Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1272/2020 27.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(107)-2671/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Balakən rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Q.Səlimov, iş 2(019)-607/2019) iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X11 və Cavabdeh1 qarşı RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinə iddiası təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X14 tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: G.Q.Abbasov, R.R.Rəfiyev və M.R.Hüseynov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Balakən rayon məhkəməsinin xx xxxx 2019-cu tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Balakən rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-114/2018 saylı qətnaməsi ilə Cavabdeh1 İddiaçı1 və qeyrilərinə qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin olunaraq Cavabdeh1 mərhum anası X3 ilə cavabdehlər İddiaçı1, X7, X10, Nümayəndə3, X8 arasında cavabdehlərin mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən, kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 645 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında JN 645A cizgidə göstərilmiş 10057.49 kv/m torpaq sahəsinin alqı-satqısı bağlanmış hesab edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(107)2591/2018 saylı qətnaməsi ilə Balakən rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-114/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Həmin qətnamə Azərbaycan Respub likası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 2019-cu ilin may ayında iddiaçılar İddiaçı1, Nümayəndə3 qızı, X12 və X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli torpaq sahəsinə dair X1 adına verilmiş seriya RX ******* saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair q ərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı1 və onun ailə üzvlərinə Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə 1.08 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, Nümayəndə3, X6 və X4 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh1 mərhum anası X3 ilə cavabdehlər İddiaçı1, X7, X10, Nümayəndə3 və X8 arasında cavabdehlərin mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən, kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 645 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında JN 645A cizgidə göstərilmiş 10057.49 kv/m. torpaq sahəsinin alqı-satqısı bağlanmış he sab edilmişdir. Balakən Rayon Məhkəməsi xx xxxxxxxx 2018-ci il tarixdə həmin qətnamə üzrə icra vərəqəsi vermiş və icra vərəqəsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X14 tərəfindən həmin torpaq sahəsi Cavabdeh1 anası mərhum X1 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxxx 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış tərtib edilmişdir. İddiaçı1 və digərlərinin apellyasiya şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Balakən rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmış, iddiaçı Cavabdeh1 mərhum anası X3 ilə cavabdehlər İddiaçı1, Nümay əndə3, X7 və X5 arasında cavabdehlərin mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən, k/t təyinatlı torpaq sahəsinə dair verilmiş JN 645 nömrəli Dövlət Aktının 645A planşet hissəsində göstərilmiş 10057.49 kv/m. torpaq sahəsinin alqı-satqısının bağlanmış hesab edilməsi barədə iddiası təmin edilməmişdir. Lakin ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X14 tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış ləğv edilmədiyindən iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və x itamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. (149.2) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Həmin qanunun 2.1-ci maddəsində deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin qanunun 8.0.4-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Kolle giya işin göstərilən hallarına əsaslanaraq apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işin müəyyən olunmuş hallarına və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1272/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1272/2020
27.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver