Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1274/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh şirkəti və qeyrisinə qarşı ilkin iddiası və Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının İddiaçı qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: əmək kitabçasının müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının 21.10.2021-ci il tarixli, 2(103)8282/2021 saylı qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Paul Gielen 27.07.2018-ci il tarixdə İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialında iş təklifi göndərmiş və İddiaçı ilə olan görüşlərinə istinad edərək, böyük məmnuniyyətlə şirkətdə 17.09.2018-ci il tarixdən başlayan və 1.500 manat əmək haqqı ilə texniki məsləhətçi vəzifəsinə iş təklifini təsdiq etmişdir.
2. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Paul Gielenin 27.07. 2018-ci il tarixdə etdiyi iş təklifini İddiaçı təsdiq etmiş və 17.09.2018-ci il tarixdən etibarən aylıq əmək haqqı 1.500 manat olmaqla texniki məsləhətçi vəsifəsinə qəbul edilmişdir. İş təklifinə əsasən əmək müqaviləsi qeyri-müəyyən müddətə bağlanılmaqla, «Belzona» məhsullarının satışından 8%, «Belzona» tətbiqlərinin satışından 3% və bütün digər məhsulların satışından 3% (bəzi mövcud PPG alış hesabları istisna olmaqla) 2500 litrdən çox olan PPG strateji layihələri üçün mükafat, ticarət məqsədəuyğunluğu şərtilə qarşılıqlı razılaşdırılmaqla mükafat təklif edilmişdir. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının 2018-ci il üçün satış hədəfi (proqnozu) 300.000 avro müəyyən edilmişdir.
3. TRAST B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Paul Gielen ilə İdd iaçı arasında 17.09.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı müddətsiz olaraq Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialında texniki məsləhətçi vəzifəsinə işə götürülmüş, onun aylıq əmək haqqı 1.790 manat təşkil etmişdir.
4. İddiaçı ərizəsinə əsasən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə 14.07.2020-ci il tarixli əmrlə Əmək Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi 10.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialından 17.323,98 Avro əsas borc, 433,09 Avro illik beş faiz, 1.082,74 Avro maddi və 4.800 Avro mənəvi zərərin əvəzi olmaqla, ümumilikdə 23.639,81 Avro pulun tutularaq ona ödənilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, cavabdehlər Cavabdeh şirkətindən və Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialından İddiaçı xeyrinə müştərək qaydada - mükafatlar üzrə 17.324 Avro (36.034 manat) pul tutulması; həmin məbləğin 11 ay ərzində qaytarılmamasına görə 794 Avro (1650 manat) faiz borcu tutulması; əsas məbləği əldə etməklə ondan faydalanmağa görə 1.083 Avro (2252 manat) zərərin əvəzinin tutulması; mənəvi zərərə görə hər ay 800 Avro (1664 manat) olmaqla 11 aylıq dövr üçün 8.800 Avro (18.304 manat) pul tutulması; əmək kitabçasının işçiyə işdən çıxdı ğı sonuncu gün təhvil verilməməsinə görə 14.07.2020-ci il tarixdən başlayaraq əmək kitabçası rəsmi təqdim edilən tarixədək hər ay üçün 1.790 manat pul hesablanaraq tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Şirkəti “Belzona”, “PPG”, “Straaltechniek” kimi şirkətlərinin Azərbaycan Respublikasındakı rəsmi distribüteridir. İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialında 17.09.2018-ci il tarixdən 14.07.2020-ci il tarixədək işləmişdir. İddiaçıya işlədiyi 2 illik müddət ərzində 1500 manat aylıq əmək haqları ödənilsə də, onun təşəbbüsü ilə müştərilərlə bağlanmış bütün satış və xidmət müqavilələri üzrə bonuslar işəgötürən tərəfindən qismən ödənilmiş, bonusların əsas hissəsi ödənilməmişdir. Tərəflər aras ında əldə olunmuş şifahi razılığa əsasən, işəgötürən bonusları hər rübün sonunda ödəməli idi. Satış əməliyyatları uyğun olaraq iddiaçı tərəfindən qeydiyyata alınmış və filialın direktoru Paul Gielen tərəfindən yoxlanıldıqdan sonra rüblük bonuslar hesablanmışdır. Cavabdeh tərəfindən ödənilməyən bonuslar 2019-cu il üzrə 8.808,40 avro və 2020-ci il üzrə 8.515,58 avro olmaqla, cəmi 17.323,98 avro təşkil edir. İddiaçı 14 iyul 2020-ci il tarixdə öz ərizəsi əsasında işdən çıxmışdır. Son iş günündə şirkət direktorundan aldığı elektron məktubda yuxarıda göstərilən ödənilməmiş bonus məbləğinin 2020-ci ilin iyul ayının sonunadək ödəniləcəyi vəd olunmuşdur. Bununla bağlı şirkət rəhbərliyi ilə dəfələrlə telefon əlaqəsi yaradaraq borcun ödənilməsini xahiş etsə də, sonuncu hər dəfə ona vaxt verilməsini x ahiş etmiş, axırıncı dəfə onun elektron poçtuna yazılı qaydada müraciətinin də müsbət nəticəsi olmamış, cavabsız qoymuşdur. İddiaçı işəgötürənə məxsus, lakin onun istifadəsində olan avadanlıqları - əşyaları (HP markalı noutbuk, yanacaq kartı, rəngləndirmə avadanlığı üçün ehtiyat hissələri və s.) sonuncu iş günü 14.07.2020-cü il tarixdə cavabdehə təhvil verməsinə baxmayaraq, nə həmin gün, nə də sonrakı günlər işçiyə məxsus olan əmək kitabçası hər hansı formada iddiaçıya təhvil verilməmişdir. Bu faktı cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi vəsatətində etiraf etmişdir və 16.06.2021-ci il tarixdə məhkəmə iclasında iddiaçının əmək kitabçası nümayəndəsinə təqdim edilmişdir. İddiaçıya məxsus əmək kitabçasının təhvil verilməməsi səbəbindən iddiaçı bu günədək hər hansı bir orqanda, təşkilat da işə düzələ bilməmişdir. Bundan əlavə iddiaçının əvvəl işlədiyi X1 şirkəti “Belzona” şirkətinin Azərbaycan Respublikasındakı rəsmi distribüteri olmuş və İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialında işləməyə başladıqdan sonra, həmin şirkət də Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə işləməyə başlamışdır. Hesab edir ki, cavabdehlər tərəfindən əmək kitabçasının işçiyə işdən çıxdığı sonuncu gün təhvil verilməməsinə görə 14.07.2020-ci il tarixdən əmək kitabçası rəsmi təqdim edilən 16.06.2021-ci il tarixə kimi iddiaçıya hər ay üçün əmək müqaviləsi üzrə aldığı məvacib (1790 manat) hesablanmalı və orta əmək haqqı kimi ödənilməlidir. Həmçinin, iddiaçı əvvəlki iddia tələblərinin hesablamasında müəyyən dəqiqləşdirilmələr aparmışdır. Belə ki, cavabdehin mük afatlar üzrə ödəməli olduğu 17.324 Avro (36.034 manat) pul; həmin məbləğin 11 ay ərzində qaytarılmamasına görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 794 Avro (1650 manat) faiz borcu; əsas məbləği əldə etməklə ondan faydalanmağa görə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən 1083 Avro (2252 manat) zərər məbləği; mənəvi zərərə görə hər ay 800 Avro (1664 manat) olmaqla 11 aylıq dövr üçün 8.800 Avro (18.304 manat) pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı 4.567,51 Avro mükafat hesablansa da, vergilər çıxılandan sonra 4.567,51 Avro pulun yalnız 2847 Avro hissəsi iddiaçının bank kart hesabına köçürülmüşdür. Qalan 1720,51 Avro pul köçürmələr zamanı Filial tərəfindən tutulmuş, İddiaçı sonuncu məbləğ ödənilməmişdir. Qeyd edilən fakt İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş bank kart hesabından çıxarışda da öz təsdiqini tapmışdır.
8. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı X3 qarşı “ödənilmiş bonus məbləğinin geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız ödənilmiş 4.567,51 Avro mükafatın və ona hesablanmış müvafiq bank uçot dərəcəsi olan 285,47 Avronun həmin günə olan məzənnəyə uyğun olaraq (1 avro = 2,07380 manat) ümumilikdə, 10.051,66 manat vəsaitin İddiaçı tutularaq Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia tələbləri onunla əsaslandırlımışdır ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 27.07.2018-ci il tarixdə təklif olunan işin əsas funksiyaları ondan ibarət idi ki, iddiaçı texniki işlər üzrə məsləhətçi vəzifəsinə təyin olunur və Filial tərəfindən satış edilən məhsullar üzrə texniki dəstəyin edilməsi, müştəri bazasının genişləndirilməsi, alğı-satqı məhsulları ilə bağlı gəlmiş pretenziyaları qəbul etmək, həmin pretenziyaya cavabın verilməsi kimi fəaliyyətlər iddiaçıya həvalə olunmuşdur, həmçinin, iddiaçının müəyyən sertifikatlara yiyələnməsi bu vəzifə təlimatında öz əksini tapmışdır. İddiaçının iş funksiyalarına heç bir halda birbaşa satış fəaliyyətini həyata keçirmək tapşırılmamışdır. Onun iş funksiyası yalnız şirkətin hazırkı və yeni müştərilərinə texniki dəstək göstərməkdən ibarətdir. Eyni zamanda Filial praktikasının tərkib hissəsi olaraq işçiləri həvəsləndirmək, satışların həcmini artırmaq məqsədi ilə yeni şirkətlərlə müqavi lə bağlayan və ya yeni müştərilər cəlb edən bütün işçilərə şirkət rəhbərinin iradəsi və xoş niyyəti əsasında müvafiq bonusların verilməsi həyata keçirilirdi. Həmin bonusların verilməsi filialın özünə məxsus satış şəbəkəsi daxilində deyil, yalnız işçi tərəfindən gətirilən yeni müştərilərə edilən satışlara şamil edilmişdir. Şirkət tərəfindən aparılmış daxili araşdırılma zamanı müəyyən olunmuşdur ki, iddiaçıya təqdim edilmiş 27 iyul 2018-ci il tarixli iş təklifinə əsasən, əgər işçi illik nəzərdə tutulan satış hədəfinə - yəni 300.000 Avro həcmində satışın həyata keçirilməsi çatdığı təqdirdə həmin satışdan müəyyən bonusların ödənilməsi razılaşdırılmışdır. Tərəflər arasındakı razılaşmaya əsasən yalnız yeni müştərilərlə alğı-satqı müqaviləsindən işçiyə bonuslar ödənilir. Buna baxmayaraq, iddiaçı özünün formalaşdırdığı və yanlış məlumatları özündə əks etdirən satış reyestrində həm TRAST B.V. şirkətinin Azərbaycan Respublikası filialı ilə əməkdaşlıq edən alıcıları, həm də filialın distributor olduğu şirkətlərdən və ana şirkət tərəfindən yönləndirilən sifarişləri öz satışları kimi qələmə vermişdir. İddiaçı bilərəkdən yanlış formada tərtib etdiyi satış reyestrinə yuxarıda göstərilən sifarişləri də əldə etməsinə baxmayaraq təqvim ili ərzində nəzərdə tutulan 300.000 avro satış limitini tamamlaya bilməmişdir. Bu da faktiki olaraq iş təklifindəki şərtlərin pozulması deməkdir. Filial tərəfindən isə, iddiaçının müəyyən olunmuş hədəfə çatacağı güman edilərək, mütəmadi olaraq rüblər üzrə həmin ödənişlər həyata keçirilmişdir. Bu fakt həm iddiaçının iddia ərizəsinə əlavə etdiyi satış reyestrini n sağ küncündə (1-ci rüb üzrə 210,50 avro, 2-ci rüb üzrə 893,93 avro, 3-cü rüb üzrə 274,80 avro, 4-cü rüb üzrə 3.188,28 avro), həm də bank çıxarışlarında göstərilmişdir. İş təklifindən də göründüyü kimi, bonusların ödənilməsi yalnız 2 halda - birinci hal yeni müştərilərə satışların birbaşa olaraq texniki məsləhətçi kimi İddiaçı tərəfindən həyata keçirilməsinə başlanılması və uğurla tamamlanması; ikinci hal isə ümumi illik satış dövriyyəsinin 300.000 avroya çatması idi. Lakin iddiaçı tərəfindən işlədiyi vaxtlar ərzində heç bir nəzərdə tutulan hala əməl olunmamışdır. Bundan başqa qarşılıqlı razılıq əsasında bağlanan iş təklifi razılaşması heç bir zaman əmək müqaviləsinin tərkib hissəsi olmamış, sırf yeni müştərilərlə bağlı satışları tənzimləyən xüsusi bir razılaşma idi. Çünki, birinci səbəb bu əmək müqaviləsindən əvvəl bağlanan bir razılaşma idi. İkinci səbəb, əmək müqaviləsində belə bir əlavənin olduğu göstərilməmişdir, əmək münasibətlərini yaradan əsas akt kimi əmək müqaviləsi çıxış edir. 31 may 2021-ci il məhkəmə iclasından sonra şirkət daxili araşdırılma aparılmış və müəyyən olunmuşdur ki, iddiaçıya təqdim edilmiş 27 iyul 2018-ci il tarixli iş təklifinə əsasən, əgər işçi illik nəzərdə tutulan satış hədəfinə (300.000 avro həcmində satışın həyata keçirilməsi) çatdığı təqdirdə həmin satışdan müəyyən bonusların ödənilməsi razılaşdırılmışdır. Tərəflər arasındakı razılaşmaya əsasən yalnız yeni müştərilərlə alğı-satqı müqaviləsindən işçiyə bonuslar ödənilir. Buna baxmayaraq, iddiaçı özünün formalaşdırdığı və yanlış məlumatları özündə əks etdirən satış reyestrində həm TRAST B.V. şirkətinin Azərbaycan Respublikası filialı ilə əməkdaşlıq edən alıcıları, (“Socar Cape” və “MQS PR” şirkətlərlə bağlanan 2018-ci ildən əvvəl olan müqavilələr qoşmaya əlavə olunur) həm də filialın distributor olduğu şirkətlərdən və ana şirkət tərəfindən yönləndirilən sifarişləri öz satışları kimi qələmə vermişdir. İddiaçı bilərəkdən yanlış formada tərtib etdiyi satış reyestrinə yuxarıda göstərilən sifarişləri də əldə etməsinə baxmayaraq təqvim ili ərzində nəzərdə tutulan 300.000 avro satış limitini tamamlaya bilməmişdir. Bu da faktiki olaraq iş təklifindəki şərtlərin pozulması deməkdir.
10. İddiaçı qarşılıqlı iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı öz ərizəsində 4.567,51 Avro pulun tutulması barədə tələb irəli sürsə də, bununla bağlı sənədləri - tutulmalar tabelini, bank köçürmə sənədlərini, ödəniş tapşırıqlarını və sair məhkəməyə təqdim etməmişdir. Belə ki, qarşılıqlı iddia tələbində iddiaçı Filial cavabdeh Tehran Yusifiinin ondan ilkin iddia üzrə tələb etdiyi mükafat məbləğlərinə etiraz edərək, sonuncu tərəfindən məhkəməyə təqdim edilmiş satış reyestrində qeyd edilmiş məbləğlərin hamısının şirkətin öz şəbəkədaxili satışlarından əmələ gəldiyini, İddiaçı iş təklifində qeyd edilmiş 300.000 Avro həddində satış hədəfinə nail olmadığını, İddiaçı yeni müştərilərlə alqı-satqı müqavilələri bağlanmasında hər hansı iştirakının olmadığını qeyd etmiş, sonda 2019-cu ilin mükafat ödənişləri qismində ödənilmiş 4.567,51 Avro pulun əsassız varlanma qaydasında qaytarılmasını tələb etmişdir. Buna baxmayaraq, qarşılıqlı iddiaçı ö z tələbini əsaslandıran heç bir sənədi - İddiaçı tərəfindən təqdim edilmiş satış reyestrində qeyd edilmiş məbləğləri əks etdirən satış sənədlərini (müqavilələr, sifariş orderləri, hesab-fakturalar, ödəniş tapşırıqları və s. mühasibat sənədləri), özlərinin qeyd etdiyi kimi satışların öz şəbəkədaxili satışlarından və ya Tehran Yusifiinin işçi kimi fəaliyyəti nəticəsində əmələ gəlib-gəlmədiyini təsdiq edən sənədləri müqavilələri, İddiaçı göndərilmiş iş təklifində qeyd edilmiş 300.000 Avro həddində birləşmiş satış hədəfinə nail olunub-olunmadığını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Qarşılıqlı iddiaya əlavə edilmiş satış sənədləri (sifariş orderləri, hesab-fakturalar və s.) hamısı 2016-2017-ci illəri əhatə etmişdir ki, həmin dövrdə İddiaçı ümumiyyətlə cavabdeh Filialda çalışmamı şdır. Bundan başqa, Tehran Yusifiinin əvvəllər çalışdığı Absheron Engineering MMC tərəfindən təqdim edilmiş Təyinat məktubunda qeyd edilir ki, həmin MMC Azərbaycan və Gürcüstan əraziləri üzrə Belzona Polymeries LTD məhsullarının rəsmi agenti-distribütoru olmuşdur, İddiaçı sonradan Absheron Engineering MMC-dən "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialına rəsmi olaraq işə keçdikdən sonra Belzona Polymeries LTD məhsullarının rəsmi distribütoru "xxxx" şirkəti olmuşdur. Yəni, İddiaçı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialında rəsmi olaraq işə qəbul edilənədək, cavabdeh Filial ümumiyyətlə Belzona Polymeries LTD məhsullarının satışını həyata keçirməmişdir. Hətta, cavabdeh Filialın məhkəməyə təqdim etdiyi işçinin Əmək funksiyaları barədə sənədində belə Texniki məsləhətçi ştatı üzrə işçinin Belzona Polymeries LTD, PPG, Marine Coatings məhsulları üçün səlahiyyətli distirbütor olduğu qeyd edilmişdir. Absheron Engineering MMC-yə əvvəllər verilmiş Təyinat məktubunun eynisi distribütorluq "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialına verildikdən sonra sonuncu təşkilata verilmişdir. Lakin cavabdeh Filial hal-hazıradək onun hansı tarixdən etibarən Belzona Polymeries LTD məhsullarının rəsmi distribütoru olmasını təsdiq edən sənədi məhkəməyə qəsdən təqdim etmək istəmir. Cavabdeh qarşılıqlı iddia ərizəsində iddiaçıya təqdim edilmiş 27 iyul 2018-ci il tarixli iş təklifində illik nəzərdə tutulan satış hədəfinə (300.000 avro həcmində satışın həyata keçirilməsi) çatdığı təqdirdə, işçiyə həmin satışdan müəyyən bonusların ödənilməsi razılaşdırılmasını qeyd etsə də, bu hal ərizədə təhrif olunaraq göstərilir. Çünki, 300.000 Avro şirkətin il ərzində əldə edə biləcəyi satış hədəfi kimi göstərilmişdir. Satış məbləğinin 300.000 Avroya çatıb-çatmamasından asılı olmayaraq iddiaçıya mükafatlar ödənilməlidir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev) İddiaçı iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh şirkətindən və Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialından ödənilməmiş mükafatlar üzrə 2019-cu il üçün 8.808,40 Avro, 14.07.2020-ci ilə kimi olan dövr üçün 8.515,58 Avro olmaqla, cəmi 17.323,98 Avro mükafat (bonus) və mükafatın ödənilməsinin gecikdirilməsinə görə 100 Avro cərimə olmaqla, cəmi 17.423,98 Avro pulun (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmiş, İddiaçı iddia tələbi qalan hissələrində, habelə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının İddiaçı qarşı “ödənilmiş 4.567,51 Avro mükafatın və ona hesablanmış müvafiq bank uçot dərəcəsi olan 285,47 Avronun bu günə olan məzənnəyə uyğun olaraq (1 avro = 2,07380 manat) ümumilikdə, 10.051,66 manat vəsaitin İddiaçı tutularaq Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir.
12. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “HP Laptop, Toyota Prado” markalı avtomobil 2 ədəd yanacaq kartı ilə birlikdə, ofis açarı, Azercell sim kartı, İSR Plaza giriş kartı, «Belzona» təqdimat çantası, rəngləndirmə avadanlığı üçün ehtiyat hissələri, İddiaçı əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsi barədə 13.07.2020-ci il tarixli ərizəsi, əmək müqaviləsi, əmək müqaviləsinə əlavələr və əmrlər İddiaçı tərəfindən "xxxx" MMC-nin İSR Plaza Mühafizə rəisi vəzifəsində çalışan əməkdaşı X2 təhvil verilmişdir. Lakin əmək kitabçası İddiaçı təhvil verilməmişdir. İş təklifinə əsasən işəgötürən iddiaçıya 1500 manat aylıq maaş və tərəfindən həyata keçirilən «Belzona» polimerlərinin satışından 8%, «Belzona» polimerlərinin tətbiqi ilə sonlanan layihələrdən 3% və əlavə olaraq geri qalan digər məhsulların satışından 3% əlavə bonus - ödənilməsi şərtilə texniki-məsləhətçsi vəzifəsini təklif etmişdir. Cavabdeh Şirkəti “«Belzona»”, “PPG”, “Straaltechniek” kimi şirkətlərinin Azərbaycan Respublikasıdakı rəsmi distribüteridir. İddiaçı təklifin qeyd olunan şərtləri daxilində işləməyə razılaşmı ş və Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə 17.09.2018-ci il tarixdə əmək müqaviləsi bağlayaraq işə başlamışdır. 14.07.2020-ci il tarixədək orada işləmişdir. İddiaçıya işlədiyi 2 illik müddət ərzində 1500 manat aylıq əmək haqları ödənilsə də, onun təşəbbüsü ilə müştərilərlə bağlanmış bütün satış və xidmət müqavilələri üzrə bonuslar işəgötürən tərəfindən qismən ödənilmiş, bonusların əsas hissəsi ödənilməmişdir. Tərəflər arasında əldə olunmuş şifahi razılığa əsasən, işəgötürən bonusları hər rübün sonunda ödəməli idi. Satış əməliyatları uyğun olaraq iddiaçı tərəfindən qeydiyyata alınmış və filialın direktoru - Paul Gielen tərəfindən yoxlanıldıqdan sonra rüblük bonuslar hesablanmışdır. Cavabdeh tərəfindən ödənilməyən bonuslar 2019-cu il üzrə 8.808,40 avro və 2020-ci il üz rə 8.515,58 avro olmaqla, cəmi 17.323,98 avro təşkil edir. İddiaçı 14 iyul 2020-ci il tarixdə öz ərizəsi əsasında işdən çıxmışdır. Son iş günündə şirkət direktorundan aldığı elektron məktubda yuxarıda göstərilən ödənilməmiş bonus məbləğinin 2020-ci ilin iyul ayının sonunadək ödəniləcəyi vəd olunmuşdur. Bununla bağlı şirkət rəhbərliyi ilə dəfələrlə telefon əlaqəsi yaradaraq borcun ödənilməsini xahiş etsə də, sonuncu hər dəfə ona vaxt verilməsini xahiş etmiş, axırıncı dəfə onun elektron poçtuna yazılı qaydada müraciətinin də müsbət nəticəsi olmamış, cavabsız qoymuşdur. İddiaçı işəgötürənə məxsus, lakin onun istifadəsində olan avadanlıqları - əşyaları (HP markalı noutbuk, yanacaq kartı, rəngləndirmə avadanlığı üçün ehtiyat hissələri və s.) sonuncu iş günü 14.07.2020-cü il tarixdə cavabdehə tə hvil verməsinə baxmayaraq, nə həmin gün, nə də sonrakı günlər işçiyə məxsus olan əmək kitabçası hər hansı formada iddiaçıya təhvil verilməmişdir. Bu faktı cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi vəsatətində etiraf etmişdir və 16.06.2021-ci il tarixdə məhkəmə iclasında iddiaçının əmək kitabçası nümayəndəsinə təqdim edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının qarşılıqlı iddia ərizəsində İddiaçı 4567,51 Avro və 285,47 Avro pulun tutulmasını tələb etməsi tamamilə əsassızdır. İddiaçı 4.567,51 Avro mükafat hesablansa da, vergilər çıxılandan sonra 4.567,51 Avro pulun yalnız 2847 Avro hissəsi iddiaçının bank kart hesabına köçürülmüşdür. Qalan 1720,51 Avro pul köçürmələri zamanı Filial tərəfindən tutulmuş, İddiaçı sonuncu məbləğ ödəni lməmişdir. Qeyd edilən fakt İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş bank kart hesabından çıxarışda da öz təsdiqini tapmışdır. Hesablanan rüblük bonuslar, əmək haqqına dair bank çıxarışında təsbit olunan bonus ödənişləri ilə müqayisəli şəkildə təhlil edildikdə (Məsələn, satışların reyestrində 1-ci rüb (Q1) – 210,50 avro bonus - bank çıxarışında “Aprel 2019 Əmək haqqı və Bonus” ödəniş tapşırığı kimi göstərilir (səh. 7) müəyyən olunur ki, cavabdeh tərəfindən ödənilməyən bonusların ümumi məbləği aşağıdakı kimidir: 2019-cu il üzrə 8.808,40 avro; 2020-ci il üzrə 8.515,58 avro olmaqla, cəmi 17.323,98 avro təşkil edir.
14. Təqdim edilmiş alış sifarişləri, orderlər və qaimələr, hesabdan çıxarışlardan və bank kart hesabından çıxarışa əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı 2018-ci il üçün hesablanan mükafatları iddiaçıya ödəsə də, 2019-cu il üçün hesablanan 8.808,40 Avro, 14.07.2020-ci ilə kimi olan dövr üçün 8.515,58 Avro olmaqla, cəmi 17.323,98 Avro mükafatı (bonus) İddiaçı ödəməmişdir. Nəticədə İddiaçı 17.323,98 Avro həcmində maddi zərər vurulmuşdur.
15. Məhkəmə hesab etmişdir ki, tənasübsüz surətdə hesablanmış yüksək əmək haqqına gündəlik 1 faiz ödənc kimi 794 avro pul azaldılaraq 100 avro müəyyən edilməlidir.
16. Məhkəmə belə qənaətə gəlmişdir ki, ilk iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh şirkətindən və Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialından ödənilməmiş mükafatlar üzrə 2019-cu il üçün 8.808,40 Avro, 14.07.2020-ci ilə kimi olan dövr üçün 8.515,58 Avro olmaqla, cəmi 17.32 3,98 Avro mükafat (bonus) və mükafatın ödənilməsinin gecikdirilməsinə görə 100 Avro cərimə olmaqla, cəmi 17.423,98 Avro pul (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. İlk İddia tələbi qalan, yəni “mükafatlar üzrə məbləğin 11 ay ərzində qaytarılmamasına görə 694 Avro faiz borcu tutulması; əsas məbləği əldə etməklə ondan faydalanmağa görə 1.083 Avro zərər məbləğinin tutulması; mənəvi zərərə görə hər ay 800 Avro olmaqla 11 aylıq dövr üçün 8.800 Avro pul tutulması; əmək kitabçasının işçiyə işdən çıxdığı sonuncu gün təhvil verilməməsinə görə 14.07.2020-ci il tarixdən əmək kitabçası rəsmi təqdim edilən 16.06.2021-ci il tarixə kimi hər ay üçün 1.790 manat pul hesablanaraq tutulması” hissəsində rədd edilməlidir. Çünki, iddiaçı iddia tələblərinin bu hissələrinin əsaslı olmasına dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya mənəvi zərər vurulması məhkəmə araşdırılması zamanı təsdiqini tapmamışdır.
17. Məhkəmə həmçinin hesab etmişdir ki, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Paul Gielen tərəfindən təsdiq edilərək İddiaçı təklif edilmiş iş təklifinə əsasən sonuncuya «Belzona» məhsullarının satışından 8%, «Belzona» tətbiqlərinin satışından 3% və bütün digər məhsulların satışından 3% (bəzi mövcud PPG alış hesabları istisna olmaqla) 2500 litrdən çoxu olan PPG strateji layihələri üçün mükafat, ticarət məqsədə uyğunluğu şərtilə qarşılıqlı razılaşdırılmaqla mükafat təklif edilmişdir. Şirkətin 2018-ci il üçün satış hədəfi, yəni proqnozlaşdırılmış satış planı 300.000 avro müəyyən edilmişdir. İddiaçıya mükafatların verilməsi hər hansı şərtdən, o cümlədən şirkətin illik satışının 300.000 avroya çatacağı təqdirdə, cavabdehin iddiaçıya mükafat ödənilməsinə dair hər hansı bir şərt müəyyən edilməmiş və yazılı razılaşmada öz əksini tapmamışdır. Bu səbəbdən cavabdehin iddia etdikləri iş materiallarında olan sənədlərlə və işin həqiqi halları ilə təkzib edilir. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83, 172 və 178-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Qətnamədən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Filialın rəhbəri iş təklifinin şərtləri çərçivəsində müvafiq boya məhsullarının həqiqətən İddiaçı tərəfindən yeni müştərilərə satılmasını və eyni zamanda illik 300000 Avro satış hədəfinə çatacağını güman edərək bir neçə dəfə bonusların ödənilməsini təmin etmişdir. Filial rəhbərliyi İddiaçı tərəfindən göndərilən satış cədvəllərini təhlil edərək sonuncu tərəfindən müəssisənin satışlarının hamısını öz satışı kimi qələmə verməsindən şübhələnmiş, bu səbəbdən bonusların ödənilməsinə qərar verməmişdir. Yəni İddiaçı şirkətin mövcüd olmuş müştərilərini özünün satışlarına aid edərək əsassız bonuslar əldə etmişdir.
20. Həmçinin qətnamədən İddiaçı nümayəndəsi Vəkil1 da apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli qətnaməsini qismən – “ilkin iddia tələbinin əmək kitabçasının işçiyə işdən çıxdığı sonuncu gün təhvil verilməməsinə görə 14.07.2020-ci il tarixdən başlayaraq əmək kitabçası rəsmi təqdim edilən tarixədək hər ay üçün 1790 AZN pul hesablanaraq tutulmasının rədd edilməsi” hissəsində ləğv edilməsini, iddianın həmin hissədə də təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən sonra onun əmək kitabçası ona təhvil verilməmişdir. İddiaçı işəgötürənə məxsus, lakin onun istifadəsində olan avadanlıqları - əşyaları (HP markalı noutbuk, yanacaq kartı, rəngləndirmə avadanlığı üçün ehtiyat hissələri və s.) sonuncu iş günü 14.07.2020-cü il tarixdə cavabdehə təhvil verməsinə baxmayaraq, nə həmin gün, nə də sonrakı günlər işçiyə məxsus olan əmək kitabçası hər hansı formada iddiaçıya təhvil verilməmişdir. Bu faktı cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi vəsatətində etiraf etmişdir və 16.06.2021-ci il tarixdə məhkəmə iclasında iddiaçının əmək kitabçası nümayəndəsinə təqdim edilmişdir. Əmək kitabçası ona vaxtında təqdim edilmədiyindən başqa şirkətdə işə düzəlməsi mümkünsüz olmuşdur.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.10.2021-ci il tarixli, 2(103)8282/2021 saylı qətnaməsi ilə (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və A.V.Tanrıverdiyev) İddiaçı nümayəndəsi Vəkil1 tərəfindən və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməs inin 18 iyun 2021-ci il tarixli, 2(004)-1959/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi sübutların məcmusuna əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının qarşılıqlı iddia ərizəsində İddiaçı 4567,51 Avro və 285,47 Avro pulun tutulmasını tələb etməsi tamamilə əsassızdır. İddiaçı 4.567,51 Avro mükafat hesablansa da, vergilər çıxılandan sonra 4.567,51 Avro pulun yalnız 2847 Avro hissəsi iddiaçının bank kart hesabına köçürülmüşdür. Qalan 1720,51 Avro pul köçürmələr zamanı Filial tərəfindən tutulmuş, İddiaçı sonuncu məbləğ ödənilməmişdir. Qeyd edilən fakt İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş bank kart hesabından çıxarı şda da öz təsdiqini tapmışdır. Hesablanan rüblük bonuslar, əmək haqqına dair bank çıxarışında təsbit olunan bonus ödənişləri ilə müqayisəli şəkildə təhlil edildikdə (Məsələn, satışların restrerində 1-ci rüb (Q1) – 210,50 avro bonus - bank çıxarışında “Aprel 2019 Əmək haqqı və Bonus” ödəniş tapşırığı kimi göstərilir (səh. 7) müəyyən olunur ki, cavabdeh tərəfindən ödənilməyən bonusların ümumi məbləği aşağıdakı kimidir: 2019-cu il üzrə 8.808,40 avro; 2020-ci il üzrə 8.515,58 avro olmaqla, cəmi 17.323,98 avro təşkil edir. Təqdim edilmiş alış sifarişləri, orderlər və qaimələr, hesabdan çıxarışlardan və bank kart hesabından çıxarışdan müəyyən edilir ki, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı 2018-ci il üçün hesablanan mükafatları iddiaçıya ödəsə də, 2019-cu il üçün hesablanan 8.808,40 Avro, 14.07.2020-ci ilə kimi olan dövr üçün 8.515,58 Avro olmaqla, cəmi 17.323,98 Avro mükafatı (bonus) İddiaçı ödəməmişdir. Nəticədə İddiaçı 17.323,98 Avro həcmində maddi zərər vurulmuşdur.
23. Apellyasiya instansiyası məhkəməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, onun əmək kitabçasının gec qaytarılması əmək haqqının tutulmasına əsas vermir. İddiaçı ilə əmək müqaviləsinə 14.07.2020-ci il tarixli əmri ilə Əmək Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz ərizəsinə əsasən) xitam verilmişdir. Belə olan halda isə, işçinin öz ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilməsindən sonrakı dövr üçün əmək haqqının alınması və ya məhkəmə qaydasında tutulması əmək qanunvericliyində nəzərdə tutulmamışdır. Kassasiya şikayətinin və ona etirazın də lilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən (ilkin iddia tələbinin əmək kitabçasının işçiyə işdən çıxdığı sonuncu gün təhvil verilməməsinə görə 14.07.2020-ci il tarixdən başlayaraq əmək kitabçası rəsmi təqdim edilən tarixədək hər ay üçün 1790 manat pulun hesablanaraq tutulmasının rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində) ləğv edilməsi və ilkin iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
25. İddiaçı tərəf kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişdir ki, İddiaçı iş əgötürənə məxsus, lakin onun istifadəsində olan avadanlıqları sonuncu iş günü (14.07.2020) təhvil verməsinə baxmayaraq, nə həmin gün, nə də sonrakı günlər işçiyə məxsus olan əmək kitabçası hər hansı formada iddiaçıya təhvil verilməmişdir. Bu faktı cavabdeh filial məhkəməyə təqdim etdiyi vəsatətində etiraf etmişdir.16.07.2021-ci il tarixdə məhkəmə iclası gedişində İddiaçı məxsus əmək kitabçası sonuncunun nümayəndəsinə (vəkilinə) işəgötürənin nümayəndəsi tərəfindən təqdim edilmişdir. Sadalanan xüsusatlar 14.07.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilən İddiaçı məxsus əmək kitabçasının işdən azad edilən gün işəgötürən tərəfindən verilmədiyini təsdiq edir. Məhkəmələr işin faktiki hallarını düzgün qiymətləndirməyərək və maddi hüquq normalarını səhv tətbiq edərək, əsassız və düzgün ol mayan qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi səhvən maddi hüquq norması kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə istinad edərək, əmək müqaviləsinə işçinin öz ərizəsinə əsasən xitam verildiyindən, xitamdan sonrakı dövr üçün işçinin xeyrinə əmək haqqının tutulmasının əmək qanunvericiliyində nəzərdə tutulmadığını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi maddi hüquq normasının hazırki mübahisəyə ümumiyyətlə hər hansı adiyyəti yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 26.Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
27. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
28. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 30.Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının qismən - ilkin iddia tələbinin əmək kitabçasının işçiyə işdən çıxdığı sonuncu gün təhvil verilməməsinə görə 14.07.2020-ci il tarixdən başlayaraq əmək kitabçası rəsmi təqdim edilən tarixədək hər ay üçün 1790 manat pulun hesablanaraq tutulmasının rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğvi xahiş edildiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə
87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
3. İşdən çıxan işçilərə əm ək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Maddə
172. Əmək haqqının verilməsi müddətləri
6. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Məhkəmələr tərəfindən müəyyən olunmuş işin hallarından görünür ki, iddiaçı Cavabdeh şirkətində əmək müqaviləsinə əsasən işləmiş, onun aylıq əmək haqqı 1.790 manat təşkil etmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə 14.07.2020-ci il tarixli əmrlə Əmək Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Lakin iddiaçıya əmək kitabçası 16.06.2021-ci il tarixdə təqdim edilmişdir.
35. Halbuki, Əmək Məcəlləsinin 83-cü və 87-ci maddələri işçinin əmək kitabçasının işəgötürən tərəfindən işçiyə sonuncu iş günü verilməsini tələb edir.
36. Kassasiya kollegiyası qeyd edir ki, ilkin iddanın “əmək kitabçasının işçiyə işdən çıxdığı sonuncu gün təhvil verilməməsinə görə 14.07.2020-ci il tarixdən başlayaraq əmək kitabçası rəsmi təqdim edilən tarixədək hər ay üçün 1.790 manat pul hesablanaraq tutulması” hissəsində iddia tələbinin hüquqi əsasını Əmək Məc əlləsinin 172-ci maddəsinin 6-cı hissəsi təşkil edir. Həmin normaya əsasən, işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.
37. Bu normanın məzmunundan göründüyü kimi, onun tətbiq edilməsi üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: əmək kitabçasının işçiyə sonuncu iş günü verilməməsi, əmək kitabçasının verilməsinin işəgötürənin təqsiri üzündən ləngidilməsi, əmək kitabçası verilmədiyinə görə işçinin işə düzələ bilməməsi. Bu şərtlər mövcud olmadığı halda Əmək Məcəlləsinin 87-ci maddəsinin üçüncü hissəsinə əsasən işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməsi istisna olunur. Bu na görə də iddiaçı həmin şərtlərin mövcud olması barədə sübutları təqdim etməlidir. Lakin iş materiallarından işçinin əmək kitabçasının vaxtında verilmədiyi müəyyən olunsa da, bu səbəbdən işə düzələ bilməməsi müəyyən olunmur. Apellyasiya instansiyası məhkəməsi həmin hissədə iddianı təmin etməməkdə haqlı olmuşdur.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.10.2021-ci il tarixli, 2(103)8282/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.