Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1284/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin ləğvi, mənzilin boşaldılması, təhvil verilməsi və kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğv olunması əsası, banka kredit öhdəliyinin icra olunmaması əsası ilə mənzilin tikinti şirkətinə qaytarılması, iddia verməyə subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərki bdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(103)6745/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 24 may 2016-cı il tarixli “Birgə fəaliyyət haqqında” müqavilə ilə İddiaçı MTK və "xxxx" ASC MTK-nın inşa etdiyi binada mənzillərin daxili ipoteka krediti əsasında satışı üçün alıcılara bank tərəfindən kreditin ayırması barədə razılığa gəlmişlər. 2. 12 iyul 2016-cı il tarixli, 293 saylı Mənzilin alqı-satqı müqaviləsi ilə İddiaçı MTK ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 5-girişli, 12 mərtəbəli yaşayış binasının 1ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahə si 116,79 kvadrat metrdən ibarət 3 otaqlı 37 nömrəli mənzili alıcı Cavabdeh təhvil verməyi, alıcı isə bunun qarşılığında icraçıya razılaşdırılmış pul vəsaiti ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1 və 3.2-ci bəndləri ilə müqavilənin qiyməti 14148 manat müəyyən olunmuş, həmin məbləğin 14015 manat hissəsi alıcının vəsaiti hesabına, qalan 126133 manatın isə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında ödənilməlidir. 3. 12 iyul 2016-cı il tarixli, 125-xx-xx-2016-RA-XA nömrəli Təminatlı kredit müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh, sonuncunun İddiaçı MTK ilə aralarında imzalanmış 12 iyul 2016-cı il tarixli, 293 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün illik 10% olmaqla 240 ay müddətinə qaytarılmaq şərtilə 12 6133 manat məbləğində kredit vermişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh və X2 müştərək qaydada 121474,60 manat əsas borc, 29353,31 manat faiz borc olmaqla, cəmi 150827,91 manat kredit borcunun, 30 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 dekabr 2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 11 may 2022ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil təl əblər irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanmış 12 iyul 2016-ci il tarixli, 293 nömrəli müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında inşa edilmiş 37 nömrəli mənzilin cavabdehin qanunsuz sahibliyindən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi, 15 mart 2022-ci il tarixdən mənzil boşaldılanadək hər ay hesablanmaqla 500 manat məbləğində kompensasiyanın və ödənilmiş 100 manat məbləğində dövlət rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh alqı-satqı müqaviləsinin və kredit müqaviləsinin tələblərini və üzərinə götürdüyü öhdəlikləri kobud surətdə pozaraq, mübahisəli mənzilə dair verilmiş kredit üzrə "xxxx" ASC-yə borcu olduğu və uzun müddət heç bir ödəniş etmədiyi halda, qeyd edilən mənzildə heç kimdən razılıq almadan alqı-satqı müqaviləsinin 2.4.1-ci bəndinin tələblərini pozaraq təmir-quraşdırma işləri aparmış və uzun müddətdir ki, həmin mənzildə yaşayır. Bundan əlavə, Cavabdeh kredit qeyd edilən mənzilin əldə edilməsi üçün verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək, "xxxx" ASC-yə olan öhdəliklərinin icrasından yayınmışdır.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixl i, e-2(008)2878/2022 nömrəli qətnaməsi ilə (hakim N.A.Cəfərli) iddia təmin edilməmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı ilə aralarında bağlanmış 12 iyul 2016-cı il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə üzərinə düşmüş olduğu öhdəliyi icra edərək, mənzilin dəyərini tam şəkildə iddiaçıya ödəmişdir. Mənzilin dəyərini ödəməsi üçün banka borcu yaranmışdır. Demək ki, cavabdeh bağlanmış 12 iyul 2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə qanunun ona verdiyi imkandan istifadə edərək qabaqcadan ödənişlərini etmişdir. Bu isə, iddiaçının bildirdiyi kimi, cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərin pozulması ilə bağlı istinad etdiyi halların öz təsdiqini tapmadığını göstərir. Qeyd edilən məsələ ilə bağlı iddiaçının nümayəndəsi məhkəmə iclasın da izahat verərək bildirmişdir ki, təmsil etdiyi təşkilat kredit müqaviləsi üzrə zamin qismində çıxış etdiyindən kredit müqaviləsi üzrə o da məsuliyyət daşıyır. Bu səbəbdən də, hazırkı mübahisənin həllini mənzilə dair alqı-satqı müqaviləsinin ləğv edilməsində və mənzilin iddiaçıya geri qaytarılmasında görür. Məhkəmə iddiaçının bu əsasları ilə razılaşmayaraq bildirmişdir ki, alqı-satqı müqaviləsi ilə kredit müqaviləsini qarışdırmaq olmaz. Bu müqavilələr ayrı-ayrı tərəflər arasında müstəqil şəkildə bağlanmaqla, özündə biri-birindən fərqli olan öhdəliklərin icrasını nəzərdə tutmuşdur.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.1, 421.2, 423.2, 421.3, 442-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2(008)- 2878/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(103)6745/2022 nömrəli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər X.Ə.Sarıyevin və N.Ş.Cəfərovun iştirakı ilə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2(008)-2878/2022 nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin olunması, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2016-cı il tarixli, 293 nömrəli alq ı-satqı müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 5 girişli, 12 mərtəbəli yaşayış binasının 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 116,79 kvadrat metrdən ibarət 3 otaqlı 37 nömrəli mənzilin Cavabdeh sahibliyindən geri alınması, mənzilin boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2016cı il tarixli müqavilənin 2.4.1-ci bəndinə əsasən, alıcı mənzilin təmir-quraşdırma işlərinə "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsinə əsasən həmin tarixə borcu olmadıqda və alıcı bu müqaviləyə görə digər pul öhdəliklərini tam ödədikdən sonra başlamalıdır. Müqavilənin 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, müqavilənin cəmi qiyməti 140148 manat müəyyən edilmiş və 14015 manat alıcının şəxsi vəsaiti hesabına, qalan 126133 manat isə "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödənilir. Müqavilənin 5.4-cü bəndinə əsasən, alıcı, "xxxx" ASC qarşısında öhdəliklərini tam icra edənə qədər MTK, "xxxx" ASC-nin lehinə müvafiq məhdudlaşdırma tədbirlərini həyata keçirə bilər. Alıcı bu məhdudlaşdırma ilə bağlı heç bir formada etiraz (pretenziya) irəli sürə bilməz. Müqavilənin 5.6-cı bəndinə əsasən, alıcı tərəfindən alıcı və "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə ödənişlər 90 gün müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün alıcı və MTK arasında imzalanmış müqavilənin predmeti olan mənzil üzrə bütün hüquqlar "xxxx" ASC-yə keçir. Müqavilənin 10.1-ci bəndinə əsasən, alıcı tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa MTK-nın müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Alıcı bununla əlaqədar MTK-ya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. Müqavilənin 10.2-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi halında alıcı tərəfindən MTK-ya ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və MTK-ya dəymiş ziyan (o cümlədən mənzillə əlaqədar "xxxx" ASC ilə bağlanmış kredit mü qaviləsi ilə əlaqədar MTK-nın birbaşa və ya dolayı bütün məsrəfləri və "xxxx" ASC-nin tələbləri) çıxıldıqdan sonra həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödənişin qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində alıcıya qaytarılacaq.
13. Göründüyü kimi, cavabdeh bank qarşısında kredit öhdəliyini yerinə yetirməməklə iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinin şərtlərini pozmuş, nəticədə mübahisəli mənzilə görə iddiaçının depozit hesabına köçürülmüş və bu günə kimi bank tərəfindən bloklaşdırılmış vəziyyətdə olan 126133 manat pul vəsaitindən iddiaçı məhrum olmuş, bankın nümayəndəsinin bildirdiyinə görə, məhkəmə qətnaməsi əsasında cavabdehdən tutulması qət edilən 150827,91 manat məbləğində pul həmin depozit hesabına silinməsi həyata keçiriləcəkdir. Tərəflər arasında bağlanmış alqı -satqı müqaviləsinin yuxarıda qeyd edilən bəndləri ilə alıcı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmədikdə hansı hərəkətləri ediləcəyi açıq qeyd edilmişdir. Cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur.
14. Məhkəmə həmçinin hesab etmişdir ki, alqı-satqı müqaviləsində kompensasiya ilə bağlı müddəalar nəzərdə tutulmadığından iddia kompensasiya ödənilməsi hissəsində təmin edilməməlidir.
15. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 6.2, 389.1, 390.1, 390.5, 390.6, 399.1, 404.1, 405.1, 405.2, 417.3, 421.1, 421.2, 421.3, 423.2, 424.2, 424.3, 425.1, 425.2, 442 və 567-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazı n dəlilləri:
16. Cavabdeh Piri (Babayeva) Ruqiyyə Rasim qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(103)6745/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəlləsinin 2.2, 88, 217, 386 və 387-ci maddələri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçıya mənzilə görə ödənişi bank vasitəsi ilə etdiyindən və bununla bağlı hüquq münasibətləri cavabdehlə Bank arasında yarandığından, kooperativin iddia qaldırması yolverilməzdir. MTK ilə cavabdeh arasında olan müqaviləyə əsasən mənzil MTK-ya qaytarıl malıdırsa, cavabdehin Banka olan borcunun necə həll edilməli olması göstərilməmişdir.
18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
19. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kas sasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
21. Apellyasiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunsa da, iddiaçı kassasiya şikayəti verməmişdir. Bu səbəbdən hazırki kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə iddianın təmin olunmuş hissəsində qanuniliyinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsin i nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləc ək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əld ə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlar la yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikay ətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 24. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudl uğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 25. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qə rarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
27. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı cavabdehlə bağlanmış müqavilənin ləğv edilməsini və müqavilənin predmeti olan mənzilin iddiaçının sahibliyinə qaytarılmasını xahiş etmişdir.
28. İddianı təmin edən apellyasiya məhkəməsi mövqeyini 12 iyul 2016-cı il tarixli müqavilənin şərtlərini sadalamaqla, cavabdehin həmin müqavilə üzrə öhdəliklərini pozması ilə əsaslandırmışdır.
29. Lakin, bu zaman məhkəmə Mülki Məcəllənin 421.2-ci maddəsinin dispozisiya şərtlərini nəzərə almamışdır. Belə ki, həmi n maddəyə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
30. Tərəflər arasında bağlanmış müqavilə isə mənzilin alqı-satqısı barəsindədir. Həmin müqavilə üzrə iddiaçı inşa etdiyi binada razılaşdırılmış mənzili təhvil verməyi, cavabdeh isə həmin mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşlər.
31. İşin müəyyən olunmuş hallarına görə, cavabdeh müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi tam icra etmiş və mənzili n dəyərini öz vəsaiti, habelə "xxxx" ASC-dən aldığı kredit hesabına tam ödəmişdir.
32. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin müqavilənin digər şərtlərinin tam və ya qismən icra edilməməsi nəticəsində Mülki Məcəllənin 421.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulan nəticələrə səbəb olması əlavə əsaslandırılmalı idi ki, apellyasiya məhkəməsi tərəfindən bununla bağlı araşdırma aparılmamışdır.
33. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında imzalanmış müqavilənin apellyasiya məhkəməsinin istinad etdiyi bəndləri Mülki Məcəllənin 404-cü maddəsinə uyğun təfsir olunmalıdır.
34. Belə ki, məhkəmə kollegiyasının mövqeyinə görə müqavilənin 2.4.1-ci bəndinin mümkün pozuntusu heç bir halda bu müqavilənin ləğvi üçün əsas ola bilməz. Bəllidir ki, mənzil, ondan tə yinatı üzrə istifadə etmək, yəni yaşamaq üçün əldə olunur. Mənzildə normal şəraitdə yaşamaq məqsədi ilə isə orada təmir-quraşdırma işlərinin aparılması zəruridir. Cavabdehlə "xxxx" ASC arasında kredit müqaviləsinin 240 ay müddətində bağlanması, mənzilin 20 il müddətində təmirsiz qalması kimi qiymətləndirilməməlidir. Məhz bu səbəbdən müqavilənin həmin bəndində təmir-quraşdırma işlərinin başlandığı tarixə kredit müqaviləsi üzrə borcu olmamasından bəhs edilir.
35. Müqavilənin 5.4-cü bəndi MTK-ya Bankın xeyrinə mənzillə bağlı məhdudlaşdırma tədbirlərinin həyata keçirmək hüququnu verir. Müqavilənin 5.6-cı bəndi isə kredit müqaviləsi üzrə alıcı tərəfindən ödənişlərin aparılmaması halında borcun ödənilməsi üçün mənzil üzrə hüquqların "xxxx" ASC-yə keçməsini nəzərdə tutur. Göründüyü kimi, müqavilə nin bu bəndləri ilə kredit verən banka mənzilə tələb hüququ vermişdir ki, bank belə tələblə məhkəməyə müraciət etməmişdir.
36. Bundan başqa, iddianı təmin edən apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdeh bank qarşısında kredit öhdəliyini yerinə yetirməməsi nəticəsində mübahisəli mənzilə görə iddiaçının depozit hesabına köçürülmüş pul vəsaiti bank tərəfindən bloklaşdırılmışdır. Məhkəmə işin bu halını bankın nümayəndəsinin izahatı ilə müəyyən etmişdir.
37. Lakin apellyasiya məhkəməsi üçüncü şəxsin nümayəndəsinin həmin izahatını Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən qiymətləndirməmiş, cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının bank hesabındakı vəsaitlərinin bloklaşdırılmasına dair sübutların iş materiallarında mövcud olmamasını nəzərə almamış, belə bloklaşd ırma baş verdiyi halda isə bunun qanuniliyinə və cavabdehlə bağlınmış müqavilənin ləğvi üçün əsas olmasına qanunvericiliyin tələblərinə əsasən səbəb olmasına hüquqi qiymət verməmişdir.
38. Nəhayət qeyd olunmalıdır ki, iş materiallarına iddiaçı "xxxx" MTK-nın cavabdeh Qafarlı (Budaqova) Arzu Rahib qızına qarşı iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20 iyun 2022-ci il tarixli qərarı əlavə olunmuşdur. Lakin, həmin qərar hazırki iş üçün hüququn tətbiqində vahid məhkəmə təcrübəsinin vahidliyinin təmin edən qərar kimi qəbul edilə bilməz. Belə ki, apellyasiya məhkəməsi qeyd olunan işin faktiki hallarının hazırki işin faktiki hallardan fərqlənməsini nəzərə almamışdır. Qeyd olunan işdə işin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, "xxxx" MTK "xxxx" ASC tərəfindən X4 verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Bank qarşısında zamin durmuş və kredit alan müqavilə üzrə borcunu ödəmədiyi üçün MTK zaminlik müqaviləsindən irəli gələn öhdəliyini icra etməklə, banka olan borcu tam ödəmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən MTK-nın müqavilənin ləğv edilməsini və mənzilin boşaldılmasını tələb etmək hüququ yaranmışdır.
39. Hazırki iş üzrə isə iddiaçı olan MTK-nın zamin olması və cavabdehin kredit verən banka olan öhdəliyini tam yerinə yetirməsi apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmamışdır. Əksinə işdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin ic rasına görə zaminliyi X5 adlı fiziki şəxsin üzərinə götürməsi müəyyən olunmuş və həmin qətnamə ilə borc kredit alan hazırki cavabdehlə yanaşı həmin zamindən tutulmuşdur. Yəni hazırki işdə iddiaçı MTK-nın cavabdehin banka olan borcunun ödənilməsi və ya məhkəmə qətnaməsi ilə belə öhdəliyinin yaranması müəyyən olunmur. İddiaçının məhkəməyə ünvanladığı 14 noyabr 2022-ci il tarixli arayışına əsasən X3 İddiaçı MTK-nın sədr müavini vəzifəsində işləməsi iddiaçıya hazırki iddia verməyə subyektiv hüquq vermir.
40. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətiril məli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edi ldiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
42. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
43. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
44. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Piri (Babayeva) Ruqiyyə Rasim qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(103)-6745/2022 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.