Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1273/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 hüquqi varisləri: X12, X11, X8, X9, Cavabdeh3, “X16 Eksport LTD” X5 və Cavabdeh5 qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı və Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 hüquqi varisləri: X12, X11, X8, X9, Cavabdeh3, “X16 Eksport LTD” X5 və Cavabdeh5 qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı və Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər cəlb edilməklə) torpaq sahəsinin geri qaytarılması və sair tələbinə tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)807/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hazırkı iş üzrə İddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.2924 ha torpaq sahəsinin 0.1782 ha hissəsinin cavabdehlər tərəfindən zəbt edildiyini iddia edərək hazırkı iddia tələbini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.2924 ha torpaq sahəsinin 0.1782 ha hissəsinin Cavabdeh1 qanunsuz sahiblik və istifadəsindən alınaraq iddiaçıya qaytarılması, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan 0.2924 ha torpaq sahəsinin zəbt olunmuş 0.1782 ha hissəsi də daxil olmaqla üzərində iddiaçının mülkiyyət hüquqlarını n bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsindən 0.1782 ha hissəsinin zəbt olunmasını (qanunsuz ayrılmasını) özündə əks etdirən (müəyyənləşdirən) və cavabdeh tərəfindən inşa edilmiş daş hasarın və eləcə də zəbt olunan hissədə cavabdeh tərəfindən inşa edilmiş bütün tikililərin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və mülkiyyətdən maneəsiz istifadə və sahiblik etməsi üçün iddiaçıya şəraitin yaradılması barədə cavabdehin üzərinə öhdəlik qoyulması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 50.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi və "xxxx" MMC-yə ödənilmiş 400 manatın, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 50.430 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə, cavabdehin qanunsuz torpaq sahəsini zəbt etməsi ilə əlaqədar bu hərəkətləri etmiş şəxslər barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.2924 ha yaşayış məntəqələrinin torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ hələ xx.xx.2011-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi ilə X10 qeyd edilən ərazidən ümumi sahəsi 0.4924 ha torpaq sahəsinin alınması ilə başlamışdır. Həmin alqı-satqı müqaviləsindən sonra 0.4924 ha torpaq sahəsinə iddiaçı nın mülkiyyət hüququnu müəyyən edən xx.xx.2011-ci il tarixli, **********80 reyestr nömrəsi ilə qeydə alınmış müvafiq çıxarış verilmişdir. Bir müddət sonra, yəni xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsindən 0.20 ha hissəsini digər şəxsin adına özgəninkiləşdirmiş və mülkiyyətində cəmi 0.2924 ha torpaq sahəsi qalmışdır. Bu barədə də mülkiyyət hüququnu təsdiq edən çıxarış və torpaq sahəsinin plan və ölçüsü reyestr orqanı tərəfindən hazırlanaraq iddiaçıya verilmişdir. Ancaq bir müddət sonra məlum olmuşdur ki, qonşuluqda yerləşən “Villa Badam” yaşayış kompleksi tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinin bir hissəsi qanunsuz və heç bir hüquqi əsası olmadan zəbt olunaraq hasara alınmış və torpaq sahəsinin zəbt olunan hissəsində bəzi tikilil ər tikilmişdir. İddiaçı bu barədə “Villa Badam” yaşayış kompleksində yerləşən və oranın rəhbəri kimi özünü təqdim etmiş Fikrət adlı şəxslə dəfələrlə görüşərək bu qanusuzluğa son qoyulmasını xahiş etsə də, heç bir əhəmiyyəti olmamışdır. İlk əvvəl ona, eləcə də daim yanında olmuş qardaşına söz vermişdir ki, narahat olmasın, qısa zamanda bu məsələ öz həllini tapacaqdır. Hər dəfə bir yalan uydurmaqla iddiaçını aldatmışdır. Müvafiq vəkil sorğuları ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciətlər olunmuş və nəticədə müəyyənləşdirilmişdir ki, qeyd edilən torpaq sahəsi ümumilikdə ilk əvvəl müxtəlif şəxslərin adlarına torpaq islahat komissiyasının müvafiq qərarları ilə, daha sonra isə iddiaçıdan qabaq mülkiyyətçilərə və sonda da iddiaçıya müvafiq alq-sat qı müqaviləsi ilə mülkiyyətinə keçirilmişdir. Bundan sonra müvafiq qaydada "xxxx" MMC-yə müraciət edilmiş və torpaq sahəsinin zəbtinin araşdırılmasına başlanılmışdır. Araşdırma aparılmış və müəyyən olunmuşdur ki, torpaq sahəsinin 0.1782 ha hissəsi Cavabdeh1 tərəfindən həyata keçirilmiş və cavabdehin layihəsi olan “Villa Badam” yaşayış kompleksinin tərkibinə qatılmaqla zəbt edilmişdir. Bu barədə adı çəkilən ekspertiza idarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 01-77/21 nömrəli mütəxəssis rəyi hazırlanaraq təqdim olunmuşdur. Belə olan halda iddiaçı cavabdehin faktiki ünvanına - “Villa Badam” yaşayış kompleksinə xx.xx.2021-ci il tarixdə yazılı şəkildə müraciət edərək mülkiyyət hüququ ilə ona məxsus olan sözügedən torpaq sahəsinin 0.17 sotdan artıq zəbt olunmuş hissəsinin geri qaytarılması, qanunsuz tikililərin sökülməsi və onun mülkiyyət hüquqlarının bərpa olunmasının təmin edilməsini xahiş etmişdir. Müraciət rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş və xx.xx.2021-ci il tarixdə də Əsgərov soyadlı şəxs tərəfindən alınmışdır. Eyni zamanda sonra müəyyənləşdirilmişdir ki, cavabdehin hüquqi ünvanı ünvan 1nuni təmsilçisi Nümayəndə1dır. Bunun üçün yenidən xx.xx.2021-ci il tarixli növbəti pretenziya məktubu ilə bu dəfə cavabdehin hüquqi ünvanına, eləcə də təkrar olaraq faktiki ünvanına yazılı şəkildə rəsmi qaydada poçt vasitəsi ilə müraciət olunmuşdur. Müraciət məktublarının hər ikisi xx.xx.2021-ci tarixdə rəsmi qaydada cavabdeh tərəfindən alınmışdır. Beləliklə, cavabdehin qeyd olunan hərəkətləri qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması və bunun nəticəsində də iddiaçı nın mülkiyyət hüququnun pozulması ilə nəticələnməyə əsas olmuşdur.
4. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması və bununla əlaqədar digər şəxslərin iş üzrə cavabdeh və üçüncü şəxs qismində cəlb olunmaları barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yaşayan Cavabdeh5, ünvan 3 ünvanında yaşayan Cavabdeh2, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi ünvanında yaşayan Cavabdeh3 və “X16 Eksport LTD” X2 (VÖEN: **********) iş üzrə cavabdeh qismində cəlb olunması, Azərbaycan Respublikasının Mərkəzi Bankının və Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının iş üzrə üçüncü şəxs qismində işə cəlb olunması, mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsinin 0,1782 ha hissəsinin cav adehlərdən alınaraq iddiaçıya qaytarılması, iddiaçının mülkiyyət hüquqlarının bərpa olunması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, iddiaçıya torpaq sahəsinin zəbt olunmasını (qanunsuz ayrılmasını) özündə əks etdirən (müəyyənləşdirən) və cavabdehlər tərəfindən inşa edilmiş daş hasarın və eləcə də zəbt olunan hissədə cavabdehlər tərəfindən inşa edilmiş bütün tikililərin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və mülkiyyətdən maneəsiz istifadə və sahiblik etməsi üçün iddiaçıya şəraitin yaradılması barədə cavabdehlərin üzərinə öhdəlik qoyulması və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 50.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi və "xxxx" MM-C-yə ödənilmiş 400 manatın, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri X idməti "xxxx" MMC-yə ödənilmiş 311 manatın, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 50.741 manatın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi və iddia ərizəsinin digər hissələrinin dəyişdirilmədən qüvvədə saxlanılmaqla müvafiq qətnamə qəbul edilməsi, cavabdehlərin qanunsuz torpaq sahəsini zəbt etməsi ilə əlaqədar bu hərəkətləri etmiş şəxslər barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək onun mülkiyyətində olan torpaq sahəsinin cavabdehdən alınaraq geri qaytarılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və digər tələblərlə bağlı müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Hələ iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, iddiaçının özünün təşəbbüsü ilə müvafiq mütəxəssis rəyi alınmış, məhkəməyə təqdim olunmuş rəylə də müəyyənləşdirilmişdir ki, iddiaçıya məxsus olan torpaq sahəsinin 17 sotdan artıq hissəsi cavabdeh tərəfindən istifadə olunur. Məhkəmə prosesi başlayan kimi, məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(012)-5973/2021 nömrəli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizasının keçirlməsi qərarlaşdırılmışdır. Qərardadın icrası ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin mütəxəssisi tərəfindən iştirakları ilə torpaq sahəsinə yerdə baxış keçirilmiş və müvafiq rəy tərtib olunmuşdur. Bundan sonra həmin rəy əsasında ekspert tərəfindən rəy verilməsi üçün ekspertizaya göndərilmiş və yekunda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin xx.xx.2022-ci il tarixli, 10/3165 nömrəli rəyi tərtib olunaraq məhkəməyə göndərilmişdir. Rəylə müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan və mübahisə predmeti olan torpaq sahəsi digər şəxslərin mülkiyyətlərində olan torpaq sahələrinin döngə koordinat nöqtələri ilə üst-üstə düşür. Qeyd olunan şəxslərin adları birbaşa rəydə qeyd olunmasa da, ancaq həmin şəxslər iddiaçının mülkiyyətində olan torpaq sahəsinə bitişik olan və onları daş hasar ayıran qonşulardır. Bunun üçün hələ məhkəmədə iş dayandırıldığı vaxtlarda müvafiq sorğular hazırlanaraq DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmışdır. Həmin sorğulara istinadən müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olan 17 sotdan artıq olan yuxarı hissəsindən ilk əvvəl Cavabdeh5 məxsus olmuş və **********95 nömrəli reyestr nömrəsi ilə qeydə alınmış torpaq sahəsi olmuşdur. Qeyd olunan torpaq sahəsi üzərində sonradan fərdi yaşayış evi tikilmiş və həmin tikiliyə də Cavabdeh5 mülkiyyət hüquqları qeydə alınmış olsa da, daha sonra həmin fərdi yaşayış evi alqı-satqı müqaviləsinə əsasən “X16 Eksport LTD” X3 özgəninkiləşdirilmiş və hal-hazırda da mükiyyətindədir. Bu isə onu bildirir ki, iddiaçıya məxsus olan torpaq sahəsinin şimal hissəsinin bir hissəsi Cavabdeh5 və “X16 Eksport LTD” X5 tərəfindən zəbt olunaraq öz mülkiyyətlərinə qatdıqları üçün həmin şəxslər cavabdeh qismində işə cəlb olumalıdırlar. İddiaçıya məxsus olan 17 sotdan artıq torpaq sahəsinin bir hissəsi bu dəfə yenə Cavabdeh5 məxsus olan başqa bir torpaq sahəsi ilə həyata keçirilmişdir. Belə ki, *** *******00 reyestr nömrəsi ilə qeydə alınmış torpaq sahəsi də növbəti bitişik torpaq sahəsi kimi Cavabdeh5 məxsusdur. Həmin torpaq sahəsinin də üzərində başqa bir fərdi yaşayış evi tikilmiş və həmin fərdi yaşayış evinə də mülkiyyət hüquqlarını təsdiq edən müvafiq çıxarış alınmışdır. Daha sonra torpaq sahəsi ipoteka ilə yüklü edildiyindən, Azərbaycan Respublikasının Mərkəzi Bankının və eləcə də "xxxx" QSC tərəfindən müvafiq tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmişdir. Bunun üçün Cavabdeh5 cavabdeh qismində məhkəməyə cəlb olunmaqla yanaşı, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı də iş üzrə üçüncü şəxs qismində məhkəməyə cəlb olunmaları vacibdir. İddiaçıya məxsus olan 17 sotdan artıq torpaq sahəsinin bir hissəsi Cavabd eh2 məxsus olan başqa bir torpaq sahəsi ilə həyata keçirilmişdir. Belə ki, **********31 reyestr nömrəsi ilə qeydə alınmış torpaq sahəsi növbəti bitişik torpaq sahəsi kimi Cavabdeh2 məxsusdur. Həmin torpaq sahəsinin də üzərində başqa bir fərdi yaşayış evi tikilmiş və həmin fərdi yaşayış evinə də mülkiyyət hüquqlarını təsdiq edən müvafiq çıxarış alınmışdır. Daha sonra torpaq sahəsi ipoteka ilə yüklü edildiyindən Mərkəzi Bank tərəfindən müvafiq tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. Bunun üçün Cavabdeh2 cavabdeh qismində məhkəməyə cəlb olunması vacibdir. İddiaçıya məxsus olan 17 sotdan artıq torpaq sahəsinin bir hissəsi bu dəfə yenə də Cavabdeh2 məxsus olan başqa bir torpaq sahəsi ilə həyata keçirilmişdir. Belə ki, **********18 reyestr nömrəsi ilə qeydə alınmış torpaq sahəsi də növbəti bitişik torpaq sahəsi kimi Cavabdeh2 məxsusdur. Həmin torpaq sahəsinin də üzərində başqa bir fərdi yaşayış evi tikilmiş və həmin fərdi yaşayış evinə də mülkiyyət hüquqlarını təsdiq edən müvafiq çıxarış alınmışdır. Daha sonra torpaq sahəsi ipoteka ilə yüklü edildiyindən Mərkəzi Bankın və eləcə də Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı tərəfindən müvafiq tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmişdir. Bunun üçün Cavabdeh2 cavabdeh qismində məhkəməyə cəlb olunması vacibdir. İddiaçıya məxsus olan 17 sotdan artıq torpaq sahəsinin bir hissəsinin zəbti Cavabdeh3 məxsus olan başqa bir torpaq sahəsi ilə həyata keçirilmişdir. Belə ki, **********37 reyestr nömrəsi ilə qeydə alınmış torpaq sahəsi növbəti bitişik torpaq sahəsi kimi Cavabdeh3 məxsusdur. Ümumiyy ətlə Cavabdeh3 məxsus olan torpaq sahəsi ilk əvvəl X6 məxsus olmuş, sonradan həmin torpaq sahəsi müxtəlif şəxslərə satılmaqla, sonuncu mülkiyyətçi olan Cavabdeh3 xeyrinə özgəninkiləşdirilmişdir. Bunun üçün Cavabdeh3 cavabdeh qismində məhkəməyə cəlb olunması vacibdir. Yuxarıda adları çəkilən şəxslərin hazırki mülki iş üzrə cavabdeh qismində təkcə məhkəməyə cəlb olunmaları deyil, eyni zamanda iddiaçı tərəfindən verilmiş iddia tələblərinin bir hissələrinin onlara qarşı irəli sürülməsi də mühümdür. Çünki həmin şəxslərin cavabdeh qismində cəlb olunmalarında məqsəd iddiaçıya məxsus olan torpaq sahəsinin bir hissəsinin həmin şəxslər tərəfindən müxtəlif hissələrdə və ölçülərdə zəbt edərək özlərinə məxsus olan torpaq sahələrinə qatmaları və bunun nəticəsində də iddiaçıya məsus olan torpaq sahəsinin ümumilikdə 17 sotdan artıq hissəsinin mənimsənilməsidir. Ancaq qeyd olunan şəxslərin iddiaçıya məxsus olan torpaq sahəsindən kimin nə qədər və hansı ölçüdə torpaq sahəsini mənimsəmələri dəqiq bilinmir. Çünki həmin şəxslərə məxsus olan hüquqi və texniki sənədlər onların özlərinə məxsus olduğundan ancaq məhkəmənin təşəbbüsü və eləcə də bu barədə aidiyyəti üzrə keçirilə biləcək müvafiq ekspert rəyindən sonra mümkün ola bilər.
6. Abşeron Rayon Məhkəməsinin 2 noyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmətikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2022-ci il tarixli, 10/3165 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rə yinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş A seriyalı 438491 nömrəli İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.2924 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatlarının digər mülkiyyətçilərə çıxarışla verilmiş torpaq sahələrin döngə nöqtələrinin koordinatları ilə üstüstə düşdüyü və həmin plan və ölçü sxeminin koordinatları daxili ndə digər mülkiyyətçilər tərəfindən inşa olunmuş fərdi yaşayış evlərinin (iki ədəd fərdi yaşayış evi) bir hissəsinin yerləşdiyi müəyyən olunmuşdur.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən mütəxəssis rəyindən görünür ki, dövlət aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş X1 xx.xx.2019-cu il tarixli, **********16 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.2924 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Bildirilmişdir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülki yyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılmasının mümkün olacağı nəzərə çatdırılmışdır.
8. İş üzrə yenidən məhkəmə-tikinti-ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 28 dekabr 2022-ci il tarixli, 10/6070 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Daşınmaz Ə mlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Dövlət aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı xx.xx.2019-cu il tarixli, **********16 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.2924 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.
9. Azərbaycan Respu blikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən mütəxəssis rəyindən görünür ki, dövlət aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş X1 xx.xx.2019-cu il tarixli, **********16 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.2924 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA 027373 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh5 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0.1222 ha torpaq sah əsinin döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA 027412 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 0.1093 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA 027397 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh 2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev A/27 ünvanında yerləşən 0.101 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA 027368 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən cavabdeh “X16 Eksport LTD” X2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev A/28 ünvanında yerləşən 0.1253 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş A seriyalı 255025 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsə bəsi, “Villa Badam” yaşayış kompleksi ünvanında yerləşən 0.0955 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılmasının mümkün olacağı nəzərə çatdırılmışdır.
10. İş üzrə təkrar məhkəmə-tikinti-ekspertizası təyin edilmiş və Azərbaycan Res publikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 18 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6036 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-6653/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Dövlət Aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsi tərəfindən verilmiş X1 xx.xx.2019-cu il tarixli, **********16 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.2924 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Re yestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA 027373 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh5 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0.1222 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA 027412 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən 0.1093 ha torpaq sa həsinin döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA 027397 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev A/27 ünvanında yerləşən 0.101 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA 027368 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən cavabdeh “X16 Eksport LTD” X2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev A/28 ünvanında yerləşən 0.1253 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövl ət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş A seriyalı 255025 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi ünvanında yerləşən 0.0955 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulan sualların cavablandırılması mümkün olmamışdır.
11. Abşeron Rayon Məhkəməsinin 1 dekabr 2023-cü il tarixli, 2(012)-91/2023 nömrəli qətnaməsi ilə (hakim-Elçin Kazımov) iddia təmin edilməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyi və Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə dövlət aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsi tərəfindən verilmiş X1 xx.xx.2019-cu il tarixli, **********16 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.2924 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarə si tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA 027373 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh5 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0.1222 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA 027412 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 0.1093 ha torpaq sahəsinin döngə nöqtələrinin koordina tları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA 027397 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev A/27 ünvanında yerləşən 0.101 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA 027368 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən cavabdeh “X16 Eksport LTD” X2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev A/28 ünvanında yerləşən 0.1253 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşe ron Ərazi İdarəsi tərəfindən xx.xx.2019cu il tarixdə tərtib edilmiş A seriyalı 255025 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi ünvanında yerləşən 0.0955 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulan sualların cavablandırılmasının mümkün olmadığı, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlandığı bildirilərək, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına da xil edildikdən sonra Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılmasının mümkün olacağı nəzərə çatdırılmışdır.
13. Həmçinin məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Abşeron rayonu ərazisində aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra mübahisənin həlli ilə bağlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsi müraciət etməyi və bu məqsədlə iddia ərizəsinin hazırda baxılmamış saxlanılmasını təklif etsə də, iddiaçının nümayəndəsi və vəkili məhkəmənin təklifi ilə razılaşmamış və işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi qeyd olunan hissədə əsassız hesab edilməli və təmin edilməməlidir.
14. Birinci instansiya məhkəm əsi hesab etmişdir ki, iddiaçı tələbinin hüquqi əsaslarını, yəni ona məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsini sübut edə bilməmişdir.
15. İddia tələbinin “cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 50.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf cavabdehlərin hərəkətləri nəticəsində mənəvi zərərin vurulmasını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə iddia tələbini bu hissədə də əsassız hesab etmişdir.
16. İddia tələbinin “cavabdehlərin qanunsuz torpaq sahəsini zəbt etməsi ilə əlaqədar bu hərəkətləri etmiş şəxslər barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad qəbul edilməsi” hissəsi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, bu tələb hüquqi mahiyyəti etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər.
17. Məhkəmə isə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlmişdir ki, qeyd olunanlar cavabdehlərin əməllərində cinayət tərkibinin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 və 2-ci, 29-cu maddənin 1,2,4-cü hissələrinə, Mülki M əcəllənin 152.1, 152.5, 157.2-ci və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdehlərin hər birinin mülkiyyət hüquqlarını təsdiq edən çıxarış və plan-ölçülər olduğu halda və eləcə də, torpaq sahələrinin üst-üstə düşməsini Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC müəyyən etdiyi təqdirdə, ancaq bu üst-üstə düşməni sürüşmə adı altında müəyən edə bilməsi, sonradan da gələcəkdə hansısa bir tədbirlərin görüləcəyini vurğulaması məntiqli deyil. Çünki bütün bu problemlərin başında elə mütəxəssis rəyini vermiş qurum dayanır. Həmin idarə mülkiyyət hüquqları barədə hansısa bir şəxsə çıxarış verdiyi halda, sonradan həmin torpaq sahəsinə başqa bir şəxslərin xeyrinə (adlarına) yenidən çıxarışlar vermişdir. İşə baxan məhkəmə də bunu bilə-bilə yenidən həmin idarəyə mütəxəssis rəyi almaq üçün müraciət etmişdir. Onlar tərəfindən verilmiş vəsatətlərə əhəmiyyət verilmir, münasibət bildirilmir, həmin rəyləri tərtib etmiş şəxslərin məhkəməyə dəvət etməyinə baxmayaraq, heç biri dəvət olunmur və onların niyə belə formatda rəylər tərtib etdikləri araşdırılmır. Bütün bu xüsusatlar nəticədə həm də prosessual hüquq normalarının da kobud pozuntusunu yaratmışdır.İddia tələbini rədd edən məhkəmə, belə əsaslandırmışdır ki, iş üzrə təyin edilmiş tikinti-texniki ekspertizaların rəyinə əsasən, id diaçıya aid olan torpaq sahəsinin faktiki vəziyyəti ilə elektron baza məlumatlar arasında uyğunsuzluq, yəni sürüşmələr vardır, bu səbəbdən də məhkəmənin qoyduğu sualları cavablandırmaq mümkün deyildir. Bu rəyi əvvəlcə mütəxəssis vermiş və həmin rəyi də ekspert olduğu kimi öz rəyində qeyd etmişdir. Heç bir araşdırma və müvafiq prosedurlara əməl etmədən belə bir nəticəyə gəlmişlər. Qeyd edilən nəticələr iki dəfə təyin edilmiş ekspert və mütəxəssis rəylərində tam eynilik təşkil etmiş, sadəcə olaraq, rəylərin tarixləri və nömrələri müxtəlif olmuşdur. Bu rəylərdən sonra tərəfindən müvafiq vəsatətlər verərək, bu rəyləri tərtib etmiş mütəxəssis və ekspertlərin məhkəməyə dəvət olunması məhkəmədən xahiş olunsa da, vəsatətlərin heç birinə əhəmiyyət verilməmiş və məhkəmə tərəfindən də qiymətləndirilm əmişdir. Qeyd olunan rəyləri görən məhkəmə iddiaçının vəkili və nümayəndəsinə təklif etmişdir ki, iş üzrə ərizə verərək işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etsin. Ancaq tərəfindən belə bir addım atılmamış və işin mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhz bu səbəbə görə də işə baxan məhkəmə verilmiş iddia tələblərini rədd etmişdir. İşin baxılmamış saxlanması barədə təklif edən məhkəmənin bu təklifinin qəbul olunmamasına görə iddia tələbinə qiymət verilməməsi əsaslı deyildir. Bu hər hansı maddi və ya prosessual qanunvericliyin tələb və ya göstərişlərində nəzərdə tutulmamışdır. İkinci tərəfdən, məhkəmənin qeyd edilən baxılmamış saxlanılma ilə bağlı təklifinin hazırki işə aidiyyatı yoxdur. Belə bir ərizənin verilməsi prosessual qanunvericliyin tələbinə əsasən iddiaçıya məxsus dur. Bu hüquqdan istifadə edilməməsi iddia tələbinin rədd edilməsi üçün əsas deyildir. Digər tərəfdən, işə baxan məhkəmə yuxarıda qeyd edildiyi kimi, işin baxılmamış saxlanılması barədə ərizənin verilməsi təklifini iş üzrə təyin edilmiş sonuncu tikinti-texniki ekspert rəylərinə istinadən etmişdir. Ancaq həmin rəylərin verilməsindən qabaq, bu barədə müvafiq müətəxəssis rəyləri vardır ki, həmin rəylərin əsasında da ekspert öz rəyini tərtib edərək məhkəməyə təqdim etmişdir. Özü də ekspert heç bir araşdırma aparmamış və ancaq mütəxəssisin rəyində olanları olduğu kimi öz rəylərinə köçürtmüşlər. Qeyd edilən rəylərin tərtib olunmasından qabaq, hələ iddia ərizəsi ilə tərəfindən məhkəməyə müraciət etməmişdən qabaq, "xxxx" MMC tərəfindən tərtib olunmuş, xx.xx.2021-ci il tarixli, 01-77/21 nömrəli r əy və eləcə də sonradan məhkəmənin özünün təşəbbüsü ilə xx.xx.2021-ci il tarixli, 2(012)-5973/2021 nömrəli qərardadı ilə təyin edilmiş ekspertizanın rəylərində bir başa müəyyən olunmuşdur ki, iddiaçının torpaq sahəsinin koordinatları digər şəxslərin koordinatları ilə üst-üstə düşür. Burada verilmiş bu ekspert rəyində əvvəlcə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********86 nömrəli mütəxəssis rəyinə istinad edilmişdir. Əvvəlcə torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsini müəyyən etmək oldu, ancaq sonradan bu üst-üstə düşmənin hansı ölçüdə və qaydada olmasını sürüşmə adı altında müəyyənləşdirmək mümkün olmadı. Bütün bunlar onu göstərir ki, iddia tələbinin ekspert və mütəxəssis rəylərində olan xüsusatlar barədə, normal araşdırma aparılmamış və bundan da çıxış yolu kimi, işin baxılmamış saxlanılması barədə ona təklif edilmişdir. Mənəvi zərərlə bağlı hissəsəyə qiymət verən məhkəmə hansısa bir sübutun təqdim edilməməsi adı altında iddianın bu hissəsini də rədd etmişdir. İşə baxmış məhkəmə təkcə MPM-nin 14-cü maddəsini deyil, həmçinin 217-ci maddəsinin də tələblərini pozmuşdur. Çünki məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Əgər iddia tələbləri prosessual imkanlardan istifadə edilməklə tam araşdırılmamış və ya sübutların əldə edilməsi ilə çıxarılmamışdırsa, bu o deməkdir ki, qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə işdə mötəbər sübutlar ola-ola onların heç birinə əhəmiyyət verməmişdir. Belə ki, hələ əvvəlcə məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(012)-5973/2021 nömrəli qərardadı ilə iş üzrə tikinti-te xniki ekspertizasının keçirilməsi qərarlaşdırılmışdır. Qərardadın icrası ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin mütəxəssislərinin işitirakları torpaq sahəsinə yerində baxış keçirilmiş və xx.xx.2022-ci il tarixli, **********86 nömrəli rəy tərtib olunmuşdur. Tərtib olunmuş rəylə müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan sözügedən 0,2924 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları digər mülkiyyətçilərə çıxarışla verilmiş torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Bundan sonra da, həmin rəy əsasında ekspert tərəfindən rəy verilməsi üçün ekspertizaya göndərilmiş və yekunda, AR Ədliyyə Nazirliyinin MEM-nin xx.xx.2022-ci il tarixli, 10/3165 nömrəli rəyi tərtib olunaraq məhkəməyə göndə rilmişdir. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan və mübahisə predmeti olan torpaq sahəsi digər şəxslərin mülkiyyətlərində olan torpaq sahəslərinin döngə koordinat nöqtələri ilə üstüstə düşür. Qeyd olunan şəxslərin adları birbaşa rəydə qeyd olunmasa da, ancaq həmin şəxslər iddiaçının mülkiyyətində olan torpaq sahəsinə bitişik olan və onları daş hasar ayıran qonşulardır. Buna görə də tərəfindən müvafiq ərizə ilə iddia tələbinin dəqiqləşdirilməsi, bəzi şəxslərin cavabdeh qismində cəlb olunması və s. barədə müraciət olunmuşdur. Ekspertin və mütəxəssisin qeyd olunan rəylərindən sonra, işə baxan məhkəmə məcbur olub bu dəfə yenidən növbəti qərardadla, artıq torpaq sahəsinin üstüstə düşən hissələrinin konkretləşməsi, hansı hissələrdə üst-üstə düşmənin dəqiqləşdirilm əsi və s., bu kimi digər xüsusatların müəyyən olunması üçün yenidən ekspertiza təyin etmişdir (xx.xx.2022-ci il tarixli, 2(012)-415/2022 nömrəli qərardadla). Bu dəfə ekspert xx.xx.2022-ci il tarixli vəsatətlə məhkəməyə müraciət etmiş və vəsatətdə yenidən mütəxəssis rəyinin verilməsinin zərurliyi önə çəkilməklə, yerində baxışın xx.xx.2022-ci il tarixə təyin olunması göstərilmişdir. Yerində baxışın keçirilməsindən sonra DƏDKR publik hüquqi şəxsin 4 saylı Abşeron Əİ-nin xx.xx.2022-ci il tarixli, **********54 nömrəli məktubu ilə mütəxəssis rəyi məhkəməyə ünvanlanmışdır. Həmin mütəxəssis rəyində göstərilənlər olduğu kimi iş üzrə ekspert olmuş Təhmasib Kərimov özünün tərtib etdiyi, xx.xx.2022-ci il tarixli, 10/6070 nömrəli ekspert rəyində göstərmişdir. Ekspertin özünün heç bir araşdırması və eks pert olaraq özünün yanaşması olmamış, mütəxəssisin rəyini öz rəyinə olduğu kimi də köçürmüşdür. Belə ki, həm mütəxəssisin rəyində, sonradan da ekspertin rəyində qeyd olunmuşdur ki, guya iddiaçıya aid olan torpaq sahəsinin faktiki vəziyyəti ilə elektron baza məlumatlar arasında uyğunsuzluq var, yəni sürüşmələr vardır, bu səbəbdən də məhkəmənin qoyduğu sualları cavablandırmaq mümkün deyildir. İlk rəylərdə torpaq sahəsinin digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmələri müəyyənləşə bildiyi halda, sonradan uyğunsuzluqlar nəticəsində üst-üstə düşmə məqamlarını müəyyən etmək olmamasına dair sual yaranır. Bundan başqa, iddiaçının özünün təşəbbüsü ilə keçirilmiş müstəqil ekspertlər tərəfindən tərtib edilmiş rəydən birbaşa görünür ki, torpaq sahəsi nə qədər və hansı şəxs lərin istifadəsindədir. Torpaq sahəsi naturada var, hüquq müəyyənedici sənədlər var, cavabdehlərə aid olan torpaq sahələrinin mülkiyyət hüququqlarını müəyyən edən sənədlər, eləcə də texniki sənədləri olduğu halda, sürüşmə olması məntiqli deyil. Əgər sürüşmə var idisə, o zaman mütəxəssis rəyini tərtib etmiş 4 saylı Əİ-nin özü bu çıxarışları və texniki sənədləri nəyin əsasında tərtib edib verməsinə dair sual yaranır. Göstərilən səbəblərdən, tərəfindən xx.xx.2023-cü il tarixli vəsatətlə müraciət edərək, həmin mütəxəssis və ekspert rəylərini tərtib etmiş şəxslərin məhkəməyə çağrılaraq dindirilmələri, həmçinin iş üzrə yenidən ekspertizanın keçirilməsi və ekspertizanın bu dəfə alternativ və ya digər hər hansı bir özəl və ya dövlət qurumuna tapşırılması xahiş olunmuşdur. Ancaq işə baxan məhkəmə q eyd olunan vəsatətə bu günə qədər münasibət bildirməmişdir. Buna görə də həmin rəyləri tətib etmiş şəxslər və ekspert məhkəməyə çağırılmamışdır, bu səbəbdən də sonradan məhkəmə tərəfindən təkrar ekspertizanın təyin edilməsinə baxmayaraq, öz bildikləri kimi yenə də qanunsuz hərəkətlərini davam etdirmişlər. xx.xx.2023-cü il tarixli vəsatətlə məhkəməyə müraciət edərək təkrar tikinti-texniki ekspertizasının təyin olunması, ekspert qarşısında qoyulacaq suallar, ekspertizanın müvafiq sənədlər əsasında aparılması və ekspertizanın keçrilməsi zamanı iddiaçı olaraq onların iştirakının təmin olunması xahiş olunmuşdur. İşə baxan məhkəmə verilmiş vəsatətin qismən təmin olunması barədə xx.xx.2023-cü il tarixli, 2(012)-91/2023 nömrəli qərardad qəbul edərək, iş üzrə təkrar məhkəmə tikinti-texniki eksperti zası təyin etmişdir. Qərardadın icrası ilə əlaqədar ilk olaraq ekspertizanın aparmasından imtina olunmuş və bunun da səbəbi o olmuşdur ki, mütəxəssis rəyinin əldə olunması, bəzi baza məlumatlarının vaxtında təqdim olunmaması səbəbindən, xx.xx.2023-cü il tarixli, 10/2166 nömrəli məktubla məhkəməyə Məlumat təqdim olunmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixli, yəni bir gün qabaq tarixə 3-21-3- 32/2-6653/2023 nömrəli məktuba qoşma olaraq, 4 saylı Abşeron Əİ öz rəylərini məhkəməyə təqdim etmişlər. Bu rəy elə əvvəlki, yəni xx.xx.2022-ci il tarixli, **********54 nömrəli məktuba qoşma kimi əlavə edilmiş rəy ilə tam eynilik təşkil etmişdir. Heç bir hüquqi əsası olmayan və hətta tərəf olaraq iddiaçı və ya onun nümayəndəsinin (və ya vəkilinin) yenə də yerdə baxışın keçirilməsi zamanı çağırılmamış, əvvəl necə tərtib etmişdirlərsə, indi də həmin köhnə rəyi köçürürək yeni rəy adı altında təqdim etmişlər. Sadəcə olaraq, tarix və yeni nömrə qoymaqla məhkəməyə ünvanlamışlar. Bundan sonra da, xx.xx.2023-cü il tarixli, 3-16/16/2-10/6036 nömrəli ekspert rəyi tərtib olunmuşdur ki, həmin ekspert rəyi müətəxəssis rəyinin özünü köçürmüşdür. Burada hər hansı bir araşdırma, tərəflərin ekspertizanın keçirilməsi zamanı nə yerdə baxış zamanı iştriakı, nə də ki sənədlərin tədqiqində də iddiaçı dəvət olunmamışdır. Məhkəmə xx.xx.2023-cü il tarixli qərardad qəbul edərkən, həmin vaxtdan qabaq tərtib edilmiş mütəxəssis və ekspert rəyləri də bu qaydada tərtib edilməklə ərsəyə gəlmişdir. Məhz bu səbəbdəndir ki, tərəfindən verilmiş vəsatətdə bunlar ətraflı qeyd edilmiş və buna görə də vəsatət təmin edilməklə təkrar tikinti-texniki ekspertiza təyin olunmuşdur. Məhkəmə tərəfindən, eləcə də tərəfindən ekspert qarşısında qoyulmuş suallar, hansı tərəflərin araşdırılması və bu kimi digər məqamlar ətraflı şəkildə göstərilmişdir. Çünki mütəxəssis rəyi verən İdarə özü maraqlı olmuşdur ki, bu qaydada rəy versin, ekpsertiza isə ümumiyyətlə araşdırma aparmamışdır. Sonuncu mütəxəssis və ekspert rəyini tərtib edərək imzalamış şəxslərin məhkəməyə cəlb olunmaları, sonuncu rəylərə bundan qabaq verdiyi rəylər arasında olan uyğunsuzluqların nədən ibarət olması, həmçinin bu uyğunsuzluqların səbəblərinin açıqlanması üçün məhkəmədə ifadə vermələri üçün tərəfindən 24 noyabr 2023-cü il tarixli vəsatət verilmişdir. Ancaq həmin vəsatətə də münasibət bildirilməmiş və ümumiyyətlə vəsatətin təmin və ya rədd olunmasının hü quqi əsasları nə məhkəmə qətnaməsində, nə də məhkəmə tərəfindən qəbul edilmiş ayrıca hər hansı bir akt formasında çıxarılmamışdır. Bütün bu qeyd olunanlar bir daha onu təsdiq edir ki, işdə olan sübutlar arasında olan uyğunsuzluq və onların məhkəməyə verilməsində yalnız bir idarənin təşəbbüsü ilə tərtib edilərək təqdim olunması və bu kimi digər hallar prosessual hüquq normalarının kobud pozuntusunu özündə əks ertdirir. Məhz elə bu pozuntulardan istifadə edən məhkəmə iddia tələblərinin rədd olunmasını formalaşdırmışdır.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-807/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: İlqar Dəmirov-sədrlik edən və məruzəçi, Fuad Məmmədov və Lalə Rəhimli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansi ya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, işə apellyasiya qaydasında baxılarkən iş üzrə ziddiyətli ekspert rəyləri olduğundan ƏMDX yanında DƏDK və RPHŞ-in 4 saylı Abşeron ərazi İdarəsinin mütəxəssisləri cəlb olunmaqla təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, buna dair verilmiş mütəxəssis rəyinin imtina edilməsinə dair məktubla “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Saray qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindək i və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatlarının qeydiyyata alındığı və hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işlərinin aparıldığı bildirilmişdir.Daha sonra məhkəmə tərəfindən ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatların sistemləşdirilməsinin başa çatması və elektron kadastr məlumat bazasına daxil edilib-edilməməsinə dair məlumat verilməsi xahiş olunmuş, sorğuya cavab olaraq yerquruluşu işləri ilə bağlı məlumatların sistemləşdirilməsinin başa çatmaması və elektron kadastr məlumat bazasına daxil edilmədiyi qeyd edilmişdir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarına əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, “X16 Eksport LTD” X5 və Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrindən hüquql arın dövlət qeydiyyatı haqqında çıxarış verilmiş və müvafiq olaraq reyestr qeydiyyat kitabında qeydiyyata alınmışdır.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlərin adına hüquqların dövlət qeydiyyatı haqqında çıxarış olduğundan və torpaq sahəsinin zəbt edilib edilməməsinə dair yerquruluşu işləri ilə bağlı məlumatların sistemləşdirilməsi başa çatmadığından iddiaçının mülkiyyətdə olan torpaq sahəsinin zəbt olunmasının qarşısının alınması, torpaq sahəsinin geri qaytarılması və müdaxilələrə son qoyulması tələbinə dair iddiası təmin edilə bilməz.
25. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbi təmin edilməsə də, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra b u iddiaçının yeni əsaslarla müvafiq qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi hüququnu həyata keçirməsinə mane olmur.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 və 2-ci, 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 84.1, 103.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (vəkil X13) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, hər iki instansiya tərəfindən həm madd i, həm də prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Konstitusiyanın 13 və 29- cu maddələrinin davamı kimi nəzərdə tutulan və MM-nin 152.1-ci maddəsi iddiaçının mülkiyyət hüquqlarının hüquqi əsaslarını təşkil edir ki, bu maddi hüquq normalarının tələblərinə əməl olunmamışdır.
29. İddiaçının kassasiya şikayətinin əsas dəlili ekspert rəyləri ilə bağlı olmuşdur.Belə ki, o bir neçə dəfə təyin edilmiş ekspertiza rəyləri arasında olan fərqi mübahisləndirmişdir. Əvvəlki, ekspert rəy ilə müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan və mübahisə predmeti olan torpaq sahəsi digər şəxslərin mülkiyyətlərində olan torpaq sahəslərinin döngə koordinat nöqtələri ilə üst-üstə düşür. Daha sonra, həm mütəxəssisin rəyində, sonardan da ekspertin rəyində qeyd olunmuşdur ki, guya iddiaçıya aid olan torpaq sahəsinin faktiki vəziyyəti ilə elektron baza məlumatlar arasında uyğunsuzluq var, yəni sürüşmələr vardır, bu səbəbdən də məhkəmənin qoyduğu sualları cavablandırmaq mümkün deyildir.
30. İddiaçı qeyd etmişdir ki, tərəfindən verilmiş vəsatətlərə əhəmiyyət verilməmiş, münasibət bildirilməmiş, həmin rəyləri tərtib etmiş şəxslərin məhkəməyə dəvət etmələrinə baxmayaraq, heç biri dəvət olunmamış və onların niyə belə ağıla gəlməz formatda rəylər tərtib etdikləri araşdırılmamışdır.
31. İşə baxan apellyasiya instansiyası məhkəməsi hazırki mübahisə üzrə mülki işin materiallarında olan mötəbər sübutlara əhəmiyyət verməmiş, MPM-in sadəcə 14, 77.1-ci madddəsinin tələblərini deyil, həmçinin 217-ci maddəsinin də tələblərini pozmuşdur.
32. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusi yasının 13, 29-cu Mülki Məcəllənin 152.1, Mülki Prosessual Məcəllənin 14, 77.1, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
34. Maddə 13 (hissə 1 ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
35. Maddə
29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu gür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
39. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
40. Maddə 103.1. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məc əlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, a raşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
51. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin əsas dəlili ziddiyyətli ekspert rəylərinin olması ilə bağlıdır.
52. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, işə apellyasiya qaydasında baxılarkən iş üzrə ziddiyyətli ekspert rəyləri olduğundan ƏMDX yanında DƏDKR PHŞ-nin 4 saylı Abşeron ərazi İdarəsinin mütəxəssisləri cəlb olunmaql a təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, buna dair verilmiş mütəxəssis rəyinin imtina edilməsinə dair məktubla “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Saray qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatlarının qeydiyyata alındığı və hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işlərinin aparıldığı bildirilmişdir. Daha sonra məhkəmə tərəfindən ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatların sistemləşdirilməsinin başa çatması və elektron kadas tr məlumat bazasına daxil edilib-edilməməsinə dair məlumat verilməsi xahiş olunmuş, sorğuya cavab olaraq yerquruluşu işləri ilə bağlı məlumatların sistemləşdirilməsinin başa çatmaması və elektron kadastr məlumat bazasına daxil edilmədiyi qeyd edilmişdir.
53. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan və mübahisə predmeti olan torpaq sahəsi digər şəxslərin mülkiyyətlərində olan torpaq sahələrinin döngə koordinat nöqtələri ilə üst-üstə düşdüyünü müəyyən edən ilk ekspert rəyi özü də iddianın təmin edilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiy a şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
54. Hazırkı iş üzrə 3-cü dispozisiya şərtinin mövcudluğu müəyyən edilmir. Belə ki, indiki vəziyyətdə mübahisəli torpaq sahəsinə cavabdehlərin sahibliyi qanunsuz deyil, onların da həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri mövcuddur.
55. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinə cavabdehlərin sahiblik və istifadə hüquqları qanunla qorunur. Cavabdehlər mübahisəli ərazini özbaşına zəbt etməmişdir. Həmin torpaq sahəsinə dair cavabdehlərin hüquqmüəyyənedici sənədləri ləğv edilm ədən hazırkı iddianın təmin edilməsi mümkün deyildir.
56. Hər iki tərəfin eyni torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri mövcuddursa, ilk öncə həmin hüquqmüəyyənedici sənədlərin hansının düzgün olduğu müəyyən edilməlidir. Bu tələb mahiyyəti üzrə hüquqları qeydə alan inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində, düzgün mərzçəkmə işlərinin və düzgün qeydiyyatın aparılmaması barədə mübahisə olmaqla, həmin qeydiyyatı aparan orqana qarşı yönəlməli olan, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələbdir. Bu iddiaya cavab verməli olan orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsidir.
57. Mülki qanunvericiliyə əsasən, bir fərdi müəyyən əşya üzərində yalnız bir mülkiyyət hüququ mövcud ola bilər və həmin hüquq yalnız bir nəfərə (fərdi mülkiyyət) və yax ud eyni anda birdən çox şəxsə aid ola bilər (ümumi mülkiyyət). Yəni hər hansı əşya üzərində iki və ya bir neçə şəxsin tam mülkiyyət hüququnun eyni vaxtda mövcud olması mümkün deyildir. Əks yanaşma mülkiyyət haqqı sahiblərinin bu haqlarından irəli gələn səlahiyyətlərinin istifadəsini mümkünsüz edər.
58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə işin araşdırılmış hallarına uyğun olduğu üçün qanuni və əsaslı olmuşdur.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətna mənin ləğv edilməsi üçün əsas təşkil etmir.
60. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 dekabr 2024-cü il tarixli 2(105)-807/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.