Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-128/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızına, Cavabdeh4, X2, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “qanunsuz tikililərin, darvazanın sökülərək həyətin girişçıxışına olan maneənin aradan qaldırılması, mülkiyyətində olan yaşayış evinin, həyətin giriş-çıxışına cavabdehlər tərəfindən bu cür müdaxilələrə yol verilməsinə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq mübahisəsi, torpaq sahəsinə gedən yolun bağlanması, torpaqdan istifadəyə olan maneənin aradan qaldırılması, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mül ki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, İddiaçı1 və nümayəndəsi X1, Cavabdeh8 və vəkili Vəkil2, Cavabdehlər Cavabdeh6 və Cavabdeh7 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(105)160/2021 nömrəli qətnaməsindən Cavabdeh8 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında 0,277 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi 20 fevral 2014-cü ildə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 adına daşınmaz əmlakın dövlət r eyestrində qeydiyyata alınmışdır. Cavabdeh8, Cavabdeh1 və digər cavabdehlər İddiaçı1 evinin yanında inşa olunmuş, dövlət qeydiyyatına alınmayan evdə yaşayırlar. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının 29 dekabr 2017-ci il tarixli və 11 fevral 2019-cu il tarixli rəylərinə əsasən İddiaçı1 mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin gediş-gəliş yolunun texniki göstəriciləri, o cümlədən yeri, ölçüləri, sərhədləri və s. barədə dəqiq məlumat olmadığından, eləcə də evin həyətyanı sahəsinin darvazasının yeri evə dair tərtib edilmiş texniki pasportun “torpaq sahəsinin planı” bölməsində əks olunmadığından ekspertiza tərəfindən İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,0277 ha torpaq sahəsin in giriş-çıxış yolunun koordinatlarının və ölçülərinin müəyyən edilməsi mümkün olmamışdır. İş üzrə keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının 08 aprel 2021-ci il tarixli rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 30 yanvar 2019-cu il və 08 aprel 2019-cu il tarixli məktublarına görə, ünvan 1 ərazisində yerləşən İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0,0277 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatlara əsasən GPS mövqetəyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələrinin təyin olunduğu qeyd olunmuşdur. Sənəd rəsmiləşdirən zaman giriş-çıxış yolu mövcud olmuş, lakin digər vətəndaş tərəfindən bağlanmışdır. Birinci ape llyasiya icraatı zamanı mübahisə edilən əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin ərazidə mübahisə tərəflərinə məxsus 3 yaşayış evi vardır və onlar bir həyətdə yaşayırlar. Evlərdən ikisi cavabdeh tərəfə məxsusdur və onlar məcburi köçkün ailəsi kimi orada məskunlaşmışlar. İddiaçıya məxsus ev isə yaşayış üçün qismən yararlıdır və hələ tamamlama işləri yekunlaşmamışdır. İddiaçıya məxsus evin sol tərəfindən yola kimi 3 qonşuya məxsus fərdi yaşayış evi vardır və hasarlanmışdır. Sağ tərəfindən isə həyətdən birbaşa yola çıxış vardır. Eyni zamanda həmin yolun bir hissəsində cavabdeh tərəfə məxsus fərdi yaşayış evi olduğundan iddiaçıya məxsus evə ayrıca avtomobil yolunun çəkilməsi qeyri-mümkündür. Lakin cavabdehlər tərəfindən qoyulmuş darvaza vasitəsilə həmin evə istər avtomobil, ist ərsə də vətəndaşların sərbəst gediş-gəlişi mümkündür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən ikinci apellyasiya baxışı zamanı ünvan 1ndə yerləşən 0,0277 ha torpaq sahəsinə yerli baxış keçirmiş və müəyyən olunmuşdur ki, giriş-çıxış yolunda dəmir darvaza qoyulmuş, həmin darvazadan içəri keçdikdə girişdən sol tərəfdə cavabdehlərə məxsus kürsülü, dam örtüyü vurulmuş, eyvanlı fərdi yaşayış evi, sağ tərəfdə cavabdehlərə məxsus yerdən köhnə tikili, 2 metr məsafədən sonra elə həmin həyətdə girişdən solda iddiaçıya məxsus 2 mərtəbəli, dam örtüyü vurulmuş hazır vəziyyətdə fərdi yaşayış evi, sağ tərəfdə cavabdehlərə məxsus sökülmüş yarımtikili var. Evlərə giriş eyni dəmir darvazadandır və evləri bir-birindən ayırmaq üçün hasar və ya hər hansı bir setka çəkilməmişdir. İş üzrə qəbul edilmiş mə hkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızına, Cavabdeh4, X2, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, 20 fevral 2014-cü il tarixli, RX № ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan yaşayış evinin və həyətin giriş-çıxışında cavabdehlər tərəfindən aparılmış bütün qanunsuz tikililərin və darvazanın onlar tərəfindən sökülərək həyətin giriş-çıxışına olan maneənin aradan qaldırılması və mülkiyyətində olan yaşayış evinin və həyətin giriş-çıxışına cavabdehlər tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulması, gələcəkdə də cavabdehlər tərəfindən bu cür müdaxilələrə yol verilməsinə qadağa qoyulması və cavabdehlər tərəfindən mülkiyyətində olan yuxarıda göstərilən evin və həyətin su, qaz, elektrik, telefon, kanalizasiya və sair kommunal xətlərə qoşulmasına törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə və yaşayış evinə gediş-gəliş yolu cavabdehlər tərəfindən tamamilə zəbt edilərək, evinə giriş məhdudlaşdırılmış və evi blokada şəraitində qalmışdır. Cavabdehlər bələdiyyə torpağını zəbt edərək yolu bağlamaqla yanaşı, onun öz həyətində və evində təmir-tikinti işlərinin aparılmasına və tikinti materiallarını gətirməyinə mane olur, evin su, qaz, elektrik, telefon, kanalizasiya və digər kommunal xətlərə qoşulmasını əngəlləyirlər. Ümumiyyətlə, cavabdehlər onun və digər ailə üzvlərinin həmin evə gedib-gəlmələrini və evdən istifadə etmələrini müxtəlif yollarla və üsullarla əngəlləyirlər və problemlər yaradırlar. O, mülkiyyətində olan evdən sərbəst istifadə edə bilmir. Abşeron Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2(012)-39/2019 nömrəli qətnaməsi ilə (hakim Z.Ə.Sadiqov) iddia qismən təmin edilmiş, İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə giriş-çıxış yolunun açılmasına, evin kommunal xidmətlərə qoşulmasına və həmin evdən və evin yerləşdiyi torpaq sahəsindən istifadə edilməsinə mane olmalarının cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qadağan edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apelly asiya instansiyası məhkəməsində birinci icraat İddiaçı1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 17 may 2019cu il tarixli, 2(012)-39/2019 nömrəli qətnaməsinin iddianın əmin edilməməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin cavabdehlər Cavabdeh6, Cavabdeh4, X4, Cavabdeh7, Cavabdeh1, Cavabdeh3 qızı və Cavabdeh8 birgə apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2(012)-39/2019 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli, 2(105)-3114/2019 qətnaməsi ilə (hakim Ş.R.Abasovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.Abbasovdan və T.Q.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2(012)-39/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin 1 bəndinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 152.1, 157.4, 169.2, 170.1, 170.2, 176.1, 176.2, 176.3-cü maddələrinə istinad edərək göstərmişdir ki, cavabdehlər Laçın rayonundan məcburi köçkün kimi mübahisəli torpaq sahəsində məskunlaşaraq orada özbaşına ev tikmişlər. Onlar həmin torpaq sahəsinin mülkiyyətçiləri olmasalar da həmin torpaq sahəsinə faktiki olaraq sahiblik edir, təyinatına uy ğun istifadə edirlər. Başqa sözlə, cavabdehlərin qanunsuz istifadə və sahiblik etdikləri torpaq sahəsindən istifadəyə görə əvəz tələb etmək hüquqları olmasa da, qonşu təsirinə dözməyə, qonşu olaraq iddiaçıya ümumi darvazadan istifadə etməyə, evinə kommunal xətlərin çəkilişinə mane olmamağa borcludurlar. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi iddianın tikililərin sökülməsinə dair hissəsinə münasibətdə apellyasiya məhkəməsi hesab etmişdir ki, sökülməsi tələb olunan tikililər iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikilməmişdir. Belə olan halda iddiaçının həmin torpaqların sökülməsini tələb etmək üçün subyektiv hüququ yaranmamışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasını n 06 sentyabr 2019-cu il tarixli, 2(105)-3114/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Həmçinin cavabdehlər Cavabdeh8, Cavabdeh1, Cavabdeh3 qızı, Cavabdeh4, X4, Cavabdeh6 və Cavabdeh7 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 sentyabr 2019-cu il tarixli, 2(105)-3114/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2020-ci il tarixli, 2(102)-543/2020 nömrəli qərarı ilə (hakim V.Ə.İbayevin sədrliyi və məruzəsi ilə, hakimlər A.K.Kalbaliyevdən və Ə.Ə.Əliyevdən ibarət tərkibdə) Cavabdeh8 və qeyrilərinin kassasiya şikayəti t əmin edilməmiş, İddiaçı1 kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli qətnaməsi İddiaçı1 kassasiya şikayətinə münasibətdə ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya məhkəməsi cavabdehlər Cavabdeh8 və qeyrilərinin kassasiya şikayətinin iddiaçının mülkiyyətində olan evi və torpaq sahəsini aldığı vaxt evin giriş-çıxış qapısının cavabdehlər tərəfindən deyil, əks tərəfdən olması, sonradan qonşunun həmin torpaq sahəsini satdığına görə iddiaçının evinin giri-çıxış qapısının yerini dəyişdirməsinə dair dəlili ilə əlaqədar qeyd etmişdir ki, işin faktiki hallarının araşdırılması kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid deyildir. Ona görə də kassasiya şikayətinin həmin dəlili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Məhkəmə həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 157.4, 170, 176-cı maddələrində mülkiyyətçilərin hüquqları və onların zəruri hallarda məhdudlaşdırılması qaydalarından söhbət gedir. Mülki işin materialları ilə isə müəyyən olunur ki, cavabdehlər istifadə etdikləri torpaq sahəsi, ev və digər tikililərin mülkiyyətçisi deyil, istifadə etdikləri tikililər qanunsuz tikililərdir. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə isə kassasiya məhkəməsi razılaşmış və hesab etmişdir ki, İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə giriş-çıxış yolunun açılması üçün hansı tikililərin sökülməli olmasının m üəyyən edilməsi, giriş-çıxış yolunun neçə metr eni və neçə metr uzunluğunda müəyyən edilməsi və digər zəruri məsələlərin həll edilməsi üçün məhkəmə tikinti ekspertizasının keçirilməsi zəruridir. Məhkəmə qətnaməsində giriş və çıxışa maneçilik törədən tikililərin sökülməsi, həmin yolun eni, uzunu və digər zəruri məlumatları (koordinatları) müəyyən edilmədən maneələrin aradan qaldırılmasının qət edilməsi gələcəkdə məhkəmə qətnaməsinin icra edilməsində çətinliklər yarada bilər. Bundan əlavə mülki işin materialları ilə müəyyən edilir ki, cavabdehlərin istifadəsində olan və iddiaçının istifadəsinin məhdudlaşdırılması üçün cavabdehlər tərəfindən hasar tikilməklə bağlanılmış torpaq sahəsi cavabdehlərin deyil, bələdiyyənin mülkiyyətindədir. Buna baxmayaraq Masazır Bələdiyyəsi tərəf kimi işə cəlb edilməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(105)-160/2021 nömrəli qətnaməsi ilə (hakim G.F.Tağızadənin sədrliyi və məruzəsi ilə, hakimlər L.M.Məmmədovadan və T.O.Quliyevdən ibarət tərkibdə) İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2(012)-39/2019 nömrəli qətnaməsi qismən ləğv edilmiş, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızına, Cavabdeh4, X2, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı iddiası qismən təmin edilmiş, İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə giriş-çıxış yolunun açılmasına, evin kommunal xidmətlərə qoşulmasına və həmin evdən və evin yerləşdiyi torpaq sahəsindən istifadə edilməsinə mane olmaları cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qadağan edilməsi və qanunsuz tikilmiş darvazanın cavabdehlər tərəfindən sökülməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdehlərin istifadəsində olan və iddiaçının istifadəsinin məhdudlaşdırılması üçün cavabdehlər tərəfindən hasar tikməklə torpaq sahəsi cavabdehlərin deyil, Masazır Bələdiyyəsinin mülkiyyətindədir. Cavabdehlər həmin hasar tikməklə və darvaza qoymaqla iddiaçının mülkiyyətində olan evinə giriş-çıxışı məhdudlaşdırırlar və bir mülkiyyətçi kimi onun hüquqlarını pozurlar. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi iddiaçının Masazır Bələdiyyəsinin mülkiyyətində olan torpaqd a cavabdehlər tərəfindən qanunsuz tikilinin sökülməsi barədə iddianın təmin olunmaması barədə gətirdiyi dəlili qəbul etməmişdir. Belə ki, həmin tikili iddiaçının öz evinə gedib-gəlməsinə heç bir məhdudiyyət yaratmır və iddiaçının mülkiyyətində olan torpaq üzrə tikilməmişdir. Cavabdehlər Laçın rayonundan məcburi köçkün kimi mübahisəli torpaq sahəsində məskunlaşaraq orada özbaşına ev tikmişlər. Onlar həmin torpaq sahəsinin mülkiyyətçiləri olmasalar da, həmin torpaq sahəsinə faktiki olaraq sahiblik edir, təyinatına uyğun istifadə edirlər. Başqa sözlə, cavabdehlərin qanunsuz istifadə və sahiblik etdikləri torpaq sahəsindən istifadəyə görə əvəz tələb etmək hüquqları olmasa da qonşu təsirinə dözməyə, qonşu olaraq iddiaçıya ümumi darvazadan istifadə etməyə, evinə kommunal xətlərin çəkilişinə mane olmamağa borcludurlar. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh8 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(105)-160/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MM-in 175.1 və 175.2-ci maddələrinin tələbləri nəzərə alınmamış, yol tələb edilən şəxslərə münasibətdə hər hansı kompensasiya ödənilməsi müəyyən edilməmiş, iddiaçının evinin d igər hissələrindən girişçıxış imkanının olub-olmamasına mövqe bildirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh8 və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçı1 və nümayəndəsi X3, habelə cavabdehlər Cavabdeh8 və Cavabdeh6 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onların izahatları alınmadan baxılmışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız cavabdehlərdən Cavabdeh8 kassasiya şikayəti versə də, tələb bölünməz olduğundan hazır ki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hü quq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, m ülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 169.2-ci maddəsinə əsasən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti i lə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektr ik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.2-ci maddəsinə əsasən sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. 176.1-ci maddəsinə əsasən hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəs ilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, o nların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi isti nad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozu ntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və ikinci apellyasiya baxışı zamanı müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, oxşar dəlillərə artıq əvvəlki kassasiya icraatında hüquqi qiymət verilmişdir. Belə ki, cavabdehin maddi hüquq normasının pozuntusu kimi istinad etdiyi Mülki Məcəllənin 175.1 və 175.2-ci maddələrində qanuni s ahibliyində olan sahədən zəruri yol və keçid alınması zamanı mülkiyyətçinin kompensasiya ödəməsi nəzərdə tutulmuşdur. Hazırki işin mübahisəsiz halı isə ondan ibarətdir ki, cavabdehlər istifadə etdikləri torpaq sahəsi, ev və digər tikililərin mülkiyyətçisi deyillər,torpaq sahəsi bələdiyyə torpaqlarına aid olmaqla, cavabdehlərin istifadə etdikləri tikililər qanunsuz tikililərdir. İddiaçının torpaq sahəsinə başqa keçidin olub-olmamasını müəyyən edilməməsinə dair kassasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil sübutların düzgün qiymətləndirilməməsi və işin hallarının araşdırılmaması ilə bağlıdır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası yeni sübut qəbul etmir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(105)-160/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-128/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-128/2022
10.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver