Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1304/2020 26.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(006)-4811/2018, hakim P.A.Hüseynov) İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən 10.000 A BŞ dolları məbləğində pulun ödəniş gününə manata olan məzənnəsi ilə alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-11666/2019, hakimlər A.Ə.Hüseyn, E.Q.Nəbiyev, R.Ə.Qurbanov) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçıverdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxx 2018-ci il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkCavabdeh 10.000 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ilin oktyabr ayında Mübariz Əliyev adlı şəxsin vasitəçiliyi ilə Cavabdeh həyat yoldaşına **-UF-*** dövlət qeydiyyat nişanlı “Land-Cruiser-Prado” markalı avtomobili 10.000 ABŞ dollarına almışdır. Təqribən 2 aydan sonra o, Binəqədi rayon 5-ci polis bölməsinə çağırılmış, həmin avtomobili girov götürməsi ilə bağlı onun barəsində şikayət olduğu bildirilmişdir. Cavabdeh həmin avtomobilə dair onun adına verilmiş etibarnaməni də ləğv etdirmiş və avtomobili geri tələb etmişdir. Lakin, onun avtomobilə görə ödədiyi 10.000 ABŞ dollarını qaytarmaqdan imtina etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmı şdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, iş üzrə gəlinən nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamış, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsi əsassız və qanunsuz olaraq ləğv edilmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçının iddia tələbinin əsasını cavabdehdən aldığı avtomobilə görə ona ödədiyi məbləğin qaytarılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının cavabdehə tələb etdiyi məbləğin verməsini sübut etmək vəzifəsi iddiaçın ın, cavabdehin aldığı pulu qaytardığını sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsində aparılmış araşdırma zamanı izahatı alınmış cavabdeh öz izahatında 10.000 ABŞ dollarını X2 götürdüyünü və avtomobili də bir həftəlik avtosalona qoyduğunu bildirmişdir. Araşdırma zamanı izahatı alınmış X5 isə izahatında avtomobili 10.000 ABŞ dollarına hazırki iş üzrə Cavabdeh satın aldığını, lakin İddiaçı ilə birlikdə işlədiyindən avtomobili onun adına keçirdiyini bildirmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o həmin məbləği Mübariz Əliyevə vermiş və sonuncu onun üçün avtomobili almışdır. xx.xx.2019-cu il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı, Mübariz Əliyevin pulu bankdan götürərək cavabdehə verdiyini bildirmişdir. Beləliklə, iddiaçının hazırda qaytarılmasını tələb etdiyi məbləğin onun tərəfindən deyil, Mübariz Əliyev tərəfindən cavabdehə ödənilməsi iş materialları ilə təsdiq edilir. Həmçinin, tərəflər arasında hər hansı alqı-satqı müqaviləsi mövcud deyil, yalnız iddiaçının adına verilmiş etibarnamə mövcuddur ki, həmin etibarnamə də verildikdən qısa müddət sonra ləğv edilmişdir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi Konstitusya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiym ətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə pul verilməsi və aralarında hər hansı razılığın olması məhkəmə araşdırması zamanı öz əksini tapmadığından və iddiaçının subyektiv hüquqa malik olduğu müəyyən edilmədiyindən hazırkı iddia tələbinin təmin edilməsi üçün də əsaslar möv cud deyil. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1304/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1304/2020
26.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver