Məhkəmə qərarları › İş №2(102)-1283/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1283/2021

04.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1283/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddi üzrə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal İstehsalat Birliyi (48 saylı MKİS), Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “ qaşılıqlı iddia üzər iddiaçı “xxxx” MMC-nin İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilk iddia “maddi və mənəvi zərərin ödənilməsi”; qarşılıqlı iddia “qeyri-qanuni tikilinin sökülməsi” tələbi) Azərbaycan Respublik ası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və onun vəkili X2, cavabdeh “xxxx” MMC-nin vəkili Vəkil iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-802/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “xxxx” MMC-dən dəymiş maddi ziyana görə 4950 manat, mənəvi ziyana görə 2000 manat, cəmi 6950 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş et mişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1, 9 saylı mənzil 1997-ci ildən xüsusi mülkiyyətindədir. Hazırda qeyd edilən küçədə olan evlər plana əsasən söküntüyə düşmüşdür. Lakin “xxxx” MMC tərəfındən abadlıq işələri adı altında mənzillərin eyvanları sökülərək yenisi tikilir. Yeni tikilən eyvanların bəziləri yarımçıq qalmış, bəziləri bir nəfərdən artıq yük götürmür. Hansı standarta uyğun tikilməsi, kimə təhvil verməsi, kimdən təhvil alması bəlli deyil. Bir neçə mənzilin eyvanı isə artıq süni özüllərdən çat vermişdir. Qonşu mənzillərin eyvanlarına baxış keçirilərsə bu fakt təsdiqini tapmış olar. Cavabdeh “xxxx” MMC ona məxsus mənzilin 12 kvadratlıq eyvanını sökərək yerində bəlli olmayan standartlara uyğun 3 kvadratlıq eyvan tikmək istəyir. Halbuki qeyd edilən eyvan texniki pasp orta əsasən özünün mülkiyyətindədir, eyvan statusundan çıxmış, bütöv mənzilin bir hissəsidir, mətbəx və sanitar qovşağ təyinatı var. Buna etiraz etdiyi üçün mülkiyyətində olan mənzilin eyvan hissəsi beş aydır ki, sökülmüş, yararsız hala salınmış, lambrinlə izolyasiya edilmiş hissələri çıxarılmış, eyvanın görünüşü qərəzli olaraq bərbad vəziyyətə salınmışdır. Cavabdehə və mənzildən 50 metr məsafədə yerləşən 48 saylı MKİS-ə dəfələrlə müraciətlər olunsa da, başqa eyvanların söküntüsü və öz standatlarına uyğun abadlaşdırılması davam edir. Eyvanın izolyasiyasının sökülməsi nəticəsində mənzilin isidilməsinə enerji xərcləri artmış, mənzildə soyuq hava dövranı artmış, mətbəxdən sərbəst istifadə məhdudlaşmışdır. Mənzilin eyvan hissəsinin abadlıq adı ilə aylardır sökülərək yararsız hala salınması nət icəsində mənzilin bir hissəsi olan 12 kvadrat metr yaşayış sahəsinə ümumilikdə 4500 manat ziyan dəymişdir. Bundan başqa mənzilin istiliyinin itməsi nəticəsində elektrik enerjisinin istifadəsi artmış, aylıq 80-150 manat arasında elketrik enerjisinə artıq sərfıyyat olmuşdur ki, ümumilikdə beş ay ərzində 450 manat enerji haqqı ödəmək məcburiyyətində qalmışdır. Dövlət büdcəsindən maliyyələşən cavabdehin dövlətin mühafızə olunan ev siyahısında olan xüsusi mülkiyyətə, vətəndaşa bu qədər maddi ziyan vurması, edilən müraciətlərə laqeyd yanaşması, “get nə edirsən bacarırsan et, get ver məhkəməyə” kimi ifadələri ilə vətəndaşı narazı salması bu dövlətin vətəndaşı olaraq iztirab və sarsıntılar keçirməsinə səbəb olmuşdur. “xxxx” MMC, İddiaçı məxsus olan, ünvan 9in 9 saylı mənzilinə aid qeyri-qanuni a rtırılmış və qəzalı olan balkonun sökülməsi və layihə üzrə yenidən qurulması, İddiaçı və onun ailə üzvləri tərəfindən tikinti prosesinə yaradıla biləcək maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin mərkəzində MMC tərəfindən aparılan təmir-bərpa işləri yaşayış binalarının fasad hissəsinin təmir olunmasını, qəzalı damların və eyvanların sökülərək yenisi ilə əvəzlənməsini nəzərdə tutur. Eyvanların qəzalı olub-olmamasının müəyyən edilməsi məqsədi ilə mövcud eyvanların alt hissəsi dayaqlara qədər açılır. Dayaqların korroziyaya uğrayıb-uğramaması müəyyən olunur və həmin eyvanlara FHN mütəxəssisləri baxış keçirərək müvafıq rəy verir. Eyni qaydada ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus olan 9 say lı mənzilin eyvanının alt hissəsindəki lambir sökülmüşdür. FHN mütəxəssisləri eyvana baxış keçirərək, onun qəzalı olduğunu müəyyən etmişlər. Müvafıq rəyə əsasən qeyd olunan eyvan sökülərək ilkin layihə vəziyyətinə gətirilməlidir. Mövcüd eyvan binanın əlavə yüklənməsinə səbəbdir. Halhazırda qeyd olunan eyvan təhlükə mənbəyidir. Bundan əlavə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə ünvanlanmış sorğu nəticəsində cavabdehə məxsus olan açıq eyvanın qeyri-qanuni artırıldığı və tikilərəq bağlandığı məlum olmuşdur. Eyvanın artırılması və bağlanması ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətində heç-bir məlumat yoxdur və qeyd olunan artırma qanunvericiliklə nəzərdə tutulan qaydada rəsmiləşdirilməmişdir. ünvan 3 ünvan: Qoqol küçəsi 25) (inv.2948) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 132 saylı qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi qadağandır. Cavabdeh İddiaçı ona məxsus olan qeyri-qanuni artırılmış, təhlükə mənbəyi olan qəzalı eyvanının sökülərək dövlət standartlarına uyğun şəkildə yenidən qurulmasına mane olur, təmir işlərinin tamamlanmasını ləngidir və bununla kifayətlənməyərək müəssisəyə böhtan ataraq, gəlir əldə etmək istəyir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev, iş № 2(004)-4855/2018) ilkin iddia rəd d edilmiş, qarşılıqlı iddia təmin olunaraq İddiaçı məxsus olan, ünvan 9in 9 saylı mənzilinə aid qeyri-qanuni artırılmış, qəzalı olan balkonun sökülməsi və layihə üzrə yenidən qurulması, İddiaçı və onun ailə üzvləri tərəfindən tikinti prosesinə yaradıla biləcək maneələrin aradan qaldırılması, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı tutularaq “xxxx” əyCMṀ ödənilməsi, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 manatın İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, MH seriyalı, 092944 saylı qeydiyyat vəsiqəsinə görə, ünvan 4 ünvanında yerləşən 9 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 431 nömr əli reyestr kitabında 62320-ci səhifədə xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatının "xxxx" CMṀ-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 3-9/628 saylı məktubuna görə, ünvan 5 ünvanda yerləşən artırma eyvanın və binanın damında mövcud olan tikilinin qanuni olub-olmaması barədə MMC-nin sorğusuna cavab olaraq bildirilmişdir ki, sözügedən eyvanın məxsus olduğu Qoqol küçəsi 13 saylı yaşayış evinin 9 saylı mənzilinin sahibi X3r. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, sözügedən mənzil 1 otaq, yaşayış sahəsi 27.0 kv.m, ümumi sahəsi isə 37.0 kv.m-dən ibarətdir. Mənzilə bitişik 15.8 kv.m-lik eyvan və binanın damında uzun müddət əvvəl inşa olunmuş 2.0 kv.m-lik tikili haqqında rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar NazirliyininTikintidə X7 X1 ünvanlanmış xx.xx.2018-ci il tarixli, xx/xx-02928 saylı məktubuna görə, iddiaçının təmir işləri zamanı eyvanın sökülməsinə qanunsuz cəhd edilməsi barədə Fövqəladə Hallar Nazirliyinə ünvanladığı müraciətə Agentlikdə baxılmış, mütəxəssislər tərəfindən keçirilmiş baxış zamanı məlum olmuşdur ki, binanın 9 nömrəli mənzilinə aid olan eyvanın metal tirləri korroziyaya uğramış, monolit dəmir-beton döşəməsinin beton mühafizə qatı qopmuş, armaturlar açıqda qalaraq korroziyaya uğramışdır. Eyvanın konturu üzrə sakinlər tərəfindən tikilmiş kərpic divarın binanın divarına birləşən hissəsində aralanma müşahidə olunur. Eyvanın hörülərək mətbəx və sanitar qovşağının tikilməsi binanın əlavə yüklənməsinə səbəb olmuş, binanın dayanıqlığı üçün təhlükə yaratmışdır. Binanın təhiükəsiz istismarını təmin eımək uçün qeyd olunan eyvanın yerləşdiyi fasadı ilkin layihə vəziyyətinə gətirmək lazımdır. Bunun üçün qeyd edilən eyvan, həmin fasadda yerləşən digər 2 ədəd açıq eyvanın görünüşünə uyğun şəkilə salınmalıdır. Eyvanda yerləşən mətbəxin və sanitar qovşağın əvəzinə başqa yerdə yeni mətbəx və sanitar qovşağının tikilməsi haqqında qərar verilməsi üçün aidiyyatı təşkilatlara müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir. “ünvan 6 ünvanında (keçmiş Mərdanov Qardaşları küçəsi 13) yerləşən 2 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında” xx.xx.2018-ci il tarixli rəyinə görə, Bakı şəhəri Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun layihə baş mühəndisi Vidadi Bədəlo v, mühəndis konstruktorları Emin Cəfərov və Əhməd Məmmədzadə, “xxxx” MMC-nin 36/08485 saylı, xx.xx.2017-ci il tarixli müraciətinə əsasən, ünvan 6 ünvanında (keçmiş Mərdanov Qardaşları küçəsi 13) yerləşən yaşayış biriasına vizual texniki baxış keçirmişdir. Baxış keçirilən bina XX əsrin əvvəllərində inşa olunmuşdur. Bina planda “P” şəkilli olub, ölçüləri 18xl2m, 2 mərtəbəli, zirzəmisiz, 1 girişlidir. Mərtəbə hündürlüyü 4m, xarici divarlann qalınlığı 0,8m, daxili divarların qalınlığı 0,8m və 0,2m olub, yonulmuş əhəngdaşından olan hörgüdür. Mərtəbəarası və dam örtük konstruksiyasının elementləri ağac materialındandır. Dam örtüyü yastı tipli olub bitum üzrə ruberoidlə örtülmüşdür. Binanın 2-ci mərtəbəsində, ön fasadda 9 saylı mənzilə aid olan, 7.2x2.2m ölçülü eyvan mövcuddur. Eyvanın tirləri me tal və ağac elementlərdən, döşəməsi isə monolit dəmir-beton örtükdən ibarətdir. Eyvanın konturu üzrə, sakinlər tərəfindən sonradan kərpic divar hörülərək mətbəx və sanitar qovşağı tikilmişdir. Bu eyvandan başqa, binanın ön fasadında 2 ədəd açıq eyvan mövcuddur. Binanın 9 saylı mənzilinə aid olan eyvanın metal tirləri paslanmış, korroziyaya uğramış, monolit dəmir-beton döşəməsinin beton mühafızə qatı qopmuş, armaturlar açıqda qalaraq korroziyaya uğramışdır. Eyvanın konturu üzrə sonradan sakinlər tərəfindən tikilmiş kərpic divarın binanın divanna birləşən hissəsində aralanma müşahidə olundu. Binanın divarlannda çat və digər deformasiyalar müşahidə olunmadı. Eyvanın hörülərək otaqlann tikilməsi, binanın əlavə yüklənməsinə səbəb olmuşdur. Binanın təhlükəsiz istismarını təmin etmək üçün ön fa sadı ilkin layihə vəziyyətinə gətirmək lazımdır. Bunun üçün sakinlər tərəfindən sonradan üzərində divar hörülmüş eyvanın sökülərək, həmin fasadda yerləşən digər 2 açıq eyvanın görünüşünə uyğun şəkildə tikilməsi məqsədə uyğun hesab edilir. Binada yaranmış vəziyyətin təbii fəlakət və hadisələrlə əlaqəsi yoxdur. Bina texniki cəhətdən məhdud işlək vəziyyətdədir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X12, İnkişafi və Bərpasi üzrə Dövlət Xidmətinin "xxxx" CMṀ-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 60-01/ZN saylı məktubuna görə, ünvan 7 ünvan: Qoqol 25) (inv. 2948), ünvanında yerləşən bina Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02.08. 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüşdür. “Tarix və mədəniyyə t abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi qadağandır. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə "xxxx" CMṀ tərəfindən ünvan 9 ünvanında aparılan abadlıq işləri nəticəsində İddiaçı məxsus olan 9 saylı mənzilə ziyan dəyməsinin, ziyan vurulduğu təqdirdə məbləğinin müəyyən edilməsi məqsədi ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. xx.xx.2018-ci il tarixli, 21388 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, “xxxx” MMC tərəfindən ünvan 9 ünvanında abadlıq işləri aparılsa da 9 saylı mənzilin balkonunda söküntü işləri aparılmış, döşəməsinin alt hissəsinə vurulmuş təbəqə sökülmüşdür. Lakin həmin təbəqənin hansı materialdan və nədən ibarət olduğunu müəyyən etmək mümkün olmadığından söküntü zamanı balkona dəymiş ziyanı müəyyən etmək mümkün olmamışdır. İddiaçı məxsus olan ünvan 9in 9 saylı mənzilə dair verilmiş texniki pasportda öz əksini tapmış balkon sahəsində mövcud vəziyyəti üzrə hamam tikilisi və mətbəx otağı inşa olunmuşdur. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsin ə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermə, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-ci maddəsinə görə isə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü bəndinə görə özəlləşdirilmiş yerli əhəmiyyətli memarlıq abidələrinin görkəmini və daxili quruluşunu pozmaq, onların mədəni, tarixi dəyəri nə xələl gətirə biləcək hər hansı hərəkət etmək qadağandır. Həmin Qanunun 10-cu maddəsinə görə abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə baxışında araşdırılmış sübutlarla ilkin iddia üzrə İddiaçı məxsus ünvan 1, 9 saylı mənzil mənzilinin eyvanının heç bir qanuni əsas olmadan hörülərək mətbəx və sanitar qovşağının tikilməsi, bu səbəbdən binanın əlavə yüklənməsinə səbəb olması, binanın dayanıqlığı üçün təhlükə yaratması, həmçinin, binanın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02.08. 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülməsi, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən abidələrin bədii-estetik görkəminin dəyişdirilməsinin qadağan olunması müəyyən edilmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçının hazırki iddia tələbi ilə çıxış etmək hüququ yaranmamışdır və irəli sürülmüş iddia tələbləri təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, qanunvericilikdə müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların – yəni özbaşına tikintinin məhkəmənin qərarı əsasında sökülməsi nəzərdə tutulmuşdur. Araşdırılmış sübutlarla qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus ünvan 1, 9 saylı mənzil mənzilinin eyvanının heç bir qanuni əsas olmadan hörülərək mətbəx və sanitar qovşağının tikilməsi təsdiq edildiyindən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbləri təmin olunmalıdır. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya inst ansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), V.Sadıqov və R.Eyvazov, iş № 2(103)6335/2019) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddia tələbinin qismən təmin edilməsi, “xxxx” MMC-dən vurulmuş maddi ziyana görə 1903 manat, mənəvi ziyana görə 200 manat olmaqla, cəmi 2103 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, ilkin iddia qalan hissələrdə və “xxxx” MMC-nin İddiaçı qarşı “qeyri-qanuni tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Apelyasiya instansiya məhkəməsi müəy yən etmişdir ki, mübahisə predmeti, ünvan 9da yerləşən və İddiaçı məxsus olan 9 saylı mənzilin eyvanıdır. Hörülərək bağlı vəziyyətə gətirilmiş eyvanda mətbəx və sanitar qovşaq yerləşir. “xxxx” MMC, dövlət orqanlarından aldığı məlumatlara istinad edərək, eyvanın müvafiq hissələrinin korroziyaya uğradığını, onun hörülərək tikilməsinin əlavə yüklənməyə səbəb olduğunu, binanın dayanıqlığı üçün təhlükə yaratdığını, onun estetik görkəmini pozduğunu və eyvanın yerləşdiyi fasadı ilkin layihə vəziyyətinə gətirmək lazım olduğunu bildirir. MMC, bu məqsədlə hətta eyvanın alt hissəsini qismən sökmüşdür. İddiaçı buna etiraz etdiyi üçün tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı, ona dəymiş ziyanın ödənilməsinə dair iddia qaldırdıqdan sonra, “xxxx” MMC, eyvanın sökülməsi, layihə üzrə yenidən qurul ması, habelə tikinti prosesinə yaradıla biləcək maneələrin aradan qaldırılması barədə tələb irəli sürmüşdür. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisənin düzgün hüquqi həlli üçün ilk növbədə “xxxx” MMC-nin qarşılıqlı iddianı irəli sürməyə subyektiv hüququnun olub-olmamasını aydınlaşdırmaq lazımdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, xxxx” MMC, mübahisəli eyvanın yerləşdiyi ünvan 9da müvafiq söküntü və tikinti işlərini aparmaq, habelə zəruri olduqda mənzil mülkiyyətçisinə qarşı məhkəmədə iddia qaldırmaq səlahiyyətini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. “xxxx” MMC-nin subyektiv hüquqla bağlı istinad etdiyi dəlil, sözügedən eyvanın faktiki vəziyyəti barədə Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətindən, Fövqəladə Hallar Nazirliyinin Tiki ntidə X7 Agentliyindən, Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən, habelə mübahisə predmetinə aidiyyəti olmayan, MMC-nin Bakı şəhərinin başqa küçələrində yerləşən binalarında təmir işləri aparmasına dair digər dövlət orqanlarından alınmış cavab məktublarıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin məktubları “xxxx” MMC-nin ünvan 9da yerləşən 9 nömrəli mənzilin eyvanında müvafiq söküntü və tikinti işlərini aparmaq, habelə mənzilin mülkiyyətçisi olan İddiaçı qarşı məhkəmədə iddia qaldırmaq səlahiyyətini təsdiqləyən mötəbər sübut kimi qəbul etmir. Ona görə ki, əvvəla, Bakı şəhərindəki digər binalarda təmir işlərini xxxx” MMC-nin aparması faktının hazırkı iş üzrə mübahisə predmeti olan eyvana aidiyyəti yoxdur. Digər tərəfdən, özbaşına şəkildə y enidən planlaşdırılmış yaşayış sahəsinin əvvəlki vəziyyətə gətirilməsi səlahiyyəti, həmin bina və ya onun bir hissəsinin faktiki vəziyyəti barədə məlumat xarakterli məktublarla deyil, xüsusi qanunvericilik normaları ilə müəyyən olunur. İddiaçı məxsus mənzilin eyvanının qanunsuz şəkildə hörülərək bağlanması, orada mətbəx və sanitar qovşağın quraşdırılması barədə xxxx” MMC-nin məlumatı yaşayış sahəsinin yenidən planlaşdırılmasına dəlalət edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Mənzil Məcəlləsinin 23.2-ci maddəsinə görə, yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edil məsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1, 25.1.3-25.1.6-cı maddələrinə görə, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla) və yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa; yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya yol verilir. Mənzil Məcəlləsinin 27.1-27.3-cü maddələrinə görə, bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab ed ilir. Razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan, bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir; bu Məcəllənin 25.1.325.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsas landırılmış müddət və qayda müəyyən edir. Bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir. Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxx 2010-cu il, 272 №-li Fərmanının 1.4-cü bəndinə əsasən, həmin Məcəllənin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiy yə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini öd əmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, yaşayış sahəsi özbaşına yenidən planlaşdırıldıqda məhz razılaşdırmanı həyata keçirən dövlət orqanı belə planlaşdırılmanı rəsmiləşdirir, mülkiyyətçi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək müddət və qayda müəyyən edir, bu tələb vaxtında yerinə yetirilmədikdə isə müvafiq iddia ilə məhkəməyə müraciət edir. Baxılan işdə isə, Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi 13 saylı evin, 9 saylı mənzilinin mülkiyyətçisi İddiaçı barəsində razılaşdırmanı həyata keçirən dövlət orqanı tərəfindən bu tədbirlərin həyata keçirilməsi, yaxud qeyd edilən səlahiyyətlərin qanunla müəyyən edilmiş qaydada “xxxx” MMC-yə verilməsi barədə heç bir sübut təqdim olunma mışdır. Apellyasiya baxışında bu xüsusat araşdırılarkən MMC-nin nümayəndəsi, mübahisəli eyvan (və ya onun yerləşdiyi binaya dair) həmin səlahiyyətlərin aidiyyəti dövlət orqanı tərəfindən təmsil etdiyi şirkətə verilməsi barədə müvafiq sərəncamı, qərarı, yaxud digər aktı və ya müqaviləni təqdim edə bilmədiyini açıqca ifadə etmişdir. Apellyasiya instansiya məhkəməsi qənaətə gəlmişdir ki, “xxxx” MMC-nin İddiaçı məxsus mənzilin eyvanında söküntü və tikinti işlərini aparmağa, habelə qarşılıqlı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə olan halda, məhkəmə, prosessual qənaət prinsipini də nəzərə alaraq, qarşılıqlı iddianın faktiki halları üzrə əlavə araşdırma aparmağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsi yuxarıdakı hüquqi mövqeyini nəzərə alaraq hesab etmişdir ki, “xxxx” MMC, sə lahiyyəti olmadan mübahisəli eyvanda söküntü işləri apardığı üçün İddiaçı, mülki hüquq pozuntusu (delikt) normaları çərçivəsində ona dəymiş ziyanın əvəzinin ödənilməsini həmin MMC-dən tələb etməkdə haqlıdır. Baxılan işdə ünvan 9in 9 saylı mənzilinin mülkiyyət hüququ ilə İddiaçı məxsus olması, “xxxx” MMC tərəfindən mənzilin eyvanının döşəməsinin alt hissəsinə vurulmuş təbəqənin qanunsuz şəkildə və bilərəkdən sökülməsi, bunun nəticəsində İddiaçı maddi zərərə düşməsi, lambirin və su novlarının sökülməsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün 1.903 manat məbləğində vəsaitin tələb olunması, tərəflərin izahatları ilə yanaşı, mülkiyyətə dair MH seriyalı, 092944 nömrəli qeydiyyat vəsiqəsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 21388 saylı rəy i, habelə “xxxx” MMC-nin xx xxx 2019-cu il tarixli mütəxəssis rəyi ilə təsdiq olunur. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia üzrə Mülki Məcəllənin 1096-cı maddəsinin bütün dispozisiya şərtləri müəyyən edildiyindən, vurulmuş maddi zərərin əvəzi kimi 1.903 manat məbləğində pul “xxxx” MMC-dən alınaraq İddiaçı verilməli, maddi zərər tələbi qalan hissədə rədd edilməlidir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, xxxx” MMC-nin səlahiyyəti olmadığı halda qanunsuz şəkildə İddiaçı mülkiyyətində olan mənzilin eyvanının alt hissəsini sökməsi, sonuncunun bu hərəkətlərin dayandırılması və düşdüyü məhrumiyyətin kompensasiya edilməsi üçün müvafiq qurumlara, o cümlədən məhkəməyə müraciət etmək məcburiyyətində qalması, vurulmuş zərərin uzun müddət ərzində aradan qaldırılm aması faktları özü-özlüyündə İddiaçı psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. İddiaçı mənzilinin eyvanının qismən sökülməsi nəticəsində yaşadığı çətinliklər nəticəsində keçirdiyi mənəvi iztirab və sarsıntıları, dəymiş maddi zərərin ümumi məbləğini, habelə işin sair diqqətəlayiq halları nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, “xxxx” MMC-dən İddiaçı xeyrinə mənəvi zərərin əvəzi kimi 200 manat məbləğində pul tutulması məqsədəmüvafiqdir. Odur ki, ilkin iddianın mənəvi zərərə dair hissəsi həmin həcmdə təmin, qalan hissədə rədd edilməlidir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki ko llegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.Əhmədova və Ə.Rüstəmov, iş № 2(102)-6794/2019) “xxxx” MMC-nin verdiyi kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbini rədd edərkən “xxxx” MMC-nin hazırki iddianı qaldırmaqda sübyektiv hüququnun olmamasına istinad etmişdir. Lakin məhkəmə bu qənaətə gələrkən iş üzrə təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmiş, cavabdeh MMC-nin irəli sürdüyü dəlilləri tam araşdırmamış, iş üzrə həqiqətin müəyyən edilməsi üçün bütün zərur i prosessual hərəkətləri icra etməmişdir. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə “xxxx” MMC-nin mübahisəli tikilinin sökülərək yenidən bərpa edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olubolmamasını müəyyən etmək üçün təkcə MMC tərəfindən bu barədə məhkəməyə sübutlar təqdim oluna bilməməsi faktı ilə kifaytələnmiş, lakin Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X11, İnkişafi və Bərpasi üzrə Dövlət Xidmətinin həmin məsələnin həllində bilavasitə maraqlı olması, qəbul ediləcək məhkəmə aktının birbaşa onların maraqlarına toxunacağını nəzərə almamış, bu dövlət orqanlarının cavabdeh tərəfdən müstəqil tələb irəli sürmə yən üçüncü şəxslər kimi cəlb edilməsi məsələsini müzakirə etməmişdir. Halbuki göstərilən dövlət qurumlarının işə cəlb olunması "xxxx" CMṀ -yə mübahisəli ünvanda yerləşən balkonun əvvəlki vəziyyətinə bərpası üçün səlahiyyət verilib-verilməməsi məsələsinin həlli, iş üzrə qanuni və əsaslı qərar qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Kassasiya instansiya məhkəməsi ilkin iddia tələbi və məhkəmə xərcləri ilə bağı qeyd etmişdir ki, həmin hallar qarşılıqlı iddia tələbinin həllindən asılı olduğundan işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia ilə bağlı tələb üzrə qəbud edəcək qərara uyğun olaraq bu məsələlərə hüquqi qiymət verməlidir. Kassasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, işə yenidən baxan zaman iş materiallarına əlavə edilmiş Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətindən cavabdeh MMC-nin vəkilinin sorğusuna verilmiş məktuba da hüquqi qiymət verməlidir. Belə ki, həmin məktubda Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi ev 13-də söküntü, təmir-tikinti və yenidənqurma işlərinin "xxxx" MMC-yə həvalə edilməsi qeyd olunmuşdur. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün la zım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov, iş № 2(103)-802/2020) ikin iddi üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4855/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbi qismən təmin edilərək, “xxxx” MMC-dən vurulmuş maddi ziyana görə 1903 (min doqquz yüz üç) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qə t edilmiş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, “xxxx” MMC-nin İddiaçı qarşı “qeyriqanuni tikilinin sökülməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddianın qaldırılması üçün “xxxx” MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın “xxxx” MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ilkin iddianın qaldırılması üçün ödənilmiş 30,40 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,80 manat olmaqla, cəmi 46,20 (qırx altı manat 20 qəpik) manat məbləğində pulun “xxxx” MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şər h edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılm ayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nə zərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, MH seriyalı, 092944 saylı qeydiyyat vəsiqəsinə görə, Bak şəhəri, Yasamal rayonu, Mərdanov Qardaşları küçəsi, ev 13 ünvanında yerləşən 9 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 431 nömrəli reystr kitabında 62320-ci səhifədə xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatının “xxxx” MMC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 3-9/628 saylı məktubuna görə, ünvan 5 ünvanda yerləşən artırma eyvanın və binanın damında mövcud olan tikilinin qanuni olub-olmaması barədə MMC-nin sorğusuna cavab olaraq bildirilmişdir ki, sözüge dən eyvanın məxsus olduğu Qoqol küçəsi 13 saylı yaşayış evinin 9 saylı mənzilinin sahibi X3r. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, sözügedən mənzil 1 otaq, yaşayış sahəsi 27.0 kv.m., ümumi sahəsi isə 37.0. kv.m-dən ibarətdir. Mənzilə bitişik 15.8 kv.m-lik eyvan və binanın damında uzun müddət əvvəl inşa olunmuş 2.0 kv.m.-lik tikili haqqında rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Fövqqəladə Hallar Nazirliyinin Tikintidə X7 X1 ünvanlanmış xx.xx.2018-ci il tarixli, xx/xx-02928 saylı məktuba görə, iddiaçının təmir işləri zamanı eyvanın sökülməsinə qanunsuz cəhd edilməsi barədə Fövqəladə Hallar Nazirliyinə ünvanladığı müraciətə Agentlikdə baxılmış, mütəxəssislər tərəfindən keçirilmiş baxış zamanı məlum olmuşdur ki, binanın 9 saylı mənzilinə aid olan ey vanın metal tirləri korroziyaya uğramış, monolit dəmir-beton döşəməsinin beton mühafizə qatı qopmuş, armaturlar açıqda qalaraqkorroziyaya uğramışdır. Balkonun konturu üzrə sonradan sakinlər tərəfindən tikilmiş kərpic divarın binanın divarına birləşən hissəsində aralanma müşahidə olundu. Binanın divarlannda çat və digər deformasiyalar müşahidə olunmadı. Balkonun hörülərək otaqlann tikilməsi, binanın əlavə yüklənməsinə səbəb olmuşdur. Binanın təhlükəsiz istismarını təmin etmək üçün ön fasadı ilkin layihə vəziyyətinə gətirmək lazımdır. Bunun üçün sakinlər tərəfindən sonradan üzərində divar hörülmüş eyvanın sökülərək, həmin fasadda yerləşən digər 2 açıq eyvanın görünüşünə uyğun şəkildə tikilməsi məqsədə uyğun hesab edilir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatının "xxxx" CMṀ-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 3-9/628 saylı məktubu, Bakı şəhəri Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun “ünvan 6 ünvanında (keçmiş Mərdanov Qardaşları küçəsi 13) yerləşən 2 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında” xx.xx.2018-ci il tarixli rəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X12, İnkişafi və Bərpasi üzrə Dövlət Xidmətinin "xxxx" CMṀyə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 60-01/ZN saylı məktubu və xx.xx.2018-ci il tarixli, 21388 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı Südabə Tamazanovanın mülkiyyətində olan ünvan 9in 9 saylı mənzilinə aid balkonda yenidənqurma işləri aparılmış, balkonun ölçüləri 7,2x2,2 metrə artıılmış, balkonun konturu üzrə sonradan kərpic divar hörülərək mətbəx və sanitar qovşağı tikilmişdir. Həmin işlərin aparılmasına hər hansı dövlət orqanının razılığı olmamışdır, həmin işlə özbaşına görülmüşdür. Balkonun metal tirləri paslanmış, korroziyaya uğramış, monolit dəmir-beton döşəməsinin beton mühafızə qatı qopmuş, armaturlar açıqda qalaraq korroziyaya uğramışdır. Balkonun konturu üzrə sonradan sakinlər tərəfindən tikilmiş kərpic divarın binanın divarına birləşən hissəsində aralanma müşahidə olundu. Binanın divarlannda çat və digər deformasiyalar müşahidə olunmadı. Balkonun hörülərək otaqlann tikilməsi, binanın əlavə yüklənməsinə səbəb olmuşdur. Binanın təhlükəsiz istismarını təmin etmək üçün ön fasadı ilkin layihə vəziyyətinə gətirmək lazımdır. Bunun üçün sakinlər tərəfindən sonradan üzərində divar hörülmüş eyvanın sökülərə k, həmin fasadda yerləşən digər 2 açıq eyvanın görünüşünə uyğun şəkildə tikilməsi məqsədə uyğun hesab edilir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticəni qanuni hesab etməmiş və qeyd etmişdir ki, “xxxx” MMC qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərkən, İcra Hakimiyyətindən, Bakı şəhəri Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyindən, Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən MMC-yə ünvanlanmış məktubalara istinad etmişdir. Kollegiya qeyd edir ki, həmin məktublar “xxxx” MMC-yə İddiaçı qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vermir. Apellyasiya instansiya məhkəməsi xüsusilə vurğulamışdır ki, işlərin həyata keçirilməsini rəsmiləşdirmək, yaxüd bundan imtina edilməklə əvvəlki vəziyyətinə bərpa olunmasını tələb etmək, bu tələb vaxtında yerinə yetirilmədikdə isə müvafiq iddia ilə məhkəməyə müraciət etmək hüququ qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.2, 24.1, 25.1.3-25.1.6, 27.1-27.3-cü maddələrinə və Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxx 2010-cu il tarixli, 272 nömrəli Fərmamının 1.4-cü bəndinə görə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddir. Göründüyü kimi hazırki iddia tələbini qaldırmaqda "xxxx" CMṀ-nin subyektiv hüququ müəyyən edilmir. Yuxarıda göstərilən dövlət orqanları tərəfindən MMCyə ünvanlanan məktublar isə əsaslı sübut hesab edilə bilməz. Belə ki, MMC tərəfindən məhkəməyə mübahisəli mənzilin əvvəlki vəziyyətə bərpa edilməsini tələb etmək hüququ verən aidiyyəti dövlət orqanı tərəfindən həmin MMC-yə verilməsi barədə müvafiq sərəncam, qərarı, yaxud digər aktı və ya müqavilə təqdim olunmamışdır. Apellyasiya instansiya məhkəməsi ilkin iddia tələbini qismən əsaslı hesab edərək həmin iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə h üququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülk i qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işin müəyyən olunmuş hallarına əsasən İddiaçı məxsus olan ünvan 1, 9 saylı mənzilin eyvanı “xxxx” MMC tərəfindən qanunsuz olaraq sökülmüş və iddiaçıya ekspert rəyinə əsasən 1903 manat məbləğində ziyan dəymişdir. Kollegiya yuxarıda göstərilənlərə əsasən hesab edir ki, vurulmuş maddi zərərin əvəzi kimi 1903 manat “ xxxx” MMC-dən tutularaq, İddiaçı ödənilməli, maddi zərər tələbi qalan hissədə təmin edilməməlidir. Apellyasiya instansiya məhkəməsi ilkin iddia tələbinin mənəvi ziyanın ödəniləsi barədə hissəsinə dair qeyd etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənə vi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”. Apellyasiya instansiya məhkəməsi cavabdehdən ona vurulmuş zərərin iddiaçını xeyrinə tutulmasını ona dəydiyini irəli sürdüyü mənəvi ziyanın ədalətli kompensasiyası olduğunu hesab etmişdir və göstərilən səbəbdən həmin hissədə iddianın təmin edilməməli olması qənaətinə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh “xxxx” MMC (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prose ssual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)802/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh “xxxx” MMC-nin vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-802/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçı vəkili X6 izahatında göstərmişdir ki, cavabdeh “xxxx” MMC tərəfindən verilmiuş kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, cavabdeh “xxxx” MMC-nin kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilə rək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-802/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Əvvəlki kassasiya icraatında məhkəmə qeyd etmişdir ki, İddiaçı maddi və mənəvi ziyan tələbinə dair ilk iddiasının təmin olunması, cavabdeh “xxxx” MMC-nin özbaşına yenidən qurulmuş balkonun sökülərək layihə üzrə əvvəlki vəziyyətə gətirilməsi və İddiaçı və ailə üzvləri tərəfindən tikinti prosesinə yaradıla biləcək maneələrin qarşısının alınması barədə qarşılıqlı iddiasının təmin olunub olunmamasından asılıdır. Ona görə də ilk növbədə qarşılıqlı iddianın rədd olunması hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbini rədd edərkən “xxxx” MMC-nin hazırk i iddianı qaldırmaqda sübyektiv hüququnun olmamasına istinad etmişdir. Lakin məhkəmə bu qənaətə gələrkən iş üzrə təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmiş, cavabdeh MMC-nin irəli sürdüyü dəlilləri tam araşdırmamış, iş üzrə həqiqətin müəyyən edilməsi üçün bütün zəruri prosessual hərəkətləri icra etməmişdir. Apellyasiya instansiyası məhkəməsində təqdiq edilmiş sübutlarla, o cümlədən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatının "xxxx" CMṀ-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 3-9/628 saylı məktubu, Bakı şəhəri Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun “ünvan 6 ünvanında (keçmiş Mərdanov Qardaşları küçəsi 13) yerləşən 2 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında” xx.xx.2 018-ci il ratixli rəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X12, İnkişafi və Bərpasi üzrə Dövlət Xidmətinin "xxxx" CMṀyə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 60-01/ZN saylı məktubu və xx.xx.2018-ci il tarixli, 21388 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı Südabə Tamazanovanın mülkiyyətində olan ünvan 9in 9 saylı mənzilinə aid balkonda yenidənqurma işləri aparılmış, balkonun ölçüləri 7,2x2,2 metrə artıılmış, balkonun konturu üzrə sonradan kərpic divar hörülərək mətbəx və sanitar qovşağı tikilmişdir. Həmin işlərin aparılmasına hər hansı dövlət orqanının razılığı olmamışdır, həmin işlə özbaşına görülmüşdür. Balkonun metal tirləri paslanmış, korroziyaya uğramış, monolit dəmir-beton döşəməsinin beton mühafızə qatı qopmuş, armaturlar açıqda qalaraq korroziyaya uğ ramışdır. Balkonun konturu üzrə sonradan sakinlər tərəfindən tikilmiş kərpic divarın binanın divarına birləşən hissəsində aralanma müşahidə olundu. Binanın divarlannda çat və digər deformasiyalar müşahidə olunmadı. Balkonun hörülərək otaqlann tikilməsi, binanın əlavə yüklənməsinə səbəb olmuşdur. Binanın təhlükəsiz istismarını təmin etmək üçün ön fasadı ilkin layihə vəziyyətinə gətirmək lazımdır. Bunun üçün sakinlər tərəfindən sonradan üzərində divar hörülmüş eyvanın sökülərək, həmin fasadda yerləşən digər 2 açıq eyvanın görünüşünə uyğun şəkildə tikilməsi məqsədə uyğun hesab edilir. Balkonda yenidənqurma işlərinin aparılmasını iddiaçı tərəf də mübahisələndirmir. Kassasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbini rədd edərkən “xxxx” MMC-nin hazırki iddianı qaldırmaqda sübyektiv hüququnun olmamasına istinad etmişdir. Məhkəmənin qənaətinə görə ididaçı İddiaçı mülkiyyətində olan mənzildə özbaşına olaraq yenidən planlarşdırma işlərini aparmışdır. Lakin həmin işlərin həyata keçirilməsini rəsmiləşdirmək, yaxüd bundan imtina edilməklə əvvəlki vəziyyətinə bərpa olunmasını tələb etmək, bu tələb vaxtında yerinə yetirilmədikdə isə müvafiq iddia ilə məhkəməyə müraciət etmək hüququ qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.2, 24.1, 25.1.3-25.1.627.1-27.3-cü maddələrinə və Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxx 2010-cu il tarixli, 272 nömrəli Fərmamının 1.4-cü bəndinə görə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddir. “xxxx” MMC kommersiya hüquq i şəxs olmaqla bu məsələnin həllində hər hansı səlaiyyəti yoxdur, aidiyyatı dövlət orqanları tərəfindən ona belə bir səlahiyyətin verilməsini də məhkəmədə sübuta yetirə bilməmişdir. İşdən görünür ki, “xxxx” MMC qarşılqlı iddia tələbinin əsası kimi müxtəlif qurumlardan ünvanlanmış məktubları məhkəməyə təqdim etmiş, Bakı şəhərinin mərkəzində aparılan abadlıq, təmir-bərpa, yaşayış binalarının fasad hissəsinin təmiri, qəzalı damların və eyvanların sökülərək yenisi ilə əvəzlənməsi işlərinin MMC-yə tapşırıldığını göstərmişdir. İddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi-13 (yeni ünvan: Qoqol-25) (inv. 2948), ünvanda yerləşən bina Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerl i əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüşdür. İddiaçının apellyasiya şikayətinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə “xxxx” MMC-nin mübahisəli tikilinin sökülərək yenidən bərpa edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmamasını müəyyən etmək üçün təkcə MMC tərəfindən bu barədə məhkəməyə sübutlar təqdim oluna bilməməsi faktı ilə kifaytələnmiş, lakin Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X11, İnkişafi və Bərpasi üzrə Dövlət Xidmətinin həmin məsələnin həllində bilavasitə maraqlı olması, qəbul ediləcək məhkəmə aktının birbaşa onların maraqlarına toxunacağını nəzərə almamış, bu dövlət orqanlarının cavabdeh tər əfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilməsi məsələsini müzakirə etməmişdir. Halbuki göstərilən dövlət qurumlarının işə cəlb olunması "xxxx" CMṀ -yə mübahisəli ünvanda yerləşən balkonun əvvəlki vəziyyətinə bərpası üçün səlahiyyət verilib-verilməməsi məsələsinin həlli, iş üzrə qanuni və əsaslı qərar qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası ilkin iddia tələbi və məhkəmə xərcləri ilə bağı qeyd edir ki, həmin hallar qarşılıqlı iddia tələbinin həllindən asılı olduğundan işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia ilə bağlı tələb üzrə qəbud edəcək qərara uyğun olaraq bu məsələlərə hüquqi qiymət verməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə yenidən baxan zaman iş materiallarına əlavə edilmiş Bakı şəhər Nəsi mi rayon İcra Hakimiyyətindən cavabdeh MMC-nin vəkilinin sorğusuna verilmiş məktuba da hüquqi qiymət verməlidir. Belə ki, həmin məktubda Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi ev 13-də söküntü, təmir-tikinti və yenidənqurma işlərinin "xxxx" MMC-yə həvalə edilməsi qeyd olunmuşdur. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi kassasiya məhkəməsinin istinad olunan göstərişlərindən yalnız Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X11, İnkişafi və Bərpasi üzrə Dövlət Xidmətinin işə cəlb olunmasına dair göstərişi qismən təmin edərək onların müstəqil tələb irəli sürməyən 3-cü şəxslər kimi işə cəlb etməsinə baxmayaraq onların nümayəndələrinin məhkəmə iclaslarında iştiraklarını təmin etməmiş, ümumiyyətlə i ddiaya həmin orqanların münasibətini öyrənməmiş, kasasiya məhkəməsinin həmin orqanlar tərəfindən "xxxx" CMṀ-yə mübahisəli ünvanda yerləşən balkonun əvvəlki vəziyyətinə bərpası üçün səlahiyyət verilib-verilməməsi məsələsini və istinad olunan digər göstərişlərin aydınlaşdırılmasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaq ələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə görə abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Həmin Qanunun 25-ci maddəsinə görə isə dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət və yerli büdcələrin vəsaitləri hesabına aparılır. Xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. Məhkəmə kollegiyası qeyd edir ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, dəlillərə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-802/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar