Məhkəmə qərarları › İş №2(102)-1280/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1280/2019

18.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1280/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “18” fevral 2019-cu il iş № 2(102)-1280/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim: R.Ə.Səmədov; 2(006)-1049/ 2018) İddiaçı cavabdeh Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh maddi zərərə görə 1811 (bir min səkkiz yüz on bir) manat, mənəvi zərərə görə 200 (iki yüz) manat və 30(otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2041 (iki min qırx bir) manat məbləğində pul alınaraq İddiaçı qızına verilməsi, ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat cavabdeh Cavabdeh tutulub Az.MEM,VÖEN **********,X1, KOD ******* VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçrülməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2018-ci il tarixl, qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov (sədrlik edən və m əruzəçi), X.A.Cəmilova və İ.K.Xəlilov; 2(103)-8328/2018) cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə- iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mənzilindən dəfələrlə su axıntısı nəticəsində iddiaçıya dəymiş maddi zərərə görə 10500 manat və mənəvi zərərə görə 2.000 (iki min) manat və ödənilmiş dövlət rüsumu 30(otuz) manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ***************** saylı mənzil iddiaçının mülkiyyətindədir. Uzun illərdir ki, mütəmadi olaraq cavabdehin mənzilindən su axıntısı nəticəsində iddiaçının mənzili yararsız vəziyyətə düşmüşdür. İddiaçı cavabdehə dəfələrlə müraciət edərək su axıntısı baş verən zaman və sonra əmələ gələn ziyanları göstərsə də, cavabdeh buna məhəl qoymamışdır. İddiaçı mənzilin yararsız vəziyyətə düşməsi barədə MKİS-nin rəisinə müraciət etmişdir.Onlar tərəfindən mənzilə baxış keçrilmiş, mənzilin həqiqətən də yararsız vəziyyətə düşməsi barədə akt tərtib olunmuşdur. Mənzilin qonaq otağının tavanı, hamamı qabararaq yarasız vəziyyətə düşmüş, qaralmış və kif göbələyi yaranmışdır.Həmçinin dəhlizədə xeyli ziyan dəymişdir. Dəhlizin tavanı, hamamın tavanı, divarın rəngi, elektrik xətti tamamiylə yararsız vəziyyəə düşmüşdür. Halhazırda mənzilin əsaslı təmir olunmas ına ehtiyacı vardır. Mənzilin təmiri üçün təxminən ilkin hesablamalara görə 10500 manat pul vəsaiti lazımdır. Dəfələrlə cavabdeh tərəfindən evə dəymiş ziyana görə tərəflər arasında mübahisələr olmuşdur. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1, 9.1, 9.3, 14.1, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4-cü maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edil mişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş s ənədlərdən, o cümlədən Bakı şəhər İH Nəsimi rayon MKTBnin 77 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 944№-li 18.112017-ci il tarixli forma 2 arayışına əsasən cavabdeh Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küçəsi, 6 saylı evin, 20 saylı mənzildə qeydiyyatdadır. Bakı şəhər İH Nəsimi rayon MKTB-nin 77 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş 03.11.2017-ci il tarixli akta əsasən 03.11.2017-ci il tarixdə İddiaçı İddiaçı məxsus ünvan 1 ünvanına baxış keçrən zaman məlum olmuşdur ki, həmin binanın 20-ci mənzilindən (hamam otağına) aşağı 17-ci mənzilə su axıdılmışdır. Hamam otağında olan su borusundan su mənzilin dəhlizinə və oradan da aşağı 17-ci mənzilin yaşayış otağına, dəhlizinə və və hamam otağına axmışdır. Bunun da nəticəsində 17-ci mə nzilim yaşayış otağının 1,5 kv.m hamam və dəhlizn 2,0 kv.m sahəsinin tavan və divarlarını islatmışdır və emulsiyanı yararsız hala salmışdır. 27 mart 2018-ciil tarixli 3625 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən Bakı şəhəri, ***************** saylı mənzilin cavabdehə məxsus 20 saylı mənzilin altında yerləşməsin, 17 saylı mənzilin yuxarıda göstərilən tikililərin konstruktiv elementləri (tavan, divar) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu, həmin qüsurların su sızmaya aid olduğunu, eləcə də, mülkiişdə olan aktın məlumatlarını nəzərə alaraq 17 saylı mənzilə20 saylı mənzildən su sızması müəyyən edilmişdir. Lakin 20 saylı mənzilin qapısı bağlı olduğundan su sızmanın səbəbini müəyyən etmək mümkün olmadı. Bakı şəhəri, ****************** saylı mənzilə suyun sızma hall arı nəticəsində dəymiş zərərin bərpa olunmasıüçün sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsitin məbləği1811 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinəəsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış f ayda) başa düşülür. - 1096.1-ci maddəsinəəsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinəəsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fızikişəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqişəxsin əmlakına vəişgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədəl ənmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehə məxsus Bakı şəhəri, ************** saylı mənzilindən iddiaçının yaşadığı (ona məxsus) 17 saylı mənzilə su sızması nəticəsində ziyan dəymişdir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh məhkəmə baxışında iştirak etmiş, habelə sonuncu məhkəmə iclası barədə bildiriş onun yaşadığı ünvana göndərilmiş, lakin cavabdeh ünvanda yaşamadığından rabitə orqanı tərəfindən geri qaytarılmışdır. İddiaçı apellyasiya şikayətində və apellyasiya baxışı zamanı ona məxsus mənzildən iddiaçının mənzilinə su axdığını mübahisələndirməmişdir. Belə olan halda cavabdehin işdə olan akt b arədə məlumatlı olub-olmaması və ekspert tərəfindən onun mənzilinə baxış keçirilməməsi iddianın təmin olunmasına mane olan hal kimi qiymətləndirilə bilməz. Həmçinin dəymiş ziyanın məbləği ekspert rəyi ilə müəyyən edilmişdir. Rəy kifayət qədər əsaslandırılmışdır, rəyin məlumatlarını şübhə altına almaq, habelə iş üzrə yeni (təkrar və ya əlavə) ekspertiza təyin etmək üçün əsaslar yoxdur. İddiaçıya dəymiş ziyanın ondan asılı olmayan səbəblərdən yarandığını və dəymiş ziyanın məbləğinin yüksək göstərildiyini sübut etmək vəzifəsi cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh bununla bağlı məhkəmə hər hansı sübut təqdim etməmişdir. İş üzrə tutulması qət edilmiş mənəvi ziyanın əvəzi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhk əmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanmışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərba ycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 28 avqust 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əli Rüstəmov Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar