Məhkəmə qərarları › İş №2(102)-1299/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-1299/2023

28.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1299/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənədin əlavə olunmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2022-ci il ta rixli, 2(107)-1201/2022 saylı qətnaməsindən İddiaçı vəkili tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz hesablarına onlar tərəfindən ünvan 1 ünvanında yerləşən şəxsi mülkiyyətində olan fərdi yaşayış evində və həyətyanı torpaq sahəsində, qeyri-qanuni tikinti norma və tələblərinə əməl edilmədən aparılmış bütün tikinti və qeyri-tikinti sahəsinin sökülməsi, yağış sularının mülkiyyətində olan əraziyə axıdılmaması üçün novun çəkilməsi, başlarının üzərində gecə və gündüz işlədilən güclü səsi ilə onlara narahatçılıq verən su motorunun dər hal yerinin dəyişdirilməsi, mülkiyyətində olan yaşayış evinə və həyətyanı torpaq sahəsinə baxan eyvanın onlar tərəfə olan hissəsinin mütəxəssislərin iştirakı və rəyi ilə tam olaraq daşla hörülməsi (başlarına uçmaması üçün), zəhərli və çirkli hava vurulan hissənin, çirkab sularının axıdılması, qaz xətti çəkilməsi və s. üçün açılmış dəliyin betonlaşdırılmasına (əvvəlki vəziyyətin bərpa edilməsi) dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Yevlax Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(039)-541/2022 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia qismən təmin olunmuş, ünvan 1 ünvanında yerləşən iddiaçının torpaq sahəsinə cavabdehlərə məxsus ev tərəfindən açılmış dəliklərin cavabdehlər Cavabdeh1 və Cava bdeh2 hesabına bağlanması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 və Cavabdeh2 50 manat ekspertiza xərcinin tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE********** ********** hesaba ödənilməsi qət edilmişdir.

3. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(039)- 541/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməmiş hissəsində təmin edilməsi barədə yeni çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

4. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2(107)-1201/2022 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(039)-541/2022 saylı qətnaməsi mübahisələndirilən - iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən sаxlаnılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

5. İddiaçı vəkili həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və mahiyyəti üzrə araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

8. Maddə 407.3 Kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şi kayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

9. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;...

10. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

11. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.

13. Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassas iya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

15. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriy asına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini, o cümlədən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmasını, qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənədin əlavə edildiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

16. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. Belə ki, iş materialları araşdı rılarkən məlum olur ki, kassasiya şikayəti Vəkil tərəfindən elektron qaydada imzalansa da, kassator İddiaçı özü tərəfindən imzalanmış surəti iş materiallarına əlavə olunmamışdır. Habelə kassasiya şikayətini imzalamış vəkilə kassasiya şikayətini imzalamaq səlahiyyətini verən etibarnamə işə əlavə olunmamışdır.

17. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən şikayətin onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmaması, nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməməsi) apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kass asiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

18. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2(107)-1201/2022 saylı qətnaməsindən İddiaçı vəkli tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar