Məhkəmə qərarları › İş №2(102)-1320/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1320/2020

05.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1320/2020 05.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Zaqatala rayon 2 saylı X6, X7 və cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın, həmin daşınmaz əmlaka dair bağlanmış ipoteka müqavi ləsinin və qeyd edilən daşınmaz əmlakın ipoteka yüklülüyünə dair çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MKnın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Həsənov) İddiaçı cavabdehlər Cavabdeh1, Zaqatala Rayonu 2 saylı X6, X7ə və cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı Z yerləşən 90 nömrəli fərdi yaşayış evinin üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində n çıxarışın, həmin əmlaka dair Cavabdeh1 ilə üçüncü şəxs «xxxx» QSC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 3M-110 nömrəli ipoteka müqaviləsinin və üçüncü şəxs «xxxx» QSC-in qeyd olunan əmlak üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatına dair RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddianın rədd edilməsi, 10 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən V.Məlikov, hakimlər A.Mahmudov, E.Hüseynov)İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1, Zaqatala Rayonu 2 saylı X6, X7 (bundan sonra X7) və cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən ü çüncü şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra- üçüncü şəxs “xxxx” QSC) qarşı fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın, həmin daşınmaz əmlaka dair bağlanmış ipoteka müqaviləsinin və qeyd edilən daşınmaz əmlakın ipoteka yüklülüyünə dair çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Z yerləşən 90 nömrəli fərdi yaşayış evi üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmin əmlaka dair Cavabdeh1 ilə üçüncü şəxs «xxxx» QSC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 3M-110 nömrəli ipoteka müqaviləsinin və üçüncü şəxs «xxxx» QSC-in qeyd olunan əmlak üzərində i poteka yüklülüyünün dövlət qeydiyyatına dair RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Sonradan iddiaçı iddia tələbinin azaldılması barədə ərizəni məhkəməyə təqdim edərək, cavabdehdən 4.000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş m aterialları ilə müəyyən olunur ki, Paşayev X5 şəhəri Z 90 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 191,90 kv.m., yaşayış sahəsi 116,60 kv.m., yardımçı sahəsi 75,3 kv.m. olan fərdi yaşayış evini notariusda təsdiq edilmiş xx xxxx 2014cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 30000 manata Cavabdeh1 satmışdır. Bundan başqa iş materiallarından görünür ki, ünvan 2 ünvanda 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 191,90 kv.m., yaşayış sahəsi 116,60 kv.m., yardımçı sahəsi 75,3 kv.m. olan iki mərtəbəli fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014cü il tarixdə qeydiyyata alınmışdır. Həmçinin iş materialları ilə müəyyən olunur ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx xxxxxx 2012-ci il tar ixli kredit müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 120 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına təminat qismində ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 191,90 kv.m., yaşayış sahəsi 116,60 kv.m., yardımçı sahəsi 75,30 kv.m.-dən ibarət 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evini tərkibi ilə birlikdə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü etmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Z 0,03 ha torpaq sahəsində yerləşən 90 nömrəli fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka yüklü edilməsi qeydiyyata alınmışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X2 qarşı cavabdehlər İddiaçı, X1, X3 və Paşayev Əhməd Rəşad oğlunun ünvan 3 ünvanda olan tikilidən çıxarılmaları, yaşayış evinin boşaldılaraq, ona təhvil verilməsi tələbinə dair ilk iddia ərizəsi təmin edilməmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Zaqatala Rayonu 2 saylı X6 və X7 qarşı fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməs i tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilərək satıcı cavabdeh İddiaçı ilə alıcı iddiaçı Cavabdeh1 arasında bağlanmış ünvan 2 ünvanda 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 191,90 kv.m., yaşayış sahəsi 116,60 kv.m., yardımçı sahəsi 75,3 kv.m. olan fərdi yaşayış evinin 30000 (otuz min) manata satılmasına dair Zaqatala Rayonu 1 saylı X4 xx.xx.2014-cü il tarixdə reyestrdə 4Ə209 nömrə ilə qeyd edilmiş AN-1 seriyalı ******* nömrəli xx xxxx 2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” etibarsız sayılmışdır. Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilmiş, qarşılıqlı iddiaya aid hissə üzrə yeni qətn amə qəbul edilərək cavabdeh İddiaçı Cavabdeh1, habelə cavabdehlər Zaqatala Rayonu 2 saylı X6 və X7 qarşı fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçı Z yerləşən 90 nömrəli fərdi yaşayış evi üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmin əmlaka dair Cavabdeh1 ilə üçüncü şəxs «xxxx» QSC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 3M-110 nömrəli ipoteka müqaviləsinin və üçüncü şəxs «xxxx» QSC-in qeyd olunan əmlak üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatına dair RX seriyalı ******* nömrəli Hüquql arın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edərkən xx xxxx 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsinə istinad etmişdir. Halbuki, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilmiş, qarşılıqlı iddiaya aid hissə üzrə yeni qətnamə qəbul edilərək cavabdeh İddiaçı Cavabdeh1, habelə cavabdehlər Zaqatala Rayonu 2 saylı X6 və X7 qarşı fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edil məmişdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. İddiaçı yuxarıda qeyd edilən dəlillərini bildirsə də, onları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirdiyi çıxarış xx xxxx 2014-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında verilmişdir. İddiaçı isə qeyd olunan alqı-satqı müqaviləsini mübahisələndirsə də, həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməmişdir. Çıxarışın verilməsinə əsas olan müqavilə ləğv edilmədən, həmin Çıxarışın mövcudluğu, iddiaçının hər hansı hüququnun pozulması kimi dəyərləndirilməməlidir. Belə olan halda, həmin təl əbdən törəmə olan digər tələb “alqı-satqı müqaviləsi əsasında verilmiş “Çıxarışın, ipoteka müqaviləsinin və ipoteka yüklülüyünün qeydiyyata alınmasına dair çıxarışın” etibarsız hesab edilməsi tələbi əsaslı hesab edilərək təmin edilə bilməz. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx x 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar