Məhkəmə qərarları › İş №2(102)-1271/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1271/2021

11.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1271/2021 11.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qızının cavabdehlər Cavabdeh, X10, X4, X6, (X33) oğluna, X14 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Novruzova Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil Elmar oğlunun, Cavabdeh X9 nümayəndəsi və vəkili X7 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1404/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixl i qətnaməsindən İddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 Sayli Sumqayit Ərazi İdarəsinin xx xxxxxx 2019-cu il tarixli **********17 saylı məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 20 nömrəli mənzil ünvan 2 Ə.İ.Bünyatov tərəfindən 4Ə-90 saylı reyestrlə təsdiq olunmuş xx.xx.2016-cı il tarixli alğı-satqı müqaviləsi əsasında X15 adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) Bakı şəhəri, 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 2V-144 saylı reyestrlə təsdiq olunmuş xx. xx.2018ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzil sahəsi Cavabdeh adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018) ünvan 3 ünvanda yerləşən 2 nömrəli mənzil ünvan 4ərəfindən 4Ə-114 saylı reyestrlə təsdiq edilən, xx.xx.2016-cı il tarixli alğı-satqı müqaviləsi əsasında X15 adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) Bakı şəhər 9 saylı notariat kontorunun notariusu tərəfindən 2V-145 saylı saylı reyestrdə təsqi olunmuş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında mənzil Cavabdeh adına qeydiyyata alınmışdır. **********, qeydiyyat tarixi; xx.xx.2018) ünvan 9rəfindən 46-2155 saylı reyestrlə təsdiq olunmuş xx.xx.2019-cu il tarixli alğısa tqı müqaviləsi əsasında sözügedən mənzil adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018) Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 4Ə-3 saylı reyestrlə təsdiq olunmuş xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında sözügedən mənzil X11 adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019) Sumqayıt "ASAN” Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu B.M.Əhmədli tərəfindən təsdiq olunmuş 4Ə-3167 saylı reyestrlə təsdiq olunmuş xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında mənzil adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019) ünvan 5 ünvanda yerləşən 37/92 nömrəli mənzil ünvan 2 tərəfindən 4Ə-122 saylı reyestrlə təs diq olunmuş xx.xx.2016-cı il tarixli alğı-satqı müqaviləsi əsasında X15 adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 2V-146 saylı reyestrlə təsdiq olunmuş 19 05.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzil sahəsi Cavabdeh adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018) ünvan 9rəfindən 4Ə-1933 saylı reyestrlə təsdiq olunmuş xx.xx.2019-cu tarixli alğısatqı müqaviləsi əsasında mənzil sahəsi X1 adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019) ünvan 6 ünvanda yerləşən 3 nömrəli mənzil ünvan 7n təsdiq etdiyi 4Ə-545 reyestr nömrəli. xx.xx.2016-cı il tarixii alğı- satqı müqaviləsi əsasında mənzil sahəsi X15 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli dovlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhər 9 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 2V-143 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzil Cavabdeh adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 4Ə-101 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında mənzil sahəsi X9 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli. xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 8 ünva nda yerləşən 37 saylı mənzil ünvan 9rəfindən 4Ə-1295 saylı reyestrlə təsdiq olunmuş xx.xx.2017-cu tarixli alğı-satqı müqaviləsi əsasında X15 adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2017) Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfındən 2V- 207 saylı reyestrlə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzil sahəsi Cavabdeh adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018) ünvan 9rəfindən 4Ə-2166 saylı reyestrlə təsdiq olunmuş xx.xx.2018-ci tarixli alğısatqı müqaviləsi əsasında sözügedən mənzil üzərində X2 adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018) Sumqayıt şəhər 4 saylı notariat konto runun xüsusi notariusu tərəfindən 4Ə-926 saylı reyestrlə təsdiq olunmuş xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında sözügedən mənzil X5 adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019) İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, 20 saylı mənzilə, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, 2 saylı mənzilə, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 14/21, 37/92 saylı mənzilə, ünvan 6, 3 saylı mənzilə, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 38/6V, 37 saylı mənzilə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh, X19, X8, X16, (X20) və X2 5 cavabdeh qismində işə cəlb edilməklə Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 38/6V, 37 saylı mənzilə dair Cavabdeh ilə X8 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli və X8 ilə X12 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli alğı-satqı müqaviləsinin, ünvan 6, 3 saylı mənzilə dair Cavabdeh ilə X19 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli alğı-satqı müqaviləsinin, Sumqayıt şəhəri, 3-cu mikrorayon, ev 9/6, 2 saylı mənzilə dair Cavabdeh ilə arasında bağlanmış xx xxxxxx 2013-ci il tarixli və ilə X25 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız sayılması, ünvan 1, 20 saylı mənzilə, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, 2 saylı mənzilə, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 14/21, 37/92 saylı mənzilə, ünvan 6, 3 saylı mənzilə, Sumqayıt şəhəri, 5 -ci mikrorayon, ev 38/6V, 37 saylı mənzilə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X21 göstərmişdir ki, o ev alğı-satqısı ilə məşğul olur. X3 tanıyırdı. Sumqayıt şəhəri, 3-cü və 5-ci mikrorayondakı evlərin satışı ilə əlaqədar sosial şəbəkədə elan yerləşdirmişdir. həmin evlərlə maraqlanmış, onları almaq istəmişdir. Evlərə baxdıqdan sonra bacısı nin də gəlib evlərə baxacağını bildirmişdir. Sonradan onların hər ikisi gəlib evlərə baxmış, evləri bəyənmişlər. Alğı-satqıya həm, həm, həm də o özü getmişdir. Orada çantasından çıxardığı pulu ə vermiş, o isə banka həmin pulu ödəmişdir. Sənədləşdirmə in adına olmuşdur. Həmin evləri o həm də kirayəyə vermişdir. Kirayə pullarını bəzən, bəzən isə ondan göt ürmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X17 göstərmişdir ki, ünvan 6, 3 saylı mənzil ona məxsus olmuşdur. O həmin evi təxminən 2017-ci ildə yə satmışdır. evə baxmağa qardaşı lə gəlmişdir. Ama evin pulunu vermişdir. ona demişdir ki, işi ilə əlaqədar evi öz adına yox, qardaşı in adına alır. Notariusda sənədləşmə in adına olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X13 göstərmişdir ki, o ev alğı-satqısı ilə məşğul olur. Hazırki iş üzrə mübahisələndirilən Sumqayıt şəhəri, 3-cü və 4cü mikrorayondakı evlərin satışında o iştirak etmişdir. Evə birinci dəfə gəlib baxmış, sonra isə baxmışdır. nin kim olduğunu soruşanda onun bacısı olduğunu bildirmişdir. Sözügedən mənzilləri bacı qardaş birlikdə almışlar. Alğı-satqıda bütün sənədləşdirmə in adına olmuşdur. Evin alğı-satqısı ilə əlaqədar bütün ödənişlərdə də iştirak etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Günel Tanrıverdiyeva) 2(060)-7017/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iş materaiallarına istinadən iddiaçının hazırki iddia ərizəsi ilə müraciət etməsinə subyektiv hüququnun olmaması əsası ilə iddianı təmin etməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xhaiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Lətifə Məmmədova sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Quliyev) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayə ti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materaillarına əsasən mübahisəli mənzillər X15 adına dövlət reyestrində qeydiyyata alınmış, X26 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, qeyd edilən mənzillər vərəsəlik şəhadətnamələri əsasən ölənin qızı Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. İdddiaçı mübahisələndirilən mənzillərin öz vəsaiti hesabına alınması, lakin mənzilləri öz adına deyil qardaşı in adına rəsmiləşdirilməsini bildirsə də, buna dair sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Qeyd edillən qanunvericilik normasına əsasən iddiaçı iddiasını əsaslandıra bilməmişdir, həmin mənzillərin ona məxsus olmasına dair sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi mənzillərin iddiaçınin vəsaiti hesabına alınmasına dair şahid ifadələrini mötəbər sübut kimi, yəni iddianın təmin edilməsi üçün əsaslı saymayaraq qeyd etmişdir ki, həm mənzillərin seçilməsində, həm də mənzillərin dəyərinin satıcılara ödənilməsində X26 ilə yanaşı İddiaçı qızının da iştirak etməsi həmin mənzillərin İddiaçı qızı tərəfindən alındığını təsdiq edən əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzillər vərəsəlik şəhadətnamələri əsasında Cavabdeh adına dövlət reyestrində qeydiyyata alınmış, həmin qeydiyyatlar hazırki gündə hər hansı orqan və ya şəxs tərəfindən mübahisələndirilməmiş, eləcə də hər hansı məhkəmə qərarı ilə ləğv edilməmişdir. Belə olan halda, yəni mənzillərə dair Cavabdeh adına dövlət reyestrində qeydiyyat olduğu halda həmin mənzillərə dair iddiaçının mülkiyyət hüququnun tanınması qanunvericilik normalarına ziddir. Ona görə də, hazırki iş üzrə iddiaçının qeyd edilən mənzillərə dair hər hansı hüququnun olmaması barədə birinci inst ansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçının mübahisəli mənzillərə dair hər hansı hüququ olmadığından, eləcə də onun mənzillərə dair mülkiyyət hüququnun tanınmasına dair iddiası əsassız olduğundan həmin mənzillərin Cavabdeh tərəfindən başqa şəxslərə satılmasında dair alğı-satqı müqavilələrinin etibarsız sayılmasına dair iddia tələbi də təmin edilə bilməz Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirmiş və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual M əcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gödərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayəti nə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh X9 nümayəndəsi və vəkili X18 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən i şə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə

139. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu zaman mülkiyyətçi əmlak üzərində tam hakimiyyət əldə edir və bu hüquqdan öz istəyinə uyğun olaraq istifadə edir, digə r şəxslərin əşyadan qanunsuz istifadəsinin qarşısını alır və yaxud istifadənin xüsusi qaydasını müəyyən edir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əld ə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya in stansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin iş in faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1404/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar