Məhkəmə qərarları › İş №2(102)-1284/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1284/2024

04.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1284/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərər, öhdəliyin yerinə yetirilməməsi, mənəvi zərər, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-6992/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 04 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxa raq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Suraxanı RPİ-nin 30-cu PB-nin təhqiqatçısı İddiaçı tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli qərara əsasən İddiaçı ərizəsi üzrə aparılmış araşdırma zamanı əməldə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.

2. Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi Aqil Qasımov tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1ci maddəsinə əsasən rədd edilmiş, qəbul edilmiş qərar barədə maraqlı şəxslərə bildirilmiş və vurulmuş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüququları izah olu nmuşdur.

3. Həmin qərarda göstərilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə Suraxanı rayon prokurorluğuna müraciət edərək Səbuhi adlı şəxs tərəfindən 3.000 ABŞ dollarının ələ keçirilməsini bildirmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, 2015-ci ilin noyabr ayında qohumu X2 ilə söhbət zamanı işsiz olduğunu söyləmiş, əgər iş olarsa ona xəbər etməsini demişdir. X7 isə keçmiş iş yoldaşı Səbuhinin “Azfen” şirkətində işləməsini, istəyəndə onu işə düzəltməsini Səbuhiyə deyə biləcəyini bildirmiş, o, razılaşdıqdan sonra Sadiq Məmmədov onu Səbuhi ilə tanış etmiş və o, “Azfen” şirkətində işə düzəltmək məqsədilə Səbuhiyə 3000 ABŞ dolları pul vermişdir. Lakin buna baxmayaraq Səbuhi tərəfindən nə işə düzəldilmiş və nə də pulu qaytarılmışdır. Araşdırma zamanı izahatı alınmış X2 eyni məzmunlu izahat verərək İddiaçı göstərdiklərini təsdiq etmişdir. Araşdırma zamanı Səbuhi adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək izahatının alınması mümkün olmamışdır. Göründüyü kimi, istintaq zamanı Səbuhi adlı şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etmək və istintaqa təmin edərək izahatını almaq, eləcə də onunla digər zəruri istintaq hərəkətlərini həyata keçirmək mümkün olmamış, nəticə etibarılə onun əməlində dələduzluq cinayət əməlinin subyektiv cəhətinin mövcudluğunu sübuta yetirmək və material üzrə Səbuhi adlı şəxsin əməlinə obyektiv və hüquqi qiymət vermək mümkün olmamışdır. Beləliklə, material üzrə Səbuhi adlı şəxsin əməlində dələduzluq cinayət əməlinin tərkib əlamətlərinin mövcudluğunu sübut etmək mümkün olmadığından, toplanmış material üzrə Azərbaycan Respublikası CM-n in 178-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilməlidir. Bundan başqa, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Səbuhi adlı şəxsə 3000 ABŞ dolları pul vermiş, lakin ala bilməmişdir. Həmin xüsusat üzrə İddiaçı maddi ziyan dəyməsini və vurulmuş maddi ziyanla bağlı məsələnin cinayət-hüquqi deyil, mülkihüquqi xarakterli olmasını və mülki qanunvericiliklə tənzimlənməsini, nəticədə isə maddi ziyanla bağlı məsələnin məhkəmələr tərəfindən araşdırılmasını nəzərə alaraq, tərəflərə vurulan ziyanla bağlı məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 3000 ABŞ do lları borcun, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 2015-ci ilin noyabr ayından borclu olduğu 3000 ABŞ dollarına görə 1150 ABŞ dolları faizin, mənəvi zərərin əvəzi kimi 5000 manatın, ümumilikdə isə 4150 ABŞ dolları pulun, 5000 manatın, eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən 3000 ABŞ dolları məbləğində puldan faydalandığına görə qətnamə çıxarılan gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ilin noyabr ayında cavabdeh yaşadığı Hövsan qəsəbəsi, Zeytun sovxozu N-1 ünvana gələrək “Azfen” şirkətinə işə düzəltmə adı ilə ondan 3000 ABŞ dolları almış, lakin işə düzəltməyərək pu lu mənimsəmiş, dəfələrlə istəsə də, bu günədək geri qaytarmamışdır. xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Suraxanı rayon prokuroruna müraciət edərək cavabdeh barəsində qanuni tədbir görülməklə aldığı pulun ona qaytarılması üçün köməklik etməsini xahiş etmişdir. Ərizə üzrə xx.xx.2016-cı il tarixdə Suraxanı RPİ 30-cu PB-də təhqiqatçı Emin Məmmədov tərəfindən araşdırma başlamış, Cavabdeh izahatı alınmamış, onun gətirilməsi barədə aidiyyəti əməkdaşa müraciət olunsa da, tapşırıq yerinə yetirilməmiş, Cavabdeh pulu ondan almağa gələn zaman idarə etdiyi avtomobillərin dövlət qeydiyyat nişanları, onun sahibinin iş yeri telefon nömrəsi, Səbuhinin işə düzəltmə adı ilə eynilə onun kimi aldadıb pul aldığı beş nəfərin ərizəsinin Səbail RPİ-də araşdırıldığı təhqiqatçı Emin Məmmədova bildirilsə də, o, bunl arı araşdırmaq üçün müddətin çatmayacağını bəhanə edərək heç bir əsas olmadan, 100% dələduzluq faktı olan əməlin istintaq şöbəsində araşdırılmasına heç bir təşəbbüs göstərməmiş, əksinə əməldə cinayət hadisəsi olmadığını əsas gətirərək, xx.xx.2016-cı il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qanunsuz və əsassız qərarın ləğv edilməsi üçün xx.xx.2016-cı il tarixdə Suraxanı rayon prokuroruna müraciət etmişdir. Suraxanı rayon prokurorunun xx.xx.2016-cı il tarixli qərarı ilə həmin qərar ləğv edilmiş və material üzrə araşdırmanın davam etdirilməsi üçün iş yenidən Suraxanı RPİ-nin 30-cu PB-nə qaytarılmışdır. Rədd qərarı ləğv edilərək material yenidən 30-cu PB-nə qaytarılsa da, bu dəfə Fərid adlı təhqiqatçı eynilə əvvəlki təhqiqatçı kimi heç bir iş görmə miş, yalnız o, ona Cavabdeh barəsində Bakı şəhərinin Səbail və Xəzər rayonlarında cinayət işi başlandığını, tutularaq Xəzər RPİ-nin İŞ-nə təhvil verildiyini, artıq iş üzrə məhkəmə prosesi getdiyini təkidlə deyəndən sonra o, bu işlə məşğul olmuş və onun dedikləri təsdiqini tapmışdır (Səbuhi ona qarşı etdiyi hərəkətləri digər şəxslərə qarşı da etdiyindən həmin şəxslərin şikayəti üzrə CM-nin 178-ci maddəsinə əsasən cinayət işi başlanmış və o, azadlıqdan məhrum edilmişdir). Təhqiqatçı Səbuhinin izahatını aldıqdan sonra (Fərid adlı təhqiqatçının bildirdiyinə görə Səbuhi izahatında ondan da pul aldığını etiraf etmişdir. Bu həm də şahidlər olan həyat yoldaşı, oğlu, Sadiq (onu Səbuhi ilə tanış edən) və Hövsanda yaşayan, yaxından tanımadığı, həmin zaman təsadüfən oradan keçən Rafiq adlı şəxs tərəfi ndən də təsdiq edilir) işi Suraxanı RPİnin İŞ-nə göndərmiş, lakin 4 aya yaxın vaxt keçməsinə baxmayaraq orada da heç bir hərəkətlilik göstərilməmişdir. Məlum olmuşdur ki, Suraxanı RPİ İŞ-nin müstəntiqi Aqil Qasımov tərəfindən xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarın ləğv edilməsi və Cavabdeh barəsində cinayət-hüquqi tədbirin görülməsi üçün xx.xx.2017-ci il tarixdə Suraxanı rayon prokuroruna müraciət etmişdir. Qanunsuz və əsassız qəbul edilmiş qərar rayon prokuroru tərəfindən xx.xx.2017-ci il tarixli qərarla ləğv edilmiş və xx.xx.2017-ci il tarixdə təkrarən müstəntiq Aqil Qasımov tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edil mişdir. Həmin qərarın ləğv edilib cinayət işinin başlanılması üçün xx.xx.2018-ci il tarixdə Suraxanı rayon prokuroruna müraciət ünvanlanmışdır. Prokurorluq tərəfindən xx.xx.2018-ci il tarixdə həmin qərar ləğv edilərək yenidən Suraxanı RPİ-nin İŞ-nə göndərilmişdir. xx.xx.2018-ci il tarixdə müstəntiq Aqil Qasımov tərəfindən təkrarən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarın da qanunsuz və əsassız qəbul edildiyinə görə ləğv edilməsi üçün xx.xx.2019-cu il tarixdə yenidən Suraxanı rayon prokuroruna müraciət etmişdir. Rayon prokurorunun xx.xx.2019-cu il tarixli qərarı ilə həmin qərar ləğv edilmiş və araşdırmanın davam etdirilməsi üçün material Suraxanı RPİ-nin İŞ-yə göndərilmişdir. Materialın araşdırılması xx.xx.2019-cu il tarixdə yenidən İŞ-nin mü stəntiqi Aqil Qasımova həvalə edilmişdir. xx.xx.2019-cu il tarixdə müstəntiq tərəfindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, ona qarşı dələduzluq əməllərinə yol verdiyi halda Suraxanı rayonu hüquq-mühafizə orqanları tərəfindən Cavabdeh barəsində cinayət işi başlanmamış (Səbail və Xəzər rayonlarında isə onunla bərabər eyni zamanda işə düzəltmə adı ilə aldadıb pullarını aldığı vətəndaşların şikayətləri əsasında cinayət işi başlanmış və o, məhkum edilmişdir), əksinə 5 dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, bununla da hüquqları pozulmuş, maddi-mənəvi zərər çəkməklə yanaşı fiziki-psixoloji sarsıntı keçirmişdir. Qərarın 2-ci səhifəsində, yuxarıdan 4-cü, 5-ci abzaslarında deyili r: “Beləliklə də, material üzrə Səbuhi adlı şəxsin əməlində dələduzluq cinayət əməlinin tərkib əlamətlərinin mövcudluğunu sübut etmək mümkün olmadığından, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə rədd edilməlidir. Bundan başqa, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Səbuhi adlı şəxsə 3000 ABŞ dolları pul vermiş, lakin ala bilməmişdir. Həmin xüsusat üzrə İddiaçı maddi ziyan dəyməsini və vurulmuş maddi ziyanla bağlı məsələnin cinayət-hüquqi deyil, mülki- hüquqi xarakterli olmasını və mülki qanunvericiliklə tənzimlənməsini, nəticədə isə maddi ziyanla bağlı məsələnin məhkəmələr tərəfindən araşdırılmasını nəzərə alaraq, tərəflərə vurulan ziyanla bağlı məhkəməyə müraciət e tmək hüququ izah olunmalıdır”. Cavabdeh ona borclu olduğu 3000 ABŞ dolları pulu ona qaytarmalı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş hər bir il üçün əlavə olaraq həmin məbləğin 5 faizini və qərar qəbul edilən gün üçün bank uçot dərəcəsini əsas götürməklə faizini ona ödənilməlidir. Cavabdeh 2015-ci ilin noyabr ayından borclu olduğu 3000 ABŞ dolları borca görə həmin vaxtdan 7 il 8 ay keçdiyindən 38,33%, yəni 1150 ABŞ dolları faizi ona ödəməlidir. Bundan başqa, Cavabdeh tərəfindən çəkdiyi mənəvi ziyanın əvəzini ona ödənilməlidir.

6. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, müddət ötürüldüyünə görə iddiaçı tərəfindən verilmiş iddiadan imtina olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, göstərmişdir ki, iddia əri zəsinə əsasən iddiaçı ilə aralarında guya 2015-ci il tarixdə şifahi borc müqaviləsi bağlanmış, 2016-cı il tarixdən isə barəsində hüquq mühafizə orqanlarına şikayət ərizələri ünvanlamışdır. İddiaçı 2018-ci ilin noyabr ayınadək iddia tələbi ilə məhkəməyə müraciət etməli olduğu halda, 2023-cü ilin iyul ayında müraciət etmişdir.

7. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdehin iddiaya dair yazdığı etirazla razı deyil. İşə düzəltmə adı ilə cavabdeh 3000 ABŞ dolları məbləğində ondan pul almışdır, pulun verilməsi şahid də görmüşdür. Həmin pul borca deyil, onu işə düzəltmək adı ilə cavabdeh tərəfindən alınmışdır. Digər tərəfdən hazırkı tələblə məhkəməyə müraciət et mək üçün iddia müddətini də ötürməmişdir. Cavabdehin əməlində dələduzluq cinayətinin əlaməti olduğu üçün 2016-2019-cu illərdə hüquq-mühafizə orqanlarına müraciət etmiş, cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məhkum olunmuş, 2022-2023-cü ildə azadlığa çıxmışdır. İddiaçı eyni zamanda bildirmişdir ki, cavabdeh tərəfindən iddia ərizəsi əldə ediləndən sonra onun mobil telefonuna zəng etmiş, görüşmək istəmiş və onunla məhkəməyə şahid qismində dəvət etdiyi Rafiq Həziyevin iştirakı ilə görüşmüş, Səbuhi bildirmişdir ki, 500 manat həmin gün verir, yerdə qalan məbləği 250 manat olmaqla ödəyəcək, məhkəmədən iddiasını geri götürsün. Onlar təklif etmişlər ki, Səbuhi məhkəməyə gəlsin, pulu aldığını etiraf etsin, bundan sonra razılığa gələrlər. Lakin cavabdeh sonra onlarl a əlaqə saxlamadı, məhkəməyə də gəlmədi.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, o, əvvəllər nə İddiaçı, nə Cavabdeh tanımamışdır. Zığ qəsəbəsində fərdi ev tikdirərkən təxminən 2015-ci ilin noyabr ayında bahalı bir avtomaşının onun evinə yaxınlaşıb saxladığını və içərisində 2 nəfərin olduğunu görmüş, həmin şəxslər avtomaşından düşmüş, onlardan biri digərinə xarici valyuta olan dollarla pul sayıb vermişdir. Pul alan şəxs avtomaşına minib getmiş, o, pul verən şəxsə yaxınlaşmış və pulu nə məqsədlə verdiyini soruşmuşdur. Həmin şəxs onu “Azfen”ə işə düzəltmək adı ilə həmin şəxsə 3000 ABŞ dolları pul verdiyini demişdir. O, soruşmuşdur ki, həmin şəxsi tanıyır, Elnur demişdir ki, tanımır, onu tanış ediblər. Onda həmin şəxsin kimisə işə düzəltməyini soruş duqda, Elnur demişdir ki, eşitdiyinə görə kimisə işə düzəldir. O, təcrübəli şəxs kimi bildirmişdir ki, “sənin pulun batdı, o, səni işə düzəltməyəcək”. Həmin şəxsin sakit fağır adam olduğunu görüb telefon nömrəsini ona vermiş və demişdir ki, bu işlə bağlı problem yaşanarsa, şahid kimi ona kömək edə bilər. Bir müddət sonra həqiqətən Elnur ona zəng etmiş, aldadıldığını demiş, pulun qaytarılmasını üçün ona köməklik göstərilməsini xahiş etmişdir. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilmiş və həmin ərəfədə ona məlum olmuşdur ki, Səbuhi təkcə Elnuru deyil, Bakının müxtəlif rayonlarında yaşayan 12-13 nəfəri də işə düzəltmək adı ilə aldadıb pullarını almış, həmin şəxslərin şikayəti əsasında cinayət işi başlanmış və Səbuhi 8 il azadlığdan məhrum edilmişdir. İddiaçı isə sakit təbiətli adam olduğu üçün onun şikayətlərinə baxılmamışdır. O, Elnura demişdir ki, Səbuhi həbsdən azad olunandan sonra mülki qaydada iddia qaldırılar. Bir gün Elnur ona zəng edərək demişdir ki, o, məhkəməyə iddia vermişdir, Səbuhi onunla görüşmək istəmiş, görüşdə onun da iştirak etməsini xahiş edir. Elnurla birlikdə Səbuhi ilə görüşmüş, Səbuhi həmin gün 500 manat vermək istədiyini və hissə-hissə 250 manat olmaqla pulu tam qaytaracağını bildirmiş, lakin o, demişdir ki, bu şərtlə razıdırlar, Səbuhi bir dəfə məhkəməyə gəlib pulu aldığını etiraf etsin. Ondan sonra Səbuhi heç bir əlaqə saxlamadı və məhkəməyə də gəlmədi.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 sentyabr 2023-cü il tarixli 2(009)-1653/2023 nömrəli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddi a qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 3.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında iddiaçının işə düzəldilməsi ilə bağlı pulun verilməsinə dair razılaşma olmuş, məhkəmə iclasında həmin razılaşma əsasında iddiaçı tərəfindən cavabdehə 3.000 ABŞ dolları məbləğində pulun verilməsi şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən cavabdehə 3.000 ABŞ dolları məbləğində pulun verilməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmaması halı öz təsdiqini tapdığından, iddia tələbi 3000 ABŞ dolları pulun qaytarılma sı hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir.

11. Məhkəmə iddia tələblərinin 2015-ci ilin noyabr ayından borclu olduğu 3000 ABŞ dollarına görə 1150 ABŞ dolları faizin tutulması, həmçinin 3000 ABŞ dolları məbləğində puldan faydalandığına görə qətnamə çıxarılan gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizin tutulması hissələri üzrə qeyd etmişdir ki, həmin hissələrdə tələb təmin edilməməlidir.

12. Cavabdeh üzərinə götürdüyü öhdəliyi pozsa da, iddiaçıdan aldığı pul vəsaitinin saxlamaqla ondan faydalanmasına dair və öhdəliyin icra edilməməsi nəticəsində dəymiş ziyanla bağlı hər hansı bir sübut mövcud olmadığından, cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin pozulması nəticəsində iddiaçıya 2015-ci ilin noyabr ayından borclu olduğu 3000 ABŞ dollarına görə 1150 ABŞ dol ları faizin tutulması, həmçinin 3000 ABŞ dolları məbləğində puldan faydalandığına görə qətnamə çıxarılan gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizin tutulması hissələrində tələblər əsassızdır və təmin edilməməlidir.

13. Məhkəmə vurulmuş mənəvi ziyana görə 5.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz.

14. Məhkəmə qeyd etmişdir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Hazırkı tələb müqavilə münasibətləri ilə bağlı deyil, öhdəliklərin icrası ilə əlaqədar ziyan vurma və əsassız varlanma ilə bağlı olduğundan, bu münasibətə ümumi iddia müddətinin (10 il) tətbiq edilməli olması nəzərə alınmaqla qiymət verilməlidir. Yəni iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş müddəti ötürməmişdir.

15. Məhkəmə iddiaçının cavabdehin əməllərində cinayət əlamətlərinin mövcudluğu barədə xüsusi qərardadla prokurora müraciət olunması barədə tələbi üzrə qeyd etmişdir ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər. İddiaçı əvvəllər bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana təkrar CPM-nin 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir.

16. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Mə cəllənin 385.1, 442, 443.1, 445.7, 449.1,372.1, 372.2, 373.1-373.3, 373.4, 551.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin qətnamə qəbul edərkən cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş mənəvi ziyanın və ödənilməli olan faizlərin təmin edilməməsini hər hansı bir sübutun olmaması ilə əsaslandırması qanunamüvafiq deyil. Ona görə ki, 8 ilə yaxın dövr ərzində aldadılmağı ilə bağlı keçirdiyi izdirablar və mənəvi sarsıntı barədə baş verən hallar nəzərə alınmayıb. Bu cür hallar barədə sübutların olmaması göstərilsə də, hansı sübutları təqdim etməyi məhkəmə tərəfindən qətnamədə əksini tapmayıb. Həmçinin faizlərin ödənilməsi üçün hər hansı bir digər sübutun olmamasının məhkəmə tərəfindən qeyd edilməsi bütün faktiki halların araşdırılmamasının nəticəsidir.

19. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı ilə aralarında mülki qaydada pul alınıb-verilməsi prosesi baş vermişdir. Belə ki, pulun borc olaraq verilməsi isə yalnız şifahi və ya yazılı qaydada bağlanmış müqavilə ilə tənzimlənə bilər, yəni borcla bağlı yaranmış mübahisələr müqavilə öhdəliklərindən irəli gəlir. Odur ki, hazırkı mülki mübahisəyə 10 illik ümumi iddia müddəti yox, müqavilə tələblərindən irəli gələn 3 illik iddia müddəti tətbiq edilməlidir. Məhkəmə tərəfindən qətnamə çıxarılarkən iddia müddətinin ötürülmədiyi qənaətinə gəlinmiş və mübahisə əsassız varlanma ilə əlaqələndirilmişdir. Mübahisənin əsassız varlanma ilə əlaqəli olduğunu fərz etdikdə də, Mülki Məcəllənin 1095-ci maddəsinə görə 2 il müddətində iddia verilə bilər.

21. İddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz ünvanlayaraq, qətnamədən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6992/2023 nömrəli iş üzrə 5 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və M.Ə.Rüstəmli) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərə k, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən (əldən çıxmış fayda və mənəvi zərər hissəsində) ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh illik 5% hesablanmaqla 1150 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

23. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıdan işə düzəltmək adı ilə pul alması və həmin pulu qaytarmaması müəyyən olunduğundan, iddiaçı hazırda həmin pulun geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Göstərilən hal məhkəmədə dindirilmiş şahid X3 ifadəsi, habelə ib tidai araşdırma dövründə izahatı alınmış X1 göstərdiyi hallarla da təsdiq olunur (bax: cinayət işinin başlanmısının rədd olunması barədə xx.xx.2016-cı il tarixli və xx.xx.2019-cu il tarixli qərarlar). Həmin araşdırma zamanı cavabdeh verdiyi izahatda 2015-ci ilin sentyabr ayında dostu Sadiq Məmmədovdan 3000 manat borc istədiyini, sonuncu da iddiaçıdan 3000 manat götürüb, 250 manatını özünə saxladığını, 2750 manatını isə ona verdiyini bildirmişdir.

24. Göründüyü kimi, tərəflər arasında pul mübadiləsinin olması mübahisəsizdir, lakin iddiaçı ondan cavabdehin 3000 ABŞ dolları aldığını və verilmiş pulun təyinatının işə düzəltmək olduğunu, cavabdeh isə 2750 manat borcu olduğu bildirir.

25. Kollegiya yuxarıda göstərilən sübutları, habelə işin diqqətəlayiq hallarını (iddiaçının ilk gündən eyni məzm unlu şikayətlər etməsini, cavabdehin isə eyni dövrdə dələduzluq cinayəti törətməsinə görə məhkum olunmasını və s.) nəzərə alaraq hesab etmişdir ki, cavabdehin tərəflər arasında borc münasibətləri olması barədə dəlilləri inandırıcı deyil və işin yuxarıda göstərilən halları ilə təkzib olunur. Cavabdeh apellyasiya şikayətində iddiaçı ilə aralarında guya şifahi borc müqaviləsi olduğuna görə 3 illik iddia müddətinin ötürüldüyünə əsaslanmışdır.

26. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş və bildirmişdir ki, tərəflər arasında hər hansı borc müqaviləsi olmamış, borc kimi pulun alınıbverilməsi baş verməmişdir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulmuşdur, iddiaçı da hazırkı tələbində vurulmuş ziyanı tələb edir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Deliktdən yaranan tələblər üzrə isə ümumi iddia müddəti (10 il) tətbiq edilir. Odur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.

27. Bundan başqa, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 2015-ci ilin noyabr ayından qaytarmadıgı 3000 ABŞ dollarına görə 1150 ABŞ dolları faiz tələb etmiş, məhkəmə isə bu hissədə iddianı rədd etmişdir. Kollegiya bu hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq, hesab etmişdir ki, iddiaçının tələbi bu hissədə əsaslıdır.

28. Borclunun icranı gecikdirməsindən bəhz edən MM-nin 445-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu pu l məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Hazırkı iş üzrə isə borclu tərəfindən pul məbləğinin ödənilməsi gecikdirilmişdir, belə olan halda, o, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

29. Kollegiya iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməli və cavabdeh 2015-ci ilin noyabr ayından borclu olduğu 3000 ABŞ dollarına görə illik 5 % hesablanmaqla 1150 ABŞ dolları məbləğində pul ödəməlidir. İddia tələbinin Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən 3000 ABŞ dolları məbləğində puldan faydalandığına görə qətnamə çıxarılan gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizin tutulması hissəsində iddia tələbi əsassız olduğundan məhkəmə haqlı olaraq təmin etməmişdir. Hazırkı iş üzrə cavabdehin mübahisələndirilən pul vəsaitindən faydalanması halı sübuta yetirilmir və iş materiallarından müəyyən edilmir, belə olan halda kollegiya hesab etmişdir ki, MM-nin 449-cu maddəsinin dispozisiya şərtləri daxilində cavabdehdən bank uçot dərəcəsinə uyğun olaraq pulun tutulması yolverilməzdir.

30. Mənəvi zərər hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan kollegiya bu hissədə iddia tələbini qismən əsaslı hesab edərək, qeyd etmişdir ki, iddiaçının tələb etdiyi həddə mənəvi zərərin tutulması ağlabatan və ədalətli olmamışdır. Odur ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pulun tutulması yetərlidir. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 373.1, 443.1, 445.7, 1096 və 1097.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçı cavabdeh barəsində dəfələrlə şikayət ərizəsi ilə hüquqmühafizə orqanlarına müraciət etsə də, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Belə olan halda, bir xüsusat məlum olur ki, tərəflər arasında mülki qaydada pul “alınıb-verilməsi” prosesi baş vermişdir. Pulun borc olaraq verilməsi isə yalnız şifahi və ya yazılı qaydada bağlanmış müqavilə ilə tənzimlənə bilər. Yəni borcla bağlı yaranmış mübahisələr müqavilə öhdəliklərindən irəli gəlir. İddiaçı şifahi müqavilə öhdəliklərindən irəli gələn hala əsasən, cavabdehdən 3000 ABŞ dolları məbləğində pul tələb edə bilərdi. Bu da bir daha təsdiqləyir ki, hazırkı mülki mübahisəyə 10 illik ümumi iddia müddəti yox, müqavilə tələblərindən irəli gələn 3 illik iddia müddəti tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələblərini nəzərə almamışdır.

34. Bundan başqa, cavabdeh məhkəmənin onun iddiaçıdan borc olaraq 3000 dollar yox, 2750 (iki min yeddi yüz əlli) manat pul alması barədə mövqeyi ilə razılaşsa belə, qeyd etmişdir ki, ondan tutulacaq məbləğ dollarla yox, manatla hesablanmalı idi. Qeyd edildiyi kimi ona verilmiş pul cəmi 2750 manat məbləğində olmuşdur. Lakin məhkəmə qeyd edilən xüsusatları nəzərə almamış, əksinə iddiaçının apellyasiya şikayətini qismən təmin edərək cavabdehdən əlavə 1150 ABŞ dolları və mənəvi zərərə görə 1000 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.

35. Məhkəmə tərəfindən hüququn tətbiq edilməsində səhv buraxılmış, tətbiq edilməli olan qanun və ya digər normativ hüquqi akt tətbiq edilməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsinin tələbləri pozulmuşdur. Mövcud mübahisəyə iddia müddətinə dair maddi hüquq normaları tətbiq edilməmiş, əksinə mübahisəyə heç bir əlaqəsi olmadığı halda delikt münasibətlərini tənzimləyən maddi hüquq normaları tətbiq edilmişdir.Yəni məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazının əsaslı hesab edilərək apellyasiya instansiyası məhkəməs inin qətnaməsindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

38. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

39. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

40. Maddə 443.1. Öhdə liyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

41. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

42. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

43. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsasland ırır.

48. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxl amaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbi q olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, tərəflər arasında hər hansı borc müqaviləsi olmamış, borc kimi pulun alınıb-verilməsi baş verməmişdir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulmuşdur, iddiaçı da hazırkı tələbində vurulmuş ziyanı tələb edir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Deliktdən yaranan tələblər üzrə isə ümumi iddia müddəti (10 il) tətbiq edilir. Odur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Cavabdeh tərəflər arasında borc münasibətlərinin olmasına istinad etsə də bununla bağlı hər hansı mötəbər sübutu işin faktiki ha llarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməmişlər.

54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

55. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya icraatında nəinki yeni faktların, ümumiyyətlə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmi yyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşk il etmir.

58. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6992/2023 nömrəli, 05 dekabr 2023-cü il qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar