Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-132/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər:Maddi və mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu qismində cəlb edilməklə) qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5350/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən – hazırkı iş üzrə İddiaçı barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 10 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə iddiaçı 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsa da, həmin hökm Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ləğv olunmuş, təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilərək, barəsində seçilmiş həbs qətmkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Həmçinin, qeyd olunan hökmlə iddiaçıya tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbs qətmkan tədbirinin tətbiqi və ya məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. Sözügedən hökm Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlan ılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu qismində cəlb edilməklə) qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız yerə cinayət məsuliyyətinə cəlb olunmasına, 24 ay 4 gün müddətində həbsdə saxlanılmasına görə ona dəymiş maddi və mənəvi ziyanın müqabilində maddi ziyana görə 48.000 manat və mənəvi ziyana görə 60.000 manat məbləğində kompensasiya ödənilməsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi işin faktiki hallarına istinad edilərək əlavə olaraq onun əsaslandırılmışdır ki, məhkəmə istintaqı zamanı müəyyən olmuşdur ki, ibtidai istintaq orqanı iddiaçıya qarşı qanunsuz və əsasız ittiham irəli sürmüş, Bakı Ağır Cinayətlər Məhkəməsi isə həmin ittihamı təsdiq etmək üçün qərəzli şəkildə təqsirləndirilən şəxsin, şahidlərin və əlavə şahidlərin ifadələrini redaktə edərək, onların demədiyi halda, adlarından yalan məlumatları məhkəmə iclası protokollarına və məhkəmənin məlum hökmünə otuzdurmaqla qanunsuz və əsasız olaraq ittiham hökmü çıxarmışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən iddiaçı bildirmişdir ki, “10 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzi, 4-cü sıra, 5-ci korpusda yerl əşən 44 saylı dərzi dükanında işləyərkən, 6 nəfərdən ibarət olan Qaradağ rayon polis əməkdaşları onun işlədiyi dərzi dükanına daxil olaraq həm dükanda, həm də dükanda olan şəxslər üzərində axtarış aparmışlar, həmin vaxt dükanda 5-6 nəfər müştəri olmuş, dükanda paltar tikdirən Sahib Fətullayev adlı şəxsə məxsus siqaret qutusundan narkotik vasitə aşkar edilmiş, həmçinin, Sahib Fətullayevin dayandığı yerdə döşəmənin üzərindən kağız parçaya bükülmüş narkotik vasitə aşkar edilərək götürülmüş, polis əməkdaşları Sahib Fətullayevin, həmçinin dükan sahibi olduğuna görə də onun da qollarına əl qandalı vuraraq Qaradağ RPİ-nin inzibati binasına aparılmış, polis idarəsində polis əməkdaşları tərəfindən döyülərək fiziki və psixi təziqlərə məruz qalmış, əvvəlcədən hazırlanmış izahat və ifadələrə imza et məyə məcbur edilmişdir. İddiaçı yuxarıda göstərilən məzmunda ifadəsinə, məhkəmə qərəzli olaraq “yerdə içərisində narkotik vasitə olan kağız büküm tapıldığından onu da polis İdarəsinə aparmışlar, idarədə şəxsi axtarış və götürmə aparılarkən” sözlərini otuzdurmuşdur. Polis əməkdaşları Sahib Fətullayevin üzərindən çıxan narkotik vasitələrdən istifadə edərək İddiaçını da cinayət məsuliyyətinə cəlb etdiklərindən, X2 narkotik vasitə ilə tutmadıqlarını, onun məhkəmə prosesində şahid qismində iştirak etmədiklərini, ümumiyyətlə Sahib Fətullayevi tanımadıqlarını bildirdilər. Lakin, X1 AR CMnin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 1 (101)-1963/2021 saylı hökm ü müdafiə tərəfindən məhkəməyə təqdim edildikdən sonra, şahid qismində ifadə vermiş polis əməkdaşlarının məhkəməyə yalan ifadələr verdikləri tam təsdiqini tapdı. Həmçinin, Sahib Fətullayevin tutulmasında iştirak etmiş Elşad Ömərovun və Sübhan Bayramovun 14 dekabr 2021-ci il tarixli məhkəmə iclasında iştirak etmələri və verdikləri ifadələrin məhkəmə iclas protokolunda qeyd edilməsi onları tam şəkildə ifşa etdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, l(101)1963/2021 saylı hökmü məhkəməyə təqdim edildikdən sonra, X4,X3 və X5 əlavə şahid qismində məhkəməyə dəvət edilib dindirilmələri barədə müdafiə tərəfinin verdiyi vəsatət qismən təmin edilərək, Sahib Fətullayevdən başqa digər şəxslərin məhkəməyə əlavə şahid qisrnində dəvət edilmələri təmin edilmişdir. X6 və X9, Sahib Fətullayev və iddiaçı tutularkən, iddiaçının dərzi dükanında paltar düzəltdirən şəxslərdir və onlar da axtarışa məruz qalmışlar, lakin ibtidai istintaq orqanı onları şahid qismində dindirməmişdir. İddiaçı, birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadə verərkən özünü tam təqsirsiz hesab etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi məhkəmə iclası protokoluna və məhkəmənin məlum hökmünə qərəzli şəkildə “məhkəmə təqsirləndirilən şəxs İddiaçının törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə” ifadəsini otuzdurmuşdur. İddiaçının işlədiyi dərzi dükanında paltar düzəltdirən və üzərindən narkotik vasitə aşkar edilən X4, Bakı Ağır Cinayətlər məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 1(101)-1963/2021 saylı hökmü ilə 5 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya məhkəməsinin 03 mart 2022-ci il tarixli qərarının surətindən görünmüşdür ki, göstərilən hökm dəyişdirilərək X1 əməli AR CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə o, 02 (iki) ilmüddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Müdafiə tərəfindən birinci instansiya məhkəməsinə Sahib Fətullayev barəsində olan hökmü təqdim etdikdən sonra və polis əməkdaşlarının yalan ifadələr verdiyi ifşa edildikdən sonra, Bakı Ağır Cinayətlər Məhkəməsi Sahib Fətullayev barəsində olan hökmü iddiaçının əleyhinə şərh etməyə çalışmış, həmçinin, iddiaçı ilə birlikdə axtarışa məruz qalmış əlavə şahidlərin verdiyi ifadələri də şübhə altına almağa çalışmışdır. Yalnız belə qərəzli şərhlərdən sonra iddiaçıya AR CM-nin 234.4.3-cü maddəsi ilə cəza təyin etmək mümkün olardı. Əslində, məhkəmə İddiaç ı barəsində bəraət hökmü çıxarmalı idi. Qərəzli şəkildə iddiaçıya istinad edilən narkotik vasitənin kimyəvi ekspertizası 11 sentyabr 2021-cİ il tarixə, ekspert rəyinin nömrəsi isə 6/3997 göstərilmişdir. 14 dekabr 2021-ci il tarixli, l(101)-1963/2021 saylı məhkəmə hökmündə isə Sahib Fətullayevə istinad edilən narkotik vasitənin kimyəvi ekspertizasının tarixi isə 11 sentyabr 2021-ci il tarixə,ekspert rəyinin nömrəsi isə 6/3998 göstərilmişdir. Bütün bunlar göstərir ki, istintaq orqanı, əməliyyatı keçirtmiş polis əməkdaşları və birinci instansiya məhkəməsi nə qədər gizlətməyə çalışsalar da, həmin narkotik vasitələrin Sahib Fətullayevə məxsus olmasını inkar edə bilməzlər. Hətta, həmin narkotik vasitələr bir dəfəyə təqdim edilsəydi, şübhəsiz ki, eyni tərkibli olmaları barədə obyektiv rəy əldə ed iləcəkdi və həmin narkotik vasitələrin mütləq şəkildə Sahib Fətullayevə məxsus olması öz təsdiqini tapacaqdı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin ambulator məcburi narkoloji tibbi yoxlamasının iddiaçıya münasibətdə tarixi 25 sentyabr 2021-ci il, ekspert rəyinin nömrəsi isə 3621 göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin ambulator məcburi narkoloji tibbi yoxlamasının Sahib Fətullayevə münasibətdə tarixi 25 sentyabr 2021-ci il, ekspert rəyinin nömrəsi isə 3622 göstərilmişdir. İttiham tərəfinin təqdim etdiyi qeyrimötəbər “sübutlar” əsasında iddiaçıya AR CM-nin 234.4.3- cü maddəsi ilə qərəzli olaraq cəza təyin edilmiş, müdafiə tərəfinin təqdim etdiyi sübutlar isə m əhkəmə tərəfindən nəzərə alınmamış və heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə istintaqında dindirilmiş iddiaçı ona elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. O, ifadəsində, onun üzərindən heç bir narkotik vasitə olmadığını, Sədərək ticarət mərkəzindəki icarə əsasında işlədiyi dərzi sexində olan zaman tanışları Fətullayev Sahib və Hüseynov Zöhrab adlı şəxslər onun iş otağına gələrək müştərilərə məxsus olan paltarların tikilməsini xahiş etmişlər. Həmin vaxtı 5-6 nəfər polis əməkdaşı onun iş yerinə daxil olmuşlar. Həmin vaxtı otağındakı işləməyən tikiş aparatının (maşınının) yanından bir büküm, həmin yerdə işlədiyi otaqdakı stolun alt tərəfindəki pərdənin yanında yerdən daha bir büküm aşkar edərək götürərək həmin bükümlərdə narkotik vasitənin olmasını bildirmişlər. Onları polis i darəsinə aparan zaman S.Fətullayev dərzi tikiş maşının yanına qoyulmuş bükülünün ona məxsus olmasını bildirmişdir. Polis idarəsində isə Zöhraba aid olması bildirilən narkotik vasitə onun cibinə qoyularaq iddiaçının üstündə olması kimi sənədləşdirilmişdir. Özünün həmin narkotik vasitələrdən heç bir xəbəri olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Qaradağ RPİ-nin əməkdaşları X10, X8, X7 ifadələrində iddiaçının narkotik vasitəni şəxsi istehlakından ötrü əldə etdiyini, narkotik vasitəni satması faktını aşkar etməmələrini bildirməklə yanaşı, keçirmiş olduqları əməliyyat tədbirlərinin nəticəsində də həmin faktın təsdiq olunmadığını bildirmişlər. Lakin həmin polis əməkdaşları Bakı Apellyasiya Məhkəməsində verdikləri ifadədə həm Bakı Ağır Cinayətlər Məhkəməsində və həm də Bakı Apellyasiya Məhkəməsində verdikləri ifadəyə tam əks ifadə vermişdirlər. Onlar ifadələrində göstərdilər ki, həqiqətən həmin gün həm Fətullayev Sahibi və həm də İddiaçı şübhəli şəxs qismində polis idarəsinə aparmışdılar və bununla bağlı əməliyat işi olmuşdur. Lakin məhkəmə tərəfindən Polis İdarəsinə verilmiş sorğuya əsasən iddiaçı haqqında hər hansı bir əməliyyat məlumatı olmamış və polis əməkdaşları vəzifə səlahiyyətlərini aşaraq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını pozmuşdular. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqına dəvət olunmuş X11 məhkəmə istintaqında əlavə şahid qismində dindirilmişdir. O, ifadəsində 2021-ci il sentyabr ayının əvvəlində əvəllər işlədiyi Sədərək ticarət mərkəzində olan zaman özünə almış şalvarı düzəltdirmək məqsədilə bazarda dərzi işləyən iddiaçının iş yerinə getmişdir. Orada ondan başqa Zöhrab Hüseynov, Sahib adlı şəxs tanımadığı başqa şəxslər və bir qadın uşağı ilə olmuşdur. Həmin vaxt mülki geyimdə 5-6 nəfər otağa daxil olub özlərinin polis əməkdaşları olmasını deyib onları saxlayıb onların üzərinə baxış keçirmişlər. Həmin vaxtı Sahib adlı şəxsdən siqaret qutusunda aşkar etdikləri kütlənin narkotik vasitə olmasını bildirmişlər. Sahibin ayağı altından da bir büküm aşkar edib içində narkotik vasitə olmasını bildirmişlər. Otağın sahibinin kim olmasını soruşduqda Nizami otağın ona məxsus olmasını bildirmişdir. Ona görə də polis əməkdaşları Nizami ilə Sahibi polisə aparmışlar. Həmin vaxt hamının, o cümlədən İddiaçı üzərində axtarış aparılmış və üzərindən heç bir narkotik vasitə aşk arlanmadığını bildirmişdir. Məhkəmə istintaqında dindirilmiş X6 da ifadəsində eyni halları etiraf etmişdir. X16, həm də İddiaçı işində şahidlər eyni şəxslər olmuş, eyni gündə, eyni saatda əməliyyatda iştirak etmişdilər. Lakin əməliyyatçılar məhkəməyə verdikləri ifadədə göstərmişdilər ki, Fətullayev Sahibi tanımırlar. Məntiqi olaraq sual yaranır: Necə ola bilər ki, eyni şəxslər, eyni yerdən və eyni saatda 2 fərqli şəxsə qarşı əməliyyat keçirsin? İş üzrə həmin şahidlər daha sonra bildirmişdilər ki, iddiaçını polis idarəsinə tək aparmışdılar. X12 işindən məlum olur ki, həmin əməliyyatçılar eyni saatda onu da polis idarəsinə aparmışdılar. Bu hal onu sübut edir ki, iddiaçının üzərində narkotik vasitə olmamışdır. Fətullayev Sahibin Bakı Ağır Cinayətlər Məhkəməsində 1(101)-1963/2021 saylı iş üzrə verdiyi ifadəsində göstərmişdir ki, 10 sentyabr 2021-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Sədərək TM, 4-cü sıra, 5-ci korpusda yerləşən 44 saylı dükanda olduğu zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini deyərək onu Qaradağ Rayon Polis İdarəsinə dəvət etmişlər. X17 iddiaçının işi üzrə Bakı Apellyasiya Məhkəməsində əlavə şahid kimi verdiyi ifadəsində göstərmişdir ki, onu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Sədərək TM, 4-cü sıra, 5-ci korpusda yerləşən 44 saylı dükanın qarşısında saxlayıblar. Bu hal onu göstərir ki, Fətullayev Sahibə polis əməkdaşları tərəfindən təzyiq olub və o, bilərəkdən məhkəmədə yalan ifadə verib. İddiaçı əsassız yerə cinayət məsuliyyətinə cəlb olunduğu, həbsdə saxlanıldığı və ümumiyyətlə barəsindəki cinayət işinə baxılanadək, yəni ötən 24 ay 4 gün müddətində çəkdiyi məhrumiyyətlərlə yanaşı, qazancından da məhrum olmuş, ona və ailəsinə böyük məbləğdə maddi və mənəvi ziyan dəymişdir. Belə ki, iddiaçı Salyan şəhərində yaşasa da, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM, 4-cü sıra, 5-ci korpusda yerləşən 44 saylı dərzi dükanında dərzilik edib gündəlik qazanc əldə edirdi və bununla, o həm öz ailəsini və həm də yaşlı anasının maddi vəziyyətlərini təmin edirdi. Eyni zamanda, iddiaçının 24 ay ərzində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılması, yəni saxlanıldığı yerin məsafə olaraq şəhərdən uzaq olması ailəsinin maddi durumunu daha da ağırlaşdırmışdır. Yaşlı anası ayda iki dəfə onun ziyarətinə Bakı İstintaq Təcridxanasına getməli olurdu, həmçinin, məhkəmə iclaslarında iştirak edirdi. Nəqliyyata sərf olunan maddi vəsait, qidalanması üçün istintaq təcridxanasına ərzaq məhsullarının aparılması və zəruri digər əşyaların göndərilməsi ailəsinin vəziyyətinə təsirsiz ötüşməmişdir. Odur ki, iddiaçının Beynəlxalq Hüquq normaları və Azərbaycan Respublikası qanunvericiliyi ilə təsbit olunmuş hüquq və azadlıqları barəsində ibtidai araşdırmanı həyata keçirmiş istintaq orqanı və ona nəzarət edən prokurorluq orqanı tərəfindən ciddi şəkildə pozulmuş və o, bu pozuntular səbəbindən almış olduğu maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsi üçün məhkəməyə müraciət etməli ol muşdur. İddiaçı işləmədiyi məlum 24 ay ərzində, həmçinin iddiaçı barəsində məhkəmənin bəraət hökmünün çıxmış olması mövcud dövr üçün iş fəaliyyətini bərpa etdirməsini istisna edir. Həmçinin azadlığa çıxandan sonra müayinə və müalicə üçün tibb müəssisələrinə müraciət etmiş və almış olduğu dərmanlar və tibbi ləvazimatlar daxil müayinə və müalicə üçün də maddi vəsait xərcləməli olmuşdur. Beləliklə, iddiaçı mövcud dövr üçün orta hesabla 48 000 manat civarında qazancdan məhrum olmuşdur. İddiaçı əsasız yerə cinayət məsuliyyətinə cəlb olunması və barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar ailəsindən və iş kollektivindən uzaq düşməsi, həmçinin ağır cinayət əməli törətməkdə təqsirləndirilməsinə görə ailəsi, dostları və yaxınları, iş kollektivi və həmyerliləri arasında barəsində mənfi fikirlər formalaşmış və onu əhatə edən şəxslərlə münasibətlərinə və nüfuzuna ciddi xələl dəymiş, şərəf və ləyaqəti ləkələnmiş, xəstə yaşlı anasına (anası çox çətinliklə gəzir) qayğı göstərmək imkanından məhrum olmuşdur. Həmçinin, iddiaçı bildirmişdir ki, Bakı İstintaq Təcridxanasında saxlandığı 30 kvadrat metr ölçülü kamerada 10-15 nəfər qalırdılar. Yuxu yatmağa şərait yox idi, növbəli yatırdılar. Kamerada müxtəlif ağır, yoluxucu xəstəliklərdən əziyyət çəkən adamlarla birgə qalmaq məcburiyyətində idi. Həmin yoluxucu xəstəliklərə düçar olma ehtimalı iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyanın yaranmasına səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirərək mənəvi zərər çəkmişdir. Buna görə çəkdiyi mənəvi iztirablara və sarsıntıya görə almış olduğu mənəvi ziyanı 60000 manat məbləğində dəyərləndirmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 13 iyun 2024-cü il tarixli, 2(006)-2107/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Günay Abidova) iddia tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 24.000 (iyirmi dörd min) manat məbləğində pulun iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə iddiaçının qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesa b etmişdir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) vəqeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildir ilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək, yəni 2 il 4 gün müddətində qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır.
7. Məhkəmə iddia tələbinin 48.000 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı qanunsuz olaraq azadlıqdan məhrum edilməsi nəticəsində ona 48.000 manat məbləğində maddi ziyan dəydiyini iddia etsə də, bu dəlilini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı ona dəymiş maddi ziyanı qanunsuz olaraq azadlıqdan məhrum edildiyi və ondan sonrakı dövrdə işini itirməsi, anasının onun yanına gedib-gəlməsi üçün yol x ərci, yemək, müayinə və müalicə xərcləri çəkməsi ilə əlaqələndirmiş, məhkəmə tərəfindən ona bu dəlillərini təsdiq edən mötəbər sübutları təqdim etmək təklif edilsə də, iddiaçı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əvvəllər VÖEN-ə (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə) malik olduğunu, lakin tutulmamışdan xeyli qabaq onu da bağlatdırdığını, müvafiq hesabatları (bəyannamələri) vermədiyini bildirmiş, buna görə də onun real gəlirlərinin müəyyənləşdirilməsi ilə bağlı aidiyyəti orqana sorğular verilməsinə zərurət qalmamışdır. Bununla da iddiaçıya real maddi zərər dəyməsi barədə mülahizələr məhkəmədə öz təsdiqini tapmamışdır. Halbuki, qeyd edilməlidir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Ma ddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Əldən çıxmış fayda qismində zərər tələbində də şəxsin onu əldə etmək üçün əvvəlcədən gördüyü tədbirlər, bu məqsədlə hazırlıq işlərinin mövcud olub-olmaması, işlədiyi dövrdə real gəlirləri və s. nəzərə alınmalıdır. Qeyd olunan sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub- olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
8. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddiaçı ona real maddi ziyan dəyməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin “48.000 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi” hissəsi təmin edilməməlidir.
9. İddia tələbinin “60.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının qanunsuz olaraq 2 il 4 gün müddətinə azadlıqdan məhrum edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin məhkəmə hesab etmişdir ki, ona vurulmuş mənəvi zərərin əvəzi 60.000 manat deyil. Belə ki, məhkəmə bütün diqqətəlayiq halları nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 24.000 manat məblə ğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 24.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni “İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi”nin 3 və 9- cü; Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə; Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannamənin 1-ci; Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü; “İnsan h üquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097, 1100, 1101.1, 21 və 23-cü; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 106.1, 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4cümaddələrlə istinadla əsaslandirmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabde h Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Maliyyə Nazirliyi cəlb olunmuşdur. Maliyyə Nazirliyinin iddiaçıya ziyan vurulmasına səbəb olmuş qanunsuz hərəkətlərdə iştirakı və hər hansı əlaqəsi olmadığından həmin hərəkətləri törətmiş təqsirkar qurumların əvəzinə Nazirliyin cavabdeh kimi tanınması qanunvericiliyin təl əbləri, o cümlədən mülki məhkəmə icraatının təməl prinsipləri ilə uzlaşmır. Hüquqi məsuliyyətin əsas ünsürlərindən biri olan hüquqpozan şəxsin təqsiri təəssüflər olsun ki, məhkəmə tərəfindən müəyyən edilməmiş, səthi şəkildə aparılmış araşdırma nəticəsində iddiaçının iddia tələbi qismən təmin edilmişdir. Təsadüfi deyildir ki, sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 24.000 man at vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda hesab etmişdir ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensas iyanın məbləği yüz altmış beş manatdır. Belə hesab etmişdir ki, iddiaçıya mənəvi zərərə görə 24.000 manat məbləğində kompensasiya hesablanması qanuni olmamaqla yanaşı, ağlabatan və ədalətli deyildir. Lakin iddiaçı tərəfindən ona dəymiş mənəvi ziyanla bağlı konkret sübutlar təqdim edilməmişdir. Bu baxımdan mənəvi ziyanın miqdarı ilə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, məhkəmə tərəfindən iddiaçıya ödənilməli olan məbləğ bu kateqoriyadan olan işlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsinə uyğun deyil və həddən artıq yüksəkdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5350/2024 nömrəli iş üzrə 25 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xəyal Sarıyev (sədr lik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək, yəni 2 (iki) il 4 (dörd) gün müddətində qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, onun mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar onda inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər yaratmaqla nəticədə iddiaçıya mənəvi zərər dəymişdir. Belə ki, o, həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır.
15. Məhkəmə kollegiyası vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, təqdim olunmuş sənədlərdən də aydın olur ki, iddiaçının 2 il 4 gün müddətində qanunsuz azadlıqdan məhrum edilməsi bununla da cinayət təqibinə məruz qalması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir.
17. Məhkəmə kollegiyası cavabdeh tərəfin deliktin onun tərəfindən törədilmə məsinə dörə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınmasının əsassız olması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödən ilməlidir.Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
18. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalla rın və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
19. Bundan başqa Mülki Məcəllənin 1101.1-ci maddəsinin məzmunua əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın qanunsuz tətbiqi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
20. Göründüyü kimi, iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin ida rə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənildiyindən, cavabdehin qeyd olunan dəlili əsassız hesab edilməlidir.
21. Məhkəmə kollegiyası həmçinin apellyatorun kompensasiya məbləğinin hesablanması zamanı Cinayət Prosessual Məcəllənin 190-cı maddəsinin nəzərə alınması barədə dəlilini də əsassız hesab edərək qeyd etmişdir ki, Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərər çəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir.
22. Göründüyü kimi qeyd olunan norma cinayət prosessual qanunverciliklə nəzərdə tutulmuş, cinayət mühakimə icraatı qaydasında həll edilən məsəl əni tənzimləməklə hazırki mülki iddia və iddianın əsasında duran fakitki hallarla əlaqəsi yoxdur.
23. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmiş,məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1101.1-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respubl ikası Qanununun 1, 5, 6, 7, 12-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, nazirliyin cavabdeh kimi tanınması qanunvericiliyin tələbləri, o cümlədən mülki məhkəmə icraatının təməl prinsipləri ilə uzlaşmır. Təsadüfi deyildir ki, sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 24.000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda hesab edirik ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan RespublikasıCinayət-Prosessual Məcəlləsinin 190-cımaddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat)
27. Tərəflərindən mübahisələndirilən qətnamədə müəyyən edilmiş kompensasiya məbləği şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil edir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği yüz altmış beş manatdır. Fikrimizcə Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 24.000 manat məbləğində kompensasiya hesablanması qan uni olmamaqla yanaşı, ağlabatan və ədalətli deyildir. Lakin iddiaçı tərəfindən ona dəymiş mənəvi ziyanla bağlı konkret sübutlar təqdim edilməmişdir. Bu baxımdan mənəvi ziyanın miqdarı ilə bağlı birinci instansiyasıməhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edirik ki, məhkəmə tərəfindən iddiaçıya ödənilməli olan məbləğ bu kateqoriyadan olan işlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsinə uyğun deyil və həddən artıq yüksəkdir.
28. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 03 noyabr tarixli 7 nömrəli Qərarının 10-cu bəndinə, Azərbaycan Respublikasının Mülki Prose ssual Məcəlləsinin 14.2, 77.1, 81-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
31. Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa d üşülür.
32. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu
33. Maddə
1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azə rbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.
34. Maddə
5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məblə ğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
35. Maddə 6-cı maddəsinin 1-ci bəndi.Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
36. Maddə 7-ci maddəsinin 1-ci bəndi. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.
37. Maddə 12.Fiziki və mənəvi ziyan,Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmətərəfindən ədalətli hesa b olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraatmüddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləğiAzərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmətərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsimə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
44. Maddə
386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlüklə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin möv qeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiy a kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2024-cü il tarixli 2(103)-5350/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.