Məhkəmə qərarları › İş №2(102)-1277/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1277/2023

10.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1277/2023 10.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Sabunçu Rayon Polis İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi, məhkəmə aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Sabunçu Rayon Polis İdarəsinə qarşı vəzifəli şəxsin hərəkətlərindən şikayətə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 may 2022-ci il tarixli, 2(103)-3479/2022 saylı qərardadından ərizəçinin hüquqi varisi X4 (vəkili X3) tərəfindən verilmiş kassasiya şik ayətinə dair işə 10 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli sərəncamı ilə İİ Zabrat qəsəbəsi X.Vəliyev küçəsində 0.06 hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Maraqlı şəxs Yavıx qızının mülkiyyətinə verilmişdir.

2. Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 18 fevral 2002-ci il tarixli, 117 nömrəli sərəncamı ilə İİ Zabrat qəsəbəsi X.Vəliyev küçəsində vətəndaş Maraqlı şəxs Yavıx qızı tərəfindən tikilmiş ikimərtəbəli 7 otaqlı, 600 kv.metr torpaq sahəsi olan yaşayış evinə İİ Zabrat qəsəbəsi X.Vəliyev küçəsi 17 “A” saylı ünvan verilməklə hüquqi qeydiyyata alınmasına icazə verilmişdir.

3. Maraqlı şəxs Ya vıx qızının Bakı şəhəri, Sabunçu rayonu, İİ Zabrat qəsəbəsi X.Vəliyev küçəsindəki 7 otaqlı, 110.1 kv.metr yaşayış sahəsi, 262.7 kv.metr ümumi sahəsi və 600 kv.metr torpaq sahəsindən ibarət 17 “A” saylı fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi 24 noyabr 2004-cü il tarixdə məhkəməyə müraciət edərək, arvadı X1, uşaqları X5 və X4 ilə birlikdə Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, X.Vəliyev küçəsində yerləşən 17 «a» saylı evə pasport qeydiyyatına alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-2371/2004 saylı, 01 dekabr 2004cü il tarixli qətnaməsi ilə (hakim A.Əbilhəsənov) ərizə təmin edilmiş, Ərizəçi arvadı X1, uşaqları X5 və X4 ilə birlikdə ünvan 3 evə pasport qeydiyyatın alınması qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işdə olan qonşular tərəfindən tərtib edilmiş akta əsasən Ərizəçi 2001-ci ildən ailə üzvləri ilə birlikdə ünvan 3 evdə yaşayır. Ərizəçi 2001-ci ildən həmin tikib başa çatdırmış, tikili memarlıq baxımından mümkündür, heç bir tikinti qurğulara maneçilik törətmir, həmçinin kommunal xidmətlər xərcini də ödəməklə, evdən uzun müddət açıq, fasiləsiz və vicdanla istifadə edir.

7. Məhkəmə öz mövqeyini “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

8. Qətnamə rəsmi olaraq işdə iştirak edən şəxslər Ərizəçi və Sabunçu Rayon Polis İdarəsinə xx.xx.2004-cü il tarixdə göndərilmişdir.

9. Daha sonra Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçı Maraqlı şəxs cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə (üçüncü şəxs Ərizəçi və digərləri) qarşı “qeydiyyatdan çıxarma öhdəliyinin qoyulması” tələbi üzrə inzibati iş məhkəmənin icraatında olduğundan, yaranmış zərurətlə əlaqədar Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-2371/2004 saylı mülki iş tələb edilmiş və zərurət aradan qalxdıqdan sonra xx.xx.2021-ci il tarixdə iş geri qaytarılmışdır. 10. 30 avqust 2021-ci il tarixdə isə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22371/2004 saylı, 01 dekabr 2004-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12067/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qərardadı ilə (haki mlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Fuad Babayev) Maraqlı şəxs tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-2371/2004 saylı, 01 dekabr 2004-cü il tarixli qətnaməsinin rəsmi olaraq Maraqlı şəxs tərəfindən nə zaman əldə edildiyi barədə sübut iş materialları ilə müəyyən edilməmişdir.

12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-2371/2004 saylı, 24 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakim Tahirə Əsədova) apellyasiya şikayəti qeyd olunan əsasa görə geri qaytarılmışdır. 13. 31 yanvar 2022-ci il tarixdə Maraqlı şəxs qətnaməni rəsmi qaydada əldə etmiş, daha sonra apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etmişdir.

14. Bakı şəh əri Sabunçu Rayon Məhkəməsinin 2-2371/2004 saylı, 14 fevral 2022-ci il tarixli qərardadı ilə (hakim Həqiqət Mahmudova) qətnamənin Maraqlı şəxs maraqlarına toxunduğu nəzərə alınaraq, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət bərpa edilmiş və iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Vəliyev küçəsi 17A saylı ev onun xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəmə işi tam, obyektiv və hərtərəfli araşdırmadığı üçün həm mad di, həm də prosessual hüquq normaları pozulmuşdur ki, bu da səhv qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır.

17. Apellyasiya məhkəməsində işin araşdırılması zamanı Ərizəçi 26 dekabr 2020-ci il tarixdə vəfat etməsi müəyyən edilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3479/2022 nömrəli, 10 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadıqov) Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-2371/2004 saylı, 01 dekabr 2004-cü il tarixli qətnaməsi ləğv edilmiş, Ərizəçi ərizəsi üzrə icraata xitam verilmişdir.

19. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi öldüyündən və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən, həmçinin mübahisənin mahiyyətini inzibati hüquq münasibətləri təşkil etdiyindən iş üzrə icraata xitam verilməlidir.

20. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3.1, 24.1, 31.1, 261.0.1, 261.0.7, 391-ci, İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.2.3, 2.2.5ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı Qərarı və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələri nin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 06 oktyabr 2012-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Qərardaddan ərizəçinin hüquqi varisi X4 (vəkili X3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki instansiyada işə baxılarkən əmlaklara baxış keçirilməmiş, həmin əmlakların eyni ünvanda olub-olmaması, təsərrüfatların ayrı olub-olmaması araşdırılmamışdır. Əgər məhkəmələr işə baxarkən əmlaklara fərqli ünvanlar vermiş olsaydı, n ə Ərizəçi və ailəsi qeydiyyatdan çıxarılmış olardılar, nə də Maraqlı şəxs onun evində yaşamayan şəxslərin qeydiyyatdan çıxarılmalarını istəyərdi. Əlavə olunmuş sayğac qəbzlərindən göründüyü kimi ərizəçinin mülkiyyətindəki əmlak bir qəbzdə X. Vəliyev küç ev 10 Q, digər qəbzdə X. Vəliyev küç ev 17/A, başqa qəbzdə isə Sabunçu, 2 Zabrat, Yeni massiv ev 0164, mən 0319 kimi qeyd edilmişdir. Maraqlı şəxs xx.xx.2006-cı il tarixdə çıxarış əldə edərkən ünvan fərqli qeyd edilə və ya Ərizəçi öz tikdiyi evə qeydiyyata düşmək istəyərkən ünvan fərqləndirilə bilərdi. Apellyasiya məhkəməsi diqqət etməmişdir ki, Ərizəçi xx.xx.2004-cü il tarixdə bu ünvana qeydiyyata düşəndə Maraqlı şəxs əmlakı olmamışdır. Onun əmlakı yalnız 2006-cı ildə qeydiyyata alınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillər i

23. Maraqlı şəxs vəkili Nümayəndə kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, kassasiya şikayəti X4 və onun vəkili tərəfindən verilmişdir. Ali Məhkəmənin 2(102)-1277/2023 saylı, 17 fevral 2023-cü il tarixli qərardadında isə xx.xx.2022-ci il tarixli kassasiya şikayətinin məhz Ərizəçi (xx.xx.2020-ci ildə ölmüşdür) və onun vəkili tərəfindən verilməsi qeyd edilmiş və məhz Ərizəçi və onun vəkili tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kassasiya şikayəti icraata qəbul edilmişdir. Nəticədə hazırkı iş üzrə X4 və onun vəkili tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməmişdir. Bundan başqa məhkəmə sözügedən iş üzrə kassasiya şikayəti vermiş X2 hazırkı iş üzrə prosessual vəziyyətini (3-cü şəxs, maraqlı şəx s, ərizəçi (ərizəçinin varisi) və s.) aydınlaşdırmamışdır. Belə ki, sözügedən mülki iş üzrə ərizəçi qismində yalnız - Ərizəçi tanınmışdır. Kassasiya şikayəti verən X4 isə ölmüş ərizəçinin vərəsəsi qismində tanınması barədə müvafiq sübutu kassasiya şikayətinə əlavə etməmişdir. Həmçinin, kassasiya şikayəti MPM-də nəzərdə tutulan forma və məzmuna uyğun tərtib edilməmiş, maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Qeyd olunan hallar kassasiya şikayətinin icraata qəbul edilməsinə mane olan hallardır. Kassasıya şikayətində şikayətçi vurğulamışdır ki, Maraqlı şəxs Piriyevlərin mülklərinin yerləşdiyi ünvanın dəyişdirilməsini tələb etməli idi, buna münasibətdə yenə də kassator Maraqlı şəxs sanki inzibati orqan qismində görür, halbuki kassator özü ünvanla bağlı aidiyyatı orqanlara müraciət etməli idi. Ərizəçi, X1, X5 və X4 heç vaxt ünvan 1 ünvanında yerləşən evdə yaşamamışlar. Onlar hazırda ünvan 2 ünvanında yerləşən evdən təxminən 300 metr aralıda yerləşən ünvanı qeydə alınmamış bir evdə yaşayırlar. Qeyd olunanlara əsasən X4 tərəfindən verilmiş kassasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

24. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

25. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

26. Maddə 261.0.7. İş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermə zsə hakim iş üzrə icraata xitam verir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllə

29. Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, in zibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

30. Maddə 2.2.5. İnzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

31. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plen umunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarı

32. Bənd 15.4. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsini ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı q aydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində kassator apellyasiya insta nsiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin icraata qəbul edilməsi zamanı tətbiq edilməli olan prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

36. İş üzrə düzgün qərardadın qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırki tələbə 2004-cü ildə baxılarkən yerində müayinə iclasının keçirilməsi üçün zərurət olmamışd ır. Apellyasiya məhkəməsində işə baxılması zamanı isə ərizəçi tərəfə lazımi qaydada məlumat verilsə də, kassasiya şikayətində irəli sürdüyü dəlilləri apellyasiya baxışında irəli sürməmiş və yerli baxış barədə vəsatətlə də müraciət etməmişdir.

38. Bundan başqa, işdə olan sənədlərdən görünür ki, Ərizəçi və onun ailəsi ünvan 3 ünvanda yerləşən evə pasport qeydiyyatına alınmışdır. Maraqlı şəxs də məhz həmin ünvanda yerləşən evə olan hüquqları dövlət qeydiyyatına alınmışdır.

39. Maraqlı şəxs hüquqları dövlət reyestrində qeydiyyata alındığından, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

40. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və hazırki mübahisənin faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir.

41. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmi şdirsə, Mülki Prosesual Məcəllənin 261.0. 261.0.1-ci madələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.

42. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına uyğundur. Kassasiya şikayətinin dəlillərində qeyd olunan məsələlərlə bağlı apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə işin hallarına və qanunauyğun olmuşdur. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etd iyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 may 2022-ci il tarixli, 2(103)3479/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar