Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-130/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsin tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həbsdə saxlanması nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsin tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həbsdə saxlanması nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4817/2022 nömrəli, 15 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinə 17 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli 1(102)-786/2021 saylı qərarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli hökmü ilə İddiaçı Azərbayca n Respublikası CMnin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 26 avqust 2019cu il tarixdən hesablanması hökm edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 11 mart 2020-ci il tarixli qərarı ilə İddiaçı müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli hökmü dəyişiklik edilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli 1(102)-786/2021 saylı q ərarı ilə İddiaçı müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 11 mart 2020-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 07 yanvar 2022-ci il tarixli 1(103)-42/2022 saylı qərarından görünür ki, İddiaçı müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli hökmü ləğv edilmiş və yeni hökm çıxarılmış, İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə bəraət verilmiş, onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalından dərhal azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyan - müdafiəçiyə hüquqi yardımla əlaqədar ödənilmiş 300 manat; onun Azərbaycan Respublikası CM-nin 262.3-ci maddəsi ilə təqsirli bilinərək, azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair hökmün icrası ilə əlaqədar 2 il 5 ay (29 ay) qanunsuz həbsdə qalması ilə bağlı real qazancından məhrum olmasına (maddi ziyana) görə 6.380 manat; onun 2 il 5 ay (29 ay) qanunsuz həbsdə qalması ilə bağlı vurulmuş mənəvi ziyana görə 29.000 manat kompensasiyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Ceyhun Qədimov) xx.xx.2019-cu il tarixli 1(010)-90/2019 saylı hökmü ilə İddiaçı CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 5 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2019-cu il tarixdən hesablanması, İddiaçı məhkəmə zalından həbs edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli 1(103)-47/2020 saylı qərarı ilə məhkumun müdafiəçiləri tərəfindən verilmiş ap elyasiya şikayətləri təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişilik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının (sədrlik edən hakim Tahir Kazımov) xx.xx.2021-ci il tarixli 1(102)786/2021 saylı qərarı ilə məhkumun müdafiəçiləri tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, məhkum İddiaçı barəsində Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 11 mart 2020-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün məhkəmə baxışına təyin edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının (sədrlik edən hakim Rəşad Abdulov) xx.xx.2022-ci il tarixli 1(103)-42/2022 saylı bəraət hökmü ilə məhkum edilmiş şəxsin müdafiəçiləri tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmiş, Bakı ş əhəri Suraxanı Rayon Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair 26 avqust 2019-cu il tarixli hökmü ləğv edilmiş, yeni hökm çıxarılmış, İddiaçı CM-in 263.2-ci maddəsi ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalından dərhal azad olunmuş, tutulması, təqsirləndirilən səxs qismində cəlb edilməsi və həbsdə saxlanması nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilmiş, is üzrə maddi sübut kimi tanınmış «Mercedes Benz - 215CDl» mikroavtobus markalı 90VA-522 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı qaytarıldığına görə onun sərəncamına verilmiş hesab olunmuş, həmin avtomobilin üzərinə Suraxanı rayon Polis İdarəsinin rəis müavininin 12 fevral 2019-cu il tarixli ***-*******92 nömrəli məktubuna əsasən qoyulmuş qadağa ləğv edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 236 manat dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması, hökmün qəbul edildiyi andan qanuni qüvvəyə minməsi qərara alınmışdır. Qanunun tələbinə əsasən cinayət işi üzrə apelyasiya instansiya məhkəməsinin qərarı dərhal qüvvəyə mindiyinə görə, hazırkı iddia qaldırılır. Məhkəmələr tərəfindən müəyyən edildiyi kimi, İddiaçı sürücü işləyir. İddiaçı, barəsində əsassız qaldırılmış cinayət işi ilə bağlı əsassız olaraq cinayət məsuliyyətinə cəlb edildiyindən və ahıl (60) yaşında həbs edildiyindən o, uzun müddət gərginlik şər aitində, mənəvi iztirab və əziyyət içərisində yaşamış, ailə və uşaqları onun iki ildən artıq bu ağır vəziyyətini və acısını yaşamışlar. Lakin ona vurulan ziyanın ödənilməsi ilə bağlı heç bir addım atılmamışdır. Belə ki, Suraxanı RPİ-nin müstəntiqinin səhlənkarlığı nəticəsində onun barəsində əsassız olaraq ittiham aktı tərtib edilmiş, prokurorluq tərəfindən ittiham aktı təsdiq edilmiş və məhkəmə məsuliyyətinə cəlb edilmiş, 5 (beş) il 01 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, onun məhkəmə zalından həbs edilməsi qərara alınmışdır. İddiaçı təqsirləndirilən şəxs qismində cəlb olunduğu andan onun hüquqları cinayət prosesi həyata keçirən orqanlar tərəfindən pozulmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, həmin müddətdə İddiaçı mənəvi sarsıntı keçirmiş, depresiyaya düşmü ş, bu isə öz növbəsində onun səhhətinə pis təsir göstərmişdir. Hazırda barəsində bəraət hökmünün olmasına baxmayaraq, bəzi dost, tanış, qohumlar ondan uzaqlaşıblar. Hətta sürücü işlədiyi kifayət qədər nüfuzlu məktəbdə dərsə aparıb-gətirdiyi şagirdlərin də yanında hörmətdən düşmüşdür. Belə ki, şagirdlərin bir qismi ona cinayətkar kimi yanaşmışlar. O, uzun müddət ərzində istintaq orqanının əsassız ittihamının əziyyətini çəkmişdir. Məhkəmələr müəyyən etmişdir ki, cinayət işi açıq-aşkar əsassız, qanunsuz və qərəzlidir və bunun nəticəsində onun barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmənin çıxardığı hökm tam əsaslı və qanuni olmuşdur. Cinayət prosesini həyata keçirən orqanların bu hərəkətləri nəticəsində İddiaçı hüquqları pozulmuş, ona küllü miqdarda maddi zərər dəymiş və mənəvi iztirablar çək miş, işgüzar nüfuzuna xələl gətirilmişdir. Ona görə də, İddiaçı dəymiş maddi, fiziki və mənəvi ziyan aidiyyəti orqanlar tərəfindən ödənilməlidir. İddiaçı əsassız olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və məhkəmə zalından həbs edilməsi nəticəsində o, iki il beş ay ərzində sürücü kimi əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir. İddiaçı haqqı və ədaləti yuxarı instansiya məhkəmələrində axtarmışdır. Bu hadisə ilə bağlı müvafiq ödənişlər etmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsində uzun sürən məhkəmə prosesləri keçirilmişdir. Hər dəfə də müqavilə əsasında müdafiəçi ilə təmin olunmuşdur. Təəssüf ki, İddiaçı əvvəlki müdafiəçiləri artıq prosesdə iştirak etmədiyinə görə onlara ödənilmiş qəbzləri əldə etmək mümkün deyildir. Halbuki həmi n müdafiəçilərə xeyli ödəniş etmişdir. İddiaçı hüquqi yardımla əlaqədar hazırkı müdafiəçiyə məhkəmə icraatına görə 300 manat ödəniş etmişdir. İddiaçı müdafiəçisinə ödənilmiş 300 manat ödəniş qəbzi əlavə olunur. Ona görə də, hesab edir ki, müdafiəçisinə ödənilmiş həmin 300 manat pul məbləği kompensasiya şəklində Məhyəddin Ağakisiyevə ödənilməlidir. İddiaçı əsassız olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və məhkəmə zalından həbsə alınması müddətində o, iş yerini itirmiş, əmək qabiliyyətli olmasına baxmayaraq, işsiz qalmışdır. Nəticədə o, ölkə üzrə əmək qabiliyyətli əhali üçün müəyyən edilmiş yaşayış minimumundan, yəni ən azı 220 manat olmaqla, 29 ay (220 x 29 = 680) üçün 6.380 manat real qazancından məhrum olmuşdur. Belə ki, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə əmək qabiliyyətli əhali üçün 220 manat müəyyən edilib. Ona görə də, hesab edir ki, həmin 6.380 manat pul məbləği də kompensasiya şəklində ona ödənilməlidir. Bundan başqa, digər hal ondan ibarətdir ki, İddiaçı əsassız olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və məhkəmə zalından həbs olunması nəticəsində, o, ittiham olunanlara xas şəkildə davranışa məruz qalmış, üzərində məcburi müayinələr aparılmış, barəsində əsassız məhkəmə qərarları çıxarılaraq cəzaya məruz qalmış, cəza məcburi qaydada icra edilmiş, ailəsi və uşaqları bu təsirin əsarətini yaşamışlar. Mənəvi zərərin miqdarını müəyyən edilməsi ilə bağlı hesab edir ki, hazırkı iş üzrə məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirabların ağırlığını, bu sarsıntı və iztirabların kifayət qədər uzun bir müddət ərzində, yəni 2 il 5 ay (29 ay) ərzində davam etməsi nəzərə alınmalı, mənəvi zərərin miqdarı ən azı 29.000 manat müəyyən edilməlidir. Belə ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının son qərarlarında həbsdə qalan şəxslərə vurulmuş mənəvi zərərin əvəzi kimi müəyyən edilmiş pulun məbləği bir qayda olaraq hər aya görə 1.000 manat müəyyən edilir. Belə ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)5251/2021 saylı xx.xx.2021-ci il tarixli Qərarı ilə 1 il 3 ay (15 ay) həbsdə qalan şəxsə vurulmuş mənəvi zərərin əvəzi kimi müəyyən edilmiş pulun məbləği 15.000 manat müəyyən edilmişdir (bax: Azərbaycan Respublikasının Ali Məhkəməsində «Qərarlar üzrə axtarış»). Belə olan halda, hesab edir ki, həmin məbləğ hazırkı iş üzrə məhkəmədə icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir. Ona görə də, hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi müəyyən ediləcək pulun məbləği ən azı 29.000 manat müəyyən edilə bilər. Göstərilənlərə əsasən hesab edir ki, mənəvi ziyan olaraq 29.000 manat pul kompensasiya şəklində Məhyəddin Ağakisiyevə ödənilməlidir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2044/2022 saylı, 18 aprel 2022ci il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbi qismən təmin edilərək İddiaçı vurulmuş mənəvi zərərə görə 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaitinin və hüquqi yardım göstərilməsi üçün sərf edilmiş 300 manatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə istintaqa cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək, 2 il 4 ay 11 gün ərzində faktiki olaraq azadlıqdan məhrum edilmiş, hüquqları pozulmuşdur.
9. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə (həbsdə olduğu müddət ərzində hər aya görə 1000 manat), yəni 28.000 (iyirmi səkkiz min) manat məbləğində mənəv i ziyan tutulmalıdır.
10. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 28.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə almışdır.
11. Bundan başqa, məhkəmə hesab etmişdir ki, iddiaçının hüquqlarını müdafiə etmək üçün hüquqi yardım göstərilməsinə sərf etdiyi 300 manat xərc də cavabdeh vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1100, 1101.1, 1011.2, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1, 58.2, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1, 4, 5, 6, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə o rqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7, 12, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
14. Apellyasiya şik ayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100, 1101-ci maddələrinin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddənin məzmunundan da göründüyü kimi "Azərbaycan Respublikası" dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Bu səbəbdən sözügedən məhkəmə işi üzrə Maliyyə Nazirliyi deyil, aidiyyəti pozuntunu törədən orqan cəlb olunmalıdır. Dövlət büdcəsindən təkcə Maliyyə Nazirliyi maliyyələşmir, digər dövlət orqanları da, o cümlədən məhkəmələr də dövlət büdcəsindən maliyyələşir. Eyni zamanda həmin qanund a, o cümlədən hər hansı digər normativ hüquqi aktlarda vurulmuş ziyanı ödəyənin məhz "müvafiq icra hakimiyyəti orqanı", yəni "Maliyyə Nazirliyi" olması göstərilmir. Məhkəmələr qərar qəbul edərkən qanunun aliliyi prinsipini rəhbər tutmalıdır. Lakin hər hansı bir qanunda vurulmuş ziyana görə Maliyyyə Nazirliyinin cavabdeh orqan olması müəyyən olunmasa da, məhkəmə qətnaməsində yanlış olaraq Nazirlik cavabdeh qismində müəyyən edilmişdir. Həmçinin həmin Qanunun 7-ci maddəsində qeyd edilir ki, hüquq pozuntusunu törədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları onların səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir. Lakin həmin pozuntunu törədən orqanlar tərəfindən həmin hüquq p ozuntusuna məruz qalmış şəxsdən üzr istənilməməsi, əksinə həmin orqanların törətdiyi pozuntulara görə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınması dövlət büdcəsinə əsassız ziyan vurmaqla yanaşı, sözügedən orqanlar tərəfindən gələcəkdə də müxtəlif hüquq pozuntularının törədilməsinə fiziki və hüquqi şəxslərin dövlətə etimadsızlğına səbəb olacaqdır. Belə ki, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanları da dövlət orqanlarıdır, eləcə də məhkəmələrin qəbul etdikləri qərarlar dövlət adından çıxarılır.
15. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. 16. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məc lisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq- mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır.
17. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir.
18. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və qeyd olunanlarla bağlı hər hansı bir sübut tədqiq olunmamışdır. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Ərizədə iddiaçının hüquqmühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməs i və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4817/22 nömrəli iş üzrə 15 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və İlham Kərimli) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Məhkəmə kоllegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrma larını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir.
21. Birincisi, iddiaçı ilə Mülki Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan orqanların və onların vəzifəli şəxslərinin arasında hazırkı iddianın irəli sürülməsinə əsas olmuş münasibətlər mülki hüquq münasibətləri olmamış və hazırkı iddiada da mülki hüquq münasibətləri nəticəsində yaranmamışdır. Bu baxımdan həmin orqanlar və onların vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində göstərdikləri fəaliyyətə, hərəkət və hərəkətsizliyə görə cavabdehlik daşıya bilməzlər. Qanunvericilik bu hallara görə mülki hüquqi məsuliyyət daşımalı olan şəxsi, yəni Azərbaycan Respublikasını konkret olaraq nəzərdə tutmuşdur. Buna görə də, Maliyyə Nazirliyi digər dövlət orqanlarının və onların vəzifəli şəxslərinin h ərəkətlərinə görə deyil, bu iddia üzrə Azərbaycan Respublikasını təmsil edən şəxs olaraq cavabdeh kimi qeyd olunmuş və bu da heç bir halda qanunvericiliyin tələblərinə zidd hesab edilə bilməz.
22. İkincisi, birinci instansiya məhkəməsi iddianı Maliyyə Nazirliyinə münasibətdə deyil, Azərbaycan Respublikasına münasibətdə qismən təmin etmiş, Maliyyə Nazirliyi isə dövləti təmsil etmiş və bu da qanunvericiliyin tələblərinin pozulması demək deyildir. Başqa sözlə Maliyyə Nazirliyi iş üzrə delikt törədən şəxs kimi dəyərləndirilməmişdir.
23. Üçüncüsü, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən Mülki Məcəllənin 1114.3-cü maddəsinin tələblərini istəsə belə nəzərə ala bilməzdi. Çünki, həmin maddədə göstərilən orqanların hansısa vəzifəli şəxsinin vurduğu zərər üzrə təqsiri məhkəmənin qanuni qü vvəyə minmiş hökmü ilə müəyyənləşdirilməmiş, eləcə də hazırkı iş üzrə Azərbaycan Respublikası hansısa şəxsə reqres qaydada tələb irəli sürməmişdir. Bununla yanaşı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddiaçıya ödənilməsi qət edilən vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən etmək vəzifəsi də yoxdur. Ona görə də, iddiaçıya ödənilən vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə hansısa bir izah verilməsi də mümkünsüzdür. Bu halları isə tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipinin, maddi hüquq normalarının pozulması kimi qəbul etmək olmaz.
24. Dördüncüsü, iddiaçının azadlıqdan məhrum olunması ona mənəvi zərər vurmaya bilməzdi. Çünki, istintaq orqanının və məhkəmənin səhvi n əticəsində, yəni qanunsuz həbs qətimkan tədbiri seçilməsinə görə bu məhrumiyyətlər ən azından ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirmişdir. İddiaçının bununla bağlı məhkəməyə əlavə sübut təqdim etməsinə də ehtiyac olmamışdır. Çünki, ən mötəbər sübut ona elan olunmuş ittiham üzrə təqsiri sübuta yetirilməməsi əsası ilə barəsində bəraət hökmünün çıxarılmasıdır. Ona görə də, mənəvi ziyanla bağlı iddianın qismən təmin edilməsi qətiyyən əsassız və qanunsuz hesab edilə bilməzdi. Əlbətdə ki, mənəvi zərərlə bağlı tələb edilən məbləğdə ağlabatan olmalıdır. Lakin mənəvi zərərin həmin məbləğdə təmin olunması qətiyyən o demək deyil ki, iddiaçıya məhz həmin məbləğ həcmində mənəvi zərər dəymişdir. Belə ki, mənəvi zərərin əvəzi pul formasında ödənilsə də nəinki t əmin edilən məbləğ, heç tələb edilən məbləğ də ola bilər ki, iddiaçıya dəymiş mənəvi sarsıntının fəsadlarını aradan qaldırmasın. Lakin hazırkı iş üzrə dövlətin adından çıxarılan qətnamə ilə iddia mənəvi zərər hissəsində qismən təmin olunsa belə iddiaçının hüquqlarının pozulduğu bu qətnamə ilə açıq-aşkar təsdiq edilmiş olur.
25. Beşincisi, "Büdcə sistemi haqqında" Qanunda Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq- mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti, xərc maddələrinin isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmaması hazırki iddianın təmin edilən hissəsinin rədd edilməsi üçün əsas ola bilməzdi. Qeyd olunduğu kimi bu qətnamənin icrası hansısa büdcə təşkilatına deyil, məhz dövlət büdcəsinə həvalə olunmu şdur. Qətnamədə maliyyə mənbəyinin xüsusi olaraq göstərilməməsi onun mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi demək deyildir. Çünki, maliyyə mənbəyi elə dövlət büdcəsidir və qətnamənin dövlət büdcəsindəki hansı maliyyə mənbəyi hesabına icra olunacağını dövlət özü müəyyən etməlidir. Çünki, hazırki iddia üzrə dövlətin iddiaçı qarşısında zərərvurmadan irəli gələn öhdəliyi yaranmışdır. Ona görə də bu qətnamənin dövlət büdcəsi hesabına icra olunması hansısa büdcə təşkilatının Maliyyə Nazirliyinin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyini yaratmır və buna görə də xəzinədarlığın əsas prinsipləri pozula bilməz. Vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi mübahisə doğurmaması üçün Maliyyə Nazirliyi səlahiyyətləri daxilində bu məsələləri aidiyyəti dövlət orqanları ilə mü zakirə edib həll etməlidir.
26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1100, 1101.1, 1011.2, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1, 58.2, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1, 4, 5, 6, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7, 12, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Avropa Məhkəməsinin «Ədalətli kompens asiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi (vəkil X1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
29. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 43.3, 1096, 1100, 1101, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5, 7, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası xx.xx.2022-ci il tarixli, 358-İİQ nömrəli qanununun 15 və 17, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 387.2.8, 385, 418.6-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçı nümayəndəsi Nümayəndə1 kassasiya şikayətinə qarşı etiraz ərizəsi göndərərək, kassasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
31. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquq la və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
32. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
33. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanları nın qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu
34. Maddə 1.1. Barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.
35. Maddə 4.1. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda yaranır.
36. Maddə 7.1. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
37. Maddə 7.2. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməy ə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
51. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və ha nsı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-48 17/2022 nömrəli mülki iş üzrə 15 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.