Məhkəmə qərarları › İş №2(102)-1280/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1280/2025

03.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1280/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdeh "xxxx" MMMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: binanın ümumi istifadə yerlərinə və kommunal xidmətlərə məhdudiyyət tətbiq edilməsinə dair xəbərdarlıqların qanunsuz hesab edilməsi, belə məhdudiyyətlərin qadağan edilməsi, sənədlərin tələb edilməsi və işgüzar nüfuza vurulmuş zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdeh "xxxx" MMMC-yə qarşı “binanın ümumi istifa də yerlərinə və kommunal xidmətlərə məhdudiyyət tətbiq edilməsinə dair xəbərdarlıqların qanunsuz hesab edilməsi, belə məhdudiyyətlərin qadağan edilməsi, sənədlərin tələb edilməsi və işgüzar nüfuza vurulmuş zərər” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2024-cü il tarixli 2(103)4463/2024 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 MMC və cavabdeh "xxxx" MMMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 03 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanda İddiaçı2 MMC tərəfindən 3 ədəd yaşayış, 3 ədəd qeyri-yaşayış binası inşa edilmişdir. Yaşayış binalarının 27122 m² yaşayış sahəsindən 4051 m² hissəsi və həmçinin həmin yaşayış binalarındakı 5031 m² qeyri-yaşayış sahəsi cəmiyyətin təsisçisi İddiaçı1 sərəncamında saxlanılmaqla, yaşayış sahəsinin qalan hissəsi ayrı-ayrı vətəndaşlara satılmışdır.

2. Çoxmənzilli yaşayış binalarının sakinlərinin bir qismi tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (MMMC) təsis edilmiş və cəmiyyətin nizamnaməsi təsdiq edilərək dövlət qeydiyyatına alınmış, sonradan həmin MMMC-nin sahə mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə cəmiyyətin adı dəyişdirilərək "xxxx" MMMC adlandırılmış və yeni nizamnaməsi təsdiq edilmişdir. 3. "xxxx" MMC-nin 19 iyul 2022-ci il tarixli və 25 iyul 2022-ci il tarixli bildirişlərə əsasən mülkiyyətçilərə (bildirişlər konkret şəxsə deyil, bütün mülkiy yətçilərə xitab etməklə, eyni məzmunda göndərilmişdir) kommunal xidmətlər üzrə dəyişikliklər və qiymətlərin qaldırılması ilə bağlı məlumat verilmişdir. 4. "xxxx" MMMC İddiaçı2 MMC-yə xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq tələb etmişdir ki, "xxxx" yaşayış kompleksində İddiaçı2 MMC tərəfindən binanın tikinti lahiyəsində nəzərdə tutulmayan qaz, su və işıq təchizatına aid edilən sonradan əlavə aparılan işlər üzrə texniki şərtlərin və istismara icazələr "xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinə təqdim edilsin. 5. "xxxx" MMMC İddiaçı1 30 yanvar 2024-cü il tarixli 97 saylı xəbərdarlıq tipli məktub ünvanlamışdır. Həmin məktubda qeyd olunur ki"xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (Cəmiyyət) Ümumi Yığıncağının qiyabi formada növbədənkənar iclası keçirilmiş və 12 iyu l 2023-cü il tarixli qərarı (Qərar) ilə rəsmiləşdirilmişdir. İclasın gündəliyinə daxil edilmiş məsələlər sadə səs çoxluğu ilə qəbul edilmiş və icrası bütün mülkiyyətçilər üçün məcburidir. Qərara əsasən, yaşayış kompleksində mülkiyyət sahibi olan və Cəmiyyət ilə çoxmənzilli binanın idarə edilməsinə dair xidmət müqaviləsi imzalamaqdan boyun qaçıran və ya imzalamış, lakin ödəniş etməyən və ya həmin xidmət müqaviləsində nəzərdə tutulmuş lazımi qaydada ödənişi etməyən şəxslərə, həmin şəxslərin və ya şəxsin yaşayış kompleksinin ümümi istifadəsində olan və Cəmiyyət tərəfindən və ya onun vasitəsilə istismarı və istifadəsinə görə xidmət göstərilən sahələrdən, o cümlədən istilik sistemindən (həmçinin isti su), soyutma sistemindən, liftlərdən və bu kimi digər sahələrdən istifadəsinə məhdudiyyətlər tə tbiq ediləcəkdir. Həmçinin, həmin şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3931-ci maddəsinə əsasən, mənzil qanunvericiliyinin tələblərinin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunması istiqamətində işlərin icrasına başlanılacaqdır. Sözügedən məsələ ilə bağlı "xxxx" yaşayış kompleksində iddiaçının (fiziki şəxsin) mülkiyyətində olan sahələrə dair üzərinə düşən borc öhdəliklərini 3 gün ərzində lazımınca icra etmədikdə, yuxarıda sadalanan məhdudiyyətlərin tətbiq edilməsinə başlanacaqdır. Qeyd olunanlarla yanaşı, iddiaçı tərəfindən üçüncü şəxslərə icarə əsasında istifadəyə verilmiş şəxslərə bu məsələ ilə bağlı bildirişin təqdim ediləcəyi iddiaçının diqqətinə çatdırılmışdır. Bir daha xahiş edilmişdir ki, iddiaçı Cəmiyyət qarşısında xidmət haqqı üzrə olan borclar ını təxirəsalınmadan ödəsin. 6. "xxxx" MMMC-nin 22 yanvar 2024-cü il, 30 yanvar 2024-cü il, 06 fevral 2024cü il tarixli məktublara əsasən eyni məzmunlu xəbərdarlıqlar digər İddiaçı2 MMC-yə də edilmişdir. Bundan başqa, 30 yanvar 2024-cü il tarixli digər məktubla "xxxx" yaşayış kompleksində olan icarədarlara xəbərdarlıq edilərək, İddiaçı2 MMC-nin və İddiaçı1 üzərlərinə düşən xidmət haqqı üzrə borc öhdəliklərini lazımınca icra etmədikləri qeyd olunmaqla, sonuncular tərəfindən icarəyə verilmiş sahələrə dair məktubda sadalanan məhdudiyyətlərin tətbiq edilməsinə başlanılacağı barədə xəbərdarlıq edilmişdir.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.202 0-ci il tarixli, xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 2 (yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 60, M2, m1), Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 2 (yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 60, M3, m1), Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 2 (yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62, M2, m1), Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 2 (yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62, M3, m1) ünvanda yerləşən qeyri-yaşayış sahələri üzərində İddiaçı1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeyd iyyata alınmışdır. Həmin qeyri-yaşayış sahələrinin ümumi sahələri müvafiq olaraq 563,40 m², 563,40 m², 563,40 m², 546,60 m² təşkil edir.

8. «Azəriqaz» İB tərəfindən İddiaçı1 məxsus olan, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 60 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (ofisin) qaz təchizatı ilə bağlı sadalanan texniki şərtləri vermişdir. Texniki şərtə sorğu blankı və müvafiq sxem əlavə edilmişdir. «Azəriqaz» İB-nin verdiyi texniki şərtlərə uyğun olaraq sahə qaz təchizatı ilə təmin edilmiş və sərf olunan qaz həcminin hesablanması üçün qaz sayğacı quraşdırılmışdır 9. 06 iyul 2023-cü il tarixdə təsdiq edilmiş ekspertiza rəyinə əsasən İddiaçı1 məxsus, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 60 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qazanxanasının layihə sənədləri üçün Azərbaycan R espublikası FHN X2 Görülməsi və X3 Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X1-Tədqiqat İnstitutu tərəfindən texniki təhlükəsizliyə dair müvafiq ekspertiza rəyi verilmişdir. 10. 08 avqust 2023-cü il tarixli 3-183/2-8450/23 saylı məktuba əsasən Azərbaycan Respublikası FHN X2 Görülməsi və X3 Agentliyi tərəfindən İddiaçı1 xx.xx.2023-cü il tarixli məktubla təqdim etdiyi Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 60 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qazanxanasının layihə sənədlərinin texnoloji bölməsinə Agentlikdə baxılmış və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X1-Tədqiqat İnstitutu tərəfindən verilən ekspert rəyi xx.xx.2023-cü il tarixli K/2169 saylı qərarla təsdiq edilərək İddiaçı1 qaytarılmışdır.

11. Azərsu» ASC tərəfindən İddiaçı2 MTK-ya verilmiş xx.xx.2009-cu il tarixl i 14/1013 saylı sərəncamın (Texniki şərtlərin) tələblərinə əsasən, ünvan 4 ünvanlarda İddiaçı2 MTK tərəfindən inşa olunmuş, ümumilikdə 3 (üç) bina, 1 ədəd 2 girişli 16 mərtəbəli, 2 ədəd 1 girişli 18 mərtəbəli, A bloku (2 zirzəmi, 4 yerüstü mərtəbə), B Bloku (3 zirzəmi, 3 yerüstü mərtəbə), C Bloku (4 zirzəmi, 2 yerüstü mərtəbə) və həyətaltı avtodayanacaq mövcud olan yaşayış kompleksinin xarici su kəməri, kanalizasiya xətti, məhəllədaxili və binadaxili paylayıcı su-kanalizasiya sistemi qurulmuşdur. Ərazidən keçən, mövcud d-125mm olan su kəmərindən yaşayış binasına qədər d-50 mm su xətti inşa olunmuş və d-50 mm su xəttinə birləşmə verilməsi üçün tikinti təşkilatı tərəfindən icrası nəzərdə tutulmuş işlər TNQ-na uyğun olaraq tam yerinə yetirilmiş, 1 (bir) ədəd, d-50 mm olan birləşmə verilmişdir. Müvafiq ölçülü siyirtmə quraşdırılıb. Su xətti hal-hazırda istismara yararlıdır və istismar olunur. Ərazidən keçən mövcud d-1000mm olan təsərrüfat-məişət kanalizasiya kollektorundan, 1 (bir) ədəd d-200 mm kanalizasiya xəttinə birləşmə verilməsi üçün tikinti təşkilatı tərəfindən icrası nəzərdə tutulmuş işlər TNQ-ya uyğun olaraq tam yerinə yetirilmiş və birləşmə verilmişdir. Kanalizasiya xətti hal-hazırda istismara yararlıdır və istismar olunur. 2 (iki) sutkalıq su ehtiyyatının təmin olunması məqsədi ilə V=280.0 m3 həcmində ehtiyyat su anbarı TNQ-ya uyğun olaraq inşa olunmuşdur. İstismara tam yararlı vəziyyətdədir. Ehtiyyat su anbarı yuyulub-zərərsizləşdirilib, mühəndis-texniki qurğular saz vəziyyətdədir, hal-hazırda istismar olunur. Binanın bütün mərtəbələr səviyyəsində su təchizatının təmin edilməsi məqsədi ilə 1 (bir) ədəd nasos stansiyası TNQ-ya uyğun olaraq inşa olunmuş, 3 (üç) ədəd «Hidrofor» tipli nasoslar quraşdırılmış, ehtiyyat su anbarına və şəbəkəyə birləşdirilmişdir. Nasos stansiyası hal-hazırda istismara yararlı vəziyyətdədir və istismar olunur. Obyektin ümumi su sərfinin dəqiq uçotunun aparılması məqsədi ilə, su xəttinin girişində su sayğacı müvafiq ölçülərə uyğun mühafizə zonasında norma və qaydalara uyğun quraşdırılmışdır. Saz vəziyyətdədir, istismar olunur. Su sərfinin dəqiq uçotunun aparılması məqsədi ilə hər bir mənzil üçün d-20 mm-lik mexaniki su sayğacı qoyulmuşdur. Su sayğacları pilləkən qəfəsində "xxxx" ASC tərəfindən təsdiq olunmuş xx.xx.2012-ci il tarixli normativ təlimata əsasən mühafizə şkafında quraşdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə ak tları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC cavabdeh "xxxx" MMMC-yə qarşı «binanın ümumi istifadə yerlərinə və kommunal xidmətlərə məhdudiyyət tətbiq edilməsinə dair xəbərdarlıqların qanunsuz hesab edilməsi, belə məhdudiyyətlərin qadağan edilməsi, sənədlərin tələb edilməsi və işgüzar nüfuza vurulmuş zərər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMMC-nin adından göndərilmiş 22 yanvar 2024-cü il tarixli, 88 saylı məktubun qanunsuz hesab edilərək, həmin məktubda sadalanan sənədlərin tələb edilməsinin "xxxx" MMMC-yə qadağan edilməsi; "xxxx" MMMC-nin adından göndərilmiş 30 yanvar 2024-cü il tarixli, 95 saylı və 30 yanvar 2024-cü il tarixli, 96 saylı "xxxx" adlı məktubların və 6 fevral 2024-cü il tarixli məktubun qanunsuz hes ab edilərək, həmin "xxxx"larda və məktubda tətbiq edilməsi nəzərdə tutulan məhdudiyyətlərin tətbiq edilməsinin "xxxx" MMMC-yə qadağan edilməsi; "xxxx" MMMC-nin idarəçiliyində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı yaşayış binalarının sahə mülkiyyətçilərindən yaşayış sahəsinə və kommunal xidmətlərə görə tələb edilən haqqın müəyyən edilməsinə əsas olmuş bütün sənədlərin - illik gəlir və xərclər smetasının, o cümlədən binaların ümumi əmlakının saxlanılması və təmiri xərclərinin, binaların əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasının, ehtiyat fonduna xüsusi haqqın və ayırmaların, xərclərin bölüşdürülməsinə dair hesabatların, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən edən Cəmiyyətin Ümumi yığıncağının qərarın ın və həmin qərarın qəbul edilməsinə əsas vermiş bütün sənədlərin təsdiq olunmuş surətlərinin İddiaçı1 və İddiaçı2 MMC-yə təqdim edilməsi vəzifəsinin "xxxx" MMMC-nin üzərinə qoyulması; İddiaçı1 işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi kimi 20.000 manatın "xxxx" MMMC-dən alınıb İddiaçı1 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, hazırda yaşayış binalarının idarə etməsi "xxxx" MMMC tərəfindən həyata keçirilir. İddiaçılar həmin MMMC-nin iştirakçısı olmamışdır və hazırda da iştirakçısı deyillər. Yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələrinin hamısı (MMMC-nin idarəçiliyində olan 2 yaşayış binası üzrə 3276 m² və 3-cü bina üzrə 1755 m² olmaqla, cəmi 5031 m² ) sahə İddiaçı1 mülkiyyətindədir və hazırda müvafiq icarə müqavilələri əsasında hüquqi şəxslərə icarəyə verilir. Cavabdeh tərəfindən iddiaçılara qarşı mütəmadi olaraq müxtəlif məzmunlu əsassız tələblər irəli sürülür və həmçinin belə əsassız tələbləri ifadə edən məktublar və «xəbərdarlıqlar» İddiaçı1 icarəyə verdiyi sahələrin icarədarlarına da göndərilir. Belə ki, "xxxx" MMMC-nin 22 yanvar 2024-cü il tarixli, 88 saylı məktubu ilə İddiaçı2 MMC-yə bildirilmişdir ki, "xxxx" yaşayış kompleksində İddiaçı2 MMC tərəfindən binanın tikinti lahiyəsində nəzərdə tutulmayan qaz, su və işıq təchizatına aid edilən sonradan əlavə aparılan işlər üzrə texniki şərtlərin və istismara icazələr "xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinə təqdim edilsin. "xxxx" MMMC-nin 30 yanvar 2024cü il tarixli, 95 saylı "xxxx" adlı məktubu ilə İddiaçı2 MMC-yə bildirilmişdir ki, «"xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (Cəmiyyət) Ümumi Yığıncağının qiyabi formada növbədənkənar iclası keçirilmiş və 12 iyul 2023-cü il tarixli qərarı ilə rəsmiləşdirilmişdir. İclasın gündəliyinə daxil edilmiş məsələlər sadə səs çoxluğu ilə qəbul edilmiş və icrası bütün mülkiyyətçilər üçün məcburidir. Qərara əsasən, yaşayış kompleksində mülkiyyət sahibi olan və Cəmiyyət ilə çoxmənzilli binanın idarə edilməsinə dair xidmət müqaviləsi imzalamaqdan boyun qaçıran və ya imzalamış, lakin ödəniş etməyən və ya həmin xidmət müqaviləsində nəzərdə tutulmuş lazımi qaydada ödənişi etməyən şəxslərə, həmin şəxslərin və ya şəxsin yasayış kompleksinin ümumi istifadəsində olan və cəmiyyət tərəfindən və ya onun vasitəsilə istismarı və istifa dəsinə görə xidmət göstərilən sahələrdən, o cümlədən istilik sistemindən (həmçinin isti su), soyutma sistemindən, liftlərdən və bu kimi digər sahələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcəkdir. Həmçinin, həmin şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3931-ci maddəsinə əsasən, mənzil qanunvericiliyinin tələblərinin pozulmasına görə inzibati məsuliyyət cəlb olunması istiqamətində işlərin icrasına başlanılacaqdır. Sözügedən məsələ ilə bağlı "xxxx" yaşayış kompleksində mülkiyyətinizdə olan səhələrə dair üzərinizə düşən borc öhdəliklərini 3 gün ərzində lazımınca icra etmədikdə yuxarıda sadalanan məhdudiyyətlərin tətbiq edilməsinə başlanacaqdır. Qeyd olunanlarla yanaşı, tərəfinizdən üçüncü şəxslərə icarə əsasında istifadəyə verilmiş şəxslərə bu məsələ ilə bağlı b ildirişin təqdim ediləcəyini diqqətinizə çatdırılır.» Məzmunu yuxarıda qeyd edilən 95 saylı məktubun məzmunu ilə eynilik təşkil edən "xxxx" yaşayış kompleksində olan icarədarlara da həmin tarixli, 96 saylı "xxxx" adlı məktub göndərilmiş və əlavə olaraq bildirilmişdir ki, «Sözügedən məsələ ilə bağlı "xxxx" yaşayış kompleksində mülkiyyət sahibləri olan İddiaçı2 MMC və İddiaçı1 üzərlərinə düşən xidmət haqqı üzrə borc öhdəliklərini lazımınca icra etmədikləri üçün onlar tərəfindən aidiyyəti üzrə icarəyə verilmiş sahələrə dair 3 gün ərzində yuxarıda sadalanan məhdudiyyətlərin tətbiq edilməsinə başlanılacaqdır». Sonradan "xxxx" MMMC tərəfindən 6 fevral 2024-cü il tarixli, 100 saylı daha bir məktub göndərilərək, «qalan 23.345,27 manat həcmində xidmət haqqının» ödənilməsi tələb edilmiş və əvvəlki x əbərdarlıqda qeyd edilən məhdudiyyətlərin tətbiq ediləcəyi təkrar bildirilmişdir. İlk öncə qeyd etməyi zəruri hesab edirlər ki, "xxxx" MMMC-nin adından yuxarıda qeyd edilən məktub və «xəbərdarlıqları» imzalamış «icraçı direktor»-un hər hansı səlahiyyəti olmamışdır. Belə ki, qanunverici (Mənzil Məcəlləsi, maddə 124, 127, 129) MMMC-nin adından etibarnaməsiz çıxış etmək səlahiyyətini yalnız idarə heyətinin sədrinə aid etmişdir və bu, imperativ normadır. Digər şəxslər yalnız idarə heyətinin sədrinin verdiyi etibarnamələr əsasında cəmiyyətin adından çıxış edə bilər. Həmçinin onu da qeyd etmək lazımdır ki, "xxxx" MMMC-nin nizamnaməsində də «icraçı direktor» adlı vəzifə və həmin vəzifəyə təyin olunmuş/seçilmiş şəxsin səlahiyyətləri barədə heç bir müddəa yoxdur. Digər tərəfdən, cəmiyyətin nizamnam əsində idarə heyətinin sədrinə «icraçı direktor» və ya digər vəzifə təsis etmək səlahiyyəti verilməmişdir. Cavabdehin adından göndərilən tələblərin ümumiyyətlə, qanunsuz olmasına dair dəlillər bunlardır ki, yuxarıda da qeyd edildiyi kimi, cavabdehin adından göndərilən məktub və xəbərdarlıqlar "xxxx" MMMC-nin İdarə Heyətinin sədri (və ya müvafiq etibarnamə ilə səlahiyyəti verilmiş şəxs) tərəfindən göndərilmədiyi üçün heç bir hüquqi qüvvəyə malik deyil. Bundan əlavə, iddia ərizəsinin 6.1-ci bəndindəki cavabdehin adından göndərilmiş 22 yanvar 2024-cü il tarixli məktubda sadalanan sənədlərin tələb edilməsi əsassızdır. Belə ki, cavabdeh həmin məktubda iddiaçının özünün mülkiyyətində olan sahələrin öz vəsaitləri hesabına müstəqil şəkildə kommunal təchizatlarla təmin edilməsini «binanın tikinti l ayihəsində nəzərdə tutulmayan» işlər kimi təqdim etməklə həmin işlərin qanunsuz aparılması görüntüsü yaratmağa cəhd edir. Halbuki, cavabdehə də məlumdur ki, həmin işlərin görülməsi üçün səlahiyyətli orqan və təşkilatlardan müvafiq icazələr, texniki şərtlər alınmışdır. Digər tərəfdən, sahə mülkiyyətçi olan, lakin MMMC-nin iştirakçısı olmayan iddiaçının öz mülkiyyətini qanunvericiliyin yol verdiyi qaydada zəruri təchizatlarla təmin etməsi heç bir halda qanunsuz hesab edilə bilməz və bununla bağlı görülən işlərin qanuni, yaxud qanunsuz olmasını iddia etmək səlahiyyətinə malik olan qurum deyil. Digər tərəfdən, MMMC-nin iştirakçısı olmayan mülkiyyətçinin öz sahəsinə çəkdiyi təchizatlar binanın tikinti layihəsində əvvəlcədən nəzərdə tutula bilməzdi və cavabdehin məktubunda bu işlərin «binanın tikinti layihəsində nəzərdə tutulmayan iş» adlandırılması absurddur. Cavabdehin belə tələbləri açıq-aşkar qərəzli olmaqla, MMMC-nin iştirakçısı olmayan iddiaçıların fəaliyyətinə qanunsuz maneələr yaratmaqla, mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsinə əsassız maneə yaratmaqdan başqa bir şey deyildir. Həmçinin məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçılar tərəfindən qanunla müəyyən edilmiş icazə, texniki şərt və s. sənədlər alınmışdır və cavabdehin həmin sənədləri şübhə altına almasının cavabdeh tərəfindən tələb edilməsi qanunsuzdur. Cavabdehin 30 yanvar 2024-cü il tarixli, 95 saylı məktubla tələb etdiyi «borclar» və həmin «borcların» ödənilmədiyi təqdirdə «tənbeh» tədbiri kimi məhdudiyyətlər tətbiq ediləcəyi barədə hədələrə gəldikdə isə aşağıdakıları məhkəmənin diqqətinə çatdı rırlar. Belə ki, məktub və «xəbərdarlıqlar»da qeyd edilənlərin əksinə olaraq, iddiaçıların hər hansı borcu mövcud deyil və belə «borcun» olması heç nə ilə əsaslandırılmır. Mənzil Məcəlləsinin 122.1.3-cü, 125.2.4-cü və 128.0.3-cü maddələrinin tələblərindən də göründüyü kimi, cəmiyyətin illik gəlir və xərclər smetası, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarı cəmiyyət iştirakçılarının ümumi yığıncağı tərəfindən təsdiq olunmalıdır. İddiaçılar MMMC-nin iştirakçısı olmasa da, maraqlı şəxs kimi xərc məbləğlərinin iqtisadi əsaslandırması, smetası, eyni zamanda smeta və xərclərin təsdiq edilməsinə dair ümumi yığıncağın qərarı, həmçinin kommunal xidmətin növlərinə görə xərclərin bölüşdürülməsinə dair hesabat iddiaçılara təqdim edilməlidir. Cavabdeh isə həmin sənədləri, qərarl arı və hesabatları iddiaçılara təqdim etmədən ödəniş tələb edir. Lakin cavabdeh həmin tələblərə cavab verən müqavilə bağlanmasını təklif etmək əvəzinə, yuxarıda da qeyd edildiyi kimi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə zidd olaraq, gəlir və xərclərin ümumi yığıncaq tərəfindən təsdiq olunmuş smetası, konkret xidmətin növləri və onlara tətbiq olunan tariflər, tələb olunan hər bir ödəniş üzrə onların ümumi məbləğdə xüsusi çəkisi və s. bu kimi mühüm şərtlər göstərilməyən müqavilə layihəsi təqdim etməklə əslində müqavilənin bağlanmasına süni əngəl yaradırlar ki, həmin sənədlər təqdim edilmədən, cəmiyyətin ümumi yığıncağının qərarına istinad etməklə həqiqi xərcləri əks etdirməyən məbləğlərin ödənilməsini tələb edə bilsinlər. Bundan əlavə, cavabdeh MMMC-nin yarıtmaz və qeyri-şəffaf fəaliy yəti nəticəsində MMMC-nin qaz istehlakına görə yaranmış külli miqdar borcu İddiaçı2 MMC tərəfindən ödənilmiş və bu barədə müvafiq aktlar tərtib edilmişdir. Belə ki, tərəflərindən hazırkı iddia ərizəsinə əlavə edilən əvəzləşmə aktlarından görünür ki, 17 aprel 2023-cü il tarixli İddiaçı2 MMC-nin Gülüstan Residensə servis xidməti üzrə borc məbləğini "xxxx" MMMC kommunal borc öhdəliyinin hesablanmış Əvəzləşmə Aktından da görünür ki, 2023cü ilin fevral-mart ayları üzrə İddiaçı2 MMC şirkətinə aid olan təmirsiz (hər kv.m.-m 1 AZN tətbiq edilən) mənzillərə görə 14523 manat, E Ə.Məmmədəliyevə məxsus təmirli (hər kv.m.-m 1.5 AZN tətbiq edilən) qeyri-yaşayış sahələrinə görə 20010.56 manat, təmirsiz qeyri-yaşayış sahələrinə görə 11607 manat borc (cəmi 46140.56 manat), "xxxx" MMMCnin «Azəriqaz» İB-yə ö dəməli olduğu 23555.73 manat və "xxxx" MMMC-nin «Azəriqaz» İB-yə ödəməli olduğu 22584.83 manat (cəmi 46140.56 manat) ödənişlə əvəzləşdirilmişdir. 31 may 2023-cü il tarixli İddiaçı2 MMC-nin Gülüstan Residence servis xidməti üzrə borc məbləğini "xxxx" MMMC kommunal borc öhdəliyinin hesablanmış əvəzləşmə aktından da görünür ki, 2023-cü ilin aprel ayı üzrə İddiaçı2 MMC şirkətinə aid olan mənzillərin "xxxx" MMMC-yə aylıq kommunal xidmət borcunu təşkil edən 4358.10 manat, qeyri-yaşayış (təmirli) sahələrinin aylıq kommunal xidmətin borcunu təşkil edən 6670.19 manat, qeyriyaşayış (təmirsiz) sahələrinin aylıq kommunal xidmətin borcunu təşkil edən 3869.0 manat, "xxxx" MMMC tərəfindən aprel ayının «Azəriqaz» İB-yə faktura ödənişlərinin icra edilməsi üçün İddiaçı2 MMC-yə ödədiyi 3616,5 manat və eyni ə sasdan "xxxx" ASC-yə ödədiyi 5793.57 manat, cəmi 24307.36 manat, İddiaçı2 MMC tərəfindən ödənilmiş 820 manat ("xxxx" ASC-yə borc ödənişi), 2265.60 manat (fevral və mart ayları üzrə lift üçün "xxxx" MMC-yə ödəniş), 473.10 manat (İddiaçı2 MMC tərəfindən əvvəlki dövr üçün artıq ödənilmiş məbləğ), 10275.79 manat (İddiaçı2 MMC tərəfindən "xxxx" MMMC-yə nağd ödənilmiş məbləğ), 3616.5 manat (İddiaçı2 MMC tərəfindən «Azəriqaz» İB-yə faktura əsasında ödəniş), 6926.37 manat (İddiaçı2 MMC tərəfindən aprel ayı üçün "xxxx" ASC-yə faktura əsasında ödəniş), cəmi 24307.36 manat ödənişlə əvəzləşdirilmişdir. 20 iyun 2023cü il tarixli İddiaçı2 MMC-nin Gülüstan Residence servis xidməti üzrə borc məbləğini "xxxx" MMMC kommunal borc öhdəliyinin hesablanmış əvəzləşmə aktından da görünür ki, 2023-cü ilin may ay ı üzrə İddiaçı2 MMC şirkətinə aid olan mənzillərin "xxxx" MMMC-yə aylıq kommunal xidmət borcunu təşkil edən 4.358.10 manat, qeyri-yaşayış (təmirli) sahələrinin aylıq kommunal xidmətin borcunu təşkil edən 6670.19 manat, qeyri-yaşayış (təmirsiz) sahələrinin aylıq kommunal xidmətin borcunu təşkil edən 3869,00 manat olmaqla, cəmi 14897.29 manat, 137.00 manat (İddiaçı2 MMC tərəfindən 2023-cü ilin may ayı üzrə "xxxx" ASC-yə faktura ödənişi), 5179.36 manat (İddiaçı2 MMC tərəfindən 2023-cü ilin may ayı üzrə "xxxx" ASC-yə faktura ödənişi), 812.75 manat (İddiaçı2 MMC tərəfindən «Azəriqaz» İB-yə faktura əsasında ödəniş), 1132,80 manat (İddiaçı2 MMC tərəfindən 2023-cü ilin may ayı üzrə lift üçün "xxxx" MMC-yə ödəniş), 7635,38 manat (İddiaçı2 MMC tərəfindən "xxxx" MMMC-yə nağd ödənilmiş məbləğ) olmaqla, cəmi 14897.29 manat ödənişlə əvəzləşdirilimşdir. 20 iyul 2023-cü il tarixli İddiaçı2 MMC-nin "xxxx" servis xidməti üzrə borc məbləğini "xxxx" MMMC kommunal borc öhdəliyinin hesablanmış əvəzləşmə aktından da görünür ki, 2023-cü ilin iyun ayı üzrə İddiaçı2 MMC şirkətinə aid olan mənzillərin "xxxx" MMMC-yə aylıq kommunal xidmət borcunu təşkil edən 4.358,10 manat, qeyri-yaşayış (təmirli) sahələrinin aylıq kommunal xidmətin borcunu təşkil edən 6670.19 manat, qeyri-yaşayış (təmirsiz) sahələrinin aylıq kommunal xidmətin borcunu təşkil edən 3869,00 manat, İddiaçı2 MMC-nin təsisçisinə aid olan mənzilin "xxxx" MMMC-yə 3 aylıq kommunal xidmət borcunu təşkil edən 977.10 manat olmaqla, cəmi 15874.39 manat (İddiaçı2 MMC tərəfindən 2023-cü ilin may ayı üzrə "xxxx" ASC-yə faktura ödənişi), 7751.73 manat (İddiaçı2 MMC tərəfindən 2023-cü ilin iyun ayı üzrə "xxxx" ASC-yə faktura ödənişi), 121.25 manat (İddiaçı2 MMC tərəfindən «Azəriqaz» İB-yə faktura əsasında ödəniş), 1132.80 manat (İddiaçı2 MMC tərəfindən 2023-cü ilin iyun ayı üzrə lift üçün "xxxx" MMC-yə ödəniş), 6606.61 manat (İddiaçı2 MMC tərəfindən "xxxx" MMMC-yə nağd ödənilmiş məbləğ) olmaqla, cəmi 15874.39 manat ödənişlə əvəzləşdirilmişdir. Bundan əlavə, həmin dövrləri (yanvar-iyun 2023) əhatə edən ödənişlərdən əlavə, dekabr ayı da daxil olmaqla 2023-cü ilin qalan dövrü (iyul-dekabr) üçün ödənişlər edilmiş, yəni, 2023-cü il üzrə cəmi 151288,36 manat ödəniş edilmiş, lakin cavabdeh tərəfindən yenə də xərclərin bölüşdürülməsinə dair heç bir hesabat təqdim edilmədən 2023-cü il üzrə cəmi 151288,36 manat ödənilməsi etiraf edilməklə, əlavə olaraq 23345,27 manat tələb edilir. Şərh edilənlərdən də göründüyü kimi, binanın ümumi əmlakının saxlanması və onlara xidmət edilməsi ilə bağlı iddiaçılar tərəfindən mütəmadi ödənişlər edilsə də, eləcə də bu ödənişlərin edilməsi cavabdehin 6 fevral 2024-cü il tarixli 100 saylı məktubunda dolayısıyla etiraf edilsə də (yəni, ödənilmiş 151288,36 manat nəzərə alınmaqla, əlavə olaraq 23345,27 manat tələb edilməsi ilə) cavabdeh qanunla üzərinə qoyulmuş vəzifəni xərclərin bölüşdürülməsinə dair hesabatları təqdim etməkdən yayınır. Bundan əlavə, nəzərə almaq lazımdır ki, qanunvericilik sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədiyi halda, MMMC tərəfindən özbaşına olaraq hər hansı tənbeh tədbirinin tətbiq edilməsini deyil, həmin ödənişlərin yalnız məhkəmə qaydas ında iddia qaldırmaqla (Mənzil Məcəlləsinin 122.3-cü maddəsində nəzərdə tutulmuş qaydada) tələb edilməsini, yaxud İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsində nəzərdə tutulmuş qaydada tənbeh tətbiq edilməsini nəzərdə tutur. Belə olan halda, cavabdehin xx.xx.2024-cü il tarixli 95 saylı məktubundakı tələblər tamamilə əsassız olmaqla yanaşı, həm də qanunsuzdur. Cavabdehin 30 yanvar 2024-cü il tarixli, 96 saylı məktubla "xxxx" yaşayış kompleksində olan icarədarlara yalan məlumat verməklə icarə sahələrinin mülkiyyətçisi olan İddiaçı1 işgüzar nüfuzuna da külli miqdarda zərər vurmuşdur. Bundan əvvəl də cavabdeh tərəfindən həmin icarə sahələrinin yerləşdiyi mərtəbələrə liftlərin çağırışın məhdudlaşdırılması nəticəsində icarədarlar tərəfindən məktub göndərilərək, tətbiq edilən məhdudiyyətlər in kompensasiyası kimi icarə haqlarına endirim edilməsi tələb edilmiş və İddiaçı1 onların tələbini yerinə yetirərək, məhdudiyyət tətbiq edilən dövrlər üçün cəmi məbləği 20 min manatdan çox təşkil edən endirim etməyə məcbur olmuşdur. Cavabdehin hazırda mübahisələndirilən əsassız tələb və hədələri icarədarlarda İddiaçı1 mütəmadi olaraq qanun pozuntularına yol verən şəxs olması fikri yaratmaqla, nəinki həmin icarədarlar arasında, həmçinin əmlak kirayəsi bazarında və ümumiyyətlə, cəmiyyətdə geniş kütlə arasında işgüzar nüfuzunun aşağı düşməsinə səbəb olur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçının yeganə təsisçisi olduğu İddiaçı2 MMC yüksək keyfiyyətli binaların tikintisi sahəsində fəaliyyət göstərir və onun şəxsi nüfuzu bu biznesin uğurlu olmasına həlledici təsir edir. Hazırkı idd ia ərizəsində sadalanan faktlardan da göründüyü kimi, cavabdehin qanunsuz hərəkətləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə iddiaçılann «borcunun» yaranması və bu «borcların» ödənilməməsi ilə bağlıdır. Lakin cavabdeh tərəfindən Mənzil Məcəlləsinin 122.1.3-cü, 125.2.4-cü və 128.0.3-cü maddələrinin tələblərinin yerinə yetirilməməsi aşkardır və bunu təkzib edən hər hansı sənəd (yəni, istinad edilən normalarda müəyyən edilmiş xərclərin hesablanması, təsdiq edilməsi və s.) mövcud deyil. Cavabdehin həmin tələbləri yerinə yetirməməsi, necə müəyyən edildiyi, hansı qaydada hesablandığı məlum olmayan məbləğlərə istinad edilməklə səlahiyyəti məlum olmayan şəxs tərəfindən sahə mülkiyyətçilərindən pul tələb edilməsi həm mənzil qanunvericiliyinin tələblərinə, həm də onun tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə ziddir və bu səbəbdən iddiaçılar, onlardan tələb edilən vəsaitlərin əsaslandırılmasına dair sənədlərin cavabdehdən tələb edilməsinə dair də qətnamə qəbul edilməsini xahiş edəcək. Ümumi istifadədə olan sahələrə xidmət üçün tətbiq edilən qiymətlər iqtisadi cəhətdən əsassız olmaqla süni surətdə şişirdilmişdir. Belə ki, hazırda cavabdeh tərəfindən təmirli yaşayış və qeyri-yaşayış sahələrinə aylıq xidmət haqqı hər kv.m. üçün 1 manat 50 qəpik, təmirsiz sahələrə münasibətdə isə hər kv.m. üçün 1 manat ödənilməsi tələb edilir. Təmirsiz sahələrdən istifadə edilmədiyi halda hər kv.m. üçün 1 manat ödənilməsi isə ümumiyyətlə, heç bir məntiqə və ya iqtisadi əsaslandırmaya sığmayan açıq-aşkar əsassız tələbdən başqa bir şey deyildi r. "xxxx" MMMC-nin fəaliyyətə başlamasından əvvəlki dövr (binalara xidmət İddiaçı2 MMC tərəfindən həyata keçirilən dövr) üçün həmin binalarda "xxxx" MMMC-nin tətbiq etdiyi xidmət haqqı məbləğindən xeyli aşağı məbləğlər tətbiq edilirdi. 2021-ci ilə qədər: təmirsiz sahələr ödənişə cəlb edilməmişdir, təmir dövrü üçün 1 kv. m. 50 qəpik, təmirli sahələr üçün 1 kv. m. - 1 manat olmuşdur; 2021-ci ildən etibarən, çıxarışı mövcud olan təmirsiz sahələr 1 kv. m. - 1 manat, təmir dövrü və təmirli sahələr üçün 1.00 manat, çıxarışı mövcud olmayan təmirsiz sahələr ödənişə cəlb edilməmişdir.

14. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Arif oğlu məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı1 binanın yaşayış sahəsinin 1/3 hissəsi məxsusdur. Buna görə də, onun tərəfində n kommunal ödənişlər ödənilməlidir. O, 2023-cü ilin müəyyən hissəsində ödənişlər etsə də, daha sonra ödənişlər etməkdən yayınmışdır. Buna görə də, cavabdeh tərəfindən ona xəbərdarlıq məktubları göndərilmişdir. Onlar iddiaçılara onlarla müqavilə bağlamağı təklif etsələr də, onlar müqavilə bağlamaqdan imtina edirlər. Lakin bu o demək deyildir ki, onlar ödəniş etməkdən yayına bilərlər.

15. Nəsimi rayon Məhkəməsinin e-2(006)-1723/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdeh "xxxx" MMMC-yə qarşı «sənədlərin tələb edilməsinin qadağan edilməsi və s.» tələblərinə dair iddiası təmin edilməmişdir.

16. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 79 saylı sərəncamına əs asən, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanında yerləşən yaşayış binaları cavabdeh İddiaçı2 tərəfindən inşa edilmiş və 19 fevral 2019-cu il tarixində imzalanan “Bəzi çoxmənzilli binaların istismara icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən istismara verilmişdir.

17. Həmçinin müəyyən edilmişdir ki, sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarları əsasında "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 1122- MM9-0269 sa yı ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin fəaliyyət istiqamətinə daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək daxildir. Bu fəaliyyətdə yaşayış binasının mülkiyyətçilərin ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətlərin təchizatı xəttlərinin və ümumi istifadədə olan digər qurğu və avadanlıqların, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətlərinin təchizatı qurğuların təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damların, həmçinin giriş blokların təmir olu nması və işıqlandırılması, həyətyanı sahənin yaşıllaşdırılması, binaların mühafizəsi və bu kimi digər işlərin görülməsi nəzərdə tutulmuşdur.

18. Müəyyən edilmişdir ki, dövlət qeydiyyatından sonra, MMMC-nin idarə Heyəti tərəfindən nizamnamədən irəli gələn səlahiyyətlər daxilində MMMC-nin Ümumi Yığıncağının çağırılması təşkil edilmiş, habelə bu çərçivədə MMMC-nin Ümumi Yığıncağının müəyyən qərarları ilə məsələlər tənzimlənmiş, işlərin lazımi qaydada həyata keçirilməsi məqsədilə İdarə Heyəti tərəfindən sakinlərin əksəriyyəti ilə xidmət müqavilələri imzalanmış, qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələblərinə uyğun işlər təşkil edilmiş və hazırda da həyata keçirilməkdədir.

19. Hazırda tərəflər arasında olan mübahisə onunla bağlıdır ki, cavabdeh iddiaçılardan kommunal və s. xərclər üzr ə yarandığını hesab etdiyi həcmdə borcun ödənilməsini tələb etməklə borclar ödənməyəcəyi təqdirdə xidmətlərə və s. məhdudiyyətlər tətbiq olunacağı barədə xəbərdarlıq edir, iddiaçılar isə bunu hüquqlarının məhdudlaşdırılması və işgüzar nüfuzlarına xələl gətirməsi kimi qiymətləndirirlər.

20. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfin mübahisəli binanın yaşayış sahəsinin 1/3 hissəsinin İddiaçı1 məxsus olmasına, iddiaçıların həmin MMMC-nin iştirakçısı olmamasına dair hallara istinad etməklə, cavabdehə qarşı hazırki iddia tələblərini irəli sürmüş olsalar da, sözügedən yaşayış binalarının idarə edilməsinin cavabdeh MMMC tərəfindən həyata keçirilməsinin iddiaçılar tərəfindən etiraf edilməsi, tərəflər arasında xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış olmasa belə, sadalanan halların möv cudluğu, yəni hazırda iddiaçılar tərəfindən iddia tələbində cavabdehə qadağan edilməsi tələb edilən hərəkətlərin sonuncu tərəfindən yerinə yetirilməsi (MMMC tərəfindən kommunal ödənişlərin ödənilməsinin tələb edilməsi, xəbərdarlıq məktublarının göndərilməsi və s.) qanunsuz hərəkətlər kimi qiymətlənidirilməməlidir. Belə ki, idarəçiliyin faktiki olaraq cavabdeh tərəfindən həyata keçirilən binanın bir hissəsinin iddiaçı tərəfin mülkiyyətçisi olması qanunvericilik normalarının tələbləri baxımından cavabdehin onlardan kommunal ödənişləri tələb etməkdə haqlı olmasına dəlalət etməklə, iddiaçıların bu xidmətlərlə bağlı müvafiq müqavilə bağlamamaqları faktının mövcudluğu belə sonuncuların bu ödənişləri etməmələri üçün əsas yaratmır.

21. Məhkəmə bildirmişdir ki, iddiaçı tərəf 2023-cü ilin müəyyən hi ssəsində ödənişlər etsə də, daha sonra ödənişlər edilməsi dayandırılmışdır. Buna görə də, cavabdeh tərəfindən ona xəbərdarlıq məktubları göndərilmişdir. Hazırda cavabdeh tərəfindən iddiaçılara hər hansı məhdudiyyətlər tətbiq olunmur. İddiaçıların hüquqları cavabdeh tərəfindən bu və ya digər şəkildə pozulması faktı baş verməmişdir. İddiaçı tərəf edilən xəbərdarlıqlarla bağlı hər hansı borcunun mövcud olmaması və belə borcun olmasının hər hansı sübutla (sənədlə) əsaslandırılmaması kimi dəlillərini qaz, su, işıq istehlakına görə MMMC-də yaranmış borcların İddiaçı2 MMC tərəfindən ödənilməsini təsdiq edən aktlar, üzləşmə cədvəlləri ilə əsaslandırmışlar.

22. Məhkəmə qeyd etmişdir ki, cavabdehə qarşı irəli sürülmüş tələblərdən biri də müvafiq sənədlər toplusunun (iddia tələbinə əsasən "xxxx" MMMC -nin idarəçiliyində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı yaşayış binalarının sahə mülkiyyətçilərindən yaşayış sahəsinə və kommunal xidmətlərə görə tələb edilən haqqın müəyyən edilməsinə əsas olmuş bütün sənədlərin - illik gəlir və xərclər smetasının, o cümlədən binaların ümumi əmlakının saxlanılması və təmiri xərclərinin, binaların əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasının, ehtiyat fonduna xüsusi haqqın və ayırmaların, xərclərin bölüşdürülməsinə dair hesabatların, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən edən Cəmiyyətin Ümumi yığıncağının qərarının və həmin qərarın qəbul edilməsinə əsas vermiş bütün sənədlərin təsdiq olunmuş surətlərinin) iddiaçılara təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Məhkəmə iddiaçıların həmin dəlilinə münasibətdə hesab etmişdir ki, tələb edilən sənədlərin MMMC tərəfindən təqdim edilməsi öhdəliyi tərəflər arasında müqavilənin bağlanması və bunun əsasında iddiaçıların MMMC-nin iştirakçısı qismində tanınması yolu ilə mümkündür.

23. Məhkəmə iddianın bu dəlili ilə bağlı həmçinin qeyd etmişdir ki, iddiaçı tərəf bu halları sözügedən müqavilənin bağlanması zamanı müqavilə şərtləri kimi razılaşdırmalı, cavabdeh tərəf (həmçinin iddiaçı tərəf) bu şərtlərə qanuni əsas olmadan etiraz etməklə müqavilənin bağlanmasına süni əngəl yaratması halı olduqda yaranmış mübahisə məhkəmə yolu ilə həll edilməlidir. Bağlanmış müqavilədə iddia tələbində iddiaçı tərəfin əsassız saydığı hallarla (məs. ümumi istifadədə olan sahələrə xidmət üçün tətbiq edilən qiymətlərin iqtisadi cəhətdən düzgün müəyyən olunması və s.) bağlı gələcəkdə hər iki tərəfindən şərtsiz yerinə yetirə bilməli olduğu razılaşdırılmış müəyyən müddəalar olmalıdır ki, bu xarakterli mübahisələr bir daha yaranmasın.

24. Məhkəmə iddia tələbinin "xxxx" MMMC-nin adından göndərilmiş 22 yanvar 2024-cü il tarixli, 88 saylı məktubun qanunsuz hesab edilərək, həmin məktubda sadalanan sənədlərin tələb edilməsinin "xxxx" MMMC-yə qadağan edilməsi; "xxxx" MMMC-nin adından göndərilmiş 30 yanvar 2024-cü il tarixli, 95 saylı və 30 yanvar 2024-cü il tarixli, 96 saylı "xxxx" adlı məktubların və 6 fevral 2024-cü il tarixli məktubun qanunsuz hesab edilərək, həmin "xxxx"larda və məktubda tətbiq edilməsi nəzərdə tutulan məhdudiyyətlərin tətbiq edilməsinin "xxxx" MMMC-yə qadağan edilməsi; "xxxx" MMM C-nin idarəçiliyində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı yaşayış binalarının sahə mülkiyyətçilərindən yaşayış sahəsinə və kommunal xidmətlərə görə tələb edilən haqqın müəyyən edilməsinə əsas olmuş bütün sənədlərin - illik gəlir və xərclər smetasının, o cümlədən binaların ümumi əmlakının saxlanılması və təmiri xərclərinin, binaların əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasının, ehtiyat fonduna xüsusi haqqın və ayırmaların, xərclərin bölüşdürülməsinə dair hesabatların, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən edən Cəmiyyətin Ümumi yığıncağının qərarının və həmin qərarın qəbul edilməsinə əsas vermiş bütün sənədlərin təsdiq olunmuş surətlərinin İddiaçı1 və İddiaçı2 MMC-yə təqdim edilməsi vəzifəsinin "xxx x" MMMC-nin üzərinə qoyulması hissələrinin təmin edilməməsi nəticəsinə gəlmişdir.

25. Məhkəmə iddia tələblərinin qeyd edilən hissələrinin təmn edilməməsi nəticəsinə gəlməklə yanaşı cavabdeh tərəfindən yaranmış borclarla bağlı xəbərdarlıq və məktubların İddiaçı1 mütəmadi olaraq qanun pozuntularına yol verən şəxs olması fikri yaratması kimi qiymətləndirilməsi ilə bağlı iddianın dəlilləri ilə razılaşmamışdır.

26. Məhkəmə belə qənaətə gəlmişdir ki, borcun yaranması və ödənilməsinin ləngidilməsi halının mövcudluğu ümumiyyətlə, cəmiyyətdə geniş kütlə arasında borclu şəxsin işgüzar nüfuzunun aşağı düşməsi kimi qiymətləndirilməsi iddiaçı tərəfin mülahizəsidir.

27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.1, 29.2, 29.3, 29.4, 35.1, 37, 38.1, 38.2, 43,45, 119.1, 120.5, 136.2, 135.1, 135.2.3, 137.4, 137.7, 137.10, 141.2, 141.2.1, 141.2.2, 141.2.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. İddiaçı1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Həmçinin İddiaçı2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. İddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu şikayətlərini onunla əsaslandırmışlar ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, birinci instansiya m əhkəməsi mübahisənin faktiki hallarını düzgün müəyyən etməmiş və sübutları düzgün qiymətləndirməmişdir.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) 22 oktyabr 2024-cü il tarixli, 2(103)-4463/2024 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1723/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən, məhdudiyyətlərin tətbiq edilməsi və sənədlərin təqdim edilməsi ilə bağlı hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin komunal və sair ödəmələri gecikdirməsi və ya ödənilməməsi əsası ilə onların mülkiyyətlərində (sahibliyində) olan sahələrdən istifadəsinə hər hansı (suyun, qazın, elektrik enerjisinin verilməsinin, liftin dayandırılması və sair formada) məhdudiyyətin tətbiqi edilməsinin "xxxx" MMMC-yə qadağan edilməsi və "xxxx" MMMC-nin idarəçiliyində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı yaşayış binalarının sahə mülkiyyətçilərindən yaşayış sahəsinə və kommunal xidmətlərə görə tələb edilən haqqın müəyyən edilməsinə əsas olmuş bütün sənədlərin-illik gəlir və xərclər smetasının, o cümlədən binaların ümumi əmlakının saxlanılması və təmiri xərclərinin, binaların əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasının, ehtiyat fonduna xüsusi haqqın və ayırmaların, xərclərin bölüşdürülməsinə dair hesabatların, cəm iyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən edən Cəmiyyətin Ümumi yığıncağının qərarının və həmin qərarın qəbul edilməsinə əsas vermiş bütün sənədlərin təsdiq olunmuş surətlərinin İddiaçı1 və İddiaçı2 MMC-yə təqdim edilməsi vəzifəsinin "xxxx" MMMC-nin üzərinə qoyulması qət edilmiş, qətnamə apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

32. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MMMC-nin adından göndərilmiş 22 yanvar 2024-cü il tarixli, 88 saylı məktubun qanunsuz hesab edilərək, həmin məktubda sadalanan sənədlərin tələb edilməsinin "xxxx" MMMC-yə qadağan edilməsi barədə tələb üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Belə olan halda, cavabdeh tərəfindən, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclərin ödənilməsi barədə iddiaçılara bildirişlərin göndərilməsi qanunauyğun olmuşdur, ona görə də birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməkdə haqlı olmuşdur.

33. İkinci iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, iddiaçıların özləri də çoxmənzilli binada idarəe tmənin cavabdeh MMMC tərəfindən həyata keçirilməsini etiraf edir, bu baxımdan MMMC-nin iddiaçılara həmin məktublar və xəbərdarlıqlarla kommunal və sair ödənişləri tələb etməsi qanunsuz sayıla bilməz, eləcə də, hələlik iddiaçılara münasibətdə cavabdehin xəbərdarlıqlarında göstərdiyi məhdudiyyətlər tətbiq edilməmiş, bu hallar baş verməmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 122.3-cü maddəsinə görə iddiaçılar tərəfindən ödənişlərin edilməməsinə görə mübahisələr yalnız məhkəmə qaydasında həll edilə bilər, odur ki, cavabdeh tərəfindən məhdudiyyətlərin tətbiq edilməsi barədə göndərilmiş 30 yanvar 2024-cü il tarixli, 95 saylı və 30 yanvar 2024-cü il tarixli, 96 saylı "xxxx" və 6 fevral 2024-cü il tarixli məktublarda cavabdeh MMMC tərəfindən tətbiq edilməsi nəzərdə tutulan məhdudiyyətlərin tətbiq edilməsi "xxxx" MMMC-yə qadağan edilməlidir. 35. 3-cü iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsi hesab etmişdir ki, nə qədər ki, iddiaçılarla cavabdeh MMMC-nin arasında kommunal və sair xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmamışdır, ona görə də iddiaçılar onlardan tələb edilən xərclərin əsasları ilə bağlı məlumatları tələb etmək hüququna sahib deyildir.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, hazırkı işdə iddiaçı olan mülkiyyətçinin MMMC ilə müvafiq müqavilə bağlayıb-bağlamamasından asılı olmayaraq, onların xidmətlərə görə MMMC-yə müəyyən olunmuş haqq ödəmək vəzifəsi var və onlar həmin haqqları ödəməyə borcludurlar. Belə olan halda, yəni müqavilə olmadan da xərcləri ödəməli olan mülkiyyətçinin (sahə sahibinin), hazırkı halda iddiaçıların MMMC-dən ödədiyi xərclərin əsaslandırılması və bununla bağlı müvafiq qərar və hesabatlarla tanış olmaq və onların təqdim edilməsini tələb etmək hüququ var. İddiaçıların onlardan tələb edilən ödənişlərin hüquqi əsası ilə bağlı sənədləri tələb etmək hüququ, həm də mülki hüquq subyektlərinin bərabərliyi prinsipinə də uyğundur. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili də qeyd edilən həmin sənədlərin iddiaçılara təqdim edilməli olduğunu qeyd etmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia bu hissədə təmin olunmalıdır.

37. Apellyasiya instansiyası məhkəməsi işgüzar nüfuza vurulmuş ziyan tələbini təmin edilməmə si hissəsində rayon məhkəməsi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının MMMC-yə borcu barədə onun icarədarlarına da yuxarıda qeyd edilən bildirişlərin göndərilməsində cavabdehin məqsədi aydın olmamışdır, cavabdehin nümayəndəsi də bunun ağlabatan izahını verə bilməmişdir, bu isə belə qənaətə gəlməyə əsas verir ki, bu hərəkətlər məhz iddiaçının işgüzar nüfuzunun zədələnməsinə yönəlmişdir. Buna baxmayaraq, iddiaçı qeyd edilən məlumatların onun icarədarlarına çatdırılması nəticəsində həqiqətən onun işgüzar nüfuzunun ləkələnməsi və ona zərərin dəyməsi barədə sübutlar verə bilməmişdir. İddiaçı1 həmin məktubların onun icarədarlarına göndərilməsindən sonra bəzi icarədarların müraciəti əsasında icarədarlara müəyyən endirim etməsi və müvafiq olaraq da bunun nəticəsində ona zərər dəyməsi barədə də lilləri ilə bağlı hər hansı sübut təqdim etməmişdir.

38. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1, 561-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 43.1, 43.2, 44.1, 45.1, 119.1, 120.5, 122.3, 122.4, 135.1, 135.2, 136.2, 137.4, 137.7, 137.10-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnaməsinin qismən- iddianın təmin edilməmiş hissələrində ləğv edilərək, iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

40. Həmçinin İddiaçı2 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnaməsinin qismən- iddianın təmin edilməmiş hissələrində ləğv edilərək, iddianın tam təmin edilməsi nə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

41. Kassasiya şikayətləri eyni məzmunlu olub, onunla əsaslandırılmışdır ki, iddia tələblərindən "xxxx" MMMC-nin adından göndərilmiş 22 yanvar 2024-cü il tarixli, 88 saylıməktubun qanunsuz hesab edilərək, həmin məktubda sadalanan sənədlərin tələb edilməsinin "xxxx" MMMC-yə qadağan edilməsi” hissəsini təmin edilməməsinə münasibətdə apellyasiya məhkəməsinin mövqeyi əsaslı olmamış, maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 38-ci maddəsinə istinad edərkən, həmin Məcəllənin 120.4-cü maddəsinin tələblərini də nəzərə almamış, cavabdehin tələb etdiyi sənədlərin binanın ümumi əmlakının saxlanma xərclərindəki payının müəyyən edilməsi üçün zəruri olduğunu qeyd etməklə kifayətlənmişdir. Laki n məhkəmə nəzərə almamışdır ki, cavabdehin həmin sənədləri tələb etməsi tamamilə əsassız olduğundan, iddia tələbi həmin hissədə təmin olunmalı idi. İş üzrə qətnamə qəbul edən məhkəmələrin nəzərinə çatdırılmışdı ki, iddiaçılar tərəfindən qanunla müəyyən edilmiş icazə, texniki şərt və s. sənədlər alınmışdır və cavabdehin həmin sənədləri şübhə altına almasının heç bir hüquqi əsası yoxdur. Lakin aşağı instansiya məhkəmələri cavabdehin heç bir hüquqi əsas olmayan tələbləri ifadə edən məktubunda sadalanan sənədlərin tələb edilməsinin "xxxx" MMMC-yə qadağan edilməsi barədə iddia tələbini təmin etməməklə maddi hüquq normalarının, o cümlədən Mülki Məcəllənin 152.1 və Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin tələblərini nəz ərə almamışdır.

42. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, apellyasiya məhkəməsi iddianın işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair hissəsini təmin etməməkdə də maddi hüquq normasını düzgün tətbiq etməmiş, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə almamışdır. Belə ki, iş materiallarından da göründüyü kimi, maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) tərəfindən yalnız iddiaçıya deyil, həmçinin iddiaçının yeganə təsisçisinin mülkiyyətində olmaqla onun tərəfindən müxtəlif hüquqi şəxslərə icarəyə verilən qeyri-yaşayış sahələrinin icarədarlarına da 30 yanvar 2024-cü il tarixli, 96 saylı "xxxx" adlı məktub göndərilmiş və əlavə olaraq bildirilmişdir ki: “Sözügedən məsələ ilə bağlı "xxxx" yaşayış kompleksində mülkiyyət sahibləri olan "xxxx" MMC və İddiaçı1 üzərlərinə düşən xidmət haqqı üzrə borc öhdəliklərini lazımınca icra etmədikləri üçün onlar tərəfindən aidiyyəti üzrə icarəyə verilmiş sahələrə dair 3 gün ərzində sadalanan məhdudiyyətlərin (yəni, xidmət göstərilən sahələrdən, o cümlədən istilik sistemindən (həmçinin isti su), soyutma sistemindən, liftlərdən və bu kimi digər sahələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcəkdir) tətbiq edilməsinə başlanılacaqdır. İddiaçının yeganə təsisçisi olduğu şəxsin barəsində icarədarlara xəbərdarlıqların cavabdeh tərəfindən qərəzli olaraq göndərilməsi və bu hərəkətlərin məhz iddiaçının işgüzar nüfuzunun zədələnməsinə yönəlmiş olması məhkəmə tərəfindən təsdiq olunduğundan bununla bağlı zərərin məbləği məhkəmənin özü tərəfindən müəyyən edilməklə iddi a bu hissədə də təmin edilməli idi. Apellyasiya instansiyası məhkəməsi, iddianın təmin edilməyən hissələrinə münasibətdə maddi hüquq normalarını işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun tərzdə tətbiq etməmiş, iddiaçının Azərbaycan Respublikası Konstitusiyası və qanunları, o cümlədən Mənzil Məcəlləsi ilə təsbit edilmiş hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

43. Cavabdeh "xxxx" MMMC kassasiya şikayəti verərək qətnamənin - iddianın qismən təmin edilmiş hissələrində ləğv edilərək, iddianın tam təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kommunal xidmətlərin İddiaçı2 MMC və sakinlər tərəfindən ödənilmədiyi təqdirdə həmin xidmətlərə məhdudiyyət qoyulacağı Müştərək Cəmiyyətin müv afiq qərarları ilə olmuşdur. Müştərək Cəmiyyətin 12 iyul 2023-cü il tarixli qərarı hələ də qüvvədədir. Belə olan halda, yəni həmin qərar qüvvədən düşmədiyi halda məhkəmə kollegiyasının iddiaçının 2-ci tələb kimi qeyd etdiyi “"xxxx" MMMC-nin adından göndərilmiş 30 yanvar 2024-cü il tarixli, 95 saylı və 30 yanvar 2024-cü il tarixli, 96 saylı "xxxx" adlı məktubların və 6 fevral 2024- cü il tarixli məktubun qanunsuz hesab edilərək, həmin "xxxx"larda və məktubda tətbiq edilməsi nəzərdə tutulan məhdudiyyətlərin tətbiq edilməsinin "xxxx" MMMC-ə qadağan edilməsi” hissəsində şikayətin təmin edilməsi əsassız və qanunsuzdur.

45. Eyni zamanda, cavabdehə qarşı irəli sürülmüş tələblərdən biri də müvafiq sənədlər toplusunun (iddia tələbinə əsasən "xxxx" MMMC-nin idarəçiliyində olan Bakı şəhəri, Nəsimi ra yonu, Bülbül prospekti 60, 62 ünvandakı yaşayış binalarının sahə mülkiyyətçilərindən yaşayış sahəsinə və kommunal xidmətlərə görə tələb edilən haqqın müəyyən edilməsinə əsas olmuş bütün sənədlərin - illik gəlir və xərclər smetasının, o cümlədən binaların ümumi əmlakının saxlanılması və təmiri xərclərinin, binaların əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasının, ehtiyat fonduna xüsusi haqqın və ayırmaların, xərclərin bölüşdürülməsinə dair hesabatların, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən edən Cəmiyyətin Ümumi yığıncağının qərarının və həmin qərarın qəbul edilməsinə əsas vermiş bütün sənədlərin təsdiq olunmuş surətlərinin) iddiaçılara təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Qeyd etmək zəruridir k i, tərəflər arasında müxtəlif məhkəmə instansiyalarında mülki işlərə dair mübahisələr mövcuddur. İddiaçı "xxxx" MMMC-nin cavabdeh İddiaçı2 MMC-yə qarşı «kommunal xərclərlə əlaqədar pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən: Əfsanə Heydərova) e-2(006)2512/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qəbul edilmişdir. Bildirmək lazımdır ki, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı yaşayış binalarının sahə mülkiyyətçilərindən yaşayış sahəsinə və kommunal xidmətlərə görə tələb edilən haqqın müəyyən edilməsinə əsas olmuş bütün sənədlərin - illik gəlir və xərclər smetasının, o cümlədən binaların ümumi əmlakının saxlanılması və təmiri xərclərinin, binaların əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasının, ehtiyat fonduna xüsusi haqqın və ayırmaların, xərclərin bölüşdürülməsinə dair hesabatların, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən edən Cəmiyyətin Ümumi yığıncağının qərarının və həmin qərarın qəbul edilməsinə əsas vermiş bütün sənədlərin təsdiq olunmuş surətlərinin) iddiaçılara təqdim edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Cavabdeh "xxxx" MMMC ( Vəkil2) iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətlərinə qarşı etiraz ünvanlayaraq, qeyd etmişdir ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçı qeyd edilən məlumatların onun icarədarlarına çatdırılması nəticəsində həqiqətən onun işgüzar nüfuzunun ləkələnməsi və ona zərərin dəyməsi barədə sübutlar verə bilməmişdir. İddiaçı1 həmin məktubların onun icarədarlarına göndəri lməsindən sonra bəzi icarədarların müraciəti əsasında icarədarlara müəyyən endirim etməsi və müvafiq olaraq da bunun nəticəsində ona zərər dəyməsi barədə dəlilləri ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Belə ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Odur ki, cavabdeh iddiaçılar tərəfindən tərtib edilmiş kassasiya şikayətlərinin qanunsuz və əsassız olduğunu bildirmiş və təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını poza n məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.

48. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

49. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

50. Maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər.

51. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyal arı, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur

52. Maddə

561. Mülki hüquqların həyata keçirilməsinin təmin edilməsi, güc və ya məcburetmə tətbiq olunması dövlətin inhisarındadır. Bu məqsədlə dövlət mülki-prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

53. Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbə lər, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.

54. Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır.

55. Maddə 43.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 56. 43.2.1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 57. 43.2.2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 58. 28.2.3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 59. 28.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 60. 28.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər.

61. Maddə 28.6. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir.

62. Maddə 28.7. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər.

63. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.

64. Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.

65. Maddə 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyy ətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.

66. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

67. Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: -...135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan.

68. Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətç isinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: -136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; -136.2.2. kommunal xidmətlərə görə haqq.

69. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişlə ri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər.

70. Maddə 138.1. Yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir.

71. Maddə 138.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilə n ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir.

72. Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən mü əyyənləşdirilir.

73. Maddə 139.1. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

74. Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.

75. Maddə 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur

76. Maddə 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

77. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

78. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

79. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

80. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

81. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş halla ra və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

82. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

83. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

84. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hə dlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

85. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

86. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası m əhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

87. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən iddianın təmin edilməmiş, cavabdeh tərəfindən iddianın qismən təmin edilmiş hissələrində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

88. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələblərinin təmin edilməyən hissələrində apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan iddiaçıların kassasiya şikayəti əsasında apellya siya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

89. Cavabdeh"xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin kassasiya şikayətinin dəlilləri əsasında iddianın təmin edilmiş hissəsi üzrə qətnaməni yoxlayaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır.

90. Belə ki, apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 122.3-cü maddəsinə istinad edərək iddiaçılar tərəfindən ödənişlərin edilməməsinə görə mübahisələrin yalnız məhkəmə qaydasında həll edilməli olduğu qənaətinə gələrək cavabdeh tərəfindən məhdudiyyətlərin tətbiq edilməsi barədə göndərilmiş 30 yanvar 2024cü il tarixli, 95 saylı və 30 yanvar 2024-cü il tarixli, 96 saylı "xxxx" və 6 fevral 2024-cü il tarixli məkt ublarda cavabdeh MMMC tərəfindən tətbiq edilməsi nəzərdə tutulan məhdudiyyətlərin tətbiq edilməsinin "xxxx" MMMC-yə qadağan edilməsi qənaətinə gəlmiş və iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin komunal və sair ödəmələri gecikdirməsi və ya ödənilməməsi əsası ilə onların mülkiyyətlərində (sahibliyində) olan sahələrdən istifadəsinə hər hansı (suyun, qazın, elektrik enerjisinin verilməsinin, liftin dayandırılması və sair formada) məhdudiyyətin tətbiq edilməsini "xxxx" MMMC-yə qadağan etmişdir.

91. Məhkəmə kollegiyası hesab edir ki, bu hissədə apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

92. Belə ki, hazırki işin halları da ondan ibarətdir ki, mübahisədə adı keçən yaşayış binaları çoxmənzilli binalardır və iddiaçılar həmin binalarda yerləşən yaşayış və qey ri-yaşayış sahələrinin mülkiyyətçiləridir. Belə olan halda, qanunvericiliyin tələbinə görə həmin şəxslər mənzillərindən kənarda yerləşən, birdən çox mənzilə xidmət edən mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, o cümlədən, liftlərə ümumi paylı mülkiyyət hüququna malikdirlər.

93. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

94. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə isə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

95. Göründüyü kimi, mülkiyyətçinin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməsi dövlət tərəfindən tanınır və qorunur, bununla belə bu hüquq da mütləq deyil, qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlərə məruz qala bilər.

96. Bunun üçün də mülkiyyət hüququna məhdudiyyət ya qanunda, ya da müqavilədə nəzərdə tutulmalıdır. Bunlardan hər hansı birinin olmaması istənilən digər əsaslarla mülkiyyət hüququna müdaxiləni istisna edir.

97. Mülki Məcəllənin 215.3-cü maddəsinə əs asən isə paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər.

98. O da qeyd edilməlidir ki, çoxmənzilli binanın idarəetmə orqanı binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır. Binanın sahə mülkiyyətçiləri tərəfindən MMMC yaradıldığı hallarda sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərinin cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər (Mənzil Məcəlləsi, maddə 43.1, 44.6).

99. Baxılan işdən görünür ki, mübahisədə adı keçən yaşayış binaların sahə mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmış və həmin Cəmiyyətin ümumi yığıncağının 12 iyul 2023-cü il tarixli qərarı ilə yaşayış kompleksində mülkiyyət sahibi olan və Cəmiyyət ilə çoxmənzilli binanın ida rə edilməsinə dair xidmət müqaviləsi imzalamaqdan boyun qaçıran və ya imzalamış, lakin ödəniş etməyən və ya həmin xidmət müqaviləsində nəzərdə tutulmuş lazımi qaydada ödənişi etməyən şəxslərə, həmin şəxslərin və ya şəxsin yaşayış kompleksinin ümümi istifadəsində olan və Cəmiyyət tərəfindən və ya onun vasitəsilə istismarı və istifadəsinə görə xidmət göstərilən sahələrdən, o cümlədən istilik sistemindən (həmçinin isti su), soyutma sistemindən, liftlərdən və bu kimi digər sahələrdən istifadəsinə məhdudiyyətlər tətbiq edilməsi qərara alınmışdır.

100. Göründüyü kimi, yaşayış kompleksinin ümumi istifadəsində olan və Cəmiyyət tərəfindən və ya onun vasitəsilə istismarı və istifadəsinə görə xidmət göstərilən sahələrindən istifadə şərtləri, onlara bəzi məhdudiyyətlərin (istilik sistemindən (həmçinin isti su), soyutma sistemindən, liftlərdən istifadə) qoyulması MMMC-nin ümumi yığıncağındakı qərarla müəyyən edilmişdir, həmin qərar isə Mənzil Məcəlləsinin 28.6-cı maddəsinə əsasən həmin binadakı bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Həmin Məcəllənin 28.7-ci maddəsində nəzərdə tutulmuş qaydada ümumi yığıncağın qərarından məhkəməyə iddiaçılar tərəfindən şikayət verilməsi halı isə müəyyən edilməmişdir.

101. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, MMMC-nin müvafiq məhdudiyyətlər barədə qərarı qüvvədə olduğuna görə apellyasiya instansiya məhkəməsinin həmin qərarda göstərilən konkret məhdudiyyətlərin, yəni istilik sistemindən (həmçinin isti su), soyutma sistemindən, liftlərdən və bu kimi digər sahələrdən istifadəsinə məhdu diyyətlərin tətbiq edilməsini qanunsuz hesab etməsi barədə gəldiyi nəticə tam düzgün olmamışdır.

102. Məhkəmələr tərəfindən isə müəyyən edilmişdir ki, iddiaçıların mülkiyyətində həm qeyri-yaşayış, həm də yaşayış sahələri vardır. Binanın bütün qeyri-yaşayış sahələri iddiaçıların mülkiyyətində olmaqla, həmin qeyri-yaşayış sahələrinin qaz, su və işıq təchizatı yaşayış binasından ayrı və müstəqil olmaqla, müvafiq texniki şərtlər alınmaqla çəkilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, MMMC-nin qərarı ilə həmin sahələrdə istilik sistemindən (həmçinin isti su), soyutma sistemindən istifadəyə məhdudiyyət tətbiq edilə bilməz, ona görə də, qeyri-yaşayış sahələrinə münasibətdə yalnız müvafiq ödənişin edilməməsinə görə liftlərdən istifadəyə məhdudiyyət tətbiq edilməsi əsaslı və qanu nidir. Yaşayış sahələrinə münasibətdə isə binanın mərkəzləşdirilmiş istilik və soyutma sistemi, liftlərin işləməsinə görə zəruri olan həcmdə elektrik enerjisindən və qazdan istifadə kommunal xidmətlərə aiddir və həmin xidmətlərin dəyəri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın tərkibinə daxildir. Buna görə də, həmin xidmətlərin haqqının ödənilməməsinə görə istilik sistemindən (həmçinin isti su), soyutma sistemindən və liftlərdən istifadəyə MMMC-nin qərarı ilə məhdudiyyət tətbiq edilməsi əsaslı və qanunidir.

103. Bu səbəbdən iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin kommunal və sair ödəmələri gecikdirməsi və ya ödəməməsi əsası ilə onların mülkiyyətlərində (sahibliyində) olan qeyri-yaşayış sahələrində liftdən istifadəyə, yaşayış sahələrində isə istilik sistemindən (həmçinin isti su), soyutma sistemindən, liftlərdən istifadəyə məhdudiyyət tətbiq edilməsinin "xxxx" MMMC-yə qadağan edilməsi hissəsində qətnamə ləğv edilməli və həmin hissədə yeni qərar qəbul edilərək, iddia bu hissələrdə rədd edilməlidir.

104. Məhkəmə kollegiyası hesab edir ki, müvafiq MMMC-nin 12 iyul 2023-cü il tarixli qərarı ilə nəzərdə tutulan konkret məhdudiyyətlərdən başqa çoxmənzilli binanın ümümi istifadəsində olan və Cəmiyyət tərəfindən və ya onun vasitəsilə istismarı və istifadəsinə görə xidmət göstərilən sahələrindən hər hansı qeyri-müəyyən məhdudiyyətlərin tətbiqi əsassız olduğundan, həmçinin yaşayış və qeyri-yaşayış sahələrində su, qaz, elektrik enerjisindən istifadə isə hər abonentlə təchizat orqanı arasında bağlanmış müqaviləyə əsasən tənzimləndiyindən və abonent müqavilənin şərtlərinə düzg ün əməl etmədikdə, ödənişli lazımı şəkildə yerinə yetirmədikdə sırf həmin sahələrə münasibətdə su, qaz və ya elektrik enerjisinin verilməsi təchizatçı tərəfindən dayandırılmalı olduğundan qətnamənin suyun, qazın, elektrik enerjisinin verilməsinin dayandırılması və MMMC-nin qərarı ilə nəzərdə tutulmayan sair formada məhdudiyyətin tətbiq edilməsinin cavabdehə qadağan edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

105. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilən digər hissəsi, yəni "xxxx" MMMC-nin idarəçiliyində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı yaşayış binalarının sahə mülkiyyətçilərindən yaşayış sahəsinə və kommunal xidmətlərə görə tələb edilən haqqın müəyyən edilməsinə əsas olmuş bütün sənədlərin-illik gəlir və xərclər smetasının, o cümlədən binaların ümumi əmlakının saxlanılması və təmiri xərclərinin, binaların əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasının, ehtiyat fonduna xüsusi haqqın və ayırmaların, xərclərin bölüşdürülməsinə dair hesabatların, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən edən Cəmiyyətin Ümumi yığıncağının qərarının və həmin qərarın qəbul edilməsinə əsas vermiş bütün sənədlərin təsdiq olunmuş surətlərinin İddiaçı1 və İddiaçı2 MMC-yə təqdim edilməsi vəzifəsinin "xxxx" MMMC-nin üzərinə qoyulması hissəsində kassasiya şikayətinin dəlilləri əsassızdır və kassator özü də kassasiya şikayətində bu sənədlərin iddiaçılara təqdim edilməli olmadığı ilə bağlı hər hansı dəlilə istinad etməmiş, əksinə həmin sənədlərin artıq iddiaçıya verildiyini göstərm işdir. Buna görə də, qətnamə bu tələbin təmin edilməsi hissəsində də dəyişdirilmədən saxlanılmalıdır.

106. Bu baxımdan, yuxarıda şərh edilən hallar hüquqi məsələ olduğu üçün məhkəmə kollegiyası işi apellyasiya baxışına göndərmədən apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında həmin hissədə yeni qərar qəbul edilməklə belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin komunal və sair ödəmələri gecikdirməsi və ya ödənilməməsi əsası ilə onların mülkiyyətlərində (sahibliyində) olan qeyri-yaşayış sahələrində liftdən istifadəyə, yaşayış sahələrində isə istilik sistemindən (həmçinin isti su), soyutma sistemindən, liftlərdən istifadəyə məhdudiyyət tətbiq edilməsinin "xxxx" MMMC-yə qadağan edilməs i hissəsində ləğv edilməli və həmin hissədə yeni qərar qəbul edilərək, iddia bu hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

107. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı RTZ” MMC və İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Cavabdeh "xxxx" MMMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli 2(103)-4463/2024 nömrəli qətnaməsi qismən, iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin kommunal və sair ödəmələri gecikdirməsi və ya ödənilməməsi əsası ilə onların mülkiyyətlərində (sahibliyində) olan qeyri-yaşayış sahələrində liftdən istifadəyə, yaşayış sahələrində isə istilik sistemin dən (həmçinin isti su), soyutma sistemindən, liftlərdən istifadəyə məhdudiyyət tətbiq edilməsinin "xxxx" MMMC-yə qadağan edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qərar qəbul edilərək, iddia bu hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar