Məhkəmə qərarları › İş №2(102)-1280/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1280/2024

20.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1280/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, (məruzəçi) Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5839/2023 nömrəli, 5 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər ki, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılarkən həmin iş üzrə cavabdeh Fidan Şükürovanın nümayəndəsi (vəkili) kimi prosesdə iştirak edən Cavabdeh xx.xx.2022ci il tarixdə keçirilmiş məhkəmə iclasında sədrlik edən hakimin müşavirədə olduğu vaxt İddiaçı və vəkil Cavabdeh arasında sözlü mübahisə düşmüş, iddiaçının şərəf və ləyaqətini ləkələyən ifadələr işlədilmişdir.

2. Bununla hadisə ilə əlaqədar İddiaçı cinayət təqibi qaydasında xüsusi ittihamçı kimi şikayət vermiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim H.Səfərov) xx.xx.2023cü il tarixli, 1(004)-249/2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutu lmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 (min) manat cərimə cəzasına məhkum edilmişdir. Həmin hökm Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1783/2023 nömrəli qərarı ilə Cavabdeh şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş bir ədəd “Verbatim” markalı DVD diskdə qeydə alınmış “Camera2_zallar_zallar_**********4000_**********4359.mp4” başlıqlı video materialda Cavabdeh İddiaçı ünvanına işlətdiyi “tərbiyəsiz”, “ədəbsiz”, “tfu sənin şərəfinə” söz və ifadələr təhqir hesab olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabde h) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh vurduğu mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı 28 avqust 1975-ci il tarixdə Şuşa şəhərində anadan olmuş, məcburi köçkündür və hazırda ünvan 1 ünvanında faktiki olaraq yaşayır. Cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür ona qərəzli münasibət bəsləmiş və nəticədə mənəvi ziyan vurmuşdur. Cavabdehi daha əvvəldən tanımamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi cənab Orxan Məmmədlinin sədrliyi ilə iddiaçının X3 qarşı qaldırdığı mülki iddiası üzrə keçirilən məhkəmə iclası zamanı tanımış, cavabdehin vəkili qismində iştirak etmişdir. Təbii ki, onun cavabdehin vəkili qismində iştirak etməsi və qanunla və ona verilmiş səlahiyyətlər çərçivəsində iddiaçı ilə zidd mövqedə olması normal haldır. Lakin bu ona o haqqı vermir ki, iddiaçını məhkəmə zalında söysün, təhqir etsin, barəsində nalayiq ifadələr işlətsin və üzərimə tüpürsün. Həqiqətən, Azərbaycan vəkilinin bu cür hərəkət etməsi utancvericidir, Azərbaycan hüquq sisteminə ziddir. “Vəkillərin davranışı haqqında" Əsasnamənin 2.4-cü maddəsində qeyd edilir ki, loyallıq - vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, başqa vəkillərin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət ist isna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Lakin görünür ki, 28 ildir ki, vəkil olaraq fəaliyyət göstərən cavabdeh bu əsasnamədən xəbərsizdir. Onun bu cür hərəkətləri nəinki vəkilə, heç bir Azərbaycan qadınına yaraşmaz. Onun vəkil olması iclas zalında iddiaçının üstünə tüpürməsinə, “alçaq”, “şərəfsiz”, “arvadından, qızından xəbərsiz” deyərək cavabdehi ağır formada təhqir etməsinə haqq vermir. 22 il Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət etmiş və bu xidmət illərimdə kişi olmağına baxmayaraq heç kəsi bu formada təhqir edərək, onun şərəf və ləyaqətini alçaltmamışdır. Sadalanan hadisələr məhz məhkəmə iclas zalında baş vermişdir. Bu barədə video görüntü və audio səs yazıları da vardır və həm in görüntülər ilə şəxsən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sədri, hörmətli İslam Əliyevin köməkliyi ilə tanış olmuş və İslam müəllim də onun hərəkətlərini qınamışdır. Bu barədə tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına şikayət edilmiş, hələ ki yekun qərar qəbul edilməmişdir. Bu barədə məhkəmə iclas katibi tərəfindən imza edilmiş akt tərtib edilmişdir və iddia ərizəsinə əlavə ediləcəkdir. Cavabdehin iddiaçını bu cür ağır formada təhqir etməsi, özü də məhkəmə iclas zalında kənar şəxslərin qarşısında bu cür hərəkəti və ona həm məhkəməyə hörmətsizlik olmasın, həm də qadın olduğuna görə cavab verə bilməməyi bu günə qədər cavabdehi çox ağır formada sarsıtmışdır. Cavabdeh barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanması üçün də məhkəməyə müraciət edəcək və hes ab etmişdir ki, cavabdeh qanun qarşısında cavab verməlidir və bu hərəkətinə, cavabdehə yaşatdıqlarına, vurduğu mənəvi ziyana görə ondan 10000 (on min) manat məbləğində pul tutularaq ona ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sədri cənab İslam Əliyevin, hakim Orxan Məmmədlinin də məlumatları vardır və görüntülər məhkəmədə saxlanılır. Bu səbəbdən də məhkəmədən iddia etdiyi halları tam ciddi araşdıraraq, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, Yasamal Rayon Məhkəməsi tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan video görüntü Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında aparılan iş üzrə məhkəmə araşdırması zamanı ekspertiza keçirilməsi üçün ekspertə də təqdim edilmişdir. Ekspertin rəyində açıq-aydın göstərilmişdir ki, həqiqətən orada “şərəfsizsən”, “alçaqsan” kimi sözlər işlədilməmişdir. “Arvadından, qızından xəbərsizsən” ifadəsini isə o, iddiaçı ailəsinə baxmadığına görə işlətmişdir. Ekspert rəyində də göstərilmişdir ki, bu ifadə təhqiredici mənada deyil, özünü düşünən adam haqqında işlədilmiş məzəmmət xarakterli ifadədir. İddiaçı qeyd edir ki, üstünə, başına tüpürülmüşdür. Halbuki əgər o, iddiaçının üstünə, başına tüpürmüş olsa idi, iddiaçı başını silərdi, “salfetka” çıxardıb üstünü, üzünü silərdi. Videodan da görünür ki, bu hərəkətlərin heç birini bu adam etməmişdir. Ekspert rəyində də qeyd edilib ki, Qadın 1-in (yəni onun) tüpürüb-tüpürməsini müəyyən etmək mümkün olmamışdır. Çünki videodan aydın görünür ki, məsafə ço x uzaqdır. Bu qədər uzaq məsafədən iddiaçının üstünə, başına tüpürməyə, ümumiyyətlə fiziki güc çatmaz. Bu, mümkünsüzdür. Bundan başqa, video yazıdan görünür ki, o, iddiaçıya qarşı “ədəbsiz” ifadəsini işlətmişdir. Bəli, ona görə ki, iddiaçı onu bütün zalda, bütün camaatın içində təhqir etmişdir. O, bu hissələrə əvvəlcə toxunmamış, toxunmaq fikri də olmamışdır. Çünki məhkəmə iclas zallarında belə adamlarla tez-tez rastlaşır. Ona görə bu məsələyə əhəmiyyət verməmişdir. Halbuki ağır formada təhqir olunan odur. Belə ki, onun peşəsinə, nüfuzuna, şəxsiyyətinə, şərəfinə xələl gətirən ifadələri İddiaçı ona qarşı işlətmişdir. Həmin ifadələr bunlardan ibarətdir: “Haram yeyirsən”, “Haram qazanırsan”. Haram qazanmağın mənasını “Wikipedia”dan çıxartmış, məhkəməyə təqdim etmişdir. Bunu Yasamal Rayon Məhk əməsinə də təqdim etmişdir. Haramı o hansı yolla qazanır? O öz peşəsinin zəhmətkeşidir. İddiaçının çox narahat olduğu və onun, daha doğrusu tərəfin qaldırdığı mənzildən çıxarmaqla bağlı iddianı məhkəmələr təmin etmiş, qərar Ali Məhkəməyə qədər qüvvədə qalmışdır. Bundan sonra iddiaçının ona qarşı işlətdiyi “Haram yeyirsən”, “O pulu necə yeyirsən?”, “Sənin peşən yazıb şərləməkdir” ifadələri nə ifadələrdir? İddiaçı ona qarşı “Başlamayanın lap şərəfi yoxdur” ifadəsi işlətmiş, yəni ona şərəfsiz demişdir. Həmçinin iddiaçı ona qarşı “Mədəniyyətin olsun, mədəniyyətin” ifadəsini işlətmişdir. İddiaçı söylədiklərinin qarşısını almaq məqsədi ilə “Danışığına fikir ver” deyərək onu artıq-əskik ifadələr işlətməkdən çəkindirmək istəmişdir. Yəni video görüntüdəki “Danışığına fikir ver”, “Tərbiyəli ol” ki mi ifadələri iddiaçının danışığının qarşısını almaq üçün işlətmişdir. İddiaçı onun şərəf və ləyaqətinə, nüfuzuna, şəxsiyyətinə xələl gətirən ifadələr işlətməklə yanaşı, həmçinin ona qarşı ittihamedici ifadələr də işlətmişdir. Belə ki, onun işlətdiyi “Haram qazanmaq”, “Haram yemək”, “Şər-böhtandan başqa işi olmamaq” ittihamedici ifadələrdir. Qəbul edir ki, İddiaçı qarşı “Danışığına bax”, “ədəbsiz” ifadələri işlətmişdir. “Danışığına bax” ifadəsi artıq təsdiq edir ki, İddiaçı ifadələri qeyri-etikdir və ümumi dialoqdan, kontekstdən kənara çıxır. Buna görə də həmin ifadəni işlətmişdir. Məhkəməyə ekspert rəyi təqdim olunmuşdur. Həmin rəydən görünür ki, iddiaçıya “şərəfsiz”, “alçaq” kimi sözlər deməsi, həmçinin üstünə tüpürməsi təsdiq olunmamışdır. Eyni zamanda o, X1 İnstitutuna da müraciət etmiş dir. Onun müraciətinə verilmiş yazılı cavabda da “arvadından, qızından xəbəri olmayan” ifadəsi ailəsindən xəbəri olmayan, onların qayğısına qalmayan, dərdini, fikrini çəkməyən, yalnız özünü düşünən adam haqqında deyilmiş ifadələr kimi qiymətləndirilmişdir. “Haram yeyən”, “haram qazanan” sözlərinin isə zəhmətlə, əməklə, düz yolla qazanılmayan, əldə edilməyən hər hansı bir şey mənasında işlədildiyi göstərilmişdir. “Tfu” danışığın gedişində əsəbiləşdiyini, hiddətləndiyini ifadə etmək üçün işlədilmişdir. Bütün bunları Dilçilik institutundan filologiya elmləri doktoru, professor qeyd etmişdir. Video-görüntüdən görünür ki, iddiaçı ona “haram yeyən” dediyinə görə o, iddiaçıya “Haramçı sənsən” dedikdə iddiaçı ona “Mən haramçı deyiləm. Məni təhqir etmə” demişdir. Bu o deməkdir ki, iddiaçı özü də tə sdiq ki, “haramçı” deməklə onu təhqir etmişdir. Əgər “haramçı” təhqir deyilsə, onda iddiaçı özü nəyə görə həmin sözü təhqir kimi qəbul etmişdir? Bundan əlavə iddiaçı ona qarşı “Mədəniyyətin olsun, mədəniyyətin” ifadəsi işlətməklə ona “mədəniyyətsiz” demişdir. Hansı ki, Azərbaycan dilinin izahlı lüğətində bu söz mədəniyyəti aşağı səviyyədə olan, mədəniyyəti olmayan kimi izah edilmişdir. Mədəniyyətdən uzaq, qeyri-mədəni, kobud, qaba, mədəniyyətsiz adam barəsində deyildiyi qeyd edilmişdir. Elə ifadələr var ki, dildə var və həmin sözləri dildən çıxarmaq mümkün deyil. Çünki bu sözlər dilin zənginliyidir. Kiminsə sözünə görə bu ifadələri dildən çıxarmaq olmaz. O, Yasamal Rayon Məhkəməsində də iddiaçıya “alçaq” dediyini qəbul etməmişdir. Sadəcə olaraq izah etmişdir ki, “alçaq” sözü təhqir deyil. “Alçaq” sözü “alçaq, gödək” mənasında da işlədilir. Yəni o söz təhqir deyil, ifadə tərzidir. İddiaçının ona qarşı etdiyi bütün təhqirlərə baxmayaraq o, iddiaçını məhkəməyə verməyəcək. Çünki o, iddiaçının tayı deyil, “kişi qızıdır”. O, kişi kimi hərəkət edir. Onun savadı da, qabiliyyəti də buna çatır. Hesab edir ki, iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi onun boş-bekar olmasıdır. Onun məqsədi ancaq məhkəmələri gəzməkdir. Həm də rüsumdan azad olduğuna görə bundan sui-istifadə edir. Hesab edir ki, iddiaçının iddiası əsassız olduğuna görə rədd edilməlidir. Bununla bağlı kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(010)-1738/2023 nömrəli, 17 iyul 2023-ci il tarixli qətnaməsi ilə (hakim S.M.Miriyeva) iddia qismən təmin edilmiş, Cavabdeh mənəvi zərərə görə 1000 (min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin vəkil kimi iştirak etdiyi məhkəmə iclas zalında iddiaçıya qarşı işlətdiyi ifadələr o dərəcədə gözlənilməz və qəbuledilməz olmuşdur ki, mübahisənin əvvəlindən etibarən mübahisəyə heç bir müdaxilə etməmiş məhkəmə iclas katibi cavabdehin arxa-arxaya qışqıraraq işlətdiyi “tərbiyəsiz”, “tfu sənin şərəfinə” ifadələrindən sonra müdaxilə etmiş, cavabdehə məhkəmədə olduğunu və vəkil olduğunu xatırlatmışdır. Məhkəmə iclas katibi tərəfindən bənzər xəbərdarlıq cavabdehin “Canını da alaram sənin. Qanunnan, qanunnan” ifadələrindən sonra da edilmişdir. Elə buradan da görünür ki, cavabdehin iddiaçı barəsində işlətdiyi ifadələr heç də hamı tərəfindən adi qınaq və “düz yola çağırmaq” kimi başa düşülmür. Əksinə, bu kimi ifadələr iddiaçının şərəf və ləyaqətini o dərəcədə alçaltmışdır ki, üçüncü şəxsləri cavabdehə xəbərdarlıq etmək zərurəti qarşısında qoymuşdur.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin üzvü olduğu Azərbaycan Respublikasının Vəkillər Kollegiyası da cavabdehin vəkil kimi iştirak etdiyi məhkəmə iclas zalında iddiaçıya qarşı işlətdiyi bu ifadələri adi qınaq kimi qəbul etməmiş, iddiaçının vəkil Cavabdeh barəsində müraciətinə X2 tərəfindən verilmiş yazılı cavabda müraciətin Vəkillərin İntizam Komissiyasında araşdırılaraq müvafiq rəy verildiyi, həmin rəyə Rəyasət Heyətinin iclasında baxıldığı, müvafiq qərar qəbul edildiyi, bu qərara əsasən vəkil Cavabdeh peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərini pozduğu, bu səbəbdən vəkilə irad tutulduğu bildirilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, cavabdehin vəkil olması və iddiaçı barəsində onun şərəf və ləyaqətini alçaldan ifadələri məhz peşə fəaliyyətini həyata keçirmək üçün olduğu yerdə - məhkəmə iclas zalında işlətməsi onun bu ifadələrini daha da qəbuledilməz edir. Ona görə ki, başqalarının şəxsi həyatına hörmət etmək, heç kimin şərəf və ləyaqətini alçaltmamaq hər kəsdən gözlənilən tələblər olsa da, Cavabdeh vəkil kimi peşə etikası ilə bağlı əlavə gözləntilər də olmuşdur. Belə ki, vəkilin peşə fəaliyyətini həyata keçirərkən və peşə fəaliyyətindən kənar bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olması “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə ilə vəkilin davranış qaydası kimi müəyyən edilmişdir. Cavabdeh iddiaçı barəsində işlətdiyi “tərbiyəsiz”, “ədəbsiz”, “tfu sənin şərəfinə” kimi ifadələri şərəf və ləyaqəti alçaldan ifadələr kimi qiymətləndirir və bu ifadələrin iddiaçının təhqirlərinə adekvat cavab olması, yaxud adi qınaq xarakteri daşıması barədə cavabdehin mövqeyini əsassızdır.

11. Məhkəmə xüsusən “tfu sənin şərəfinə” ifadəsinin iddiaçının şərəf və ləyaqətini alçaltmaması ilə bağlı cavabdehin əsaslandırmasına münasibətdə cavabdehin məsafəyə görə iddiaçının üzünə fiziki olaraq tüpürə bilməməsi onun iddiaçının şərəf və ləyaqətin i alçaltmadığı mənasına gəlmir. Həmin hal ən yaxşı halda bu hərəkət nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin həddində müəyyən dəyişiklik yarada bilər. “Tfu sənin şərəfinə” ifadəsi isə özlüyündə məna, məzmun və ifadə tərzinə görə o dərəcədə əxlaqa zidd, alçaldıcı, sosial-əxlaqi dəyərlər baxımından qəbulu mümkün olmayan ifadədir ki, bu ifadə təkcə iddiaçının yox, ünvanlandığı istənilən şəxsin ləyaqətini alçaltmağa kifayət edir. Bu baxımdan məhkəmə bu ifadə ilə də bağlı hissədə cavabdehin mövqeyi ilə razılaşmır.

40. Beləliklə, məhkəmə Cavabdeh vəkil kimi iştirak etdiyi məhkəmə iclas zalında İddiaçı barəsində işlətdiyi “tərbiyəsiz”, “ədəbsiz”, “tfu sənin şərəfinə” kimi ifadələrin iddiaçının şərəf və ləyaqətini alçaldan ifadələrdir.

12. Birinci instansiya məhkəməsi iddiaçıya vurulmuş mənəvi zərərin məbləğini müəyyən edərkən belə qənaətə gəlmişdir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərərin dəymiş olması şübhəsiz olsa da, dəymiş mənəvi zərərə görə tələb edilən 10000 manat məbləğində pul hədsiz dərəcədə yüksək olmaqla ağlabatan deyil. Belə ki, mənəvi zərər məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və məhz bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi zərər məbləği ağlabatan deyildir. Məhkəmə, həmçinin oxşar işlər üzrə belə bir ümumi prinsipi nəzərə almış ki, tutulan mənəvi zərərin məbləği bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etməməlidir. Bu baxımdan məhkəmə cavabdeh tərəfindən iddiaçının ləyaqətinin alçaldılmasına görə iddiaçıya dəymiş mənəvi zərərin kompensasiyası üçün cavabdehdən 1000 manat məbləğində pul tutulmasını ağlabatan hesab etmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 24, 46, 47, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 23.1, 23.2, 23.4, 1096.1, 1097.1, «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 avqust 1999-cu il tarixli 7 saylı Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunveri ciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rayon məhkəməsi iddia tələblərinin təmin edilməyən hissəsində yalnız cavabdehin korporativ maraqlarına uyğun qərar qəbul etmişdir.

16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnam əsinin qismən ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, mühüm əhəmiyyətli faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməmişdir. İddiaçı qərəzli olaraq ona qarşı belə bir iddia qaldırmış, əslində iddiaçı onu təhqir etmiş, onun barəsində olan hökm də uydurma və əsassızdır, o, həmin hökmdən kassasiya şikayəti vermişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5839/2023 nömrəli mülki iş üzrə 5 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), K.H.Əkbərov və E.C.Kazımov) apellyasiya şik ayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, məhkəmə mənəvi ziyanın həddini 1000 manat məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, hazırkı işin halları baxımından məhkəmənin müəyyən etdiyi həmin məbləğ ədalətli və ağlabatdır. Bu səbəbdən də iddiaçının şikayətinin təmin olunması üçün əsaslar müəyyən olunmur.

20. Kollegiya qeyd etmişdir ki, cavabdehin həm apellyasiya şikayətində, həm də məhkəmə kollegiyasının iclasında verdiyi izahatında qətnaməyə etirazının əsasını iddiaçı barəsində, onun şərəf və ləyaqətini alçaldan sözlər işlətmədiyini, iddiaçını təhqir etmədiyini bildirmişdir. Bu b axımdan nəzərə alınmalıdır ki, iddiaçının ərizəsində istinad etdiyi tərəflər arasında insidentin yarandığı həmin məhkəmə iclasında baş verənlərlə bağlı, yəni eyni faktlara istinadən iddiaçının Cavabdeh barəsində xüsusu ittiham qaydasında verdiyi şikayət Yasamal Rayon Məhkəməsinin yuxarıda qeyd edilən hökmü ilə təmin olunmuş, cavabdeh AR CM-nın 147-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək, 1000 manat cərimə cəzasına məhkum olunmuşdur. Həmin hökmdən Cavabdeh verdiyi apellyasiya şikayəti isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təmin olunmamış, hökm dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda isə cavabdehin apellyasiya şikayətinin həmin dəlillərinin əsassız olması müəyyən olunur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlill əri

21. Cavabdeh (vəkil Cavabdeh) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya məhkəməsi qətnamə çıxaran zaman hec bir əsas olmadan E. Ağayevin iddiasında qeyd etdiklərinin hec biri nə video görüntüdə,nə də ekspertin rəyində təsdiqini tapmamışdır. Nə Suraxan Məhkəməsi, nə də Bakı Apellyasiya Məhkməsi iş materialarını araşdırmadan, ifadləri konteksdən çıxarmaqla, qanunsuz qətnamə çıxarmışlar. İddiaçının iddia ərizəsində yazdıqları sübuta yetirilmədiyi halda Bakı Apellyasiya məhkəməsi Suraxanı məhkəməmin gizlətdiyi, fasiləsiz səs yazızlannı tələb etsədə, onu araşdırmadan, sübutları MM-nin 23-cü maddəsinin tələbunə uyğun tədqiq et mədən dərhal qətnamə çıxarmışdır. Çünki, bütün şikayətlərində qeyd etdiyi vəkilə qarşı təzyiq Yasamal rayon məhkəməsindən istiqamətləndirilir, beləki bunu təsdiq edən xx.xx.2023-cü il tarixli Suraxara rayon məhkəməsinin qərardadıdır. Kassator bildirmişdir ki, təhqir edilmiş, bunları təsdiq edən səs yazıları gizlədilmişdir. Bu barəd iş materialında Yasamal məhkəməsi ilə Suraxanı məhkəməsi, Apellyasiya məhkəməsi bir-biri ilə sıx əlaqəli işləmişlər. Suraxanı Rayon Məhkəməsinin qanuna zidd hərəkətləri bununla bitmir. xx.xx.2023-cü il tarixdə PDF formatında tərəfimdən verilmiş apellyasiya şikayətinin məhkəmədə baxılmasının mümkün hesab edilməsi barədə İ. Şirinov qərardad çıxarmamışdır.Tərəfindən xeyli axtarışdan sonra cavabdehin Apellyasiya şikayəti üzə çıxarıldı, 25 sentyabr 2023-cü tarixdə y eni qərardad qəbul edildi. Lakin 2(103)-5839 №-li qətnamədə cavabdehin şikayət vermək hüququm məhdudlaşdırılıb. Lakin qərardad çıxarılmayıb. Bütün bunlar vəkilə olan təzyiqlərin bariz nümunəsidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

24. Maddə

46. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Mülki Məcəllə

25. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nə zərdə tutulmasın.

26. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olmadığını sübuta yetirməsin.

27. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) ə məldir (hərəkət və ya hərəkətsizlikdir).

29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh, iddiaçının şərəf və ləyaqətini ləkələyən ifadələr işlətmişdir. Bu fakt qanuni qüvvəsini almış məhkəmə hökmü ilə təsdiqlənir. Belə olan halda, iddiaçının tələbi təmin olunmuş hissədə qanuni və əsaslıdır.

39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırm a ilə razılaşır.

40. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5839/2023 nömrəli, 5 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar