Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1319/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, cavabdehin hüquqi varisinin vəkili Məmmədli Aidə Allahverdi qızının iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 16 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Şəki rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 22.01.2018-ci il tarixli, 2(075)338/2018 nöm rəli qətnaməsi ilə iddiaçı x1 cavabdeh x2 qarşı “evə giriş-çıxış yolunun açılması və zərər” tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçının dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Quliyev, Ə.Məcidov, M.Əsədli) 21.05.2018-ci il tarixli, 2(107)-938/2018 nömrəli qətnaməsi ilə iddiaçı x1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şəki rayon Məhkəməsinin 22.01.2018-ci il tarixli qətnaməsinin qismən, yəni evə giriş-çıxış yolunun açılması barədə tələbin rədd edilməsinə dair hissəsinin ləğv edilməsi, qətnamənin ləğv edilmiş hissəsi üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı x1 ünvan 1 yerləşən yaşayış evinin yerləşdiyi həyətə giriş-çıxışın ünvan 2 ünvan da yerləşən cavabdeh x2 məxsus evin həyətinə, küçəyə giriş-çıxış yolu kimi istifadə edilən qapıdan açılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Kalbalıyev, İ.Xələfov, Ə.Əhmədov) 02.11.2018-ci il tarixli, 2(102)-6649/2018 saylı qərarı ilə cavabdeh x2 hüquqi varisi x3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.05.2018-ci il tarixli, 2(107)938/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Hüseynov, A.Mahmudov, V.Məlikov) 05.02.2019-cu il tarixli, 2(107)-323/2019 nömrəli qətnaməsi ilə iddiaçı x1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Şəki rayon Məhkəməsinin 22.01.2018-ci il tarixli, 2(075)-338/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Əhmədova, Ə.Rüstəmov, Ə.Nurməmmədov) 24 iyun 2019-cu il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.02.2019-cu il tarixli 2(107)-323/2019 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər G.Abbasov (sədrlik edən, məruzəçi), R.Rəfiyev və M.Hüseynov, 2(103)2634/2019 saylı mülki iş) hazırki iş üzrə Şəki Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarix li 2(075)-338/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 (bundan sonra iddiaçı və ya x1) iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh x2 (bundan sonra cavabdeh və ya x2) tərəfindən evinə dəyən zərərin ödənilməsi və evinə giriş-çıxış yolunun açılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçı x1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin hüquqi varisinin vəkili Məmmədli Aidə Allahverdi qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı ma ddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 20 avqust 198 1-ci ildə tərtib edilmiş Torpaq Qeydindən görünür ki, Şəki şəhəri M.F.Axundov prospekti (həmin vaxt Şəki küçəsi) dalan 11, 7 nömrəli ünvanda yerləşən yaşayış evi iddiaçı x1 mülkiyyətindədir. 22 aprel 1994-cü il tarixli Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 2ünvanda yerləşən yaşayış evi cavabdeh x2 mülkiyyətindədir. 24 aprel 1994-cü il tarixli evin dəyişmə müqaviləsindən görünür ki, ünvan 2-da yaşayan x4 və x5 özlərinə məxsus 3 otaqlı evlərini x2 adına olan ünvan 3 ünvanda yerləşən 4 otaqlı evinin ½ hissəsi ilə dəyişmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin təsdiq etdiyi 19 iyun 1962-ci ildə tərtib edilmiş 359 inventar nömrəli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventari zasiyası və qiymətləndirilməsinə aid Pasportun surətindən görünür ki, bu sənəd Nuxa (indiki Şəki şəhəri) yaşayış məntəqəsi ünvan 1 ünvanda yerləşən 1898-ci ildə tikilmiş bir otaqlı yaşayış evi ilə bağlı tərtib edilmiş, evin mülkiyyətçiləri x6 və x7 olmuş, evin ümumi sahəsi 48 kv.m., digət tikililər 7,1 kv.m., həyətin sahəsi 58,23 kv.m. olmaqla ümumi sahə 113,33 kv. metr göstərilmişdir. Pasportda olan həyətin sxemindən görünür ki, həyətə ümumi giriş-çıxış qapısı nəzərdə tutulmuşdur. Şəki şəhəri XDS İcraiyyə Komitəsinin sədri x8 tərəfindən x1na ünvanlanmış 21 fevral 1990-cı il tarixli 180 nömrəli məktubdan görünür ki, şikayətçinin küçəyə çıxış yolunun açılması ilə əlaqədar araşdırma aparmaq məqsədi ilə Şəhər İcraiyyə Komitəsində komissiya təşkil edilmişdir. Komissiya arxiv sənədləri ilə (həm in sənədlərin adı, tarixi, nömrəsi və məzmunu qeyd edilməmişdir) hazırkı vəziyyəti müqayisə etmiş və müəyyən olunmuşdur ki, ərizəçinin evindən küçəyə çıxış qapısı x5nın istifadə etdiyi giriş qapısından olmuşdur. 12 dekabr 1974-cü il tarixli aktdan görünür ki, qonşuların və Şəki şəhəri İV hissə məhəllə komitəsinin sədri x9 iştirakı ilə həmin akt ona görə tərtib edilmişdir ki, ünvan 4-da yerləşən evin sahibi x10 evini x5 və onun əri x4na satır. Evin qarşısında üzbəüz x6nın özünə məxsus evi vardır. Hər iki evin giriş yolu üçün bir darvaza vardır, ondan başqa evlərə əlavə giriş yolu yoxdur. Darvaza hər iki evə məxsusdur. Evi alanlar üzbəüz evdə yaşayanlarla razılığa gəlmişlər ki, hər iki ailənin üzvləri həmişə həmin darvazadan işləməlidirlər. Lakin həmin akt sözügedən evi satın alan x5 və onun əri x4 tərəfindən imzalanmamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, işin həqiqi halı ondan ibarətdir ki, iddiaçı x1a məxsus olan Şünvan 1 nömrəli ünvanda yerləşən yaşayış evi 1898-ci ildə tikilməklə əvvəllər iddiaçının nənəsi x6na məxsus olmuş, onun ölümündən sonra isə vərəsəlik yolu ilə x1a keçmişdir. Sözügedən yaşayış evinin x6nın adına 19 iyun 1962-ci ildə tərtib edilmiş 359 inventar nömrəli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasportu və x1un adına 20 avqust 1981-ci ildə tərtib edilmiş Torpaq Qeydindən başqa hər hansı hüquq müəyyən edici və ya texniki sənədləri yoxdur. İddiaçı x1a sözügedən evin onun mülkiyyətində olması barədə Qeydiyyat vəsiqəsi və ya Hüqu qların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı təqdim etməsi təklif edilsə də, iddiaçı qeyd edilən sənədlərin olmadığını və ona görə də təqdim edə bilməyəcəyini bildirdi. Həmin evin qonşuluğunda olan və iddiaçının yol tələb etdiyi M.F.Axundov küçəsi dalan 11, 9 nömrəli ev 1974-cü ildən x4 və x5nın mülkiyyətində olmuşdur. 12 dekabr 1974-cü il tarixdə qonşuların və Şəki şəhəri İV hissə məhəllə komitəsinin sədri x9 iştirakı ilə tərtib edilmiş aktda göstərilir ki, “ünvan 4-da yerləşən evin sahibi x10 evini x5 və onun əri x4na satır. Evin qarşısında üzbəüz x6nın özünə məxsus evi vardır. Hər iki evin giriş yolu üçün bir darvaza vardır, ondan başqa evlərə əlavə giriş yolu yoxdur. Darvaza hər iki evə məxsusdur. Evi alanlar üzbəüz evdə yaşayanlarla razılığa gəlmişlə r ki, hər iki ailənin üzvləri həmişə həmin darvazadan işləməlidirlər.” Lakin həmin akt sözügedən evi satın alan x5 və onun əri x4 tərəfindən imzalanmamışdır. İddiaçı iddia tələbinin əsaslarından biri kimi həmin 12 dekabr 1974-cü il tarixli akta istinad edir və bildirir ki, həmin akta əsasən x10nun evini alan şəxslər bir həyətdə iki ev olduğu faktını və hər iki evin ailə üzvlərinin giriş-çıxışı üçün ümumi bir tağlı darvazanın olduğunu təsdiq etmişlər. Onlar (x5 və x4) evi aldıqdan sonra qarşı tərəfdəki evin ailə üzvlərinin həmin qapıdan maneəsiz istifadə hüquqlarını tanımağa söz vermiş, beləliklə, 12 dekabr 1974-cü tarixli akt əsasında yazılan şərtlərlə həmin evi almışlar. Lakin x5 və əri x4 onun həmin iki taylı darvazadan istifadə etməsinə yol verməmişlər. Yuxarıda qeyd olunduğu kimi, x5 və x4 həmin evi satın aldıqları vaxt tərtib edilmiş 12 dekabr 1974-cü il tarixli aktı imzalamamış, beləliklə də evi aldıqdan sonra qarşı tərəfdəki evin ailə üzvlərinin həmin qapıdan maneəsiz istifadə hüquqlarının tanınması ilə bağlı öz üzərlərinə hər hansı öhdəlik götürməmişlər. Belə olan halda, həmin aktda qeyd edilənlərin evi satın alan x5 və x4, analoji olaraq evin indiki mülkiyyətçisi x2 və onun hüquqi varisi x3 üçün hansısa öhdəlik yaratdığını iddia etmək düzgün deyil. Deməli, iddianın həmin dəlili əsassızdır. ünvan 2 1994-cü ildə cavabdeh x2 x5 və x4ndan almışdır. Həmin vaxtda da əldə edən x2un üzərinə öz evinə aid olan hissədən yol verilməsi ilə bağlı öhdəlik qoyulmamışdır. x1un evi əldə etdiyi 40 ilə yaxın müddətdə hazırda açılmasını tələb etdiyi yerdən yolu olmamış, o, həmin vaxt lardan etibarən evinə giriş-çıxış yolunun verilməsi ilə bağlı müxtəlif orqanlara çoxsaylı müraciətlər etmişdir. Onun müraciətləri əsasında müxtəlif vaxtlarda aktlar tərtib edilərək onun mülkiyyətində olan evinə ünvan 2 ünvanda yerləşən, hazırda cavabdeh x2 mülkiyyətində olan evin həyətindən keçməsinin məqsədə müvafiq olduğu bildirilsə də, həmin evin mülkiyyətçiləri olmuş, əvvəllər x5 və x4, sonradan isə hazırkı mülkiyyətçi x2 buna razılıq verməmişlər. İddiaçı yalnız 2017-ci ildə hazırkı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək yolun açılmasını tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iclası zamanı mütəxəssis qismində dindirilmiş ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsinin nümayəndəsi x11 izahatı həmin idarənin ve rmiş olduğu 30 yanvar 2019-cu il tarixli məktubunda göstərilənlərə uyğundur. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin fərdi kadastr mühəndisi X.Ə.Qocayev tərəfindən tərtib edilmiş 30.01.2019-cu il tarixli arayışda qeyd olunmuşdur ki, mübahisə predmeti olan giriş-çıxış yolu 22.04.1994-cü il tarixində 1260/638 nömrəli qeydiyyat vəsiqəsilə qeydiyyata alınmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə məxsusdur. Bu, həmin fərdi yaşayış evi üçün 1962-ci ilin iyun ayında tərtib edilmiş 358 inventar nömrəli texniki pasportda öz əksini tapmışdır. 27 avqust 1981-ci il tarixli və 13 fevral 1990-cı il tarixli aktlardan görünür ki, həmin aktlar müxtəlif səlahiyyətli inzibati orqanların nümayəndələri, o cümlədən iddiaçı x1, habelə x2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin o zamankı mülkiyyətçisi olan x5nın iştirakları ilə tərtib edilsə də, x5 həmin aktlarda imzası yoxdur. Həmin aktlarda mövcud hüquqi və texniki sənədlərə əsasən x1un evinin giriş-çıxış yolunun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin giriş-çıxış yolu ilə eyni olması göstərilsə də, həmin hüquqi və texniki sənədlərin hansı sənədlər olması (adı, tarixi, nömrəsi, məzmunu göstərilməklə) göstərilməmişdir. İddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid isə iki texniki sənəd mövcuddur ki, həmin sənədlər 20 avqust 1981-ci ildə tərtib edilmiş Torpaq Qeydi və 19 iyun 1962-ci ildə tərtib edilmiş 359 inventar nömrəli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndiril məsinə aid Pasportdan ibarətdir ki, qeyd edildiyi kimi həmin texniki sənədlərə əsasən də, iddiaçıya məxsus olan evin yolunun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tərəfdən deyil, tamamilə əks istiqamətdə, yəni iddiaçının evinin şimal hissəsində yerləşməsi müəyyən edilmişdir. Bundan savayı, həmin dövrlərdə x1un müraciətləri əsasında Şəki Şəhər XDS İcraiyyə Komitəsinin sədrinin, Şəki Şəhər XDS İcraiyyə Komitəsi kommunal təsərrüfat şöbəsi müdirinin və Şəki Şəhər Daxili İşlər Şöbəsi rəisinin 1981-ci ilə aid olan məktublarından görünür ki, həmin məktublarda da, hər hansı konkret hüquq müəyyən edən və ya texniki sənədlərə istinad edilməmiş, yalnlız ümumi ifadələrdən istifadə etməklə evin yolunun iddiaçının tələb etdiyi kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən olması, lakin hə min evin sahibi x5nın yolun açılmasına razılıq vermədiyi bildirilmiş və x1a yolun açılması üçün məhkəməyə müraciət etməli olması izah edilmişdir. Göstərilənlərə əsasən, aprellyasiya instansiyası məhkəməsi iş materiallarındakı həmin qeyd edilən 1974-1990-cı illərə aid olan məktubları və aktları iddiaçının iddiasını təsdiq edən mötəbər sübutlar hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sü butlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolleg iyası QƏRARA ALDİ: İddiaçı x1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 16 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1319/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1319/2020
11.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver