Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1319/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Qənbəri X7 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X2, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Qənbəri X7 qarşı kredit müqaviləsi üz rə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-202/2020 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx xxxx 2008-ci il tarixli 05L000000709 nömrəli kredit xətti müqaviləsinə əsasən, iddiaçı “xxxx” QSC (bundan sonra – iddiaçı və ya bank) tərəfindən Cavabdeh1 120 ay müddətinə, 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunmuşdur; 2. xx xxxx 2014-cü il tarixli 05R000010706 nömrəli kredit razılaş masına əsasən, bank tərəfindən Cavabdeh1 30 ay müddətinə, aylıq 1,5 faiz ödəmək şərti ilə 125000 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları xx xxxxxx 2016-cı il tarixli 05R000010706S nömrəli və xx xxxxxx 2016-cı il tarixli 05R000010706SA nömrəli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir; 3. xx xxxxxxx 2014-cü il tarixli 005R********** nömrəli kredit razılaşmasına əsasən, bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq 1,5 faiz ödəmək şərti ilə 80000 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları xx xxxxxx 2016-cı il tarixli 005R**********S və xx xxxxxx 2016-cı il tarixli 005R**********SA sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir; 4. xx xxxxxx 2015-ci il tarixli 005R********** nömrəli kredit razılaşmasına əsasən, bank tərəfindən C avabdeh1 32 ay müddətinə, aylıq 1,25 faiz ödəmək şərti ilə 50000 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları xx xxxxxx 2016-cı il tarixli 005R**********S və xx xxxxxx 2016-cı il tarixli 005R**********SA sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir; 5. xx xxxxxx 2014-cü il tarixli 005KK**********01 nömrəli kredit razılaşmasına əsasən, bank tərəfindən Cavabdeh1 12 ay müddətinə, aylıq 1,9167 faiz ödəmək şərti ilə 8000 manat plastik kart vasitəsi ilə kredit verilmişdir; 6. xx xxxxxx 2008-ci il tarixli 05M000000317 nömrəli ipoteka müqaviləsinə əsasən görünür ki, Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 137 mənzil 28 bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.4-cü bəndinə görə ipoteka predmetinin dəyəri qarşılıqlı razılıq əsasında 100353 manat təşkil edir. 7. xx xxx 2012-ci il tarixli 05M000000619 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsi ev 20A mənzil 114 “xxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.4-cü bəndinə görə ipoteka predmetinin dəyəri qarşılıqlı razılıq əsasında 108361 manat təşkil edir. 8. xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Qənbəri X5 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi 263 nömrəli sahəsinin bir hissəsi - 0,03 ha torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.4-cü bəndinə görə ipoteka predmetinin dəyəri qarşılıqlı razılıq əsasında 52500 ABŞ dolları (55130,25 manat) təşk il edir. 9. xx xxxxxx 2009-cu il tarixli 05S000001979 nömrəli, xx xxxxxx 2009-cu il tarixli 05S000001980 nömrəli, xx xxx 2012-ci il tarixli 05S000005031 nömrəli və xx xxxxxx 2015ci il tarixli 005S**********01 nömrəli zaminlik müqavilələrinə əsasən, Cavabdeh5, X6, Cavabdeh3 və Qənbəri X8 ilə bank arasında zaminlik müqavilələri bağlanmış və zaminlər bank qarşısında kredit götürən Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Qənbəri X7 qarşı iddia tələbi və iddia tələbinin həcminin azaldılması barədə ərizələr verərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 05R000010706 nömrəli kredit razılaşması üzrə 53691,90 ABŞ do lları əsas, 12099,63 ABŞ dolları faiz və 31671,75 ABŞ dolları cərimə; 005R********** nömrəli kredit razılaşması üzrə 40271,72 ABŞ dolları əsas, 10163,82 ABŞ dolları faiz və 21972,86 ABŞ dolları cərimə; 005R********** nömrəli kredit razılaşması üzrə 48755,67 ABŞ dolları əsas, 10313,29 ABŞ dolları faiz və 25240,30 ABŞ dolları cərimə; 005KK**********01 nömrəli kredit razılaşması üzrə 7745,77 manat əsas, 683,07 manat faiz və 5075,04 manat cərimə, cəmi 254180,94 ABŞ dolları və 13503,88 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının tutulması; Tələbinin Cavabdeh5 məxsus Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəs i ev 137 mənzil 28 və Cavabdeh3 məxsus Bakı şəhəri Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsi ev 20 A mənzil 114-də yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması 254180,94 ABŞ dolları və 13503,88 manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının hərracın satışdan əldə olunan vəsait hesabına banka ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Qənbəri X3 müştərək qaydada tutulması; Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi ev 137 mənzil 28 tutma yöləndikdən və satıldıqdan 1 ay sonra Cavabdeh5 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, əmlakın boşadılması və banka təhvil verilməsi; Bakı şəhəri Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsi ev 20A mənzil 114 tutma yöləndikdən və satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, əmlakın boşadılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2018-ci il tarixli 2(013)-158/2018 nömrəli (hakim Mahir Niftəliyev) qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Qənbəri X3 və Cavabdeh5 müştərək qaydada qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə “xxxx” QSC-nin xeyrinə 05R000010706 nömrəli kredi t razılaşması üzrə 53691,90 ABŞ dolları məbləğində kredit borcu, 12099,63 ABŞ dolları faiz borcu və 3000 ABŞ dolları cərimə - cəmi 68791,53 ABŞ dolları; 005R********** nömrəli kredit razılaşması üzrə 40271,72 ABŞ dolları kredit borcu, 10163,82 ABŞ dolları faiz borcu və 2000 ABŞ dolları cərimə-cəmi 52435,54 ABŞ dolları; 005R********** nömrəli kredit razılaşması üzrə 48755,67 ABŞ dolları kredit borcu, 10313,29 ABŞ dolları faiz borcuvə 2000 ABŞ dolları cərimə-cəmi 61068,96 ABŞ dolları; 005KK**********01 nömrəli kredit razılaşması üzrə 7745,77 manat kredit borcu, 683,07 manat faiz borcu və 300 manat cərimə-cəmi 8728,84 manat; ümumilikdə 182296,03 ABŞ dolları və 8728,84 manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqı tutulması; Tələbin Cavabdeh5 məxsus Bakı şəhəri Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsi 137 nömrəli evin 28 nömrəli mənzilinə; Cavabdeh3 məxsus Bakı şəhəri Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsi 20A nömrəli evin 114 nömrəli mənzilə yönəldilməsi, həmin əmlaklar açıq hərracdan satılması, 182296,03 ABŞ dolları və 8728,84 manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqı əldə olunan vəsait hesabına “xxxx” QSC-yə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 Emixan oğlundan, C avabdeh2, Cavabdeh3, Qənbəri X3 və Cavabdeh5 müştərək qaydada tutulması; İpoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsi 137 nömrəli evin 28 nömrəli mənzilin ilkin satış qiyməti 100353 manat müəyyən edilməsi; İpoteka predmeti olan bakı şəhəri Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsi 20A nömrəli binanın 13-cü mərtəbəsində yerləşən 129,6 m2 ümumi, 76 m2 53,6 m2 yardımçı sahədən ibarət 3 otaqlı 114 nömrəli mənzilin ilkin satış qiyməti 108361manat müəyyən edilməsi; İddianın cərimə borcu tələbinin qalan hissəsi Bakı şəhəri Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsi 137 nömrəli evin 28 nömrəli mənzilə tutma yönəldikdən və o, satıldıqdan1 ay sonra Ç.O.Qurbanova həmin mənzilə istifadə hüququnun itirilməsi, onun mənzildən çıxarılması, əmlakın boşaldılması və “x xxx” QSC-yə təhvil verilməsi; Bakı şəhəri Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsi 20A nömrəli evin 114 nömrəli mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin mənzilə istifadə hüquqnun itirilməsi, onun mənzildən çıxarılması, mənzilin boşadılması və “xxxx”QSC-yə təhvil verilməsi tələbinə dair hissəsi rədd edilməsi qət olunmuşdur.
12. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 297, 319, 385, 427, 442, 443, 439, 462, 467 maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59 maddələrinə istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir.
13. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin faiz və cərimə borcu hissəsində dəyişdirilərək yeni qətnamə çıxarımasını x ahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normaların tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, qrafikə uyğun ödənişləri etmiş, lakin manatın devalivasiyasından sonra öhdəliklərini icra edə bilməmişdir. Yüksək faiz borcu hesablanmışdır. Həmçinin birinci instansiya məhkəməsi cavabdehlərin iştirakı olmadan qətnamə çıxarmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəhman Muradov sədrlik edən və məruzəçi, Loğman Süleymanov, İspəndiyar Şəfiyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “05R000010706 nömrəli kredit razılaşması üzrə 5369 1,90 ABŞ dolları əsas kredit borcu, cəmi 68791,53 ABŞ dolları; 005R********** nömrəli kredit razılaşması üzrə 40271,72 ABŞ dolları əsas kredit borcu, cəmi 52435,54 ABŞ dolları; 005R********** nömrəli kredit razılaşması üzrə 48755,67 ABŞ dolları əsas kredit borcu, cəmi 61068,96 ABŞ dolları, eləcədə hər üç kredit müqaviləsi üzrə ümumilikdə tutulan 182296,03 ABŞ dolları” hissəsində dəyişdirilmiş, həmin hissədə 05R000010706 nömrəli kredit razılaşması üzrə əsas kredit borcu 53420,53 ABŞ dolları, cəmi borc 68520,16 ABŞ dolları; 005R********** nömrəli kredit razılaşması üzrə əsas kredit borcu 40127,38 ABŞ dolları, cəmi borc 52291,20 ABŞ dolları; 005R********** nömrəli kredit razılaşması üzrə əsas kredit borcu 48723,30 ABŞ dolları, cəmi borc 61036,59 ABŞ dolları, qeyd olunan hər üç kredit müqavilə ləri üzrə cəmi tutulan borc 181847,95 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
16. Cavabdeh apellyasiya şikayətində borcun məbləğini mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsi məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini qərara almışdır.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 32867 nömrəli ekspert rəyi ilə Cavabdeh1 “xxxx” QSC-yə xx xxxx 2014-cü il tarixli 05R000010706 nömrəli kredit razılaşması və sazişlərin qeyd olunan şərtləri nəzərə alınaraq xx xxxxxxx 2017-ci il tarixə 53420,53 ABŞ dolları əsas, 12611,79 ABŞ dolları faiz olmaqla cəmi 66032,32 borc; xx xxxxxxx 2014-cü il tarixli 005R********** nömrəli kredit razılaşması və sazişlərin qeyd olunan şərtləri nəzərə alınaraq xx xxxxxxxx 2017-ci il tarixə 40127,38 ABŞ dolları əsas, 10589,59 ABŞ dolları faiz olmaqla, cəmi 50716,97 ABŞ dolları borc; xx xxxxxx 2015-ci il tarixli 005R********** nömrəli kredit razılaşması və sazişlərin qeyd olunan şərtləri nəzərə alınaraq xx xxxxxxxx 2017-ci il tarixə 48723,30 ABŞ dolları əsas, 11145,91 ABŞ dolları faiz olmaqla, cəmi 59869,21 ABŞ dolları borc; xx xxxxxx 2014-cü il tarixli 005KK**********01 nömrəli kredit razılaşmasının şərtləri nəzərə alaraq xx xxxxxxxx 2017-ci il tarixə 7949,33 manat əsas, 4038,77 manat faiz olmaqla, cəmi 11988,11 manat borcun yaranması müəyyən edilmişdir. İddia tələbinin həcminin azadılmasına dair ərizədə isə cavabdehlərdən müştərək qaydada 05R000010706 nömrəli kredit razılaşması üzrə 53691,90 ABŞ dolları əsas, 12099,63 ABŞ dolları faiz; 005R********** nömrəli kredit razılaşması üzrə 40271,72 ABŞ dolları əsas, 10163,82 ABŞ dolları faiz; 005R********** nömrəli kredit razılaşması üzrə 48755,67 ABŞ dolları əsas, 10313,29 ABŞ dolları faiz; 005KK**********01 nömrəli kredit razılaşması üzrə 7745,77 manat əsas, 683,07 manat faiz borc tələb olunmuşdur. Göründüyü kimi kreditor tərəfindən xx xxxx 2014-cü il tarixli 05R000010706 nömrəli, xx xxxxxxx 2014-cü il tarixli 005R********** nömrəli və xx xxxxxx 2015-ci il tarixli 005R********** nömrəli kredit razılaşmaları üzrə tələb olunan əsas borc düzgün hesablanmamışdır. Belə olan təqdirdə kollegiya hesab edir ki, qətnamə həmin kredit razılaşmaları üzrə əsas borc, eləcədə cəmi borc hissədə dəyişdirilməlidir. Tələb olunan faiz və cərimə borcuna gəldikdə isə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almaqla düzgün nəticəyə gəlmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinad edərək qətnaməni mübahisələndirilən hissədə ekspert rəyinə uyğun olaraq dəyişdirmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
20. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalar ının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Cavabdeh1 vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
23. İddiaçının vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
24. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavab dehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
26. Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
27. Maddə 385.1. Öhdəli yə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şi kayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
31. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qi ymətləndirilməməlidir.
33. İşdən göründüyü kimi, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində borcun məbləği hissədə qətnaməni mübahisləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi yalnız mübahisələndirilən hissədə qətnaməni yoxlamışdır.
34. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının poz ulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
37. Cavabdeh kassasiya şikayətində ümumi sözlərlə borc məbləğinin şişirdilməsini qeyd etmiş, lakin borcun əslində hansı məbləğdə olmasını göstərməmiş, etirazının əsası kimi istinad etdiyi halı əsaslandıra bilməmişdir. Cavabdeh apellyasiya şikayətində də borcun məbləğini mübahisələndirmiş və apellyasiya instansiyası məhkəməsi məhkəməmühasibatlıq ekspertizası təyin etm əklə borcun məbləğini müəyyən etmişdir. Cavabdeh borcun düzgün hesablanmadığını qeyd etmiş, lakin ekspert rəyinin hansı səbəbdən apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul edilməli olmamasını əsaslandırmamışdır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut et mək vəzifəsini qoymuşdur.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-202/2020 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov