin 5.1-ci bəndində göstərilmişdir ki, İddiaçı xxx işin nəticəsindən asılı olmayaraq 2000 manat ödəyir. Apellyasiya baxışı zamanı təqdim edilmiş xx xxxxxx 2015-ci il tarixli “xxxx” MMC-nin kassa mədaxil orderinin qəbzindən də görünür ki, İddiaçı X6 Rayon Məhkəməsi üçün 2000 manat ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2016-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı xxx X3 qarşı “şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilmə si, mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia qaldırmış və iddia tələbi qismən təmin edilmişdir. Həmçinin iddiaçının birinci instansiya məhkəməsində təqdim etdiyi xx xxxxxx 2017-ci il tarixli mədaxil qəbzindən görünür ki, “şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi, mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə qətnamədən Ali Məhkəməyə kassasiya şikayəti verilməsi üçün 250 manat ödəniş edilmişdir. Göründüyü kimi hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 2000 manat və 250 manat İddiaçı xxxnun X3 qarşı iddia tələbi ilə bağlı olmuşdur, odur ki, həmin xərclərin hazırki iş üzrə cavabdehdən tələb edilməsi əsassızdır. İş materiallarında olan və apellyasiya baxışı zamanı təqdim edilmiş digər mədaxil qəbzlərindən isə görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətlərin gö stərilməsi üçün ümumilikdə 2010 manat (80+500+90+1000+90+250) ödəniş edilmişdir. Odur ki, apellyasiya baxışı zamanı təqdim edilmiş sübutlarla təsdiqini tapan, iddiaçı tərəfindən çəkilən xərclərin əvəzi olaraq 2528 manat (238 (qatar biletləri+160 (mehmanxana xərci) + 120 (aviabiletlər) + 2010 (hüquqi xidmətlər)) Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı xxx kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2820/2020 nömrəli qətnaməsinin qismən, yəni iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbu l edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixdə 1(088)-19\2015 saylı hökmündə göstərilən faktları və izahları qəbul etməkdən boyun qaçırmış, iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş və nəticədə prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Həmçinin Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2820/2020 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya baxışı zamanı təqdim edilmiş sübutlara istinad etməklə prosessual hüquq normalarını pozmuş, cinayət işi ilə bağlı iddiaçının Gəncə şəhərinə hava nəqliyyatında yol xərcləri əsassız olaraq tutmuş, iddiaçının təqdim etdiyi hüquqi xidmətlərin göstərilməsi üçün ödəniş sənədləri cinayət işinə aid olmamasını, dəmir yol biletlərinin şübhə doğurduğunu nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə yazılı etirazlar daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi X7 və vəkili Vəkil özlərinin kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinə isə etiraz edərək rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı xxx məhkəmə iclasına gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ünvanladığı ərizə və izahatlarında kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericil iyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiyası məhkəməsinin qətnaməsi ilə iddia təmin olunmamış və cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayətini iddiaçı vermiş və iddianın təmin olunmamış (pul, maddi və mənəvi ziyanla bağlı tələblərinin) hissəsini mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edərək, iddianı qismən təmin etmişdir. Lakin hər iki tərəf qətnamədən narazı qaldığı üçün kassasiya şikayətləri vermişdir. Ona görə hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşd ırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutl ara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 89.4-cü maddəsinə əsasən sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 371-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbay can Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mə nəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, İnsan Hüquqları və X2 haqqında Konvensiyanın, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurul ması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntıl ar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia ərizəsində olan hər bir tələbinə müfəssəl hüquqi qiymət vermiş və məhkəmə kollegiyası həmin qiymətləndirməni təkrarlamağa lüzum görmür. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin həlli sübutların qiymətləndirilməsindən asılı olmuş və apellyasiya instansiyası bununla bağlı prosessual hüquq normalarını pozmamış, iddiaçının təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Müəyyən olunur ki, cavabdehin törətdiyi cinayət əməli nəticəsində iddiaçıya vurulmuş real zərərin bir hissəsi istintaq dövründə ödənilmiş, qalan hissəsi üzrə isə notarius tərəfindən icra qeydi verilərək, icra sənədi icraatdadır. Apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində, tam hüquqlu məhkəmə kimi iddiaçının hazırda irəli sürdüyü tələblərə hüquqi qiymət verərkən əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, Azərbaycan manatının ABŞ dollarına olan məzənnənin dəyişməsi nəticəsində iddiaçıya zərərin vurulması, başqa şəxslərə hədiyyə almaq adı altında cavabdehə 34000 manat verməsi, iddiaçının işləyə bilmədiyi üçün 72000 manat qazancın itirməsi və mənəvi zərərlə bağlı sübutlar təqdim olmadığından, iddianı həmin hissələrdə rədd etmişdir. Həmçinin Cavabdeh2 tərəfindən iddiaçıya ziyan vurulması, cinayət əməli ilə ələ keçirilən pulun sonuncuya verilməsi müəyyən edilmədiyindən apellyasiya məhkəməsinin iddianın həmin cavabdehə qarşı rədd olunmalı olmasına dair qənaəti də əsaslı olmuşdur. Cavabdeh tərəfin kassasiya şikayətinin dəlilləri ilə də məhkəmə kollegiyası razılaşmır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddianın təmin olunmuş hissəsi üzrə birinci instansiyası məhkəməsinə sübutların surətləri təqdim olunmuşdur. Bu halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinin tələblərinə uyğun sübutların əsillərini tələb edərək iş materiallarına əlavə edilmə si MPM-in 371-ci maddəsinin pozuntusu kimi qiymətləndirilə bilməz. Cavabdehin kassasiya şikayətinin digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tam hüquqlu məhkəmə kimi təqdim olunmuş sübutlara hüquqi qiymət verərək yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Sübutların qeyri-mötəbər olması ilə bağlı kassasiya şikayətinin dəlilləri kassasiya baxışının predmeti ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir neçə qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin 417.1.4cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin apellyasiya instansiyası məhkəməsinin səlah iyyətlərini öz üzərinə götürməsi ilə nəticələnməməlidir. Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrinə əsasən, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılmasından ibarətdir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusiya-hüquqi statusunu müəyyən edən Konstitusiy anın 131-ci maddəsinin məzmununa uyğun olmazdı (“B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarı və s.) Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Hər iki tərəfin kassasiya şikayətinin dəlilləri əsassız dır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxx və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2820/2020 nömrəli dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-127/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-127/2021
15.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver