Məhkəmə qərarları › İş №2(102)-1270/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1270/2023

13.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1270/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (üçüncü şəxs Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1270/2023 (Açar sözlər: ipoteka predmetinin ilkin vəziyyətə qaytarılması) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh və üçüncü şəxs Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinə qarşı “ipoteka predmeti olan fərdi yaşayış evinin öz vəsaiti hesabına ilkin vəziyyətə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6077/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X3 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 13 mart 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ilə "xxxx" X5 Səhmdar Cəmiyyəti arasında illik 22% olmaqla 60 ay müddətinə 100.000 ABŞ dolları məbləğində kredit verilməsi haqqında xx.xx.2013-cü il tarixli 69B8/13 saylı kredit müqaviləsi bağlanmışdır.

2. Həmin müqaviləyə əlavə olaraq bağlanmış xx.xx.2013-cü il tarixli 69B8/13-İ nömrəli əlavə kredit müqaviləs inə əsasən "xxxx" KB ASC Cavabdeh 36 ay müddətinə illik 22% ödəmək şərtilə 100.000 ABŞ dolları kredit vermişdir.

3. Kreditin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-158/2017 saylı, 17 oktyabr 2017ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 48.691,98 ABŞ dolları əsas borc, 7.419,38 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 56.211,36 ABŞ dolları məbləğində ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və C avabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 100.000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin "xxxx" KB ASC-yə olan borcun qaytarılmasına yönəldilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh və X1 həmin fərdi yaşayış evindən çıxarılmaları, iddia tələbinin qalan hissəsinin rədd edilməsi və iş üzrə 70 manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutulması qət edilmişdir.

5. Bakı Apellyasiya M əhkəməsinin Mülki Kollegiyasının 2(103)-12295/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-158/2017 saylı, 17 oktyabr 2017-ci il tarixli qətnaməsinin ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, dalan 3-də yerləşən 2 saylı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 2.000.000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1681/2020 saylı, 18 mart 2020-ci il tarixli qəra rına əsasən "xxxx" KB ASC-nin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyəti Cavabdeh və üçüncü şəxs Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinə qarşı “ipoteka predmeti olan fərdi yaşayış evinin öz vəsaiti hesabına ilkin vəziyyətə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh üzərinə xx.xx.2013-cü il tarixli 69Bİ8/13 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş və mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ünvan 1 ünvanın da yerləşən 2 saylı fərdi yaşayış evinin öz vəsaiti hesabına ilkin vəziyyətə qaytarılması öhdəliyinin qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli 69B8/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2013-cü il tarixli 69B8/13-1 saylı əlavə kredit müqaviləsinə əsasən 100.000 ABŞ dolları məbləğində kredit verilmiş (36 ay müddətinə, xx.xx.2016-cı il tarixədək, illik 22% ödəmək şərtilə), kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi rəsmiləşdirilən xx.xx.2013cü il tarixli 69Bİ8/13 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evi "xxxx" Kommersiya Bankına ipotekaya qoyulmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklərin borclu tərəfindən icra edilməməsi və lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq, iddiaçı "xxxx" KB ASC kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-158/2017 saylı, 17 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 48.691,98 ABŞ dolları əsas borc, 7.419,38 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 56.211,36 ABŞ dolları məbləğində ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 100.000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin "xxxx" KB ASC-yə olan borcun qaytarılmasına yönəldilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh və X1 həmin fərdi yaşayış evindən çıxarılmaları, id dia tələbinin qalan hissəsinin rədd edilməsi və iş üzrə 70 manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutulması qət edilmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-158/2017 saylı, 17 oktyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12295/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikaytətinin qismən təmin edilməsi, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli qətnaməsinin ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, dalan 3-də yerləşən 2 saylı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, dalan 3-də yerləşən 2 sa ylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 2.000.000 manat müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qətnaməsindən "xxxx" KB ASC tərəfindən verilən kassasiya şikayətinə baxan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1681/2020 saylı, 18 mart 2020-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(003)-158/2017 saylı, 17 oktyabr 2017-ci il tarixli icra vərəqəsi icra olunması üçün Xəzər Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məlum qətnamələrin çıxarılmasına baxmayaraq borclu Cavabdeh tərəfindən sözügedən kre dit müqaviləsi üzrə öhdəlik yerinə yetirilməmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında verilən icra sənədinə əsasən kredit borcunun ödənilməsi məqsədilə tutma ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evinə yönəldilsə də, borclu Cavabdeh qanunsuz əməlləri nəticəsində həmin fərdi yaşayış evi ipoteka ilə yüklü edilməsinə baxmayaraq, ipoteka saxlayan "xxxx" KB ASC-nin məlumatı olmadan tamamilə sökülərək, istifadədə olan həmin torpaq sahəsində başqa texniki göstəricilərə malik, bankda ipoteka ilə yüklü edilən əmlak ilə heç bir uyğunluğu olmayan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçməyən, özbaşına qeyriyaşayış sahəsi olan obyekt inşa etdirmiş və qeyd edildiyi kimi həmin öz başına tikili dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda sənədi müəyyən olunmayan əmlakın hərracda satılması qeyri-mümkündür. Qeyd olunan bu hal məhkəmə qətnaməsinin də icrasını qeyrimümkün edir. Belə ki, qanuni qüvvəsini alan məhkəmə qətnaməsi ilə borcun ödənilməsi hal-hazırda mövcud olan dövlət qeydiyyatına alınmayan və bankda ipoteka ilə yüklü edilməyən qeyri-yaşayış sahəsinin hərracda satılmasını deyil, mənzil ipoteka ilə yüklü edilən, lakin hal-hazırda qanunsuz olaraq borclu tərəfindən sökülən ipoteka predmeti olan fərdi yaşayış evinin hərracda satılmasını nəzərdə tutur. Göründüyü kimi, hal-hazırda mövcud olmayan ipoteka predmeti olan fərdi yaşayış evinin hərracda satılması mümkün deyildir.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək iddianın əsassız olduğundan rə dd edilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, həmin tikilinin cizgisinin icra hakimiyyəti tərəfindən təsdiqlənmiş, həmin tikili ipoteka ilə yüklü edilmiş əmlakla eynidir və hər hansı əlavə tikili yoxdur.

10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1041/2022 saylı, 01 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia tələbi rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mülki iş üzrə mübahisə predmeti olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin məhv olması, zədələnməsi və itirilməsi halının mövcudluğu barədə sübut təqdim edilməmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndi 29-cu maddəsinin 2-ci bənd i, Mülki Məcəllənin 269.1, 285.1 270.1, 389.1, 390.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 214.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. 14.Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərmişdir ki, işin qeyd olunan bu halı qanuni qüvvəsini alan məhkəmə qətnaməsinin icrasını qeyri-mümkün edir. Belə ki, qanuni qüvvəsini alan məhkəmə qətnaməsi ilə borcun ödənilməsi hal-hazırda mövcud olan dövlət qeydiyyatına alınmayan və bankda ipoteka ilə yüklü edilməyən qeyri-yaşayış sahəsi olan restoranın hərracda satılmasını deyil, məhz ipoteka ilə yüklü edilən lakin hal-hazırda qanunsuz olaraq borclu tərəfindən sökülən, ipoteka predmeti olan fərdi yaşayış evinin hərracda satılmasını nəzərdə tutur. Göründüyü kimi, hal-hazırda mövcud olmayan ipoteka predmeti olan fərdi yaşayış evinin (fərdi yaşayış evinin əvəzinə özbaşına qeyri-yaşayış sahəsi olan restoran İnşa edilib) hərracda satılması mümkün deyil. Göstərilən faktlara və məhkəməyə bunu sübut edən sənədlərə baxmayaraq, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1041/2022 saylı, 01 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “ipoteka predmeti olan fərdi yaşayış evinin öz vəsaiti hesabına ilkin vəziyyətə qa ytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilməmişdir. 15.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegi yasının (hakimlər Fuad Babayev sədrlik edən və məruzəçi, Şərafət Məmmədova və Rafael Eyvazov) 2(103)-6077/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 16.Apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş hallarına əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 69Bİ8/13 saylı İpoteka müqaviləsində ipoteka predmeti olan əmlakın təmiri, rekonstruksiyasının və ya dəyərinin artırılması üçün xərclərin çəkilməsi qadağan edilməmişdir.

17. Bundan başqa iddiaçı tərəf cavabdehin ipoteka predmeti olan fərqi yaşayış evini sökərək qeyri-yaşayış sahəsi inşa etdiyin i göstərsə də, iş materiallarında olan Azərbaycan Respulikası Ali Məhkməsinin Mülki Kollegiyasının 2(102)-1681/2020 saylı, 18 mart 2020-ci il tarixli qərarında ipoteka predmetinin restoran kimi istifadə olunan qeyri-yaşayış sahəsi olduğu göstərilmişdir.

18. Həmçinin apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin ümumiyyətlə məhv olması, zədələnməsi və itirilməsi halının mövcudluğu barədə sübut təqdim edilməmişdir.

19. Apellyasiya məhkəməsi gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddəsinə, Mülki Məcəllənin 269.1, 285.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2. və 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və on a etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

20. İddiaçının nümayəndəsi X3 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayətinin əsaslandırılması kimi qeyd olunmuşdur ki, məhkəmə qətnamədə mülkiyyətin toxunulmazlığına istinad etməsinə baxmayaraq, məhz torpaq sahəsi cavabdehə məxsus olmayan ünvanda fərdi yaşayış evini sökərək əvəzinə inşa etdiyi qeyri-yaşayış sahəsi olan restoran özbaşına tikili olmaqla, artıq mülkiyyətində olan əmlakla eynilik təşkil etmir və təqdim edilən sübutlar mülkiyyət kimi qeydə alınan fərdi yaşayış evinin artıq mövcudluğunu təkzib edir. Yalnız fərdi yaşayış evi cavabdehin mülkiyyətində olmuşdur və evin yerl əşdiyi torpaq sahəsi isə onun mülkiyyətində deyil, məhz istifadədə olmaqla dövlət mülkiyyətindədir. Hazırda cavabdehin mülkiyyət hüququ kimi tanınan fərdi yaşayış evi isə tamamilə sökülərək, əvəzində başqa texniki göstəricilərə malik, bankda ipoteka ilə yüklü edilən fərdi yaşayış evi ilə heç bir uyğunluğu olmayan, Azərbaycan Respublikası DƏDRX-də qeydiyyatdan keçməyən, fərdi yaşayış evinin əvəzinə özbaşına qeyri-yaşayış sahəsi olan restoran inşa edilmiş və qeyd edilən kimi həmin özbaşına tikili dövlət qeydiyyatına alınmamışdır. Sənədi müəyyən olunmayan əmlakın hərracda satılması qeyri-mümkündür. Çünki, faktiki olaraq həmin fərdi yaşayış evi mövcud deyil. Hazırda həmin ünvanda mövcud olan restoran ilə bağlı cavabdeh tərəfindən müvafiq icazələrin alınması isə şübhə altındadır. Çünki belə süb ut qismində heç bir sənəd təqdim edilməyib. Məhkəmə Mülki Məcəllənin 459-cu maddəsinin tələbinə əməl etməmiş, həmin normanın tələbinin ziddinə hərəkət etmişdir. Maddənin tələbinə görə zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Cavabdeh ipoteka predmeti olan və mülkiyyət kimi qeydə alınmış fərdi yaşayış evini tamamilə sökərək, onun yerində lazımi icazələr alınmadan özbaşına qeyri yaşayış binası (restoran) inşa etdirmiş və qanuni qüvvəsini alan məhkəmə qətnaməsində tutmanın yönəldiyi fərdi yaşayış evinin hərracda satılmasını qeyri-mümkün etmişdir. Belə ki, faktiki olaraq həmin fərdi yaşayış evi mövcud olmadığından, hazırda həmin ünvanda tikilən qeyri-yaşayış sahəsi olan restoran isə bankda girovda qalmaq şərt ilə dövlət reyestrində qeydə alınmadığından həmin özbaşına tikili hesab olunan qeyriyaşayış sahəsinin hərracda satılması da qeyri-mümkündür. Məhkəmə hazırkı işə Mülki Məcəllənin 285.1-ci maddəsini tətbiq etməklə səhvə yol vermişdir. Mübahisəyə münasibətdə girov olan əmlak cavabdeh tərəfindən söküldüyü halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 287-ci maddələri əlaqəli şəkildə düzgün tətbiq olunmalı idi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

22. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

23. Maddə 285.1 Əgər girov müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyulmuş ə şyanın təsadüfən məhv olması, itirilməsi və ya təsadüfən zədələnməsi riski girov qoyanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, ş ahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və k assasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya i nstansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

39. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görü nür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 69Bİ8/13 saylı İpoteka müqaviləsində ipoteka predmeti olan əmlakın təmiri, rekonstruksiyasının və ya dəyərinin artırılması üçün xərclərin çəkilməsi qadağan edilməmişdir. Bundan başqa iddiaçı tərəf cavabdehin ipoteka predmeti olan fərqi yaşayış evini sökərək qeyri-yaşayış sahəsi inşa etdiyini göstərsə də, iş materiallarında olan Azərbaycan Respulikası Ali Məhkməsinin Mülki Kollegiyasının 2(102)-1681/2020 saylı, 18 mart 2020-ci il tarixli qərarında ipoteka predmetinin restoran kimi istifadə olunan qeyri-yaşayış sahəsi olduğu göstərilmişdir. Həmçinin iddiaçı tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin ümumiyyətlə məhv olması, zədələnməsi və itirilm əsi halının mövcudluğu barədə sübut təqdim edilməmişdir.

40. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

41. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

42. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

43. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayə tinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

44. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” iş i üzrə qərarında qeyd olunmuşdur ki, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər.

45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araş dırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

47. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6077/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar