Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1277/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: Əsassız varlanma, əmlaka sərf olunmuş məsrəflərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 9 yanvar 2025-ci il tarixli, 2(106)280/2025 saylı qətnaməsindən iddiaçı X tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin ha lları 1. 04 avqust 2006-cı il tarixdə X14 rəsmi nikah əsasında İddiaçı Xqızı ilə ailə qurmuş və onların birgə nikahından 03 oktyabr 2002-ci il tarixdə Fərid, 01 avqust 2004-cü il tarixdə Əfsanə və 20 dekabr 2012-ci il tarixdə Murad adlı, 3 övladları doğulmuşdur. 2. 08 noyabr 2010-cu il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamə ilə X27, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 04 oktyabr 2010-cu il tarixli Kadastra əsasən, özünə məxsus olan Cəlilabad şəhəri, Səttərxan küçəsində yerləşən 0,06 ha torpaq sahəsini və onun üzərində tikilmiş fərdi yaşayış evini Reyestr Xidmətinin Cəlilabad rayon Ərazi İdarəsində qeydiyyatdan keçirməyi, Reyestrdən Çıxarışı və digər hüquqmüəyyənedici sənədləri almağı, həmin torpaq sahəsi və yaşayış evi üzərində sərəncam verməyi, satmağı və sair hərəkətləri etməyə dair 08 noyabr 2040-cı ilədək qüvvədə olmaqla X9 adına etibarnamə vermişdir.
3. X7 08 noyabr 2010-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o əri X21 məxsus olan Cəlilabad şəhəri, Səttərxan küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin satılmasına yazılı razılıq vermişdir.
4. Cəlilabad Rayon Məhkəməsinin 03 aprel 2017-ci il tarixli, 2(073)-558/2017 saylı qətnaməsi ilə X14 ilə X10 arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra X6 nikahdan əvvəlki (Adıyeva) soyadını daşımaq hüququnun verilməsi, hər üç uşağın anasının yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X8 hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutularaq X6 veri lməsi qət edilmişdir. 5. 12 aprel 2017-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən və 13 aprel 2017-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X18 adına qeydə alınmışdır. 6. 24 aprel 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, X14 etibarnamə ilə X18 adından ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsini 4.500 manata Cavabdeh satmışdır. 7. 17 may 2017-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmışdır.
8. Cəlilabad Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(073)-839/2019 saylı qətnaməsi ilə Cavabdeh X6 qarşı “e vdən çıxarılma və evin qeydiyyata alınmasına törədilən maneələrin aradan qaldırılması” barədə iddiası təmin edilərək, X3 ailə üzvləri ilə birlikdə 17 may 2017-ci il tarixli Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması və X10 tərəfindən həmin evin Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsində qeydiyyata alınmasına törədilən maneəliyin aradan qaldırılması qət edilmişdir. 9. 07 avqust 2020-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş “Fərdi yaşayış evinin qiymətləndirilməsinə dair” Hesabatdan görünür ki, Cavabdeh mülkiyyətində oldan ünvan 1 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən, kənar ölçüləri 12 metr x 10 ment olan fərdi yaşayış evinin hazırkı orta bazar qiyməti 35.000 manat təşk il edir.
10. Cəlilabad Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(073)-1717/2020 saylı qətnaməsi ilə X3 X12 qarşı “pul tələbinə dair” iddiası qismən təmin edilərək, X8 41.000 manatın tutulub X6 verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
11. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(106)-209/2021 saylı qətnaməsi ilə X3 apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(073)-839/2019 saylı qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
12. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 fevral 2022-ci il tarixli, 2(106)-273/2022 saylı qətnaməsi ilə X11 apellyasiya şikayəti təmin edilərək, Cəlilabad Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(073)-67/2020 saylı qətnaməsi ləğv edilmiş, X3 X12 qarşı “pul tələbinə dair” iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı X10 (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “pul tələbinə dair” iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 47.000 manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı, işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehin qardaşı X14 ilə nikahda olmuş və birgə yaşayış dövründə üç uşaqları anadan olmuşdur. Məhkəmə qərarına əsasən nikahları pozulmuşdur. 2010-cu ildə X14 ilə birgə yaşadığı vaxtda ünvan 2 ünvanda (hazırda ünvan 3əsini və onun üzərində yerləşən yarımçıq tikili ni satın almışlar. Bunun üçün o və əri X14 torpağın sahibi X21 7.000 manat ödəməli idi. Lakin, X18 torpaq sahəsi ilə bağlı sənədləri qaydasında olmadığı üçün, həmin vaxt alqı-satqı müqaviləsini bağlaya bilməmişlər. X27 etibarnamə əsasında həyətyanı torpaq sahəsi ilə bağlı hüquqlarını etibarnamə əsasında əri X13 etibar etmişdir. Bundan sonra əri X14 yaşamaq üçün Rusiya Federasiyasına getmiş, uzun müddət orada yaşamış və onunla bu müddət ərzində heç bir əlaqə və münasibət saxlamamışdır. Hətta bu müddət ərzində uşaqlarına belə yardım göstərməmiş və məcburiyyət qarşısında qalaraq X21 ödənilməli olan 7.000 manatı özü vermişdir. X22 torpaq sahəsinin pulunu ödəməmiş və evin tikintisində ona heç bir maddi yardım göstərməmişdir. Valideynlərinin və qardaşlarının köməyi ilə evi tikərək təmir etdirmiş, yaşayış üçün normal vəziyyətə gətirmişdir. Hal-hazırkı vaxta qədər uşaqları ilə birlikdə həmin evdə yaşayır. 2016-cı ildə əri X2 Federasiyasından qayıtmış və nikahın pozulması barədə məhkəməyə müraciət etmişdir. Cəlilabad rayon məhkəməsinin 03 aprel 2017-ci il tarixli, 2(073)-558/2017 saylı qətnaməsi ilə nikahları pozulmuş və hər üç uşağın onun yanında saxlanılması qət edilmişdir. Nikahları pozulduqdan 21 gün sonra, yəni 24 aprel 2017-ci il tairxdə X14 etibarnamə əsasında həmin 0.06 ha həyətyanı torpaq sahəsini X27 adından qardaşı Cavabdeh guya 4.500 manata satmışdır. Bunun əsasında Cavabdeh 0.06 ha torpaq sahəsinə 17 may 2017-ci il tarixli Çıxarış almışdır. Lakin, alqı-satqı müqaviləsindən və həyətyanı torpaq sahəsinə Cavabdeh adına Çıxarışın alınmasından onun məlumatı olmamışdır. Bu ba rədə 2021-ci ilin axırlarında vəkili ona məlumat vermiş və bundan məlumatlı olmuşdur. Konkret olaraq 2021-ci ilin dekabr ayında alqı-satqı müqaviləsinin və 0.06 ha həyətyanı torpaq sahəsinə verilmiş Çıxarışın surətini vəkili vasitəsi ilə əldə etmişdir. Belə ki, X27 adından etibarnamə əsasında X14 ilə Cavabdeh arasında notarial qaydada bağlanmış və təsdiq edilmiş 24 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, ünvan 4 ünvanda (hazırda ünvan 5ən 13 aprel 2017-ci il tarixdə X18 adına verilmiş Çıxarışa əsasən tam mülkiyyət hüquqi ilə ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini 4.500 manata satmışdır. Başqa sözlə, qeyd olunan ünvanda yerləşən tam mülkiyyət hüquqi ilə X21 məxsus olan 0.06 ha torpaq sahəsi X14 tərəfindən etibarnamə əsasında 4.500 manata qardaşı Cavabdeh satılmış və bu barədə aralarında notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanmışdır. Bu əqdin özü ilk baxışdan şübhə doğurur. Çünki həmin torpaq sahəsini X14 qardaşı Cavabdeh satmazdan 10 il əvvəl, yəni 2010-cu ildə 7.000 manata almışdır. Bundan sonra, orada yaşayış evi tikmiş və evin tikintisinə 40.000 manat xərc çəkmişdir. Həmin 0.06 ha torpaq sahəsinin pulunu o, versə də, oradakı evi X9 iştirakı olmadan özü tiksə də, onlar 03 aprel 2017-ci il tarixə qədər ər-arvad olmuşdurlar. Həmin torpaq sahəsini birgə yaşayış dövründə əldə etdiklərindən onun iştirakı və razılığı olmadan satılması qanuni hesab edilə bilməz. Onların məqsədi onu əmlakdan məhrum etmək olmuşdur. 2010-cu ildə torpaq sahəsini o, 7.000 manata satın almışdır. Orada yaşayış üçün normal vəziyyətdə, bütün təmir işləri görülmək lə yaşayış evi tikmişdir. Lakin, Mirələmov qardaşları onu əmlakdan məhrum etmək üçün boş torpaq sahəsini 7.000 manata aldığı həyətyanı torpaq sahəsi və üzərində fərdi yaşayış evini tikəndən sonra 4.500 manata biri digərinə satmışdır. Cavabdeh heç bir vaxt evi və torpaq sahəsini almağa görə kiməsə 4.500 manat verməmişdir. O, bildirmişdir ki, onda heç vaxt 4.500 manat olmamışdır ki, həmin pulu alqı-satqı müqaviləsinə görə qardaşı X13 versin. Bu əqdin bağlanmasında Mirələmovların digər məqsədi mübahisəli evin özgəninkiləşdirilməsi, yəni birgə yaşayış dövründə əldə etdikləri əmlakdan onu məhrum etmək olmuş və onlar bu məqsədlə bu əqdi bağlamışlar. Bu əqd həqiqi niyyətin yox, uydurma niyyətin məhsuludur. Cəlilabad rayon məhkəməsinin 12 iyun 2019-cu il, habelə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegmyasının 17 mart 2021-ci il tarixli qətnamələri ilə sübut olunmuşdur ki, ünvan 2 (keçmiş Cəlilabad şəhəri Səttərxan küçəsi) ünvanda evi vardır. O, qeyd edir ki, həmin yaşayış evini özü tikmişdir. Torpağın və evin qiymətin suni surətdə aşağı salmaqda digər bir məqsəd ondan ibarət olmuşdur ki, dəyəri 5.500 manatdan artıq olan daşınmaz əmlakların alqı-satqısı zamanı əmlakın dəyəri əvvəlcədən natoriusun depozit hesabına ödənilməklə həyata keçirilməlidir. Bundan yayınmaq üçün Mirələmovlar notariusla “iş birliyi quraraq” satış qiyməti 45.000- 50.000 manat olan əmlakı 4.500 manata dəyərləndirmişlər. Bu da uydurma və yalan bir niyyətdir. Bütün qeyd olunanlara baxmayaraq 7.000 manata aldığı 0.06 ha torpaq sahəsi və orda tikdiyi 40.000 manat dəyərində yaşayış evi uydurma bir əqdin nəticəsi ola raq hazırda Cavabdeh mülkiyyətindədir. Buna görə də evin tikintisinə qoyduğu 40.000 manat, həyətyanı torpaq sahəsinə verdiyi 7.000 manat Cavabdeh alınaraq ona verilməlidir. Belə ki, Cəlilabad rayon məhkəməsinin 12 iyun 2019-cu il tarixli qətnaməsi ilə o, yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Reyestr Xidməti tərəfindən verilmiş 17 may 2017-ci il tarixli Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmışdır.
15. Cəlilabad Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(073)-1641/2022 saylı qətnaməsi ilə (hakim Qalib Paşayev) iddia qismən təmin edilərək, cavabdehdən 41.000 manatın tutulub iddiaçıya verilməsi və qalan hissədə iddianın rədd olunması qət edil mişdir.
16. Məhkəmə, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qeyd edilən fərdi yaşayış evindən uzun müddətdir ki, istifadə edərək həmin evdə yaşamışdır. Cavabdehin tələbi ilə iddiaçı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmaq məcburiyyətində qaldığı üçün o, da evə çəkdiyi xərclərin ona qaytarılmasını tələb edir. Qeyd edilən fərdi yaşayış evinin iddiaçı tərəfindən tikilməsi və orada yaxşılaşdırma işlərinin aparılması işin mübahisəsiz halıdır. Həmin hal məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsi ilə də öz təsdiqini tapır.
17. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlərdən X27 torpaq sahəsini 2010-cu ildə iddiaçıya satdığını, bunun müqavilində iddiaçıdan 6.000 manat aldığını və iddiaçının əri X9 adına etibarnamə verdiyini göstərmişdir. Həmin hal isə mübahisəli to rpaq sahəsinin və həmin torpaq sahəsində olan tikilinin qanuni əsaslarla həmin vaxt birlikdə yaşayan tərəflərin istifadəsinə verildiyini təsdiq edir.
18. Məhkəmə, mülki iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, torpaq sahəsi cavabdehin adına 17 may 2017-ci il tarixdə qeydiyyata alınaraq, bu barədə Çıxarış verilmişdir. Bundan başqa, işdə olan Cəlilabad rayon məhkəməsinin 03 aprel 2017-ci il tarixli qətnaməsindən görünür ki, X14 nikahın pozulması barədə iddia ilə məhkəməyə müraciət etmiş və iddiaçı məhkəmə iclasında verdiyi izahatında uzun müddətdir ki, cavabdedən ayrı yaşadığını göstərmişdir. Torpaq sahəsi isə cavabdehin adına 24 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 17 may 2017-ci il tarixdə qeydiyyata alınmış və Çıxarış verilmişdir. Həmin xüsusatlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı ilə cavabdehin qardaşı X15 arasında ailə münasibətləri pozulduğuna görə o, gələcəkdə torpaq sahəsi ilə bağlı yarana biləcək mümkün məsuliyyətdən yayınmaq üçün torpaq sahəsini qardaşına, yəni cavabdehə satmışdır.
19. İşə əlavə elilmiş qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, X14 tərəfindən verlmiş apellyasiya şikayəti təmin edilərək, Cəlilabad Rayon Məhəkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, Adıyeva (Mirələmova) Təranə Ağahüseyn qızının X13 qarşı “pul tələbinə dair” iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, X13 münasibətdə Mülki Məcəllənin 1091.1-ci maddəsinin dizpozitiv şərtləri olmadığı, yəni X14 v arlanmış şəxs sayılmadığı və hazırkı iddianın əsl cavabdehə qarşı verilmədiyi müəyyən edilmişdir.
20. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı fərdi yaşayış evinin tikintisinə 47.000 manat xərclədiyini göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, işə əlavə edilmiş sübutlarla müəyyən olunur ki, sözügedən evin orta bazar qiyməti 35.000 manat təşkil edir. Ona görə də cavabdehdən 41.000 manat (torpaq sahəsinin satın alınmasına görə 6.000 manat və fərdi yaşayış evinin tikintisinə görə 35.000 manat) tutulub iddiaçıya verilməlidir.
21. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.6, 1091.1, 1092.1-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 119.1 217.4-cü maddələrinə istinad etməklə əsasl andırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi onun şəxsi mülkiyyətindədir və həmin ev onun şəxsi vəsaiti hesabına inşa edilmişdir. Onun əsassız olaraq varlanması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi tərəfindən heç bir mötəbər sübutla əsaslandırılmamışdır. Həmin ev onun şəxsi vəsaiti hesabına inşa edilmişdir və həmin evin inşasında nə iddiaçının nə də ki, digər şəxslərin əməyi və vəsaiti sərf olunmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş şahidlər yalnız ehtimallara əsaslanır. Halbuki, Cəlilabad Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qətnaməsində təqdim edilmiş şahid izahatları da həmin evin onun şəxsi vəsaiti hesabına inşa edilməsini təsdiq edir. Bu baxımdan məhkəmə evin inşası üçün iddiaçının iştirakının nədən ibarət olmasını kifayət qədər araşdırmadan səhv nəticəyə gəlmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır.
24. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 9 yanvar 2025-ci il tarixli, 2(106)-280/2025 saylı qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Aytən Novruzova) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(073)-1641/2022 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddianın rədd olunması qət edilmişdir.
25. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları, habelə mülki prosessual qanunverciliyin tələblərini nəzərə almamışdır.
26. Məhkəmə kollegiyası, apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, şikayətin dəlilləri əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə və maddi hüquq norması kimi Mülki Məcəllənin 1091.1-ci (əsassız varlanma) maddəsinə istinad etməklə səhvə yol vermişdir.
27. Məh kəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mübahisənin düzgün həlli üçün tərəflər arasında yaranmış münasibətin həqiqi mahiyyətinin, onların qarışılıqlı öhdəliklərinin dairəsinin və ona tətbiq olunmalı maddi hüquq normasının düzgün müəyyən oluması mühüm əhəmiyyət kəsb edir. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının bildirdiyi faktiki hallarla həmin normanın dispozisiya şərtləri arasında uyğunluq müəyyən edilməmiş və əsaslandırılmamışdır. Bu hal ona dəlalət edir ki, birinci instansiya məhkəməsi iş üzrə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Bu səbəbdən də iddia tələbi əsassızdır.
28. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəllənin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. Tərəflər arasında arasında öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsaslardan heç biri mövcud olmayıb. İddiaçı özgə işlərini tapşırıqsız aparan şəxs sayılmayıb. Cavabdeh iddiaçıya qarşı mülki hüquq pozu ntusu (delikt) tərətməyib.
29. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən edilib. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlməyib. Cavabdeh iddiaçının hesabına əsassız varalanmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanuni qüvvədə olan qətnamə ilə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüququnun olması, eyni zamanda həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququnun mövcud olması tanınmışdır. Yəni, cavabdeh mübahisəli torpaq sahəsini qanuni əsaslarla əldə etdiyindən əsassız varlanmış şəxs statusu daşımır.
31. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, X27 ilə cavabdeh arasında bağlanmış 24 aprel 2017-ci il tarixli alğı-satqı müqaviləsi ilə X5 şəhəri, CəlilabadUzuntəpə yolu, 3-cü döngə 11 (keçmiş Səttarxan küçəsi) saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsini 4.500 manata cavabdehə sataraq, həmin torpaq sahəsini cavabdehin mülkiyyətinə vermişdir. Mübahisənin predmetini təşkil edən yaşayış məntəqəsinə aid torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda iddiaçı, nə yuxarıda qeyd edilən alqı-satqı müqaviləsini, nə də həmin müqaviləyə əsasən cavabdehin adına verilmiş 17 may 2017-ci il tarixli Çıxarışı mübahisələndirməmişd ir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 140-cı maddəsi, daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən isə reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçıla rının hüquq və mənafelərini qoruyur.
34. Məhkəmə kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyridəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır.
35. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız sayaraq qeyd etmişdir ki, iddiaçı sözügedən fərdi yaşayış evindən uzun müddətdir ki, istifadə edərək həmin evdə yaşamış və cavabdehin tələbi ilə o, torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmaq məcburiyyətində qaldığına görə evə çəkdiyi xərclərin ona qaytarılmasını iddia edir. Qeyd edilən fərdi yaşayış evinin idd iaçı tərəfindən tikilməsi və yaxşılaşdırılması mübahisəsizdir. Həmin hal məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə də öz təsdiqini tapır. Məhkəmə iclasında dindirilmiş şahidlərdən X27 torpaq sahəsini 2010-cu ildə iddiaçıya satdığını, bunun müqavilində iddiaçıdan 6.000 manat aldığını və bu barədə iddiaçının əri X9 adına etibarnamə verdiyini göstərmişdir. Həmin hal torpaq sahəsinin və həmin torpaq sahəsində olan tikilinin qanuni əsaslarla həmin vaxt birlikdə yaşayan tərəflərin istifadəsinə verildiyini təsdiq edir.
36. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, torpaq sahəsi cavabdehə satılarkən, onun üzərində olan fərdi yaşayış evi də ona satılmışdır. Yəni cavabdeh, torpaq sahəsi ilə birgə onun üzərində yerləşən evi d ə alarkən, həmin ev də torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əşya statusu daşımışdır.
37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, torpaq sahəsinə cavabdehin mülkiyyət hüququnun olması, onun həmin torpaqla möhkəm bağlılığı olan (ondan ayrıla bilməyən) əşyaya vahid daşınmaz əşya və vahid mülkiyyət obyektinə hüququnun olması anlamına gəlir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırılmayıb, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməyib və qətnamə qanunvericiliyin tələblərinə cavab vermir.
38. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının tələbinin təmin edilməsi üçün cavabdehə münasibətdə Mülki Məcəllənin 1091.1-ci maddəsinin dispozitiv şərtləri müəyyən edilmir və cavabdeh iddiaçının hesabına varlanmış şəxs deyil. Belə ki, hazırkı iş üzrə cavabdehin qardaşı Cavabdeh mülkiyyətçi olaraq məhkəmə qaydasında, hazırki iş üzrə iddiaçını və onun azyaşlı uşaqlarını evdən və torpaq sahəsindən çıxarmışdır.
39. İddiaçının tələbinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, iddiaçının torpaq sahəsinə görə ilkin ödəniş olan 6.000 manatı cavabdehdə qalmamış, eləcə də inşa edib başa çatdırdığı evin mülkiyyətçisi cavabdeh deyil. Hazırkı halda iddiaçı, əsl cavabdehə qarşı iddia verməyib.
40. İşin bu halı ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda qeyd edilən qətnamədə X3 X11 əsassız varlanmış şəxs olmaması əsası və iddiaçının əsl cavabdehə qarşı iddia verməməsi əsası ilə rədd edilməsi, Adıyeva (Mirələmova) Təranə Ağahüseyn qızının keç miş əri X12 qarşı yeni əsasla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz.
41. Məhkəmə kollegmyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 135.4, 140, 148.2, 152.1, 386.1, 1091.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 372.1, 372.6, 372.7, 384-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
42. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
43. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, guya cavabdeh əsassız varlanan şəxs deyil. Bu səbəbdən də evin tikintisinə qoyulmuş 41.000 manatın cavabdehdən alınıb iddiaçıya verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur. Həmin qətnamənin qanuniliyi iddiaçı tərəfindən mübahisələndirilən Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 yanvar 2025-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. Lakin, birinci instansiya məhkəməsində dindirilmiş çoxsaylı şahid ifadələri ilə təsdiq olunmuşdur ki, iddiaçının keçmiş əri X14 mübahisəli torpaq sahəsini nisyə aldıqdan sonra Rusiya Fedreasiyasına getmiş və ev tikilənə qədər orada yaşamışdır, torpaq sahəsini onun adına etibarnamə ilə alınmış və 0,06 ha torpaq sahəsinə görə torpağın sahibi X2 1 6.000 manatı iddiaçı ödəmişldir. Bütün tikinti materiallarını o almış, usta və fəhlələri o işlətmiş, pulunu vermişdir. Nə cavabdeh, nə də onun qardaşı X14 evin tikintisinə pul qoymayıblar və heç bir zəhmətləri yoxdur. X2 Federasiyasından qayıtdıqdan sonra iddiaçıdan ayrılmış və həmin etibarnamə əsasında qardaşı ilə torpaq sahəsinin alqı-satqısı barədə qardaşı olan cavabdehlə müqavilə bağlayıb. Cavabdeh də bunun əsasında torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyatdan keçirib. Cavabdeh heç bir vəsait qoymadan ev sahibi olub, apellyasiya instansiyası məhkəməsi isə bunları görmək istəməyib. Hazırda torpaq sahəsinə cavabdehin mülkiyyət hüququ tanınsa da, həmin torpaq sahəsini almaq üçün onun əvvəlki mülkiyyətçiçi X21 7.000 manatı iddiaçı vermiş, orada evi o tikmişdir. İddiaçı evi tikərkən keçmiş əri X2 Federasiyasında uzun müddət yaşamış, evin tikintisində iştirak etməmiş və heç bir vəsait qoymamışdır. Evin tikintisinə və sairə görə 47.000 manat xərc çəkilmişdir. Məhkəmədə dindirilmiş çoxsaylı şahid ifadələri ilə dedikləri təsdiq olunmuşdur. Boşanma vaxtı fürsətdən istifadə edən keçmiş əri X14 torpaq sahəsini etibarnamə əsasında cavabdehə vermişdir. Buna görə də torpaq sahəsinin alınmasına və evin tikintisinə qoyduğu 47.000 manat cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Əsaslı olaraq birinci instansiya məhkəməsi evin tikintisinə və torpaq sahəsinin alınmasına qoyduğu 41.000 manatın cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qərar qəbul etmişdi. Lakin, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq həmin qətnaməni ləğv etmiş, düzgün olm ayan nəticəyə gəlmişdir. İddiaçı 2010-cu ildən hazırkı vaxta qədər 15 ildir ki, uşaqları ilə birlikdə mübahisəli evdə yaşayır. Mülkiyyətçi kimi torpaq sahəsinin vergisini ödəyib, orada ev tikmiş və həmin evə mülkiyyətçi hüququ ilə sahiblik etmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və bunun nəticəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Həmin qətnamə isə iddiaçının və onun uşaqlarının hüquqlarının pozulmasına səbəb olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
45. Maddə 14.2.7. Əsassız varla nma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
46. Maddə 135.4. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
47. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanın ın aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir.
48. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
49. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
50. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
51. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma h əyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
52. Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
53. Maddə1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sü butlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
58. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Madd ə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
63. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
64. Qanunun tələbinə görə, kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
66. Kassasiya instansiyası məhkəməsi kassasiya şi kayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb.
67. Belə ki, işin mübahahisə olunmayan hallarına görə iddiaçı, 04 avqust 2006-cı ildə rəsmi nikah əsasında Səlahət Mirələmovla ailə qurub və onların birgə nikahından üç övladları doğulub. ünvan 2 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi Kamil Babayevə məxsus olub, sonuncu Səlahət Mirələmovun adına həmin torpaq sahəsi üzərində sərəncam verməyi və sair hərəkətləri etməyə dair 08 noyabr 2040-cı il tarixədək qüvvədə olmaqla, 08 noyabr 2010-cu il tarixli etibarnamə, arvadı Vüsalə Ağamalıyeva isə yazılı razılıq ərizəsi verib. Bundan sonra, Cəlilabad rayon məhkəməs inin 03 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə Səlahət Mirələmov arasında bağlanmış nikah pozulub və sonuncu həmin torpaq sahəsinə dair Kamil Babayevin adına mülkiyyət hüququna dair 13 aprel 2017-ci il tarixli Çıxarış alıb və etibarnamə üzrə onun təmsilçisi kimi torpaq sahəsini 24 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 4.500 manata Cavabdeh satıb. Həmin müqaviləyə əsasən, torpaq sahəsi mülkiyyət hüqüqu üzrə Cavabdeh adına qeydə alınıb və bu barədə onun adına 17 may 2017-ci il tarixli Çıxarış verilib.
68. Eyni zamanda, qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, sözügedən alqısatqı müqaviləsi üzrə 0,06 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınıb və on un tələbi ilə məhkəmənin qətnaməsinə əsasən Təranə Mirələmova uşaqları ilə birlikdə torpaq sahəsindən və onun üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılıb. Həmin qətnamədə eyni zamanda qeyd edilib ki, X1rşı “pul” tələbinin təmin edilməsi üçün sonuncuya münasibətdə Mülki Məcəllənin 1091.1-ci maddəsinin dispozitiv şərtləri mövcud deyil və Səlahət Mirələmov varlanmış şəxs sayılmır. Torpaq sahəsinə görə ilkin ödənilmiş 6.000 manat Səlahət Mirələmovda qalmayıb və o, inşaası başa çatdırılmış evin mülkiyyətçisi deyil. Hazırkı halda, Təranə Mirləməova “pul” tələbini əsl cavabdehə qarşı verməyib. Lakin, hazırkı iddianın təmin edilməməsi, onun eyni əsaslar və eyni predmet üzrə əsl cavabdehə qarşı ümumi qaydada məhkəməyə iddia verməsini istisna etmir.
69. Hazırda iddiaçı, sözügedən torpaq sa həsini və onun üzərində inşa edilmiş yarımçıq tikilini Kamil Babayevə 7.000 manat ödəməklə faktiki satın aldığını, sonuncunun həmin torpaq sahəsinə dair əri Səlahət Mirələmovun adına etibarnamə verdiyini, evin tikintisinə bütövlükdə 40.000 manat xərc çəkdiyini, nikahları pozulduqdan 21 gün sonra əmlakdan ona pay verəməmək üçün əri Səlahət Mirələmovun satıcı Kamil Babayevin adından torpaq sahəsini 4.500 manata qardaşı Cavabdeh satmasına dair görünüş üçün alqı-satqı müqaviləsi bağladığını və nəticədə cavabdehin (keçmiş qaynının) onun hesabğına əmlak əldə etməklə əsassız varlandığını göstərib, cavabdehdən onun xeyrinə 47.000 manatın tutulmasını iddia edir.
70. Cavabbdeh isə sözügedən torpaq sahəsini 4.500 manata satın aldığını, hazırda həmin torpaq sahəsinin mülkiyyətində olduğunu, orada öz v əsaiti hesabına fərdi yaşayış evi inşa etdiyini, onun tələbinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddiaçının uşaqları ilə birlikdə torpaq sahəsindən və onun üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarıldığını və iddiaçının hesabına hər hansı əmlak əldə etməklə əsassız varlanmadığını göstərib, iddiaya etiraz edir.
71. Əvvəla, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 135.4, 140, 1096-cı, Torpaq Məcəlləsinin 4-cü, MPM-ni 82.3-cü maddələrinin tələblərinə istinad edərək, qanuni qüvvəyə minmiş məhkəmə aktında əks olunmuş faktların, hazırkı işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin və sübut edilməsinin yolverilməz olması, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, torpaq sahəsinə dair ca vabdehin adına aparılmış qeydin məzmunu və tamamlılığı prezumpsiyasının qüvvədə sayılması, torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə cavabdehin gözlənilən mülkiyyət hüququnun olması və beləliklə də torpaq sahəsini qanuni əsaslarla əldə etdiyi üçün cavabdehin əsassız varlanmış şəxs statusu daşımaması barədə gəldiyi nəticə ilə razılışmır.
72. Belə ki, iddiaçının cavabdehə qarşı hazırkı tələbi- sözügedən torpaq sahəsinə dair bağlanmış alq-satqı müqaviləsinin etibarsızlığı və həmin müqavilə əsasında cavabdehin adına aparılmış hüquqi qeydiyyatın ləğvi ilə bağlı deyil, torpaq sahəsində inşa edilmiş evə çəkilmiş xərclərin tutulması ilə bağlıdır. Yəni iddiaçı, torpaq sahəsinə dair əqd əsasında nə cavabdehin adına qeydiyyata alınmış mülkiyyət hüququnu, nə də ki, cavabdehin xeyrinə rey estrdəki qeydi mübahisələndirmir.
73. Əksinə iddia edir ki, cavabdehin qardaşı Səlahət Mirələmovla nikahda olduqları vaxt torpaq sahəsini Kamil Babayevə 7.000 manat ödəməklə faktiki satın alıb, orada olan yarımçıq evin tikintisinə 40.000 manat civarında xərc çəkib və 2010-cu ildən ötən müddət ərzində fasiləsiz və etirazsız olaraq övladları ilə birlikdə həmin evdə yaşayıb. Lakin, nikahları pozulduqdan 21 gün sonra keçmiş əri Səlahət Mirələmov 08 noyabr 2010-cu il tarixli etibarnamə ilə 24 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsini cavabdehin adına keçirib və nəticədə sonuncu onun hesabına əmlak əldə etməklə əsassız varlanıb.
74. İddiaçının bu arqumentləri, işə əlavə edilmiş çoxsaylı sübutlarla, o cümlədən şahidlərin ifadələri və qiymətləndiricinin hesabatı ilə i stisna edilmədiyi halda, apellyasiya instansiyası məhkəməsi, iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə iddiaçının izahatını, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrini, habelə işə əlavə edilmiş qiymətləndiricinin hesabatını, iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, həmin sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qeymət vermədən, başqa sözlə iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı mülki hüquqi münasibətdə olmasını müəyyən etmədən, yalnız cavabdehin torpaq sahəsinə mülkiyyət hüququnun, onun üzərində inşa edilmiş evə isə gözlənilən mülkiyyət hüququnun olmasını, bu faktların digər mülk i iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilməsini və həmin faktların hazırkı işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyət daşımasını əsas tutub, cavabdehin əsassız varlanmış şəxs statusu daşımamasına diar işin halları barədə səhv nəticəyə gəlib.
75. Halbuki, mülki prosessual qanunvercilik, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığını işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırır, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilən faktların preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən yenidən mübahisələndirilə bilməz.
76. Hazırkı halda isə cavabdeh, əvvəlki mülki işdə iştirak etmiş şəxslərin dairəsinə aid olmadığı üçün həmin mü lki iş üzrə çıxarılmış qətnamə ilə müəyyən edilmiş faktlar onun üçün preyudisial əhəmiyyət daşıya bilməz və cavabdeh də etirazının əsası kimi istinad etdiyi halları və faktları sübut etməlidir.
77. Digər tərəfdən, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunur ki, iddiaçının “pul” tələbinə cavab verməli olan şəxs bilavasitə hazırkı iş üzrə cavabdehdir, məhz ona münasibətdə Mülki Məcəllənin 157.7 və 1091.1-ci maddələrinin dispozitiv şərtləri yoxlanılmaqla, iddiaçının tələbinin əsaslılığına düzgün hüquqi qiymət verilə bilər.
78. Nəzərə alınmalıdır ki, mülki qanunvercilikdə mülkiyyətçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən geri tələb etdiyi halda əmlakın qaytarılmasının və dəymiş zərərin əvəzinin ödənilməsinin xüsusi qaydası müəyyən edilib. Bu zaman qanunsuz sahibliyin vic danlı sahib və vicdansız sahib adlanın iki növü fərqləndirilir. Vicdanlı sahib- əmlakı özgəninkiləşdirəndən onun belə hüququ olmadığını bilmədiyi və bilə bilmədiyi halda əldə edən şəxsdir. Vicdansız sahib isə- əmlaka sahibliyinin qanunsuz olduğunu bilən və bilməli olan şəxsdir. Mülkiyyətçi öz əmlakını vicdanlı və vicdansız sahiblərdən geri tələb edərkən onlar müxtəlif cür məsuliyyət daşıyırlar.
79. Belə ki, vicdanlı sahib əmlaka sərf etdiyi zəruri xərclərin əvəzinin ödənilməsini mülkiyyətçidən geri tələb edə bilər. Vicdansız sahib isə belə məsrəfləri yalnız əmlakdan gəlir mülkiyyətçiyə düşgüyü vaxtdan sonra sərf etmiş olduğu halda tələb edə bilər.
80. Bundan başqa Mülki Məcəllənin 157.7-ci maddəsinin mənasına görə, vicdanlı sahib- əmlakdan istifadə müddəti ərzində ona əlavə etmiş olduğu ya xşılaşdırmaları əmlaka zərər vurmadan ondan ayırmaq mümkün olduqda özündə saxlaya bilər. Lakin yaxşılaşdırmanı belə ayırmaq mümkün olmadıqda vicdanlı sahib bu yaxşılaşdırmaya sərf etdiyi məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən geri tələb edə bilər.
81. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin iştirak etmədiyi əvvəlki mülki iş üzrə çıxarılmış məhkəmə aktına əsaslanaraq iddianı rədd edərkən, ümumiyyətlə Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbləri baxımından iddiaçının vicdanlı sahib olubolmadığını, onun 2010-cu ildən başlayaraq sözügedən evdən istifadə etdiyi müddətdə orada hər hansı yaxşılaşdırma işləri aparıb-aparmadığını, yaxşılaşdırmaların evə zərər vurmadan ondan ayırmağın mümkün olub-olmadığını, belə ayırmaq mümkün olmadıqda isə yaxşılaşdırmaya sərf olunmuş məsrəfləri n məbləğini iş üzrə müvafiq ekspertiza keçirib əsaslandırılmış rəy almadan, başqa sözlə evin yaxşılaşdırmasına sərf olunmuş məsrəflərin əvəzinin iddiaçıya verilməli olub-olmadığını lazımı qaydada araşdırmadan, yalnız cavabdehin irəli sürdüyü arqumentlərlə kifayətlənərək, onun iddiaçının hesabına əmlak əldə etməməklə əsassız varlanmadığı nəticəsinə gəlib.
82. Digər tərəfdən, işdən görünür ki, iddiaçı üç övladı ilə birlikdə sözügedən evdən Cavabdeh tələbi ilə məhkəmə qətnaməsinə əsasən çıxarılsa da, alqı-satqı müqaviləsi ilə ona 4.500 manata yalnız 0,06 ha torpaq sahəsi satılıb, ev isə müqavilənin predmeti olmayıb. Qiymətləndiricinin hesabatından görünür ki, 0,06 ha torpaq sahəsində yerləşən, kənar ölçüləri 12 metr x 10 ment olan fərdi yaşayış evinin hazırkı orta bazar qiyməti isə 35.000 man at təşkil edir.
83. Göründüyü kimi, cavabdeh cəmi 4.500 manata hazırda bazar qiyməti 35.000 manat olan əmlak əldə edib, yəni o, açıq-aşkar qanuni və müqavilə əsası olmadan, qardaşı Səlahət Mirələmovun vasitəçiliyi ilə iddiaçının hesabına əsassız varlanıb.
84. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, həm də Mülki Məcəllənin 1091-1092.1-ci maddələrinin məzmumuna diqqət yetirilməlidir.
85. Məlum olduğu kimi Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir və həmin Məcəllənin 1091-ci maddəsinin mənasına görə, əsassız varlanma dedikdə- bir şəxsin heç bir əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etməsi anlaşılır. Bir şəxsin əmlak itkisi hesabına b aşqa şəxsin qanunsuz zənginləşməsi baş verir. Əsassız varlanmada iki tərəf iştirak edir. Onlardan biri heç bir hüquqi əsas olmadan başqasının hesabına əmlak əldə etməklə varlanmış şəxs, digəri isə bunun nəticəsində əmlak itkisinə məruz qalmış şəxsdir. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmur.
86. Həmçinin, Mülki Məcəllənin 1092.1-ci maddəsində göstərilir ki, əsassız varlanma heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına zənginləşməni ehtiva edən hüquqazidd hərəkətdir. Hər bir hüquqa zidd hərəkət kimi əsassız varlanma da müəyyən hüququ nəticələr yaradır. Ona görə də varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona geri qaytarmalıdır.
87. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab ed ir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
88. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da ifadə olunub.
89. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
90. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edərək hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.
91. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı X kassasiya şikayəti təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 9 yanvar 2025-ci il tarixli, 2(106)-280/2025 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.