Məhkəmə qərarları › İş №2(102)-1286/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1286/2024

08.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1286/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Elbrus oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: mülkiyyət hüququnun müdafiəsinə dair tələblər, mülkiyyətdə olan obyektdən məcburi qaydada çıxarılma vindikasiya iddiası ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Elbrus oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Ko llegiyasının 2(103)-545/2023 nömrəli, 04 dekabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayətinə 08 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 71,90 kv.m olan qeyri-yaşayış sahəsi 04 sentyabr 2021-ci il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı Elbrus oğlunun adına qeydiyyata alınmışdır.

2. Cavabdehlər məcburi köçkün olmaqla həmin ünvanda yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Elbrus oğlu (bundan sonra “iddiaçı”) iddia ərizəsi (ərizənin dəqiqləşdirilməsi ilə bağlı ərizə) ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavab deh4 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 54 saylı qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbini onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ üzrə iddiaçıya məxsus qeyri-yaşayış sahəsində Füzuli rayon sakinləri Cavabdeh1, onun arvadı Cavabdeh2 və digər ailə üzvləri məcburi köçkün kimi artıq uzun illərdir ki, müvəqqəti məskunlaşaraq mülkiyyətçinin mülkiyyət hüququnu məhdudiyyətsiz həyata keçirməsinə mane olurlar.

5. Qeyd edilən şəxslərin mənzillə təmin edilib-edilməmələri barədə 02 fevral 2022-ci il tarixli, 1326/22 saylı Vəkil sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli, 132 saylı məktubunda qeyd edilir ki, Füzuli rayonunda n məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, X6, X2, X9, X7 dövlət tədbirləri əsasında ünvan 2 ünvanında (4 otaq) Cavabdeh1 və ailə üzvləri ilə birlikdə 22 iyul 2018-ci il tarixdə mənzillə təmin edilmişlər.

6. Komitənin müvafiq məktubundan da göründüyü kimi Cavabdeh1 və ailə üzvləri yaşamaq üçün 4 otaqlı mənzillə təmin edilmələrinə baxmayaraq iddiaçının qeyri-yaşayış sahəsi üzrə mülkiyyət hüquqlarını pozmaqda davam edirlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1-152.5 və 157.1-ci maddələrinə istinad etmişdir.

8. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, MİS-in müdiri tərəfindən onlara 20 09-cu il tarixində arayış verilmiş və arayışda mübahisəli ərazidə yaşadıqları qeyd edilmişdir. O, mübahisəli ərazinin yerləşdiyi ərazidə çörək zavodunda sürücü işləyir. İş vaxtı günortalar yemək yemək üçün həmin evə gedir və buna görə də iddia təmin olunmamalıdır.

9. Birinci instansiya məhkəməsində Cavabdeh3 nümayəndəsi və vəkili X1 iddiaya etirazında göstərmişdir ki, iş materiallarına əlavə edilmiş 53 saylı MİKS-in arayışlarında qeyd edilmişdir ki, Cavabdeh1 mübahisəli ərazidə 1993-cü il tarixindən 2018-ci il tarixinə qədər yaşamış, Cavabdeh3 isə 1993-cü ildən indiki tarixə qədər mübahisəli evdə yaşayır. Azərbaycan Respublikasının Prezidentinin sərəncamında qeyd edilmişdir ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədi ilə yeni qəsəbələrə və evlərə köçürülənədək, mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılmasının qarşısının alınması üçün müntəzəm lazımi tədbirlər həyata keçirilsin. Qanunvericiliyə əsasən mülkiyyətçinin dəyişməsi əmlakdan istifadə hüququnu istisna etmir. Cavabdehin servitut hüququ var. Qaz, su və işiq cavabdehin adınadır. Cavabdeh3 başqa yaşayış yeri yoxdur və onun 2 övladı var. İddia tələbi Cavabdeh3 aid hissədə rədd edilməlidir.

10. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1544/2022 nömrəli, 30 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən onlara məxsus əşyalarla birlik də çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılması qət edilmişdir. (hakim Qumru Əliyeva)

11. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 100 nömrəli xx.xx.2021-ci il tarixli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə iddiaçının adına qeydiyyatdan keçmişdir və hazırda sonuncunun mülkiyyətindədir. Füzuli rayonunun işğalından sonra, 1993-cü ildən həmin rayondan məcburi köçkünlər Cavabdeh1, onun arvadı Cavabdeh2 və digər ailə üzvləri ünvan 4 ünvanında məskunlaşmışlar.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 3 ünvanda yerləşən qeyriyaşayış sahəsi Azərba ycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 100 nömrəli xx.xx.2021-ci il tarixli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə iddiaçının adına qeydiyyatdan keçmişdir, lakin həmin əmlak məcburi köçkün olan cavabdehlər tərəfindən zəbt edilmişdir. Hazırda isə cavabdehlər mübahisə predmeti olan ünvanda məskunlaşdıqlarından iddiaçı mülkiyyətçisi olduğu qeyri-yaşayış sahəsinə dair sərbəst şəkildə sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir. Belə ki, iddiaçı öz əmlakına faktiki sahiblikdən məhrum olmuşdur və həmin əmlak cavabdehlərin faktiki sahibliyindədir.

13. Birinci instansiya məhkəməsi mülkiyyətin qorunması ilə bağlı qanunvericilik normalarının tələblərindən, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli Qərarındakı mövqeyindən çıxış edərək göstərmişdir ki, məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Hazırda məcburi köçkün olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (məcburi köçkün deyil, lakin Cavabdeh3 ilə evləndikdən sonra mübahisəli evdə məskunlaşmışdır) mübahisəli əmlakda məskunlaşmaları həmin əmlakın qanuni sahibi, eyni zamanda mülkiyyətçisi olan iddiaçının İddiaçı Elbrus oğlunun hüquqlarını pozur. Buna görəd də cavabdehlər həmin evdən çıxarılmalı və ev boşaldılmalıdır.

14. Birinci instansiya məhkəməsi həmçinin vurğulamışdır ki, iş materiallarına əsasən dövlət tədbirləri əsasında ünvan 5 ünva nda (4 otaq) Cavabdeh1 ailə üzvləri ilə birlikdə 22 iyul 2018-ci il tarixdə “Xüsusi Təyinatlı Yaşayış X3” əsasında mənzillə təmin edilmişlər. Qeyd edilən ailə üzvləri Cavabdeh2, X6, X2, X9, X7 olmuşdur. Hazırda digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 həmin ünvanda mənzillə təmin edilməmişlər. Lakin hazırkı vaxtadək Cavabdeh3 digər ailə üzvləri kimi onunla “Xüsusi Təyinatlı Yaşayış X3” bağlanmasını tələb etməmiş və ya həmin müqaviləni mübahisələndirməmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 164.1-ci “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1ci Mülki Prosessual Məcəllənin 14.2 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyas iya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianının ona qarşı hissədə rədd edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətinin dəlilləri: - cavabdehlər 1993-cü ildən məcburi köçkün düşdüyü vaxtdan hazırkı vaxta kimi göstərilən ünvanda yaşamışlar. Cavabdeh3 həmin ünvanda hərbi qeydiyyata alınmış və müvəqqəti qeydiyyatda düşmüşdür. Bu barədə Bakı şəhəri İcra Hakimiyyəti Nizami rayon MKTB-nin 88 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi xx.xx.2009-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2022-ci il tarixli arayışlarla müəyyən edilir ki, Cavabdeh3 Fizuli rayonundan Məcburi Köçkün düşməklə 88 saylı MKİS-in ərazisində Naxçıvanski küçəsi 54 saylı mənzildə (qeyri-yaşayış) sahəsində məskunlaşmışdır. Sonradan həmin idarə hans ısa məlum olmayan səbəblərdən məhkəməyə ünvanlanmış məktubunda verdikləri arayışlara tam əks olaraq göstərmişdir ki, Cavabdeh3 ünvan 7 ünvanda yaşamır. Belə bir vəziyyətdə həmin saxta arayışın hansı məlumatlar əsasında verilməsi cavabdehə məlum deyil. Belə ki, cavabdeh öz ailə üzvləri ilə, yəni yoldaşı Cavabdeh4 və azyaşlı ovladı ilə adıçəkilən ünvanda yaşayır və onların yeganə yaşayış yeri həmin ünvandır; - iş materiallarına əlavə edilmiş bir sıra sənədlərdən də göründüyü kimi, dövlət tədbirləri əsasında ünvan 5 ünvanda (4otaq) Cavabdeh1 və ailə üzvləri ilə birlikdə 22 iyul 2018-ci il tarixdə “Xüsusi Təyinatlı Yaşayış X3” bağlanaraq, mənzillə təmin edilmişlər. Məhkəmə nəzərə almamışdır ki, iş materiallarında olan sənədlərdən də bəlli olduğu kimi, dövlət strukturları tərəfindən Cavabdeh3 yaşayış sahəsi ilə təmin edilməsi ilə bağlı bir dənə də olsun sübut mövcud deyildir. Yəni Cavabdeh3 artıq uzun illər məskunlaşdığı qeyri-yaşayış sahəsində ailə üzvləri ilə yaşamaqla heç bir şəxsin hüquqlarını pozmamışdır. Əksinə, DƏDRX tərəfindən onun hüquqları pozulmuşdur. - “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 149 saylı Fərmanı ilə məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati, yardımçı və digər binalarda məskunlaşdırılması qaydası təsdiq edilmişdir. Qeyd olunmalıdır ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafi q icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər; - işin hallarından da göründüyü kimi, cavabdehlərin məskunlaşdığı qeyri-yaşayış sahəsi hər hansısa bir şəxsə onların məskunlaşmasından əvvəl verilməmiş və onlar həmin qeyri-yaşayş sahəsini abadlaşdırmış, oranı təmir etmiş, tam yaşayış üçün yararlı vəziyyətə gətirib çıxarmışlar. Cavabdeh3 öz hərəkətləri ilə heç bir şəxsin hüquqlarını pozmamışdır.

18. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman Cavabdeh3 nümayəndəsi (vəkili) vəsatət verərək işin icraataılnı dayandırılmasını xahiş etmiş, vəsatətini də onunla əsaslandırmışdlr ki, Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “alqısatqı müqaviləsinin və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi 29 noyabr 2022-ci il tarixli qərdadla iş üzrə icraatı dayandırmışdır.

20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3986/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh3 Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı adına icarə müqaviləsinin və əmlakın sonuncunu adına rəsmiləşməsinə dair müqavilələrin ləğv edilməsi və s. tələbləri mümkün sayılmamışdır. Əsas Cavabdeh3 belə bir iddianı qaldırmağa müvafiq subyektiv hüququnu olmaması olmuşdur. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2001/ 2023 saylı 01 may 2023-cü il tarixli qərardadı ilə dəyişdirlmədən saxlanmış, sonuncu qərardad da Ali Məhkəmənin 2-1(103)-1770/2023 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-545/2023 saylı, 4 dekabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1544/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov, Elşən Kazımov)

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh3 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv, Cavabdeh3 və onun ailə üzvlərinə qarşı irəli sürülmüş iddia tələbinin rədd edilməsi bar ədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətində qeyd olunmuşdur ki, cavabdehlərin məskunlaşdığı qeyriyaşayış sahəsi hər hansısa bir şəxsə onların məskunlaşmasından əvvəl verilməmiş və heç bir şəxsin istifadəsində olmamışdır. Xüsusi ilə də iddiaçı 2 iyun 1993-cü ildə sözügedən mənzilə yaşayış orderi almamışdır. Əksinə, bu qeyri-yaşayış sahəsində cavabdehlər məskunlaşdığı və orada yaşadığı halda, qanunsuz olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 100 nömrəli xx.xx.2021-ci il tarixli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021ci il tarixdə iddiaçının adına qeydiyyatdan keçmişdir. Göründüyü kimi, qanunsuz hərəkətlər artıq bu andan həyata keçirilmişdir. Lakin məhkəmə instansiyaları t ərəfindən bu qanunsuzluğa göz yumularaq, iş üzrə iddia tələblərinin rədd edilməsi və iş üzrə xüsusi qərardad çıxarılması əvəzinə, iddiaçının iddia tələbi təmin edilmişdir. Məhkəmə özünün qətnaməsində iş materiallarında olan sübutları sadalasa da, onları düzgün qanuna müvafiq qaydada qiymət verməmiş və nəticədə cavabdehin sahibliyində və istifadəsinə olan qeyri-yaşayış sahəsindən çıxarılmasına dair qətnamə qəbul etmişdir. Cavabdeh3 artıq uzun illər məskunlaşdığı qeyri-yaşayış sahəsində ailə üzvləri ilə yaşamaqla heç bir şəxsin hüquqlarını pozmamışdır. Əksinə, DƏDRX tərəfindən Cavabdeh3 hüquqları pozulmuşdur. İş materiallarından göründüyü kimi, dövlət tədbirləri əsasında ünvan 2 ünvanda (4 otaq) Cavabdeh1 və ailə üzvləri 22 iyul 2018-ci il tarixdə “Xüsusi Təyinatlı Yaşayış X3” əsasında mənzi llə təmin edilmişlər. Lakin işə baxan məhkəmə instansiyaları işin bu hallarını nəzərə almamış və nəticədə Cavabdeh3 və onun ailə üzvlərinin (həyat yoldaşı və övladı) hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.[230] Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutl arı araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya inst ansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəm əsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

27. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsin i tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti iddianın Cavabdeh3 qarşı təmin edilən hissəsi olub, bu baxımdan qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apelyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

31. İddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən Cavabdeh3 və ailə üzvlərinin (iddia ərizəsində ailə üzvləri göstərilib) çıxarılması barədədir. İddiaçı tələbinin əsası kimi qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına, cavabdehin orada qanunsuz məskunlaşmasına istinad etmişdir.

32. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisədə adı keçən qeyriyaşayış sahəsi iddiaçı nın adına daşınmaz əmlakın dövlət reyestrində 04 sentyabr 2021ci ildə qeydiyyata alınmışdır, cavabdeh isə hazırda həmin qeyri-yaşayış sahəsində məskunlaşmaqla iddiaçının mülkiyyət hüquqlarını pozur.

33. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.

34. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafeləri nin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini – qeyri-yaşayış sahəsinin iddiaçının adına rəsmiləşməsinin qanunsuz olması – əsassız sayır. Əvvəla, işdən görünür ki, cavabdeh iddiaçının adına aparılmış reyestr qeydiyyatının qanunsuz olması barədə inzbati icraat qaydasında iddia qaldırmış və onun həmin iddiası mümkün sayılmamışdır.

36. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia təl əbi qeydə alınmış əşya hüququna söykənir. İddiaçının mülkiyyət hüquqları qeydə alınıb. Əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir.

37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-545/2023 nömrəli, 04 dekabr 2023-cü il tarixli qətnaməsi dəyiş dirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar