Məhkəmə qərarları › İş №2(102)-1295/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1295/2024

25.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1295/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Dadaşova (Həsənova) Esmira İman qızına və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin əsasları, birgə nikah dövründə əldə olunmuş əmlaka istifadə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2(106)1654/2023 nöm rəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı və Dadaşova (Həsənova) Esmira İman qızı 16 noyabr 2000-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx xxxxxxx 2001-ci il təvəllüdlü Cavabdeh2 anadan olmuşdur. 2. 22 sentyabr 2008-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili almış və həmin mənzil üzərində mülkiyyət hüququ 10 oktyabr daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

3. Şirvan Şəhər Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 və İddiaçı arasında 16 noyabr 2000-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahları ndan xx xxxxxxx 2001-ci ildə anadan olmuş Cavabdeh2 Cavabdeh1 himayəsində saxlanılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Dadaşova (Həsənova) Esmira İman qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, tərəflərin nikahları pozulduqdan sonra cavabdehlər yaşadıqları mənzildən çıxıb getmiş və həmin vaxtdan da həmin mənzilə qayıtmamışlar. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilin pasport qeydiyyatında olması iddiaçının mülkiyyət hüququnu pozur. Belə ki, iddiaçı cavabdehlərin digər ünvanlarda yaşamasına baxmayaraq, onların adına əlavə olaraq kommunal xərcləri ödəmək məcburiyyətindədir. Cavabdehlərin iddiaçıya məxsus mənzildə pasport qeydiyyatında olması formal xarakter daşıyır. İddiaçı cavabdehlərə müraciət edərək mənzilin pasport qeydiyyatından çıxmalarını xahiş etsə də, məqsədinə çatmamışdır. Başqa daimi yaşayış ünvanı olan cavabdehlər mənzilin pasport qeydiyyatından çıxmaqdan imtina edirlər.

6. Şirvan Şəhər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(032)-672/2023 nömrəli qətnaməsi ilə (hakim C.M.Mustafayev) iddia qismən təmin edilmiş, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzil tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlakdır. Cavabdeh Dadaşova (Həsənova) Esmira İman qızı mübahisəli mənzilin mülkiyyətçisidir. Yəni mübahisəli mənzil onların birgə nikahı dövründə əldə edilmiş əmlakdır və qanunvericiliyin tələblərinə əsasən qeyd edilən əmlak ümumi mülkiyyətdə olan əmlak hesab edilir. Cavabdeh Dadaşova (Həsənova) Esmira İman qızı mənzildə istifadə hüququ olan şəxs deyil, mənzilə birgə mülkiyyət hüququ əsasında hüququ olan şəxsdir. Bu səbəbdən iddia həmin cavabdehə qarşı hissədə təmin edilə bilməz.

8. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh2 mübahisəli mənzildən artıq fasiləsiz olaraq istifadə etməməklə həmin hüququn əldə edilməsini zəruri edən əsasın (yaşayış sahəsinə ehtiyacın) olmasını göstərən hər hansı hərəkətinin olmaması, məhz onun həmin hüquqda n istifadə etməsini zəruri edən əsasın aradan qalxması kimi qəbul edilməli və iddia tələbi bu hissədə təmin edilməklə Cavabdeh2 mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməlidir.

9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 213.1, 213.2-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli və 29 mart 2016-cı il tarixli qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, Şirvan Şəhər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(032)-672/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya icraatında cavabdeh Dadaşova (Həsənova) Esmira İman qızı ilə telefon vasitəsilə əlaqə saxlanılmış, o, hazırda Rusiya Federasiyasında olduğunu, məhkəmə iclası barəsində məlumatı olsa da, maddi imkansızlıq səbəbindən məhkəmə iclasına gələ bilmədiyini bildirmiş, həmçinin qeyd etmişdir ki, o, Rusiya Federasiyasında uzun illər ərzində əldə etdiyi gəlirləri mübahisəli mənzilə sərf etmişdir, lakin hazırda işi ilə əlaqədar Rusiya Federasiyasında qalmağa məcbur olmuşdur. Buna baxmayaraq, onun hazırda həmin mənzilə qayıda bilməməsi onun mənzil üzərində hüququnun itməsinə səbəb ola bilməz. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 dekabr 2023-cü il tarix li, 2(106)-1654/2023 nömrəli qətnaməsi ilə (hakim İ.S.Mayılovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Q.Əsədovdan və T.X.Heydərovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(032)672/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, şəxsin ümumi birgə mülkiyyətində olan əmlakdan istifadə etməməsi onun həmin əmlak üzərində mülkiyyət hüququnun və eləcə də istifadə hüququnun aradan qalxmasına səbəb olan hal kimi çıxış edə bilməz. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 152.7-ci maddəsinə əsasən, istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində sadəcə iddiaçının adına qeydə alınsa da, bu hal həmin əmlak üzərində cavabdeh Esmira Dadaşovanın (Həsənovanın) hüququnun olmaması demək deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2(106)-1654/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 27, 29, 33, 43-cü, Mülki Məcəllənin 152, 228.2, 228.5c i, Mülki Prosessual Məcəllənin 77.1, 88, 217.3, 218.1, 220-ci maddələri pozulmuşdur.

16. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

17. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

18. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növü nə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsası nda həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi il ə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və kassasiya kollegiyası gəlinən nəticə ilə tam razılaşır.

26. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisəli mənzilin iddiaçı ilə cavabdeh Dadaşova (Həsənova) Esmira İman qızının birgə nikahları dövründə əldə olunduğu üçün onların ümumi birgə əmlakları olması işin mübahisəsiz halıdır. İddiaçı nə iddia ərizəsində, nə də apellyasiya və kassasiya şikayətlərində bu halın əksinə dəlil irəli sürməm iş və hər hansı sübut təqdim etməmişdir.

27. Mübahisəli əmlakın ümumi birgə mülkiyyət hüquqi ilə cavabdehə məxsus olduğu halda isə, həmin mənzildən uzun müddət istifadə etmədiyi üçün hüquqlarına xitam verilməsinə dair iddiaçının tələbinin rədd edilməli olmasına dair apellyasiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Belə ki, əmlakdan istifadə hüququ mülkiyyət hüququnun bir elementi olmaqla, ondan müəyyən vaxt kəsiyində istifadə olunmaması hüququn aradan qalxmasına və ya xitamına əsas ola bilməz.

28. İddiaçının Mülki Məcəllənin 228-ci maddəsinə istinadı da əsassızdır. Belə ki, həmin maddə ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə hüquqlarının yaranmasının və xitamının əsasları tənzimlənmişdir. Hazırki halda isə cavabdehin mübahisəli mənzildən istifadə hüququ mülkiyyətçinin ailə üzvü olmasından deyil, özünün mülkiyyətçi olmasından irəli gəlmişdir.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti t əmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2(106)-1654/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar