Məhkəmə qərarları › İş №2(102)-1314/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1314/2020

18.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1314/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı qızı, vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli, 2(107)1490/2019 saylı qətnaməsindən iddiaçı qızının kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala rayon məhkəməsinin 01 fevral 2019-cu il tarixli, 2(033)-90/2019 saylı qətnaməsi ilə (sədrlik edən, məruzəçi E.H.Məmmədov) iddia çı qızının Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə və Zaqatala rayon İcra Hakimiyyətinə qarşı “Zaqatala rayon AİK-nın 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarının qismən Cavabdeh torpaq sahəsinin verilməsi hissəsində ləğv edilməsi və həmin qərara əsasən Cavabdeh verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli, 2(107)1490/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, İ.F.Quliyev məruzəçi və M.A.Əsədli) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Zaqatala rayon məhkəməsinin 01 fevral 2019-cu il tarixli qətnaməsi iddiaçı qızına münasibətdə də yişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı iddia qaldıraraq, “Zaqatala rayon AİK-nın 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarının qismən Cavabdeh torpaq sahəsinin verilməsi hissəsində ləğv edilməsi və həmin qərara əsasən Cavabdeh verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutara düzgün hüquqi q iymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı Hürüney Qunuyeva və vəkili Qaçay Məmmədov apellyasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi və Zaqatala rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Resp ublikası MPM-nin 415.3cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təm in edilmədən saxlayarkən, iddiaçının ailə üzvlərinə hüquqmüəyyənedici sənədlər əsasında verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerində olmasına, həmin torpaq sahəsinin sənədlərinin məlum olmasına, hazırda iddiaçının həmin torpaq sahəsindən əlavə olaraq ailə üzvlərinin istifadəsində olan torpaq sahəsinin cavabdehə ayrıldığını əsas gətirərək sonuncuya məxsus plan və ölçü sənədlərinin ləğv edilməsini tələb etməsinə, iddiaçı tərəfindən mübahisələndirilən 0,610 ha torpaq sahəsinin əslində cavabdehə sənəd üzrə verilmiş torpaq sahəsi sayılmasına, sözügedən torpaq sahəsinin iddiaçıya verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşməməsinə, həmin torpaq sahəsinin iddiaçı tərəfindən istifadə edilməsi sözügedən torpaq sahəsinin cavabdehə verilməsinə əsas olan sənədlərin ləğv edilmə si üçün əsas sayılmamasına, mübahisələndirilən torpaq sahəsinin qanuni istifadəsində olmasına dair iddiaçının məhkəməyə heç bir sübut təqdim etməməsinə, əksinə, həmin torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olması torpaq sahəsinin planı və ölçüsü sənədi ilə təsdiq edilməsinə, işin qeyd olunan bu faktiki hallarının mülki iş materiallarında olan sənəd və faktiki vəziyyəti əks etdirən sxematik planla təsdiq edilməsinə, həmin sxematik plana görə hazırda mübahisələndirilən torpaq sahəsinin iddiaçıya verilən 4.715 kv.metr torpaq sahəsi ilə həmsərhəddə yerləşməsinə, həmin ərazinin sözügedən torpaq sahəsinin daxilindən keçməməsinə, belə olduğu təqdirdə hazırki tələblərin də əsassız olmasına istinad etmiş və hüquqi mövqeyini Mülki Məcəllənin 149.2-ci maddəsinin və digər maddi, prosessual h üquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtəfli və obyektiv araşdırmamışdır. Belə ki, əvvəla, iddia ərizəsindən görünür ki, iddiaçı, Zaqatala rayon AİK-nın 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarını cavabdehə torpaq sahəsinin ayrılması hissəsində, yəni onun və ailə üzvlərinin torpaq sahəsi ilə üst-üstə düşən hissəsində, həmçinin həmin qərar asasında cavabdehin adına verilmiş A 460917 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədini mübahisələndirir və ləğv edilməsini iddia edir. Azərbaycan Respublikası MPM- nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddənin mənasına görə, mübahisənin məhkəmə aidiyyəti məsələsi həll olunarkən mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri və bu münasibətlərin iştirakçılarının subyekt tərkibi nəzərə alınmalıdır. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İPM-nin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağ lı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin normadakı “qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə” ifadəsi mülki-prosessual və inzibati xətalar qanunvericiliklərinin normalarına göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Normadan göründüyü kimi inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olmalıdır. Apellyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələbləri baxımından idd iaçının hissəvi mübahisələndirdiyi Zaqatala rayon AİK-nın 25 sentyabr 2003-cü il tarixli, 110 saylı Qərarının inzibati akt olub-olmamasını, həmin qərarı qəbul edərkən AİK-nın ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələnin nizama salınmasına yönəlmiş ictimai idaretmə ilə bağlı fəaliyyət göstərib-göstərməməsini aşardırmadan, bir sözlə hazırki işə baxılarkən məhkəmə aidiyyəti qaydalarının pozulub-pozulmamasını yoxlamadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 saylı Qərarının 2-ci bəndində göstərilir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün il k növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndində göstərilir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranın hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 5.1-ci maddəsinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və sair ilə bağlı yaranın münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqların həyata keçirilməsi ilə bağlı inzabati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktların ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisəndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 6.1-ci bəndinə görə, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən, nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyənin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağ lı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qeyd olunan Qərarın 16.3-cü bəndində göstərilir ki, ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda,...həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəm əyə müraciət etmək hüququ izah olunmalıdır. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, Zaqatala rayon AİK-nın 25 sentyabr 2003-cü il tarixli, 110 saylı Qərarının hissəvi ləğv edilməsi tələbinə dair hüquq münasibəti ilə bağlı yaranmış mübahisə ümumi (publik) hüquq sahəsinə aid olduğu üçün həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə mübahisənin ümumi məhkəməyə və ya inzibati məhkəməyə aidiyyəti müəyyən edilməli və hazırki tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı halda, MPM-nin 261.0, 261.0.1-ci maddələrinin tələblərinə əsasən, inzibati tələbə aid hissədə işin icraatına xitam verilməli və iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdı r. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qərarına gəlincə isə kassasiya instansiyası məhkəməsi hesab edir ki, Zaqatala rayon AİK-nın 25 sentyabr 2003-cü il tarixli, 110 saylı Qərarının hissəvi ləğv edilməsinə dair tələb həmin inzibati işə baxılmasının predmeti olmamışdır. Belə ki, işə əlavə edilmiş həmin məhkəmənin sözügedən qərarının surətindən görünür ki, iddiaçı Hürüney Qunuyevanın cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə və üçüncü şəxs Cavabdeh qarşı “sonuncunun adına hazırlanmış A 460917 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə mümkün sayılmamışdır. Daha sonra, iddia ərizəsindən görünür ki, iddiaçının cavabdehə və üçüncü şəxslərə qarşı digər tələbi sözügedən qərar əsasında Cavabdeh adına verilmiş A 460917 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsində də təsbit edilib göstərilib. Həmin maddənin mənasına görə, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessua l hüquqlarının həyata keçməsinə kömək göstərir. Apellyasiya instansiyası məhkəməsi, sözügedən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin cavabdehin adına qanunauyğun verilməməsinə dair iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə kifayət qədər araşdırma aparmadan, hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən, bütövlükdə iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 392.2-ci maddəsinin mənasına görə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərməyə borcludur. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı, səlahiyyətli dövlət orqanlarının nümayəndələrinin imzaladıqları 03 iyun 1995-ci il tarixli akta istinad edib, “Ş əfəq” kolxozunun yerli islahat komissiyasının 17 aprel 1995-ci il tarixli, 04 saylı qərarı ilə kolxozun ərazisindən 1,02 ha torpaq sahəsinin fermer təsərrüfatı yaratmaq üçün anası Soltanat Quniyevaya verildiyini, həmin torpaq sahəsinin mərz nişanları vurulmaqla yerind anası Soltanat Quniyevaya təhkim edildiyini, torpaq sahəsinin Soltanat Quniyevanın mülkiyyətinə verilməsinə dair sənədlərin aidiyyəti dövlət orqanları tərəfindən təsdiq edildiyini, həmin sənədlərin verilməsinə əsas kimi Zaqatala rayon İcra Hakimiyyətinin 26 aprel 1995-ci il tarixli, 03 saylı qərarının, həmçinin yerli aqrar islahat komissiyasının 30 aprel 1995-ci il tarixli, 05 saylı qərarının göstərildiyini, torpaq sahəsinə dair əmlak vergisi ödədiyini, mərhum Soltanat Quniyevanın vərəsəsi olduğunu və sair göstərmişdir. Apell yasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə heç bir araşdırma aparmadan, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin aqrar islahat zamanı onlara əmlak payı kimi verilmiş fındıq kollarının yerləşdiyi torpaq sahəsi olub-olmamasını dəqiqləşdirmədən, bu barədə işə əlavə edilmiş sübutlara obyektiv baxıb onlara hüquqi qiymət vermədən, yalnız ekspertin natamam rəyinə və cavabdeh tərəfin təqdim etdiyi sənədlərə əsaslanaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, Zaqatala rayonu, Mazıx kəndi ərazisində yerləşən, Hürüney Qunuyevanın mübahisələndirdiyi 0,08 ha torpaq sahəsinin aqrar islahat zamanı on lara əmlak payı kimi verilmiş fındıq kollarının yerləşdiyi torpaq sahəsi olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, həmin rəydən görünür ki, Hürüney Qunuyevanın mübahisələndirdiyi torpaq sahəsi naturada ölçülmüş, mübahisələndirilən 0,0610 ha torpaq sahəsinin Cavabdeh adına tərtib olunmuş A 460917 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən cizginin daxilində yerləşdiyi müəyyən edilir. X1 mübahisələndirdiyi 0,0610 ha torpaq sahəsi naturada ölçülmüş, həmin mübahisələndirilən torpaq sahəsi 0,08 ha deyil, 0,0610 ha olduğu müəyyən edilir və 0,0610 ha torpaq sahəsi Cavabdeh adına tərtib olunmuş A 460917 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən cizginin daxilində yerləşdiyi müəyyən olunur. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, sü butlara obyektiv baxılması dedikdəməhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağl ı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar ekspertizaların keçirilməsidir (MPM-nin 102.1, 102.2-ci maddələri). Həmin Məcəllənin 97.1-ci maddəsinin mənasına görə, ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər. Göründüyü kimi prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməyib. Lakin, mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xü susi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin oluna bilər və nəzərə almaq lazımdır ki, ekspertin rəyi də mülki iş üzrə sübut növlərindən biridir və hüquqi baxımından hər hansı digər sübut növünə nisbətdə heç bir üstünlüyə malik deyil. Lakin, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir (MPM-nin 101.3 və 205.1-ci maddələri). Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instan siyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı qızının kassasiya şikayəti təmin edilsin, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli, 2(107)-1490/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar