Məhkəmə qərarları › İş №2(102)-1285/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1285/2023

26.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1285/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1285/2023 (Açar sözlər: podrat müqaviləsi üzrə qüsurlu görülən işə görə dəymiş ziyanın ödənilməsi) Bakı şəhəri 26 aprel 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2858/2022 saylı iş üzrə, 21 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 26 ap rel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı məxsus “X8 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC tərəfindən təmir edilmişdir. İddiaçının sifarişi əsasında cavabdehin tərtib etdiyi xx.xx.2018-ci il tarixli iş kartında göstərilən xidmətlər, istifadə olunan ehtiyyat hissələri, xidmət haqqı və s. məlumatlar qeyd olunmuşdur.

2. İddiaçı bildirir ki, cavabdeh, avtomobili düzgün təmir etmədiyinə görə maşının mühərriki yararsız vəziyyətə düşmüşdür. Bununla əlaqədar avtomobili yenidən təmir üçün cavabdehə təhvil vermiş, lakin cavabdeh avtomobili xx.xx.2020-ci ilədək özündə saxlasa da, onu təmir etməmiş və maşını mühərrik olmadan ona geri qaytarmışdır. Cavabdehin bu hərəkətləri nəticəsində düşdüyü zərərin əvəzini tələb edir.

3. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, nəqliyyat vasitəsinin onun təqsirindən qeyri-işlək vəziyyətdə olması və bununla bağlı iddiaçının maddi zərərə uğraması sübut olunmur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia qaldıraraq, cavabdehdən təmirə görə ödənilən 1.011 manat, maddi zərərin əvəzi kimi 10.000 manat, mənəvi ziyana görə 5000 manat, əldən çıxmış fayda kimi xx.xx.2019-cu il tarixdən bu günə qədər aylıq 1550 manat, ümumi olaraq 31.000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, habelə “X8 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin cavabdehin vəsaiti hesabına təmir edilməsi və mühərrikin işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir..

2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, “X8 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Avtomobilinin yağ nasosunda nasazlıq olduğu üçün təmir etmək məqsədi ilə cavabdehin göstərdiyi xidmətlərdən istifadə etmişdir. Cavabdeh müəssisə avtomobilin təmir olunduğunu bildirərək ona xx.xx.2018- il tarixli arayış təqdim etmişdir. Həmin arayışda qeyd olunur ki, guya avtomobilin уağ nasosu, kalenval şaybası, mühərrik yağı, hava filteri, antifrizi, transmissiya yağı, şpill perexodniki dəyişdirilmişdir. Lakin avtomobil ona təhvil verildikdən sonra mühərrik sistemində problemlər yaranmış və mühərrik yararsız vəziyyətə düşmüşdür. Cavab dehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, cavabdeh avtomobilin yağ nasosunu və digər ehtiyat hissələrini düzgün təmir etmədiyinə görə mühərrik yararsız vəziyyətə salınmışdır. Avtomobili yenidən onlara təqdim edərək təmir etmələrini və zərəri ödəməklərini tələb etmiş, lakin xx.xx.2020-ci il tarixə qədər avtomobil təmir edilməmiş və ona təqdim olunmamışdır. Artıq 2018-ci noyabr ayından xx.xx.2020-ci il tarixə qədər avtomobil servisdə saxlanılmış və təmir edilmədən ona iş materialına əlavə olunmuş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından da göründüyü kimi mühərriksiz olaraq təqdim edilmişdir. Göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, o, cavabde hə avtomobil təmiri üçün 1011 manat məbləğində pul ödəmişdir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2019-cu il tarixli ekspert rəyindən müəyyən olunur ki, mübahisəli avtomobilin mühərrikinin təmir xərci 10 000 manat dəyərindədir. Bundan əlavə olaraq, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan dəymişdir. Belə ki, cavabdehin təqsirinə görə o aylardır öz mülkiyyətində olan əmlakdan istifadə edə bilmir, mülkiyyətindəki əmlakdan məhrum olmuşdur. Bu isə növbəsində onun əsəb sarsıntısı keçirməyinə əsas olmuşdur. Ona görə də hesab edir ki, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pul tutularaq ona ödənilməlidir. “Ertrans" MMC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçı mübahisəli nəqliyyat vasitəsinə dair "xxxx" MMC-yə xidmət göstərməli idi. "xxxx" MMC isə bu xidmətlərin qarşılığında iddiaçıya hər ay 1550 manat məbləğində pul ödəməli idi. Lakin cavabdeh nəqliyyat vasitəsini iddiaçıya təhvil vermədiyinə görə həmin müqavilə icra edilməmiş, iddiaçı aylıq 1550 manat məbləğində pulu ala bilməmişdir. Ona görə də hesab edir ki, cavabdehdən əldən çıxmış fayda olaraq aylıq 1550 manat yəni 31.000 (otuz bir min) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir və bu müqavilə davamedici xarakter daşıyır. Belə ki, avtomobil ona təmir edilmədən təhvil verildiyini əsas gətirərək müqavilənin müddətinin bitdiyi tarixə qədər aylıq 1550 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Bundan başqa, mülkiyyətində olan “X8 5 minik" markalı 99 EH 33 dövlət qeydiyyat nişanlı avt omobilin mühərriki də təmir olunmuş və işlək vəziyyətdə Cavabdeh MMC-dən alınaraq İddiaçı qaytarılmalıdır.

3. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsinə qoşulmuş İnşaat Servisez MMC-nin iş kartı vardır. Həmin kartda qeyd olunur ki, görülən işlərə zəmanət verilmir. Çünki ehtiyyat hissələrini müştəri kənardan alıb gətirmişdir. İddiaçıya dəfələrlə deyilməsinə baxmayaraq avtomobili gəlib götürməmişdir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Süleymanova) 30 mart 2021-ci il tarixli, 2(009)-496/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilərək iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir.

5. Məhkəmə mövqeyini Mülki Məcəllənin 21-ci, 1096-cı və 1097-ci maddələrinə i stinad edərək belə əsaslandırmışdır ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia təmin olunmamalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

6. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İsgəndərov (sədr lik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) 04 avqust 2021-ci il tarixli, 2(103)5965/21 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq bu qənaətə gəlmişdir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. c) Kassasiya instansiya məhkəməsində birinci icraat

10. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir

11. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiya məhkəməsi) 2(102)-254/2021 nömrəli iş üzrə 26 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər – Z.Əliyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və A.Hüseynov) kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiya məhkəməsinin 2(103)-5965/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilib, işin yenidən apellyasiya baxışına göndərilməsi qət edilmişdir.

12. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işdə məhkəmələr iddianın hüquqi əsası kimi qanundan irəli gələn öhdəliyi - mülki hüquq pozuntusunu nəzərdən keçirmiş, iddiaçının deliktin şərtlərini sübuta yetirə bilmədiyi qənaətinə gələrək iddianı rədd etmişlər.

13. Bununla belə, məhkəmələr tələbin digər qanuni əsaslarını yoxlamamış, həmin əsaslara görə iddia tələbinin haqlı olub-olmadığına qiymət verməmişlər. Halbuki, işin müəyyən edilmiş faktiki halları nəzərə alındıqda ilk növbədə yoxlanılmalı olan əsas tərəflər arasında müqavilə münasibətinin olub-olmaması, cavabdehin müqavilədən irəli gələn öhdəliklər üzrə iddiaçı qarşısında məsuliyyət daşıyıb-daşımamasıdır.

14. Belə ki, tərəflərin avtomobil təmirinə dair xidmət barədə razılaşmaları, bu razılıq çərçivəsində iddiaçının özünə məxsus avtomobili təmir olunması üçün cavabdehə təhvil verm əsi, cavabdeh tərəfindən maşının bir neçə ehtiyyat hissəsi üzrə təmir işi görməsi və əşyanı iddiaçıya qaytarması, bundan sonra mühərrikdə yaranan nasazlıq səbəbindən avtomobilin yenidən cavabdehə təqdim olunması, nəticədə isə nəqliyyat vasitəsinin mühərriksiz iddiaçıya qaytarılması işin mübahisə olunmayan hallarıdır.

15. İddiaçı məhz bu münasibətlər çərçivəsində cavabdehin ona maddi zərər vurduğunu iddia edir. Cavabdeh isə maşında yaranan nasazlıqda özünün təqsirinin olmadığını bildirir.

16. Məlum olduğu kimi, podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə ar adan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur

17. Odur ki, işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən iddiaçı ilə cavabdeh arasında etibarlı bir müqavilə bağlanıb-bağlanmadığı, əgər müqavilə bağlanmışsa hansı əqd üzrə tərəflər üçün hansı öhdəliklərinin əmələ gəlməsi, bu öhdəliklərin yerinə yetirilibyetirilməməsi, o cümlədən cavabdehin göstərdiyi xidmətdə qüsur olub-olmaması, cavabdehin hərəkəti (və ya hərəkətsizliyi) ilə maşının mühərrikinin yararsız vəziyyətə düşməsi arasında səbəbli əlaqə, bu məsələdə cavabdehin təqsiri və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar tam və hərtərəfli şəkildə araşdırılmalıdır.

18. Bunun üçün tərəflərin bildirdikləri faktiki hallar üzrə işin müba hisəsiz və mübahisəli halları aydınlaşdırılmalı, mübahisəli halları sübut etmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü müəyyənləşdirilməli (§ 20), onlara dair təqdim olunan sübutlar yoxlanılmalı, tərəflərin vəsatəti əsasında zəruri olduqda mütəxəssis və ya ekspert rəyləri alınmalı (§ 21, 23), toplanmış sübutlar hüquq normalarına uyğun qiymətləndirilməklə (§ 22), cavabdehin iddiaçı qarşısında müqavilədən (və ya digər əsasdan) irəli gələn öhdəliyinin olub-olmamasına yekun hüquqi qiymət verilməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. İkinci apellysiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)--254/2022 saylı Qərarındakı mövqeyə uyğun olaraq iş materiallarının 10-cu səhifəsindəki İş kartında qey d edilmiş ehtiyat hissələri iddiaçının avtomobilinə quraşdırılarkən texniki qüsurlar və.sair səbəbdən iddiaçının avtomobilinin mühərikində nasazlıq yaranmasına səb olmasının mümkün olubolmamasının araşdırılması üçün 23 may 2022-ci il tarixlərdə və 25 iyul 2022-ci il tarixlərdə məhkəmə-mühəndis texniki ekspertizalar təyin olunmuşdur. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin müxtəlif, o cümlədən sonuncu 06 oktyabr 2022- ci il tarixli məktubu ilə Mərkəzdə nəqliyyat vasitələrinə ehtiyat hissələrinin quraşdırılması, ehtiyat hissələrinin keyfiyyətli olub-olmaması, eyni zamanda quraşdırılma zamanı texniki qüsurlara yol verilib-verilməməsi ilə bağlı məsələləri tədqiq edən ekspertiza növü və ixtisası nəzərdə tutulmadığından rəy verilməsi mümkün olmadığı bildir ilmişdir.

20. Bundan sonra məhkəmə kollegiyası yuxarıda qeyd edilən sualların cavablandırılması üçün məhkəmə kollegiyasının iclasında mütəxəssisləri dindirmişdir.

21. Məhkəmə kollegiyasının iclasında mütəxəssis, "xxxx" QSC-də mühərrik ustası vəzifəsində işləyən X4 bildirmişdir ki, qeyd olunan avtomobildə yağ itkisi olmamış, usta səhvliyi olmamışdır. Avtomobilin mühərrik sistemində yaranan problemlər yağ çatışmazlığından olmuşdur.

22. Həmçinin, mütəxəssis, "xxxx" QSC-də mühərrik ustası vəzifəsində işləyən X3 bildirmişdir ki, avtomobildəki dirsəkli val mühərrikin yağ dövriyyəsinə təsir göstərib və təzyiq aşağı düşüb. Dirsəkli valın qeyri-original olması avtomobilin yağ təzyiqinə təsir göstərmiş və bu da yağ itkisinə səbəb olmuşdur. Hesab edir ki, avtomobilin ehtiyyat hissəsi original deyil.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2858/22 nömrəli iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Rəfael Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin avtomobil təmirinə dair xidmət barədə razılaşmaları, bu razılıq çərçivəsində iddiaçının özünə məxsus avtomobili təmir olunması üçün cavabdehə təhvil verməsi, cavabdeh tərəfindən maşının bir neçə ehtiyat hissəsi üzrə təmir işi görməsi və əşyanı iddiaçıya qaytarması, bundan sonra mühərrikdə yaranan nasazlıq səbəbindən avtomobilin yenidən cavabdehə təqdim olunması, nəticədə isə nəqliyyat vasitəsinin mühərriksiz iddiaçıya qaytarılması işin mübahisə olunmayan hallarıdır. İddiaçı məhz bu münasibətlər çərçivəsində cavabdehin ona maddi zərər vurduğunu iddia edir. Cavabdeh isə avtomobildə yaranan nasazlıqda özünün təqsirinin olmadığını bildirir.

25. Məlum olduğu kimi, podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

26. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, avtomobildəki dirsəkli val mühərrik in yağ dövriyyəsinə təsir göstərib və təzyiq aşağı düşüb. Dirsəkli valın qeyri-original olması avtomobilin yağ təzyiqinə təsir göstərmiş və bu da yağ itkisinə səbəb olmuşdur. Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli, sifariş №İKNOV00205 iş kartında avtomobildəki dirsəkli val deyilən ehtiyat hissəsinin təmiri yaxud dəyişdirilməsi kimi xidmətin cavabdeh tərəfindən göstərilməsi nəzərdə tutulmamış, həmçinin belə xidmətin cavabdeh tərəfindən göstərilməsi iş materialları ilə müəyyən olunmur. Buna görə də, cavabdehin göstərdiyi xidmətdə qüsur olmamış, cavabdehin hərəkəti (və ya hərəkətsizliyi) ilə maşının mühərrikinin yararsız vəziyyətə düşməsi arasında səbəbli əlaqə mövcud deyil, bu məsələdə cavabdehin təqsiri yoxdur.

27. Məhkəmə öz möqveyini Mülki Məcəllənin 386.1, 752.1 və 765-ci maddələrinə istinad ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2858/2022 saylı iş üzrə, 21 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qabul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ancaq mütəxəssi rəylərinə istinad edir. Məhkəməyə dəvət olunmuş mütəxəssislər isə mühərrikə və detallara baxmadan sadəcə verilən suallara cavab olaraq avtomobillin mühərrikinin nasazlığının (yəni avtomobilin motorunun dağılmasının) mühərrikdə yağ çatışmamazlığından yarandığını qeyd etmişlər. Yağ çatışmamazlığına səbəb isə avtomobilin mühərrikində olan dirsəkli v alın qeyri-orijinal olduğunu, dirsəkli valin isə servis tərəfindən dəyişdirilmədiyi qeyd olunur. Burada belə bir sual yaranır, bir mütəxəssis mühərrikə və detallara baxmamış həmin detalın orijinal və ya qeyri-orjinal olmasını necə müəyyən edə bilər? Digər tərəfdən məhkəmə qeyd edir ki, iş materiallarında olan iş kartında avtomobilin mühərrikində dirsəkli valın dəyişdirilməsi ilə bağlı heç bir qeyd yoxdur, servis tərəfindən iddiaçının avtomobilinin mühərrikində dirsəkli val dəyişdirilməmişdir. Bildiririk ki, mühərrikdə yaranmış nasazlıqla bağlı cavabdeh Servis xidmətinə müraciət olunmuş, cavabdeh hansı detalların dəyişdirilməsi, görüləcək işlərin siyahısı iddiaçıya bildirilmişdir. İddiaçı isə Cavabdeh MMC ilə razılaşmış və öz avtomobilini mühərrikin saz vəziyyətə gətirilməsi üçün Cavabdeh M MC-nə təhvil verilmişdir. Sonra isə Cavabdeh MMC avtomobilin hazır olduğunu gəlib avtomobili götürə biləcəyi barədə iddiaçıya məlumat vermişdir. İddiaçı Servisə gəlmiş, avtomobilini götürüb qayıdan zaman avtomobil yolda xarab olmuşdur (motor dağılmışdır). Bildirirk ki, mütəxəssislərin qeyd etdiyi kimi, qəbul etsək belə, avtomobilin mühərrikində dirsəkli valın qeyri orjinal olması səbəbindən guya mühərrikdə yağ təzyiqi aşağı olmuş və mühərrik sıradan çıxmışdır. Bəs mühərriki təmir edən cavabdeh müəssisənin “mütəxəssisləri“ mühərriki təmir etdirən zaman mühərrikdə yağın təzyiqini yoxlamalı deyildimi? Digər tərəfdən yeni yağı dəyişdirilmiş mühərrik ən azından bir neçə km yol qət etdikdən sonra yağ çatışmamazlığından sıradan çıxa bilərdi. Dirsəkli valın cavabdeh müəssisə tərəfindən dəyişdirilm əməsi fikrinə gəldikdə isə bildiririk ki, mühərikdə hansı detalların dəyişdirilməsini iddiaçı özü yox, cavabdeh müəssisənin mütəxəssisləri müəyyən etmişdir. Hamıya məlumdur ki, mühərrik (motor yığılanda) təmir olunanda isə onun bütün detalları sökülüb yenidən yığılır. Mühərrikin yığılması bir necə detalın dəyişdirilməsi ilə yekunlaşmır. Bütün yuxarıda qeyd olunanlara özlüyündə sübut edir ki, mühərrikin yararsız hala (motorun dağılması) düşməsi məhz cavabdeh müəssisənin göstərdiyi qüsurlu xidmət nəticəsində yaranmışdır. İş materiallarında avtomobilin mühərrikinin məhz ehtiyat hissələrinin guya keyfiyyətsiz olması səbəbindən yararsız hala düşdüyü barədə heç bir mötəbər sübut yoxdur. Avtomobilin mühərrikinin yararsız hala düşməsi məhz cavabdeh MMC-nin öhdəliklərin icrasına vicdansızcasına yan aşması nəticəsində yaranmışdır. Belə olan halda, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, təmir etdirilməsi üçün servisə təqdim olunmuş avtomobili yararsız hala salmışdır. Lakin göründüyü kimi, apelyasiya instansiya məhkəməsi iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, nəticədə ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 31..Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

32. Maddə 752.1. Podrat müqaviləsinə gör ə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

33. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

34. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.

35. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.

36. Maddə 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər.

37. Maddə

765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.

40. Maddə 64.2. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur.

41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yox dur.

44. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. təm Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə ləğv edilməlidir.

54. İş materiallarından görünür ki, tərəflər a rasında iddiaçıya məxsus avtomaşının təmiri ilə bağlı şifahi podrat müqaviləsi bağlanmış, iddiaçı tərəf görülmüş işlərin keyfiyyətsiz və qüsurlu olduğunu, nəticədə avtomaşının mühərrikinin cavabdehin təqsirindən yararsız hala düşdüyünu, cavabdeh tərəf isə bu qüsurun onun təqsirindən qaynaqlanmadığını, dəyişdirilən hissələrin iddiaçı tərəfindən təqdim edildiyini, onların orijinal ehtiyat hissəsi olmadığına görə görülən işlərə zəmanət vermədiyini göstərdiyindən bu dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmalı, görülmüş işin qüsurlu olub-olmaması, qüsurlar varsa, onların aradan qaldırılması üçün tələb edilən vəsaitin miqdarı müəyyən edilməli, bu xüsusi bilik tələb edərsə, iş üzrə müvafiq ekspertiza təyin edilməklə həll edilməli idi.

55. Belə ki, Azərbaycan Respublikası M M-nin podrat münasibətlərini tənzimləyən 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

56. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində nəqliyyat vasitələrinə ehtiyat hissələrinin quraşdırılması, ehtiyat hissələrinin keyfiyyətli olub-olmaması, eyni zamanda quraşdırılma zamanı texniki qüsurlara yol verilibverilməməsi ilə bağlı məsələləri tədqiq edən ekspertiza növü və ixtisası nəzərdə tutulmadığından məhkəmənin iş üzrə təyin etdiyi ekspertiza qərardadı icrasız qalmış, məhkəmə bu məqsədlə "xxxx" QSC-də mühərrik ustası vəzifəsində işləyən 2 mütəxəssis dəvət e tmiş və həmin mütəxəssislərin fikirlərini əsas götürməklə yuxarıda göstərilən nəticəyə gəlmişdir.(bax &26)

57. Lakin işdən həmin mütəxəssislərin avtomaşına və ya onun yararsız vəziyyətə düşən mühərrikinə tərəflərin iştirakı ilə baxış keçirməsi müəyyən edilmir. Belə olan halda, mühərrikin yararsız hala düşməsinə səbəb kimi dirsəkli valın mühərrikin yağ dövriyyəsinə təsir göstərməsi, onun qeyri-orijinal olması, buna görə yağ itkisinə səbəb olması barədə şifahi verdikləri izahatlarının mötəbərliyi şübhə doğurur. Həmçinin iş kartına əsasən cavabdeh tərəfindən mühərrik işi görüldüyü və mühərrik tam söküldüyü halda, mütəxəssislərin qeyd etdiyi dirsəkli valın yarada biləcəyi bu problemin hansı səbəbdən cavabdeh tərəfindən aradan qaldırılmadığı və həmin ehtiyat hissəsinin dəyişdirilmədiyi məhkəmə tərəfindən araşdırılmamışdır.

58. Eyni zamanda, mütəxəssis kimi cəlb edilən şəxslərdən biri X2 işin 11-ci vərəqində olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən avtomobili iddiaçının nümayəndəsinə mühərriksiz vəziyyətdə təhvil verən "xxxx"MMC-nin nümayəndəsi olduğu görünür. Belə olan halda, işdə maraqlı olan həmin şəxsin mütəxəssis kimi dindirilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur.

59. Mülki Məcəllənin podrat müqaviləsindən irəli gələn münasibətləri tənzimləyən maddələrinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. ( Maddə 763.1, 764.1, 765, 766)

60. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin y erinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının əsası, cavabdehin isə iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara düzgün və müfəssəl hüququ qiymət verməyərək, iş üzrə müstəqil mütəxəssislər cəlb etməklə, həmin mütəxəssislərin iştirakı ilə müvafiq ekspertizanın keçirilməsini təmin etməyərək, xüsusi bilik tələb edən işin xidmətin qüsurlarının mövcud olub-olmamasını, yaranan qüsurda kimi təqsirinin olduğunu ətraflı araşdırmayaraq, yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərini pozmuşdur.

62. Halbuki işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhk əmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

63. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konsti tusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

64. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, hazırkı mübahisənin həlli üçün işin qüsursuz yerinə yetirilməsinə dair yetərli mötəbər sübutlar olmamasına əhəmiyyət verməmiş, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.

65. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, bu dəlillər apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır.

66. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər araşdırılıb hüquqi qiymət verilməklə, mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir.

67. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2858/2022 saylı iş üzrə, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni baxışa göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar